Məhkəmə qərarları › İş №1(012)-8/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-8/2022

26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-8/2022 26.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs, və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2001-ci ildə Rusiya Federasiyasının Saratov şəhərində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, 14-cü məhəllə, Nərimanov küçəsi, yataqxana 7-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat bağlarında fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmkalını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları X4 və X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 oktyabr 2018-ci il tarixə keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs6 Sumqayıt şəhəri, Corat bağları-2535A ünvanında yaşadığı evin qarşısında küçədə saxladığı “Kia-Serato” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə qapının sağ arxa yan şüşəsini sındırmaqla salondan 50 manat dəyərində olan 1 ədəd videoreqistratoru, 10 manat dəyərində olan 1 ədəd "Davidoff Champion” markalı 30 ml-lik ətiri. 30 manat dəyərində olan 1 ədəd qulaqcığı, 3 manat nəqd pulu və avtomobilin arxa yük yerindən 200 manat dəyərində olan 1 ədəd, 2015-ci il stehsalı olan 'Beko" markalı notebooku, 32 manat dəyərində olan 1 ədəd, 4 litirlik “Atef4” markalı avtomobil mühərrik yağını oğurlayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 325 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 22 oktyabr 2018-ci il tarixdə təxminən saat 20 radələrində dostu X5 ilə görüşərək çay içmək üçün Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən «039» adlı çay evinə getmiş, təxminən saat 21 radələrində çay evində olarkən dostu İsmayıl Məmmədov onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq görüşmək istədiyini bildirmiş, o, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən «039» adlı çay evində olduqlarını söyləmiş, təxminən yarım saatdan sonra İsmayıl çay evinə gələrək onlarla birlikdə əyləşib çay içmiş, həmin vaxt aralarında söhbət gedərkən ismayıl kirayə yaşadığı evin aylıq ödənişini verməli olduğunu, ona görə oğurluq etmək istədiyini bildirmiş, o da əvvəllər oğurluq etdiyinə görə məhkum olunduğunu söyləyib, oğurluq edərək pul qazanmaq istədiyini bildirmiş, bundan sonra onlar ismayılın təklifi ilə razılaşmış, bu məqsədlə çay evindən çıxaraq piyada gəzməyə başlamışlar. Təxminən saat 03 radələrində Sumqayıt şəhəri, Corat bağları ərazisində piyada hərəkət edərkən yolun kənarında daş hasara yaxın məsafədə qara rəngli «Kia Cerato» minik markalı, 99- LE-703 dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görüb, həmin avtomobildən oğurluq etməyi qərarlaşdırmışlar. Həmin vaxtı o, kənar şəxslərin gəlməsini xəbər vermək üçün təxminən 10-15 metr kənarda dayanmış, Ravilə ismayıl «Kia Cerato» minik markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar. İsmayıl avtomobilin arxa sağ yan şüşəsini vuraraq sındırmış və sonra avtomobilin arxa sağ qapısını açıb içəriyə daxil olub, qabaq oturacağında əyləşərək avtomobilin bardoçokundan 1 ədəd ətiri, 1 ədəd videoreqistratoru, 1 ədəd blutuz qulaqcığı və 3 manat nəğd pulu götürmüş, həmin vaxt Ravildə avtomobilin yanında dayanmış, ismayıl avtomobilin salonundan arxa yük yerini açaraq avtomobildən düşüb arxa yük yerindən 1 ədəd «Beko» markalı notebooku və 1 ədəd 4 litrlik «Ateif4» markalı avtomobil yağını götürmüşdür. Bundan sonra onlar birlikdə piyada oradan uzaqlaşmağa başlamışlar. Həmin vaxtı İsmayıl qayçını və oğurladılan 1 ədəd videoreqistratoru ona vermiş, 1 ədəd blutuz qulaqçığı, 1 ədəd ətiri və 3 manat pulu özündə saxlamış, «Beko» markalı notebooku və «Ateif4» markalı atvomobil yağını isə qarsılarına çıxan səxslər oğurluq etmələrindən şübhələnməsin deyə yolun kənarında gizlətdikdən sonra polis əməkdaşları ona yaxınlaşmış, əlindəki 1 ədəd qayçını və 1 ədəd videoreqistratoru görüb kimə məxsus olduğunu və haradan əldə etdiyini soruşduqda o, həyəcanlandığından həmin suallara cavab verə bilmədiyinə görə polis əməkdaşları onun oğurluq etməsindən şübhələnib Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsinə aparmışlar. Polis bölməsində o, oğurluq etdiklərini etiraf etmiş və 1 ədəd videoreqistratorla qayçını polis əməkdaşlarına təqdim etmişdir. O, hərəkətindən peşman olmuşdur. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. 2018-ci ilin yanvar ayından "xxxx" MMCdə satış məsləhətçisi vəzifəsində işləyir. Buna görə özünə məxsus «Kia Cerato» markalı, **- LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə "xxxx" MMC-yə məxsus elan yapışdırmışdır. 22 oktyabr 2018-ci il tarixdə saat 19 radələrində həmin avtomobilini yaşadığı Sumqayıt şəhəri, Corat bağları, 2535A saylı evin qarşısında saxlayaraq avtomobilin qapısını bağlayıb evə getmiş, 23 oktyabr 2018-ci il tarixdə saat 07 radələrində işə getmək üçün evdən çıxıb avtomobilə yaxınlaşarkən avtomobilin arxa sağ yan şüşəsinin sındığını, qapısının açıq vəziyyətdə olduğunu, avtomobilin salonunda olan kiçik yük yerindən 1 ədəd videoreqistratorun, 1 ədəd blutuz qulaqcığın, 3 manat pulun, 1 ədəd ətirin oğurlandığını görmüş, sonra avtomobilin arxa yük yerinə baxıb oradakı «Beko» markalı notebookun və 1 ədəd 4 litrlik «Ateif4» markalı avtomobil yağının yerində olmadığını görüb oğurlandığını yəqin edib Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gedərək baş vermiş oğurluq hadisəsi ilə əlaqədar ərizə ilə müraciət etmiş, oğurluq nəticəsində ona ümumilikdə 325 manat maddi ziyan dəymiş, lakin ona dəymiş ziyan ödənilmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyini,şikayət və tələbinin omadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, əvvəllər oğurluq etdiyi üçün Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 20.09.2018-ci il tarixli hökmünə əsasən bir il altı ay müddətinə şərti sınaq müddəti ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bundan sonra Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Bağlar massivində kirayədə yaşayan anasının yanına getmiş, bir neçə gün orada qaldıqdan sonra Abşeron rayonu, Masazır qəsəbəsində kirayə ev tutub iş axtarmağa başlamış, bir neçə gün iş tapa bilmədiyi üçün gecələr küçədə saxlanılan avtomobillərdən oğurluq edib pul əldə etmək qərarına gəlmiş və 23 oktyabr 2018-ci il tarixə keçən gecə saat 01 radələrində tanışları Təqsirləndirilən şəxs və Ramil Salahovun telefon zəngindən sonra taksi ilə Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisindəki “039” adlı çay evinə gedib onlarla görüşmüş, söhbət zamanı o, Ramilə avtomobillərdən oğurluq etmək istədiyini bildirmiş, bu zaman Ravil əvvəllər avtomobillərdən oğurluq etdiyinə görə məhkum olunduğunu bildirib birlikdə oğurluq etməyi təklif etmiş o da razılaşmış, saat təxminən 03 radələrində birlikdə həmin çay evindən çıxıb piyada Sumqayıt şəhəri, Corat bağları adlanan yaşayış massivinə tərəf getmişlər. Həmin yerdə yolun kənarında daş hasarın yanında qara rəngli, “Kia-Serato” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görüb həmin avtomobildən oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxtı Ramil kənar şəxslər gəldiyi halda xəbər vermək üçün təxminən 5-10 metr aralıda dayanmış, o, Ravillə birlikdə həmin avtomobilə yaxınlaşmış və özü ilə götürdüyü qayçı ilə avtomobilin arxa sağ yan şüşəsini vurub sındıraraq avtomobilin qapısını açıb qabaq sağ oturacaqda əyləşib avtomobilin bardaçokundan 1 ədəd videoreqistiratoru, 1 ədəd blutuz qulaqcığı və 1 ədəd ətir götürmüş, bundan sonra avtomobilin salonundan arxa yük yerini açaraq avtomobildən düşüb yük yerində olan “Beko” markalı noteebooku və 4 litirlik “Atelfi” markalı avtomobil mühərrik yağını götürmüş, sonra Ravillə birlikdə götürdükləri 1 ədəd videoreqistiratoru Ramilə verib qalan əşyaları öz aralarında bölüşdürməyi qərarlaşdırmışlar. Avtomobildən oğurladıqları 1 ədəd ətiri, 1 ədəd blutuz qulaqcığı və 3 manat pulu özündə saxlamış, notebooku və mühərrik yağını yolun kənarında gizilədib, ertəsi günü satmaq barədə Ravillə razılaşdıqdan sonra həmin əşyaları yolun kənarındakı ağacın arxasında gizlədib piyada oradan uzaqlaşmağa başlamışlar. Bir qədər getdikdən sonra həmin ərazidə xidmət aparan PPX əməkdaşları onlara yaxınlaşaraq Ramilin əlindəki qayçının və videoreqistratorun kimə məxsus olduğunu soruşmuşlar. Ramil də oğurluq etdiyini etiraf etmiş, bundan sonra polis əməkdaşları Ramili aparmış, o da Ravillə birlikdə həmin yerdən uzaqlaşmışdır. Ertəsi günü səhər notebooku və mühərrik yağını gizlətdikləri yerdən götürüb avtobusla Bakı şəhəri 20 Yanvar metrostansiyasının yaxınlığına aparmış və orada həmin əşyaları cəmi 170 manata satmış, həmin pulu da bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərcləmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasına dair 21.12.2018-ci il tarixli, 33365 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş avtomobil üçün nəzərdə tutulmuş 1 ədəd videoreqistratorun istifadə olunmuş vəziyyətdə 2018-ci ilin oktyabr ayına pərakəndə satış qiyməti 50,00 manat, ekspertiza tədqiqatına təqdim edilməmiş 1 ədəd “Beko” markalı notebookun qiyməti 200,0 manat, 1 ədəd 4 litirlik “Ateif4” markalı avtomobil yağının qiyməti, 32,0 manat, 1 ədəd blutuz qulaqcığın qiyməti 30,0 manat, 1 ədəd 30 mi-lik “Davıdoff Champion” markalı ətrin qiyməti 10,0 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş tələbnamədən və hökmün surətindən görünür ki. Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 12.12.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum edilmişdir. Lakin Azərbaycan Respublikası CM-nin 18.4.2-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan Sumqayıt Probarsiya Şöbəsinin icra məmurunun 28.12.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 12.12.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 300 manat cərimə cəzası08.07.2019-cu il tarixdə tam ödənilmişdir. İş materiallarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs 15.07.2019-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmiş, Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərişinə uyğun olaraq koronavirusa (2019-nCov) qarşı profilaktik tədbirlərin görülməsi ilə əlaqədar olaraq, Azərbaycan Ordusunun hərbi və dövlət qulluqçularının, mülki işçilərinin infeksion xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədi ilə Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 27 fevral 2020-ci il tarixli 3 nömrəli sərəncamına əsasən şəxsi heyətin hərəkətinə məhdudiyyət tətbiq olunduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməmiş və Abşeron RM-nin 08.09.2020-ci il tarixli qərarı ilə iş üzrə Təqsirləndirilən şəxs barəsində icraat ayrılaraq dayandırılmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus SX ******* saylı hərbi biletdən görünür ki, o, 27.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək Azərbaycan Respublikasnın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası medalının vəsiqəsndən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasıının prezidenti İ. Əliyev tərəfindən “Fizulinin azad edilməsinə” görə medalı ilə təltif olunmuşdur. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxsin və şahidin verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi, özlərinin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsi və şahidi ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddələri ilə törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən iş üzrə ittiham hökmü çıxarılmalı və təqsirləndirilən şəxslər təqsirli olduqları Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyaları həddlərində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Abşeron rayon İHB-nın Masazır kəndi üzrə nümayəndəsinin verdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 14-cü məhəllə, Nərimanov küçəsi, yataqxana 7-də qeydiyyatda olsada Maszır kəndi, Ə.Vahid küçəsi, yeni məhəllədə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, cinayəti yetkinlik yaşına çatmamış dövrdə törətməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, 27.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək Azərbaycan Respublikasnın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini, Azərbaycan Respublikasıının prezidenti İ. Əliyev tərəfindən “Fizulinin azad edilməsinə” görə medalı ilə təltif olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli və üzərinə yuxarıda göstərilən və onun islah olunmasına xidmət edən müvafiq vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Sumqayıt və Bakı şəhərləri ərazisini və saat 00:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Hökmün icrasıona aid hissədə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. X5 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd videoreqistrator, 1 ədəd istifadə olunmuş qol saatı, 3 ədəd üzük və 1 ədəd avtomobil üçün nəzərdə tutulmuş videoreqistrator saxlanılması üçün qanuni sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt və Bakı şəhəri hüdudlarını və saat 00:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd videoreqistrator, 1 ədəd istifadə olunmuş qol saatı, 3 ədəd üzük və 1 ədəd avtomobil üçün nəzərdə tutulmuş videoreqistrator saxlanılması üçün qanuni sahiblərinə təhvil verilməsi nəzərə alınsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar