Məhkəmə qərarları › İş №1(012)-775/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-775/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-775/2025 24.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:25 radələrində yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi həyət evinə gəldikdə evdə atası Zərərçəkmiş şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində sərxoş vəziyyətdə olduğunu irad bildirərək evdən çıxmasım tələb etdikdə aralarında bu səbəbdən şəxsi münasibətlər zəminində yaranmış, mübahisə zamanı yüngül dərəcəli sərxoş vəziyyətində yumruqla Zərərçəkmiş şəxs bir dəfə sifət nahiyyəsinə və təpiklə bədənin müxtəlif nahiyyələrinə vuraraq ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan və sol göz yarığının daralması ilə nətcələnən sol gözün üst və alt göz qapaqlarının, sol gözaltıalmacıq nahiyəsinin qançır şişkinliyi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Şahid anası, Zərərçəkmiş şəxs isə atasıdır. 13 yanvar 2025-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhərinə işə getmiş, günorta saatlarında işdən çıxıb tanışları ilə birlikdə yeyib içməyə getmiş, axşam saatlarında spirtli içki içdikdən sonra yaşadığı evə gəlmişdir. Evə gəldikdə atası Zərərçəkmiş şəxs evdə sərxoş vəziyyətdə görmüş, ona sərxoş olması ilə bağlı iradını bildirdikdə aralarında bu zəmində mübahisə düşmüş, belə olduqda anası Şahid onları sakitləşdirmişdir. Lakin atası Zərərçəkmiş şəxs sakitləşməyib yenidən evdə onunla mübahisə yaratdığı üçün onu qəti olaraq evdən çıxmasını tələb etmişdir. Belə olduqda aralarında mübahisə daha da artmağa başlamış, o spirtli içkinin təsiri altında olduğundan yumruqla atası Zərərçəkmiş şəxs üz nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Atası yenə də sakitləşməyib onu təhqir edərək çıxıb getmək istədikdə əli ilə onun kürək nahiyəsindən vurub itələmişdir. Bundan sonra atası evdən çıxıb getmiş, üstündən bir qədər keçmiş atasının döyülməsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat verdiyini bilmişdir. Göstərmişdir ki, hadisə yaşadığı Abşeron rayonu, Saray qəsəbəsindəki fərdi evidə baş vermiş, hadisə zamanı evdə oğlu Təqsirləndirilən şəxs və arvadı Şahid olmuşdur. Hadisə təxminən 5 dəqiqə davam etmiş, hadisəyə səbəb atasının sərxoş vəziyyətdə evdə mübahisə yaratması olmuş və bu zəmində evdə aralarında mübahisə yaranmışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1994-cü ildə Şahid ilə rəsmi olaraq ailə həyatı qurmuşdur. Onların birgə nigahdan 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs və 1998-ci il təvəllüdlü Şəhla Qasımova doğulmuşdur. 13 yanvar 2025-ci il tarixdə saat 19:45 radələrində işdən çıxıb «3 qardaş» kafesində əyləşib spirtli içki qəbul etmişdir. Təxminən saat 20:25 radələrində oradan çıxıb qardaşı Rafiq Qasımovla üzləşmiş, sonuncu ona bildirmişdir ki, onların evinə gəlir. Sonuncu ilə birlikdə yaşadığı evə daxil olmuş və birlikdə yemək yemişlər. Bir neçə dəqiqə sonra qardaşı Rafiq Qasımov ona bildirmişdir ki, yaxınlıqda yaşayan qardaşı Elbrusgilə gedib orada duş qəbul edəcəkdir və evdən çıxıb getmişdir. Bundan sonra evdə yoldaşı Tofıqə Nəsirova ilə arasında mübahisə olmuş, belə ki, yoldaşı onun içki içməsinə əsəbiləşmiş və buna görə də onunla mübahisə etmişdir. Təxminən saat 20:45 radələrində, oğlu Təqsirləndirilən şəxs evə gəlmiş və sərxoş olduğu üçün onunla mübahisə etməyə başlamışdır. Belə ki, oğlu Təqsirləndirilən şəxs evə gəldikdə ondan sərt şəkildə nə səbəbə spirtli içki içdiyini soruşmış və eyni zamanda ondan evdən çıxmasını tələb etmişdir. O da həm əsəbi və həm də spirtli içki təsiri altında olduğundan onunla mübahisə etmiş, mübahisə zamanı oğlu Təqsirləndirilən şəxs yumruqla onun üz nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. O, dərhal evdən çıxıb getmək istədikdə oğlu onun arxasınca gəlib təpiklə bədəninin müxtəlif nahiyələrindən vuraraq ona xəsarət yetirmişdir. Belə olduqda oğlu tərəfindən döyülməsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Göstərmişdir ki, yaşadığı evdə oğlu Təqsirləndirilən şəxs onu döyülmüş, ona bir dəfə sifətindən yumruqla vuraraq xəsarət yetirmiş, daha sonra təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Hadisə yaşadığı Abşeron rayonu, Saray qəsəbəsindəki fərdi evidə baş vermişdir. Hadisə zamanı evdə oğlu Təqsirləndirilən şəxs və arvadı X2 olmuşdur. Hadisə təxminən 5 dəqiqə davam etmiş, hadisəyə səbəb onun spirtli içki içməsinə oğlunun və arvadının narazılıq etmələri olmuş və bu zəmində evdə aralarında mübahisə yaranmışdır. Hazırda təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 104 saylı rəyində qeyd olunmuşdur ki, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan və sol göz yarığının daralması ilə nətcələnən sol gözün üst və alt göz qapaqlarının, sol gözaltı-almacıq nahiyəsinin qançır şişkinliyi küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, xx.xx.2025-ci il tarixdə insan bədəni hissələrinin təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bağlı hazırlıq iclasında işin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə aid olması, cinayət işi üzrə məhkəməyədək aparılmış araşdırma dövründə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmaması, iş üzrə icraatın dayandırılmasına səbəb olan halların olmaması, yekun protokolun prosessual formasına riayət edilməsi, məhkəməyədək icraatın hüquq pozuntularına yol verilmədən aparılması müəyyən edilmişdir. Lakin hazırlıq iclasında iş üzrə icraata xitam verilməsi üçün müvafiq əsaslar müəyyən edilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, cinayət məsuliyyətindən azad edilməsini, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, bu barədə ərizə vermişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslə barışdıqlarını göstərərək, təqsirləndirilən şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, işin məhkəmə baxışına təyin edilməsi üçün zərurət qalmamışdır, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır; 39.1 və 39.1.11 -ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir; 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.5, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, cinayət qanununun tələbləri baxımından hazırlıq iclası mərhələsində Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmənın hazırlıq iclası zamanı mülki iddia verməmişdir, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə maddi sübut yoxdur, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 299, 300, 305 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan elan olunduqdan sonra apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar