Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-790/2024 30.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 4 il əvvəl Cəllilabad rayonu ərazisində yaşadığı ünvanın yaxınlığındakı su kanalının yanında heyvan otararkən istintaqa məlum olmayan mənbədən İspaniya dövlətində zavod üsulu ilə istehsal edilmiş bir ədəd 7,65 mm kalibirli, «LLAMA» modelli yivli odlu, texniki cəhətdən saz və atəşə yararlı tapança döyüş silahını, 01 ədəd «LLAMA» modelli tapança silahının komplekt hissəsi olan, 7,65x17 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı darağı və 02 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,65x17 mm kalibirli, «LLAMA» modelli tapança silahından atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sürsatı olan patronu qanunsuz olaraq əldə edib, saxlayaraq üzərində gəzdirməklə daşımış, Abşeron rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşlarının 15 mart 2024-cü il tarixdə saat 04 radələrində keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı o, Bakı-Sumqayıt şössesinin 12-ci kilometrliyində Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki yolüstü piyada körpüsünün yanında saxlanıraq Abşeron rayon polis isdarəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilərkən ondan qanunsuz olaraq əldə edib saxladığı həmin bir ədəd tapança silahı, bir ədəd tapança silahına məxsus daraq və iki ədəd tapança patronu aşkar edilib götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 4 il əvvəl Cəlilbad rayonda yaşadığı ünvanın yaxınlığında su kanalının kənarında hevan otarakən sellofan torbanın içərisində üzərində 2 ədəd patron olan bir ədəd tapança tapmış və həmin silahı elə orada torpağa basdırıb işarə qoymuş, bir neçə gün əvvəl tapançanı gizlətdiyi yerdən çıxarıb özü ilə götürmüşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 04 radələrində Abşeron rayonu ərazində Bakı-Sumqayıt şossesinin kənarında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşmış və özlərini təqdim edərək qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirib, üzərinə şəxsi axtarış keçirilməsi üçün polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon polis idarəsinə gəlmiş, oradakı xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirildikdən sonra ona hüquq və vəzifələri izah olunaraq üzərində qanunla saxlanılması qadağan olunmuş hər hansı əşya varsa könüllü təqdim edilməsi təklif olunmuş, o da könüllü olaraq əynində olan şalvarımın sağ yan tərəfində belindəki qayışına keçirdiyi 1 ədəd tapançanı üzərində olan 1 ədəd daraq və 2 ədəd patronla birikdə təqdim edərək, təxminən 4 il əvvəl Cəlilabad rayonda yaşadığı ünvanın yaxınlığında hevan otararkən tapıb, həmin yerdə torpağa basdırıdığını bir neçə gün əvvəl oradan götürdüynü və xx.xx.2024-cü il tarixdə həmin silahı təhvil vermək istədiyini, lakin qorxduğu üçün təqdim etməyərək fikrindən daşındığını bidirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilən zaman əlavə olaraq bildirdi ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman və bölməyə gətirildikdən sonra ona qarşı fiziki və psixi zor tətbiq edilməmiş, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Əməlindən peşman olmasını bildirərək, himayəsində bir azyaşlı övladının olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Abşeron rayon Polis İdarəsinin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024cü il tarixdə Cəlilabad şəhər, Əhməd Cavad küçəsi, ev 8-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması, gəzdirməsi və az sonra Abşeron rayonu ərazisində, Bakı-Sumqayıt şossesinin kənarında olacağı barədə məlumat alıb, həmin məlumatı idarə rəhbərliyinə məruzə etdikdən sonra bəzi sənədləşmə işləri aparıb, iş yoldaşı Abşeron RPİnin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə həmin məlumatın dəqiqliyini yoxlamaq üçün saat 04 radələrində avtomobilə minərək Bakı-Sumqayıt şossesinin 12-ci kilometrliyində Sumqayıt şəhəri istiqamətində hərəkət etməyə başlamış, həmin vaxtı Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisindəki yolüstü piyada körpüsünün yanında yolun kənarında olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunsuz silah saxlamaqda şübhəli olduğunu söyləyib, üzərində şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Abşeron RPİ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən onlarla birlikdə Abşeron RPİ-nə gəlmiş, bu barədə idarə rəhbərliyinə məruzə edildikdən sonra inzibati binanın xidməti otaqlarının birində təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini söyləmişlər. Bundan sonra həmin otağa təhqiqatçı tərəfindən vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, həmçinin üzərində saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, həmin vaxtı Təqsirləndirilən şəxs üzərində 1 ədəd tapança olduğunu deyib, əlini şalvarının sağ yan tərəfində belindəki qayışına keçirdiyi 1 ədəd tapança silahını, 1 ədəd daraq və 2 ədəd patronla birikdə təqdim edərək, həmin tapança silahını təxminən 4 il əvvəl Cəlilabad rayonda yaşadığı ünvanın yaxınlığında hevan otararkən tapdığını, həmin yerdə torpağa basdırıdığını və bir neçə gün əvvəl oradan götürdüynü bildirmiş, bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparsalar da sonuncunun üzərində qanunla saxlanılması qadağan olunan başqa hər hansı əşya aşkar olunmamış, bunun ardınca Allahyarın təqdim etdiyi həmin tapança silahına və daraqla patronlara baxış keçirmişlər. Sonra həmin tapança silahı, daraq və patronlar ekspertiza tədqiqatına göndərilməsi üçün təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar həmin protokolda yazılanların doğru olduğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə şahid Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 15 mart 2024-cü il tarixdə, saat 05:10 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 228.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Şəxsi axtarış və götürülməsi haqqında” 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının arxa tərəfdən kəmər hissəsinə keçirtdiyi bir ədəd üzərində zavod üsulu ilə istehsal edilmiş bir ədəd 7,65 mm kalibirli, «LLAMA» modelli yivli odlu, texniki cəhətdən saz və atəşə yararlı tapança döyüş silahını, 01 ədəd «LLAMA» modelli tapança silahının komplekt hissəsi olan, 7,65x17 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı darağı və 02 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,65x17 mm kalibirli, «LLAMA» modelli tapança silahından atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sürsatı olan patronu aşkar edilərək götürülmüşdür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistk Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 16 mart 2024-cü il tarixli, 24/579 saylı rəyinə əsasən müəyyən edilmişdir:
1. Tədqiqata təqdim edilmiş təqdiqata təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə İspaniya dövlətində istehsal olunmuş, 7,65 mm kalibirli LLAMA modelli tapançadır, yivli-odlu silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın təyinatı hər hansı dəyişikliyə məruz qalmamışdır.
2. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 7,65x17mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutlmuş, həmin kalibirli LLAMA modelli tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır.
3. Tədqiqata təqdim edilmiş 02 ədəd patronlar zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 7,65x17mm kalibirli olmaqla həmin kalibirli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab olunur və atəşə yararlıdırlar.
4. Eksperimental atəşlər zamanı əldə edilmiş güllə və gilizlər DİN-in KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib məluamt verilməsi qərara alınmışdır. Qeyd: Təqdim edilmiş 02 ədəd 7,65x17mm kalibrli patronlardan 01 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Abşeron Rayon Məhkəməsinin 16 mart 2024-cü il tarixli, 4(012)-256/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 mart 2024-cü il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 mart 2024-cü il 4(105)-29/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı təqsirləndirlən şəxsin müdafiəçisi X5 tərəfindən verilmiş vəsatət təmin olunmamış, Abşeron Rayon Məhkəməsinin 16 mart 2024-cü il tarixli 4(012)-256/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - “Cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” 18 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdə götürülmüş, 01 ədəd zərfdə möhürlənmiş zavod üsulu ilə istehsal edilmiş bir ədəd 7,65 mm kalibirli, «LLAMA» modelli yivli odlu, texniki cəhətdən saz və atəşə yararlı tapança döyüş silahını, 01 ədəd «LLAMA» modelli tapança silahının komplekt hissəsi olan, 7,65x17 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı darağı və 02 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,65x17 mm kalibirli, «LLAMA» modelli tapança silahından atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sürsatı olan patron iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin X4 Otağına Təhvil verilmişdir. - Abşeron Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 1(012)-790/2024 saylı məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. - Təqsirləndirilən şəxs xx.xx.1997-ci ildə Cəlilabad rayonunda anadan olması, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli,himayəsində bir azyaşlı uşağının olması, fərdi əməklə məşğul olması, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsi, ünvan 1 ünvanda yaşaması və yaşadığı yer üzrə müsbət xarekterizə olunması onu səciyyələndirən hallardır.
Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarımın sağ yan tərəfində belindəki qayışına keçirdiyi üzərində yazıları oxunmayan və markası məlum olmayan 1 ədəd tapançanı, 1 ədəd daraq, 2 ədəd patron aşkar edilərək götürülmüşdür. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs özünün etirafı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci, 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar, əvvəllər məhkum olunmaması, törətdiyi əməldən səmimi peşmançılığı və himayəsində bir azyaşlı övladınınxx.xx.2022-ci il təvəllüdlü X2 olmasıdır .Cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşını, eləcə də, cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 15 mart 2024-cü il tarixdən hesablanmalıdır Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 15 mart 2024-cü il tarixdən hesablanmalı, həmçinin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) müsadirə edilməlidir. Cinayət işi üzrə şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi sübut kimi tanınmış və Abşeron rayon Polis İdarəsinin Maddi X3 saxlanılan zavod üsulu ilə istehsal edilmiş bir ədəd 7,65 mm kalibirli, «LLAMA» modelli yivli odlu, texniki cəhətdən saz və atəşə yararlı tapança döyüş silahını, 01 ədəd «LLAMA» modelli tapança silahının komplekt hissəsi olan, 7,65x17 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı darağı və 02 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,65x17 mm kalibirli, «LLAMA» modelli tapança silahından atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sürsatı olan patronu hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 15 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın və Abşeron Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd “LLAMA” modelli tapança, bir ədəd zavod üsulu ilə istehsal olunmuş, “LLAMA” modelli tapançaların komplekt hissəsi olan daraq və iki ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 7,65x17mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Sədrlik edən: Firuzə Kərimova