Məhkəmə qərarları › İş №1(012)-788/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-788/2023

15.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-788/2023 15.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X2 işkirakı ilə, xx.xx.1970-ci il ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Abşeron rayonu, Qobu qəsəbə ərazi dairəsi, C.Cabbarlı küçəsi, ev 56-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 avqust 2023-cü il tarixdə saat 20 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində qonşuluqdakı yas mərasimində iştirak etməsi ilə bağlı arvadı Şahid irad bildirib mübahisə edən zaman həmin hadisənin şahidi olmaqla anasını əsassız olaraq danlamasına görə ona irad tutan övladı Zərərçəkmiş şəxs əsəbiləşib sonuncunun üzərinə hücum edərək əvvəlcə Zərərçəkmiş şəxs boynundan bir dəfə sillə ilə, ardınca hər iki ayağından təpiklə ardıcıl qəsdən zərbələr vuraraq sonuncuya sağ bud çanaq oynağı nahiyəsində hərəkət məhdudluğu ilə müşahidə olunan sağ bud çanaq oynağı və sağ bud nahiyəsini əhatə edən iri ölçülü qançır-şişkinliyi, sol bud nahiyəsinin qançırı ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evin həyətyanı sahəsinin qarşısında spirtli içki olan pivə içkisi qəbul etdikdən sonra həyətyanı sahəsinə daxil olmuş, həyətyanı sahədə arvadı Şahid yaxınlaşaraq nə səbəbə ondan icazəsiz yas mərasiminə getdiyini soruşmuş, bu səbəbdən aralarında söz mübahisəsi baş vermiş, həmin vaxt qızı Zərərçəkmiş şəxs ona yaxınlaşıb nə səbəbə anası Nurcahanla mübahisə etməsini soruşduğundan aralarında ailə-məişət zəminində mübahisə yaranmış, mübahisə zamanı o, əsəbləşərək qızı Aytənin boyun nahiyəsindən bir dəfə sillə ilə vurmuş, sonra isə təpiklə ayaqlarından vurmuş, bundan sonra əsəblərinin sakitləşməsi üçün həyətyanı sahədən küçəyə çıxmışdır. Daha sonra aralarında baş vermiş mübahisənin təxminən 5-10 dəqiqə davam etdiyini, həmin vaxt orada arvadı Şahid olduğunu, Aytənin bir dəfə boynunun ardından sillə ilə vurduğunu, sonra isə ayaqlarından təpiklə vurduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır, tez- tez sərxoş vəziyyətdə yaşadıqları evə gələrək əsassız onunla və ailə üzvləri ilə mübahisələr edir, sonuncu dəfə xx.xx.2023cü il tarixdə saat 20 radələrində Abşeron rayonu Qobu qəsəbəsində, yaşadığı evdə dincəldiyi zaman atası Ruziver sərxoş vəziyyətdə həyətyanı sahəyə daxil olmuş, həyətyanı sahədə anası Şahid ilə mübahisə etdiyini eşitmiş, buna görə o, atası Ruziverə yaxınlaşaraq anası ilə nə səbəbə mübahisə etdiyini soruşduqda Ruziver ona cavab olaraq nə səbəbə anasını müdafiə etdiyini ondan soruşmuş, bu məzmunda aralarında söz mübahisəsi baş vermiş, mübahisə zamanı Ruziver onun boyun nahiyəsindən bir dəfə sillə ilə vurmuş, daha sonra təpiklə hər iki ayaqlarından vurmaqla ona xəsarət yetirmiş, bu zaman Nurcahan araya girərək Ruziveri ondan uzaqlaşdırmışdır. Daha sonra aralarında baş vermiş mübahisənin təxminən 5-10 dəqiqə davam etdiyini, həmin vaxt orada Şahid olduğunu, Ruziver əvvəlcə onun boyun nahiyəsindən bir dəfə sillə ilə vurduğunu, daha sonra hər iki ayağından təpiklə vuraraq onu döyüb xəsarət yetirdiyini, həmin vaxt o, Ruziveri vurmadığını, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edərək başqa heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu Qobu qəsəbəsində, yaşadığı evin həyətində iş gördüyü zaman əri Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə həyətyanı sahəyə daxil olduğunu görmüş, Ruziver ona yaxınlaşaraq xəbər vermədən yas mərasiminə nə səbəbə getdiyini ondan soruşmuş, sonuncuya cavab olaraq qonşunun yası olduğunu, getmədikdə ayıb olacağını bildirmiş, bu səbəbdən ailə-məişət zəminində aralarında mübahisə baş vermiş, bu zaman qızı Aytən Ruziverə yaxınlaşaraq nə səbəbə mübahisə etdiyini soruşduqda Ruziver cavab olaraq nə səbəbə onu müdafiə etdiyini Aytəndən soruşmuş, bu məzmunda aralarında söz mübahisəsi baş vermiş, mübahisə zamanı əri Ruziver qızı Aytənin boyun nahiyəsindən bir dəfə sillə ilə vurmuş, daha sonra təpiklə hər iki ayaqlarından vurmaqla sonuncuya xəsarət yetirmiş, bu səbəbdən o, araya girərək Ruziveri qızı Aytəndən uzaqlaşdırmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: MTE və PA Birliyinin Abşeron rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 1692 nömrəli rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər - sağ bud çanaq oynağı nahiyəsində hərəkət məhdudluğu ilə müşahidə olunan sağ bud çanaq oynağı və sağ bud nahiyəsini əhatə edən iri ölçülü qançır-şişkinliyi, sol bud nahiyəsinin qançırı bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş arayışda göstərilir ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN- in BƏSİİnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 60 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar