Məhkəmə qərarları › İş №1(012)-797/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-797/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-797/2025 23.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1957-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncunun oğlu Şahid sürücülük vəsiqəsi almağına köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs 23 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, 54 ünvanında 1200 manat və 24 sentyabr 2024-cü il tarixdə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə deyilən ərazidə yerləşən fərdi yaşayış evində onun istifadəsində olan Kapital Banka məxsus 5239-1517-7091-3963 nömrəli bank kartına göndərdiyi 200 manat, vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 1400 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs 1400 manat miqdarında ziyan vurub dələduzluq etmişdir. İŞİN HALLARİ VƏ DƏLİLLƏRİ: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və onun oğlu Şahid əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. 2020-ci ildən 2023-cü ilə kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X2” MMC-nin Xətai Rayon Sürücülük Məktəbinin direktoru vəzifəsində işləmiş, 2023-cü ildə Hərbi Vətənpərvərlik və X2 ləğv edildiyindən işsiz qalmışdır. 2024-cü ilin sentyabr ayında Şahid istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib nömrəsini tanışları vasitəsi ilə əldə etdiyini deyib sürücülük məktəbinə adının yazılmasını və sürücülük vəsiqəsi almaq üçün köməklik göstərməsini xahiş etmişdir. Həmin ərəfələr işsiz olduğundan və pula ehtiyacı olduğundan Şahid sürücülük vəsiqəsi əldə etməyə köməklik edəcəyini deyib aldadıb pulunu ələ keçirmək qərarına gəlmişdir. Şahid 1400 manat pul qarşılığında sürücülük vəsiqəsi alması üçün ona köməklik edəcəyinə söz vermişdir. Sonra Şahid nömrəsindən bir nəfər kişi zəng edib Şahid atası olduğunu demiş, oğlu Tacirə sürücülük vəsiqəsi düzəltməyə köməklik etməsini xahiş etmişdir. Tacirin atası Kamilə də, 1400 manat pul müqabilində Tacirə sürücülük vəsiqəsi alması üçün köməklik edəcəyinə söz vermiş, onları əvvəllər işlədiyi Hərbi Vətənpərvərlik və X1 yerləşdiyi ünvana dəvət etmişdir. Konkret gün yadında qalmayıb lakin 2024-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs və oğlu Şahidla köhnə iş yerinin qarşısında görüşmüşlər. Orada Kamilə və Tacirə sürücülük məktəbinin direktoru olduğunu, hazırda iş yerinin bağlanması səbəbindən işsiz olduğunu, amma tanışları vasitəsi ilə 1400 manat pul müqabilində sürücülük vəsiqəsi alması üçün Tacirə köməklik edəcəyinə söz vermişdir. Həmin gün orada Şahid atası Zərərçəkmiş şəxs ona 1200 manat pul vermiş, səhəri gün həmin vaxtı istifadəsində olan Kapital Bank-a məxsus 5239-1517-7091-3963 nömrəli bank kartını «WhatsApp» proqramı vasitəsi ilə Şahid göndərmiş, onlar da qalan 200 manat pulu kart hesabına köçürmüşlər. Bununla da Şahid atası Zərərçəkmiş şəxs ümumilikdə 1400 manat pul almış, pula ehtiyacı olduğu üçün aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bir neçə gün sürücülük vəsiqəsini əldə etməyinə köməklik edəcəyinə söz verib Şahid və atasını aldatmış, daha sonra isə Şahid və atasının əlaqə saxlaya bilməmələri üçün telefonunu söndürmüşdür. Şahid yaşadığı ünvana gəlib sürücülük vəsiqəsinin nə vaxt hazır olacağını soruşduqda sabah saat 18-ə kimi gözləməsini xahiş etmiş, sürücülük vəsiqəsinin hazır olacağını, əgər sürücülük vəsiqəsi hazır olmasa pullarını qaytaracağına söz vermiş, sonra da onların zənglərinə cavab verməmişdir. Son olaraq törətdiyi əməldən peşmançılıq çəkməsini, dəymiş zərəri tam olmasa da qismən yəni 300 manat ödəməsini, yerdə qalan 1100 manat məbləğində pulu isə hər ay pensiya məbləğindən hissə-hissə olmaqla ödəyəcəyini bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclaslnda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Şahid oğludur, lakin Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, onun özü və digər ailə üzvləri ilə heç bir münasibəti olmamışdır. Oğlu Şahid 2024-cü ilin sentyabr ayında özünə sürücülük vəsiqəsi almaq istədiyini, tanışları vasitəsi ilə Təqsirləndirilən şəxsla telefonla danışıb tanış olduğunu, Təqsirləndirilən şəxs 1400 manat pul müqabilində ona sürücülük vəsiqəsi almasına köməklik göstərəcəyini dedikdə, oğlu Tacirin telefonu ilə Təqsirləndirilən şəxsla danışmış, Təqsirləndirilən şəxs oğlu Tacirə sürücülük vəsiqəsi almaqda kömək edəcəyinə söz verib onları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyindəki “Hərbi Vətənpərvərlik və X2” MMC-nin Xətai Rayon Sürücülük Məktəbinin yerləşdiyi Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 54 ünvana dəvət etmişdir. 23 sentyabr 2024-cü il tarixdə oğlu Tacirlə birlikdə “Hərbi Vətənpərvərlik və X2” MMC-nin Xətai Rayon Sürücülük Məktəbinin yerləşdiyi Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 54 ünvanın qarşısında Təqsirləndirilən şəxsla görüşmüşlər. Təqsirləndirilən şəxs əvvəllər “Hərbi Vətənpərvərlik və X2” MMC-nin Xətai Rayon Sürücülük Məktəbinin direktoru vəzifəsində işlədiyini, hazırda isə işlərinin bağlandığını demiş, amma hər bir halda tanışlarının vasitəsi ilə oğlu Tacirə sürücülük vəsiqəsi alması üçün köməklik edəcəyinə bir daha söz vermişdir. Təqsirləndirilən şəxs çox səmimi danışdığı üçün ona inanıb həmin gün orada Təqsirləndirilən şəxs 1200 manat pul vermişdir. Səhəri gün 24 sentyabr 2024-cü il tarixdə qalan 200 manat pulu yaşadıqları evdən Kapital Bank kartından Təqsirləndirilən şəxs göndərdiyi Kapital Banka məxsus 5239-1517-7091-3963 nömrəli bank kartına köçürmüşdür. Sonra X4 Salmanovla əlaqə saxladıqda Təqsirləndirilən şəxs qısa müddət ərzində sürücülük vəsiqəsinin hazır olacağını demişdir. Bir müddət keçsə də oğlunun sürücülük vəsiqəsi hazır olmamış, sonra Təqsirləndirilən şəxsla əlaqə saxlaya bilməmişlər. X4 Salmanovun yaşadığı Bakı şəhəri, ünvan 5 ünvana gedib orada onunla görüşmüş, Təqsirləndirilən şəxs başqa vacib işləri olduğuna görə ona zəng çatmadığını deyərək səhəri gün saat 18:00-a kimi gözləməsini xahiş etmiş, ya sürücülük vəsiqəsini hazırlatdırıb verəcəyinə, ya da pulu qaytaracağına söz vermişdir. Təqsirləndirilən şəxs isə verdiyi sözə əməl etməmiş, pulunu qaytarmamış, oğlu Tacirə sürücülük vəsiqəsi almağa kömək etməmişdir. Təqsirləndirilən şəxs onları aldatdığını başa düşdükdə oğlu Tacir məcbur qalıb polisə müraciət etmişdir. Hazırkı dövrə qədər dəfələrlə məbləği tam şəkildə qaytarmağa söz versə də, hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatmış, cəmi 300 manat qaytarmışdır. Sonda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərdən 300 manat ödənildiyini, geri qalan hissəsinin isə sonuncudan alınıb ona verilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, valideynləri ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə adlandırılan ərazidə nömrəsiz fərdi yaşayış evində yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun özü və digər ailə üzvləri ilə heç bir münasibətim olmamışdır. 2024-cü ilin sentyabr ayında sürücülük vəsiqəsi almaq istədikdə tanışları vasitəsi ilə Təqsirləndirilən şəxs telefon nömrəsini əldə etmiş, telefonla danışıb tanış olmuş, ona sürücülük vəsiqəsi almaq istədiyini bildirib bu işdə kömək etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs 1400 manat pul qarşılığında ona sürücülük vəsiqəsi düzəldəcəyinə söz vermişdir. Bu barədə atası Zərərçəkmiş şəxs dedikdə atası telefonunla Təqsirləndirilən şəxsla danışmış, Təqsirləndirilən şəxs onu və atasını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyindəki “Hərbi Vətənpərvərlik və X2” MMC-nin Xətai Rayon Sürücülük Məktəbinin yerləşdiyi Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 54 ünvanda yerləşən «Hərbi Vətənpərvərlik və X2»nin yerləşdiyi ünvana dəvət etmişdir. 23 sentyabr 2024-cü il tarixdə atası Zərərçəkmiş şəxsla birlikdə Təqsirləndirilən şəxsla “Hərbi Vətənpərvərlik və X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xətai Rayon Sürücülük Məktəbinin yerləşdiyi Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 54 ünvanda görüşmüşlər. Təqsirləndirilən şəxs atasına və ona əvvəllər “Hərbi Vətənpərvərlik və X2” MMC-nin Xətai Rayon Sürücülük Məktəbinin direktoru vəzifəsində işlədiyini, hazırda işlərinin bağlandığını, amma hər bir halda tanışlarının vasitəsi ilə sürücülük vəsiqəsi almasına köməklik edəcəyinə söz vermişdir. Atası Zərərçəkmiş şəxs orada Təqsirləndirilən şəxs 1200 manat pul vermiş, səhəri gün 24 sentyabr 2024-cü il tarixdə qalan 200 manat pulu yaşadıqları evdə olan zaman atası Zərərçəkmiş şəxs Kapital Bank kartından Təqsirləndirilən şəxs göndərdiyi Kapital Banka məxsus 5239-1517-7091-3963 nömrəli bank kartına göndərmişdir. Sonra Təqsirləndirilən şəxsla əlaqə saxlamış, Təqsirləndirilən şəxs qısa müddət ərzində sürücülük vəsiqəsinin hazır olacağını bildirmişdir. Bir müddət keçmiş, amma sürücülük vəsiqəsi hazır olmamışdır. Bir müddətdən sonra isə Təqsirləndirilən şəxsla əlaqə saxlaya bilməmiş, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 5 ünvana gedib orada onunla görüşmüş, Təqsirləndirilən şəxs başqa vacib işləri olduğuna görə ona zəng çatmadığını demiş, səhəri gün saat 18:00a kimi gözləməsini xahiş edərək sürücülük vəsiqəsini hazırlatdırıb verəcəyinə, əgər sürücülük vəsiqəsi hazır olmasa pulunu qaytaracağına söz vermişdir. Təqsirləndirilən şəxs verdiyi sözə əməl etməmiş, sürücülük vəsiqəsi almağa kömək etməmiş, pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs onları aldatdığını başa düşüb məcbur qalıb polisə müraciət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 29 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Şahid müraciətinə əsasən toplanmış material üzrə fakta görə Təqsirləndirilən şəxs barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır.

2. “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 01 yanvar 2025-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

3. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 yanvar 2025-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə təqsirləndirilən şəxs tutulub, istintaq orqanına təqdim olunacağı vaxtadək icraat dayandırılmışdır;

4. “Axtarışda olan şəxsin tutulması” barədə 03 mart 2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq MSY-nə təhvil verildiyi müəyyən edilmişdir;

5. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 04 mart 2025-ci il tarixli qərara əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxs tutulub, istintaq orqanına təhvil verildiyindən ********* saylı iş üzrə dayandırılmış icraat təzələnmişdir;

6. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 01 yanvar 2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur;

7. “Qətimkan tədbirinin seçilməsi” haqqında 05 mart 2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerı getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin X3 dərhal azad olunmuşdur;

8. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərəfindən verilmiş 24 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Məhkəməsinin 01 mart 2000-ci il tarixli hökmü ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 aprel 2009-cu il tarixdə Milli Məclisin 17 mart 2000-ci il tarixli aministiya qərarının 1.1-ci bəndi tətbiq edilməklə ona təyin edilmiş cəzadan azad olunmuşdur;

9. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 17 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmaqla, məhkəmə məsuliyyətinə verilməsi, iş üzrə təqsirləndirilən şəxsin özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin ifadəsi və digər istintaq sənədləri sübut növü kimi qəbul edilmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. (4-cü bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Belə ki, o, Şahid sürücülük vəsiqəsi almaqda köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs 23 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, 54 ünvanında 1200 manat və 24 sentyabr 2024-cü il tarixdə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə deyilən ərazidə yerləşən fərdi yaşayış evində onun istifadəsində olan Kapital Banka məxsus 5239-1517-7091-3963 nömrəli bank kartına göndərdiyi 200 manat pulu cəmi 1400 manat pulunu alıb ələ keçirməklə sonuncuya ziyan vurub dələduzluq etmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərin qismən ödənilməsini onun əməlində cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəyərək, barışıq əldə etməsini əməlində cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirərək, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, saat 22:00dan növbəti gün, saat 08:00-dək yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək barədə əlavə vəzifə qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4.8-ci bəndində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tariixdən 05 mart 2025-ci il tarixədək həbsdə olduğu müddət, yəni 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 66-cı bəndində müəyyən olunur ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Bundan başqa qeyd olunan Məcəllənin 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Ona görə də, məhkəmə cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs xeyrinə 1100 manat məbləğində pul vəsaiti tutularaq, ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 09 saatın hər iş saatının 6 manatdan, 06 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 120 manat (09 saat x 6 AZN + 06 saat x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ümumilikdə 04 (dörd) gün müddət hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 08:00dək yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməklə, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs xeyrinə 1100 (min yüz) manat məbləğində pul vəsaiti tutularaq ödənilməlidir. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə cəmi 120 manat (09 saat x 6 AZN + 06 saat x 11 AZN) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar