Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-778/2025 14.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1996-cı il tarixdə Zaqatala rayonunun Mamqabinə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu, Üçüncü Tala Ərazi Dairəsi, Mamqabinə kəndində qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhəri, AAAF X5, bina 9, mənzil 3 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs oğlu X2 həqiqi hərbi xidmətdən xəstəliklə bağlı vaxtından əvvəl tərxis etdirəcəyini yalandan vəd edib aldadaraq, Zərərçəkmiş şəxs 2024-cü ilin aprel ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Hərbi Hospitalın yaxınlığında 2.200 manatını, 2024-cü ilin aprel ayının sonlarında Bakı şəhəri “Şamaxinka” adlanan ərazidə 800 manatını, 01 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs tapşırığı ilə qohumu Şahid ona məxsus **********731241 nömrəli bank kartına göndərdiyi 600 manatını, 05 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, bina 2, ev 15də ona məxsus **********731241 nömrəli bank kartına göndərdiyi 1200 manatını, ümumilikdə vahid niyyətlə 4.800 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. İŞİN HALLARİ VƏ DƏLİLLƏRİ: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, o, 2024-cü ilin əvvəllərində Hərbi Hospitalda müalicə alan dövrdə orada Namiq Dadaşovla tanış olmuş, söhbət əsnasında Namiq ona N saylı hərbi hissədə qulluq etdiyini, ürəyində olan xəstəliklə bağlı hospitala gətirildiyini və xəstəliyi ilə bağlı ordudan tərxis olunmaq istədiyini, bildirmişdir. O, Namiqə bu işdə köməklik edə biləcəyini demiş, və ona mobil nömrənisini əlaqə saxlamaq üçün anasına verməsini bildirmişdir. Bir neçə gün sonra təxminən 2024-cü ilin aprel ayında Namiqin anası Elnarə ilə hospitalın qarşısında görüşmüş, sonuncu ondan oğlunu tərxis olunmasına kömək etməsini xahiş etmiş, o bu iş həll edəcək tanışlarının olmasını, ancaq 5.000 manat pul lazım olduğunu dedikdə, sonuncu hissə-hissə olmaqla 4.800 manat pul verə biləcəyin dair aralarında razılıq əldə etmişlər. Onların arasında əldə edilmş razılığa əsasən 2 ay sonra Namiq ordudan tərxis olacaqdı. Hissə hissə olmaqla ümumilikdə Zərərçəkmiş şəxs ona 4800 manat pul vermişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, özünü qismən təqsirli bilmək məsələsinə aydınlıq gətirərək qeyd etdi ki, o, zərərçəkmiş şəxsi aldatmaq fikrində olmamış, ona soyadını fərqli deməmişdir. Namiqin xəstəliklə əlaqədar tərxis oluna bilinəcəyini düşünmüş, bu işlərdən anlayışı olan şəxslər vasitəsi ilə bunu edə biləcəyini güman etmişdir. Sonradan vədinə əməl edə bilmədikdə addi imkanı yaxşı olmadığı üçün pulun qaytarılması yubanmış və şikayətə səbəb olmuşdur. Hazırki müddətdə o, Zərərçəkmiş şəxs pulunu tam olaraq geri qaytararaq, barışıq əldə etməsini və törətdiyi əməldən peşman olmasını bildirərək, barəsində cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, X3 xx.xx.2024-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon idarəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Oğlu xidmətə çağrıldıqdan sonra Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə, oradan isə N nömrəli hərbi hissəyə göndərilmiş və hazırda N nömrəli hərbi hissədə xidmət edir. Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayında oğlu Namiq, Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında stasionar müalicədə olan zaman tanımış, ona əvvəl soyadını Mazanov kimi təqdim etmiş, X9 2024-cü ilin mart ayının əvvəllərində N nömrəli hərbi hissədə gənc əsgərlər kursunu bitirdikdən sonra Laçın rayonunda yerləşən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəyə göndərilmişdir. Təxminən 2024-cü ilin aprel ayının əvvələrində X9 xatırlamadığı mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsinə zəng vurub Kəlbəcər rayonunda yerləşən hərbi hospitalda olduğunu bildirmiş, o hansı səbəbdən Hospitalda olduğunu soruşduqda oğlu "mədə bağırsağında ağrılar olduğunu və yemək yeyə bilməməsini bildirmişdir. X9 10-15 gün müddətində Kəlbəcər rayonunda yerləşən Hərbi Hospitalda stasionar müalicədə olduqdan sonra 2024-cü ilin aprel ayının ortalarında xatırlamadığı mobil telefon nömrəsindən ona zəng vuraraq müayinə üçün Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında olduğunu demiş, o da həmin gün günorta saatlarında bacısının yeznəsi Şahid ilə birlikdə Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalına getmişdir. Hospitalda olarkən X9la nəzarət buraxılış məntəqəsində qohumu Şahidlə birlikdə görüşmüş, oğlu Namiqi mülki formada bir şəxs gətirmişdir. Görüş zamanı oğlu ona həmin şəxsin adının Şamil olduğunu, Hospitalda işlədiyini, Hospitalda olan zaman Şamil ilə tanışlığının yarandığını bildirmişdir. Namiq Dadaşov görüş zamanı ona mədəsində problemlər olduğunu, yemək yeyən zaman qaytardığından müayinə olunmaq üçün Hospitala gətirildiyini demişdir. Həmçinin Şamilin görüşə gələn zaman oğluna müəyyən pul müqabilində xəstəliyinə görə Namiq Dadaşovu ordu sıralarından tərxis edə biləcəyini, deməsinə görə bir neçə əsgəri tərxis elətdirdiyini oğluna deməsi barədə oğlu ona bildirmişdir. Həmin vaxt X9 içərisinə mobil telefon nömrəsi yazılmış kağız verərək Şamil adlı şəxsin nömrəsi olduğunu və onunla əlaqə yaratmağını demişdir. Oğlu Namiq ilə görüş bitdikdən sonra Şamil oğlunu Hospitalın içərəsinə aparmışdır. O, həmin gün saat 13 radələrində X9un verdiyi ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng vurub nömrəni oğlu Namiqin verdiyini bildirmiş və Hosbitalın yanına gəlməsini xahiş etmişdir, Şamil adlı şəxs "gəlirəm" deyə cavab vermiş. Təxminən 10 dəqiqə sonra Şamil mülki geyimdə Hospitalın qarşısına gəlmiş. Həmin şəxs ona ad, soyad və ata adının X1 demiş, lakin o sonradan vhatsapp programında soyadının Yəhyayev yazıldığını görmüşdür. Lakin bununla bağlı Şamil adlı şəxsdən heçnə soruşmamışdır. Qohumu Şahidlə birlikdə Baş Kliniki Hospitalın qarşısında Şamil adlı şəxslə görüşmüş, Görüş zamanı Şamil ona oğlunu xəstəliklə tərxis elətdirə bilərəcəyini demiş, o daoğlunu tərxis elətdirdiyi halda nə lazımdırsa verəcəyini bildirmişdir. Şamildə bu işi 5000 manat müqabilində edə biləcəyini demiş, o da 4800 manat pul verə biləcəyini demiş və Şamil onunla razılaşmış, lakin Şamil ona bu gün pulun 2200 manatını verməsini, qalanını isə tərxis olduqdan sonra verməsini bildirmiş və hər iki tərəf arasında razılıq əldə olunmuşdur. Həmçinin Şamil, Namiqin hərbi hissəyə qayıtdıqdan N gün sonra yenidən hospitala qayıdıb tərxis olacağını demişdir. O da qohumu Şahidlə birlikdə yaşadığı evə gedib 2200 manat pulu götürüb Baş Kliniki Hospitalın qarşısına gəlmiş, Hospitalın qarşısında olarkən Şamilin mobil telefon nömrəsinə zəng vurub Hospitalın qabağına gəlməsini demişdir. Şamil Hospitalın qarşısında olarkən Şahid yanında X9un xəstəliklə əlaqədar ordu sıralarından tərxis olunması üçün 2200 manat pulu Şamilə vermiş. Sonuncu da pulu aldıqdan sonra pulun qalanını, yəni 2600 manatı məbləğində pulu X9 tərxis oldunduqdan sonra verməyini demiş, o da verəcəyini bildirmişdir. X9 həmin gün xidmət yeri olan N nömrəli göndərilmiş, təxminən 5-N gün sonra Şamilə zəng vuraraq oğlunun işi ilə bağlı nə xəbər olduğunu və nə vaxt tərxis olacağını soruşmuşdur, Şamil də narahat olmağa əsas olmadığını, həll olunacağını, lakin yenidən ödəniş etmək lazım olduğunu bildirmişdir. O 2024-cü ilin aprel ayının sonlarında Bakı şəhəri, Şamaxinka adlanan ərazidə yerləşən Azərbaycan Beynaxalq Bankın filialının qarşısında qohumu Şahid yanında 800 manat məbləğində pulu Şamilə vermişdir. Belə ki, həmin vaxt onda rus rubulu olduğu üçün pulu manata çevirərək Şamilə vermişdir. Bir neçə gün sonra X9 xatırlamadığı mobil telefon nömrəsindən ona zəng vuraraq mədəbağırsaqlarında olan ağrılarla bağlı Kəlbəcər rayonunda yerləşən Hospitalda olduğunu demiş, o da Şamilin mobil telefon nörməsinə zəng vuraraq işin nə vaxt həll olunacağını soruşmuş və oğlunun yenə Kəlbəcərdə Hospitalda olduğunu bildirmişdir. Şamil da ona Namiqi Kəlbəcərdə yerləşən Hospitala özünün göndərdiyini demiş, orada xəstəliklə bağlı sənəd aldıqdan sonra tərxis edəciyini bildirmişdir. Həmçinin Şamil ona 600 manat pul verməli olduğumu demiş, o həmin pulu harade verəcəyini soruşduqda Şamil kart nömrəsi verəcəyini, o həmin hesaba göndərməsini bildirmişdir. O da Şahid zəng vurub Qabilin onda olan **********780296 nömrəli Kapital Bank tərəfindən verilmiş kartına "Milli ödəmə" sistemi vasitəsi ilə 600 manat pul göndərəciyini, həmin pulu Şamilin ona verəcəyi karta göndərməsini demişdir. xx.xx.2024-cü il tarixdə 600 manat pulu Abşerov rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən "Milli ön" ödəmə sistemi vasitəsi ilə Şahid kartına göndərmiş. Həmin gün günorta saatlarında Şamil ona "Vhatsapp" programı vasitəsilə **********731241 nömrəli kart nömrəsi göndərmiş. O da həmin nömrəni Şahid göndərib 600 manatı həmin kart nömrəsinə göndərməsini demişdir. Bir neçə dəqiqə sonra Şahid zəng vurub pulu göndərdiyi barədə məlumat vermiş, o da Şamilə zəng vurub 600 manat pulu göndərdiyini dedikdə Şamil pulun gəldiyini bildirmişdir. Bir neçə gün sonra oğlu ona zəng vurub Hospitaldan N nömrəli hərbi hissəyə qaytarıldığını demiş, o Şamilə zəng vurub oğlunun yenə hərbi hissəyə qaytarıldığını bildirdikdə Şamil ona narahat olmamasını, işin axırı olduğunu və həll olunacağını deyərək təskinlik vermişdir. xx.xx.2024-cü il tarixdə Şamil ona zəng vurub işin yekunlaşdığını bildirirərək, qalan 1200 manatı ona göndərdiyi kart hesabına göndərməsini tələb etmiş, o da həmin gün yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, bina 2 ev 15-də ona məxsus, Kapital Bank tərəfindən verilmiş **********087583 nömrəli kartdan **********731241 nömrəli karta 1200 manat pul göndərmiş, pulu göndərdikdən sonra Şamilə zəng vurub məlumat vermiş, Şamildə pulun gəldiyini demişdir. Lakin həmin gündən sonra oğlu hər hansı Hospitala göndərilməmiş, Mən də Şamilin onu aldatdığını başa düşüb 2024-cü iyun ayının sonlarında, zəng vurub pulunu qaytarmasını desə də Şamil hər dəfə müxtəlif bəhənələr gətirib vaxt uzatmış, o artıq məcbur qalıb Şamilin barəsində Abşeron rayon Polis İdarəsinə və Hərbi Prokurorluğa şikayət etmişdir. Oğlu Namiq hazırda Laçında hərbi xidmətini davam etdirir, 2025-ci ilin iyul ayında xidmətini başa vuracaqdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşının xalasıdır. Elnarənin oğlu Namiq hərbi xidmətə getdikdən sonra xəstələndiyi üçün Hərbi Hospitala gətirilmişdir. Təxminən 2024-cü ilin aprel ayında Elnarə ondan Hospitala aparmasını xahiş etmişdir. Elnarə ilə birlikdə hospitalın girişində Namiqlə görüşmüş, həmin vaxt Namiqin yanında Şamil adlı şəxsdə var idi. Bundan bir neçə gün sonra Elnarə ona, Şamilin zəng vurub oğlunun səhhəti ilə bağlı ordudan tərxis olunmasına köməklik edə biləcəyini, bu məsələ ilə bağlı Şamillə görüşə getdiyini demiş və onunda getməyini istəmişdir. Elnarə ilə birlikdə Şamillə hospitalın yaxınlığında görüşmüş, Şamil özünü hərbçi kimi təqdim etmiş, Namiqin tərxis olunmasına köməklik edə biləcəyini bildirmiş, bunun müqabilində 5.000 manat istəmiş, Elnarə 4800 manat verə biləcəyini demişdir. Həmin gün Elnarə ilə evə qayıdıb 2200 manat götürüb Hospitalın yaxınlığında Şamilə vermiş, Şamildə N günə Namiqin tərxis olacağına söz vermişdir. Bir neçə gün sonra yenidən Şamillə Şamaxinkada görüşmüş, orada Elnarə Şamilə 800 manat vermişdir. 01 may 2024-cü il tarixdə Elnarə ona zəng edib Şamilin yenə pul istədiyini onun kartına 600 manat göndərdəcəyini həmin pulu Şamilə verməyini istəmişdir. Şamil ona zəng edib bank kartı nömrəsini göndərəcəyini Elnarənin göndərdiyi pulu həmin karta göndərməyini istəmiş, o da 600 manatı Şamilin kartına göndərmişdir. Bundan sonra Elnarə ilə danışdıqda Şamilə 1200 manat da göndərdiyini ümumilikdə 4800 manatı Şamilə verdiyini bildirmişdir. Bir müddət keçsə də Namiqi hospitaldan yenə hərbi hissəyə göndərilmiş, bundan sonra Elnarə Şamil tərəfindən aldadıldığını başa düşüb polisə şikayət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılmış və icraata qəbul edilmiş;, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair ********* №-li cinayət işinə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində baxılarkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilmişdir;
3. “Şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi” haqqında 26 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməli və o, saxlanıldıqda Abşeron RPİ-nin MSY-nə təhvil verilməlidir;
4. “Cinayət işinin icraatın dayandırılması” haqqında 26 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs yeri müəyyən olunaraq, istintaqa təqdim olunanadək dayandırılmışdır;
5. “Axtarışda olan şəxsin tutulması” haqqında 12 mart 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs 12 mart 2025-ci il tarixdə saxlanılaraq, Abşeron RPİ-nin İstintaq Şöbəsinə təhvil verilmişdir;
6. “Cinayət işi üzrə dayandırılmış icraatının təzələnməsi” haqqında 12 mart 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron RPİ-nin İstintaq Şöbəsinə təhvil verildiyindən ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir;
7. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 13 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur;
8. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 13 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, o, MSY dən azad edilmişdir;
9. “Sübutların qiymətləndirilməsi” haqqında 02 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs 13 mart 2025-ci il tarixdə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmaqla, iş üzrə özünün zərərçəkmiş şəxsin ifadəsi təqsirləndirilən şəxsin ifadəsi və şahidin ifadəsi işin faktiki hallarına uyğun olduğu üçün sübut növü kimi qəbul edilmişdir;
10. Abşeron rayon Məhkəməsinin 1(012)-778/2025 saylı, 02 iyun 2025-ci il tarixli qərara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir;
11. Abşeron rayon Polis İdarəsinin 18 iyun 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs 18 iyun 2025-ci il tarixdə saxlanılaraq, idarəyə gətirilmiş və məhkəməyə təqdim edilmişdir.
12. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, şikayət və tələbi yoxdur;
13. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 07 noyabr 2023-cü il təvəllüdlü X4 adlı uşağı vardır.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, ifadəsinin məzmunundan təqsiri olduğu şübhə altına alınmır, həmçinin məhkəmədə elan olunmuş zərər çəkmiş şəxs və şahid ifadələri ilə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Eyni zamanda məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusat yəni 4800 manat pulu zərər çəkmiş şəxsdən alıb üçüncü şəxslərin vasitəsi ilə həll edə biləcəyinə dair verdiyi vədlə bağlı ibtidai araşdırma zamanı ümumiyyətlə heçnə bildirməmiş, üçüncü şəxslərin olma ehtimalını qeyd etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı mərhələsində belə ifadə verməsi və digər hərəkətlərin etməsi məsuliyyətdən yayınmaq məqdəsi daşıyır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaqı aparılmış ********* №-li cinayət işinə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində baxılarkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş, bu norma artıq tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə edib vurulmuş zərəri ödəsə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini və himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd olunan Plenumunun Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini və himayəsində azyaşlı övladının olmasını əməlində cəzanı yüngülləşdirən hallar olaraq qiymətləndirərək, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və ədalətli olmaqla yanaşı həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 08:00-dək yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, AAAF X5, bina 9, mənzil 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4.8-ci bəndində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin ediləcək azadlığın məhdudıaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 (on beş) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 165 (bir yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya İdarəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 08:00-dək yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, AAAF X5, bina 9, mənzil 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 (on beş) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 165 (bir yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov