Məhkəmə qərarları › İş №1(012)-79/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-79/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-79/2021 22.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vəkil Müdafiəçi2nın, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi vəkil Müdafiəçi1nın iştirakları ilə, xx.xx.1998-ci ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Göy-göl rayonu, Çaykənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsi, 14-cü küçə ev 49da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və 26.02.1998-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Quba rayonu, Söhüb kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsində yerləşən fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 03.06.2020-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, S.Vurğun küçəsində yerləşən fərdi evinə qonaq qismində gəldiyi gecə saat 02 radələrində Zərərçəkmiş şəxs yatmasından istifadə edərək evin qarşısında saxladığı 1997-ci il buraxılışlı gümüşü metallik rəngli “Daimler E230” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilini talama məqsədi olmadan ələ keçirərək qaçırmışlar. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə bir yerdə Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. Zərərçəkmiş şəxs 1 il müddətdir ki, tanıyır. Mütəmadi olaraq Arazla əlaqə saxlayaraq görüşüb danışmışlar. 02 iyun 2020-ci il tarixdə təxminən saat 17 radələrində Araz onun mobil telefonuna zəng edərək harda olmasını soruşmuş və boş vaxtı olacağı təqdirdə onun Abşeron rayonu, Saray qəsəbəsində yerləşən bağına gəlməsini bildirmişdir. Arazla razılaşmışdır. O, əvvəllər də Arazın bağına gedib qonaq olmuşdur. Bundan sonra qonşusu və dostu olan Təqsirləndirilən şəxs2 demişdir ki, tanışı Araz onları Saray qəsəbəsində yerləşən bağ evinə dəvət edir. Toğrul da onunla razılaşmış və onlar həmin günü saat 18 radələrində taksi sifariş vermişlər və Arazın bağına gəlmişlər. Onlar taksi ilə bağa çatanda taksinin pulunu Arazın özü ödəmişdir. Daha sonra onlar Arazla bağda biraz yemək bişirib yemişlər. Spirtli içki qəbul etməmiş, lakin Arazla dostu Toğrul spirtli içki qəbul etmişlər. Bundan sonra onlar Arazla oturub meyvə yemişlər və biraz da söhbətləşmişlər. Daha sonra gecə yarısı, yəni 03.06.2020-ci il tarixdə təxminən saat 01 radələrində onlar yatmışlar. Daha doğrusu özü də Toğrul da yata bilməmişlər. Araz isə yuxuya getmişdir. Daha sonra Toğrulun mobil telefonuna anası zəng vurmuşdur ki, “tez evə gəlsin”. Toğrul ona evə getməli olduğunu dedikdə o da gecə olduğu üçün və əvvəllərdə Arazın idarə etdiyi 1997-ci il buraxılışlı gümüşü metallik rəngli “Daimler E230” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili özü sürdüyü üçün Arazın avtomobilinin açarını stoldan götürmüş və Arazı yuxudan oyatmaq istəmişdir. Arazı yuxudan oyadıb avtomobilini sürməyə icazə alıb dostu Toğrulu evə aparmaq istəmişdir. Araz da bərk yatdığı və yuxudan oyanmadığı üçün Arazın idarə etdiyi avtomobili açarla işə salmış və avtomobili sürərək evə tərəf hərəkət etmişdir. İdarə etdiyi avtomobil ilə Bakı şəhəri, Sulutəpənin dairəsi adlanan yerə çatdıqda yol patrul xidmətinin əməkdaşları onun idarə etdiyi avtomobili saxlamağı üçün işarə vermişlər. Etiraz etmədən avtomobili saxlamışdır. Bundan sonra yol patrul xidmətinin əməkdaşları onun sürücülük vəsiqəsini və avtomobilin sənədlərini istəmişlər. Avtomobilin dostuna məxsus olduğunu və sürcülük vəsiqəsinin də olmadığını polis əməkdaşlarına bildirmişdir. Yol patrul Xidmətinin əməkdaşları da ona sürücülük vəsiqəsi olmadan avtomobil idarə edə bilməyəcəyinibildirmişlər və onu avtomobildən düşürmüşlər, Toğrulu yol patrul xidmətinin əməkdaşının yanında sərnişin kimi oturaraq Baş Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına gətirmişlər və akt tərtib edərək cərimə meydançasında saxlamışlalr. Bundan sonra Toğrulla birlikdə taksi ilə yaşadığı evə getmişlər. Mobil telefon vasitəsi ilə Arazla əlaqə saxlamaq istəsə də telefona cavab verməmiş, daha sonra isə mesaj yazaraq avtomobilinin yol patrul xidməti əməkdaşları tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına qoyulduğunu və avtomobilini həmin yerdən götürə biləcəyini yazmışdır. Bundan sonra onun telefonunun pili qurtardığı üçün telefonu sönmüşdür. Bunda sonra evə gələrək yatmışdır. Daha sonra evdə olarkən Abşeron rayon polis idarəsinin əməkdaşlartı evə gələrək onun və dostu Toğrulun Zərərçəkmiş şəxs avtomobilini qaçırtması ilə bağlı Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə bir yerdə Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsi, ev 14-də yerləşən fərdi yaşayış evində yaşayır. Zərərçəkmiş şəxs dostu və qonşusu Yəhyanın vasitəsi ilə 02.06.2020-ci il tarixdə tanımışdır. 02 iyun 2020-ci il tarixdə təxminən saat 17 radələrində Araz dostu Yəhyanın mobil telefonuna zəng edərək harda olmasını soruşmuş və boş vaxtı olacağı təqdirdə onun Abşeron rayonu, Saray qəsəbəsində yerləşən bağına gəlməsini bildirmişdir. Yəhya da Arazla razılaşmışdır. Yəhya əvvəllər də Arazın bağına gedib qonaq olmuşdur. Daha sonra Yəhya ona demişdir ki, tanışı Araz onları Abşeron rayonu, Saray qəsəbəsində yerləşən bağ evinə dəvət etmişdir. Yəhya ilə razılaşmış və onlar həmin günü saat 18 radələrində taksi sifariş vermişlər və Arazın bağına getmişlər. Onlar taksi ilə bağa çatanda taksinin pulunu Arazın özü ödəmişdir. Daha sonra onlar Arazla bağda biraz yemək bişirib yemişlər. Yəhya spirtli içki qəbul etməmişlər, lakin Arazla o, spirtli içki qəbul etmişlər. Bundan sonra onlar Arazla oturub meyvə yemişlər və biraz da söhbətləşmişlər. Daha sonra gecə yarısı, yəni 03.06.2020-ci il tarixdə təxminən saat 01 radələrində onlar yatmışlar. Daha doğrusu özü və Yəhya yata bilməmişlər. Araz isə yuxuya getmişdir. Sonra onun mobil telefonuna anası zəng vurmuşdur ki, “tez evə gəl”. Yəhyaya evə getməli olduğunu demişdir. Yəhya də gecə olduğu üçün və özünün deməsinə görə əvvəllərdə Arazın idarə etdiyi 1997-ci il buraxılışlı gümüşü metallik rəngli “Daimler E230” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili özü sürdüyü üçün Arazın avtomobilinin açarını stoldan götürmüş və Arazı yuxudan oyatmaq istəmişdir. Yəhya Arazı yuxudan oyadıb avtomobilini sürmək üçün icazə alıb onu evə aparmaq istəmişdir. Araz da bərk yatdığı və yuxudan oyanmadığı üçün Yəhya Arazın idarə etdiyi avtomobili açarla işə salmış və avtomobili sürərək evə tərəf hərəkət etmişlər. Yəhya idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Sulutəpənin dairəsi adlanan yerə çatdıqda yol patrul xidmətinin əməkdaşları Yəhyanın idarə etdiyi avtomobili saxlamağı üçün işarə vermişlər. Yəhya da heç bir etiraz etmədən avtomobili saxlamışdır. Bundan sonra yol patrul xidmətinin əməkdaşları Yəhyanın sürücülük vəsiqəsini və avtomobilin sənədlərini istəmişlər. Yəhya da avtomobilin dostuna məxsus olduğunu və sürcülük vəsiqəsinin də olmadığını onlara bildirmişdir. Yol patrul Xidmətinin əməkdaşları da Yəhyaya sürücülük vəsiqəsi olmadan avtomobil idarə edə bilməyəcəyini və ona görə də Yəhyanı avtomobildən düşürtmüş, lakin yol patrul xidmətinin əməkdaşının yanında sərnişin kimi oturaraq Baş Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına gəlmişlər və orada akt tərtib edərək avtomobili cərimə meydançasında saxlamışalr. Bundan sonra özü və Yəhya taksi ilə yaşadığı evə getmişlər. Daha sonra Yəhya mənim yanımda mobil telefon vasitəsi ilə Arazla əlaqə saxlamaq istəsə də telefona cavab vermədi, daha sonra isə mesaj yazaraq avtomobilinin yol patrul xidməti əməkdaşları tərəfindən Baş Dövlət Yol Polisi darəsinin cərimə meydançasına qoyulduğunu və avtomobilini həmin yerdən götürə biləcəyini yazdı. Bunda sonra mən və Yəhya evə gələrək yatmışlar. Daha sonra o, evdə olarkən Abşeron rayon polis idarəsinin əməkdaşlartı evə gələrək onun və dostu Yəhyanın Zərərçəkmiş şəxs avtomobilini qaçırtması ilə bağlı Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Saray qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən fərdi yaşayış evində tək yaşayır. “xxxx” MMC-nin icraçı direktoru vəzifəsində işləyir. Həmin şirkət xarici ölkələrə vətəndaşların turist kimi gedib-gəlməsinə şərait yaratmaqla məşğul olur. Onun özünə məxsus 1997-ci il buraxılışlı gümüşü metallik rəngli “Daimler E230” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Yəhyanı tanıyır, təxminən 6-7 ay bundan qabaq onun icraçı direktoru olduğu şirkətə bələdçi kimi işə düzəlmək üçün CV vermişdir. Respublikada baş vermiş pandemiya olduğu üçün karantinlə bağlı Yəhyanın müraciəti baxılmamış qalmışdır. Buna baxmayaraq onunla Yəhyanın arasında dostluq münasibəti yaranmış Yəhya atası ilə onun evinə dəfələrlə gəlib getmişdir. Baş vermiş hadisə ilə bağlı 02.06.2020-ci il tarixdə Yəhya onun mobil telefonuna zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Yəhyaya demişdir ki, “evdəyəm gəl bizə”. Həmin gün saat 23 radələrində Yəhya yanında bir nəfər adını sonradan Toğrul olduğunu bildiyi şəxslə onun yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, S.Vurğun küçəsində yerləşən fərdi evinə gəlmişdir. Yəhya onunla evində yeyib içdikdən sonra iş barəsində söhbət etmişdir. Yəhya gəldiyi Toğrul adlı şəxslə həmin günü onun evində yatmışlar. 03.06.2020-ci il tarixdə saat 05 radələrində yuxudan ayılanda görmüşdür ki, Yəhya yanında gələn Toğrul adlı şəxslə evindən çıxıb getmişdir. Evin həyətinə baxdıqda həyətində saxladığım 1997-ci il buraxılışlı gümüşü metallik rəngli “Daimler E230” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilinin yerində olmadığını görüb Yəhyagilin qarçırılmasına əmin olduqdan sonra DiN-nin “102” xidmətinə zəng edərək tanışı Yəhyanın onun avtomobilini qaçırmasını bildirmişdir. Bildirmmişdir ki, həmin vaxt avtomobilinin oturacağın altında 3500 manat bardaçokunda isə 2200 manat pul və bir ədəd qızıl üzüyü olmuşdur. Bir ədəd qızı üzüyü 1660 manata almışdır. Abşeron rayon polis idarəsinə gəldikdə Yəhya onun mobil telefonuna mesaj yazaraq bildirmişdir ki, “sənin avtomobilini sürmək üçün icazəsiz götürmüşdüm yolda dövlət yol polisinin əməkdaşları sənədlərim olmadığı üçün avtomobili alıb duracağa yerləşdirdilər”. Duracaqda gedib avtomobilinə baxdıqda görmüşdür ki, avtomobilin sağ qabaq qanadı və sağ qolları əzilmiş vəziyyədədir və avtomobilində olan 5700 manat pulun 3400 manatı və qızıl yerində yoxdur. Bildirmişdir ki, Yəhyanın onun avtomobilini qaçıraraq içərisində olan pulu və qızılı oğurlamaqla və avtomobilini qaçırıraraq əzməklə ona ümumilikdə 4160 manat maddi ziyan dəymişdir. Yəhya heç vaxt ona demədən avtomobilini götürüb sürməmişdir. Yəhyaya əvvəllər də avtomobili sürmək üçün ondan istədikdə həmin avtomobili Yəhyaya sürməyə verməmişdir. Ona görə də Yəhya onun avtomobilini icazəsiz olaraq qaçırmışdır. Hazırda təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin sahə rəisi vəzifəsində işləyir, polis kapitanıdır. 03.06.2020-ci il tarixdə saat 06 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, S.Vurğun küçəsində yerləşəşən fərdi evdə yaşayan adının Zərərçəkmiş şəxs bildiyi bir nəfər şəxs DİN-nin “102” xidmətinə məlumat verməklə Abşeron rayon Polis İdarəsinə gəlib ərizə ilə müraciət edərək tanışı Təqsirləndirilən şəxs1 yanında olan Toğrul adlı şəxslə evində qonaq olan zaman onun yuxuya getməsindən istifadə edərək ona “Daimler E230” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilini qaçırmışlar. İdarə rəisi göstəriş vermişdir ki, həmin Zərərçəkmiş şəxs məxsus “Daimler E230”markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili qaçıran Təqsirləndirilən şəxs1 yanında olan Toğrul adlı şəxsin şəxsiyyəti və yeri müəəyən olunaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirsinlər. Keçirlmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus “Daimler E230” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili qaçıran Təqsirləndirilən şəxs1 və yanında olan Toğrul adlı şəxsin Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmiş və həmin şəxslər 08.06.2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmişdir. İdarədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraf edərək bildirmişlər ki, “02 iyun 2020-ci il tarixdə təxminən saat 17 radələrində Araz onun mobil telefonuna zəng edərək harda olmasını soruşmuş və boş vaxtı olacağı təqdirdə onun Abşeron rayonu, Saray qəsəbəsində yerləşən bağına gəlməsini bildirdikdə, Arazla razılaşmışdır. Əvvəllər də Arazın bağına gedib qonaq olmuşdur. O, bundan sonra qonşusu və dostu olan Təqsirləndirilən şəxs2 demişdir ki, “tanışım Araz bizi Saray qəsəbəsində yerləşən bağ evinə dəvət edir”. Toğrul da onunla razılaşmış və onlar həmin günü saat 18 radələrində taksi sifariş vermişlər və Arazın bağına gəlmişlər. Onlar taksi ilə bağa çatanda taksinin pulunu Arazın özü ödəmişlər. Daha sonra onlar Arazla bağda biraz yemək bişirib yemişlər. Spirtli içki qəbul etməmiş, lakin Arazla dostu Toğrul spirtli içki qəbul etmişlər. Bundan sonra onlar Arazla oturub meyvə yemişlər və biraz da söhbətləşmişlər. Daha sonra gecə yarısı, yəni 03.06.2020-ci il tarixdə təxminən saat 01 radələrində onlar yatmışlar. Daha doğrusu o, və Toğrul yata bilməmişlər. Araz isə yuxuya getmişdir. Daha sonra Toğrulun mobil telefonuna anası zəng vurmuşdur ki, “tez evə gəlsin”. Toğrul ona evə getməli olduğunu dedikdə o dagecə olduğu üçün və əvvəllərdə Arazın idarə etdiyi “Daimler E230”markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobili özü sürdüyü üçün Arazın avtomobilinin açarını stoldan götürmüş və Arazı yuxudan oyatmaq istəmişdir. Arazı yuxudan oyadıb avtomobilini sürməyə icazə alıb dostu Toğrulu evə aparmaq istəmişdir. Araz da bərk yatdığı və yuxudan oyanmadığı üçün Arazın idarə etdiyi avtomobili açarla işə salmış və avtomobili sürərək evə tərəf hərəkət etmişdir. İdarə etdiyi avtomobil ilə Bakı şəhəri, Sulutəpənin dairəsi adlanan yerə çatdıqda yol patrul xidmətinin əməkdaşları onun idarə etdiyi avtomobili saxlamağı üçün işarə vermişlər. Heç bir etiraz etmədən avtomobili saxlamışdır. Bundan sonra yol patrul xidmətinin əməkdaşları onun sürücülük vəsiqəsini və avtomobilin sənədlərini istəmişlər. Avtomobilin dostuna məxsus olduğunu və sürcülük vəsiqəsinin də olmadığını polis əməkdaşlarına bildirmişdir. Yol patrul Xidmətinin əməkdaşları da ona sürücük vəsiqəsi olmadan avtomobil idarə edə bilməyəcəyini və ona görə də onu avtomobildən düşürmüş, lakin dostu Toğrul yol patrul xidmətinin əməkdaşının yanında sərnişin kimi oturaraq Baş Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına gətirmişlər və akt tərtib edərək cərimə meydançasında saxlamışlalr”. Bununla bağlı rəhbərliyə raportla müraciət etmiş və həmin raport əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dindirilməsindən ötrü Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa cinyətlər törməsinin müəyyən edilməsi ilə bağlı tərəfindən əməliyyataxtarış tədbirləri davam etdirilir.Bu barədə müsbət nəticə əldə olunarsa istintaq orqanına məlumat veriləcəkdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Ekalogiya Nəzarəti bölüyünün yol patrul xidməti inspektoru vəzifəsində işləyir, polis serijantıdır. 02 iyun 2020ci il tarixdə saat 03 radələrində iş yoldaşı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Ekalogiya Nəzarəti bölüyünün yol patrul xidməti inspektoru polis serjantı Şahid3 ilə bir yerdə növbədə xidmətdə olduğu zaman Bakı şəhəri, Binəqədi rayonu, Sulutəbə qəsəbəsi, Sulutəpə dairəsində “Daimler E230” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü işıq cihazlarından düzgün istifadə etmədiyi üçün həmin avtomobilə saxla işarəsi vermişlər. Həmin avtomobil sürücüsü avtomobilini saxladıqda onlar sürücüdən sürücülük vəsiqəsini və avtomobilin sənədlərini istədikdə sürücü onlara heç bir sənədinin olmadığını bildirmişdir. Bundan sonra onlar avtomobili Baş Dövlət Yol Polisi İdarəsinin Bakı şəhəri, Binəqədi rayonunda yerləşən cərimə meydançasına yerləşdirmişlər. Sonradan onlara məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 02 iyun 2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus “Daimler E230”markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Ekalogiya Nəzarəti bölüyünün yol patrul xidməti inspektoru polis serjantı Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Daimler E230” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilə BDYPİ-nin cərimə meydançasında baxış keçirilən zaman avtomobildən aşkar olunaraq götürülmüş 2300 manat pul və “Daimler E230” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq saxlanlmasından ötrü sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10.07.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Tər-Tər Hərbi Məhkəməsinin 13.03.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib, CM-in 62-ci maddəsinə əsasən 350 manat cərimə cəzasına məhkum edilmişdir. 30.04.2018-ci il tarixdə təyin edilmiş cərimə cəzasını tam ödədiyinə görə şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10.07.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09.05.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. 08.06.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 08.06.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 10.06.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində tarixdə tarixdə azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 08.06.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 08.06.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 10.06.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 10.06.2021-ci ildə tarixdə azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin 18.11.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 hərbi xidmətə cəlb edilmiş və 21.09.2020-ci il tarixdə aidiyyəti hərbi hissəyə təhvil verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydada təsdiqlənmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxslərə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayətləri və tələbləri yoxdur. Təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə razılıq əldə etməsi nəticəsində ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində olan Tər-Tər Hərbi Məhkəməsinin 13.03.2018-ci il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. . Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 08.06.2020-ci il tarixdən 10.06.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə razılıq əldə etməsi nəticəsində ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 08.06.2020-ci il tarixdən 10.06.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus “Daimler E230” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilə BDYPİ-nin cərimə meydançasında baxış keçirilən zaman avtomobildən aşkar olunaraq götürülmüş 2300 manat pul və “Daimler E230” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanlmasından ötrü sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X2 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul, Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X4 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası CM 185.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 08.06.2020-ci il tarixdən 10.06.2020-ci il tarixədək şübhəli şəxs qismində 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq üzərində 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək onun barəsində barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 08.06.2020-ci il tarixdən 10.06.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq üzərində 02 il 05 ay 26 gün mqddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunsun. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus “Daimler E230” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilə BDYPİ-nin cərimə meydançasında baxış keçirilən zaman avtomobildən aşkar olunaraq götürülmüş 2300 manat pul və “Daimler E230” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanlmasından ötrü sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X2 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul, Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X4 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB**********2300206123, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar