Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-797/2023 26.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1992-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsi. anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbə ərazi dairəsi, Qobu qəsəbəsi fərdi yaşayış evi ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə saat 14 radələrində qeyri rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Abşeron rayonu, Qobu qəsəbə ərazi dairəsi, Qobu qəsəbəsi fərdi yaşayış evində Zərərçəkmiş şəxsnm ondan xəbərsiz mobil telefondan istifadə etməsini bilib bununla bağlı aralarında yaranmış narazılıq üstündə şəxsi münasibətlər zəmnində mübahisə edərək həmin mübahisə əsnasında ondan aralanaraq həmin evin həyətinə çıxan Zərərçəkmiş şəxsm təqib edib həmin yerdə üzərinə hücum edərək qəsdən sonuncunun sol əlinin barmaqlarından əli ilə tutaraq sıxıb buraraq və ardınca boğaz nahiyəsindən əli ilə tutub sıxaraq Zərərçəkmiş şəxs sol əlin İV əl darağı sümüyünün sınığı ilə müşaiət olunan sol əlin qançır-şişkinliyi, boyun nahiyəsinin qançırları ilə müşahidə olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək Zərərçəkmiş şəxsnm sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs barəsində edilmiş şikayətin məzmunu ilə tanış olduqdan sonra bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə 2 ildir ki, rəsmi nikah olmadan ailə həyatı qurmuşdur. Əvvəllər münasibətləri yaxşsı olsa da son zamanlar o, Aynurun ona xəyanət etməsindən şübhələndiyi üçün mübahisələri yaranmağa başlamışdır. Bu səbəbdən o, Aynura mobil telefon işlətməsini də qadağan etmişdir. Lakin xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində o, bazardan yaşadıqları evə qayıdan zaman Aynurun yastığın altından telefon gizlətdiyini görmüş və həmin telefonu kimdən əldə etdiyini soruşmuşdur. Bu səbəbdən onlar arasında mübahisə yaranmış və Aynur evin həyətinə çıxmışdır. O da öz növbəsində əsəbləşmiş və arxasınca həyətə çıxaraq Aynurun sol əlinin barmaqlarından tutub burmuş, eləcə də boğazından yapışıb sıxmışdır. O, əlavə olaraq həmin vaxt evdə başqa şəxslərin olmadığını, eləcə də Aynurun ona hər hansı bir formada müqavimət göstərmədiyini də qeyd etmişdir. hazırda zərərçəkmiş şəxslə barışmışdır, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə 2 ildir ki, qeyri-rəsmi ərarvad münasibətlərində yaşayır. Əvvəllər münasibətləri normal olsa da son zamanlar Alim əsassız yerə qasqanclıq zəminində mübahisələr yaradır, eyni zamanda ona mobil telefon istifadə etməsinə icazə vermir. xx.xx.2023-cü il tarixdə o, anasıgildə mobil telefonunu götürüb işlətməyə başlamış və həmin gün saat 14 radələrində evə gələn Alim həmin telefonu görmüşdür. Bu səbəbdən onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Alim onun sol əlinin barmaqlarını burub, boğazından yapışıb sıxmışdır. Həmin gün onun halı pis olduğundan bu barədə müraciətini ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə etmişdir. O, əlavə olaraq məlum hadisənin 3-4 dəqiqə davam etdiyini, həmin vaxt orada başqa şəxslərin olmadığını bildirmiş, həmçinin Alimə müqavimət göstərmədiyini qeyd etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, iş üzrə icraata xitam verilməsini xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 1737 nömrəli rəyindən görünür ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi və kliniki müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol əlin İV əl darağı sümüyünün sınığı ilə müşaiət olunan sol əlin qançır-şişkinliyi, boyun nahiyəsinin qançırları küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə insan bədənin hissələrinin (əl,ayaq və s) dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair Məlumat Kartotekasmda hər hansı bir məlumat aşkar edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixdə ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən X4 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-797/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-797/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver