Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-782/2025 01.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs Belə ki, Təqsirləndirilən şəxs 24 dekabr 2024-cü il tarixdə axşam saatlarında keçmiş arvadı Zərərçəkmiş şəxs məxsus və yaşadığı Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə orta dərəcəli sərxoş vəziyyətdə gələrək mübahisə etməyə başlamış, daha sonra Zərərçəkmiş şəxs övladları ilə birlikdə evdən çıxıb getdikdən sonra evin yataq otağına keçmiş, əlində olan alışqan ilə sonuncuya məxsus içərisində 4000 manat dəyərində yataq mebeli dəsti, 4500 manat dəyərində mətbəx mebeli dəsti, 7000 manat dəyərində qonaq otağı mebeli dəsti, 900 manat dəyərində 01 ədəd «Toshiba» markalı televizor, 1000 manat dəyərində 01 ədəd «Samsung» markalı paltaryuyan, 1000 manat dəyərində 01 ədəd «Samsung» markalı soyuducunu, 300 manat dəyərində 01 ədəd «LC» markalı elektrik sobası, 200 manat dəyərində 01 ədəd elektrik samovarı, 1000 manat dəyərində paltarlar, 1000 manat dəyərində uşaq yataq mebeli dəsti (2 ədəd tək nəfərlik yataq və 1 ədəd dolab), 300 manat dəyərində 03 ədəd pərdə-tül dəsti, 400 manat dəyərində 3 ədəd çilçıraq və 400 manat dəyərində yorğan-döşək dəsti olan 28000 manat dəyərində evini yandırıb ümumilikdə zərər çəkmiş Zərərçəkmiş şəxs 50.000 (əlli min) manat dəyərində əmlakını qəsdən yandırmaqla məhv edərək, ona xeyli miqdarda ziyan vurmuşdur. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, bildirmişdir ki, onun Zərərçəkmiş şəxs birgə nikahdan iki övladları doğulmuş, evliliklərinin ilk dövrlərində Ramana qəsəbəsində yerləşən və atasına məxsus olan yaşayış evində yaşamış, sonradan həmin evi sataraq Aşağı Güzdək qəsəbəsində torpaq sahəsi əldə edib valideynlərinin maddi dəstəyi ilə fərdi yaşayış evi inşa etdirmişdir. Tikinti prosesində həyat yoldaşı Esmiranın və onun qohumlarının maddi dəstəyi olmamışdır. O, Abşeron Rayon Məhkəməsinin hökmü ilə məhkum olunanadək arvadı Esmira ilə münasibətləri normal olmuş, aralarında hər hansı gərgin hal olmamışdır. O, cəza çəkdiyi dövrdə taxta materiallardan müxtəlif əşyalar hazırlayıb satmış və dolanışıqlarının təmini üçün əldə etdiyi gəliri həyat yoldaşına vermişdir. Cəza çəkdiyi müddətdə Esmiranın sosial yardım alması məqsədilə onların qarşılıqlı razılığı ilə Binəqədi Rayon Məhkəməsinin qərarı əsasında formal olaraq nikahlarına xitam verilmiş, buna baxmayaraq münasibətləri davam etmiş, hətta qızlarının ad gününüdə birlikdə qeyd etmişlər. O, azadlığa buraxıldıqdan sonra birgə qurduqları evə geri qayıtmış və Esmira ilə birlikdə yaşamağa davam etmiş, lakin sonradan həyat yoldaşında olan dəyişikliyi müşahidə etmişdir. Belə ki, o, telefonla gizlin-gizlin danışmış və ondan şübhə edəcək hallara yol vermişdir. Bundan başqa Esmira ondan həmin evin satılmasını və pulun yarı-yarı olmaqla aralarında bölünməsi ilə bağlı tələblərinə davamlı olaraq israr etsə də lakin o, evin satışının həyata keçirilməsinə razılıq verməmişdir. Belə ki, hazırda dəqiq xatırlamadığı günlərdən birində Esmiranın yene də telefonla gizlin danışmasına şahid olmuş, yenidən həmin şəxsin kimliyi ilə maraqlanmış bu dəfəsində isə sonuncu istifadəsində olan mobil telefonu divrara çırparaq sındırmış, ona yenidən təzyiqlər edərək, evin satılmasını tələb etmişdir. Bundan sonra baş verənlərin şahidi olması üçün qardaşını oraya çağırmışdır. Bundan sonra Esmiranın əvvəllər istifadə etdiyi mobil nömrəyə Aşağı Güzdək bələdiyyəsinin əməkdaşı Ruhiyyə adlı şəxsin cavab verməsi ilə əlaqədar onların arasında mübahisə yaranmış və o, yenidən sonuncunun qardaşına məlumat vermiş, bu vaxt qardaşı gəlmiş və Esmiranı aparmışdır. Baş vermiş hadisə günü spirtli içki qəbul edərək baldızı Mehribanın evinə getmiş, Esmira ilə aralarında baş verənləri onlara danışdıqdan sonra evə qayıtmış və yataq otağında siqaret yandıraraq istifadə etdiyi alışqanı yatağın üstünə tullamışdır. Bundan sonra o, alışqanın sönməməsinə ehtimaı verməyərək, siqaret çəkmək üçün həyətə çıxmış, bir qədər sonra evə geri dönmüş və zalın qapısını açdıqda otaqda yanğın olduğunu müşahidə etmiş və yanğını söndürməyə çalışsa da bacarmamışdır. O, tüstüdən boğulmamaq məqsədilə evi tərk etmiş, bu barədə baldızı Mehribana məlumat vermiş, həmin yanğın sonuncu tərəfindən verilmiş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə xidmətinin əməkdaşları tərəfindən söndürülmüşdür. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirir ki, ailəsinin maddi dəstəyi ilə inşa etdiyi yaşayış evini qəsdən yandırması ağlabatan deyildir və bu məntiqə uyğun hesab oluna bilməz. Hadisə baş verən gün evdə siqaret çəkmək istəmiş, lakin səhhətində yaranan narahatlıq səbəbindən havaya çıxmaq üçün həyətə çıxmış, siqaret və alışqanın isə evdə qaldığını bildirmişdir. O, ehtimal edir ki, yanğının baş verməsinə səbəb alışqanın alışması olmuşdur. Yanğın baş verən zaman özü evdə olmamış, evin içərisində olub qapını kilidləyərək açmaması ilə bağlı irəli sürülən iddialar isə tamamilə əsassız olmaqla həqiqətə uyğun deyildir. Bununla yanaşı həyətdə olduğu zaman Mehribanı yaşadığı evin pəncərəsindən gördüyünü və sonuncunun da onu həyətdə müşahidə etməsini bildirmişdir. Son olaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, Təqsirləndirilən şəxs ilə 2010-cu ildə ailə qurmuş, Təqsirləndirilən şəxs ilə 2010-cu ildə ailə qurmuş, nikahdan sonra soyadını dəyişərək Şahverdiyeva olmuşdur. Bu nikahdan iki övladları olmuşdur. Ailə qurduqdan sonra bir müddət qayınatasının Ramana qəsəbəsində yerləşən evində yaşamış, daha sonra qayınatası həmin evi nəvəsinə hədiyyə kimi vermiş, Qürbətə isə ev tikmək üçün 3000 manat pul verilmişdir. Həmin vəsait və əlavə maliyyə ilə Aşağı Güzdək qəsəbəsində torpaq sahəsi alınaraq, qardaşlarının fiziki və maddi köməkliyi ilə ev tikilmişdir. Qürbət narkotik vasitələrdən asılı olduğu üçün tez-tez narkotik istifadəçiləri ilə əlaqədə olmuşdur. Onun etdiyi soyğunçuluq cinayətinə görə 2021-ci ildə 3 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzanın çəkilmə müddəti bitmədən azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxsin dəfələrlə məhkum olunması və narkomaniyadan asılılığı səbəbindən Binəqədi rayon məhkəməsinin qərarı ilə rəsmi boşanmışlar. Boşanmadan sonra Qürbət mütəmadi olaraq uşaqlara görə evə gəlib-getmiş, bəzən də bir neçə gün evdə qalmışdır. Aralarında yaranan mübahisələr səbəbilə yaşadıqları evi sataraq əldə olunmuş vəsaiti tam yarı olmaqla bölmək qərarına gəlmişlər. Sonuncu dəfə aralarında baş vermiş mübahisənin səbəbi Qürbətin bacısıoğlu ilə birlikdə sərxoş vəziyyətdə evə gəlməsi olmuşdur. Bundan sonra o, uşaqları ilə birlikdə evdən getmiş, orada olarkən evinin yandığı barədə məlumat almış və təcili olaraq hadisə yerinə gəldikdə evin 90%-nin yanaraq yararsız hala düşdüyünü görmüşdür. Bundan əlavə Zərərçəkmiş şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirir ki, baş vermiş hadisədən bir neçə gün əvvəl Qürbətin ona “sürpriz edəcəyini” deməsinə görə baş vermiş yanğın hadisəsinin törədilməsinin sonuncu tərəfindən qəsdən edildiyinə əmindir. Belə ki, Qürbət öz bacısını həmin evə gətirmək istədikdə o etiraz etdiyi, evin satılması barədə razılıq əldə edə bilmədikləri üçün, həmçinin Qürbətin əsassız və yersiz qısqanclıq səbəbəblərindən yaranmış mübahisələrə görə ondan qisas almaq məqsədi ilə bu hərəkəti etmişdir. Onun hadisə vaxtı içkili olması isə, məntiqli düşünməsinə mane olmuş, aqresivləşməsinə səbəb olmuşdur. Ətrafda olan şəxslərin verdiyi məlumata əsasən Qürbət əlində bıçaqla evə yaxınlaşmağa çalışan şəxslərə mane olmuşdur. Yanğın nəticəsində 22.000 manat dəyərində ona məxsus olan müxtəlif məişət və mebel əşyaları, həmçinin 28.000 manat dəyərində ev tamamilə məhv olmuş, ümumilikdə ona 50.000 manat məbləğində maddi ziyan dəymişdir. Bildirir ki, əşyaların alınmasında təqsirləndirilən şəxsin hər hansı maliyyə dəstəyi mövcud olmamışdır. Son olaraq Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən sonuncudan şikayətçi olmasını və dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında dəvət olunaraq şahid qismində dindirilmiş Şahid3 istintaqda verdiyi ifadəsini təstiq etdiyini qeyd etməklə bildirmişdir ki, Zərərçəkmiş şəxs onun xalası, Təqsirləndirilən şəxs isə xalasının keçmiş həyat yoldaşıdır. Onlar rəsmi olaraq boşanmmış və xalası Esmira iki azyaşlı övladı ilə onların Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən evlərinin yaxınlığında yaşayır, aralarında qonşuluq münasibətləri mövcuddur. Onda olan məlumata görə Qürbət bir müddət həbsdə olmuş, azadlığa buraxıldıqdan sonra uşaqlarını görmək məqsədilə Esmiranın evinə mütəmadi gedib-getdiyini həm görmüş, həm də eşitmişdir. Qürbətlə Esmira arasında mənzil mübahisəsi olduğunu bilsə də, digər şəxsi münasibətləri barədə məlumatı olmamışdır. 2024-cü il 24 dekabr tarixdə axşam saatlarında o, həyətə çıxarkən Esmiranın evinin yanmaqda olduğunu görmüş dərhal hadisə yerinə gedərək, həyətdə heç kim olmadığını, evin giriş qapısı açıq olmadığına və pəncərədən içəri baxdıqda Qürbətin evin içərisində olmasını görmüş, yanğını söndürmək məqsədilə evə daxil olmaq istədikdə isə sonuncu onun daxil olmasına mane olmuşdur. O, dəfələrlə qapını döyüb, Qürbətə qapını açmasını bildirsə də, lakin cavab ala bilmədiyindən dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat vermişdir. Bundan əlavə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirir ki, yanğın zamanı Esmira və uşaqları evdə olmamış, yanğınsöndürənlər hadisə yerinə çatdıqda isə evin böyük hissəsi yanmış olmuşdur. Onun yanında dayısı İbrahim yanğının necə baş verməsi barədə Qürbətdən soruşduqda sonuncu içkili halda yaşayış evinin özü tərəfindən yandırıldığını etiraf etmişdir. Məhkəmə iclasında dəvət olunaraq şahid qismində dindirilmiş Şahid4 istintaqda verdiyi ifadəsini təstiq etdiyini qeyd etməklə bildirmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğlu və bacısı Esmiranın keçmiş həyat yoldaşıdır. 2021-ci ildə törətdiyi cinayət əməli nəticəsində Qürbət həbs edildikdən sonra bacısı Esmira onunla rəsmi olaraq ayrılmışdır. Qürbət azadlığa çıxdıqdan sonra bacısı ilə birgə yaşamasa da, mütəmadi olaraq Esmiranın yaşadığı ünvana gedib-gəlmiş, bəzən həmin evdə gecələmişdir. Onun özünün də Qürbətlə münasibəti normal olmuş, Qürbət bəzi vaxtlar onlara gəlib getmiş, oturub söhbət etdikləri yemək yeyib çay içdikləri olmuşdur. Onun bildiyinə görə Esmira ilə Qürbət arasında baş vermiş mübahisənin səbəbi mənzilə görə baş vermişdir. Qürbət hadisə günü içkili olduğu üçün, əvvəlcədən Esmira ilə olan mübahisələrindən tsirlənərək bu addımı atmışdır. Hadisə təsadüf və ya ehtiyatsızlıqla əlaqəli olsaydı, Qürbət yanğının söndürülməsinə mane olmaz, əksinə cəhd edər və kömək çağırardı. O, yanğını müşahidə etdikdə yanğın daha geniş əraziyə yayılmışdır. Həmin vaxta qədər isə Qürbət heç nə etməmişdir. Yanğınsöndürənlər hadisə yerinə gələnədək Qürbət evin giriş qapısını içəridən bağlamış, yanğının söndürülməsinə imkan verməmiş, daha sonra qapını açaraq həyətə çıxmış və evi özünün yandırdığını etiraf etmişdir. O, hadisə zamanı Qürbətin əlində hər hansı silah görməmişdir. Bundan əlavə şahid qismində dindirilmiş Şahid4 istintaqda məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirir ki, yanğın zamanı Qürbət evin onun tərəfindən yandırılmasını etiraf etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid mərhum Şahid1 ifadəsindən görünür ki, bacısı Esmira Təqsirləndirilən şəxs ilə 2010-cu ildə ailə qurmuş, ailə qurandan sonra bir müddət Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində Qürbətin atası evində yaşamışlar. Atası Məhəmmədəli ilə Qürbətin atası Məhəmməd birlikdə Abşeron rayonu Aşağı Güzdək kəndində Qürbətlə Esmiraya fərdi yaşayış evi tikmiş, Esmira, Qürbət və azyaşlı qızı ilə birlikdə köçüb həmin evdə yaşamağa başlamışlar. Qürbət narkotik qəbul etməyə, qonşulardan, məsciddən xırda oğurluq etməyə başlamış, yaşadığı ərazidə də bütün mağazalara borcu yaranmış, sonra da cinayət törətdiyi üçün məhkum olunmuşdur. Bu səbəbdən də bacısı Esmira Qürbətdən rəsmi olaraq boşanmışdır. Qürbət vaxtından iki ay əvvəl həbsdən azad olunaraq azadlığa buraxılandan sonra bacısının Ramanı qəsəbəsindəki evində yaşamış, gündüzlər uşaqlarına görə Esmiranın evinə gəlibgetmiş, məhkəmənin qərarı ilə Qürbətin uşaqları ilə görüşmək hüququ olduğu üçün Esmira da Qürbətin evə gəlməsinə etiraz etməmişdir. Həmin ərəfədə Qürbətin yeznəsi İbrahim 9 il həbs cəzasına məhkum edildiyi üçün Qürbət evə gələndə evdə söz söhbət salıb bacısının Esmiranın evində qalmasını istəmiş, Esmira isə onunla razılaşmamış, ona görə də Esmira ilə Qürbətin arasında tez-tez münaqişələr olmuşdur. Bu münaqişələrə son qoymaq üçün Esmira ilə Qürbət evi sataraq pulunu yarı bölməyə razılaşmışlar. Evin təxmini qiyməti 45.000-50.000 manat olsa də sənədsiz olduğu üçün və təcili satılmasından ötrü 28.000 manata satıb adama 14.000 manat pul götürməyi razılaşmış, satması üçün maklerlərə müraciət etmişlər. Esmira icazə verməmişdir ki, Qürbət onun şəxsi işlərinə qarışsın. 24 dekabr 2024-cü il tarixdə Esmira zəng vurub Qürbətin sərxoş olduğunu, əlində bıçaq onları hədələdiyini deyib tez gəlməsini dediyi üçün Esmira gilə getmiş, Qürbətin həqiqətən də sərxoş vəziyyətdə olduğunu görmüş, onu sakitləşdirmək məqsədi ilə səbirli ol, gözlə, ev satılandan sonra ona çatan pulun veriləcəyini demiş, Qürbət sərxoş olduğuna görə bacısı Esmiranı götürüb uşaqları ilə birlikdə öz yaşadığı evinə aparmışdır. Bacısı Esmiranı aparanda Qürbət Esmiraya zəng vurub evə qayıtmasa evi andıracağını demişdir. X6 qəsəbəsində yaşayan bacısı Mehriban Esmiraya zəng edib evinin yandığını demiş, Qonşuluqda yaşayan qardaşı Cavidə zəng edib Qürbətin Esmiranın evini yandırdığını demiş, Cavidlə və Esmira ilə birlikdə X5 kəndindəki evinə getmişlər. Oraya çatanda üç yanğın söndürən avtomobili evi söndürməyə çalışdıqlarını, dördüncü maşında hadisə yerinə gəldiyini Qürbətin də hadisə yerində olduğunu görmüşdür. Hadisənin necə baş verdiyini, evin kim tərəfindən yandırıldığını soruşduqda Qürbət evi özünün yandırdığını demişdir. Qürbət oraya yığışanlara da evi özünün yandırdığını demişdir. Qürbətdən evi yandırmasının səbəbini soruşanda ev ona çatmırsa qoy heç kimə də çatmasın cavabını vermişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, bacısı ilə Təqsirləndirilən şəxs münasibətləri əvvəllər normal olmuş, sonradan isə münasibətləri pisləşməyə başlamışdır. Onun özünün isə elə bu gün də Qürbətlə münasibəti normaldır. Qürbətlə bacısının evlə bağlı mübahisəsinin olmasından məlumatı olsa da, tam olaraq ətraflı bu barədə geniş məlumatı yoxdur. Hadisə günü isə o, evin yandığını eçitdikdə hadisə yerinə gəlmiş, artıq həmin vaxt ev demək olar ki, tamamı ilə yanmış vəziyyətdə olmuşdur. Oraya çatanda üç yanğın söndürən avtomobili evi söndürməyə çalışdıqlarını, dördüncü maşında hadisə yerinə gəldiyini Qürbətin də hadisə yerində olduğunu görmüşdür. Qardaşı İbrahim hadisənin necə baş verdiyini, evin kim tərəfindən yandırıldığını soruşduqda Qürbət evi özünün yandırdığını demişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilm
1. “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Abşeron RPİ-nin Təhqiqatlar Şöbəsində toplanmış HK-1/3245 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır;
2. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında 19 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir;
3. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 19 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur;
4. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 20 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;
5. “Təqsirləndirilən şəxs qismində cəlb edilmə” haqqında 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;
6. Abşeron Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 4(012)-22/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 yanvar 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir;
7. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli hökmü ilə Azərbayacan Respublikası CM-nin 180.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti 03 il 07 ay 28 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmin hökm Sumqayıt Apellyasiya Məhkəməsinin 03 avqust 2021-ci il tarixli qərarına əsasən dəyişdirilmədən saxlanılmış, bundan sonra həmin hökm üzrə çəkilməmiş qalan cəza Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 7(001)-525/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli qərarına əsasən 02 ay 07 gün olmaqla vaxtından əvvəl şərti azad edilmişdir;
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-yanğın-texniki ekspertizasının 19 mart 2025-ci il tarixli 10/999 nömrəli rəyindən görünür ki, təyin edilmiş yanğın və texnoloji partlayışların tədqiqi və tikinti-texniki obyektlərin tədqiqi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 mart 2025-ci il tarixli rəydə göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, yanğın nəticəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinin bərpa olunması üçün görülməli olan işlərə sərf ediləcək materialların həcmi smetada göstərilmişdir, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğının mənbəyi, evin yataq otağının daxilində, döşəmə səviyyəsində olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək evin digər sahələrinə yayılmışdır, qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini, mənbə zonasında işlək vəziyyətdə hər hansı istilik ixrac edə bilən texniki qurğu, yaxud onların qalıqlarının aşkar edilmədiyini nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi, yəni kənardan düşmüş od mənbəyinin təsirindən baş vermişdir. Yanğın, kənardan düşmüş od mənbəyinin təsirindən baş verdiyindən baş vermiş yanğın hadisəsi ilə əlaqədar normativ aktların tələblərinin pozulubpozulmamasına dair sual üzrə tədqiqat aparılmamışdır; Aparılmış tədqiqatımn qiyməti 165 manat təşkil edir;
9. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 07 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, ittihamı təsdiq edən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri hadisə yerinə baxış keçirilməsi haqqında protokol, ekspert rəyi və digər istintaq sənədləri həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar istintaqla nüəyyən edilməli hallar üzrə toplanmış mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən həmin sübutlar kifayət etmiş hesab edilmiş, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilərək bu barədə materialların ayrılaraq Abşeron rayon prokurorluğuna göndərilməsi və iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 dindirmə protokollarında ata adlarının səhvən Məmmədəli kimi yazılmasının nəzərə alınması və rəsmi sənədlərdə olduğu kimi Məhəmmədəli kimi qəbul edilib oxunması sübut kimi qiymətləndirilmişdir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə, bu Məcəllənin 186.2.2-ci maddəsi isə eyni əməlləri yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda cinayət məsuliyyəti yaranır. Məhkəmə iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv şəkildə araşdıraraq belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, iş materiallarından və təqdim olunan sübutlardan müəyyən edilmişdir ki, 24 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs fərdi yaşayış evini və əşyaları qəsdli hərəkətləri nəticəsində yandıraraq tamamilə yararsız hala salmışdır. Məhkəmə-yanğın-texniki ekspertizasının 19 mart 2025-ci il tarixli 10/999 nömrəli rəyinə əsasən yanğın hadisəsi istintaq tərəfindən müəyyən edildiyi kimi kənardan düşmüş od mənbəyinin təsirindən baş vermişdir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə dair ifadəsini nəzərdən keçirmiş və həmin ifadəni müdafiə məqsədilə verilmiş, lakin digər sübutlarla təkzib olunan iddia kimi qiymətləndirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində ona məxus yaşayış evini ailəsinin maddi dəstəyi hesabına inşa etdirdiyini bildirərək, əmlakı yandırmaq üçün hər hansı qəsdi olmadığını iddia etsə də, lakin təqsirləndirilən şəxsin ifadəsi digər sübutlarla uyğunluq təşkil etmədiyindən, məhkəmə bu ifadəni təqsirsizlik üçün yetərli əsas hesab etməmişdir. Əlavə olaraq məhkəmənin digər baxış iclaslarında zərərçəkmiş şəxsin və şahidlərin ifadələri əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həm hadisədən əvvəl, həm də hadisə günü Zərərçəkmiş şəxs ilə münaqişə yaşamış, yanğın zamanı evin içərisində olması ilə yanaşı hətta digər şəxslərin də müdaxiləsinə qərəzli şəkildə mane törətməsi onun əvvəlcədən formalaşmış və məqsədli şəkildə əmlakı məhv etmə niyyətinə yönələn hərəkətlər etməsini açıqaşkar nümayiş etdirir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi – ona məxsus yaşayış evinin ailə üzvlərinin maddi dəstəyi ilə inşa edilməsi faktı, onun bu əməldə qəsdli niyyətini istisna edən hüquqi əsas kimi qiymətləndirilə bilməməklə yanaşı həm də mövcud hallar onun məsuliyyətdən azad olunması üçün əsas yarada bilməz. Təqsirləndirilən şəxs əməlində cinayət törətməsinə dair digər faktların (məsələn, ailədaxili münaqişə və sair) mövcudluğu mümkün olsa da, bu hallar onun əməlini təqsirsiz saymaq üçün kifayət hesab edilə bilməz. Hadisənin sonuncunun bildirdiyi ki, ehtiyatsızlıqdan törədilməsi isə ağlabatan olmamaqla ifadələr və işin faktiki halları ilə istisna edilir. Belə ki, o, mənzilə daxil olduqda yanğının yayılmadığını sadəcə yanıq qoxusunun gəldiyini bildirməkə, onu təsdiq etmişdir ki, həmin vaxt yanğının söndürülməsi asanlıqla mümkün ola bilərdi. Həmçinin yanğın barədə ilk məlumatlı olan şəxs kimi, söndürülməsinə təşəbbüs etməməklə, kömək çağırmamaqla, hətta kömək edənlərə mane olmağa çalışmaqla evin və əşyaların yanmasında maraqlı olduğu təsdiq edilmiş, bu da həmin hərəkətin ehtiyatsızlıqdan deyil, qəsdən edilməsini sübut etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadəni özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs göstərdiyi hallar və bu kimi ifadəsində irəli sürdüyü dəlillər aparılmış məhkəmə araşdırması zamanı hər hansı mötəbər sübutlarla öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, hüquqi tövsüf məsələsini müzakirə edərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, düzgün olaraq tövsif olunmuş cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal olaraq cinayətlərin residivini müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Abşeron rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 7(001)-525/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli qərarına əsasən 02 ay 07 gün olmaqla cəzanın çəkilməmiş hissəsini çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Məhkəmə zəruri hesab etdiyi halla bağlı qeyd edir ki, hərçənd Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı çəkməkdən faktiki olaraq 30 sentyabr 2024-cü il tarixli qərarla azad edilmiş olsa da, lakin o, məhkumluğun ödənilməsi üçün qanunvericilikdə müəyyən olunmuş müddət keçmədən yəni, 24 dekabr 2024-cü il tarixdə yenidən qəsdən cinayət törətmişdir ki, həmin hal isə onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qeyd olunan halları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsi nəticəsində sonuncunun ona qarşı şikayət və tələbinin olması, o cümlədən əvvəllər də azadlıqdan məhrum etmə cəzasına məhkum olunub bundan nəticə çıxarmayaraq yenidən qəsdən cinayət törətməsini, bununla da onda cinayət törədilməsinin vərdişə çevirilməsini, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını, əməlində cinayətlərin residivi olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Lakin cəza təyin edilərkən mövcud hallar, o cümlədən şəxsiyyəti barədə xüsusiyyətləri və digər təsir edən xüsasatlar da nəzərə alınmaqla cəza həddi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 19 yanvar 2025-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə tədqiqatının xərci – 165 (bir yüz altmış beş) manat məbləğində pul - Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə müsadirə edilməli əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hərhansı əmlakla bağlı xüsusi müsadirənin tətbiq edilməsinin zərurət olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 10 saatın hər iş saatının 6 manatdan, digər 30 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 390 manat (10 saat x 6 AZN + 30 x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 19 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə tədqiqatının xərci - 165 (bir yüz altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saatın hər iş saatının 6 manatdan, digər 30 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, cəmi 390 (10 saat x 6 AZN + 30 x 11 AZN) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov