Məhkəmə qərarları › İş №1(012)-775/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-775/2024

24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-775/2024 24.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20 aprel 2024-cü il tarixdə saat 11 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Digah kəndi, S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs başqa şəxslərlə ünsiyyətdə olmasında günahlandırıb həmin səbəbdən qısqanclıq zəmnində aralarında yaranmış ailə daxili narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında evlərində istifadə etdikləri soyuq silah hesab edilməyən 01 (bir) ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürüb həmin bıçaqla Aygun Məmmədovanın bel və ayaq nahiyələrinə qəsdən zərbələr vuraraq ona bel nahiyəsinin daxilə nüfuz etməyən 1 (bir) ədəd və sol diz oynağı nahiyəsinin 1 (bir) ədəd deşilmişkəsilmiş yaraları ilə müşaiyət olunan dərəcəsinə görə ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır, onunla 2002-ci ildə ailə həyatı qurmuş, rəsmi nikahdan üç övladı var. Zərərçəkmiş şəxs təxminən 4-5 ildir ona xəyanət edir, bir neçə dəfə onu telefonda başqa şəxslə danışanda tutmuşdur. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində yaşadığı evdə olan zaman Aygünə nə vaxta qədər belə davam edəcəyini, əxlaqsız hərəkətlərinə son verməsini bildirmiş, Aygün isə ona pis söyüşlə cavab verib yataq otağına getmiş, həmin zaman əlində bıçaqla pomidor doğrayarkən Aygünün ona söyüşlə cavab verdiyindən əsəbiləşərək əlindəki bıçaqla onu qorxutmaq üçün kürəyindən və sol ayağından bıçaqla vurmuş, lakin bıçağı elə vurmuşdur ki, ucu batsın, Aygün bundan qorxsun. Buna görə də Aygün ciddi xəsarət almamışdır. Məqsədi onu öldürmək, yaralamaq deyil, onu qorxutmaq olmuşdur. Bundan sonra Aygün qışqırmağa başlamış, o da evdən küçəyə çıxıb siqaret çəkmişdir. Sonradan oğlu Elmir evə gəlmiş və bu barədə telefonla DİN-nin “102” xidmətinə zəng edib məlumat vermişdir. Hadisə zamanı o heç bir xəsarət almamış, baş verən münaqişə təxminən 5 dəqiqə müddətində baş vermişdir. Həmin vaxt orada onlardan başqa heç kəs olmamışdır. Hazırda zərərçəkmişlə barışmışdır. Barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, rəsmi nikahdan 3 övladı var. Əvvəllər də əri Nofəl ilə aralarında qısqanclıq zəmnində münaqişələr olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 11 radələrində yaşadığı evdə olan zaman Nofəl onun telefonla çox danışmağına narazılıq edərək, onunla mübahisə etmiş, onu əxlaqsız olmağında günahlandırmışdır. Həmin zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı o yataq otağına keçmiş, Nofəl isə əlindəki mətbəx bıçağı ilə arxasınca gəlib onun kürək nahiyəsindən və sol ayağından bıçaqla vuraraq ona xəsarət yetirmişdir. O, qışqırmağa başlamış, Nofəlin əlindən bıçağı alıb həyətə atmışdır. Bundan sonra Nofəl evdən çıxıb getmişdir. O, əvvəlcə şikayət etmək istəməsə də, təxminən bir saat sonra oğlu Elmir bu barədə məlumatı olduqdan sonra telefonla DİN-nin “102” xidmətinə zəng edib məlumat vermişdir. O, da bununla bağlı Mehdiabad PB-nə şikayət ərizəsi yazmışdır. Baş vermiş hadisə zamanı evdə heç kəs olmamış, münaqişə təxminən 5 dəqiqə müddətində baş vermiş, hadisə zamanı o Təqsirləndirilən şəxs heç bir xəsarət yetirmədiyini göstərmişdir. O, hazırda Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir,odur ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəməyədək sadələdirilmiş icraat materialında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X3 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 794 saylı rəyinə əsasən 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – bel nahiyəsinin daxilə nüfuz etməyən 1 (bir) ədəd və sol diz oynağı nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları iti deşici-kəsici alətin (alətlərin), əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə həm ümumilkdə və həm də ayrıayrılıqda sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.  Məhkəmə-trasсoloji ekspertizası ilə əlaqədar Azərbaycan Respublikası Ядлиййя Назирлийинин Məhkəmə-Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/687 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan hər hansı bir əlavə və dəyişikliklər edilməmişdir Məhkəməyədək sadələşdirilmiş icraatın başlanılması haqqında 21 aprel 2024cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş cinayət işi icraata başlanılmaqla, təhqiqatı aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Digah qəsəbəsi. S.Vurğun ünvanında qeydiyyatsız yaşayır, barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət ərizəsi daxil olmamışdır. Maddi sübutun tanınması haqqında 26 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd bıçaq maddi sübut kimi tanınmış və Абшерон РПИ-нин НЩ-дя сахланъ йериня тящвил верилмишдир. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Göstərilən Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, iş üzrə Zərərçəkmiş şəxs ilə barışmış və bununla əlaqədar zərər çəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbininin olmamasına və cinayət işinin icraatına xitam verilməsinə dair ərizə təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş 01 ədəd bıçaq maddi dəyəri olmadığından məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. İş üzrə maddi sübut Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş 01 ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar