Məhkəmə qərarları › İş №1(012)-78/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-78/2022

04.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-78/2022 04.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi və müdafiəçisi 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Təqsirləndirilən şəxs və müdafiəçisi 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu tamah niyyətilə öz qulluq mövqeyindən istifadə etməklə təkrarən ona etibar olunmuş ümumilikdə 34 977,20 manat dəyərində xeyli miqdarda "xxxx" MMC-nin, yəni özgə əmlakını mənimsəməklə, habelə 2880 manat dəyərində əmlakını isə israf etməklə talamışdır. Belə ki, o, ərzaq və gündəlik təlabat məhsullarının satışını həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasında 04.11.2020-ci ildən inzibatçı vəzifəsində işləyərkən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanmış 04.11.2020-ci il tarixli əmək və həmin tarixli tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda Cəmiyyətə heç bir səbəb üzündən ziyan vurmamalı, ziyankarlığa qarşı mübariz olmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı və tam maddi məsuliyyət haqqında müqavilədə qeyd olunan digər öhdəlikləri yerinə yetirmək vəzifələrinin ona həvalə edilməsinə baxmayaraq öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş "xxxx" MMC-nin, yəni özgə əmlakını vahid niyyətlə talama məqsədi ilə MMC-nin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasında 13.02.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş 4457,79 manat pulun 3627,24 manatını, 14.02.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş 4286,22 manat pulun 4132,78 manatını, 15.02.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş 4066,07 manat pulun 2638,81 manatını və 16.02.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş 4001.67 manat pulun 3893,78 manatını “İnkasassiya qaydalarına dair” 07 fevral 2019-cu il tarixli 37996 nömrəli təlimata və həmin tarixli əmrə əsasən mərkəzi kassaya mədaxil edilməsi üçün 22.02.2021-ci il tarixdə mağazaya gəlmiş inkassatora təhvil verməli olduğu halda, bunu etməyib özünün şəxsi ehtiyaclarına və digər şəxsi məqsədlər üçün sərf etməklə, öz qulluq mövqeyindən istifadə edib 13.02.2021-ci il tarixdən 16.02.2021-ci il tarixədək olan müddət ərzində Cəmiyyətə məxsus 14292,61 manat məbləğində xeyli miqdarda vəsaiti mənimsəmə yolu ilə talamışdır. Bundan başqa o, əvvəl törətdiyi qeyd olunan talama faktı aşkar edildikdən sonra vurulmuş ziyanı ödəyəcəyini vəd edib bunun üçün vaxt istəsə də, əksinə bu müddətdən istifadə edib cinayət əməllərini davam etdirərək təkrarən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş "xxxx" MMC-nin, yəni özgə əmlakını vahid niyyətlə talama məqsədi ilə inzibatçı vəzifəsində işlədiyi MMC-nin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasında 21.03.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş 4515,96 manat pulun 4296,84 manatını, 22.03.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş 3884,05 manat pulun 3720,18 manatını, 23.03.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş 4295,68 manat pulun 3789,74 manatını, 24.03.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş 4132,50 manat pulun 3660,93 manatını, 25.03.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş 4534,45 manat pulun 3223,53 manatını, 26.03.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş 4191,26 manat pulun 2686,17 manatını, 27.03.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş 4078,13 manat pulun 747.43 manatını, 28.03.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş 3858,77 manat pulun 3680,16 manatını və 29.03.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş 3610,36 manat pulun 1298,88 manatını “İnkasassiya qaydalarına dair” 07 fevral 2019-cu il tarixli 37996 nömrəli təlimata və həmin tarixli əmrə əsasən mərkəzi kassaya mədaxil edilməsi üçün 29.03.2021-ci il tarixdə mağazaya gəlmiş inkassatora təhvil verməli olduğu halda, bunu etməmiş, 30.03.2021-ci il tarixdə mağazanın seyf və kassalarına baxış zamanı, seyfdə və kassalarda ümumilikdə 27103,86 manat satış pulu qalmalı olmasına baxmayaraq, 1500 manatı daimi olaraq mağazada olan depozit məbləği, 656,21 manatı isə həmin gün üçün kassa əməliyyatları üzrə satışdan əldə olunmuş məbləğ olmaqla, cəmi 8575,48 manat pul aşkar olunmuş, bununla da o, 21.09.2021-ci il tarixdən 28.03.2021-ci il tarixədək olan müddət ərzində ümumilikdə 20684,59 manat satış pulunu inkasatora təhvil verməyib özünün şəxsi ehtiyaclarına və digər şəxsi məqsədlər üçün sərf etməklə, öz qulluq mövqeyindən istifadə edib cəmiyyətə məxsus qeyd olunan xeyli miqdarda vəsaiti mənimsəmə yolu ilə talamış, habelə öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş "xxxx" MMC-nin, yəni özgə əmlakını vahid niyyətlə talama məqsədilə 2021-ci ilin mart ayı ərzində, inzibatçı vəzifəsində işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasından hər qutusunun satış dəyəri 3.6 manat olan ümumilikdə 800 qutu “Kent 1” markal siqareti kənar şəxslərə sataraq əldə etdiyi nağd pul vəsaitini mağazanın kassasına mədaxil etməyib Cəmiyyətə məxsus 2880 manat dəyərində əmlakı israf etməklə təkrarən talamışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər 2020-ci ilin sentyabr və ya oktyabr ayından "xxxx" MMC-nin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasında inzibatçı vəzifəsində işləmişdir. İnzibatçı vəzifəsində işlədiyi müddətdə mağazada ən məsul şəxs o olmuşdur. İnzibatçı kimi vəzifəsi mağazanın idarə edilməsi, satışa nəzarət, gün sonunda mağazadakı kassalar bağlandıqda kassada olan pulların hesablanaraq qəbul edilməsindən, həmin pulların saxlanılmasından və inkassatora təhvil verilməsindən ibarət olmuşdur. İşlədiyi müddətdə "xxxx" MMC-nin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasında iki kassa olmuşdur. Hər kassada gündə iki dəfə təhvil təslim aparılmış, yəni kassir kassasını digər kassirə təhvil verərkən kassada olan satışdan əldə olunmuş pullar birinci kassir tərəfindən inzibatçıya, yəni ona təhvil verilmişdir. Bu zaman kassada yalnız 300 manat həcmində müəyyən edilmiş avans məbləği saxlanılmışdır. Belə ki, işlədiyi müddətdə mağazada 1500 manat həcmində müəyyən edilmiş depozit məbləği saxlanılmış, kassalara avansda həmin məbləğdən verilmişdir. Hər səhər kassalar açılarkən inzibatçı kimi o, kassirə 300 manat avans pul vermişdir. Kassir kassadakı pulu ona təhvil verərkən, həmçinin avans məbləğini qəbul edərkən “kassaların təhvil təslim kitabçası” kassir tərəfindən imzalanmışdır. Təhvil-təslim zamanı inzibatçı kimi o, kassanın monitoruna baxaraq həmin kassa üzrə hansı məbləğdə əməliyyat aparıldığını müəyyən etmiş və daha sonra kassadakı pulu sayaraq, sistemdəki məbləğlə tutuşdurduqdan sonra pulu kassirdən qəbul etmişdir. Bundan sonra qəbul etdiyi pulu otağındakı seyfə qoymuş və inkassator mağazaya gəldikdə isə həmin məbləği ona təhvil vermişdir. Bu zaman mağazada olan “inkasator təhvil-təslim kitabçası” onun və pulu qəbul edən inkasator tərəfindən imzalanmışdır. Kitabçada inkasatorun mağazaya gəlmə tarixi, satışdan əldə olunmuş götürdüyü pulun tarixi, yəni inkassa tarixi, zərfin sayı, inzibatçının və pulu qəbul edən şəxsin adları və imzaları qeyd olunmuşdur. O, inkassatora pulu üzəri möhürlənmiş zərfdə vermiş və zərfdəki məbləği inkasator görməmişdir. Daha sonra isə inkassator həmin pulu inkasassiya qaydalarına dair təlimata əsasən, mərkəzə kassaya təhvil vermişdir. Mərkəzi kassa Optimal elektranikanın kassası hesab olunur. 22.02.2021-ci il tarixdə "xxxx" MMCnin inkassatoru mağazaya gəldikdə o, 17-21 fevral 2021-ci il tarixlərdə satışından əldə olunmuş pul vəsaitlərini inkassatora versə də, 13.02.2021-ci il, 14.02.2021-ci il, 15.01.2021ci il və 16.02.2021-ci il tarixlərdə satışdan əldə olunmuş pul vəsaitlərini verməmişdir. Belə ki, 13.02.2021-ci il tarixdə mağazada satışdan əldə olunmuş nağd pul 4457,79 manat olmuş və həmin məbləğin 3627,24 manatı, 14.02.2021-ci il tarixdə mağazada satışdan əldə olunmuş nağd pul 4286,22 manat olmuş, həmin məbləğin 4132,78 manatı, 15.02.2021-ci il tarixdə mağazada satışdan əldə olunmuş nağd pul 4066,07 manat olmuş həmin məbləğin 2638,81 manatı, 16.02.2021-ci il tarixdə mağazada satışdan əldə olunmuş nağd pul 4001,67 manat olmuş həmin məbləğin 3893,78 manatı tərəfindən inkassatora verilməli olsa da, o, həmin məbləğləri inkassatora verməyib mənimsəmişdir. Halbuki, təlimata əsasən o, 22.02.2021-ci il tarixdə inkasatora 13-16 fevral 2021-ci il tarixlərdə satışdan əldə olunmuş pullarıda verməli idi. 13.02.2021-ci il, 14.02.2021-ci il, 15.01.2021-ci il və 16.02.2021-ci il tarixlərdə satışdan əldə olunmuş ümumilikdə 14292,61 manat pulu hissə-hissə “topaz”, “mosbet” və "xxxx" adlı elektron mərc oyunlarına qoyaraq uduzmuşdur. Sonradan bu hal MMC-nin rəhbərliyi tərəfindən aşkar olunmuş və onun barəsində daxili təftiş aparılmışdır. Təftiş zamanı o, MMC-nin rəhbəri Zöhrab müəllimə qeyd olunan dörd günün satış pulunu inkassatora vermədiyini bildirmişdir. O, qeyd olunan dörd günün satış pulundan əlavə gündəlik satışın nəticəsinə dair tərtib edilmiş qəbzləridə inkassatora verməmişdir. Belə ki, inkasator 9 günün, yəni 13-21 fevral tarixlərinin satış pulunu götürmək üçün mağazaya gəlsə də, o, inkasatora cəmi 5 günün, yəni 17-21 fevral tarixlərinin satış pulunu və həmin günlərin satışına dair tərtib edilmiş qəbzləri vermişdir. Bundan sonra o, mənimsədiyi 14292,61 manat məbləğində satış pulunu qaytara bilməsi üçün Zöhrab müəllimdən 01.04.2021-ci il tarixdək vaxt istəmiş və sonuncu razılaşaraq onu işdən azad etməmişdir. Novruz bayramınadək mağazaya bir neçə dəfə inkassator gəlmiş və o, inkassatora təhvil verilməli olan məbləğləri hər dəfəsində tam şəkildə təhvil vermişdir. 21.03.2021-ci il tarixdən 28.03.2021-ci il tarixədək Novruz bayramı ilə əlaqədar Respublika üzrə qeyri-iş günü elan olunduğundan həmin günlərdə inkassator mağazaya gəlməmişdir. Lakin həmin günlərdə market həmişəki qayda ilə fəaliyyət göstərmişdir. O, həmin günlərin, yəni 22.03.2021-ci il tarixdən 28.03.2021-ci il tarixədək olan müddət ərzində satışdan əldə olunmuş və inkasatora təhvil verilməli olan ümumilikdə 20684,59 manat satış pulunu mənimsəyərək, hissə-hissə topaz”, “mosbet” və "xxxx" adlı elektron mərc oyunlarında uduzmuşdur. Həmin məbləği mərc oyunlarına qoymaqda məqsədi, pul udmaqla mağazadan mənimsədiyi ümumi məbləği qaytarmaq olmuşdur. Lakin bu onda alınmamış və 20684,59 manat satış pulunu da mərc oyununlarında uduzmuşdur. 30.03.2021-ci il tarixdə mağazadakı seyfdə gözləniləndən az məbləğ olması bilindikdən sonra Zöhrab müəllim onu çağırmış və o, sonuncuya 21.03.2021-ci il tarixdən 28.03.2021-ci il tarixədək olan dövr ərzində inkasatora təhvil verilməli olan satış pulunu mənimsədiyini bildirmişdir. O, inkasatora təhvil verməli olduğu ümumilikdə 34977,2 manat satış pulunu mənimsəyərək, mərc oyunlarında uduzmuşdur. 30.03.2021-ci il tarixdə inkasator mağazaya gəldikdə seyf açılmış və orada az məbləğdə pul olması müəyyən olunmuşdur. Halbuki o, həmin tarixdə 21.03.2021-ci il tarixdən 29.03.2021ci il tarix qədər olan müddət ərzində kassa əməliyyatları üzrə satışdan əldə olunmuş pulu inkasatora verməli imiş. O, həmçinin göstərdi ki, 2021-ci ilin mart ayı ərzində mağazada olan 800 qutu, yəni 80 blok “kent-1” markalı siqareti müxtəlif günlərdə əynindəki paltonun içərisində gizlədərək mağazadan çıxartmışdır. Daha sonra həmin siqaretləri, mağazaya siqaret satan adını xatırlamadığı şəxsə, yəni siqaret satan şirkətin ekspeditoruna alış qiymətinə, yəni 1 qutusu 3,06 manata satmışdır. Ekspeditor isə 800 qutu siqareti sataraq, ona ümumilikdə 2448 manat pul vermişdir. Həmin məbləği ekspeditordan alıb seyfə qoymuşdur. O, 800 qutu siqareti satması barədə rəhbərliyə heç bir söz deməmişdir. Məqsədi həmin məbləğə “kent-4” markalı siqaret almaq olsa da, siqaretin qiyməti qalxdığı üçün 2448 manat pula 800 qutu “kent-4” markalı siqaret ala bilməmişdir. Lakin sonradan həmin məbləği seyfdən götürüb, “topaz” mərc oyununda uduzmuşdur.Sonda o, törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşmançılıq hissi keçirməsini nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəm iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və mülki iddiaçı qismində dindirilən Nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs "xxxx" MMCnin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasında inzibatçı vəzifəsində işləmiş, həmin mağazada ən məsul şəxs olmuşdur. İnzibatçı kimi Təqsirləndirilən şəxs vəzifələri mağazanın fəaliyyətinə, işçilərə nəzarət etməkdən, gün sonunda mağazadakı kassalar bağlandıqda kassada olan pulların hesablanaraq qəbul edilməsindən, həmin pulların saxlanılmasından və inkasatora təhvil verilməsindən ibarət olmuşdur. Belə ki, “İnkasassiya qaydalarına dair” təlimata və "xxxx" MMC-nin təsisçisi və payçısı Əhəd Əsgərov tərəfindən verilmiş əmrə əsasən Təqsirləndirilən şəxs inzibatçı kimi "xxxx" MMCnin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasında kassa əməliyyatları üzrə satışdan əldə olunmuş günlük satış pullarını, xərclər çıxıldıqdan sonra zərfə qoyulub möhürlənməklə inkassatora təhvil verməli, inkassator isə içərisində satış pulu olan həmin zərfi mərkəzi kassa hesab olunan "xxxx" MMC-nin kassasına mədaxil etməlidir. Göründüyü kimi, əmrin tələblərinə əsasən "xxxx" MMC-nin kassa əməliyyatları üzrə satış pulları mərkəzi kassa hesab olunan "xxxx" MMC-nin kassasına mədaxil edilir. Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayı ərzində kassa əməliyyatları üzrə satışdan əldə olunmuş pulun 14292,61 manatını mərkəzi kassaya mədaxil edilməsi üçün inkassatora verməyib mənimsəmişdir. Belə ki, Təqsirləndirilən şəxs 22.02.2021-ci il tarixdə mağazaya gəlmiş inkasatora 17-24 fevral 2021-ci il tarixlərdə marketin satışından əldə olunmuş pul vəsaitlərini versə də, 13.02.2021-ci il, 14.02.2021-ci il, 15.01.2021-ci il və 16.02.2021-ci il tarixlərdə marketin satışından əldə olunmuş pul vəsaitlərini verməmişdir. Seymur həmin günlərin satış pulunu inkssatora verməyərək mənimsəyib öz şəxsi ehtiyacları üçün sərf etmişdir. Bu hal MMC-nin rəhbərliyi tərəfindən aşkar olunduqdan sonra, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etmiş və mənimsədiyi məbləği ödəyə bilməsi üçün rəhbərlikdən vaxt istəmişdir. Rəhbərlik isə Seymura həmin məbləği ödəməsi üçün vaxt vermiş və sonuncunu tutduğu vəzifədən azad etməmişdir. Lakin Seymur rəhbərliyin etimadından bir daha sui istifadə edərək 21-29 mart 2021-ci il tarixlərdə mağazanın kassa əməliyyatları üzrə satışından əldə olunmuş pulun 20684,59 manatını 29.03.2021-ci il tarixdə inkassatora verməli olduğu halda verməyib mənimsəmişdir. Bu fakt isə 29.03.2021-ci il tarixdə inkassator mağazaya gəldikdən sonra mağazanın seyfində aşkar olunmuş məbləğin çox az olmasından sonra müəyyən edilmişdir. Habelə 2021-ci mart ayı ərzində Təqsirləndirilən şəxs mağazadan hər birinin dəyəri 3,60 manat olan ümumilikdə 800 qutu siqaret çıxararaq satmışdır. Əldə etdiyi pulu isə mənimsəmişdir. Bu fakt üzrə Təqsirləndirilən şəxs MMC-yə 2880 manat ziyan vurmuşdur. O, mülki iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Təqsirləndirilən şəxs 34 977,20 manat məbləğində pul vəsaitinin mülki iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X9 istintaqa verdiyi ifadəsində göstərdi ki, 2020-ci ilin oktyabr ayından 2021-ci ilin may ayınadək "xxxx" MMC-də direktor vəzifəsində işləmişdir. "xxxx" MMC-nin Respublika ərazisində 6 mağazası fəaliyyət göstərir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasında inzibatçı vəzifəsində işləmiş, mağazada vəzifəcə ən məsul şəxs olmuşdur. İnzibatçı kimi Təqsirləndirilən şəxs vəzifələri mağazanın fəaliyyətinə, işçilərə nəzarət etməkdən, gün sonunda mağazadakı kassalar bağlandıqda, kassada olan pulların hesablanaraq qəbul edilməsindən, həmin pulların saxlanılmasından və inkassatora təhvil verilməsindən ibarət olmuşdur. "xxxx" MMC-nin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasında iki kassa vardır. Hər kassada gündəlik iki dəfə təhvil-təslim aparılır, yəni kassir kassasını digər kassirə təhvil verərkən kassada olan satışdan əldə olunmuş pullar birinci kassir tərəfindən inzibatçıya təhvil verilir. Bu zaman kassada yalnız 300 manat həcmində müəyyən edilmiş avans məbləği saxlanılır. Beləki mağazada 1500 manat həcmində müəyyən edilmiş depozit məbləği saxlanılır ki, kassalara avans məbləğidə həmin depozitdən verilir. Hər səhər kassalar açılarkən inzibatçı kassirə 300 manat avans pul verirdi. Kassir kassadakı pulu inzibatçıya təhvil verərkən, həmçinin avans məbləğini qəbul edərkən inzibatçıda olan “kassaların təhvil təslim kitabçası” həm kassir, həm də, inzibatçı tərəfindən imzalanır. Lakin kitabçada kassirin inzibatçıya konkret hansı məbləğdə pul verməsi qeyd olunmur. Təhvil-təslim zamanı inzibatçı kasssının monitoruna baxaraq həmin kassa üzrə hansı məbləğdə əməliyyat aparıldığını müəyyən edir və daha sonra kassadakı pulu sayaraq, sistemdəki məbləğlə tutuşdurduqdan sonra qəbul edirdi. Bundan sonra inzibatçı qəbul etdiyi pulları otağındakı seyfdə saxlayır və inkassator mağazaya gəldikdə isə ona verirdi. Bu zaman inzibatçıda olan “inkasator təhvil-təslim kitabçası” inzibatçı və pulu qəbul edən şəxs tərəfindən imzalanırdı. İnzibatçı inkasatora pulu üzəri möhürlənmiş zərfdə verir və zərfdəki məbləği inkasator görmürdü. 22.02.2021-ci il tarixdə "xxxx" MMC-nin inkassatoru sözü gedən marketdən satılmış məhsulların pulunu götürmək üçün gəldikdə inzibatçı Təqsirləndirilən şəxs tərəfindən 17-24 fevral 2021-ci il tarixlərdə marketdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş pul inkassatora verilsə də, 13.02.2021, 14.02.2021, 15.02.2021 və 16.02.2021-ci il tarixlərdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş pul verilməmişdir. 25.02.2021-ci il tarixdə isə Təqsirləndirilən şəxs qeyd olunan günlərin pulunu inkasatora vermədiyi məlum olmuş və bununla bağlı daxili təftiş aparılmışdır. 27.02.2021-ci il tarixdə Seymurla söhbət zamanı sonuncu törətdiyi əməli etiraf etmiş və qeyd olunan günlərdə marketin satışından əldə olunmuş pulları inkassatora vermədiyini bildirmişdir. Təftiş zamanı Təqsirləndirilən şəxs əvvəlcə 13.02.2021-16.02.2021-ci il tarixlərdə marketdə satılmış məhsulların pulunu gündəlik satışın nəticəsinə dair tərtib edilmiş qəbzlərlə birlikdə inkasatora verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilkin sorğuda 13-16 fevral tarixlərinin satışdan gələn məbləğləri 17-21 fevral 2021-ci il tarixlərinin satış məbləğləri ilə birgə 22.02.2021-ci il tarixdə inkassatora verdiyini ehtimal etdiyini bildirsə də, kamera görüntülərinə baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs çap qurğusundan (printerdən) 9 ədəd gündəlik satış qəbzinin sənədlərini çıxarmasına baxmayaraq sənədlərdən yalnız beşini zərfə qoymuş və həmin 5 sənədə müvafiq məbləği həmin zərfə qoyaraq inkassatora təqdim etmişdir. Yerdə qalan 4 sənədi isə otaqdakı şkafın siyirməsinə qoymuşdur. Təftiş zamanı məlum olmuşdur ki, 13.02.2021-ci il tarixdə mağazada satışdan əldə olunmuş nağd pul 4457,79 manat olmuş və həmin məbləğin 3627,24 manatı, 14.02.2021-ci il tarixdə mağazada satışdan əldə olunmuş nağd pul 4286,22 manat olmuş həmin məbləğin 4132,78 manatı, 15.02.2021-ci il tarixdə mağazada satışdan əldə olunmuş nağd pul 4066,07 manat olmuş həmin məbləğin 2638,81 manatı, 16.02.2021-ci il tarixdə mağazada satışdan əldə olunmuş nağd pul 4001,67 manat olmuş həmin məbləğin 3893,78 manatı Təqsirləndirilən şəxs tərəfindən inkassatora verilməmişdir. 13.02.2021-ci il tarixdən 16.02.2021-ci il tarixədək olan müddət ərzində ümumilikdə 14292,61 manat məbləğində satış pulu "xxxx" MMC-nin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasından mağazanın inzibatçısı Təqsirləndirilən şəxs tərəfindən inkassatora təhvil verilməmişdir. Təqsirləndirilən şəxs fevral ayının 27-də 14292,61 manat məbləğində satış pulunu mənimsədiyi etiraf etmiş və aprel ayının 1-də həmin məbləği ödəyəcəyini bildirmişdir. Buna görə də, o, sonuncunu işdən çıxartmamışdır. 29.03.2021 -ci il tarixdə inkasator "xxxx" MMC-nin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasına getdikdə seyfdə gözləniləndən nəzərə çarpacaq dərəcədə az pul olması məlum olmuşdur. Həmin gün Seymur mağazada olmadığından onun müavini Şahid2 seyfdəki pulları inkassatora təqdim etməli olsada, pul az olduğundan Tural həmin gün inkassatora pul verə bilməmiş, bu barədə mühasibatlığa məlumat vermişdir. Həmin gün Təqsirləndirilən şəxs xəstələndiyini bildirərək icazə alması səbəbindən onunla birbaşa görüşmək mümkün olmamış, istifadəsində olan mobil telefon nömrəsinə edilmiş zənglərə isə cavab verməmişdir. Buna görə də, o, MMC-nin mühasibi X18 və inzibatçı müavini Şahid2 ilə birlikdə seyfə baxış keçirmiş, baxış zamanı seyfdə 29.03.2021-ci il tarixi üçün 20000 manatdan çox pul qalmalı olduğu halda cəmi 7775 manat məbləğində pul qalması müəyyən olunmuşdur. Təftiş zamanı Monitorinq departamentinin 30.03.2021-ci il tarixdə saat 10:41-dək verilmiş aktında isə göstərilmişdir ki, 22.03.2021-ci il tarixdən 30.03.2021-ci il tarixə saat 10:41-dək mağazanın seyfində və kasslarında ümumilikdə 27103,86 manat pul olmalı olduğu halda cəmi 8575,48 manat pul aşkar olunmuşdur. Seyfdə və kassalarda aşkar olunmuş 8575,48 manatın 1500 manatı depozit pulu, 656,21 manatı isə 30.03.2021-ci il tarixin satış pulu olmuşdur. 29.03.2021 -cı il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs marketə gəlmiş və 13.02.2021-ci il tarixdə, 14.02.2021-ci il tarixdə, 15.02.2021 -ci il tarixdə və 16.02.2021-ci il tarixdə MMCnin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasından satılmış məhsulların pulunu, konkret olaraq 14292,61 manat satış pulunu mənimsədiyini və həmin pulla borclarını ödədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ona mənimsədiyi 14292,61 manat pulu qaytara bilməsi üçün 21.03.2021-ci il tarixdən 28.03.2021-ci il tarixədək olan müddətdə mağazadan satılmış məhsulların pulundan gündəlik hissə-hissə olmaqla 20684,59 manat məbləğində pulu götürüb mərc oyunlarında xərclədiyini, məqsədinin pul qazanıb marketdən götürdüyü pulları geri qaytarmaq olduğunu, lakin mərc oyunlarında pulları uduzduğunu demişdir. Təqsirləndirilən şəxs inzibatçı işlədiyi Bonus market MMCnin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasından 13.02.2021-ci il, 14.02.2021-ci il, 15.02.2021-ci il və 16.02.2021-ci il tarixlərdə marketin satışından əldə olunmuş pul vəsaitlərinin 14292,61 manatını, 21.03.2021-ci il, 22.03.2021-ci il, 23.03.2021-ci il, 24.03.2021-ci il, 25.03.2021-ci il, 26.03.2021-ci il, 27.03.2021-ci il və 28.03.2021 -ci il tarixlərdə isə 20684,59 manatını mənimsəmişdir. Onun işlədiyi müddətdə mənimsədiyi ümumi məbləğ 34977,2 manat olmuşdur. Təqsirləndirilən şəxs həmçinin 2021-ci ilin mart ayı ərzində mağazadan hər birinin dəyəri 3,6 manat olan ümumilikdə 800 qutu “kent 1” markalı siqaret götürərək satmış və pulunu mağazanın kassasına mədaxil etməmişdir. Bununla da sonuncu tərəfindən həmin fakt üzrə MMC-yə 2880 manat ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, 2021-ci ilin aprel ayından etibarən "xxxx" MMC-də direktor vəzifəsində işləyir. "xxxx" MMC-nin Respublika ərazisində 6 mağazası fəaliyyət göstərir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasında inzibatçı kimi işləmişdir. Təqsirləndirilən şəxs həmin mağazada ən məsul şəxs olmuşdur. İnzibatçı kimi Təqsirləndirilən şəxs vəzifələri mağazanın fəaliyyətinə, işçilərə nəzarət etməkdən, gün sonunda mağazadakı kassalar bağlandıqda, kassada olan pulların hesablanaraq qəbul edilməsindən, həmin pulların saxlanılmasından və inkassatora təhvil verilməsindən ibarət olmuşdur. Belə ki, "xxxx" MMC-nin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasında iki kassa vardır. Hər kassada gündəlik iki dəfə təhvil təslim aparılır, yəni kassir kassasını digər kassirə təhvil verir, bu zaman kassada olan satışdan əldə olunmuş pullar birinci kassir tərəfindən inzibatçıya təhvil verilir. Bu zaman kassada yalnız 300 manat həcmində müəyyən edilmiş avans məbləği saxlanılır. Beləki mağazada 1500 manat həcmində müəyyən edilmiş depozit məbləği saxlanılır ki, kassalara avans məbləği də, həmin depozitdən verilir. Hər səhər kassalar açılarkən inzibatçı kassirə 300 manat avans pul verir. Kassir kassadakı pulu inzibatçıya təhvil verərkən, həmçinin avans məbləğini qəbul edərkən inzibatçıda olan “kassaların təhvil təslim kitabçası” həm kassir, həm də, inzibatçı tərəfindən imzalanır. Lakin kitabçada kassirin inzibatçıya konkret hansı məbləğdə pul verməsi qeyd olunmur. Təhvil-təslim zamanı inzibatçı kasssının monitoruna baxaraq, həmin kassa üzrə hansı məbləğdə əməliyyat aparıldığını müəyyən edir və daha sonra kassadakı pulu sayaraq, sistemdəki məbləğlə tutuşdurduqdan sonra qəbul edir. Bundan sonra inzibatçı qəbul etdiyi pulları otağındakı seyfdə saxlayır və inkassator mağazaya gəldikdə ona təqdim edir. Bu zaman inzibatçıda olan “inkasator təhvil-təslim kitabçası” inzibatçı və pulu qəbul edən şəxs, yəni inkassator tərəfindən imzalanır. Kitabçada inkassatorun mağazaya gəlmə tarixi, götürdüyü satışdan əldə olunmuş pulun tarixi, yəni inkassa tarixi, daha dəqiq desək hansı tarixin satış pulunu qəbul etməsi, zərfin sayı, inzibatçının və pulu qəbul edən şəxsin adları və imzaları qeyd olunur. İnzibatçı inkassatora pulu üzəri möhürlənmiş zərfdə verir və zərfdəki məbləği inkassator görmür. MMC-nin direktoru vəzifəsinə təyin olunduqdan sonra, sitemdə MMC-nin pul vəsaitlərinin hərəkətinə baxdıqda 13.02.2021-ci il, 14.02.2021-ci il, 15.01.2021-ci il və 16.02.2021-ci il tarixlərdə və 21.03.2021-ci il tarixdən 28.03.2021ci il tarixədək olan dövr ərzində satışdan əldə olunmuş ümumilikdə 34977,20 manat pul vəsaitinin inkassasiya olunmaması məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayından etibarən "xxxx" MMC-də inkasator vəzifəsində işləyir. "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin təsisçisi Əhəd Əsgərovdur. İnkasator kimi vəzifələri qeyd olunan MMC-lərdən satış pullarının götürülməsi, nisyə satış sənədlərinin, poçt sənədlərinin götürülməsindən ibarətdir. Vəzifələrindən biri də, "xxxx" MMC-nin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasında kassa əməliyyatları üzrə satışdan əldə olunmuş pulların mağazanın inzibatçısından təhvil alınaraq mərkəzi kassaya təhvil verməkdən ibarətdir. Təqsirləndirilən şəxs tanıyır, Seymur "xxxx" MMC-nin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasında inzibatçı vəzifəsində işləyir. Sonradan Seymur işdən kənarlaşdırılmışdır. O, "xxxx" MMC-nin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasında kassa əməliyyatları üzrə satışdan əldə olunmuş pulları Təqsirləndirilən şəxs təhvil almışdır. Belə ki, müəyyən edilmiş qaydalara əsasən o, pulu götürmək üçün gələcəyi ilə bağlı hər dəfəsində əvvəlcədən Seymura zəng edib məlumat verirmiş və Seymur isə mağazada olan otağında kameranın altında pulu sayaraq zərfə qoyaraq, zərfin üzərini imzalayıb, möhürləmişdir. Bundan sonra o, satış pullarını təhvil almaq üçün mağazaya getdikdə Seymur içərisində satış pulu olan zərfi ona təqdim etmiş və o, isə zərfi qəbul etdikdən sonra mağazada olan “inkassator təhvil-təslim kitabçası”nı zərfi qəbul etməsi ilə bağlı imzalamışdır. Zərf hər dəfəsində üzəri Seymur tərəfindən möhürlənmiş və imzalanmış formada ona təqdim olunmuşdur. Lakin nə zərfin üzərində nədə ki, “inkasator təhvil-təslim kitabçası”nda zərfin içərisində nə qədər pul olması göstərilməmişdir. Yəni o, Seymurdan qəbul etdiyi zərfin içərisində nə qədər pul olmasını bilməmişdir. Hər dəfəsində “inkassator təhvil-təslim kitabçası”nda yalnız zərflərin sayı qeyd olunmuşdur. Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayı ərzində 4 günün satış pulunu ona təhvil verməyərək, mənimsəmişdir. Bu fakt aşkar olunduqdan sonra artıq “inkasator təhvil-təslim kitabçası”nda inkasatora təhvil verilməli olan məbləğdə qeyd olunmağa başlanmışdır. Seymur inzibatçı vəzifəsində işlədiyi müddətdə o, "xxxx" MMC-nin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasına sonuncu dəfə nə vaxt getməsini xatırlamasa da, sonuncu dəfə getdiyində Seymur ona 20.03.2021-ci il tarixdə satışdan əldə olunmuş kassaya çatası məbləği bir zərfdə vermişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs fevral ayından əlavə mart ayının bir neçə günü ərzində satışdan əldə olunmuş pulu inkasatora təhvil verməyərək mənimsəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 Ələkpərovun ifadəsinə oxşar məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci i lin aprel ayından "xxxx" MMCnin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasında inzibatçı müavini vəzifəsində işləyir. Həmin mağazanın inzibatçısı, yəni onun müdiri Təqsirləndirilən şəxsdur. Lakin Təqsirləndirilən şəxs yol verdiyi mənimsəmə hallarına görə işdən uzaqlaşdırılmışdır. Hazırda mağazada inzibatçı səlahiyyətlərini faktiki olaraq o icra edir. İnzibatçı kimi Təqsirləndirilən şəxs səlahiyyətləri mağazanın fəaliyyətinə, işçilərə nəzarət etməkdən, gün sonunda mağazadakı kassalar bağlandıqda kassada olan pulların hesablanaraq qəbul edilməsindən, həmin pulların saxlanılmasından və inkassatora təhvil verilməsindən ibarət olmuşdur. Belə ki, "xxxx" MMC-nin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasında iki kassa vardır. Gün sonunda kassalar bağlanarkən kassir, inzibatçı və mağazanın mühafizəçisi birlikdə inzibatçının otağına gedərək, pulları hesablayırlar. Daha sonra kassir həmin məbləği inzibatçıya təhvil verir. Bu zaman kassir pulu inzibatçıya verməsi ilə bağlı inzibatçının otağında olan kassa dəftərini imzalayır. Bundan sonra inzibatçı qəbul etdiyi pulları otağındakı seyfdə saxlayır və inkassator mağazaya gəldikdə isə ona təqdim edir. 22.02.2021-ci il tarixdə inkassator sözü gedən marketdən satılmış məhsulların pulunu götürmək üçün gəldikdə inzibatçı Təqsirləndirilən şəxs tərəfindən 17-21 fevral 2021-ci il tarixlərdə marketin satışından əldə olunmuş pul vəsaitləri inkassatora verilsə də, 13.02.2021-ci il, 14.02.2021-ci il, 15.01.2021-ci il və 16.02.2021-ci il tarixlərdə marketin satışından əldə olunmuş pul vəsaitləri təhvil verilməmişdir. 25.02.2021-ci il tarixdə isə Təqsirləndirilən şəxs qeyd olunan günlərin pulunu inkasatora vermədiyi məlum olmuş və bununla bağlı daxili təftiş aparılmışdır. Seymur törətdiyi əməli etiraf etmiş və MMC-nin direktoru Zöhrab Əliyevdən pulu qaytarmaq üçün möhlət istəmişdir. Z.Əliyev isə Seymurla razılaşıb, sonuncunu işdən azad etməmişdir. 29.03.2021-ci il tarixdə inkasator "xxxx" MMC-nin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasına getdikdə seyfdə gözləniləndən nəzərə çarpacaq dərəcədə az pul olması məlum olmuşdur. Həmin gün Seymur mağazada olmadığından seyfdəki pulları inkassatora mən təqdim etməli imiş. Lakin seyfdəki pul az olduğundan həmin gün inkassatora pul verilməmişdir. Təqsirləndirilən şəxs inzibatçı işlədiyi "xxxx" MMC-nin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasından 13.02.2021-ci il, 14.02.2021-ci il, 15.02.2021-ci il 16.02.2021-ci il, 21.03.2021-ci il, 22.03.2021 -ci il, 23.03.2021-ci il, 24.03.2021-ci il, 25.03.2021-ci il, 26.03.2021-ci il, 27.03.2021-ci il və 28.03.2021-ci il tarixlərdə satışdan əldə olunmuş pulun bir hissəsini mənimsəmişdir. Lakin o, Seymurun konkret hansı məbləğdə pul mənimsədiyini bilmir. Ümumiyyətlə inkasassiya qaydalarına dair təlimata əsasən inzibatçı xərclər çıxıldıqdan sonra kassa əməliyyatları üzrə satışdan əldə olunmuş pulu zərfə qoyaraq inkassatora verir. İnkassator isə həmin pulu mərkəzi kassaya təhvil verir. Mərkəzi kassa "xxxx" MMC-nin kassası hesab olunur. Təqsirləndirilən şəxs həmçinin 2021-ci ilin mart ayı ərzində "xxxx" MMC-nin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasından xeyli sayda siqaret çıxararaq satmış və əldə olunmuş pulu mağazanın kassasına mədaxil etməyib mənimsəmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid6 ifadəsində göstərdi ki, təxminən iki ildir ki, "xxxx" MMC-də baş kassir vəzifəsində işləyir. "xxxx" MMC-nin baş ofisi ünvan 2 ünvanında yerləşir və o, baş kassir kimi baş ofisdə işləyir. "xxxx" MMC və "xxxx" MMC-nin təsisçisi Əhəd Əsgərovdur. Əhəd Əsgərov həmçinin "xxxx" MMC həm təsisçisi, həm də, direktorudur. "xxxx" MMC-nin ölkə ərazisində 6 mağazası fəaliyyət göstərir. "xxxx" MMC-nin Bakı şəhərində fəaliyət göstərən 4 mağazası üzrə satışdan əldə olunmuş pullar "xxxx" MMC vasitəsilə "xxxx" MMC-nin kassasına köçürülür. Belə ki, o, "xxxx" MMC-nin əməkdaşı olsa da, "xxxx" MMC-də satışdan əldə olunmuş pulu qəbul etmək və "xxxx" MMC-nin kassasına mədaxil etmək səlahiyyəti vardır. "xxxx" MMC-dən kassaya mədaxil edilən pullar baş kassir kimi onun və kassir kimi Rühəngiz Məmişova tərəfindən qəbul edilir. Belə ki, inkassator mağazaya gedərək inzibatçıdan içərisində satışdan əldə olunmuş pul olan möhürlənmiş zərfi qəbul edib bir başa kassaya gətirir və ya o, yada Rühəngiz xəzinədarlıqda həmin zərfi açırlar. Zərfin içərisində həmçinin kassa üzlüyü olur ki, həmin sənəddə inzibatçı tərəfindən satışdan əldə olunmuş məbləğ, çəkilən xərclər və inkasatora verilmiş məbləğ göstərilir. Həmçinin çəkilən xərclər varsa həmin xərclərin qəbzlərinə zərfə əlavə olunur. Bu zaman kassir və inkasator tərəfindən pulun kassaya təhvil verilməsi ilə bağlı hər hansı bir sənədə imza edilmir. Pulu qəbul etdikdən sonra zərfdəki məbləğin üzlükdə göstərilən məbləğlə eyni olub-olmamasını yoxlamaq üçün pulu sayılır. Daha sonra kassir tərəfindən həmin məbləğ sistemə işlənir və sitemdə görünür ki, hansı filialdan nə qədər pul kassaya daxil olmuşdur. Həm zərf, həm də, içərisindəki sənədlər yoxlanılması üçün daha sonra "xxxx" MMC-nin Maliyyə şöbəsinə göndərilir. O, Təqsirləndirilən şəxs tanımır. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasında inzibatçı vəzifəsində işləyir və işlədiyi müddətdə xeyli miqdarda satış pulunu mənimsəmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid7 Şahid6 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından məhkəmə və ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət 25.04.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq ********** saylı VÖEN verilmişdir. MMC-nin hüquqi ünvanı AZ 1007 Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli ev 42 C-dir. MMC-nin təsisçisi X16r. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin sabiq direktoru X10 tərəfindən verilmiş 04.11.2020-ci il tarixli 0067/K nömrəli əmrin MMC tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin əmrlə MMCdə inzibatçı vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin sabiq direktoru X10 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 04.11.2020-ci il tarixli əmək müqaviləsinin MMC tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən "xxxx" MMC-də inzibatçı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş cinayət işinin materiallarına əlavə edilmiş “əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi” bildirişindən görünür ki, "xxxx" MMC-nin sabiq direktoru X10 ilə Təqsirləndirilən şəxs arasında 04.11.2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti 03.07.2021-ci il tarixdə başa çatır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş cinayət işinin materiallarında olan "xxxx" MMC-nin sabiq direktoru X10 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 04.11.2020-ci il tarixli "xxxx" müqavilənin MMC tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda Cəmiyyətə heç bir səbəb üzündən ziyan vurmamalı, ziyankarlığa qarşı mübariz olmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı və tam maddi məsuliyyət haqqında müqavilədə qeyd olunan digər öhdəlikləri yerinə yetirmək vəzifələrini öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 04.11.2020-ci il tarixli vəzifə təlimatının MMC tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs inzibatçi kimi əmək funksiyaları satış və onunla bağlı digər əməliyyatların rəvan şəkildə həyata keçirilməsi üçün mağazaya verilən tapşırıqları qəbul edib, icrasını təmin etməkdən, mağazada gün ərzində həyata keçirilən əməliyyatların sistemə vaxtında və düzgün daxil edilməsinə nəzarət etməkdən, mağazadakı mal qalığının sistemdəki qalıqlarla uyğunluğunu yoxlayıb, fərq aşkar olunduğu zaman dərhal bu barədə Təftiş və ya Audit şöbəsini məlumatlandırmaqdan, mağazaya mal qəbulu və çıxışına bilavasitə nəzarət etməkdən və əlimatdn götərilən digər əmək funksiyalarını yerinə yetirməkdən ibarətdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 07.02.2019-cu il tarixli əmrdə göstərilmişdir ki, X12 payçı olduğu hüquqi şəxslərdə pul vəsaitlərinin inkassasiyası "xxxx" MMC tərəfindən tərəfindən təşkil və təmin edilsin, həmin hüquqi şəxslərdən inkassasiya olunan pul vəsaitləri "xxxx" MMC-nin mərkəzi kassasına təhvil verilsin. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş inkassasiya qaydalarına dair 07.02.2019-cu il tarixli təlimatda göstərilmişdir ki, mağazalarda inkassasiya ediləcək məbləğ kassa üzrə məsul şəxslər tərəfindən hazırlanaraq “pul vəsaitləri” qəbzi ilə birlikdə zərfə qoyularaq, zərfin bağlanmış hissəsi möhürlənib imzalanmalıdır. Möhürlənmiş zərf mağazada olan qeydiyyat kitabında inkassator tərəfindən imza atılmaqla təhvil alınmalıdır. Möhürlənmiş zərflər inkassator tərəfindən Mərkəzi kassaya təqdim edilməli, mərkəzi kassasın məsul şəxsi tərəfindən möhürlənmiş zərf açılaraq vəsait təhvil götürülməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş auditor rəyindən görünür ki, "xxxx" MMC-nin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasında inzibatçı vəzifəsində işləyən Təqsirləndirilən şəxs mağazanın kassa əməliyyatları üzrə satışından əldə olunmuş 34977,20 (otuz dörd min doqquz yüz yetmiş yeddi manat 20 qəpik ) AZN məbləğində pul vəsaitini MMC-nin inkasatoruna təhvil verməyərək, mənimsəmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəməmühasibatlıq ekspertizasının 30.06.2021-ci il tarixli 9/3999 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs öhdəsində yaranan çatışmazlıq 34977,20 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 30.03.2021-ci il tarixli kassa yoxlanış aktından, pul vəsaitləri üzrə çıxarışlardan, MMC-nin Abşeron rayonu Stansiya Sumqayıt ünvanında yerləşən mağazasında satışlar və inkassasiya olunmalı olan məbləğlərə dair arayışdan görünür ki, "xxxx" MMC-nin Abşeron rayonu Stansiya Sumqayıt ünvanında yerləşən mağazasında 13.02.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş ümumi məbləğ 4457,79 manat olmuş, həmin məbləğin 113,05 manatı post terminal vasitəsi ilə, yəni nağdsız ödəniş olmuş, satış pulundan 717,50 manatı xərclərə çıxılmış, inkassatora verilməli olan məbləğ isə 3627,24 manat olmuşdur. Həmin aktdan, pul vəsaitləri üzrə çıxarışlardan, MMC-nin Abşeron rayonu Stansiya Sumqayıt ünvanında yerləşən mağazasında satışlar və inkassasiya olunmalı olan məbləğlərə dair arayışdan həmçinin görünür ki, "xxxx" MMC-nin Abşeron rayonu Stansiya Sumqayıt ünvanında yerləşən mağazasında 14.02.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş məbləğ ümumi 4286,22 manat olmuş, həmin məbləğin 124,44 manatı post terminal vasitəsi ilə, yəni nağdsız ödəniş olmuş, satış pulundan 29 manatı xərclərə çıxılmış, inkassatora verilməli olan məbləğ isə 4132,78 manat olmuşdur. Həmin aktdan, pul vəsaitləri üzrə çıxarışlardan, MMC-nin Abşeron rayonu Stansiya Sumqayıt ünvanında yerləşən mağazasında satışlar və inkassasiya olunmalı olan məbləğlərə dair arayışdan həmçinin görünür ki, "xxxx" MMC-nin Abşeron rayonu Stansiya Sumqayıt ünvanında yerləşən mağazasında 15.02.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş məbləğ 4066,07 manat olmuş, həmin məbləğin 114,37 manatı post terminal vasitəsi ilə, yəni nağdsız ödəniş olmuş, satış pulundan 1312,89 manatı xərclərə çıxılmış, inkassatora verilməli olan məbləğ isə 2638,81 manat olmuşdur. Həmin aktdan, pul vəsaitləri üzrə çıxarışlardan, MMC-nin Abşeron rayonu Stansiya Sumqayıt ünvanında yerləşən mağazasında satışlar və inkassasiya olunmalı olan məbləğlərə dair arayışdan həmçinin görünür ki, "xxxx" MMC-nin Abşeron rayonu Stansiya Sumqayıt ünvanında yerləşən mağazasında 16.02.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş məbləğ 4001,67 manat olmuş, həmin məbləğin 71,89 manatı post terminal vasitəsi ilə, yəni nağdsız ödəniş olmuş, satış pulundan 36 manatı xərclərə çıxılmış, inkassatora verilməli olan məbləğ isə 3893,78 manat olmuşdur. Həmin aktdan, pul vəsaitləri üzrə çıxarışlardan, MMC-nin Abşeron rayonu Stansiya Sumqayıt ünvanında yerləşən mağazasında satışlar və inkassasiya olunmalı olan məbləğlərə dair arayışdan həmçinin görünür ki, 13.02.2021, 14.02.2021, 15.02.2021 və 16.02.2021-ci il tarixlərdə "xxxx" MMC-nin Abşeron rayonu Stansiya Sumqayıt ünvanında yerləşən mağazasında kassa əməliyyatları üzrə satışdan əldə olunmuş ümumilikdə 16811,75 manat məbləğində pulun 14292,61 manatı inksatora təhvil verilməli olmuşdur. Bundan başqa həmin aktdan, pul vəsaitləri üzrə çıxarışlardan, MMC-nin Abşeron rayonu Stansiya Sumqayıt ünvanında yerləşən mağazasında satışlar və inkassasiya olunmalı olan məbləğlərə dair arayışdan görünür ki, "xxxx" MMC-nin Abşeron rayonu Stansiya Sumqayıt ünvanında yerləşən mağazasında 21.03.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş ümumi məbləğ 4515,96 manat olmuş, həmin məbləğin 133,12 manatı post terminal vasitəsi ilə, yəni nağdsız ödəniş olmuş, satış pulundan 86 manatı xərclərə çıxılmış, inkassatora verilməli olan məbləğ isə 4296,84 manat olmuş, 22.03.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş məbləğ 3884,05 manat olmuş, həmin məbləğin 127,87 manatı post terminal vasitəsi ilə, yəni nağdsız ödəniş olmuş, satış pulundan 36 manatı xərclərə çıxılmış, inkassatora verilməli olan məbləğ isə 3720,18 manat olmuş, 23.03.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş məbləğ 4295,68 manat olmuş, həmin məbləğin 125,96 manatı post terminal vasitəsi ilə, yəni nağdsız ödəniş olmuş, satış pulundan 379,98 manatı xərclərə çıxılmış, inkassatora verilməli olan məbləğ isə 3789,74 manat olmuş, 24.03.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş məbləğ 4132,50 manat olmuş, həmin məbləğin 139,57 manatı post terminal vasitəsi ilə, yəni nağdsız ödəniş olmuş, satış pulundan 322 manatı xərclərə çıxılmış, inkassatora verilməli olan məbləğ isə 3660,93 manat olmuş, 25.03.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş məbləğ 4534,45 manat olmuş, həmin məbləğin 185,07 manatı post terminal vasitəsi ilə, yəni nağdsız ödəniş olmuş, satış pulundan 1125,85 manatı xərclərə çıxılmış, inkassatora verilməli olan məbləğ isə 3223,53 manat olmuş, 26.03.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş məbləğ 4191,26 manat olmuş, həmin məbləğin 156,09 manatı post terminal vasitəsi ilə, yəni nağdsız ödəniş olmuş, satış pulundan 1349 manatı xərclərə çıxılmış, inkassatora verilməli olan məbləğ isə 2686,17 manat olmuş, 27.03.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş məbləğ 4078,13 manat olmuş, həmin məbləğin 166,72 manatı post terminal vasitəsi ilə, yəni nağdsız ödəniş olmuş, satış pulundan 3163,98 manatı xərclərə çıxılmış, inkassatora verilməli olan məbləğ isə 747,43 manat olmuş, 28.03.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş məbləğ 3858,77 manat olmuş, həmin məbləğin 144,61 manatı post terminal vasitəsi ilə, yəni nağdsız ödəniş olmuş, satış pulundan 34 manatı xərclərə çıxılmış, inkassatora verilməli olan məbləğ isə 3680,16 manat olmuş, 29.03.2021-ci il tarixdə kassa əməliyyatları üzrə satışdan əldə olunmuş məbləğ 3610,36 manat olmuş, həmin məbləğin 53,13 manatı post terminal vasitəsi ilə, yəni nağdsız ödəniş olmuş, satış pulundan 2258,35 manatı xərclərə çıxılmış, inkassatora verilməli olan məbləğ isə 1298,88 manat olmuşdur. 21.03.2021- 29.03.2021-ci il tarixlərdə inkassatora ümumilikdə 27103,86 manat məbləğində satış pulu təhvil verilməli olmuşdur. Həmin aktda həmçinin göstərilmişdir ki, akt tərtib olunan zaman, "xxxx" MMC-nin Abşeron rayonu Sumqayıt Stansiyasında yerləşən mağazasında kassa qalığı 30.03.2021-ci il saat 10:41 tarixinə yoxlanılmışdır. Yoxlama aparılan zaman 30.03.2021-ci il saat 10:41 tarixinə fizki olaraq kassa qalığı (kassa və seyfdə) 8575,48 manat təşkil etmişdir. Sistem üzrə kassa qalığı isə 656,21 manat olmuşdur. Kassalarda nəğd vəsait 1255,73 manat aşklarlanmışdır 30.03.2021-ci il saat 10:41 tarixinə qədər olan kassa əməliyyatları və qalığı yoxlanılmış və uyğunsuzluq aşkar edilmişdir. Təqsirləndirilən şəxs inzibatçı kimi fəaliyyətə başladığı müddətdən, yəni 04.11.2020-ci il tarixdən yoxlama aparılan müddətə qədər, yəni 30.03.2021-ci il saat 10:41 qədər satış, xərc və mərkəzi kassaya göndərilən məbləğlər yoxlanılmış və 41396,47 manat nağd vəsaitin (13- 16.02.2021 tarixlərdə satışdan gələn məbləğ 14292,61 manat və 21-29.03.2021 tarixlərinin satışdan gələn məbləğ isə 27103,86 manat) mərkəzi kassaya göndərilməmişdir. 30.03.2021 tarixində saat 10:41-də sassa və seyfdə cəmi nəğd vəsait 8575,48 manat olmuşdur. Həmin məbləğin 1500 manatını mağaza fəaliyyətə başlayanda verilən məbləğ, yəni depozit məbləği, 2,5 manatını kassa 1-dəki əməliyyatlar üzrə satışdan əldə olunmuş məbləğ, 653,71 manatını isə kassa 2-dəki əməliyyatlar üzrə satışdan əldə olunmuş məbləğ təşkil etmişdir. Belə olan halda əksiklik 41396.47 - 6419.27 = 34977.20 manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi idarəsindən daxil olmuş 12.07.2021-ci il tarixli 80061-1221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına hal-hazırda BDYPİ-nin Qİİ-nin kompyuter ucot bazasında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yayında ƏMDK yanında DƏDRX-dən daxil olmuş 22.07.2021-ci il tarixli **********23 nömrəli məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcüd arxiv materiallarına əsasən ünvan 5 ünvanında yerləşən 32 nömrəli mənzil Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış, Abşeron rayon prokurorunun təqdimatı əsasında Abşeron rayon məhkəməsinin 15.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs adına dövlət reyestrində qeydiyyata alınmış ünvan 5 ünvanında yerləşən 32 nömrəli mənzilin üzərinə cinayət təqibi başa çatanadək həbs qoyulmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası Publik hüquqi şəxsdən daxil olmuş 06.07.2021-ci il tarixli 5897 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsdən daxil olmuş 06.07.2021-ci il tarixli 19/51-7245 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır, qeydiyyatda yoxdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsinə dair ifadəsi məhkəmə tərəfindən araşdırılarkən bu xüsusatların özünü müdafiə və cinayət məsuliyyətindən və cəzadan azad olunması xarakteri daşıdığı qənaətinə gətirir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs əvvələr cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 19 saylı MKS-dən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanda yaşamışdır. Ailə üzvləri – qardaşı 1987-ci il təvəllüdlü X13, bacısı 1981-ci il təvəllüdlü X7, arvadı 1991-ci il təvəllüdlü X8, oğlu 2010-cu il təvəllüdlü X27 oğlu və qızı 2009-cu il təvəllüdlü X3 ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəl məhkum olunmamasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04.08.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, barəsində Abşeron rayon məhkəməsinin 06.08.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu 04.08.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 250 (iki yüz əlli) manatdır. İş üzrə 250 (iki yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxsndən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖİN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Hökmün icrası Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Məhkəmə zamanı müəyyən edildi ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi cavabdeh Təqsirləndirilən şəxs qarşı 34 977,20 manat məbləğində pul tələbinə dair mülki iddia qaldıraraq cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı "xxxx" MMC-nin xeyrinə 34 977,20 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmiş, Abşeron rayon prokurorunun köməkçisi T. Maqsudovun 20.09.2021-ci il tarixli qərarı ilə "xxxx" MMC mülki iddiaçı kimi tanınmışdır. Məhkəmə mülki iddianı və iş materiallarını nəzərdən keçirib, müvafiq hüquq normalarına istinad edib hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin cavabdeh Təqsirləndirilən şəxs qarşı 34 977,20 manat məbləğində pul tələbinə dair mülki iddiası təmin edilməli, cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı "xxxx" MMC-nin xeyrinə 34 977,20 manat məbləğində pul vəsaiti tutulmalıdır. Abşeron rayon məhkəməsinin 15.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs adına dövlət reyestrində qeydiyyata alınmış ünvan 5 ünvanında yerləşən 32 nömrəli mənzilin üzərinə cinayət təqibi başa çatanadək həbs qoyulması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 (üç yüz altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X14 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu 04.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə 250 (iki yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxsndən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖİN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin cavabdeh Təqsirləndirilən şəxs qarşı məhkəmədə qaldırdığı 34 977,20 manat məbləğində pul tələbinə dair mülki iddiası təmin edilsin. Cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı "xxxx" MMC-nin xeyrinə 34 977,20 manat məbləğində pul vəsaiti tutulsun. Abşeron rayon məhkəməsinin 15.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs adına dövlət reyestrində qeydiyyata alınmış ünvan 5 ünvanında yerləşən 32 nömrəli mənzilin üzərinə cinayət təqibi başa çatanadək həbs qoyulması nəzərə alınsın. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 (üç yüz altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X14 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar