Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-78/2021 09.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1971-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Astara rayonu Ərçivan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqa barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 320.1, 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs rəsmi sənədi qanunsuz hazırlama və bilə-bilə saxta sənəddən istifadə etmə məqsədi ilə 2019-cu ilin yanvar ayında üzərində özünə məxsus fotoşəkil əksi vurulan və «QİDA», təsisiçi «C.Təhməzov» yazılmış və «Məmmədov Kamran»ın adına verlidiyi göstərilmiş, təsisçisi olduğu jurnalın «Azərbaycan Respublikası Beynəlxalq, İctimai, siyasi, elmi kütləvi jurnalı «QİDA»» sözləri yazılmış möhür əksini relyef klişedən sənədin üzərinə birbaşa vurmaqla saxta 03 nömrəli vəsiqəni qanunsuz hazırlayaraq biləbilə saxta vəsiqədən istifadə etmişdir. Bunban başqa Təqsirləndirilən şəxs tamah niyyətilə etibarından sui-istifadə etmə və aldatma yolu iləözgənin əmlakınıələ keçirmək məqsədiləözünü «X4 əməkdaşı kimi təqdim edərək tanışı Zərərçəkmiş şəxs2 X2 idarəsinin şimal zonasıüzrə inspektor vəzifəsinə düzəldəcəyinə dair yalan vəd edib inandırmış, xx.xx.2019-cu il tarixdə saat 15 radələrində ünvan 3 ünvanında bu məqsədlə Zərərçəkmiş şəxs2 533 manat pulunu ələ keçirərək zərərçəkmişZərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyətilə etibarından suiistifadə etmə və aldatma yolu iləözgənin əmlakınıələ keçirmək məqsədiləözünü X2 İdarəsinin əməkdaşı «Kamran Məmmədov» kimi tədqim edərək tanışı Zərərçəkmiş şəxs1 həmin idarədə sürücü kimi, sonuncunun həyat yoldaşı Şahid isə xadimə kimi işə düzəldəcəyinə dair yalan vədlər verib inandırmış, xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı ünvan 4 ünvanındakı evində 500 manat nəğd pulunu və ümumi 550 manat dəyərində 2 ədəd «Samsunq» markalı telefonu, yəni ümumilikdə 1050 manat dəyərində əmlakı ələ keçirmiş, bundan sonra Zərərçəkmiş şəxs1 və Şahid fotoşəkil əksləri vurulan və «QİDA», təsisiçi «C.Təhməzov» yazılmış və «Zərərçəkmiş şəxs1» və «Şahid» yazılmış, təsisçisi olduğu jurnalın «Azərbaycan Respublikası Beynəlxalq, İctimai, siyasi, elmi kütləvi jurnalı «QİDA»» sözləri yazılmış möhür əksini relyef klişedən sənədin üzərinə birbaşa vurmaqla saxta 015 və 016 nömrəli vəsiqələri qanunsuz hazırlayaraq Zərərçəkmiş şəxs1 verib, bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən tamah niyyətilə etibarından suiistifadə etmə və aldatma yolu iləözgənin əmlakınıələ keçirmək məqsədiləözünü X2 İdarəsinin əməkdaşı kimi təqdim edərək Zərərçəkmiş şəxs3 sonuncunun oğlu X7 X2 İdarəsinin regional bölməsinə müdir vəzifəsini təyin edəcəyinə dair yalan vəd verib inandırmış, xx xxx 2019-cu il tarixdə saat 16 radələrində sonuncunun yaşadığı Abşeron rayonu Xırdalan şəhəri O.Sarıvəlli küçəsi 224 saylı evdə 750 manat pulunu ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə CM-in 178.2.2 və 177-ci maddələri ilə məhkum olunmaqla sonuncu dəfə xx.xx.2014-cü il tarixdə Lənkəran rayon məhkəməsinin hökmü ilə CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilib 07 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Qida qəzetində müxbir vəzifəsində işləyir. Belə ki, imkanı olmadığıüçün qərara gəlmişdir ki, vətəndaşlara iş düzəldib pul qazansın. 2019-cu ildə Xırdalan şəhərində Zərərçəkmiş şəxs1 evində kirayədə yaşamış, belə ki, ondan əvəll də Xırdalanda yaşamış, xx.xx.2019-cu il tarixdəəvəllər tanıdığı Zərərçəkmiş şəxs2 ona müraciət etmişdir ki, onu Qida təhlükəsizlik ağentliyinə işə düzəltsin. O da bununla əlaqədar maraqlanacağını demiş, sonra pula ehtiyacı olduğu üçün İlhama demişdir ki, 600 manata onu X4 şimal zonasıüzrə inpektor vəzifəsinə düzəldə bilər. İlham da onunla razılaşaraq xx.xx.2019-cu il tarixdə yaşadığı Xırdalan şəhərində ona 533 manat pul vermiş, o da razılaşaraq yaxın vaxtlarda işini düzəldəcəyini demiş, sonradan İlhamı işə düzəldə bilmədiyi üçün ona Qida təhlükəsizli ağnetliyinin işçisinin sənədini vermiş, həmin sənədi özü düzəltmiş, sonradan pulunu qaytara bilmədiyi üçün Zərərçəkmiş şəxs2 ondan şikayət etmişdir. Bundan başqa kirayədə yaşadığı evin sahibi Zərərçəkmiş şəxs1 ilə arvadıŞahid Qida təhlükəsizliyi ağentliyinə işə düzəltməyinə söz vermiş, Zərərçəkmiş şəxs1 bu məqsədlə xx xxxxxx 2019-cu il tarixdə ünvan 5 A ünvanında 315 manat pulu və 2 ədəd 550 manat dəyərində Samsung markalı mobil telefonu maddi dəyər kimi almış, ümumilikdə ondan sonuncudan 865 manat pul almış, həmin pulları aldıqdan sonra onlara Qida İnformasiya ağnetliyinin işçi sənədini vermiş, lakin sonradan onun yalanını başa düşmüş və bununla əlaqədar Abşeron rayon polis idarəsinə müraciət etmişlər. Bundan başqa Zərərçəkmiş şəxs3 adlı tanışı ona müraciət edərək oğlu Zərərçəkmiş şəxs3 Qida təhlükəsizlik agentliyinə regional bölməsinə müdir təyin etdirsin. Bu məqsəldə sonuncuya 750 manat pul lazım olduğunu dedikdə Namiq ona 350 manat pul verəcəyini demiş, sonra xx xxx 2019-cu il tarixdə onunla Xırdalan şəhəri, O.Sarıvəlli küçəsi, ev 224 saylı evdə görüşüb ondan 350 manat pulu götürmüş, lakin onu da işə düzəldə bilmədiyi üçün sonuncu onun barəsində Abşeron rayon polis idarəsinə şikayət etmişdir. Nurəddindən və İlhamdan aldığı pulları öz şəxsi ehtiyaclarına ödəmiş, telefonlari isə tanımadığı şəxslərə 250 manata satmışdır. Davranış qəzetinin və Qida jurnalının baş redaktorudur və Azərbaycan nəşriyyatında həmin qəzet və jurnalla bağlı iş otağı vardır. O, həmin otaqda olan kompyuter və laminasiya aparatında Qida İnformasiya agentliyinin redaksiyasında işləməsi ilə bağlı saxta vəsiqə hazırlamış, bu işdə ona heç bir köməklik etməmiş, həmin vətəndaşlara özü saxta sənəd hazırlayıb vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin fevral ayında təxminən 10 gün Təqsirləndirilən şəxs Mustar oğlu ona məxsus evdə kirayədə yaşamış, belə ki, Cəfər ona özünü X4 əməkdaşı kimi təqdim etmiş, o da həmin vüxtı həyat yoldaşıŞahid Süleyman qızını işə düzəltmək istəmişdir. Həmin vaxtı Cəfər ona demişdir ki, «səni sürücü işə düzlədərəm, həyat yoldaşın Rəfiqəni isə xadimə düzəldə bilərəm». Bu məqsədlə Cəfər ondan 500 manat pul və 2 ədəd 550 manat dəyərində Samsunq markalı telefonlarını almış, həmin pulu və telefonları xidmət haqqı kimi ondan götürmüşdür. Cəfər aldığı pulun 185 manatını borc kimi götürdüyünü və həmin pulu qaytaracağına söz vermişdi, belə ki, demişdi ki, güya xx xxxx 2019-cu il tarixdə maaşını alacaqdır və həmin vaxtı da pulu qaytaracaqdır. Cəfərə 500 manat pulu və 550 manat dəyərində 2 ədəd Samsunq markalı mobil telefonları xx xxxxxx 2019-cu il tarixdə vermiş, sonradan Cəfər onlara həmin ağentliyin 2 ədəd vəsiqəsini vermişdir. Bundan sonra həmin vəsiqələri Qida Təhlükəsizlik agentliyinin əməkdaşlarına göstərmiş, ona bildirmişlər ki, aldadılaraq pulu alınıb və saxta vəsiqə verilmişdir. Bundan sonra aldanılması ilə bağlı polis idarəsinə məlumat vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ümumi tanışı olan Mirzə adlı şəxsin vasitəsi ilə 2019-cu ilin aprel ayında Təqsirləndirilən şəxsla tanış olmuş və Təqsirləndirilən şəxs ətrafının geniş olduğunu nəzərə alıb oğlunun işə qəbul edilməsi ilə bağlı ona müraciət etmişdir. Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, 23 yaşlı oğlu X10 X1 regional bölməsinə müdir təyin etsin. O, bu təklifə çox sevinmiş və Təqsirləndirilən şəxs ona verdiyi vədə inanaraq xx xxx 2019-cu il tarixdə Cəfərin tələbi ilə ona xidmət haqqı kimi 750 manat pulu yaşadığı evin həyətində tək halda əlbəəl vermişdir. Təqsirləndirilən şəxs ondan pul aldıqdan təxminən 10 gün sonra «vəsiqə əvəzi» adlı arayış və oğlunun Qida X1 rayonu İcra nümayəndəsi seçilməsi ilə bağlı Şamaxı rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubu təqdim etmiş ki, həmin məktubu aparıb oğlu ilə birlikdə Şamazı rayon İcra Hakimiyyətinə təqdim etsin və orada bilsinlər ki, oğlu Qida X1 rayonu İcra nümayəndəsi təyin edilmişdir. Bundan bir neçə gün sonra həmin arayışı və oğlu ilə birlikdə deyilən ünvana apararaq oranın işçisi olan Dürdanə adlı qadına təqdim etmiş və evinə qayıtmışdır. Bundan sonra Təqsirləndirilən şəxs oğlundan «vəsiqə əvəzi» adlı arayışı geri tələb etmiş və oğlunun adına olan vəsiqənin hazırlandığını bildirib tezliklə təqdim edəcəyini bildirmiş və həmin sənədin əslini özündə saxlamışdır. Lakin buna baxmayaraq oğlunun işindən xəbər çıxmamış və o dəfələrlə Cəfər ilə əlaqə yaradaraq bu barədə maraqlandıqda sonuncu müxtəlif bəhanələrlə onu aldatmış, daha sonra Cəfər ilə əlaqəsi kəsilmiş və o, Təqsirləndirilən şəxsla heç bir əlaqə yarada bilməmişdir. Bunu hiss edərək X5 müraciət etmiş və orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs QTA-nin adından istifadə edərək onun kimi şəxsləri aldadaraq pullarını ələ keçirmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Xırdalan şəhərində yaşayan qohumu Nurəddinin evində qonaq olduğu zaman həmin evdə kirayədə yaşayan, özünü Kamran Məmmədov kimi təqdim edən adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs özünü X2 İdarəsində şöbə rəisi işlədiyini və işlədiyi idarəyə işçi yığmaqla məşğul olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs Nurəddini X2 İdarəsində sürücü kimi və arvadı Rəfiqəni isə X2 İdarəsində xadiməçi kimi işə düzəltmək barədə etdikləri söhbəti eşitdikdən sonra söhbət əsnasında Nurəddin ona Təqsirləndirilən şəxs vasitəsi ilə işə düzəlməyimi təklif etmiş, o, razılıq verdikdən sonra Təqsirləndirilən şəxs ona X2 İdarəsində şimal rayonları (Quba, Xaçmaz, Qusar və s) üzrə inspektor vəzifəsini təklif edib ondan bunun müqabilində 533 manat xidmət haqqı istəmişdir. O da Təqsirləndirilən şəxs inanıb ona xx xxxxxx 2019-cu il tarixdə Nurəddinin yaşadığı evdə 533 manat pul vermiş, lakin bir neçə gün sonra onlar Təqsirləndirilən şəxs tərəfindən aldanıldıqlarını başa düşmüş və sonradan onunla əlaqə yaradıb pullarını tələb etsələr də onu tapa bilməmişlər. Şikayətçidir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə Azərbaycan Respublikası ƏN-nin MEM-dən alınmış xx.xx.2019-cu il tarixli, 25682 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası «Qida»nın X6 adına 03 nömrəli, Şahid Süleyman qızının adına 015 nömrəli, Zərərçəkmiş şəxs1 adına 016 nömrəli vəsiqələrin üzərindəki möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası «Qida»nın X6 adına 03 nömrəli, Şahid Süleyman qızının adına 015 nömrəli, Zərərçəkmiş şəxs1 adına 016 nömrəli vəsiqələrin üzərindəki möhür əksləri ekspertizaya təqdim edilmiş eyni məzmunlu məhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. xx.xx.2019-cu il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqa 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqdirli bilinərək, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 29, 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 66.3 və 66.5-ci maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Astara Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə olan əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə tövsif edilmiş, təyin edilmiş 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 02 ilə qədər azaldılaraq, üzərində Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən qəti olaraq, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 66.3 və 66.5-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 07 il müddətinə azadlıqdan məhrumetmə cəzası 06 il 06 aya qədər azaldılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli qanununa əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində qəti 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsində qeyd olunmuşdur ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yoxdur. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış Azərbaycan Respublikası «Qida»nın X6 adına 03 nömrəli, Şahid Süleyman qızının adına 015 nömrəli, Zərərçəkmiş şəxs1 adına 016 nömrəli vəsiqələr və 2 ədəd möhür saxlanması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.2, 320.1, 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi CM-in 178.2.2, 320.1, 320.2-ci maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2019-cu tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 61 manat 52 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-də saxlanılan Azərbaycan Respublikası «Qida»nın X6 adına 03 nömrəli, Şahid Süleyman qızının adına 015 nömrəli, Zərərçəkmiş şəxs1 adına 016 nömrəli vəsiqələr cinayət işinə tikilməli və 2 ədəd möhür məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 61 manat 52 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İbtidai istintaq zamanı iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası «Qida»nın X6 adına 03 nömrəli, Şahid Süleyman qızının adına 015 nömrəli, Zərərçəkmiş şəxs1 adına 016 nömrəli vəsiqələr cinayət işinə tikilsin və 2 ədəd möhür məhv edilsin. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB**********0420151123, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-78/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-78/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver