Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-787/2023 16.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1983-cü ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərişıq ASC-də elektrik vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 iyul 2023-cü il tarixdə saat 18 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində onu digər qadınla münasibət saxlamaqda günahlandırdığına görə aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs üzərinə hücüm edərək, əvvəlcə qəsdən yumruqla sonuncunun sifət, baş nahiyələrinə zərbələr vurub yerə yıxaraq ardınca onun ayaq, bədən nahiyələrindən də ardıcıl olaraq təpiklərlə zərbələr vurub ona sol bazu və sol dirsək oynaqlarında hərəkət məhdudluğu ilə müşahiyət olunan sol bazu oynağı və sol bazu nahiyəsinin yuxarı-orta 1/3-nin eləcə də, sol said nahiyəsinin aşağı 1/3-nin və sol dirsək oynağı nahiyələrinin iri ölçülü qançır-şişkinlikləri, sol gözün üst və alt göz qapaları sol gözaltı-almacıq nahiyəsi də,əhatə olunmaqla qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır.O Azərişıq ASC-də elektrik vəzifəsində işləyir. 2-3 aydır ki, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə münaqişəli vəziyyətdə olmuşdur. Belə ki, Rəşadə Günay adlı qadının onun mobil telefonuna mesaj yazdığını görmüş,həmin qadının nəyə görə ona səmimi mesaj yazdığını soruşmuş,o da Günayla aralarında heç bir qadınkişi münasibətlərinin olmadığını,Günayda onun adına bank kartının olmasını demişdir.Rəşadə də nəyə görə ona məxsus bank kartının Günayda olduğunu soruşduqda o da Günayın həyat yoldaşının ölkə xaricində olduğunu, hər ay Günayın adına pul göndərdiyini, öz adına bank kartı açıb onu Günay adlı qadına verdiyini demişdir.Bundan sonra onunla həyat yoldaşı Rəşadə arasında hər hansı bir ciddi münaqişə baş verməmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində evdə olarkən həyat yoldaşı Rəşadə ona xəyanət etdiyini bildirmişdir. O da Rəşadəyə nəyə görə onu xəyanətdə günahlandırdığını soruşduqda Rəşadə onun qadınla mobil telefonda danışarkən səsini yazdığını demiş, səs yazılmış planşeti gətirib qarşısına qoymuşdur. O da Günayla mobil telefonda danışarkən qeydə alınmış səs yazısına qulaq asmışdır. Səsə qulaq asandan sonra Rəşadə ona uşaqlarını götürüb atası evinə gedəcəyini və ondan boşanacağını demişdir.Həmin vaxt aralarında sözlə mübahisə olmuş, əsəbləşdiyindən yumruqla bir dəfə Rəşadənin sifət nahiyəsindən zərbə vurmuş və zərbənin təsirindən Rəşadə yerə yıxılmışdır. Rəşadə yerə yıxılandan sonra təpiklə də bir dəfə onun ayaq nahiyəsinə zərbə vurmuşdur.Bundan sonra evi tərk edib çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə Rəşadənin onun barəsində polisə şikayət etdiyini bilmişdir.Münaqişə yaşadıqları evdə baş vermiş,15 dəqiqə davam etmiş,orada kənar şəxslər olmamışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir və fərdi əməklə məşğul olur. Döyülməsi barədə polis şöbəsinə ərizəni o yazmışdır. 2009-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və 2 övladları vardır.Əvvəllər bir neçə dəfə əri Vüsalın başqa qadınlarla münasibətdə olmasından şübhələnmiş,buna görə aralarında mübahisələr olmuşdur. Son zamanlarda da, Vüsalın başqa qadınlarla münasibətdə olmasından şübhələnmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə yaşadığı evdən çıxıb qəbirstanlığa gedən zaman planşetdə səsyazma proqramını açıq saxlamış və evdə qoymuşdur. Həmin gün saat 17:15 radələrində evə qayıtmış,səs yazısına qulaq asmış və Vüsalın başqa bir qadınla telefonda danışdığını aşkar etmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evdə həmin səs yazısını Vüsala göstərmişdir. Vüsal səs yazısına qulaq asandan sonra buna görə aralarında mübahisə yaranmış və mübahisə zamanı Vüsal yumruq zərbələri ilə baş nahiyəsinə bir neçə dəfə vurmuşdur. O yerə yıxıldıqdan sonra da Vüsal təpik zərbələri ilə onu vurmuşdur.O da ertəsi gün Qobu PB-nə yaxınlaşaraq əri ilə aralarında olan münaqişə barədə ərizə yazmışdır.Münaqişə evdə baş vermiş,15 dəqiqə davam etmiş,evdə kənar şəxslər olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 1613 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində-sol bazu və sol dirsək oynaqlarında hərəkət məhdudluğu ilə müşahiyət olunan sol bazu oynağı və sol bazu nahiyəsinin yuxarı-orta 1/3-nin eləcə də,sol said nahiyəsinin aşağı 1/3-nin və sol dirsək oynağı nahiyələrinin iri ölçülü qançır-şişkinlikləri, sol gözün üst və alt göz qapaqları sol gözaltı-almacıq nahiyəsi də,əhatə olunmaqla qançırlar aşkar edilmişdir.Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər,müddəti qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı hazırlıq iclasında işin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə aid olması, sadələşdirilmiş icraat materialı üzrə məhkəməyədək aparılmış araşdırma dövründə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmaması, iş üzrə icraatın dayandırılmasına səbəb olan halların olmaması, yekun protokolun prosessual formasına riayət edilməsi, məhkəməyədək icraatın hüquq pozuntularına yol verilmədən aparılması müəyyən edilmişdir. Lakin hazırlıq iclasında iş üzrə icraata xitam verilməsi üçün müvafiq əsaslar müəyyən edilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyib onunla barışdığını göstərmiş, cinayət məsuliyyətindən azad edilməsini, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, bu barədə ərizə vermişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödədiyini və barışdıqlarını göstərərək, təqsirləndirilən şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, işin məhkəmə baxışına təyin edilməsi üçün zərurət qalmamışdır, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır; 39.1 və 39.1.11 -ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir; 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, cinayət qanununun tələbləri baxımından hazırlıq iclası mərhələsində Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmənın hazırlıq iclası zamanı mülki iddia verməmişdir, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 299, 300, 305 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-787/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-787/2023
16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver