Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-792/2024 14.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Fizuli şəhərində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ev-1, mənzil 111-də yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 oktyabr 2019-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, H.Aslanov küçəsindəki inzibatçı işlədiyi oyun zalında, əvvəldən tanıdığı Zərərçəkmiş şəxs ilə aralarında internet sosial şəbəkəsində baş vermiş narazılıqla bağlı yaranmış mübahisə zamanıözünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, qrup halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs yumruqla bir neçə dəfə qəsdən vuraraq təpə nahiyəsinin əzilmiş-cırılmış yaraları kimi sağlamlığa sağlamlığa yüngül zərərvurmaya aid xəsarət, alın nahiyəsinin sol hissəsinin sıyrıqları və sağ bazunun yuxarı 1/3-in iç səthinin yarası kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2009-cu ildən müqavilə əsasında Xırdalan şəhəri 27ci məhəllədə, “Bizim market” mağazasının yaxınlığındakı internet kafedə administrator işləyir. Həmin kafe səhər saat 11 radələrindən gecə saat 24 radələrinədək fəaliyyət göstərir. İnternetkafedə oyunlar oynamaq üçün biri böyük digəri kiçik olan iki kompyuter zalı və eyni ölçülərdə iki bilyard zalı vardır. Zərərçəkmiş şəxs təxminən 1 ildən artıqdır ki, kompyuter vasitəsi ilə sosial şəbəkədən tanıyır. Bir neçə dəfə internetdə öz aralarında fikir paylaşması etdikdən 2-3 ay sonra Bakı şəhəriindəki “Şamaxinka” adlanan yerdə çayxanada şəxsən görüşüb tanış olmuşlar. Bundan sonra da sosial şəbəkədə əlaqələrini davam etdirmişlər. Bir müddətdən sonra, yəni 25-26 sentyabr 2019-cu il tarixdə yenə sosial şəbəkədə yazışdıqları vaxtı Sənan onun “status” səhifəsinə qoyduğu aforizm sözlərə görə mübahisə etməyə başlamış və sonunda onu nalayiq ifadələrlə təhqir etmiş, Sənanı görüşüb aralarındakı mübahisəni həll etməyə dəvət etmiş, lakin sonuncu onunla görüşməkdən yayınaraq yenə sosial şəbəkədə onu təhqir etməyə başlamışdır. Həmin ərəfədə əvvəldən sosial şəbəkədə tanış olduğu və sonralar şəxsən görüşdüyü Şahid3 da Sənanla aralarındakı mübahisəni sosial şəbəkədən izləyib, hər ikisinə mübahisəni qurtarıb, sakit olmalarını xahiş etmiş və görüşüb, birlikdə çay içərək bu mübahisəni həll etmələrini təklif etmiş, o da Fəridin təklifi ilə razılaşmışdır. xx.xx.2019-cu il tarixdə saat 15 radələrində internetkafeni orada ofisant işləyən Şahid2 tapşırıb nahar etmək üçün evinə getmiş, təxminən 1 saat sonra kafeyə qayıtdığı vaxtı İlqar ona tanışlarının kiçik bilyard zalında onu gözlədiklərini söyləmiş, o da həmin zalın qapısını açıb içəri daxil olanda Fəridin, onun sosial şəbəkədən tanıdığı Röyal və Bayram adlı tanışlarının, Sənanın və sonuncunun sonradan adının Ayaz olduğunu bildiyi dostunun kafedəki kiçik bilyard zalında oturub çay içərək söhbət etdiklərini görüb onlarla salamlaşmış, həmin vaxtı Sənanın sifətinin cızılmış vəziyyətdə olduğunu görüb nə olduğunu soruşmuş, o da işlədiyi daş karxanasında dalaşdığını söyləmişdir. Bundan sonra o, Sənanla sosial şəbəkədə aralarında olan mübahisə ilə bağlı danışmağa başlamış və onu üçün təhqir etdiyini soruşmuşdur. Sənan yaxşı etdiyini söyləmiş, o da əsəbləşib, Sənanın üstünə hücüm edərək, yumruqla onun başına 3-4 dəfə dalbadal zərbə vurmuş, sonuncu da onunla əlbəyaxa olmuş, bu zaman yanlarında olan Ayaz Sənanı müdafiə edərək, onun üsütünə hücüm edib yumruqla vurmaq istəmiş, həmin vaxtı yanında olan Fərid Ayazı kənara itələmiş, bu zaman o, yenidən Sənana hücüm edib, sonuncunun baş nahiyəsinə bir neçə zərbə vurmuş, həmin vaxtı orada olan Röyalla Bayram və səs-küyə internetkafedəki kompyuter zalındakı tanlımadığı iki-üç nəfər gəlib onları aralaşdırmışlar. Bundan sonra onlar sakitləşmiş, o, Sənanın başından qan axdığını görüb onu kafenin tualetinə aparmış, sonuncu üz-gözünü yuduqdan sonra yenidən həmin zala qayıdıb orada birlikdə çay içib söhbət etmişlər. Təxminən saat 19:00-da Sənanla Ayaz kafedən çıxıb getmiş, bundan 15- 20 dəqiqə sonra Fəridlə Röyal və Bayram da getmişlər. Bir neçə dəqiqə sonra o, Sənanın vəziyyətini öyrənmək üçün ona zəng etmiş, sonuncu telefonu açan kimi onu söyüb, şikayət edəcəyi ilə hədələmiş, o da Sənana onun hədəsindən qorxmadığını bildirib telefonu söndürmüşdür. Bundan 2 gün sonra onu Abşeron RPİ-nə dəvət edib, onun Fəridin və həmin günü kafedə olan bir neçə nəfərin Sənanı döyməsi və bıçaqla xəsarət yetirməsi barədə sonuncunun şikayət etdiyini bildirmişlər. Həmin vaxtı orada da Fəriddən, Röyalla Bayramdan başqa heç kim olmamış, sonradan səs küyə internetkafedəki tanımadığı 2-3 nəfər gəlib onları aralaşdırmış, dava-dalaş zamanı nə onun, nə də yanında olan Fəridin əlində heç bir əşya o, cümlədən bıçaq olmamış, aralarındakı münaqişə təxminən 15-20 dəqiqə ərzində baş vermişdir. Törətdiyi əməldən peşman olduğunu, himayəsində xəstə, yaşlı anasının olduğunu,azyaşlı övladının olduğunu və zərərçəkmiş şəxslə barışdığını,Fizuli rayonunda yaşayıb işlədiyini, cəza təyin edərkən ailəsinə yeganə gəlir gətirən şəxsin o, olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasına videokonfrans əlaqə sistemi vasitəsilə qoşulmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2019-cu ilin təxminən iyul ayında internet sosial şəbəkəsində “Can.Az” saytında Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş və bundan sonra sosial şəbəkə vasitəsi ilə yazışıb, əlaqə saxlayaraq fikirlərini paylaşmışlar. Təxminən 2 ay sonra Ülvi ilə Bakı şəhəri “Şamaxinka” adlanan məhəllədə görüşüb şəxsən tanış olmuş və birlikdə çay içib səmimi söhbət edib ayrılmışlar. Bundan sonra o, şəxsi işləri ilə əlaqədar həmin sayta girməmiş, 1 ay sonra, yəni 2019-cu ilin sentyabr ayının əvvəllərində yenidən həmin sayta girib, Ülvinin onu və sosial şəbəkədə tanış olduğu Ayazı polis işçiləri ilə əlbir olmaqda günahlandırıb, ünvanlarına nalayiq sözlər yazdığını görüb, onu əsassız sözlərlə günahlandırdığını bildirməklə cavab yazmış, bundan sonra Ülvi onun mobil telefonuna zəng edib, onu bu mübahisə ilə bağlı Xırdalandakı iş yerinə söhbət etməyə çağırmış, o da Ülvinin onunla dalaşacağını hiss edib, görüşmək istəmədiyini söyləmişdir. Bundan sonra Ülvi bir neçə dəfə zəng etsə də o, həmin zənglərə cavab verməmişdir. Təxminən 15 gün sonra yaşadığı evdə olduğu vaxtı, saat 19 radələrində əvvəldən sosial şəbəkədə tanış olduğu Fərid adlı şəxs onun mobil telefonuna zəng edib, Ülvi ilə aralarındakı mübahisəyə son qoymaq üçün Ayazın onun yanında olduğunu söyləmiş və onu Ülvi ilə barşdırmaq üçün Xırdalan şəhərinə aparmaqdan ötrü görüşməyi təklif etmiş, o da razılığa gəlib, ertəsi günü, yəni xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Bakı şəhəri, “Şamaxinka” adlanan məhəllədəki “İmperal” şadlıq sarayının yanında Fəridlə görüşmüş, həmin vaxtı Ayaz, sosial şəbəkədən Ülvinin dostu kimi tanıdığı X4 yanında olmuş, görüşdükdən sonra onlar maşınlara minib birlikdə Xırdalan şəhərinə, Ülvinin işlədiyi internetkafeyə getmişlər. Həmin vaxtı Ülvi iş yerində olmasa da onlar Fəridin təklifi ilə oradakı kiçik bilyard zalına keçmişlər. X7 zəng edib, onların gəldiyini xəbər verib həmin yerə çağırmış, təxminən 10 dəqiqədən sonra Ülvi onların yanına gəlmiş, sonuncu içəriyə daxil olan kimi Fərid üzünü Ülviyə tutub, onunla mübahisəsinin səbəbini soruşmuş, bu zaman Ülvi onu nalayiq sözlərlə təhqir etməyə başlamış, o da Ülviyə söyüşlə cavab qaytarmış, həmin vaxtı Ayaz Ülviyə sakit olmasını deyib, onun yanına aralarında olan mübahisəyə aydınlıq gətirmək üçün gəldiklərini bildirmişdir. Bu zaman Ülvi Ayazın dediklərinə əhəmiyyət verməyərək, onun üstümə hücum edib yumruqla başıma vurmuşdur. Ayaz bunu görüb onları aralaşdırmaq istəyəndə, Ülvi onu kənara itələyib ona daha bir neçə yumruq zərbəsi vurmuşdur. Bu zaman yanlarında olan Röyalla Bayram və səs-küyə gəlmiş internetkafedəki tanımadığı 5-6 nəfər müştəri onları aralaşdırmışlar. Sonra o, əl-üzünü oradakı tualetdə yuyub, saat 18:30 radələrində Ayazla birlikdə internetkafedən çıxıb taksi ilə Bakı şəhərinə qayıtmışdır. Evə çatan kimi DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Əslində həmin hadisə zamanı Ülvi onu yumruqla döymüşdür. Təqsirləndirilən şəxslə barışmış, şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Nemət oğlu ifadəsində göstərdi ki, internetdə sosial şəbəkədə “Can.Az” saytında Təqsirləndirilən şəxs, daha sonra Zərərçəkmiş şəxs adlı şəxslələ tanış olmuşdur. Bundan sonra sosial şəbəkə vasitəsi ilə yazışıb əlaqə saxlamağa, fikirlərini paylaşmağa başlamışlar. Daha sonra Ülvi və Sənanla Bakı şəhəri “Şamaxinka” adlanan məhəllədə görüşüb şəxsən tanış olub bir yerdə çay içib səmimi söhbətlər etmişlər. Təxminən 2019-cu ilin sentyabr ayının əvvəllərində həmin sayta girib izlədikdə Ülvi ilə Sənanın arasında mübahisələr yarandığını izləmişdi. Bundan sonra oktyabr ayının ilk günlərində Sənanla əlaqə saxlayıb Ülvi ilə görüşməyi, aralarındakı mübahisəyə son qoymağı və barışmağı təklif etmişdir. Görüşmək barədə razılığa gəlib xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Bakı şəhəri “Şamaxinka” adlanan nəhəllədəki “İmperal” şadlıq sarayının yanında görüşmüşlər. Həmin vaxtı Ayaz, sosial şəbəkədən Ülvinin dostu kimi tanıdığı Röyal və Bayramla, həmçinin Sənanla görüşdükdən sonra maşınlara minib Xırdalan şəhərinə Ülvinin işlədiyi internetkafeyə getmişlər. Həmin vaxtı Ülvi iş yerində olmamış. Biz oradakı kiçik blyard zalına keçib Ülviyə zəng edib gəldirini xəbər verib həmin yerə çağırmışdı. Təxminən 10 dəqiqədən sonra Ülvi gəlmiş, içəri daxil olan kimi o, Sənanla nə mübahisəsi olduğunu soruşmuşdur. Ülvi də məsələyə aydınlıq gətirmədən nalayiq sözlərlə Sənanı təhqir etməyə başlamış, Sənan da ona söyüşlə cavab qaytarmışdır. Bu zaman o, və Ayaz Ülviyə sakit olmasını deyib, onun yanına Sənanla aralarında olan mübahisəyə aydınlıq gətirmək üçün gəldiyiklərini bildirmişlər. Bu zaman Ülvi Ayaza da nalayiq ifadələrlə təhqir edib, Sənanın üstünə hücum edib, yumruqla bir neçə dəfə onun başına vurmuşdur. Ayaz bunu görüb onları aralaşdırmaq istəyəndə, Ülvi onu kənara itələyib Sənana daha bir neçə yumruq zərbəsi vurmuşdur. Bu zaman o, Röyal, Bayram və səs-küyə gəlmiş internetkafedəki tanımadığı 5- 6 nəfər müştəri onları aralaşdırmışlar. Sonra Sənan əl-üzümüzü oradakı tualetdə yuyub, saat 18:30 radələrində Ayazla birlikdə internetkafedən çıxıb getmişlər. Bundan 10- 15dəqiqə sonra isə o, da da Röyalla oradan çıxıb evinə getmişdir.Dava-dalaş zamanı kiminsə əlində bıçaq və ya hər hansı əşya, alət olmamışdır. Sənanı yalnız Ülvi bir neçə dəfə yumruqla vurmuşdur. Nə Ayazı vuran olmamış, nə başqa 14-15 adam orada olmamışdır. Sənanın hansı məzmunda şikayət etməsi barədə xəbəri yoxdur. O, Sənanı vurmamış, hazırda da Sənanla münasibəti yaxşıdır. Həmin dava-dalaşa səbəb Ülvinin sosial şəbəkədə Sənanla mübahisə edərək, ünvanına nalayiq ifadələr yazması olmuşdur. Dava-dalaş təxminən 25-30 dəqiqə ərzində baş vermişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid2 məhkəməyə teleqrama ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini, keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bildirmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid2 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, bir müddətdir ki, Xırdalan şəhərində 27-ci məhəllədə «Bizim Market»in yaxınlığında yerləşən Təqsirləndirilən şəxs işlətdiyi kompüter salonunda işləyir. xx.xx.2019-cu il tarixdə saat 16 radələrində həmişə olduğu kimi işlədiyi kompüter salonun qarşısında dayanmışdır. Həmin vaxt tanımadığı 4 nəfər şəxs gələrək salona daxil olmuşlar. Bir qədər sonra Təqsirləndirilən şəxs də gələrək salona, həmin şəxslər olan otağa keçmişdir. Bundan sonra o, da həmin otağa daxil olub onlara qulluq göstərmiş, lakin onların danışığına mane olmamaq üçün bayıra çıxmışdır. Az keçmişdir ki, içəridəki həmin şəxslərin qışqıra-qışqıra danışdıqlarını eşitmiş və hiss etmişdir ki, onlar dalaşırlar. Bir qədər sonra həmin şəxslər salondan çıxıb getmişlər. Onların nə üstündə mübahisə etdiklərini və kimin kimlə dalaşdığını görməmişdir. Bir daha qeyd edirəm ki, yalnız çöldən onların səslərini eşidirmiş, həmin vaxt zalda olmamışdır. Həmçinin qeyd edir ki, həmin vaxt zalda 14-15 nəfər olmamışdır. Həmin vaxtı salonda 4 nəfər qeyd etdiyi şəxslər, Ülvi və 5-6 nəfər digər müştərilər olmuşdur ki, onlar da öz işləri ilə məşğul imişlər. Kiminsə bıçaq xəsarəti almasını da görməmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid1 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, təxminən 1 ay olar ki, internetdə sosial şəbəkədə “Can.Az” saytında Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdu. Bundan sonra da sosial şəbəkə vasitəsi ilə yazışıb əlaqə saxlamağa, fikirlərini paylaşmağa başlamışlar. 2019-cu ilin sentyabr ayının əvvəllərində yenidən həmin sayta girib Ülvinin sosial şəbəkədə tanış olduğu Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər yazdığını görüb buna görə ona irad yazmışdır. Bundan sonra da onların yenə biri-birilərini sosial şəbəkədə təhqir etdiklərini görüb xx.xx.2019-cu ildə Ülviyə zəng edib onun Sənanla olan mübahisəsini müzakirə etmək üçün 3 gün sonra görüşmək qərarına gəlmişlər. xx.xx.2019-cu ildə Fərid adlı şəxs sosial şəbəkədə olduğu sayta müraciət edərək, Ülvi ilə Sənanın arasında olan mübahisəyə aydınlıq gətirmək istəyənləri ertəsi günü “Şamaxinka” adlanan məhəllədə görüşə çağırmışdır. xx.xx.2019-cu il tarixdə saat 18 radələrində sosial şəbəkədən tanıdığı Röyal adlı oğlanla görüşüb Fəridi gözləməyə başlamışlar. Təxminən 30 dəqiqədən sonra Fərid gəlmiş və birlikdə Ülvinin Xırdalan şəhərində işlədiyi internetkafeyə getməyi təklif etmişdir. Razılaşmışlar ki, xx.xx.2019-cu il tarixdə saat 14 radələrində “Şamaxinka”da görüşüb birlikdə Ülvinin işlədiyi yerə getsinlər. Vədələşdikləri kimi həmin günü o, Röyalla görüşüb, onunla 20 Yanvar dairəsinə gedib oradan sosial şəbəkədən tanıdığı Bayram adlı şəxslə görüşüb yenidən birlikdə “Şamaxinka”ya qayıdıb Fəridi gözləməyə başlamış, saat 15 radələrində Fərid gəlmiş və Sənana zəng etmiş, təxminən 30 dəqiqədən sonra Sənan da gəlmiş, Ülvinin Xırdalan şəhərində işlədiyi internetkafeyə getmişlər. Həmin vaxtı Ülvi iş yerində olmamış, Fəridin təklifi ilə oradakı kiçik bilyard zalına keçmişlər. Fərid Ülviyə zəng edib gəldiklərini xəbər verib, həmin yerə çağırmışdır. Təxminən 10 dəqiqədən sonra Ülvi gəlib içəri daxil olan kimi Fərid üzünü ona tutub Sənanla nə mübahisəsi olduğunu soruşmuşdur. Ülvi də Sənanı nalayiq sözlərlə təhqir etməyə başlamışdır. Sənan da ona cavab qaytarmış, onların dalaşacaqlarını hiss edib, Ülviyə sakit olmasını deyib, onun yanına Sənanla aralarındakı mübahisəyə aydınlıq gətirmək üçün gəldiklərini bildirmişdi. Bu zaman Ülvi onun dediklərinə əhəmiyyət verməyib Sənanın üstünə hücum edib yumruqla bir neçə dəfə başına vurmuşdur. Bu zaman Röyalla Bayram və səs-küyə gəlmiş internetkafedəki tanımadığım 5-6 nəfər müştəri onları aralaşdırmışlar. Sonra o, saat 18:30 radələrində Sənanla birlikdə internetkafedən çıxıb taksi ilə Bakı şəhərinə qayıtmış, Sənandan ayrılıb evinə getmişdi. Dava-dalaş zamanı kiminsə əlində bıçaq və ya hər hansı əşya, alət görməmişdir. Sənanın hadisə barədə ilkin məlumatda Ülvi ilə Fəridin onlara bıçaqla xəsarət yetirməsini, onu və Sənanı Ülvigilin 14-15 nəfər tanışının da döydüklərini nə üçün məlumatda göstərdiyini bilmir. Bir daha bildirir ki, həmin dava-dalaş zamanı Ülvi yumruqla bir neçə dəfə Sənanın başına vurmuşdur. Həmin dava-dalaşa səbəb də Sənanla Ülvinin sosial şəbəkədə biribirilərinin ünvanına nalayiq ifadələr yazması olmuşdur. Dava-dalaş təxminən 30 dəqiqə ərzində baş vermişdir. Həmin vaxt onu döyən olmamış, heç bir xəsarət almamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 05 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, 05 oktyabr 2019-cu il tarixdə, saat 17:30 dəqiqədə Təqsirləndirilən şəxs CMnin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 07 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 07 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin MSY-dən dərhal azad edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 05 noyabr 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və həmin cinayət işi üzrə icraat dayandırılmışdır. - “Şəxsin könüllü gəlməsi haqqında” 25 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-yə könüllü gəlmişdir və həmin tarixli “cinayət işi üzrə icraatının təzələnməsi barədə” qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 oktyabr 2019-cu il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi” X5 Nəsimi rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 2221 saylı rəyinə əsasən 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – təpə nahiyəsinin əzilmiş-cızılmış yaraları, alın nahiyəsinin sol nahiyəsinin sol hissəsinin sıyrıqları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdi; sol kürək nahiyəsinin deşilmişkəsilmiş yarası, sağ bazunun yuxarı 1/3-nin iç səthinin kəsilmiş yarası iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir; sol saidin aşağı 1/3-nin ön səthinin yanıq yaraları yüksək hərarətin yerli təsirindən törənmişdir və zərərçəkmişin göstərdiyi şəraitdə, yəni yanmış halda siqaretin təsirindən əmələ gəlməsi istisna olunmur, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə: təpə əzilmiş-cızılmış yaraları, sol kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası, sol saidin aşağı 1/3-nin ön səthinin yanıq yaraları – həm ümumilikdə, eləcə də ayrıayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər; alın nahiyəsinin sol nahiyəsinin sol hissəsinin sıyrıqları və sağ bazunun yuxarı 1/3-nin iç səthinin kəsilmiş yarası - həm ümumilikdə, eləcə də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Təqsirləndirilən şəxs "RİCON" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNDƏ inşaatçı işləyir və aylıq 784 manat əmək haqqı alır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bənd) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya davadalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi, onun səmimi peşmançılığını və himayəsində bir azyaşlı övladının olmasını, həmçinin zərərçəkmişlə barışmasını nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə İslah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməlidir və cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törəmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, qazancından 5% (beş faiz) dövlət nəfinə tutulmaqla 07 (yeddi) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə dörd gün hesablanmaqla, cəmi 08 gün ona təyin edilmiş islah işləri cəzasından çıxılaraq, üzərində qəti olaraq qazancından 5% (beş faiz) dövlət nəfinə tutulmaqla 06 (altı) ay 22 (iyirmi iki) gün islah işləri cəzası saxlanılsın Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin, cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Firuzə Kərimova BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ __________________ AZ 1102, Bakı şəhəri Tel.: (+99412) 431-14-77 A.Məhərrəmov küçəsi, 15 Faks: (+99412) 431-02-05 https://courts.gov.az/az/nasimi Elektron ünvan 31 may 2019-cu il № 1(006)-209/2019 Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinə Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs (Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi, ev 12/57) Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs (Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, ev 21, mənzil 7) Müdafiəçi: X2 (Mərkəz Vəkil Bürosu) Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 1(006)-150/2021 saylı hökmünün surəti məlumat üçün göndərilir. Qoşma: 2 vərəq, 1 nüsxə Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(012)-792/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-792/2024
14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver