Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-774/2025 12.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Daşkəsən rayonu, Bayan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu, Masazır kəndi, “Qurutuluş 93” yaşayış kompleksinin ərazisində yerləşən yeni tikilmiş və nömrəsi olmayan binanın həyərində qeyri-rəsmi münasibətdə olduğu X2 Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai-Grandeur” markalı avtomobilə əyləşdiyini görüb Zərərçəkmiş şəxs yaxınlaşıb mübahisə edərək qısqanclıq zəminində bir dəfə təpiklə sonuncunun sol ayaq nahiyəsinə vurmaqla ona sol diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağı nahiyəsinin ön-bayır-iç səthlərini əhatə edən iri ölçülü qançır-şişkinliyi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurma cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Evlidir və 02 övladı var. Onlardan biri azyaşlıdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti olmamışdır. 2024-cü ilin avqust ayından avtobusda Tünzalə adlı qadınla tanış olmuş və həmin vaxtdan etibarən onunla qeyri-rəsmi qadın-kişi münasibəti qurmuşdur. Tünzalə Abşeron rayonu, Masazır kəndində yerləşən “Grandmarket” mağazasında satıcı işləyirmiş və Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksində yaşayırmış. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində xəbərsiz Tünzaləni görmək üçün yaşadığı binanın qarşısına getmişdir.Bu zaman görmüşdür ki, Tünzalə binadan çıxaraq “Hyundai-Grandeur” markalı avtomobilə əyləşmişdir. Buna görə o, əsəbləşmiş və həmin avtomobilə yaxınlaşmışdır. Həmin vaxt “Hyundai-Grandeur” markalı avtomobilin sürücüsü avtomobildən düşmüş və o, həmin şəxsi heç bir söz demədən yaxasından tutmuşdur. Həmin şəxs də həmçinin onun yaxasından tutmuşdur. Bundan sonra əlbəyaxa olmuşlar və aralanmışlar. Bu zaman o, bir dəfə təpiklə həmin şəxsin sol ayaq nahiyəsinə vurmuşdur. Daha sonra isə Tünzaləni tutmaq istəmişdir. Lakin Tünzalə qaçıb binaya daxil olmuşdur. Geri qayıdanda isə həmin şəxs də yox imiş. Bundan sonra o, oranı tərk etmişdir. Sonradan isə öyrənmişdir ki, həmin şəxs Zərərçəkmiş şəxsdur. Hadisə təzə binanın qarşısında baş verdiyi üçün həmin zaman küçədə heç kimin olmadığını bildirmişdir. Hazırda zərərçəkmişlə barışmış, ona olan ziyanı ödəmişdir. Barəsində olan cinayət işinə bəraətverici əsas olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını,ona olan ziyanın ödənildiyini, cinayət işinə xitam verilməsini məhkəmədə xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2024-cü il tarixdə oktyabr ayının ortalarında Abşeron rayonu, Novxanı kəndindən Masazır kəndi gələn zaman yolda bir qadının piyada irəlilədiyini görüb avtomobili saxlamış və həmin qadını Masazır kəndinə gətirmişdir. Həmin qadınla aralarında bundan sonra münasibət yaranmış və adının Tünzalə olduğunu öyrənmişdir. O, Tünzalə ilə bir müddət telefonda danışmışdır. xx.xx.2024-cü il saat 21 radələrində Tünzalə ona zəng edərək görüşmək istədiyini və evdən götürməyini bildirmişdir. O da idarə etdiyi avtomobillə Tünzalənin yaşadığı Abşeron rayonu. Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksində yerləşən binanın qarşısına gəlmişdir. Bir qədər sonra isə Tünzalə də binadan düşmüş və avtomobilinə əyləşmişdir. Lakin bu zaman bir nəfər tanımadığı şəxs gəlmiş və o da avtmobildən düşmüşdür. Həmin şəxs onunla müabhisə etmiş və onlar yaxalaşmışlar. Daha sonra isə aralanmışdır. Aralanan zaman həmin şəxs onun sol ayaq nahiyyəsinə təpiklə bir dəfə vurmuş və o, xəsarət almışdır. Daha sonra həmin şəxs Tünzalənin üzərinə getmək istəsə də, Tünzalə qaçıb binaya girmişdir. O da oranı tərk etmişdir. Daha sonra isə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmişdir. Həmin vaxtdan etibarən Tünzalə adlı qadınla əlaqə yarada bilməmişdir. Eşitdiyinə görə isə həmin qadın Naxçıvan MR-na getmişdir. Hadisə zamanı axşma qaranlığı olduğu üçün küçədə heç kimin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Cinayət işinin başlanması, icraata qəbul edilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata götürülmüşdür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X5 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 2559 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağı nahiyyəsinin ön-bayır-iç səthlərini əhatə edən iri ölçülü qançır-şişkinliyi bərk küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilmələri mümkündür, və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, X3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirlədirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 20 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26 mart 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını,ona olan ziyanın ödənildiyini,odur ki, cinayət işinə xitam verilməsini məhkəmədə xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Göstərilən Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, iş üzrə zərərçəkmiş şəxs ilə barışmış və bununla əlaqədar zərər çəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbininin olmamasına və cinayət işinin icraatına xitam verilməsinə dair ərizə təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 15 (on beş) saat üçün nəzərdə tutulan 165 manat pul ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (bir yüz altmış beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən:Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-774/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-774/2025
12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver