Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-778/2023 19.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, hazırda Ağdam rayonu, Şelli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 1- ci Mədən Korpus 8 nömrəsiz fərdi evdə yaşamış, 4(012)-274/2023 saylı 15 aprel 2023-cü il tarixli qərarı ilə barəsində “ həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, o Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı 1) daxil edilmiş 1 ədəd sellofan paketə bükülmüş ümumi çəkisi 215,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabi) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı ümumilikdə 1200 manat müqabilində Bakı şəhəri, Səbail rayonu ərazisindən əldə edib, üzərində saxlamaqla Abşeron rayonu, Xırdalan şəhərinə daşımış, 14 aprel 2023-cü il tarixdə saat 03 radələrində DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Lukoil” YDM-nin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış və Abşeron RPİ-nin inzibati binasına gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qəhvəyi gödəkçənin sol yan iç cibindən 1 ədəd bükümdə həmin 215,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu, Şelli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən Korpus 8, nömrəsiz fərdi evdə tək yaşamışdır. Hazırda isə 8 aydır ki, qeyri rəsmi olaraq bir nəfər qadınla Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yaşamışdır. Fərdi olaraq taksi sürücüsü kimi işləyib özünü dolandırır. Belə ki, o, əvvəllər narkotik vasitə istifadəçisi olmuş, təxminən 2-3 ildir ki, narkotik vasitə qəbul edir. O, həmin narkotik vasitəni çəkmək yolu ilə qəbul edir. Ancaq buna görə məhkum olunmamışdır. X6 təxminən iki ildir ki, tanıyır, münasibəti yaxşıdır və heç bir ədavəti yoxdur. 14 aprel 2023-cü il tarixdə gecə radələrində təsadüfən X8 ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşmüşdülər. Qeyd olunan ərazidə dayanıb söhbət etdiyi məqamda saat 03 radələrində üç nəfər mülki geyimdə polis əməkdaşı onlara yaxınlaşmışdır. Polislər özlərini təqdim edərək, DİN- nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdilər. Bundan sonra həmin polis əməkdaşları onlara yəni, ona və Yaşara narkotik vasitələrin qanunsuz dövriyyəsində, daşınmasında və satılmasında şübhəli olduqlarını yəni, bu barədə onlarda əməliyyat məlumatının olduğunu bildirib, birlikdə Abşeron rayon polis idarəsinə getməli olduqlarını bildirmişdilər. Bundan sonra onlar polislərlə birlikdə polislərin idarə etdiyi avtomobilə əyləşmişdilər. Abşeron RPİnə gəldikdən sonra təhqiqatçı tərəfindən üzərlərinə video çəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmişdilər. Orada hüquqlarının müdafiə olunması üçün vəkillər dəvət olunmuşdur. Orada hər ikisi şübhəli şəxs kimi tutulmuşdular. Sonra hüquq və vəzifələri ona izah olunmuşdur. Daha sonra polis əməkdaşları tərəfindən üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olub-olmaması soruşulmuş, o səmimi olaraq etiraf edib, üzərində narkotik vasitə gəzdirdiyini bildirmişdir. Sonra həmin narkotik vasitəni könüllü olaraq təhvil verməyini polis əməkdaşları təklif etmiş, o, əynində olan qəhvəyi rəngli dəri gödəkçənin sol yan iç cibindən 1 ədəd qara rəngli sellofana bükülmüş kütləni çıxarıb polis əməkdaşlarına təqdim edərək stolun üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmişdir. Onun üzərində istifadə etdiyi ***- ***-**-** saylı mobil nömrə olan bir ədəd sadə Nokia markalı mobil telefon, 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi və 10 manat pul aşkar edilmişdir. Mobil telefon və şəxsiyyət vəsiqəsi əhəmiyyət kəsb etdiyi üçün polislər tərəfindən götürülmüş, ancaq 10 manat pul özünə qaytarılmışdır. Onun üzərindən aşkar olunan kütlə polis əməkdaşları tərəfindən açılmış, içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Həmin bükülü elektron tərəzidə çəkilərək, qablaşdırma ilə birlikdə 316 qram təşkil etmişdir. Bundan başqa onun üzərindən hər hansı başqa qanunla qadağan olunan hər hansı əşya və predmet tapılmamışdır. Aşkar olunan kütlə qablaşdırılıb imzalarla təsdiq olunduqdan sonra ekspertizaya təqdim olunması ona izah edilmişdir. Həmin narkotik vasitəni kimdən və necə əldə etməyi barədə ona sual verildikdə isə həmin narkotik vasitə olan qurudulmuş marixuananın özünə məxsus olmasını, sosial şəbəkədə tanımadığı İran İslam Respublikasının vətəndaşından 3 gün əvvəl Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsindən 1200 manata aldığını bildirmişdir. O, narkotik vasitə satmadığını, şəxsi istifadəsi üçün üzərində saxladığını və başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir.Hazırda əməlindən peşmandır yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, DİO-da 2010-cu ildən, hazırda isə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmətini 2020-ci ildən davam etdirir. Polis kapitanı rütbəsindədir. X6 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, X4 və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olması barədə ona etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə 13 aprel 2023-cü il tarixdə onun tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general mayoru İslam Hümbətov tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş, qrupun rəhbəri o, qrupun digər üzvləri isə baş əməliyyat müvvəkkili polis polkovnik leytenantı, Şahid3 və əməliyyat müvəkkili, polis kapitanı Şahid2 olmuşdur. Onun tərəfindən qrupun üzvləri təlimatlandırıldıqdan sonra həmin günü yəni, 14 aprel 2023-cü il tarixdə X4 və Təqsirləndirilən şəxs birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında olduğunu öyrənmiş və həmin istiqamətdə hərəkət etməyə başlamışdılar. Həmin günü gecə saat 03 radələrində məlumat əsasında, onlar birlikdə həmin şəxslərin olduqları Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığına gələn zaman X4 və Təqsirləndirilən şəxs piyada hərəkət etdiklərini görmüşdülər. Həmin şəxslərə yaxınlaşıb özlərini polis əməkdaşı olduqlarını bildirmişdilər. Yaşara və Anara barələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, üzərində daşınmasında və satışında şübhəli olduqlarını bildirib əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişdilər. X2 və Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinə dəvət etmişdilər. İdarənin inzibati binasında həmin şəxslərin hüquqlarının müdafiə olunması və üzərlərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə vəkillər dəvət olunmuşdu. İlk öncə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuşdur. Anarın əynində qəhvəyi rəngli dəri gödəkçə, tünd göy rəngli köynək, tünd göy rəngli şalvar və qara rəngli ipli ayaqqabı olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli dəri gödəkçənin sol yan iç cibindən bir ədəd qara rəngli bükülünü çıxarıb könüllü olaraq stolun üzərinə qoymuş və həmin bükülü açılıb baxıldıqda içərisindən açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra üzərinə baxış zamanı ***-***-**-** saylı mobil nömrə olan bir ədəd sadə Nokia markalı mobil telefon, 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi və 10 manat pul aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə elektron tərəzidə çəkilərək, qablaşdırma ilə birlikdə 316 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan olunan hər hansı əşya və predmet tapılmamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitə olan qurudulmuş marixuananın özünə məxsus olmasını, sosial şəbəkədə tanımadığı İran İslam Respublikasının vətəndaşından 3 gün əvvəl Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsindən 1200 manata aldığını bildirmişdir. Narkotik vasitə satmadığını özü şəxsi istifadəsi üçün üzərində saxladığını və başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Bundan başqa, X8 şübhəli şəxs kimi tutulmuşdur. Yaşarın üzərinə vəkilin iştirakı ilə baxış keçirilmişdir. Yaşar Həşimovun əynində qara rəngli papaqlı qış gödəkçəsi, tünd göy rəngli cins şalvar və qəhvəyi rəngli ipli ayaqqabı olmuşdur. Baxış zamanı Yaşar Həşimov əynində olan tünd göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd qara rəngli bükülünü çıxarıb könüllü olaraq stolun üzərinə qoymuş və həmin bükülü açılıb baxıldıqda içərisindən açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra üzərinə baxış zamanı ***- ***-**-** saylı mobil nömrə olan bir ədəd Samsung markalı mobil telefon, 1 ədəd özünə məxsus sürücülük vəsiqəsi və 112 manat pul aşkar edilmişdir. Daha sonra Y.Həşimovun üzərindən aşkar olunan kütlə elektron tərəzidə çəkilərək, qablaşdırma ilə birlikdə 309 qram təşkil etmişdir. Y.Həşimovun üzərindən başqa qanunla qadağan olunan hər hansı əşya və predmet tapılmamışdır. X8 bildirmişdir ki, həmin narkotik vasitə olan qurudulmuş marixuananın özünə məxsus olmasını, sosial şəbəkədə tanış olduğu tanımadığı şəxsdən 7 gün əvvəl Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsindən 1000 manata aldığını bildirmişdir. Narkotik vasitə satmadığını özü şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Yaşarla birlikdə saxlanılan Təqsirləndirilən şəxs tanıdığını, Anarın da narkotik vasitə istifadə etdiyindən xəbərdar olduğunu bildirmişdir. O, narkotik vasitəni tək əldə etdiyini də əlavə etmişdir. Yaşar Həşimovdan və Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana kütlələri qaplaşdırılaraq ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunda ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdilər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə bioloji ekspertizasının 14 aprel 2023-cü il tarixli 7/533 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi-215,0 (qalıq 214,9) qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 215,0 qram narkotik vasitə olan qurudulmuş marixuanadan ekspertiza keçirildikdən sonra qalıq qalmış 214,9 qram qurudulmuş marixuana iş üzrə 17 aprel 2023cü il tarixdə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilməsi nəzərə alınmışdır. İstintaq zamanı təyin edilmiş Respublika Narkoloji Mərkəzin 03 iyul 2023-cü il tarixli 4120 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərinə 14 aprel 2023-cü il tarixdə “şəxsi axtarış və götürülmə keçirilməsi” haqqında protokola əsasən, saat 04:40 radələrindən saat 04:51 radələrinə qədər şəxsi axtarış keçirilən zaman onun əynində olan qəhvəyi rəngli dəri gödəkçənin sol yan iç cibindən bir ədəd qara rəngli bükülünü çıxarıb könüllü olaraq stolun üzərinə qoymuş və həmin bükülü açılıb baxıldıqda içərisindən açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra üzərinə baxış zamanı ***-***-**-** saylı mobil nömrə olan bir ədəd sadə Nokia markalı mobil telefon, 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi və 10 manat pul aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə elektron tərəzidə çəkilərək, qablaşdırma ilə birlikdə 316 qram təşkil etmişdir. Həmin bükülü təhqiqatçı tərəfindən aşkar edilərək götürülmüşdür. Daha sonra əməkdaşlar tərəfindən üzərinə baxış keçirilmiş hər hansı əşya və predmet tapılmamışdır. İş materiallarına əlavə edilmiş, bir ədəd CD diskdə 1 ədəd 10 dəq 08 saniyəlik video görüntü saat 04:40 radələrindən saat 04:51 radələrindək olan anı fiksə etmişdir. Diskə məhkəmədə baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən saxlanılıb, Abşeron RPİ-nin inzibati binasına gətirilmiş və saat 04:40 radələrindən saat 04:51 radələrindək olan müddət ərzində üstünə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində qəhvəyi rəngli dəri gödəkçə, tünd göy rəngli köynək, tünd göy rəngli şalvar və qara rəngli ipli ayaqqabı olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli dəri gödəkçənin sol yan iç cibindən bir ədəd qara rəngli bükülünü çıxarıb könüllü olaraq stolun üzərinə qoymuş və həmin bükülü açılıb baxıldıqda içərisindən açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra üzərinə baxış zamanı ***-***-**-** saylı mobil nömrə olan bir ədəd sadə Nokia markalı mobil telefon, 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi və 10 manat pul aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə elektron tərəzidə çəkilərək, qablaşdırma ilə birlikdə 316 qram təşkil etdi. Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan olunan hər hansı əşya və predmet tapılmamışdır. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuananın özünə məxsus olmasını, sosial şəbəkədə tanımadığı İran İslam Respublikasının vətəndaşından 3 gün əvvəl Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsindən 1200 manata aldığını, narkotik vasitə satmadığını özü şəxsi istifadəsi üçün üzərində saxladığını və başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. İstintaq zamanı Abşeron rayon Məhkəməsinin 19 aprel 2023-cii il tarixli, 5(012)- 362/2023 saylı qərarına əsasən, "xxxx" MMC-dən 01.08.23-cii il tarixli AZF/LGL- 2785/23 saylı məktubla alınmış bir ədəd CD diskə Təqsirləndirilən şəxs təqsirləndirilən və şübhəli şəxs qismində dindirilən zaman İran İslan Respublikasının vətəndaşı ilə hər hansı danışıqlarının olub-olmamasını, onun narkotik vasitələrin satışı ilə məşğul olubolmamasını və eyni zamanda şübhəli şəxs kimi saxlanılan zaman yanma olmuş X8 ilə hər hansı danışıqlarının və əlaqələrinin olub-olmamasını yoxlamaq məqsədi ilə baxış keçirdim. Baxış zamanı Təqsirləndirilən şəxs İran İslam Respublikasına aid hər hansı bir mobil nömrə ilə danışıqları və zəngləri qeydə alınmamışdır. Bundan başqa, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı əsaslı mesaj mətinləri aşkar edilməmişdir. Eyni zamanda X4 Təqsirləndirilən şəxs ilə mütəmadi olaraq hər hansı əlaqələrini sübut edən telefon danışıqları, narkotik vasitənin əlbir satması və ya istifadə etməsi ilə bağlı hər hanı məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən çəkilmiş 1 (bir) ədəd disk, 1 ədəd “Nokia” markalı mobil telefon, maddi sübut kimi tanınmış və ********* nömrəli cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Bundan başqa, DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən gələn tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Şübhəli şəxsin tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Törətmiş olduğu cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair istintaq materialları ilə kifayət qədər sübut olduğundan o, 15 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. 15 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə Abşeron rayon prokuroruna vəsatətlə müraciət edilmişdir. Abşeron rayon prokuroru-baş ədliyyə müşaviri Qabil Qasımov vəsatətlə razılaşaraq təqdimatla məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(012)- 274/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(012)- 511/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri müddəti uzadılmışdır. Təqsirləndirilən şəxs əməli 16 avqust 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.2- ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X5 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən hal, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, tədqiqatdan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq 214,9 qram narkotik vasitə olan qurudulmuş marixuanadır Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 22 (iyirmi iki) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 132 (yüz otuz iki) manat, həmçinin məhkəmə istintaqı zamanı 4 (dörd) saat iştirak etmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 24 (iyirmi dörd) manat,məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə videogörüntü olan disk iş materiallarında saxlanılsın, Nokia markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq 214,9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə videogörüntü olan disk iş materiallarında saxlanılsın, Nokia markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 22 (iyirmi iki) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 132 (yüz otuz iki) manat, həmçinin məhkəmə istintaqı zamanı 4 (dörd) saat iştirak etmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 24 (iyirmi dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti ver ilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-778/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-778/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver