Məhkəmə qərarları › İş №1(012)-79/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-79/2022

01.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-79/2022 01.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, subay, işsiz, Zəngilan rayonu, Sarılı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu. Masazır qəsəbəsi, Zəngilan şəhərciyi mən 51. bina 6-da yaşayan, barəsində 06 sentyabr 2021-ci il tarixli qərarla “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki. Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan suı-ıstıladə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “İnstaqraırT sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs sonuncunun qızı X1 Azərbaycan Dövlət Neft və Sənaye Universitetində operator kimi işə düzəldəcəyini vəd verərək aldadıb bu məqsədlə 18 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs Abşeron rayonu, Qobu qəsəbəsində 750 manat, Abşeron rayonu. Qobu qəsəbəsində yerləşən "Sərfəli” marketin içərisində olan "E-Manat” ödəmə terminalından nişanlısı Şahid3 məxsus “Kapital Bank”a aid **********349991 seriyalı karta köçürülməklə 350 manat, ümumilikdə vahid niyyətlə 1100 manat pulunu ələ keçirərək, vədinə əməl etməyib Zərərçəkmiş şəxs ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs sonuncunun kürəkəni Şahid4 Azərbaycan Dövlət Neft və Sənaye Universitetində mühafizəçi kimi işə düzəldəcəyini vəd verərək aldadıb, bu məqsədlə Zərərçəkmiş şəxs 2020-ci ilin sentyabr ayında istintaqla müəyyən edilməmiş müxtəlif vaxtlarda tanış taksi sürücüsü Şahid2 vasitəsi ilə Şahid4 ilə göndərilən Bakı şəhəri, Nəsimi rayonu, M.Əcəmi metrostansiyasının yaxınlığında 600 manat. Abşeron rayonu, Qobu qəsəbəsində 400 manat, 2020-ci ilin sentyabr ayında müxtəlif vaxtlarda nişanlısı Şahid3 məxsus “Kapital Bank”a aid **********349991 seriyalı kartına gördüyü işin müqabilində hər dəfəsində 50 manat olmaqla iki dəfə cəmi 100 manat, ümumilikdə vahid niyyətlə 1100 manat pulunu ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyi mənzil 50, bina 6-da ailəsi ilə birlikdə yaşayır. Subaydır və Bakı Slavyan universitetində ‘‘Azərbaycan dili və Ədəbiyyat" müəllimi işləyir. Zərərçəkmiş şəxs tanıyır, onunla münasibəti yaxşı olmuşdur. O, Mətanətlə instaqraın sosial şəbəkəsində həmin şəxslə tanış olmuşdur. Zərərçəkmiş şəxsnm maddi və sosial vəziyyəti yaxşı olmadığı üçün dəfələrlə Mətanətin evinə gedib yardımlar etmişdir. Daha sonra Mətanətin qızı Aynuru ADNSU-da laborant, nişanlısı Orxanı isə həmin universitetə mühafizəçi kimi işə düzəltmək üçün vəd etmişdir. Buna görə də 2020-ci ilin sentyabr ayının axırlarında nişanlısı Şahid3 idarə etdiyi Range Rover markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mətanətin yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsinə gedərək, sonuncudan 1100 manat pul almışdır. Bundan sonra isə Aynurun nişanlısı Orxanı işə düzəltmək adı ilə ümumilikdə 1000 manat pul almışdır. Qızı Aynuru işə düzəldiyini dedikdən sonra həmin universitetə mühafizəçi lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs isə kürəkəni Orxanın işsiz olduğunu demişdir. O da Orxanı işə düzəldə biləcəyini demişdir. Həmin pulun bir qismini sürücü Musa adlı şəxs Bakı şəhəri. Nəsimi rayonu, Əcəmi metrostansiyasının yaxınlığında Orxandan almış, yerdə qalan pulları isə **********349991 saylı hesabına köçürtmüşdür. O, ümumilikdə Mətanətdən 2100 manat pul alsa da, lakin sonuncuya verdiyi vədə əməl edə bilməmişdir. Daha sonra isə pandemiya ilə əlaqədar işə düzəltmək mümkün olmadığından həmin pulları özü üçün xərcləmişdir. Lakin, Zərərçəkmiş şəxs ondan pulunu istədikdə həmin şəxsə pulunu geri qaytara bilməmişdir. O. Zərərçəkmiş şəxs pulu alan zaman Şahid3 yanında olsa da həmin puldan Kamrana hər hansı miqdarda pul verməmiş və Zərərçəkmiş şəxs aldığı pulu hansı məqsədlə almağı barədə Kamranın məlumatı olmamışdır. O. həmin pulun hamısını özü üçün almışdır. Həmçinin. Musa adlı şəxs onun taksi sürücüsüdür, lakin Musanın şəxsiyyəti barədə hər hansı məlumatı yoxdur. Mətanət ona pulun bir qismini göndərən zaman taksi sürücüsü kimi tanıdığı Musa adlı şəxsə gətirib verməyini Mətanətə bildirmişdir. Mətanət kürəkəni Orxanı Musa adlı şəxslə görüşdürüb, pulu Musaya vermişdir. Musa adlı şəxs isə həmin pulu nə məqsədlə almağını bilməmiş, aldığı pulun hamısını ona vermişdir. Həmin puldan Musaya hər hansı miqdarda pay verməmişdir. Hazırda o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış, ona vurulmuş ziyanı və dövlət rüsumunu ödəmişdir. O, bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görədə cinayət işi üzrə icraata xitam verilməsi, onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Masallı şəhəri. Sabir küçəsi, ev 23-də qeydiyyatda olmaqla Abşeron rayonu. Qobu qəsəbəsində yeni yaşayış massivində yaşayır. İki övladı olmaqla biri 19 yaşlı X4 və 17 yaşlı X2r. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi olaraq aşbaz kimi işləyib, ailəsini dolandırır. Həyat yoldaşı Şahid1 isə fəhləliklə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı qohumluq və tanışlıq əlaqəsi olmamışdır. Belə ki. həmin şəxsi Ayşən adı ilə təxminən 4 ildir ki, instaqram sosial şəbəkəsində tanımışdır. Belə ki. Ayşən öz səhifəsində sosial yardım payladığını və kimin ehtiyacı varsa həmin şəxslərə ərzaq payladığını elan etmişdir. Onların da maddi vəziyyəti yaxşı olmadığına görə qızı sosial şəbəkədə Ayşənin direktinə yazaraq yardım istəmişdir. Ayşən isə Qurban bayramı ərəfəsində onların ailəsinə gəlib ərzaq yardımı etmişdir. Bundan bir neçə gün sonra isə Ayşən qızı Aynur üçün geyim gətirib vermişdir. Bununla da Ayşənlə münasibəti yaranmışdır. Ayşənlə bayramlarda zəngləşib danışmışdır. Aynur ilə yazışma əsasında bir dəfə qızını işə düzəltməyi təklif etmişdir. Aynur isə onunla məsləhətləşdikdə razılıq vermişdir. Ayşən qızı Aynuru öz işlədiyi Neft Akademiyasına operator kimi işə düzəldə biləcəyini bildirmişdir. Buna görə də ondan 1000 manat pul istəmişdir. Qızı orda işləcəyi halda 1900 manat miqdarında maaş alacağını ona bildirmişdir. O da Ayşənə inanıb qızını işə düzəltmək məqsədi ilə qohumdan- qonşudan borc pul alaraq 750 manat pul düzəltmişdir. 18 sentyabr 2020-ci il tarixdə Ayşən qara rəngli “Range Rover" markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qobu qəsəbəsinə gələrək orada topladığım 750 manat pulu həmçinin. Aynura aid sənədləri tək apararaq maşınlarının yanında Ayşənə vermişdir. Həmin vaxt Ayşən maşının sürücüsünün yəni, Şahid3 nişanlısı olduğunu ona bildirmişdir. Bir qədər sonra yenidən borc taparaq yerdə qalan 350 manat pulu toplamışdır. Ayşənlə telefon əlaqəsi saxlayaraq pulu düzəltdiyini və pulu vermək istədiyini bildirmişdir. Ayşən də ona **********349991 saylı hesaba pulu köçürməyini bildirmişdir. Bundan sonra qızı Aynur ilə birlikdə Qobu qəsəbəsində yerləşən mağazaların birinə gedərək, "Milliön” ödəmə terminalı vasitəsi ilə Ayşənə 350 manat pul göndərmişdir. Bundan sonra Ayşən ona bir nəfər də Neft Akademiyasına mühafizəçi kimi işə düzəlməyə adam axtardığını bildirmiş, o isə kürəkəni Orxanın işsiz olduğunu deyib mühafizəyə işə düzəltməyi təklif etmişdir. Ayşən razılaşıb Orxanın da işə düzəltməyi üçün 1000 manat pul istəmişdir. O, yenidən 600 manat borc taparaq kürəkəni Orxana vermişdir. Orxan isə həmin pulu Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Memar Əcəmi metrostansiyasının yaxınlığında Ayşənin sürücü kimi təqdim etdiyi tanımadığı şəxsə vermişdir. Sonra yerdə qalan 400 manat pulu isə yenidən Ayşən Qobu qəsəbəsinə gələrək ondan almışdır. O, ümumilikdə Ayşənə 2000 manat pulu ayrı ayrı vaxtlarda toplayıb həm əlnən, həm də ödəmə terminalı vasitəsi ilə ödəmişdir. X8 işə düzəltdiyini deyib, maaş kartına görə ondan 50 manat pul istəmişdir. O. Ayşənin göndərdiyi hesaba 50 manat pul göndərmişdir. Daha sonra isə işi düzəltdiyinə görə ondan 50 manat da şirinlik istədiyindən həmin hesaba pul göndərmişdir. Bununla da o, 2020-ci ilin sentyabr ayının 18-dən sentyabr ayının 30 tarixinə qədər ayrı-ayrı vaxtlarda Ayşən adlı şəxsə ümumilikdə 2200 manat pul vermişdir. Sonra Ayşəndən qızının və kürəkəni Orxanın hansı səbəbə görə işə düzəldə bilmədiyini soruşanda müxtəlif bəhanələr gətirmiş, gah işin alına biləcəyini bildirmiş, gah da alınmadığını deyib pulunu qaytaracağını ona söz vermişdir. Ayşən məhkəmə gedişatında ona dəymiş 2200 manat maddi ziyanı ödəmişdir. O, bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görədə cinayət işi üzrə icraata xitam verilməsi, onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid1 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fəhləliklə məşğul olub ailəsini dolandırır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, münasibəti olmamışdır. Ayşən həyat yoldaşı Mətanətlə münasibəti yaxşı olmuşdur. 18 sentyabr 2020-ci il tarixdə Ayşən adlı şəxs qızı Aynuru operator vəzifəsinə və kürəkəni Orxanı mühafizəçi vəzifəsinə işə düzəltməyi vəd etdiyi üçün arvadı Zərərçəkmiş şəxs əvvəlcə Qobu qəsəbəsində Ayşənə 1 100 manat pul vermişdir. Daha sonra qohumu Rafiq Bakı şəhəri, Nəsimi rayonu, Əcəmi metrostansiyasının yaxınlığında Ayşənə 600 manat pul vermişdir. Bundan əlavə həmin tarixdə Ayşənin verdiyi **********349991 nömrəli Şahid3 məxsus Kapital banka aid kart hesabına 350 manat pulu onlayn vasitəsi ilə pul göndərmişdir. Bundan sonra Ayşən zəng edərək, işin düzəldiyini bildirərək. 50 manat əlavə pul istəmişdir. 18 sentyabr 2020-ci il tarixdə qızı Aynur Qobu qəsəbəsində yerləşən “Sərfəli” marketdə daha əvvəl pul göndərdiyi hesaba 50 manat pul köçürtmüşdür. Bundan sonra Ayşən müxtəlif bəhanələr gətirərək işin düzəlmədiyini və pulu geri qaytaracağına söz versə də indiyənədək tam olaraq qaytarmamışdır. O, Mətanətlə Ayşənin yanında olmamış və pulu verən zaman görməmişdir. Həmçinin, sonradan yoldaşı Zərərçəkmiş şəxs Ayşənə ümumilikdə 2100 manat pul vermişdir. Həmin puldan isə 900 manatını geri qaytarmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid2 Bəkioğlunun məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o,. ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Hazırda özünə məxsus avtomobil ilə taksi sürücsii kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs qlızını təxminən 3 ildir ki. tanıyır, münasibəti yaxşı olmuşdur. Belə ki, Ayşəni taksi sürücüsü kimi lazım olan yerlərə aparıb gətirir. Təqsirləndirilən şəxs və nişanlısı Şahid3 vasitəsi ilə tanış olmuşdur. Ayşəni taksi sürücüsü kimi lazım olan ünvanlara çatdırmağı xahiş etmişdir. Hadisə ilə bağlı bildirmişdir ki. yadında olan qədər 2020- ci ilin sentyabr ayında Bakı şəhəri, Nəsimi rayonu, M.Əcəmi metrostansiyasının yaxınlığında olan zaman Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayaraq, harada olmasını soruşmuşdur.ir nəfər şəxsin Ayşənə pul verməli olduğunu deyib, pulu həmin şəxsdən alıb Ayşənə verməli olduğunu bildirmişdir. Həmin günü bir nəfər cavan oğlan ona yaxınlaşıb 600 manat pul vermişdir. O, pulu aldıqdan sonra pulu aparıb Ayşənə vermişdir. Onun Ayşənin pulu nə məqsədlə və hansı niyyətlə almasından məlumatı olmamışdır. Ayşən aldığı puldan ona hər hansı miqdarda pay verməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid3 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tanıyır, onunla təxminən 3 ildir ki, nişanlanmış, münasibəti yaxşıdır, o, 2020-ci ilin sentyabr ayında Ayşəni özünə məxsus “Range Rover markalı 99-EX- 073 dövlət nömrə nişanlı avtomobil ilə Abşeron aryonu. Qobu qəsəbəsinə aparmışdır. Ayşən bir nəfər şəxslə görüşəcəyini ona bildirmişdir. Ayşən bir nəfər şəxslə Qobu qəsəbəsində görüşüb pul almışdır. Ancaq həmin pulu nə məqsədlə almasını bilməmişdir. Həmçinin, o, rayonda xidmətdə olduğu üçün özünə məxsus Kapital Banka aid **********349991 saylı kartını Ayşənə vermişdir. Arada Ayşənə verdiyi karta pul göndərmişdir. Həmin kart onda olmamışdır. Həmin karta kim tərəfindən və hansı miqdarda pul göndərilməsindən məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid4 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs tanımır, onunla hər hansı münasibəti yoxdur. Zərərçəkmiş şəxs tanıyır, onun qaynanasıdır, münasibəti yaxşıdır. O, neçə vaxt işsiz olmuşdur. Buna görə də qaynanası X3 mühafizəçi işinin olduğunu deyib onu işə düzəltmək istədiyini bildirmişdir. Həmin işi isə bir nəfər tanışının düzəltdiyini demişdir. Ona görə də qaynanası onun mühafizəçi kimi işə düzəltmək üçün ona 600 manat pul vermişdir. 2020-ci ilin sentyabr ayında dəqiq vaxtını xatırlamadığı vaxtda həmin pulu Təqsirləndirilən şəxs adlı qadının taksi sürücüsünə çatdırmalı olduğunu bildirmişdir. O, həmin pulu Bakı şəhəri, Nəsimi rayonu. M.Əcəmi metrostansiyasının yaxınlığında əvvəllər tanımadığı bir nəfər şəxsə yaxınlaşıb vermişdir. O. həmin şəxsin sonradan Musa adlı şəxs olduğunu və Təqsirləndirilən şəxs taksi sürücüsü olduğunu bilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş 2200 manat ziyanı ona ödəmiş və onunla barışmışdır. Məhkəməyə təqdim olunmuş Kapital Bank ASC-nin xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs AZ66STRE********************hesab nömrəsinə 557,00 AZN pul ödəmişdir. .Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində 2200 manat vurulmuş ziyanın iyirmi beş faizi miqdarını 557 manat məbləğini dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və əvvəllər hər hansı bir əsasla cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 sentyabr 2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar