Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-777/2024 25.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qurbanova Səkinə Nadir qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, orta tehsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşqul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 iyul 2023-cii il tarixdə saat 18:30 radələrində “BC” dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Opel-Meriva" markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu Göradil qəsəbəsi ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozaraq yolayrıcından kənarda sola və ya geriyə dönərkən relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməli və onun həmin maddənin tələblərinə riayət etmklə hadisənin qarşısını almağa real imkanı olduğu halda, bu tələblərə əməl etməyərək dönmə hərəkəti apararaq qarşı əks hərəkət zolağına çıxıb qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Nama” markalı nömrə nişanı olmayan motosikletin qabaq hissəsi ilə toqquşmuş nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ bud sümüyünün orta 1/3nin qapalı yerdəyişmiş sınığı, sağ said sümüyünün distal ucunun qapalı yerdəyişmiş sınığı, çənənin əzilmiş-cırılmış yarası kimi sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1-ildən artıqdır ki, “BC” dərəcəli sürücülük vəsiqəsi ilə və baş etibarnamə ilə “Opel - Meriva” markalı **-BZ-*** nömrə nişanlı avtomobillə “Bolt” şirkətinə qoşulub taksi fəaliyyəti ilə məşqul olur. 07 iyul 2023-cii il tarixdə saat 18:30 radələrində idarə etdiyim avtomobil ilə Fatmeyi çimərliyindən çıxıb həmin yolla dəniz istiqamətində hərəkət etməyə başlamışdır. Hərəkətdə olduğu yol iki zolaqlı və iki tərəfli olmuş və tikinti matereialları satılan marketə getmək üçün qarşı tərəfdən gələn avtomobili buraxmış və dönmək üçün hərəkətə başlamış, həmin vaxt yolu düzünə üzü çimərlik istiqamətində hərəkət edən nömrəsiz motosikletlə idarə etdiyim avtomobil toqquşmuşdur. Nəticədə həmin şəxs yerə yıxılmış və avtomobili saxlayaraq yerə enmişdir. Həmin şəxsə kömək edib qaldırmış qəza zamanı, idarə etdiyi avtomobilin qabaq sağ qanadı əzilmişdir. Həmin vaxt dərhal bu barədə DİN nin 102 xidmətinə və xəstaxanaya məlumat vermişdir. Sonradan polis əməkdaşları hadisə yerinə gəlmiş və qəza nəticəsində xəsarət almış sonradan adını bildiyi Zərərçəkmiş şəxs yardım göstərməklə onu xəstaxanaya aparmışlar və özünü isə polis əməkldaşları aparıb sərxoşluğla əlaqədər xəstaxanada müyainədən keçirmişlər. Həmin vaxt hər hansı narkotik vasitə və ya spirtli içki qəbul etməmiş və ümumiyyətlədə sipirtli içki və ya narkotik vasitə istifadə etmir. Hadisə yerinə baxış keçirilmiş, protokol tərtib edilmiş və həmin protokola imza etmişdir.Qəza zamanı hər hansı xəsarət almamışdır. Sonda o, törətdiyi əməlindən peşmançılıq çəkdiyini bildirərək, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəyərək onlarla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad olunması və cinayət təqibi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 07 iyul 2023-cü il tarixdə, saat təxminən 18:20 radələrində Abşeron rayon, Fatmeyi qəsəbəsində atası İsmaylov İslamın işlədiyi təkər təmiri sexində olan zaman atasına məxsus olan «Nama» markalı nömrə nişanı olmayan motosikletlə yaxınlıqda yerləşən «Dəniz» marketə çörək almağa getmişdir. Yolda təxminin 30-40 km/saat sürətlə düzünə hərəkətdə olarkən tikinti materialları satışı mağazasının qarşısında «Opel-Meriva» markalı avtomobil təxmnin yol kəsişməsinə 5 metr qalmış qəflətən dönüb yolna çıxmış və məsafə yaxın olduğundan motosikleti saxlamaq imkanı olmamış və avtomobil ilə toqquşmuşdur. Motosiklet «Opel-Meriva» markalı avtomobilin sağ qanad hissəsinə çırpılmış və nəticədə avtomobilin qabaq şüşəsinə dəyib asfalt yola yıxıldığından huşunu itirmiş, qəza nəticəsində xəsarət almışdır. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəmiş ziyan tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayəti, iddia və tələbinin olmadığını göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən 10 il əvvəl bir nəfər tanımadığı şəxsdən yararsız vəziyyətdə olan motosikleti 300 manata alaraq təmir edib istifadə etməyə başlamışdır. Həmin motosikleti oğlu İntiqam ilə birlikdə işlədirmişlər. Mtosiklet kiçik olduğu üçün ona dövlət qeydiyyat nişanları verilməmişdir. Onun üzərində olan mühərrik 50-lilik olmaqla benzin az işlətdiyi üçün həmin motosikletdən (lopet) istifadə edib bazara və ya yaxın yerlərə gedirmişlər. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində oğlu İntiqamın idarə etdiyi motosikletlə “Opel” markalı avtomoibil toqquşub və oğlu xəsarət aldığı üçün xəstaxanada olduğunu eşidib xəstəxanaya getmiş və oğluna həkimlər tərəfindən yardım olunduğunu görmüşdür. Həmin vaxt İntiqam hadisə barədə danışaraq motosikletlə düzünə hərəkətdə olduğda qarşı tərəfdən Opel markalı avtomobil yolu dönərək qəfildən qarşısına çıxmış və motosikleti saxlaya bilmədiyindən qəza baş verdiyini demişdir. Hadisə ilə əlaqədar heç kimdən şikayət və tələbi yoxdur. İş materiallarında olan məhkəmə istintaqında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 38Ə saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs oğlıTsağ bud sümüyünün orta 1/3-nin qapalı yerdəyişmiş sınığı, sağ said sümüyünün distal ucununqapalı yerdəyişmiş sınığı, çənənin əzılmış- cırılmış yarası” bərk küt əşyanın təsirindən törənmişdir qərarın təsviri hissəsində göstərilən müddətdətdə və şəraitdə, yəni xx.xx.2023-cii il tarixdə yol-nəqliyyat hadisəsi zamanı üzərində olduğu mopedin avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurınava aiddir. İş üzrə təyin edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 01 mart 2024ci ıl tarixli 8/4114 saylı rəyindən görünür ki, Opel Meriva markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubilkası Qanunun 42-ci maddənin tələblərinə riyayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Abşeron RPİ DYPŞ-dən alınmış məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2021-ci il tarixdə sürücülük vəsiqəsi verilmiş və xx.xx.2031-ci il tarixədək etibarlı olan BDO19945 nömrəli “B1, B, C1, C” dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, eləcə də iş üzrə keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənildiyi üçün onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, onlara dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və zərərçəkmiş şəxsin nümayəndəsini, dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.2-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). İş materiallarında olan qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İstinad edilən maddələrin tələbləri baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyinə görə, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Opel Meriva markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəm baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Opel Meriva markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs məhkəm baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-777/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-777/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver