Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-783/2025 27.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs2, onun nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1994-cü il tarixində Laçın rayonunda andan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X2 qardaşı X4 məxsus sexdə təmirdə olan Hyundai Grandeur markalı avtomobili təcili olaraq dəyərindən ucuz qiymətə, yəni 17.000 manata ona satacağına dair yalan vəd verib aldadaraq, 2022-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov Rezedens” otelinin qarşısında 15.000 manat, təxminən 10 gün sonra Baklı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən “Romaşka” marketinin qarşısında yerləşən ödəmə terminalından onun verdiyi və hal-hazırda istintaqa məlum olmayan “LEO bank” və “Kapital bank”a məxsus kart hesablarına 400 manat bir, 300 manat bir, 200 manat bir, 1000 manat bir və 100 manatda bir olmaqla 2000 manatını, vahid niyyətlə isə 17.000 manat nəğd pulunu Yasamən Hüseynovadan alıb ələ keçirərək vədinə əməl etməyib etibarından sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və hüquqa zidd ələ keçirmək məqsədi ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi bina 23 mənzil 20-də yaşayan Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evində 2024-cü ilin iyun ayından həmin ilin sentyabr ayınadək olan müddət ərzində kirayəçi kimi yaşadığı dövr ərzində evdə olan 800 manat dəyərində “İndesit” markalı soyuducunu, 600 manat dəyərində “Simens” markalı paltaryuyanı, 700 manat dəyərində “Gree” markalı kondisioneri, 2500 manat dəyərində yataq mebelini, 1500 manat dəyərində uşaq mebelini, 2200 manat dəyərində divan kreslo dəstini, 1000 dəyərində “İmeriqaz” markalı kombi aparatını, hər biri ayrı-ayrılıqda 200 manat dəyərində olan 5 ədəd radiatorları, 300 manat dəyərində uşaq çarpayısını, saxlanc yeri kimi evin həyətində olan otağa qapısının kilidini açmaqla otağa qanunsuz daxil olub oradan 200 manat dəyərində samovarı, 100 manat dəyərində 100 metrlik işıq kabelini gizlin olaraq talayıb Zərərçəkmiş şəxs1 vahid niyyətlə 10.900 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, özü rəsmi olaraq heç bir yerdə işləmir, lakin ailəsini dolandırmaq üçün atasıgillə bərabər avtomobillərin ehtiyyat hissələrinin satışı ilə məşğuldur. Əvvəllər heç bir məhkumluq həyatı yaşamamışdır. Bir müddətdir ki, ailəsində söz söhbət olduğu üçün tək yaşamaq qərarına gəlmiş və 2021-ci ilin iyun ayında Abşeron rayonu, Mehdiabad qəsəbəsində Zərərçəkmiş şəxs1 məxsus yaşayış evini aylıq 400 manat olmaqla kirayə tutmuşdur. İki ay qalıb kirayə pulunu ödəyəndən sonra maddi cəhətdən çətinlik çəkdiyi üçün evdə olan əşyaları, 01 ədəd soyuducunu, 01 ədəd paltaryuyanı, 01 ədəd kondisaneri, kombinin radiyatorlarını, 01 ədəd yataq mebelini, divan kresloları, 01 ədəd uşaq mebelini, samovarı evdən götürüb tanımadığı avtomobillərlə tiktok sosial şəbəkəsində tapdığı tanımadığı şəxslərə satmışdır. Əşyaları satdığı şəxslərə, eləcədə evdən oğurlayıb satdığı əşyaları daşıdığı avtomobillərin sürücülərinə həmin əşyaların özünə məxsus olmasını bildirmişdir. Əldə etdiyi pulun 400 manatını 3-cü ayın kirayə pulunu vermiş, qalanını da öz ehtiyaclarına görə xərcləmişdir. Bndan başqa Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Hüseynova Yasəmǝn Malik qızını 4-5 il olar ki, tanıyır. Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən avtomobil təmiri yerində avtomobillərin yağlarının dəyişməsi ilə məşğul olur. Yasamǝn Hüseynova ilə məclisdə tanış olmuş, həmin vaxtdan münasibətləri yaranmışdır. Həmin ǝrǝfədə internet səbəkəsində olan kazino oynamış, buna görə də qazandığı pulların hamısını kazinoya qoymuş, kazino oynayan zaman uduşları olsada daha çox uduzmuşdur. 2022-ci ilin may ayının sonları olardı ki, Yasaman Hüseynova özünə məxsus "Hundai i-30" markalı avtomobilinin yağını dəyişdirmiş, bir neçə gündən sonra ona pul ehtiyac olduğundan, Yasamən Hüseynovaya zəng vurub iş yerinin yanında olan Hyundai Grandeur markalı avtomobili ehtiyac olduğundan sahibi ucuz qiymətə 17000 manata satdığını bildirmişdir. Yasamən də həmin avtomobili almağa razı olduğunu, lakin pulunun olmadığını öz avtomobilini satib pulu verə biləcəyəni bildirmişdir. Yasamǝn avtomobili "Okean" avtomobil salonundan aldığını, geri qaytarmaq istədiyini, lakin 12500 manat verdiklərini demiş, buna görə də Yasamənlə birlikdə Bakı şəhəri, Xətai rayonu. Babək prospektində yerləşən "Okean" avtosalonuna getmişdir. Oradan Yasamənə məxsus Hyundai i-30 markali avtomobili geri qaytarmışlar və Yasamǝn 15300 manat pul almışdır. Oradan çıxıb Yasamənin yaşadığı Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Azinko"-nun binaları kimi tanınan ünvana getmişlər. Yasamǝn orada ona 15000 manat pul vermişdir. Yasəmənə demişdir ki, Hyundai Grandeur markalı avtomobilin 10 günlük işi var, avtomobili təmir olunduqdan sonra ona verəcək. Yasamən də qalan 2000 manatı 10 günə verəcəyini bildirmişdir. O da 15000 manatı götürüb getmiş, bundan sonra Yasamǝn hazırda xatırlamadığı ona məxsus "Leo bank" və "Kapital" bank tərəfindən verilmiş kart hesablarına 400 manat, 300 manat, 200 manat, 1000 manat va 100 manat olmaqla 2000 manat pul göndərmişdir. Həmin əldə etdiyi pulların hamısını internet şəbəkəsində olan kazino oyunlarına uduzmuşdur. 10 gün keçdikdən sonra Yasəmən onunla əlaqə saxlayıb avtomobili istəmiş, o da avtomobil təmir olunduqdan sonra ona verəcəyini bildirmiş, lakin Hyundai Grandeur markalı avtomobilin sahibi həmin avtomobili götürüb getmişdir. O, internet şəbəkəsində kazino oynadığına görə pula ehtiyac olduğundan Zərərçəkmiş şəxs2 aldadaraq ondan 17000 manat pul almışdır. X6 markalı avtomobil ona məxsus deyildir. Avtomobili Yasəmənə satmasından qardaşı Cavid Zöhrabovun heç bir məlumatı olmamış, həmin avtomobil qardaşı Cavidin avtomobil təmiri sexində təmir olunmuşdur. Sonda törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödədiyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Vaqif oğlunu 4-5 il olar ki, tanıyır. Belə ki, o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən avtomobil təmiri yerində avtomobillərin yağlarının dəyişməsi ilə məşğul olmuş Təqsirləndirilən şəxsla məclisdə tanış olmuş, həmin vaxtdan münasibətləri yaranmışdır. 2022-ci ilin may ayının sonları olardı ki, özünə məxsus "Hundai i-30" markalı avtomobilin yağını dəyişdirmiş, bir neçə gündən sonra Elnur ona zəng vurub onun iş yerinin yanında olan Hyundai Grandeur markalı avtomobili ehtiyac olduğundan sahibinin ucuz qiymətə, 17000 manata satdığını bildirmişdir. O da həmin avtomobili almağa razı olduğunu, lakin pulunun olmadığını, öz avtomobilini satıb pulu verə biləcəyini bildirmişdir. O, avtomobili "Okean" avtomobil salonundan aldığını, ora geri qaytarmaq istədiyini, lakin 13000 manat veridklərini demişdir. Buna görə də Elnurla birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən "Okean" avtosalonuna getmişlər. Orada ona məxsus Hyundai i-30 markalı avtomonbili geri qaytarmışlar və 13000 manat pul almışdır. Oradan çıxıb yaşadığı Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Nərimanov Rezedens"-> getmişlər. Evdən 2000 manat götürüb 13000 manatın üzərinə qoyub 15000 manat pulu Elnura vermişdir. Elnur ona demişdir ki, Hyundai Grandeur markalı avtomobilin 10 günlük işi var, avtomobil təmir olunduqdan sonra ona verəcək. O da qalan 2000 manatı 10 günə verəcəyini bildirmişdir. Elnur 15000 manatı götürüb getmiş, bir neçə vaxtdan sonra Torqovıy tǝrǝfə yaşamaq üçün köçmüş, həmin ərəfədə Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən "Romaşka" marketin qarşısında yerləşən ödəmə terminalından Elnurun ona verdiyi, hazırda xatırlamadığı "Leo bank" və "Kapital" bank tərəfindən verilmiş kart hesablarına 400 manat, 300 manat, 200 manat, 1000 manat və 100 manat olmaqla ümumilikdə 2000 manat pul göndərmişdir. Elnur həmin pulları ustaya verdiyini bildirmişdir. 10 gün keçdikdən sonra Elnurla əlaqə saxlayıb avtomobili istəmiş, Elnur da avtomobilin təmir olunduqdan sonra verəcəyini bildirmişdir. Təxminən 4-5 ay keçdikdən sonra Elnurun iş yerinə getmiş, Elnur ona demişdir ki, ondan aldığı pulları borclu olduğu şəxslərə vermişdir. Təqsirləndirilən şəxs 17000 manat pul Hyundai Grandeur markalı avtomobili ona satması üçün vermişdir. Özünə məxsus "Hundai i-30" markalı avtomobilin yağını dəyişdirmək üçün Elnurun iş yerinə aparmış, həmin vaxt Elnur ona qardaşının iş yerinin yanında olan Hyundai Grandeur markalı avtomobili göstərib həmin avtomobilin sahibinin ehtiyacı olduğu üçün avtomobili satdığını bildirmiş və onu aldadaraq 17.000 manat pulunu ələ keçirmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 17000 manatın zərərin 7000 manatı ödənilmiş, qalan məbləği isə ayda 1000 manat olmaqla ödəniləcək. Bu razılaşmanı nəzərə alaraq təqsirləndirilən şəxslə barışmış ona qarşı heç bir şikayət və tələbi yoxdur.Barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etdi Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 nümayəndəsi Baklı şəhəri 2 Saylı Vəkil Bürosunun vəkili Nümayəndə Zərərçəkmiş şəxs2 ifadəsində qeyd olunan xüsusatları təsdiq etdi. Məhkəmənin əvvəlki iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Bakı şəhəri Xətai rayonu 46 nömrəli tam orta məktəbdə direktor vəzifəsində işləyir. Anasının adına olan, lakin ona məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 4 sot torpaq sahəsinin içərisində fərdi yaşayış evi vardır. Ev boş olduğu üçün 2024-cü ilin avqust ayının əvvəllərində həmin evi bina.az saytında 500 AZN kirayəyə yerləşdirmişdir. xx.xx.2024-cü il tarixdə bir nəfər şəxs mobil nömrəyə zəng edərək, həmin evi kirayəyə götürmək istədiyini bildirmişdir. Həmin gün axşam vaxtı adını sonradan bildiyi Elnur adlı şəxs həmin ünvana gəlmiş, ondan evi ailəsi üçün kirayəyə götürmək istədiyini demiş, 400 manata razılaşmışlar. Evin içində əşyalarla birlikdə həmin evi Elnura kirayəyə vermişdir. O, özü işi ilə əlaqədar olaraq evi yoxlamaq üçün gedə bilməsə də, anası Təranə və qardaşı Yalçın 2 dəfə evi yoxlamaq məqsədi ilə getsələr də, Elnur bəhanə ilə onları evə buraxmamışdır. Sonuncu dəfə yenidən xx.xx.2024-cü il tarixdə axşam vaxtı anası və qardaşı yenidən evi yoxlamaq üçün oraya getmişlər. Evə girən zaman evin əşyalarının yerində olmadığını görüb, bu barədə ona zəng edərək məlumat vermişlər. Daha sonra bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Evinə gedib baxış keçirən zaman, 800 manat dəyərində “İndesit” markalı soyuducunun, 600 manat dəyərində “simens” markalı paltaryuyanın, 700 manat dəyərində “Gree” markalı kondisonerin, 2500 manat dəyərində yataq mebelinin, 1500 manat dəyərində uşaq mebelinin, 2200 manat dəyərində divan kreslonun, 1000 dəyərində “İmeriqaz” markalı kombi aparatının, hər biri ayrı-ayrılıqda 200 manat dəyərində olan 5 ədəd radiatorların, 300 manat dəyərində uşaq kravatının, həyətdə olan saxlanc yerindən isə 200 manat dəyərində somavarı, 100 manat dəyərində 100 metrlik işıq kabelinin yerində olmadığını aşkar etmişdir. Daha sonra həmin şəxsi axtarsalarda, tapa bilməmişlər. Onun həmin şəxslə kirayə müqaviləsi yoxdur. Həmin şəxsə həyətdəki saxlanc yerini kirayəyə verməmiş, oranın qapısını kilidləmişdir. Həmin saxlanc yerini kirayə verdiyi evin üzərində Elnura istifadə etmək üçün verməmişdir. Elnur həmin saxlanc yerinin qapısının kilidini sındırmaq yolu ilə həmin saxlanc yerinə daxil olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 10900 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında bildirdi ki, qızına məxsus olan evi 400 manata təqsirləndirilən şəxsə kirayə vermişlər, Qızı olan zərərçəkmiş işi ilə əlaqədar olaraq evi yoxlamaq üçün gedə bilməsə də, o və oğlu Yalçın 2 dəfə evi yoxlamaq məqsədi ilə getsələr də, Elnur bəhanə ilə onları evə buraxmamışdır. Sonuncu dəfə yenidən xx.xx.2024-cü il tarixdə axşam vaxtı o və oğlu yenidən evi yoxlamaq üçün oraya getmişlər. Evə girən zaman evin əşyalarının yerində olmadığını görüb, bu barədə qızına zəng edərək məlumat vermişlər. Daha sonra bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Baxış keçirən zaman, 800 manat dəyərində “İndesit” markalı soyuducunun, 600 manat dəyərində “simens” markalı paltaryuyanın, 700 manat dəyərində “Gree” markalı kondisonerin, 2500 manat dəyərində yataq mebelinin, 1500 manat dəyərində uşaq mebelinin, 2200 manat dəyərində divan kreslonun, 1000 dəyərində “İmeriqaz” markalı kombi aparatının, hər biri ayrı-ayrılıqda 200 manat dəyərində olan 5 ədəd radiatorların, 300 manat dəyərində uşaq kravatının, həyətdə olan saxlanc yerindən isə 200 manat dəyərində somavarı, 100 manat dəyərində 100 metrlik işıq kabelinin yerində olmadığını aşkar etmişdir. Daha sonra həmin şəxsi axtarsalarda, tapa bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Füzuli rayonu Qərbənd kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Binəqədi Gənclər şəhərciyi bina 23 mənzil 20-də yaşayır. “Veysəloğlu MMC”-də satış nümayəndəsi vəzifəsində işləyir. Anasının adına olan, lakin bacısı Firuzəyə məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 4 sot torpaq sahəsinin içərisində fərdi yaşayış evi vardır. Ev boş olduğu üçün bacısı Firuzə 2024-cü ilin avqust ayının əvvəllərində həmin evi bina.az saytında 500 AZN kirayəyə verilməsi ilə bağlı elan yerləşdirmişdi. xx.xx.2024-cü il tarixdə bir nəfər şəxs mobil nömrəyə zəng edərək, həmin evi kirayəyə götürmək istədiyini bildirmişdir. Həmin gün axşam vaxtı adını sonradan bildiyi Elnur adlı şəxs həmin ünvana gəlmiş, onlardan evi ailəsi üçün kirayəyə götürmək istədiyini demiş, onunla 400 manata razılaşmışlar. Evin içində əşyalarla həmin evi Elnura kirayəyə vermişlər. Bacısının işi ilə əlaqədar olaraq evi yoxlamaq üçün gedə bilməsə də, o və anası Təranə 2 dəfə evi yoxlamaq məqsədi ilə getsələrdə, Elnur bəhanə ilə onları evə buraxmamışdır. Sonuncu dəfə yenidən xx.xx.2024-cü il tarixdə axşam vaxtı o və anası yenidən evi yoxlamaq üçün oraya getmişlər. Evə girən zaman evin əşyalarının yerində olmadığını görüb, bu barədə bacısına zəng edərək məlumat vermişlər və bildirmişlər ki, polisə bu barədə məlumat versin. Həmin vaxt Elnur yanlarında olmuş, ondan əşyaların harada olduğunu soruşan zaman, müxtəlif bəhanələr gətirərək, əşyaların guya ustada olduğunu bildirmişdir. Elnur onların başlarının qarışmasından istifadə edib, yanlarından qaçaraq getmişdir. Daha sonra bacısı Firuzə atası Qəşəmlə birlikdə oraya gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması barədə” 27 yanvar 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək, istintaqı aparılmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 01 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Şübhəli şəxsin tutulmasına dair və barəsində axtarış elan edilməsi haqqında” 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 08 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunması qərara alınmışdır. - Abşeron Rayon Məhkəməsinin 4(012)-119/2025 saylı, 08 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 mart 2025-ci il tarixdən hesablanmaqla 02 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. - “Cinayət işinin icraata qəbul edilməsi, cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” 19 mart 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi icraata qəbul edilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq olunan ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə əməl CM-nin 177.2.3, 177.2.4 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və cinayət işinin ********* nömrəsi kimi saxlanılmışdır. - “Zərərçəkmiş şəxs kimi tanımaq haqqında” 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınması haqqında” 10 sentyabr 2024cü il tarixli qərardan görünür ki, Nümayəndə ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 nümayəndəsi qismində tanınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunması qərara alınmışdır. - “İttiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. - 18 dekabr 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 18 dekabr 2024-cü il tarixdə Abşeron rayonu ərazisində saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi Yaşar İsgəndərovun vəsatəti təmin edilməmişdir. - “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi barədə 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - “İttiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. - Bakı Şəhəri Səbail RPİ-nin 06 mart 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2025-ci il tarixdə saxlanılaraq Səbail RPİ-nə gətirilmiş və İstintaq Şöbəsinə təhvil verilmişdir. - Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 06 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi Yaşar İsgəndərovun vəsatəti təmin edilməmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 15 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 03 aprel 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri, hadisə yerinə baxış protokolu və digər istintaq hərəkəti protokolları cinayət işi üzrə sübut kimi qəbul edilmişdir. - Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 17000 manatın zərərin 7000 manatı onun qohumları tərəfindən ödəbilmiş, qalan məbləği isə ayda 1000 manat olmaqla onun tərəfindən ödəniləcək. Bu razılaşmanı nəzərə alaraq təqsirləndirilən şəxslə barışmış ona qarşı heç bir şikayət və tələbi yoxdur. - Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam ödənilmiş, barışıq olunmuş, heç bir şikayət və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd) “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir (20-ci bənd); oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir (21-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2, 177.2.3, 177.2.4 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən birinə tam digərinə isə qismən dəymiş maddi ziyanı ödəyərək barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal olaraq nəzərə alır. Eyni zamanda cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərdən birinə tam olaraq digərinə isə qismən dəymiş maddi ziyanın ödənilərək razılıq əldə edilməsini və zərərçəkmiş şəxslərin hazırda ondan heç bir şikayət və tələbinin olmamasını,zərərçəkmiş şəxslərlə təqsirləndirilən şəxs arasında barışığın əldə edilməsi cəzanı yüngülləşdirən hallar olaraq qiymətləndirərək, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 21:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunmalıdır, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 04 gün müddət, həbsdə saxlanıldığı 10 ay 20 gün müddət, ümumilikdə 10 ay 24 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 01 il 09 ay 18 gün müddət ona təyin azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 04 gün müddət, məhkəmə istintaqı zamanı həbsdə saxlanıldığı 10 ay 20 gün gün müddət, ümumilikdə 10 ay 24 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 01 (bir) il 09 (doqquz) ay 18 (on səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 21:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-783/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-783/2025
27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver