Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-79/2025 05.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Şirvan şəhəri, F.Eynullayev küçəsi, ev 9, mənzil 35-də qeydiyyatda olan, Abşeron rayonu, Masazır kəndi, Akim Abbasov küçəsi, nömrəsiz yaşayış evində yaşamış, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 iyun 2023-cü il tarixdə saat 12:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən «Kingmart» marketdə olarkən həmin marketdə alış-veriş edən Zərərçəkmiş şəxs1 özünə məxsus pul kisəsini ərzaq arabasının üzərində qoyub vitrinində olan yağlara baxan zaman sonuncunun başının qarışmasından istifadə edib, həmin arabanın üzərinə qoyulmuş içərisində 2200 manat nağd pul olan 20 manat dəyərində pul kisəsini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 2220 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 20 iyul 2023-cü il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən “Spar" marketdə həmin marketdə qənnadçı işləyən Zərərçəkmiş şəxs2 işə başının qarışmasından istifadə edərək sonuncunun piştaxtanın üzərinə qoyulmuş bir ədəd içərisində 15 manat dəyərində sim kartı olan 450 manat dəyərində «Redmi Note 9» markalı mobil telefonu, bir ədəd içərisində «Leo bank» kartı olan 20 manat dəyərində pul qabını gizli olaraq taladıqdan sonra həmin tarixdə gün ərzində elektron məlumat daşıyıcılarından istifadə etməklə müxtəlif bankomatlara bank kartını daxil etməklə, sonuncu dəfə isə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrosu yaxındığında yerləşən «Bravo» marketdə quraşdırılmış ATM-ə daxil etməklə kart hesabında olan cəmi 1091 manat pulu hissə-hissə nağdlaşdırıraraq gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1576 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 14 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün 20 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf selofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na daxil olan 0,281 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib Abşeron rayonu. Saray qəsəbəsinə daşımış və üzərində saxlamış. 15 sentyabr 2023-cü il tarixdə gecə saat 05 radələrində Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu. Saray qəsəbəsi. Duz Gölünün yaxınlığındakı ərazidə saxlanılaraq, Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin inzibati binasına gətirilmiş və xidməti iş otağında həmin gün saat 05:35-dən saat 05:50-yə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf selofana bükülmüş bir ədəd bükümdə şəkisi 0,281 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində kirayədə yaşamış, buna görə də arada bir oraya gəlib tanışlarına baş çəkir. 26 iyun 2023-cü il tarixdə saat 12:20 radələrində su almaq üçün orada yerləşən “Kindmart" mağazasına girmiş, sıraların arası ilə gəzdikdə vitrində olan kofelərə baxmışdır. Həmin vaxtı yaxında bir ərzaq yığılan arabanın üzərində bir ədəd qara rəngli pulqabı və 2 ədəd telefon olduğunu görmüşdür. Pula ehtiyacı olduğu üçün pulqabını oğurlamaq qərarına gəlmişdir. Arabanın sahibinin arabanın yanından bir qədər aralanmasını görüb bundan istifadə edərək arabanın üzərindəki pulqabını gizli götürmüş, lakin telefonlara toxunmamışdır. Pulqabını götürdükdən sonra mağazadan çıxıb taksi ilə 20 yanvar metrosuna tərəf hərəkət etmiş, taksi avtomobilində olarkən oğurladığı pulqabıya baxmış və onun içərisində 2200 manat pul olduğunu görmüşdür. Eyni zamanda pulqabında Zərərçəkmiş şəxs1 məxsus Penitensiar xidmətin bir ədəd iş vəsiqəsi, şəxsiyyət vəsiqəsi, avtomobilin qeydiyyat vəsiqəsi, iki ədəd etirbarnamənin surəti və bankomat kartı olduğunu görmüşdür. Pula ehtiyacı olduğu üçün həmin oğurladığı pulları xərcləmiş, lakin içərisində Zərərçəkmiş şəxs1 məxsus Penitensiar xidmətin bir ədəd iş vəsiqəsi, şəxsiyyət vəsiqəsi, avtomobilin qeydiyyat vəsiqəsi, iki ədəd etirbarnamənin surəti və bankomat kartı olan pulqabını hadisədən təxminən 10-15 gün sonra taksi avtomobili ilə sahibinə göndərmişdir. Bundan başqa azadlıqda olarkən pulu olmadığına görə hansı yolla pul əldə edəcəyini fikirləşmiş, mikrorayon ərazisində olarkən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Spar adlanan marketin içərisinə daxil olmuş, bir qədər içəridə gəzdikdən sonra piştaxtanın üzərində kimə məxsus olduğunu bilmədiyi pul qabı görmüşdür. O, ətrafa baxdıqda heç kimin olmadığından istifadə edib tez bir zamanda əlini uzadaraq həmin pul qabını götürmüş, sonra marketi tərk etmişdir. O, çölə çıxdıqda pul qabının içərisində Redmi Note 9 markalı mobil telefon və bir ədəd bank kartı olduğunu görmüşdür. Bank kartının şifrəsinin arxasında yazılı olduğunu gördükdən sonra bankomata gedərək içərisində pul olub-olmadığına baxmaq istəmişdir. Buna görə də 20 yanvar metrosuna qalxan tərəfdə yolun sağ kənarında yerləşən Bravo marketə girmişdir. Həmin yerdən kart vasitəsilə özünə ərzaq məhsulu almışdır. Bundan sonra kartın içərisində pul olduğunu bilmişdir. O, həmin marketdə bankomata yaxınlaşıb kartı daxil etmişdir. Balansına baxdıqda təxminən 1100 manat pul olduğunu görmüşdür. Həmin pulları tez bir zamanda nəğdləşdirərək həmin yerdən uzaqlaşmışdır. O, 20 yanvar dairəsində Velotrek adlanan yerə gəlmişdir. Oğurlamış olduğu mobil telefonu həmin ərazidə yerləşən mobil telefon mağazalarına satmaq istəmişdir. Lakin şəxsiyyət vəsiqəsi üzərində olmadığından sata bilməmişdir. Həmin zaman mağazaları gəzərək mobil telefon axtaran 2 nəfər şəxs görmüşdür. Onlara yaxınlaşıb onda mobil telefon olduğunu, vacib pul lazım olduğu üçün dəyərindən ucuz satacağımı demişdir. Həmin mobil telefonu 100 manata onlara satmışdır. Bundan sonra evə tərəf getmiş, müddət keçdikdə oğurluq edərək əldə etdiyi pul vəsaitini öz ehtiyacları üçün xərcləməyə başlamışdır. Bundan başqa təxminən 2 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir və özünə lazım olan narkotik vasitələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən alır. 14 sentyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində olduğu zaman özünün şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manat müqabilində narkotik vasitə heroin almışdır. Həmin narkotik vasitə heroin bir ədəd bükümdə selofon paketdə olmuş, həmin narkotik vasitəni istifadəsi üçün üzərində gəzdirmişdir. 15 sentyabr 2023-cü il tarixdə gecə saat 05 radələrində Abşeron rayonu. Saray qəsəbəsi. Duz Gölünün yaxınlığında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşmış və özlərini təqdim edərək ondan şəxsiyyəti barədə məlumat almışlar. O, üzərində narkotik vasitə olduğu üçün özünü şübhəli aparmağa başlamışdır. Onun bu hərəkəti polis əməkdaşlarında şübhə doğurduğu üçün onu Abşeron rayon Pİ-nin Saray polis bölməsinə dəvət etmişlər. Abşeron Rayon Polis İdarəsinin Saray PB-də xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. Şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofan kəsiyinə bükülmüş 01 (bir) ədəd bükümdən ibarət narkotik maddə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Həmin maddəyə polis əmədaşları tərəfindən baxış keçirildikdən sonra qablaşdırılmış və zərfin üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hazırda ƏN-in Penitensiar Xidmətin 13 saylı MTCM-də böyük inspektor vəzifəsində işləyir. 26 iyun 2023cü il tarixdə saat 12:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən «Kingsmart» mağazasına bazarlıq etmək üçün girmiş, aldığı ərzaqları əl arabasına yığıb sıranı gözləmişdir. Həmin vaxtı mobil telefonunu, içərisində 2200 manat nağd pulu, xidməti vəsiqəsi, şəxsiyyət vəsiqəsi, avtomobilinin qeydiyyat şəhadətnaməsi, etibarnaməsinin surəti və bank kartı olan pulqabısı ərzaq arabasındakı ərzaqların üzərində olmuşdur. Yağlar olan sırada olan zaman əl arabasından bir qədər aralanıb yağlara baxmış, bir neçə saniyə arabanı nəzarətsiz qoyub sonra arabanın yanına qayıtmış, bu zaman arabaya baxan zaman mobil telefonunun arabanın üzərində olduğunu, lakin içərisində nağd pulu və sənədləri, kartı olan pulqabısının isə orada olmadığını müəyyən etmişdir. Dərhal bank kartında olan pulunu digər kartına köçürmüş, bundan sonra 10-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Eyni zamanda özü həmin həmin oğurluq etmiş şəxsin axtarışı ilə məşğul olmuş və həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra iyun ayının ortalarında Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsində olarkən bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq içərisində xidməti vəsiqəsi, şəxsiyyət vəsiqəsi, avtomobilinrin texniki pasportu, etibarnaməsinin surəti olan pulqabısın ona vermiş və tapdığını bildirmişdir. Göstərmişdir ki, baş vermiş oğurluq nəticəsində ona 2200 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də qənnadçı işlədiyindən, hal-hazırda ünvan 1 ünvanında yerləşən “Spar” mağazasında işləyir. xx.xx.2023-cü il tarixdə saat 08.00 radələrində həmişəki kimi işlədiyi ünvan 2 ünvanında yerləşən “Spar" mağazasına gəlib işə başlamışdır. Həmin zaman özünə məxsus olan bir ədəd “Redmi Note 9" markalı mobil telefonunu və açıq çəhrayı rəngli içərisində “Leo Bank'üt məxsus onun adına olan bank kartı olan pul kisəsini, işlədiyi zaman piştaxtanın üzərinə qoymuşdur. O, həmin zaman qeyd etdiyi kimi işlədiyindən, təxminən 1-2 saat sonra piştaxtanın üzərindən ona məxsus olan bir ədəd “Redmi Note 9" markalı mobil telefonunu və açıq çəhrayı rəngli içərisində “Leo Bank" a məxsus mənim adma olan bank kartı olan pul kisəsinin oğurlandığını aşkar etmişdir. Belə ki, naməlum şəxs onun işləməsindən istifadə edib, rahat şəkildə piştaxtanın üzərindən ona məxsus olan bir ədəd “Red m i Note 9" markalı mobil telefonunu və açıq çəhrayı rəngli içərisində “Leo Bank"a məxsus adma olan bank kartı olan pul kisəsini oğurlamışdır. Baş vermiş hadisə ilə bağlı olaraq həyat yoldaşı DİN-nin 102 xidmətinə, eyni zamanda ərazi aidiyyəti üzrə Nəsimi RPİ-nin 19-cu PŞ-yə ərizə ilə müraciət etmişdir. Bundan sonra həmin kartı bank tərəfindən bağlatdırmış, həmin zaman bank kartında ümumilikdə 1160 manat pulu olsada, bank tərəfindən ona həmin kartın bağlandığı bildirilmişdir. xx.xx.2023-cü il tarixdə ona bank tərəfindən yeni bank kartı verilən zaman hesabından xx.xx.2023-cü il tarixdə müxtəlif vaxtlarda ümumilikdə 1091 (bir min doxsan bir) manat pulunun çıxarıldığını bilmişdir. Belə ki. xx.xx.2023-cü il tarixdə işlədiyi ünvan 3 ünvanında yerləşən “Spar" mağazasından bir ədəd “Redmi Note 9" markalı mobil telefonu və açıq çəhrayı rəngli içərisində “Leo Bank”a məxsus adına olan bank kartı olan pul kisəsi oğurlandığından, həmin vəsait kartından çıxarılan zaman mobil telefonu olmadığından həmin vəsaitlərin çıxarılmasını bilməmişdir. Oğurlanmış mobil telefonu 450 manata almış, mobil telefonun üzərindəki nömrəni 15 manata, pul kisəsini 20 manata almış, bank kartından ümumilikdə 1091 manat pul çıxarılmışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1576 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 15 sentyabr 2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X3 ilə birlikdə gəzinti aparmışlar. Təxminən saat 05:00 radələrində Duz Gölünün yaxınlığındakı ərazidə bir nəfər şəxsin özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq özünü təqdim etmiş, həmin şəxsdən narkotik vasitənin aludəçisi və üzərində narkotik vasitə olub-olmaması barədə maraqlanmışlar. Həmin şəxs narkotik vasitə aludəçisi olduğunu və üzərində narkotik vasitə olduğunu bildirdiyi üçün tərəflərindən Abşeron rayon Polis İdarəsinin Saray PB-nə dəvət edilmişdir. Polis Bölməsində həmin şəxsin şəxsiyyəti yoxlanılaraq xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığı soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdə olan qəhvəyi rəngli maddəni çıxarıb təqdim etmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni xx.xx.2023-cii il tarixdə səhər radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərində başqa qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra aşkar edilmiş heroinə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin sahə polis nəfəri, polis serjantı Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4889 № li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №246» dairəvi möhür əksi «...Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə heroinə bənzər kütlə...» sözləri ad və soyad və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,281 qram olan maddə kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(qalıq 0,231 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr"in siyahısına (Siyahı 1) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserini 04 dekabr 2023-cü il tarixli 7929 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniya-dan məcburi mülicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2021 -ci il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,231 qram narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri, Qaradağ rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim ərizələrdən görünür ki, onlara dəymiş ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçidirlər. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.2-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində və xx.xx.2023-cü il tarixdə Bakı şəhər Qaradağ rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün olmaqla cəmi 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,231 qram narkotik vasitə heroin məhv edilməlidir; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, ona bu hüquqları izah edilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində və xx.xx.2023-cü il tarixdə Bakı şəhər Qaradağ rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün olmaqla cəmi 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,231 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə 89 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd SD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-79/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-79/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver