Məhkəmə qərarları › İş №1(012)-785/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-785/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-785/2025 08.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Ermənistan Respubliaksında anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vemə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə sosial şəbəkədə tanış olduğu Zərərçəkmiş şəxs Çin Xalq Respublikasından reklam aparatı gətirəcəyinə dair yalan vəd verib aldadaraq, 2024-cü ilin aprel ayında mobil tətbiq vasitəsi ilə əvvəlcə 245 manat, daha sonra isə eyni üsulla 600 manat olmaqla ümumilikdə 845 manatı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində özünə məxsus 4098 5844 6531 6881 kart hesabına köçürüb vahid niyyətlə ələ keçirərək, sonradan verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs barəsində etdiyi şikayət ərizəsi ilə tanış olmuş, Zərərçəkmiş şəxs təxminən 6-7 ay müddət olar ki, tanıyır. O, reklamçı və dizayner kimi fəaliyyət göstərir. “Facebook” sosial şəbəkəsində “Dizayn Group” olaraq səhifə açmışlar, oraya həmin qrupda olan bütün dizaynerlər öz əl işlərini atırmışlar. Təxminən 2024-cü ilin aprel ayında həmin qrupdan bir nəfər Heyranə adlı qadın ona yazmış, daha sonra qadın ona səhv düşdüyünü demişdir. Bundan sonra aralarında münasibət yaranmışdır. 2024-cü ilin aprel ayında xatırlamadığı tarixdə Heyranə ona yazıb görüşmək istədiyini bildirmişdir. Həmin vaxtı printerinin çap başlığı xarab olduğundan ona pul lazım olmuş, Heyranə də ona reklam aparatı lazım olduğunu bildirmişdir. Həmin vaxt printeri təmir etmək üçün pul lazım olduğundan ona reklam aparatı gətirə biləcəyini və buna görə ona 850 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra 2024-cü ilin aprel ayında 2 dəfə olmaqla Heyranə onun kart hesabına əvvəlcə 245 manat, daha sonra isə 600 manat göndərmişdir. O, həmin pulla prinetrini təmir etdirmiş, Heyranəyə əsl məqsədinin prinetri düzəltdirmək olduğunu utandığından deyə bilməmişdir. Fikirləşmişdir ki, bir müddət sonra Heyranənin pulunu qaytarar. Heyranə ondan aparatı və ya pulunu istəyən zaman, pulu düzəldə bilməyi üçün ona aparatın yolda olduğunu gələcəyini demişdir. Lakin maddi vəziyyəti yaxşı olmadığı üçün həmin şəxsin pulunu qaytara bilməmişdir. Pulu qaytara bilmədiyi üçün Heyranə ona nalayiq ifadələr işlətmişdir. Hal-hazırda Heyranənin pulunu qaytarmışdır. Ona pul lazım olduğu üçün ondan aparat gətirmək adı ilə pul almış, daha sonra etdiyi əmələ görə peşman olmuşdur. Hal hazırda ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə ilə müraciət edərək, özünü təqsirli bildiyini, zərərçəkənə dəyən ziyanı ödədiyini, barəsində olan olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ona dəyən ziyanı tam olaraq ödəmişdir, ondan şikayət və tələbi olmadığını, işə xitam verilməsini xahiş etmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu Masazır kəndi R.Rza 7-də qeydiyyatda olmaqla, Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsində yaşayır. Təqsirləndirilən şəxs təxminən 2024-cü ilin mart aprel aylarından etibarən tanıyır. O, işi ilə əlaqədar olaraq Rəşadı da reklamçı kimi tanımış, bu müddət ərzində Rəşadla münasibətləri normal olmuşdur. xx.xx.2024-cü il tarixdə Rəşadla danışan zaman Təqsirləndirilən şəxs ona Çindən reklam aparatı sifariş etdiyini bildirmiş, bundan əvvəl Rəşad ona demişdi ki, reklam aparatı istəyir, amma buna pulu çatmır, ona 850 manat pul versin, o da aparat gəldikdən sonra xəbər edər, şərikli şəkildə işlədərlər. Rəşada inanmış, bu səbəbdən özünə məxsus Leobank tərəfindən verilmiş 4098-5844- 6722- 4141 nömrəli kart hesabından 2024-cü ilin aprel ayında mobil tətbiq vasitəsi ilə əvvəlcə 245 manat, daha sonra isə 600 manat olmaqla Abşeron Rayonu, Xırdalan şəhərində olan zaman Rəşadın ona “whatsapp” sosial şəbəkəsi ilə göndərdiyi 4098-5844- 6531-6881 saylı kart hesabına ümumilikdə 845 manat pul göndərmişdir. Rəşad isə ona reklam aparatının 1 həftə ərzində gələcəyini demişdir. Rəşaddan 1 həftə ərzində səs çıxmadığını görmüş, Rəşad haqqında maraqlandığı zaman isə onun dələduz olduğunu görmüşdür. Bu zaman Rəşada zəng edərək öz pulunu istəmiş, Rəşad isə ona “Narahat olma sənin puluvu verəcəm” demişdir. Rəşad bu günədək onun pulunu geri qaytarmamışdır. Ondan tutulan faizlə birlikdə ümumilikdə ona 857 manat ziyan dəymişdir. O, Rəşada ümumilikdə 845 manat göndərmişdir. Təqsirləndirilən şəxs ona dələduzluq yolu ilə vurduğu 845 manat pulu geri qaytarmasını və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Rəşad ona gətirəcəyi reklam aparatının şəkillərini göstərməmiş, həmin aparatın adının “Termopress’’olduğunu demişdi. O da inanıb pulu Rəşada göndərmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması onun özünün ifadəsi, zərərçəkənin ifadəsi və işdə olan sübutlarla tam təsdiq olunur. DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən gələn tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal zərərçəkənə dəyən ziyanı ödəməsi, aralarına barışıq əldə edilməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə də məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vemə” qətimkan tədbiri ləgv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, cəmi 220 manat məbləğində pul və əvvəlki məhkəmə iclasında hüquqi yardım göstərmiş Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi isə 110 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan- “polisin nəzarəti altına vemə” qətimkan tədbiri ləgv edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri-mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, cəmi 220 manat məbləğində pul və əvvəlki məhkəmə iclasında hüquqi yardım göstərmiş Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi isə 110 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar