Məhkəmə qərarları › İş №1(012)-790/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-790/2025

07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-790/2025 07.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi: X2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 2007-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, X10 küçəsi mənzil 4 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayının sonlarında tanışı on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan xx xxxxxx 2009-cu il tarixdə doğulmuş Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri 20 Yanvar küçəsi yeni məhəllədə yerləşən nömrəsiz yaşayış evinə gəlib evdə heç kimin olmamasından istifadə edərək, cinsi ehtirasını təmin etmək məqsədilə qarşılıqlı razılıq əsasında, cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə daxil edərək sonuncu ilə seksual xarakterli hərəkətlər etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid3 ilə 2024-cü ilin yay aylarında Abşeron rayonu, Xırdalan şəhərindəki Heydər Əliyev adına parkda tanış olmuş, aralarında sevgi münasibəti yaranmışdır. Arzu ilə tanış olandan bir gün sonra Arzu onu dəqiq ünvanını bilmədiyi, Kənd Xırdalan deyilən ərazidə yerləşən xalası evinə dəvət etmişdir. Həmin evə gedəndə orada Arzunun xalası qızı kimi təqdim etdiyi Zərərçəkmiş şəxs, Firəngizin anası, bacısı və nənəsi olmuşlar. Firəngizi və ailə üzvlərini həmin vaxtı görüb tanımışdır. Həmin gün evdə çay içib söhbət etdikdən sonra Xırdalan şəhərindəki Heydər Əliyev adına istirahət parkına gedib orada gəzdikdən sonra işə getmişdir. Arzu ilə Firəngiz isə parkda qalmışlar. Bundan sonra da Firəngizi bir neçə dəfə Arzunun yanında görmüşdür. Həmin ərəfədə sevgilisi Arzu ilə aralarında inciklik olmuş, küsülülük yaranmışdır. Həmin ərəfələrdə Arzu Gəncə şəhərində olduğu üçün Arzu ilə Firəngizin vasitəsi ilə danışmışdır. X5 birbaşa onların evinə gələcəyini dedikdə Arzunu qarşılayıb onunla barışmaq qərarına gələrək Firəngizə onlara gələcəyini demişdir. O, əvvəllər də Firəngizgilə getdikdə Almagül onu görən kimi siqaret istəyirmiş, bu dəfə siqareti olmadığını bildirərək, Almagülə pul verib siqaret almağa göndərmişdir. Onu Firəngiz qarşılamış, onlar birlikdə oturub çay və kola içmiş, söhbət etmişlər. Almagülün siqaret alıb qayıtması təxminən 30 dəqiqə çəkmişdir. Bundan bir neçə dəqiqə sonra Firəngiz ona məlumat verərək bildirmişdir ki, Arzunun Gəncədən gəlib birbaşa öz evlərinə getmişdir. Ona görə də artıq orada dayanmağın mənasız olduğunu bildirərək çıxıb getmişdir. Həmin vaxt Firəngizin bacısı da evdə olmuş, onlar birlikdə oturmuşlar, o, heç vaxt Firəngizlə təklkdə qalmamış, Firəngizlə heç vaxt cinsi əlaqədə olmamışdır, Firəngiz ona şər atır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin gün Firəngizgilə tək getdiyini, evdə Firəngiz, Almagül və Nərgizin olduğunu bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində həmin gün Firəngizgilə Məhəmmədlə getdiyini bildirməsi, lakin məhkəmə prosesi zamanı ifadəni o, hissədə təkzib etməsi aydınlaşdırılarkən həmin vaxt qorxduğu üçün belə dediyini, əslində isə tək olduğunu bildirmişdir. Daha sonra verilən suallara cavabında yenidən bildirmişdir ki, həmin gün Firəngizgildə Məhəmmədlə birlikdə olmuş, o, qonaq otağında olarkən Firəngizlə Məhəmməd yataq otağına şəkilmiş, təxminən 5 dəq sonra qayıtmışlar. Lakin həmin vaxt qapı açıq olmuş, onlar onun müşahidə edəcəyi yerdə dayanmışlar, onlar arasında hər hansı təmas və yaxınlıq münasibəti olmamışdır. Dəqiqləşdirmə aparılarkən bildirmişdir ki, İbtidai istintaq zamanı verdiyi ifadəsi doğrudur. Məhəmmədin orada olmadığını məhkəmə prosesi zamanı bildirərkən onu qorumaq məqsədi ilə belə demişdir. Məhkəmə prosesində Məhəmməd dindirilərkən heç vaxt Firəngizgildə olmadığını, tək və ya Rza ilə ora getmədiyini Rzanın yalan danışdığını bildirdikdə Rza Məhəmmədin dediklərini təsdiq edərək niyə belə dediyinin səbəbini izah edə bilmədiyini bildirmişdir. Sonda təqsirləndirildiyi cinayət əməli üzrə günahsız olmasını nəzərə alıb ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndə X2 iştirakı ilə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid3 ilə 2023-cü ilin oktyabr ayında Abşeron rayonu, Xırdalan şəhərindəki Heydər Əliyev adına parkında tanış olmuşlar, 2024-cü ilin yay aylarından isə Arzu ilə sıx münasibətləri olduğu üçün birbirlərinin evinə gedib-gəlmişlər. 2024-cü ilin avqust ayının ortalarında Arzu onların evinə gəlmiş, bir qədər sonra Arzunun sevgilisi Rza da onlara gəlmiş, birlikdə parka gəzməyə getmişlər. 2024-cü ilin avqust ayının sonları Rza İnstagram sosial şəbəkəsi vasitəsi ilə yazaraq Arzu ilə görüşmək üçün onlara gəlmək istədiyini bildirmişdir, Təxminən bir saat sonra Rza onun yaşadığı evinə gəlmiş, Rzanı evə dəvət etmişdir. Həmin vaxtı anasının xalası Şahid1 da evdə olmuşdur. Rza evə gələndə anasının xalası Almagül Rzadan siqaret istəmiş, Rza da üstündə siqareti olmadığını deyərək gedib siqaret alması üçün Almagülə pul vermiş, Almagül də Rzadan pul alıb evdən siqaret almaq üçün çıxmış, o, Rza ilə evdə tək qalmışdır. Evdə tək qaldıqda Rza ondan xoşu gəldiyini demiş, qeyri təbii yolla cinsi əlaqədə olmağı təklif etmişdir. Rzanın təklifi ilə razılaşmadıqda Rza onu siqaret çəkməsini anasına deyəcəyi ilə qorxuzmuş, anasının siqaret çəkməsindən xəbəri olacağından qorxaraq Rza ilə qeyri təbii yolla cinsi əlaqədə olmağa razılaşmışdır. Əvvəlcə Rza onu soyundurmuş, daha sonra isə öz paltarını soyunmuş, onlar evin giriş hissəsində mətbəxin yanındakı yataq otağında Rza ilə bir dəfə qeyri təbii yolla cinsi əlaqədə olmuşlar. Aralarındakı cinsi akt bir dəfə olmuş, təxminən 10-15 dəqiqə davam etmiş, bir dəfə cinsi əlaqədə olandan sonra hər ikisi paltarlarını geyinmişlər. Bundan təxminən 5-10 dəqiqə sonra anasının xalası Almagül siqaret alıb evə gəlmiş, Almagül evə gələndən sonra Rza Almagüldən siqaret alıb çəkib evdən çıxıb getmişdir. Bu barədə heç kimə heç nə deməmiş, demək fikri də olmamışdır. Araşdırma zamanı ekspertizanın rəyini görəndən sonra məcbur olub hadisəni danışmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, hazırda Rzadan şikayəti yoxdur və bu barədə artıq məhkəməyə barışıq ərizəsini təqdim etmişdir. Lakin dedikləri həqiqətdir. Rza qorxduğu və özünü müdafiə etmək üçün yalan danışır. Həmin vaxt Rza tək gəlmiş evdə Almağül və ondan başqa heç kim olmamış, Almagül siqaret almaq üçün getdikdə onlar tək qalmışlar. Məhkəmə iclasına dəvər olunaraq şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bacısı Səmayənin nəvəsidir. Bacısı Səmayə, bacısı qızı Lalə bacısı nəvələri Firəngiz və Nərgiz Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsi, yeni məhəllədə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayırlar. 2-ci qrup əlildir, heç yerdə işləmir və bütün günü evdə olur. Rza bir neçə dəfə Arzu ilə onlarda olmuşdur. Sonradan bildiyi, məlum hadisə baş verən gün Rza onlara gəlmiş, həmin vaxt Rza tək olmuş, evdə ondan və Firəngizdən başqa kimsə olmamışdır. Siqaret çəkdiyi üçün Rza ondan siqaret istəmiş, siqareti olmadığını dedikdə Rza siqaret alması üçün ona beş manat pul vermişdir. Rzanın verdiyi pulu götürüb siqaret almaq üçün evlərindən çıxmış təxminən bir-iki kilometr aralıda olan mağazaya getmişdir. Ayağında problem olduğu üçün asta yerişlə mağazaya gedib evə qayıtması təxminən yarım saat çəkmişdir. Evə qayıdanda Rza və Firəngiz evdə oturub çay içdiklərini görmüşdür. Aldığı siqaretdən Rzaya vermiş, Rza ilə hərəsi bir siqaret çəkdikdən sonra Rza çıxıb getmişdir. Siqaret almağa gedəndə Rzanın Firəngizlə qeyri təbii yolla cinsi əlaqədə olduğunu bir neçə aydan sonra eşidib bilmişdir. Həmin vaxt Firəngiz ona heç nə deməmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2-3 dəfə onun yaşadığı evə gələndə görmüşdür. Rza hər dəfə onlara gedəndə bacısının rəfiqəsi Arzu ilə birlikdə gəlmişdir. O, Rzanı Arzunun sevgilisi kimi tanımışdır. Rza onlara yalnız Arzu ilə gəlmişdir, ən çoxu da 2-3 dəfə olmuşdur. O, Məhəmmədi Rzanın dostu kimi bir neçə dəfə adını eşitmişdir, lakin heç vaxt görməmişdir. Məhəmməd onun evinə heç vaxt gəlməmişdir. Məlum hadisə barədə sonradan məlumatı olmuşdur. Məhkəmə iclasına dəvət olaraq şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, anası Xəyalə və nənəsi Həqiqətlə birlikdə ünvan 3 ünvanında yaşayırlar. Zərərçəkmiş şəxs 2024-cü ilin yay aylarında Xırdalan şəhərindəki Heydər Əliyev adına parkda görüb tanımış, münasibətləri yaranmış, mütəmadi olaraq Heydər Əliyev parkında görüşüb söhbət edib gəzmişlər. 23 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində Heydər Əliyev parkında əyləşmiş, məşqə getməyə hazırlaşarkən Firəngiz oraya gəlmiş, onu hazırlığa getdiyi müəlliminin yanına ötürməsini xahiş etmişdir. X9 parkı ilə üzbəüz binaya hazırlıq müəlliminin yarına aparıb Firəngizlə birlikdə binanın 5-ci mərtəbəsinə qalxmış, Firəngiz orada qalmış, birinci mərtəbəyə düşüb həyətə çıxarkən binanın qarşısında Firəngizin nənəsi və bacısı Nərgizin oraya gələrək binaya daxil olduqlarını görmüşdür. Firəngizin nənəsi uca səslə nəisə demiş, binadan çöldə olduğu üçün onun nə dediyini yaxşı eşidib başa düşə bilməmişdir. Sonra Firəngiz binadan çıxıb onun yanına gəlib ağlaya-ağlaya artıq bezdiyini, evə getmək istəmədiyini demiş, AAAF parka getməyi təklif etdikdə məşqinin vaxtı çatsa da Firəngizi tək qoymamış, ikisi birlikdə AAAF parka getmişlər. Axşama kimi AAAF parkda gəzdikdən sonra Firəngiz evlərinə getmədiyi üçün gecəni birlikdə qalmışlar. Gecə saat 03 radələrində Firəngiz dostu Natiqə zəng vurub onların evinə getmək istədiklərini demiş, taksi sifariş edib Natiqin yaşadığı Nardaran kəndinə getmişlər. Natiqin ata-anası yatdığı üçün onları görməmiş, səhərə kimi Natiqgilin evində bir otaqda oturduqdan sonra saat 06:30-da Natiq taksi sifariş edib onları Xırdalan şəhərinə yola salmışdır. Natiqin ata-anası onları görməmişlər. Masazır kəndinə çatıqda taksidən düşmüşlər və anasına Masazır kəndində olduqlarını yazmış, sonra telefonu Firəngizdən alıb onun bacısına konum atmış, Firəngizin ailə üzvləri gəlib onları Abşeron rayon polis idarəsinə aparmışlar. Təqsirləndirilən şəxsla təsadüfən Xırdalan şəhərindəki Heydər Əliyev parkında tanış olmuş, aralarında dostluq münasibəti yaranmış, ara-sıra Heydər Əliyev parkında görüşüb söhbət etmiş və sosial şəbəkədə yazışmışlar. Firəngizlə bir gecə evə getmədikdən sonra evlərindən çölə çıxmamış, Rza ilə də münasibətlərinə son qoymuşdur. 2024-cü ilin avqust ayında Gəncə şəhərində olduğu zaman Firəngiz zəng edib Rzanın onların evinə gəlmək istədiyini, guya burada onunla görüşmək istədiyini demiş, Firəngizə Rzanın ona zəng etdiyini, amma evlərinə gedəcəyini demiş və Gəncə şəhərində gəlib Firəngizgilə deyil öz evlərinə getmiş, Rza ilə görüşməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Nardaran qəsəbəsində Natiqgildə olarkən bir otaqda üçlükdə oturduqlarını, həmin vaxt Natiqlə Firəngiz arasında hər hansı cinsi münasibətin olmadığını bildirmişdir. Onu da əlavə etmişdir ki, Firəngiz ilə münasibətləri normal olsa da, Firəngiz ona Rza ilə arasında belə bir münasibət olduğunu deməmişdir. Məhkəmə iclasına dəvət olunaraq şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “İbo Studio” adlı bərbərxanada işlədiyi vaxtlar qazancı az olduğuna kirayə pulu verməmək üçün gecəni də həmin bərbərxanada qalırmış. O, orada işlədiyi dövrdə Təqsirləndirilən şəxs da bərbər tələbəsi kimi həmin bərbərxanaya gəlib-gedirmiş. Rzanın da qalmağa yeri olmadığı üçün o da onunla birlikdə həmin bərbərxanada gecələyirmiş. Rza ilə normal münasibəti olmuşdur. Rza ilə aralarında heç vaxt ədavət və düşmənçilik olmamışdır. Rzanın nəyə görə yalan danışdığı anlaya bilməmişdir. Ola bilər ki, özünü müdafiə etmək üçün belə demişdir. O, ümumiyyətlə Firəngizi tanımadığını və Firəngizgilin evinə getmədiyini bildir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X11 tərəfindən verilmiş 09 oktyabr 2024-cü il tarixli, 423 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir; - Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi aşkar olunmursa, müddət haqqında fikir söyləmək mümkün deyildir;

2. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi cinayət içinin başlanması barədə” 06 dekabr 2024-cü il tarixli qərarlardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır;

3. “Cinayət işini icraata qəbul etmək haqqında” 08 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir;

4. “Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” 13 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

5. “Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” 13 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində X4 təyin edilmişdir;

6. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 01 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

7. “Cinayət işi üzrə icraatın dayandırılmaı haqqında ”01 yanvar 2025-ci il tarixli qəradan görünür ki, CPM-nin 53.1.3-cü mddəsinə əsasən icraat dayandırılmışdır;

8. “Axtarışda olan şəxsin tutulması haqqında” 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq MSY-nə təhvil verilmişdir.

9. “Cinayət işi üzrə icraatın dayandırılmaı haqqında ” 27 fevral 2025-ci il tarixli qəradan görünür ki, CPM-nin 53.1.3-cü mddəsinə əsasən dayandırılmış icraat həmin tarixdə təzələnmişdir; 10.“Üzləşdirmə aparmaq haqqında” 27 fevral 2025-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs üzünə söyləmişdir;

11. “Üzləşdirmə aparmaq haqqında” 27 fevral 2025-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş Şahid2 ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs üzünə söyləmişdir; 12.Abşeron Rayon Məhkəməsinin 4(012)-104/2025 saylı, 28 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir; 13.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 mart 2025-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır; 14.“İfadənin yerində yoxlanılması haqqında” 25 mart 2025-ciil tarixli protokoldan görünür ki, ifadələr yerində yoxlanılmış və fotoşəkillər çəkilərək işə əlavə edilmişdir; 15.“Üzləşdirmə aparmaq haqqında” 01 aprel 2025-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş Şahid4 ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs üzünə söyləmişdir; 16.İş üzrə təyin edilmiş məhkəmə psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi şəxsi tərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli 1034 nömrəli rəydə göstərilmişdir ki, aparılmış eksperimentalpsixoloji müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur, O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstraventə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Zərərçəkmiş şəxs ünsiyyətçillik, adaptivlik, konfliktə və mübahisəyə meylli olmamaq və s. kimi hansı fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətinə malikdir. Onda yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə meylilik əlamətləri müəyyən edilmədi. 17.“Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 15 aprel 2025-ci il tarixli qərarından görünür ki, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahid ifadələri, üzləşdirmə istintaq hərəkəti protokolu, ekspert rəyləri, həmçinin əhəmiyyət kəsb edən digər sənədlər iş materialları ilə ziddiyyət yaratmadığından sübut növü kimi qəbul edilmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxs barəsində cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə törədildikdə cinayət məsuliyyətini müəyyən edir. Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inam görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadəsinin dəlillərini əsaslı hesab etmir, təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair gətirdiyi dəlilləri müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsini və məhkəmə prosesində verdiyi ifadəsi, həmçinin suallara verdiyi cavablar arasında uyunsuzluqlar müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin törədilməməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Belə ki, o, əvvəl Firəngizin yaşadığı evə Məhəmmədlə getdiyini, Məhəmmədin Firəngizlə bir otaqda 15-20 dəqiqə təklikdə vaxt keçirdiklərini, evdə Almagül siqetet almağa getdiyi üçün üçünün olduğunu bildirmiş, daha sonra ifadəsini dəyişərək tək getdiyini evdə Nərgiz və Firəngizin olduğunu bildirməklə hər bir halda Firəngizlə tək qalmasını inkar etməyə çalışmış, bunu kiminsə təsdiq etməsinə ümid etmişdir. Bundan başqa cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ibtidai istintaq müddətində dəfələrlə dindirilmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli hərəkətlər etdiyini, onunla əlaqədə olduğunu tam təfərrüatı ilə qeyd etmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər ibtidai istintaqa verdikləri ifadələrini təsdiq etmiş, şahid ifadələri zərərçəkmiş şəxsin ifadəsi ilə uyğunluq təşkil etmişdir. Zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin mötəbərliliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsasların olmaması müəyyən edilməmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxsin on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etməsi sübuta yetirilmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi cinayətin törədildiyi vaxt yetkinlik yaşına çatmayan şəxs olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayətin törədildiyi vaxt yetkinlik yaşına çatmayan şəxs olmasını zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ağırlaşdırıcı halların olmaması, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 26 fevral 2025-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 (otuz) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinsin, ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 26 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 (otuz) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar