Məhkəmə qərarları › İş №1(012)-776/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-776/2025

23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-776/2025 23.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Ağdam rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Binəqədi rayon Məhkəməsinin 1(001)-2872024 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması növündə cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi “Bağçalı evlər” yaşayış kompleksi 3B saylı binanın qarşısında Zərərçəkmiş şəxs ona gecə vaxtı telefonla uca səslə nəlayiq ifadələr işlədərək danışmasını irad tutmasını bəhanə gətirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tədbiq olunması ilə müşaiyət olunan qərəzli xuliqanlıq hərəkətləri edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ucadan sonuncunun ünvanına küçə söyüşləri söyərək ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə onun əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlər edərək yumruqla qəsdən bir neçə dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurub sonuncuya burun sümüyünün yerdəyişməyən sınığı ilə müşaiyət olunan burun nahiyəsinin qançırı, başın ənsə nahiyəsinin qançır-şişkinliyi, sağ gözün üst göz qapağının və gözaltı nahiyənin qançılarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək bu hərəkətlərini 5 dəqiqə davam etdirməklə orada olan xeyli sayda şəxslərin rahatlığını və dincliyini pozaraq qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, o, özünə məxsus olan avtomobili idarə etmək üçün 1 günlük tanışı Namiqə vermiş, sonuncu isə onun avtombili ilə törətdiyi inzibati qayda pozuntusuna görə 500 manat məbləğində cərimə edilmişdir. O, 11.09 2024-cü il tarixdə Namiqlə telefon vasitəsi ilə əlaqə saxlayaraq, ona 500 manat məbləğində olan cəriməni ödəməsini demiş və həmin məbləği almaq üçün içərisində ailəsinində olduğu nəqiyyat vasitəsi ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Baxçalı evlər deyilən əraziyə gəlmişdir. O, həmin vaxt avtomobili idarə etməsi üçün arvadı Səkinəyə vermiş, təxminən saat 00:20 radələrində Namiqin yaşadığı binanın qarşısına çatmışlar. Həmin vaxt o, Namiqə dəfələrlə zəng etsə də, sonuncu telfonu açmamış, ona cavab verməmişdir. O, bundan əsəbləşərək, sonuncunun ünvanına nəlayiq ifadə işlətmişdir. Bu zaman tanımadığı 2 nəfər şəxs ona yaxınlaşaraq işlətdiyi kəlmərə görə irad bildirdikdə, o, əsəbi olduğunu deyərək, üzrxahlıq etmiş, ailəsinin də avtomobildə olduğunu qeyd etmişdir. Lakin bundan sonra həmin şəxslər onun sözünə məhəl qoymayaraq, ona qarşı nəlayiq ifadələr işlədərək, birdən birə ona və ailəsinə əl-qol hərəkətləri ilə xəsarətlər yetirməyə başlamışlar. O, qarşı tərəfin bu hərəkətlərini anlaya bilməmiş, dərhal ailəsi ilə birlikdə avtomoilinə əyləşərək oradan uzaqlaşmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o, baş vermiş hadisə zamanı zərərçəkmiş şəxsi vurmamış, əksinə, sonuncu və yanındakı şəxs ona və arvadına əl qol hərəkətləri ilə xəsarət yetirmişlər. Hətta bildirir ki, həmin xəsarətlərin müayinəsi ilə bağlı arvadını ekspertizadan keçirmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsə aid ekspertiza rəyində qeyd edilən xəsarətləri o, yetirməmiş, sonuncuya kimin xəsarət yetirdiyini bilmir. İstintaq zamanı verdiyi ifadəsini ailəsini də bu məsələyə daxil etməsinlər deyə vermişdir. İfadəni oxumamış, müstəntiqin dedikləri ilə razılaşmalı olmuşdur. Sonda zərərçəkmiş şəxslə barışıq əldə edərək, şikayətçi olmamasını, bundan başqa ailəli olmaqla himayəsində onun maddi və mənəvi dəstəyinə ehtiyacı olan övladlarının olduğunu bildirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, həmin cinayət əməllərinin törədilməsində onun təqsirinin olması iş üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində o, evə gələrkən yaşadığı binanın yaxınlığında 2 B saylı binasının qarşısında sonradan adını bildiyi Təqsirləndirilən şəxs avtomobilin yanında dayanaraq kiminləsə mübahisə etdiyi və uca səslə nəlayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşmış, söyüş söyməsini irad tutaraq bina sakinlətinin narahatlığına səbəb olduğunu bildirmişdir. Bu zaman Elman əsassız yerə onunla mübahisə etmiş, mübahisə zamanı yumruq ilə onun sağ göz nahiyəsindən vurmuşdur. Bundan sonra Elmanın ailəsi və uşaqları, o cümlədən səs-küyə yığışan bina sakinləri onları ayırmış, ailəsi bundan sonra Elmanı hadisə yerindən götürərək oradan uzaqlaşmışdırlar. O, da bundan sonra hadisə barədə polis idarəsinə gələrək müraciət etmişdir. Sonda o, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmiş, onu bağışladığını və barışdığını qeyd etmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirdi ki, Elman onun əridir və o, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. xx.xx.2024-cü il tarixdə gecə saatlarında o, əri Elman, övladları Rəşad və Səidlə birlikdə ərinin tanışı Namiq adlı şəxsin yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Baxçalı evlər deyilən əraziyə getmişlər. Həmin vaxt avtomobili o, idarə etmişdir. Həmin ünvana çatdıqlarında Namiq telefonu götürmədiyi üçün Elman əsəbləşərək Namiqin ünvanına müəyyən xoşagəlməz ifadələr işlətmişdir. Elə bu vaxt iki nəfər Elmana yaşınlaşaraq irad bildirmiş, Elman da onlardan üzr istəmişdir. Lakin həmin şəxslər birdən Elmanla mübahisə etməyə başlamış, o, onların əlbəyaxa olduğunu görüb onları ayırmağa çalışarkən özü də müəyyən bədən xəsarətləri almışdır. Bu zaman hadisə yerinə səs küylə əlaqədar bir neçə nəfər gəlmiş, onlar bina sakinləri olduğundan mübahisə də Zaurun tərəfini tutaraq Elmanı haqsız bilmişdirlər. Hadisə zamanı o, həmçinin Elman müxtəlif dərəcəli xəsarətlər alsa da, nədənsə bu araşdırılmamışdır. Elmanın Zauru vurmasını görməmişdir. İbtidai istintaq vaxtı verdiyi ifadəsi ilə hazırki ifadəsi arasında olan ziddiyətlərlə bağlı suallara cavabında bildirdi ki, həmin ifadəni oxumadan imzalamışdır. Həmin gün Elman içkili olmamış, o, maşını həmin vaxt maşın idarə etməyə həvəsi olduğu üçün sürmüşdür. Hadisənin baş vermə səbəbi, Elmanın telefonla danışarkən əsəbi olduğu üçün işlətdiyi ifadələri qarşı tərəfin bəhanə etməsi olmuşdur. Məhkəmə iclasında Şahid2 və qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilən yetkinlik yaşına çatmayan Şahid1 digər Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X6 Abşeron rayon şöbəsi tərəfindən 11 sentyabr 2024-cü il tarixli, 2105 saylı rəyinə əsasən 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-burun sümüyünün yerdəyişməyən sınığı ilə müşaiyət olunan burun nahiyəsinin qançırı, başın ənsə nahiyəsinin qançır-şişkinliyi, sağ gözün üst göz qapağının və gözaltı nahiyənin qançıları, küt əşyanın (əşyaların)təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissələrinin (əl, baş və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir;

2. Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında 21 noyabr 2024-cü il tarixli qərardan görünür ki Zərərçəkmiş şəxs bir qrup şəxs tərəfindən xuiqanlıq niyyəti ilə qəsdən sağlamlığına yüngül zərər vurulması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başanılmışdır;

3. Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında 30 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;

4. Abşeron rayon Məhkəmısinin 19 dekabr 2024-cü il tarixli, 7(012)-219/2024 saylı qərarına əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-287/2024 saylı, 24 iyun 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törətməsində təqsirli bilinərək, 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsinin digər cəza ilə əvəz edilməsi məsələsinin həlli məqsədi ilə tutulması qərara alınmışdır;

5. “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi” haqqında 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur;

6. “İttiham elan olunması üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi” haqqında 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan olunması üçün tutulması haqqında qərar elan olunmuşdur;

7. “Axtarışda olan şəxsin tutulmasına” dair 28 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2025-ci il tarixdə Nərimanov rayonu ərazisində saxlanılaraq, Abşeron RPİ-nə MSY-nə təhvil verilmişdir;

8. “Qətimkan tədbirinin seçilməməsinin nəzərə alınması” barədə 31 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barədə Abşeron rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli qərarı ilə 07 gün müddətinə tutulma tətbiq edilməsi və 28 mart 2025-ci i tarixdən tutularaq Abşeron RPİ-nin MSY-də saxlanıldığı nəzərə alınaraq, onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilməmişdir.

9. “Sübutların qiymətləndirilməsi” haqqında 03 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkibi olduğundan ona 28 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edimiş ittiham həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməklə, həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, zərərçəkmiş şəxsə dəymiış ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilməməsi iş üzrə nəzərə alınmalı, həmçinin təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün heç bir dəlil gətirməməsi iş üzrə nəzərə alınmalı, iş üzrə məhkəmə-tibbi ekspertizasının rəyi və diigər istintaq sənədləri sübut növü qiymətləndirilmişdir;

10. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında 03 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elıan edilmişdir;

11. “Qətimkan tədbirinin seçilməsi” haqqında 03 aprel 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir;

12. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 08 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir;

13. Sumqayıt şəhər Probasiya Şöbəsinin 12 may 2025-ci il tarixli, 21-2/3-234800 saylı məktubuna əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)- 2872024 saylı, hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il 05 ay 28 gün müddətinıə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs qeyd edilən cəzanın 01 ay 08 gün müddətini çəkmişdir. Həmin tarixdə cəzanın çəkilməmiş hissəsi 01 (bir) il 04 (dörd) ay 20 (iyirmi) gün təşkil etmişdir;

14. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 23 aprel 2021-ci il təvəllüdlü X2 adlı uşağı vardır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Belə ki, Təqsirləndirilən şəxs mobil telefonda danışdığı Namiqin hərəkətlərinə görə əsəbləşməsini bəhanə edərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən ifadələr işlətmiş, bu zaman ona irad bildirən şəxsin tələblərinə məhəl qoymayaraq səbəbsiz yerə onunla mübahisə etmiş və zərərçəkmiş şəxsə zor tədbiq olunması ilə müşaiyət olunan qərəzli xuliqanlıq hərəkətləri edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ucadan Zərərçəkmiş şəxs ünvanına nəlayiq ifadələr işlədərək, ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə onun əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlərə yol verməklə, ətrafdakıların dincliyini pozmuş, həmçinin həmin mübahisə zamanı onun sağlamlığının pozulmasına səbəb olan xəsarətlər yetirmiş bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsin tərkibini yaratmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermiş, tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, sonuncunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvələr də qəsdən cinayət törətməyə görə məhkum edilməsini və islah olunmadan yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bununla belə, məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, bu isə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, eləcə də, zərərçəkmiş şəxslə barışıq əldə edərək, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin ailəli olmaqla himayəsində azyaşlı övladının olmasını o cümlədən əməlində ağırlaşdırıcı halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-2872024 saylı, hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş 01 (bir) il 04 (dörd) ay 20 (iyirmi) gün olmaqla, hazlrki günə münasibətdə 01 (bir) il 04 (dörd) ay 09 (doqquz) gün təşkil edir. Cəzanın həmin hissəsi hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 08:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməklə, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 03 saatın hər iş saatının 6 manatdan, 12 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 150 manat (03 saat x 6 AZN + 12 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-2872024 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 04 (dörd) ay 09 (doqquz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq hazırkı hökmlə təyin edilən 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək, ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 08:00-dək yaşadığı ünvan 4 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməklə, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-2872024 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 150 (bir yüz əlli) manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar