Məhkəmə qərarları › İş №1(012)-781/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-781/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-781/2025 06.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, taksi sürücüsü, Lənkəran şəhəri Ş.Axundov küçəsi ev 10-da qeydiyyatda olmaqla həmin evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 07 noyabr 2024-cü ildə saat 08:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 12-ci kilometrində idarə etdiyi CHEVROLET COBALT LTZ minik markalı 90YE974 dövlət qeydiyyat nişanlı avtomobillə 4 zolaqlı yolun sağdan 2-ci zolağı ilə Quba rayonu istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin idarə olunması ilə əlaqədar hər hansı bir çətinlik (xəstəlik, əzginlik, yorğunluq və sair) olduğu halda avtomobili idarə etməməli, qarşıda onunla eyni istiqamətdə avtomobilin hərəkətdə olmasını nəzərə alaraq həmin avtomobillə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli, lazım gəldikdə hərəkətin təhlükəsizliyini təmin edərək həmin avtomobili sol tərəfdən keçib getməli, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X3» Azərbaycan Respublikası Qaaıununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısımı almağa texniki imkanı olsa da ala bilməyib avtomobilin qabaq hissəsi qarşıda eyni istiqamətdə 40-50 km/saat sürətlə hərəkətdə olan Şahid idarə etdiyi CHEVROLET AVEO minik markalı 90NT608 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan CHEVROLET COBALT LTZ minik markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs qızma sağlamlığın uzun müddətə pozulmasına səbəb olan burun sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunan burun nahiyəsinin sıyrıqları xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona xx.xx.2019-cu ildə xx.xx.2029-cu ilədək etibarlı olan «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 07 noyabr 2024-cü ildə saat 08:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 12-ci kilometrində idarə etdiyi CHEVROLET COBALT LTZ minik markalı 90YE974 dövlət qeydiyyat nişanlı avtomobillə 4 zolaqlı yolun sağdan 2-ci zolağı ilə Quba rayonu istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olarkən ani olaraq yuxulamış, idarə etdiyi avtomobilin ön hissəsi qarşıda hərəkətdə olan CHEVROLET AVEO minik markalı 90NT608 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşduqda zərbənin təsirindən yuxudan oyanmışdır. Toqquşmadan sonra avtomobillər dayanmışdır. Hadisə zamanı ida'ə etdiyi avtomobildə 1 nəfər, yəni sonradan tanıdığı Zərərçəkmiş şəxs sərnişin qismi idə olub və arxa oturacaqda oturmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs xəsarət almışdır və avtomobillər əzilmişdir. Hadisə zamanı özü xəsarət almamış və idarə etdiyi avtomobil saz vəziyyətdə olmuşdur. Hadisə zamanı sərxoş olmamışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş, onunla barışmışdır. Ona görə barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 07 noyabr 2024-cü il tarixdə səhər vaxtı işə getmək üçün taksi kimi istismar olunan avtomobilin arxa oturacağında sərnişin qismində oturaraq yola düşmüşdür. Həmin avtomobilin sürücüsü, yəni hazırda Təqsirləndirilən şəxs kimi tanıdığı şəxs şəxs yolda olarkən yorğun və yuxusuz olduğunu bildirmişdir. Sərnişini olduğu həmin avtomobil saat 08:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunda Quba rayonu istiqamətində hərəkət edərək Abşeron rayonu ərazisindən keçən hissəsində Xırdalan qəbiristanlığının yanından keçərkən qarşıda gedən avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Həmin hadisə nəticəsində xəsarət almışdır. 06 dekabr 2024-cü ildə Baş istintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə sürücü Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə gəlb olunması üçün ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona xx.xx.2018-ci ildə xx.xx.2028-ci ilədək etibarlı olan «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 07 noyabr 2024-cü ildə ssat 08:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 12-ci kilometrində idarə etdiyi CHEVROLET AVEO minik markalı 90NT608 dövlət qeydiyyat nişanlı avtomobillə 4 zolaqlı yolun sağdan 2-ci zolağı ilə Quba rayonu istiqamətir də 40-50 km/saat sürətlə hərəkətdə olarkən avtomobilin arxa hissəsinə zərbə dəymişdir. Zərbənin təsirindən avtomobili irəli sıçramış və tormoz edib avtomobili dayandırmışdır. Avtomobilimdən düşüb görmüşdür ki, avtomobilimin arxa hissəsi ilə toqquşan CHEVROLET COBALT LTZ minik markalı 90YE974 dövlət qeydiyyat nişanlı avtomobildir. Həmin avtomobilin sükanı arxasından yerə düşən şəxs özünü Təqsirləndirilən şəxs kiniıi təqdim etmiş və bildirmişdir ki, ani olaraq yuxuladığı üçün toqquşma baş vermişdir. Həmin avtomobildə olan sərnişin qadın xəsarət almışdır. Özü xəsarət almamış, amma avtomobili əzilərək ona maddi ziyan dəymişdir. Hadisə zamanı idarə etdiyi avtomobil saz vəziyyətdə olmuşdur, avtomobildə yük və sərnişin olmamışdır. Hadisə zamanı sərxoş olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:  “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir.  “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 28 dekabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2024-cü il tarixli 6088 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmaqla onda alkoqol qəbulunun hər hansı əlamətləri olmamış, narkotik qəbulu faktı aşkarlanmamışdır.  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair 18 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsinin 03 dekabr 2024-cü il tarixli 2731 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər-burun sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunan burun nahiyəsinin sıyrıqları bərk küt əşyanın təsirindən xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın uzun pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir.  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 8/07 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində CHEVROLET COBALT LTZ minik markalı 90YE974 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X3» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Aparılmış tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir.  “Maddi sübutun tanınması haqqında” 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “CHEVROLET COBALT LTZ” minik markalı **-YE-*** d.q.n.-li və Şahid idarə etdiyi “CHEVROLET AVEO” markall **-NT-*** d.q.n-li avtomobillər cinayət işi üzrə maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılması nəzərə alınmışdır.  “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 02 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur.  “Qətimkan tədbiri seçilməsi barədə” 02 aprel 2025-ci il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir.  “Sübutların qiymətləndirilməsi haqqında” 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə məhkəmə tibbi və məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmişdir.  Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş maddi ziyan ödənilmiş, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir.  Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxs ilə barışmışdır, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur, cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, cinayət əməlini törətmiş şəxsi, zərərçəkmiş şəxsin və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Chevrolet Cobalt LTZ” markalı **-YE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili iş üzrə maddi sübut kimi tanınaraq sahibi Təqsirləndirilən şəxs və ““Chevrolet Aveo” markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınaraq sahibi Şahid qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “X3” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Abşeron Rayon Prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 20 saatının hər iş saatının 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 220 manat məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. İş üzrə maddi sübut, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Chevrolet Cobalt LTZ” markalı **-YE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili iş üzrə maddi sübut kimi tanınaraq sahibi Təqsirləndirilən şəxs və ““Chevrolet Aveo” markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınaraq sahibi Şahid qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 220 (iki yüz iyirmi) manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar