Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-774/2023 06.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Məhəbət oğlunun iştirakı ilə, xx.xx.1983-cü ildə Beyləqan rayonu, Aşqallar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, milləyətcə azərbaycanlı, subay, əvvəllər məhkum olunmuş, Beyləqan rayonu, Aşqallar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X3 Bakı şəhəri, Yasamal rayonunda tikilən sosial təyinatlı evlərdən sonuncunun qızı Zərərçəkmiş şəxs adına sənədləşdirilməklə dövlət tərəfindən güzəştli şərtlərlə mənzil verilməsində kömək edəcəyini vəd edib aldadaraq onların etibarından sui istifadə etmə yolu ilə vahid niyyətlə aldadaraq xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində, Bakı- Şamaxı avtomobil yolunun yaxınlığında yerləşən fərdi həyət evində Zərərçəkmiş şəxs 3500 (üç min beş yüz) manat, xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində həmin ünvanda Zərərçəkmiş şəxs 500 (beş yüz) manat, cəmi 4000 (dörd min) manat pulunu alıb ələ keçirərək dələduzluq cinayəti törətmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, keçmiş həyat yoldaşı X4 2016-cı ildə boşanmışdır. 2022-ci ilin iyul ayında Abşeron rayonu, Xırdalan şəhəri «Kristal Abşeron 2» yaşayış massivi, 10 saylı binanın 14-cii mərtəbəsindəki 188 nömrəli mənzildə kirayədə yaşamışdır. Həyat yoldaşı olmadığı üçün bir nəfər qadınla münasibət qurmaq istəmişdir. Odur ki, bu barədə həmin vaxtlar dostluq etdiyi, el arasında adma Ehtiram deyilən, Şahid3 bildirmişdir. Ehdimad ona, sonradan tanış olduğu Şahid1 mobil nömrəsini vermişdir. O, Zeynaba zəng vurub onunla tanış olmaq və onunla dostluq etmək istədiyini demişdir. Zeynəb telefonda ona kobud sözlər deyərək onunla tanış olmaq istəmədiyini bildirmişdir. Lakin sabahısı gün Zeynab özü ona zəng etmiş və telefonda tanış olmuşlar. Sonra o, kirayədə qaldığı mənzilin ünvanını ona vermiş və onun kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron 2» yaşaytış massivi, 10 saylı binanın 14-cii mərtəbəsindəki 188 nömrəli mənzildə görüşmüşlər. Həmin vaxtdan sonra o, Zeynabın evinə də getmişdir. 2022-ci ilin avqust ayında işsiz olduğu və maddi vəziyyəti ağır olduğu və azyaşlı qız uşağı xəstə olduğu üçün pul tapa bilmədiyi üçün Zeynabı aldadıb ondan 4000 (dörd min) manat pulunu almışdır. Belə ki, Zeynab evinin olmadığını və kirayədə yaşadığını bildiyi üçün Zeynaba zəng edib Bakı şəhərində, Yasamal rayonu ərazisində əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün ev tikildiyini, həmin evdən mənzil şəraiti pis olan şəxslərə mənzillər veriləcəyini demişdir. Bildirmişdir ki, həmin binadakı mənzillərdən ona da iki otaqlı sosial mənzil verdirə bilər. Zeynaba demişdir ki, mənzili onun qızı Ayselin adına sənədləşdirək. Zeynab özü də belə istəmişdir. O, sosial mənzil verilməsi üçün 6000 (altı min) manat pul lazım olduğunu, həmin pulu Sosial Müdafiə Nazirliyində verəcəyini demişdir. Pulun 4000 (dörd min) manatını qabaqcadan vermək lazım olduğunu, qalan 2000 (iki min) manatın mənzili aldıqdan sonra veriləcəyini ona bildirmişdir. Zeynab razılaşmış və o, 2022-ci ilin avqust ayının əvvəlində, Zeynabın kirayədə yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsindəki evinə getmişdir. Zeynab bildirmişdir ki, qızı Aysel işləyərək cəmi 3500 (üç min beş yüz) manat pul yığmışdır. Ona görə də, 500 manatı sonra verəcəyini bildirmişdir. Zeynab qızı Ayseldən 3500 (üç min beş yüz) manat pulu almış və yaşadığı evdə ona vermişdir. Zeynab pulu ona verərkən oğlu Əli də orada olmuşdur. O, pulu və Ayselin şəxsiyyət vəsiqəsinin surətini alıb getmişdir. Təxminən on gün sonra o, Zeynaba zəng edib pulun 500 manatını da verməsini istəmişdir. Zeynab pulun hazır olduğunu demiş, ona görə də o, Zeynabın evinə gedib 500 (beş yüz) manat pulu Ayseldən almışdır. Əldə etdiyi cəmi 4000 (dörd min) manat pulu öz ehtiyaclarına xərcləmişdir. Bir müddət Zeynabla telefonda danışıb ona yaxın müddətdə mənzil veriləcəyini bildirirmiş, lakin sonradan telefon nömrəsini dəyişmiş, Zeynab və onun qızı Aysellə əlaqəni kəsmişdir. Sonradan Zeynab, dostu Şahid3 ona verdiyi pulu tələb edib almışdır. Odur ki, hazırda onun Zeynaba və Ayselə borcu qalmamışdır. Hazırda dəymiş ziyan tam ödənilmişdir, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anası Şahid1 ilə birlikdə yaşayır. Abşeron rayonu, Müşfıqabad qəsəbəində yerləşən «Rahat» marketdə satıcı işləyir. 2022-ci ilin iyul ayının əvvəllərində, saat 20 radələrində Amil adlı şəxs anası Zeynabın istifadəsində olan mobil nömrəsinə zəng edərək danışıb onunla tanış olmuş, söhbət zamanı anası ona evinin olmadığını bildirmiş, bu zaman Təqsirləndirilən şəxs, anası Zeynaba sosial yardım düşdüyünü və ona sosial mənzil verilə biləcəyinin mümkünn olduğunu bildirmiş və bu işdə ona kömək edəcəyini vəd etmişdir. 12 avqust 2022-ci il tarixdə, saat 22 radələrində onlar yaşadıqları Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində, Bakı-Şamaxı yolunun yaxınlığında yerləşən evdə olarkən, Amil anası Zeynabla telefonda danışıb onların yaşadıqları evə gəlmişdir. Təqsirləndirilən şəxs, anası Zeynabdan adma ev, yaxud torpaq sahəsi olub-olmadığını soruşmuş, Zeynab Amilə öz adına ev və torpaq sahəsinin olmadığını bildirmişdir. Amil adlı şəxs söhbət zamanı ilkin olaraq 4000 (dörd min) manat pul qarşılığında 10-15 gün müddətində onlara Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilən evlərdən sosial yönümlii mənzil verdirəcəyini bildirmişdir. Eyni zamanda bildirmişdir ki, verilən mənzilə köçdükdən sonra 2000 (iki min) manat da pul verilməlidir. Ona görə də o və anası Zeynab, Təqsirləndirilən şəxs dediyinə inanıb onayaşadıqları həmin evdə, yetkinlik yaşma çatmayan qardaşı Hiimmətov Əlinin yanında özü üçün yığdığı puldan 3500 (üç min beş yüz) manat vermişdir. Amil adlı şəxsə verilmiş 3500 (üç min beş yüz) manat pul ona məxsus olmuşdur. Həmin vaxtdan bir müddət keçəndən sonra, 22 avqust 2022-ci il tarixdə saat 19 radələrində Amil yenidən onların yaşadıqları fərdi yaşayış evinə gəlib söhbət zamanı 500 (beş yüz) manat pulu da verməyi onlardan istəmişdir. Ona görə də o, 500 (beş yüz) manat pulu anası Zeynabın və azyaşlı qardaşı Əlinin yanında gətirib Amilə vermişdir. Amil demişdir ki, 28 avqust 2022-ci il tarixdə onların ailəsinə Yasamal rayonu ərazisində iki otaqlı sosial mənzil günün birinci yarısında, saat 13 radələrinə kimi verəcəkdir. 28 avqust 2022-ci il tarixdə anası Zeynab Amillə telefonda danışıb müsbət nəticə olarsa onlara bildirməsini söyləmişdir. Amil 500 (beş yüz) manat pulu ondan evlərində alıb gedəndən sonra Yasamal rayonu ərazisində və ya başqa hər hansı bir yerdə onlara sosial mənzil verilməmişdir. Bundan sonra o və anası Zeynab, Amilə zəng etsələr də, Amilin nömrəsinə zəng çatmamışdır. Hazırda dəymiş ziyan tam ödənilmişdir, şikayəti və tələbi yoxdur, iş üzrə ucraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində, Bakı-Şamaxı şossesi yaxınlığında, fərdi həyət evində iki uşaqları ilə birlikdə kirayədə yaşayır, həyat yoldaşından boşanmışdır. 2022- ci ilin iyul ayının əvvəllərində, təxminən saat 20 radələrində onun həmin vaxt işlətdiyi 050 420- 12-27 mobil nömrəsinə tanımadığı 051 ***-**-** saylı nömrədən zəng gəlmiş, zəng edən şəxsin səsi və özü ona tanış olmamışdır. Zəng edən şəxs, sonradan tanış olduğu Amil adlı şəxs səhv düşərək onun nömrəsinə zəng etdiyini demişdir, lakin həmin vaxt onunla telefonda danışaraq tanış olmuşlar. Sonradan Amil onunla telefonda danışanda fikrinin ciddi olduğunu və onunla ailə quraraq evlənmək istədiyini söyləmiş, o, da Amil adlı şəxsin dediklərinə inanmışdır. Amillə, özünün şirkətdə işlədiyini, yük maşını sürdüyünü demiş, lakin hansı şirkətdə işlədiyini deməmişdir. Amil adlı şəxslə bir neçə dələ görüşmüşlər. O, Amilə evinin olmadığını, uşaqları ilə kirayədə yaşadığını demiş, Amil ona bildirmişdir ki, tanışlarının vasitəsi ilə kömək edib, onun ailəsinə sosial mənzil verdirə bilər. Amil ona bildirmişdir ki, onun qızı Ayseli yetimlər evində qeydə aldırıb, Yasamal rayonunda tikilmiş sosial evlərdən onlara mənzil verdirəcəkdir. Amil, onunla telefonda danışarkən onun ailəsinə ev verilməsi üçün 6000 (altı min) manat pul lazım olduğunu, həmin pulun 4000 (dörd min) manatını ilkin olaraq, qalan 2000 (iki min) manatını isə, onlaram ailəsinə sosial mənzil verildikdən sonra verməli olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs dedikləri ilə razılaşmış, həmçinin Amilin ona dediklərini qızı Ayselə də demiş, Aysel də razılaşmışdır. Amil, 12 avqust 2022-ci il tarixdə, saat 22 radələrində onun yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində, Bakı-Şamaxı şossenin yaxınlığındakı fərdi yaşayış evimə gəlmiş, həmin vaxt qızı Aysel və azyaşlı oğlu Əli də evdə olmuşlar. Həmin vaxt qızı Ayselə məxsus 3500 (üç min beş yüz) manat pulu o, sayıb Ayselə vermiş, Aysel də həmin pulu Amil adlı şəxsə vermişdir. Amilə pulu verərkən ondan heç bir yazılı sənəd tələb etməmiş və qəbz almamışlar. 22 avqust 2022-ci il tarixdə, saat 19 radələrində Amil onun yaşadığı evə gəlib, 500 (beş yüz) manat pula da tələb etmişdir. Yenə qızı onun və oğlu Əlinin yanında 500 manat pulu Aysel Amilə vermişdir. Amil demişdir ki, 28 avqust 2022-ci il tarixdə onlara Yasamal rayonunda, sosial yönümlü mənzillərdən iki otaqlı mənzil veriləcəkdir. Onlar da səbirsizliklə həmin tarixdə mənzil alacaqlarını gözləmişlər. Amil ilə həmin gün bir neçə dəfə telefonla danışmış, lakin həmin gün saat 13 radələrinə kimi heç bir mənzil verilmədiyi üçün, Amilə o və qızı Aysel dəfələrlə zəng etsələr də, həmin tarixdən etibarən Amilə zəng çatmamışdır. İstintaqın zamanı Zeynab Hiimmətova əlavə olaraq şahid qismində dindirilərkən bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, onun mobil telefon nömrəsini ona Müşfiq qəsəbəsində yaşayan Ehdimad vermişdir. Ona görə də, Amilin ondan aldığı 4000 (dörd min) manat pulu da Ehdimaddan tələb etmiş və Ehdimad ona 3800 (üç min səkkiz yüz) manat pulu qaytarmış və ona görə də, onun qızı Ayselə vurulmuş maddi ziyanın hazırda cəmi 200 (iki yüz) manatı ödənilməmişdir. Məhkəmə istintaqında şahid yetkinlik yaşma çatmayan Şahid2 elan olunmuş ifadəsində göstərmişdir ki, anası Zeynab atası Müzəffərdən ayrıldığından, o, atası ilə birlikdə Ağdaş rayonun Hüşün kəndində yaşayır. Lakin arabir Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində, Bakı-Şamaxı yolunun yaxınlığında anasının yanında qalır. 2022-ci ilin avqust ayında Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində anası Zeynabın kirayədə yaşadığı evində anasının yanında olmuşdur. 12 avqust 2022-ci il tarixdə axşam, o, anası Zeynab, bacısı Aysel evdə olarkən saat 22 radələrndə anası Zeynabın tanışı Amil adlı şəxs onların qaldıqları evə gəlmiş, evdə anası və bacısı Aysel ilə söhbət etmişdir. Amil adlı şəxs bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu əraztisində tikilən sosial yöniimlii evlərdən onlara iki otaqlı mənzil verdirəcək və bundan ötrü bacısı Ayselin öz əmək haqqından özü üçün yığdığı 3500 ( üç min beş yüz) manat pulu Amilə vermişdir. 22 avqust 2022-ci il tarixdə, saat 19 radələrində Amil yenə onların evinə gəlmiş, həmin vaxt o, anası Zeynab və bacısı Aysel evdə olmuşlar. Amil 500 manat pul verilməsini Zeynabdan istəmiş, Aysel də 500 (beş yüz) maat pulu gətirib Amil adlı şəxsə vermişdir. Amil orada anası Zeynaba və bacısı Ayselə demişdir ki, 28 avqust 2022-ci il tarixdə onlara sosial yönümlti iki otaqlı mənzil veriləcəkdir. Həmin günü anası Zeynab və bacısı Aysel dəfələrlə Amil adlı şəxsin onlarda olan mobil telefon tnömrələrinə zəng vursalar da Amil onların telenfonlarına cavab verməmiş, onun telefonu bağlı olmuşdur. Ona görə də, bacısı Aysel şikayət etmişdir. Məhkəmə istintaqında Şahid3 elan olunmuş ifadəsində göstrmişdir ki, təxminən bir il olar ki, X2 tanıyır, Zeynab ondan xahiş etmişdir ki, bina evi kirayə verən olsa ona xəbər versin və kirayə ev verən şəxsə onun mobil telefon nömrəsini versin. 2022- ilin yay vaxtı Təqsirləndirilən şəxslə Asim Məmmədovun işlətdiyi “Ağ göl” adlı kafedə təsadüfən tanış olmuş, kafedə söhbət zamanı Amilə bildirmişdir ki, binalarda kirayəyə ev lazımdır, bir tanış var, o, istəyir. Amil bildirmişdir ki, özü qaldığı evdən çıxmaq istəyir, həm də bina evlərində kirayə verilən ev tanıyır. Ona görə də, o, Şahid1 mobil telefon nömrəsini Amilə vermişdir. Bir müddət sonra qonşusu Şahid1 ilə Aşağı Güzdək qəsəbəsində dayanacaqda rastlaşmış, Zeynab ondan onun mobil nömrəsini Amilə verib-vermədiyi barədə soruşmuş, o da onun mobil nömrəsini Amilə verdiyini etiraf etmişdir. Zeynab ona demişdir ki, Amil dələduzluq edərək ondan pul almışdır. Xahiş etmişdir ki, Amili tapmaqda ona kömək etsin, o da Amili tapmaqda kömək edəcəyinə söz vermişdir. Lakin o, Amilin yerini öyrənə bilməmişdir. Aradan təxminən 5-6 ay keçəndən sonra Zeynab onunla Miişfiqabad qəsəbəsində rastlaşmış və onun mobil nömrəsini Amilə verdiyi üçün Amilin ondan aldadaraq aldığı 4000 manat pulu ondan tələb etmişdir. O, da məcburiyyət qarşısında qalıb hissə- hissə olmaqla Zeynaba 1500 manat vermişdir. Sonradan Zeynab pulunun qalanını da tələb etmiş, o da borc götürməklə 2300 (iki min üç yüz) manat düzəldib Zeynaba evində vermişdir ki, Zeynab onu ailəsinin yanında biabır etməsin. O, Zeynaba 2300 manat pulu verəndən sonra Zeynab ondan əl çəkmişdir. Təqsirləndirilən şəxs dələduzluq yolu ilə Zeynab Hiimmətovadan ələ keçirmiş olduğu puldan 3800(üç min səkkiz yüz) manatı Zeynaba qaytarmışdır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, 02 mart 2020-ci il tarixdə Abşeron rayon məhkəməinin hökmü ilə Azərbaycan Respublikası!' CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, araşdırma zamanı həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cii maddəsinə əsasən nəzərə aınmaqla ona təyin olunmuş 02 (iki) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 avqust 2020-ci il tarixli 1(105)- 245/2020-ci il tarixli qərarı ilə Abşeron rayon məhkəməsinin 02 mart 2020-ci il tarixli hökmünü qüvvəsində saxlanılmış,dır.Azərbaycan Respublikası Ali Məhkəməinin Cinayət Kollegiyasının 11 mart 2021-ci il tarixli qərarı ilə Sumqayıt Appellyasiya Məhkəməsinin Cinayət kolegiyasının məhkum Təqsirləndirilən şəxs barəsindəki 20 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62.1-ci imaddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azalıqdan məhrum etmə cəzası 1 (bir) il 6(altı) aya endirilmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən iki gün şübhəli şəxs kimi tutulduğu müddət bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq üzərində 01(bir) il 6(altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. İstintaq zamanı toplanmış ilkin sübutların məcmusu əsasında xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyinə görə xx.xx.2022-ci il tarixdə onun barəsində ittiham elan etmək üçün şəxsin tutulmasından ötrü axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. İttiham elan etmək üçün şəxsin tutulmasından ötrü barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs olduğu yer Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən 19 iyul 2023-cü il tarixdə müəyyən edilərək Abşeron rayon polis idarəsinin müvəqqəti saxlama yerinə təhvil verilmiş, ona görə də həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan ittiham ona elan edilmişdir. 21 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən ötrü Abşeron rayon məhkəməsinə təqdimat verməsi barədə ibtidai araşdırmaya prossesual nəzarəti həyata keçirən Abşeron rayon prokuroru qarşısında tərəfimdən vəsatət qaldırılmış, lakin həmin vəsatət Abşeron rayon prokuroru tərəfindən təmin edilməmiş, ona görə də, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Abşeron payon polis idarəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə xitam verilməlidir. Cinayət nəticəsində dəymiş ziyan məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 73-1.1, 156, 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Məhəbət oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-774/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-774/2023
06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver