Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-789/2024 12.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1985-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi ev 1, mənzil 17-də qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi «Qurtuluş-93» yaşayış kompleksi ev 88, mənzil 44-də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında yerləşən «Yeni-Masazır-A» yaşayış kompleksinin A 1 saylı yaşayış binasının zirzəmisində həmin binada olan kirayə yaşadığı mənzilin sahibi Zərərçəkmiş şəxs mənzili zirzəmidə yox, mənzildə təhvil verməsini israrla tələb etməsi səbəbindən sonuncu ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əli və ayağı ilə Zərərçəkmiş şəxs üz və bədəninin digər nahiyələrindən qəsdən vuraraq, ona sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan və sağ göz almasının kontuziyası (əzilməsi) ilə nəticələnən sağ gözün üst və alt göz qapaqlarının qançır-şişkinliyi, sağ gözaltı-almacıq nahiyəsinin qançır-şişkiçıliyi, sıyrıqları, sağ əlin arxa səthinin, sağ əlin İV barmağının qançırları, sol əlin İ barmağının, sol bayır topuq nahiyəsinin sıyrıqları kimi dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin avqust ayında Damla mebel fabrikində usta işləyərkən Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Yaşayış kompleksində kirayə ev axtarırmış, dəqiq adını xatırlamadığı iş yoldaşına demiş ki, kirayə ev axtarır, o, da ona kirayə verən ev sahibinin telefon nömrəsini vermişdir. O, həmin şəxslə telefon əlaqəsi saxlamış işdə olduğu üçün o, evə gedib baxa bilməmiş, lakin arvadı X2 gedib evə baxmış, evdə onun xoşuna gəldiyi üçün ev sahibi ilə razılaşmışdır. Bundan sonra o, özü ev sahibi ilə danışmış və o, evi 300 manata kirayə verəcəyini demiş və onlar razılaşmışlar. O, işdən çıxa bilmədiyi üçün qardaşı Turaldan xahiş etmiş ki, ev sahibi Zərərçəkmiş şəxs ilə görüşüb evin açarlarını ondan alsın və evi təmizləmək üçün 2 gün vaxt versin. Bundan 2 gün sonra o, Zərərçəkmiş şəxslə görüşüb ona 300 manat pul vermişdir. Onlar evi təhvil götürəndə evdə televizor, kondisioner, soyuducu, kombi, yataq dəsti, divan, kreslo və stol-stullar olmuşdur. Təxminən 1 ildən çox onlar orada qalmışlar, 2 ay evdə qaldıqdan sonra evin soyuducusunun mühərriki yanmış, o, öz vəsaiti hesabına soyuducunun mühərrikini düzəltdirmişdir. Bu barədə isə ev sahibinə heç bir söz deməmişdir. Buna səbəb o idi ki, onlar evdə qaldığı müddət ərzində ev sahibinin paltar yuyanı xarab olmuş, o, ev sahibinə demiş, lakin ev sahibi heç bir reaksiya vermədiyi üçün o, ona soyuducunun matoru da yananda heç bir məlumat verməmişdir. Təxminən 2023-cü ilin sentyabr ayında ev sahibi Tariyel ona zəng vuraraq demiş ki, evi onun xəbəri olmadan bacısı yəni ev sahibi satıb və evdən çıxmağını tələb etmişdir. O, da Tariyelə demiş ki, ona vaxt versin evdən çıxmağa.Bundan sonra Tariyel ona sentyabr ayının sonuna kimi vaxtının olduğunu bildirmişdir. O, da həmin vaxt tamam olanda ev tapa bilmədiyi üçün Tariyeldən əlavə 1 ay vaxt istəmişdir. Bundan sonra Tariyel ona süni maniələr yaratmağa başlamış, belə ki, binanın kamendantının vasitəsilə evin elektrik enerjisini kəsmiş ki,o,evdən məcbur qalıb çıxsın.Kamendanta deyəndə ki,niyə işıqları söndürürsən o, bildirmiş ki,ev sahibi özü elə deyib ki,o, evdən çıxsın. İşıqlar tez-tez söndüyüüçün soyuducunun matoru yanmışdır. Həmin ərəfədə maddi imkanı yaxşı olmadığıüçün o, soyuducunun matorunu düzəldə bilməmişdir.O, da ev tapa bilmədiyi üçün evdən çıxa bilməmiş, bir neçə dəfə ev sahibi ilə telefonla mübahisələri olmuşdur. O, Tariyelə zəng vurub demiş ki, nəyə görə evin işıqlarını söndütdürürsən o, da onun ünvanına nalayiq söyüşlər işlədib evdən çıxmağını tələb etmiş, həmin vaxt telefonda aralarında yenə də mübahisə baş vermiş, o, Tariyelə demiş ki, sən işıqları söndürdüyün üçün soyuducu yanıb, o, da demiş ki, yenisini alıb yerinə qoysun, o, da demiş ki, gələrsən yenisini alaram. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə o, evdən çıxmaq qərarına gəlmiş ev sahibi Tariyelə zəng vurub bu barədə bildirmiş və evi axşam saat 18:00-da gəlib evin açarlarını götürsün. Təxminən saat 10:00 radələrində o, öz əşyalarını bina zirzəmisində yığmağa başlamışəşyaları idarə etdiyi Toyota Prius markalı avtomobilə yığarkən təxminən saat 18:00 radələrində görmüş ki, ev sahibi Tariyel vəƏli onun yanına gəlirlər, Tariyel ona çatanda demiş ki, evin açarlarını təhvil versin, həmin vaxt qardaşı Şahid1 onun yanında olmuş, o, evin açarlarını Tariyelə vermiş, Tariyel isə ona demiş ki, gəl evi özün təhvil ver. O, isə Tariyelə demişdir ki, icazə versin əşyaları qardaşının evinə düşürdüb gəlib evi təhvil versin.Bu sözlərindən sonra Tariyel israr etmişdir ki, o, evi təhvil versin, sonra haraya istəyirsə getsin.Tariyellə aralarında mübahisə baş vermiş, Tariyel onuəli ilə itələmiş, zərbənin təsirindən yerə yıxılmışdır. O, yerdən durub Taryeli əli ilə itləmiş və dirsəyi Tariyrin göz nahiyəsindən dəymiş və gözündən xəsarət almışdır. Qardaşı vəƏli onlarayaxınlaşaraq aralamışlar.Bundan sonra qardaşıTural, Tariyel vəƏli evə qalxmış, evdə avadanlıqları yoxlayanda o,soyuducunun matorunun yanmasını demişdir.Tariyel də tələb etmişdir ki, soyuducunun təhvil versin,sonra çıxıb getsin. O,Tariyelə demişdir ki, «sən işıqları tez-tez söndürdüyün üçün soyuducunun matoru yanmışdır».Evdə də sözlə mübahisə baş verdiyi üçün qardaşıAzərbaycan Respublikası DİN-nin 102-xidmətinə zəng vurub məlumat vermişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, özünə məxsus, ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzili vardır. Həmin mənzil bir müddət boş qaldıqdan sonra mənzili kirayə vermək qərarına gəlmiş və təxminən 2020-ci ilin əvvəllərində mənzilini aylıq 300 manat ödəməsi şərti ilə Təqsirləndirilən şəxs kirayə vermişdir. Təqsirləndirilən şəxs bir neçə ildir ki, ona məxsus mənzildə kirayə yaşamasına baxmayaraq kirayə pulunu vaxtı-vaxtında ödəmədiyi üçün bir neçə dəfə aralarında narazçılıqlar olmuşdur. Son aylar Təqsirləndirilən şəxs ümumiyyətlə ona kirayə pulu vermədikdə, eləcə də ayrı-ayrı şəxslərdən onun haqqında xoşa gəlməz sözlər eşitdiyi üçün Təqsirləndirilən şəxs mənzilindən çıxarmaq qərarına gəlmişdir. Təxminən 2023-cü ilin avqust ayının əvvəllərində o, Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə zəng edərək mənzili satdığını və bir ay müddətində özünə başqa ev taparaq mənzildən çıxmasını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hazırda çətinlikləri olduğunu və ona vaxt verməyini demiş və o, sonuncuya bildirmiş ki, bir ay vaxtı vardır və başqa ev tapıb çıxsın. Təqsirləndirilən şəxs sentyabr ayının sonunadək ona məxsus mənzildən çıxmalı olduğu halda mənzildən çıxmamış və onun telefon zənglərinə cavab verməmişdir.03 oktyabr 2023-cü il tarixdə o, mənzilinin yerləşdiyi kompleksin komendatı Əliibrəhim Muradova zəng etdikdə ona bildirmiş ki, hazırda Təqsirləndirilən şəxs mənzildən köcməkdədir. O, dərhal Bakı şəhərindən çıxaraq həmin kompleksə gəlmiş və qonşular bildirmişlər ki, Təqsirləndirilən şəxs artıq əşyalarını avtomobillərə yükləyib gedir. O, xoşa gəlməz hadisələrin baş verə biləcəyini nəzərə alaraq kompleksin komendantı Şahid2la birlikdə binanın zirzəmisində yerləşən parkinqə düşmüş və Təqsirləndirilən şəxs yanlarına çağırmış, lakin Təqsirləndirilən şəxs bir neçə dəqiqə yaxınlaşmasa da sonradan onlara yaxınlaşmışdır. Həmin vaxt o, Vüsalə təklif etmişdir ki, liftlə birlikdə mənzilə çıxsınlar və orada mənzili ona təhvil versin.Təqsirləndirilən şəxs onunla birlikdə mənzilə çıxmaqdan imtina edərək onu Şahid2 yanından kənara cəkmişdir ki, bir qədər kənarda söhbət etsinlər. Təqsirləndirilən şəxs onun qolundan tutaraq bir qədər kənara çəkmiş və mənzilin açarlarını ona uzadaraq mənzili burada təhvil verdiyini demişdir. O, mənzilin açarlarını qəbul etməmiş və tələb etmişdir ki, mənzilə baxış keçirsin və sonra mənzili təhvil versin. Bu zəmində aralarında mübahisə yaranmış və onlar əlbəyaxa olaraq bir-birlərini vurmağa başlamışlar. Həmin vaxt yaxınlıqda olan Təqsirləndirilən şəxs qardaşı Şahid1 və Əlibrəhim onları ayırmışlar. Bu zaman Təqsirləndirilən şəxs ona yumruq ataraq sağ göz nahiyəsini partlatmışdır. Daha sonra Vüsal və qardaşı Şahid1lər onunla birlikdə mənzilə çıxmış və o, mənzilinə baxış keçirdiyi zaman görmüşdür ki, Vüsala mənzili təhvil verdiyi zaman 600 manata alıb mənzilə qoyduğu «İndesit-Nofroz» markalı soyuducunun mühərriki yanmışdır. O, Vüsaldan tələb etmişdir ki, soyuducunu təcili olaraq düzəldirib ona təhvil versin.Vüsal isə demişdir ki, o, tez-tez evin işıqlarını söndürtdüyüüçün soyuducunun matoru yanmışdır. Hazırda təqsirləndirilən şəxslə ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 2178 saylı rəyindən görünür ki, 1969-cu il təvəllüdlüZərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər- sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan və sağ göz almasının kontuziyası (əzilməsi) ilə nəticələnən sağ gözün üst və alt göz qapaqlarının qançır-şişkinliyi, sağ gözaltı-almacıq nahiyəsinin qançır-şişkiçıliyi, sıyrıqları, sağəlin arxa səthinin, sağəlin İV barmağının qançırları, sol əlin İ barmağının, sol bayır topuq nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə vəşəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görəümumilikdə sağlamlığın qısa'müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən cinayət əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə yazılı müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliyin tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməli; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-789/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-789/2024
12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver