Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-789/2025 19.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Şikayətçi Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 mart 2025-ci il tarixdə saat 17 radələrində yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evində qeyri-rəsmi ər-arvad münasibətində olduğu tanışı Zərərçəkmiş şəxs ondan «internet» sosial şəbəkəsinin aylıq ödənişi ödəməsi ilə bağlı tələbindən imtina etdikdə həmin səbəbdən şəxsi münasibətlər zəmnində aralarında yaranmış narazılıqla bağlı mübahisə baş verərkən həmin mübahisə əsnasında əsəbiləşib həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən əl, yumruq zərbəsi ilə sonuncunun sifət (göz) nahiyəsinə vurub, Zərərçəkmiş şəxs üzün sağ gözaltı və yanaq nahiyələrinin, göz qapaqlarının şişkinlikli qançırı, sağ gözün ağlı qişasına qansızma, gözün alt qapağının sıyrığıilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2014-cü il tarixdə o, Rəmidə ilə ailə həyatı qurmuş, birgə münasibətdən himayələrində azyaşlı övladı yoxdur. Rəmidə ilə əvvəllər münasibətləri normal olsa da, son vaxtlar maddi çətinliklərlə bağlı bu zəmində aralarında mübahisələri olur. Belə ki, 31 mart 2025-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Məmmədli kəndində yaşadığı evdə olarkən Rəmidə ondan internetin pulunu ödəmək üçün 20 manat pul istəmiş, o da Rəmidəyə maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Bundan sonra onların arasında mübahisələri yaranmış, mübahisə zamanı Rəmidə onu başa düşmək istəmədiyi üçün əsəbiləşib Rəmidənin üzərinə getməklə sifət nahiyəsindən yumruqla vurmuşdur. Buna görə Rəmidə telefonla DİN-nin “102” xidmətinə zəng edib məlumat vermişdir. Baş vermiş mübahisələrinin Abşeron rayonu, Məmmədli kəndində yaşadığı evdə təxminən 2-3 dəqiqə davam etdiyini, həmin vaxtı yanlarında heç kimin olmamış, mübahisə vaxtı Rəmidə onu vurmamışdır. Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun qeyri-rəsmi ər-arvad münasibətində olduğu şəxsdir. Ehtibarla 2014-cü il tarixdə ailə həyatı qurmuş, birgə münasibətdən himayələrində azyaşlı övladı yoxdur.Ehtibarla əvvəllər münasibətləri normal olsa da, son vaxtlar maddi çətinliklərlə bağlı bu zəmində aralarında mübahisələri olur. Belə ki, 31 mart 2025-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Məmmədli kəndində yaşadığı evdə olarkən Ehtibardan internetin pulunu ödəmək üçün 20 manat istəmiş, Ehtibar da ona maddi vəziyyətinin yaxşı olmadığını deyib pul verməmişdir.Bundan sonra onların arasında mübahisələri yaranmış, mübahisə zamanı Ehtibar əsəbiləşib üzərinə gələrək yumruğu ilə onun sağ gözündən vuraraq xəsarət yetirmişdir. Buna görə də o, telefonla DİN-nin “102” xidmətinə zəng edib döyülməsi barədə məlumat vermişdir. Baş vermiş mübahisənin Abşeron rayonu, Məmmədli kəndində yaşadığı evdə təxminən 2-3 dəqiqə davam etdiyini, həmin vaxtı yanlarında heç kimin olmadığını, mübahisə vaxtı o Ehtibara təzyiq göstərmədiyini və onu vurmadığını, hadisədən sonra Mehdiabad PB-nə gedib ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 728 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – üzün sağ gözaltı və yanaq nahiyələrinin, göz qapaqlarının şişkinlikli qançırı, sağ gözün ağlı qişasına qansızma, gözün alt qapağının sıyrığı küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görəsağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, başqa şəxs tərəfindən yumruqla vurulan zərbənin təsirindən əmələ gələ bilərdi. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2003-cü ildə Çetinskiy vilayətində Rusiya Federasiya Cinayət Məcəlləsinin 161.2-ci maddəsinə əsasən həbs olunmuşdur. Şikayətçi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 88 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məhkəmə iclasları zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 88 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №1(012)-789/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-789/2025
19.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver