Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-80/2021 06.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi1 Sadiq oğlunun iştirakı ilə xx.xx.1994-cü il tarixdə Abşeron rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və tutulanadək həmin ünvanda yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.03.2020-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 19.03.2020-ci il tarixdən hesablanmaqa barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1, 127.2.1 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah gəzdirməsi barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə daxil olmuş məlumat əsasında sonuncunun qanunsuz olaraq odlu silah gəzdirməsinə əsaslı şübhələr yarandığından Dövlət Təhlükəsizlik Xidməti və Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşlarının keçirtdiyi əməliyyat tədbiri ilə əlaqədar, Təqsirləndirilən şəxs idarə etdiyi “**-TF-***” dövlət qeydiyyat nişanlı “VAZ 2107" markalı avtomobillə 19.03.2020-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanı yaxınlığında dayanan zaman Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin və Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşlarının keçirtdiyi əməliyyat zamanı DTX-nin əməkdaşlarının istifadələrində olan “Hyundai Grandeur” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun qarşısını kəsib, avtomobildən düşüb sonuncuya yaxınlaşaraq “Dövlət Təhlükəsizlik Xidməti əməliyyat keçirir, avtomobildən düşün” məzmunlu qanuni çağırışı aldıqdan sonra əməliyyatçılar tərəfindən tutulmamaq, əməliyyatdan yaxa qurtarmaq üçün oradan qaçıb uzaqlaşmaq məqsədi ilə əməliyyatçıların qanuni tələblərinə tabe olmayaraq zor tətbiq etməklə müqavimət göstərib, idarə etdiyi “**-TF-***” dövlət qeydiyyat nişanlı “VAZ 2107" markalı avtomobili dörd yol ayrıcı istiqamətində arxa-arxaya sürətlə idarə edərək, xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun qaçmasının qarşısını almağa çalışan Dövlət Təhlükəsizlik Xidmətinin Abşeron rayon İdarəsinin rəisi vəzifəsində işləyən, mayor Zərərçəkmiş şəxs üzərinə sürməklə avtomobilin arxa hissəsi ilə sonuncunun sağ ayağından vuraraq ona sağ qamış sümüyünün yuxarı ucunun sınığı, sağ diz oynağını əhatə edən qığırdağın zədələnməsi və qançır- şişkinlik halında əzilməsi ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və həyat üçün təhlükəli olmayan, bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan lakin sağlamlığa qəsdən az ağır xəsarətlər yetirmiş və bu vaxt DTX əməkdaşının odlu tabel tapança silahından havaya bir dəfə xəbərdarlıq atəşi açaraq dayanmasını tələb etməsinə baxmayaraq, avtomobili sürərək oradan uzaqlaşmışdır. 19.03.2020-ci il tarixdə 22 radələrində Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşlarının keçirtdiyi əməliyyat zamanı Təqsirləndirilən şəxs saxlanılıb X3 üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun 2020-ci ilin fevral ayında Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qəbirstanlığında istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən qanunsuz olaraq əldə edib daşımaqla, yaşadığı evin yaxınlığında gizlətməklə, qanunsuz olaraq saxladığı, sonra isə yerini dəyişmək üçün gizlətdiyi yerdən götürüb, polietilen torbaya qoyaraq qanunsuz olaraq daşımaqla gəzdirdiyi 1 (bir) ədəd 5,45 kalibrli, «Kalaşnikov» konstruksiyalı, «AK- 74» modelli, «4588535» №-li, 1986-cı ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, döyüş təyinatlı, atəşə yararlı, yivli-odlu avtomat silah, döyüş sursatı hesab edilən 5 (beş) ədəd 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik «Kalaşnikov» konstruksiyalı «AK-74», «AKS-74», «AKS-74U» modelli avtomatlarda «RPK-74» əl pulemyotlarında və.s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş patronlar və 1 (bir) ədəd «Kalaşnikov» konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 kalibirli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqça aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən bir ay əvvəl, 2020-ci ilin fevral ayının əvvəllərində Abşeron rayonu, Mehdiabad qəbiristanlığında 1 ədəd avtomat silahı “Kalaşnikov”, 1 ədəd sandıqça və 5 ədəd güllə tapmış, həmin silahı və sursatı ağ polietilen kisəyə qoyub yaşadığı evin yaxınlığında küçədə daşların arasında gizlətmişdir. Bir müddət silah orada qaldıqdan sonra silahı götürdüyü yerə aparıb qoymağı fikirləşmiş, ona görə də 19.03.2020-ci il tarixdə hava qaralandan sonra küçədə heç kimin olmadığını görüb silahı gizlətdiyi daşların arasından çıxardaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən Mehdiabad qəbiristanlığına aparmaq qərarına gəlmişdir. Silahı daşların arasından çıxardıqdan sonra yaşadığı küçə ilə qəbiristanlıq istiqamətində gedərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları olduqlarını və birlikdə X4 getməli olduqlarını bildirmişlər. X3 üzərinə baxış keçiriləcəyi barədə məlumat verilmiş, üzərində və ya əlində olan kisədə qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub olmaması barədə soruşulmuş, vəkilin iştirakı ilə üzərinə video çəkilişlə baxış keçirilərkən ağ polietilen kisədə odlu silahın avtomat Kalaşnikovun olduğunu bildirib silahı polis əməkdaşlarına təqdim etmiş, həmin silahı təxminən bir ay əvvəl Mehdiabad qəbiristanlığında tapdığını və polis əməkdaşları yaxınlaşan vaxt həmin silahı tapdığı yerə apardığını bildirmişdir. Polis əməkdaşlarına təqdim etdiyi silahdan heç vaxt, heç bir yerdə atəş açmamış və ya başqa cür istifadə etməmişdir. Silahın orada olması barədə heç kimin məlumatı olmamış, silahı polis əməkdaşlarına video çəkilişlə təqdim edərkən orada dövlət hesabına təqdim edilmiş vəkildə iştirak etmiş, vəkilinin və özünün iştirakı ilə avtomat Kalaşnikov, 5 ədəd güllə və sandıqça qablaşdırılaraq götürülmüşdür. Qeyd etdiyi avtomat Kalaşnikov, 5 ədəd güllə və sandıqçanı gəzdirməkdə heç-bir məqsədi olmamış, sadəcə olaraq polis əməkdaşları ona yaxınlaşan gün silahı tapdığı yerə aparmaq istəmişdir. Tapdığı avtomatın odlu silah olduğunu başa düşmüş, həmin silahı satmaq fikrində olmamış, silah maraq doğurduğu üçün aparıb yaşadığı məhəllədə daşın altında gizlətmişdir. Heç vaxtı həmin avtomatdan istifadə etməmiş və avtomatla heç bir cinayət törətməmişdir. Avtomat xoşuna gəldiyi üçün, bu səbəbdən həmin vaxt, yəni aşkar etdiyi zamandan silahı aparıb yaşadığı küçədə daşların arasında gizlətmiş, lakin avtomatı üzərində gəzdirmək fikri olmamışdır. VAZ 2107” markalı “99-TF -067” dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qanadına olan güllə izinin necə yaranması barədə məlumatı yoxdur və DTX ona qarşı əməliyyat keçirməmişdir. Həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hal-hazırda Dövlət Təhlükəsizlik Xidmətinin Abşeron rayon İdarəsinin rəisi vəzifəsində işləyir. Hadisə barəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi və satması barədə Dövlət Təhlükəsizlik Xidmətinə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın düzgünlüyü müəyyən etmək üçün Təqsirləndirilən şəxs və əlaqələri ətrafında 6 ay ərzində texniki vasitələrdən istifadə etməklə telefon danışıqlarına qulaq asılması, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirilməsi, texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə mənzilin müşahidə edilməsi, insanların güdülməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri aparılması məqsədi ilə Səbail Rayon Məhkəməsinə müraciət edilmiş və Səbail Rayon Məhkəməsində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Aparılmış tədbirlər zamanı Təqsirləndirilən şəxs barəsində daxil olan məlumat təsdiq olunmuş və sonuncunun Abşeron rayonu ərazisində VAZ 2107” markalı “99-TF -067” dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət etməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yerini müəyyən edib istintaq cəlb etmək üçün Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən əməliyyat keçirmək qərarına gəlinmiş və Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları da dəstək üçün cəlb edilmişlər. Həmin əməliyyatda Mehdiabad PB-nin Tural və Cavid adlı əməkdaşları, Dövlət Təhlükəsizlik Xidmətininin Kənan və Valeh adlı əməkdaşları iştirak etmişdir. 19.03.2020-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinə məxsus xüsusi texniki vasitələrlə Təqsirləndirilən şəxs ünvan 4 ünvanı yaxınlığında olduğu müəyyən edilmişdir. Həmin gün saat 16 radələrində əməliyyat qrupu ilə qeyd edilən ünvana getmişlər. Novruzun idarə etdiyi “VAZ 2107” markalı avtomobil dörd yol ayrıcından aralıda həmin fərdi yaşayış evinin yaxınlığında olmuşdur. Əməliyyat qrupu dörd yol ayrıcından təxminən 200 metr kənarda olanda qərara almışlar ki, Kənan və Valeh avtomobil ilə dörd yol ayrıcını keçərək Novruzun idarə etdiyi “VAZ 2107” markalı “99-TF -067” dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəssin, o və Mehdiabad polis bölməsinin əməliyyatçıları isə piyada avtomobilə yaxınlaşaraq Novruzu zərərsizləşdirsinlər. Plan üzrə Kənan və Valeh avtomobil ilə hərəkətə keçib “VAZ 2107” markalı avtomobilin qarşısını kəsmiş, o və polis əməkdaşları isə dörd yol istiqamətində qaçmağa başlamışlar. O, dörd yol ayrıcına çatanda Novruz “VAZ 2107” markalı avtomobili arxa-arxaya dörd yol istiqamətində idarə etməyə başlamışdır. Novruz qaçmağa çalışdığı üçün avtomobili düzgün idarə edə bilməmiş, həmçinin yol da nahamar olmuşdur. Dörd yol ayrıcında olan zaman avtomobilin sürətlə üstünə gəldiyini görmüşdür. Avtomobilin onu vuracağına tam əmin olduğu üçün xəsarət almamaq üçün qəzadan yayınmaq məqsədilə az xəsarət almaq üçün arxa sol tərəfə atılmış, lakin buna baxmayaraq avtomobilin sol arxa tərəfi onun sağ diz nahiyəsindən tutmuş və o, yerə yıxılmışdır. İlk öncə ağrı hiss etməsə də, yerdə olan zaman dizinin bərk ağrıdığını hiss etməyə başlamışdır. Həmin vaxt atəş səsi gəlmiş, lakin kim tərəfindən atəş açıldığını yerdə olduğu üçün görə bilməmişdir. Novruz onu vurandan sonra avtomobilin idarəsini zorla bərpa edib hadisə yerindən qaçmışdır. Bundan sonra o, səhhəti ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına müraciət etmiş, orada ona sağ ayağının qamış sümüyünün qapalı sınıq diaqnozu qoyulmuşdur. Təqsirləndirilən şəxs onu qəsdlə vurduğunu düşünmür, çünki həmin avtomobil dörd tərəfdən tünd plyonka ilə örtülü olmuş və hadisə yerindən qaçan zaman onu vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2016-cı ildən DİO-da xidmət aparır, tutduğu vəzifədə isə 2019-cu ilin iyul ayından xidmət edir. 19.03.2020-ci il tarixdə xidmətdə olmuş, Təqsirləndirilən şəxs adlı bir şəxsin qanunsuz olaraq odlu silah gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən əməliyyat keçirilmiş, Abşeron RPİnin Mehdiabad PB-nin CA-üzrə əməliyyat müvvəkkili Şahid2 ilə birgə əməliyyata dəstək üçün cəlb edilmişdir. 19.03.2020-ci il tarixdə saat 16 radələrində Dövlət Təhlükəsizliyi Xidmətinə məxsus xüsusi texniki vasitələrlə Təqsirləndirilən şəxs ünvan 4 ünvanı yaxınlığında olduğu müəyyən edilmiş, Tural, Dövlət Təhlükəsizliyi Xidmətinin adlarını bilmədiyi iki əməkdaşı, DTX-nin Abşeron rayon idarəsinin rəisi Zərərçəkmiş şəxsla birgə qeyd edilən ünvana getmiş, Novruzun idarə etdiyi “VAZ 2107” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin fərdi yaşayış evinin yaxınlığında olmuşdur. DTX-nin əməkdaşlarının avtomobil ilə “VAZ 2107” markalı **-TF-*** avtomobilin qarşısını kəsməsi, Tural və Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon idarəsinin rəisi Zərərçəkmiş şəxs isə dörd yol istiqamətinə gedərək Novruzun qaçmasının qarşısını alması qərara alınmış, DTX-nin əməkdaşları avtomobillə “VAZ 2107” markalı avtomobilin qarşısını kəsən zaman Tural və Zərərçəkmiş şəxsla birgə dörd yol ayrıcına çatmış, əməkdaşlar “VAZ 2107” markalı avtomobilə yaxınlaşmaq istəyəndə avtomobil birdən arxa-arxaya idarə olunmağa başlamış, avtomobili Novruz idarə etmişdir. Novruz, sürətlə arxaya gələndə avtomobil ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon idarəsinin rəisi Zərərçəkmiş şəxs vurmuş, Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Novruz avtomobil ilə hadisə yerindən qaçmaq istəyəndə DTX-nın adını bilmədiyi əməkdaşı havaya xəbərdarlıq atəşi açmış, lakin Novruz xəbərdarlıq atəşinə məhəl qoymayaraq avtomobil ilə hadisə yerindən qaçmağa davam etmişdir. Bundan sonra DTX-nın əməkdaşları Zərərçəkmiş şəxs xəstəxanaya aparmış, o, isə Tural ilə birgə X4 qayıtmış, işdə olan vaxt Novruzun F.X.Xoyski küçəsi yaxınlığında olduğu barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında tərəfindən əməliyyataxtarış tədbirləri keçirilərək qərar qəbul edilmiş və həmin qərara əsasən əməliyyat qrupu yaradılmış, rəhbərliyin göstərişi ilə əməliyyat qrupuna Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 daxil edilmişdir. 19.03.2020-ci il tarixdə saat 22 radələrində Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı küçədə yəni Abşeron rayonu, Mehdiabad qəsəbəsi F.X.Xoyski küçəsində olduğunu müəyyən edərək həmin ünvana getdikdə Təqsirləndirilən şəxs piyada əlində ağ polietilen kisədə nə isə apardığını görmüş, Novruza yaxınlaşaraq özlərini təqdim etmiş, Novruza X4 getməli olduğu bildirimişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən X4 getmişdir. Orada Təqsirləndirilən şəxs üzərinə və əlində olan ağ polietilen kisəyə vəkilin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs ağ polietilen kisədə avtomat “Kalaşnikov” -un olduğunu və həmin silahı Mehdiabad qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqdan tapdığını bildirmiş, avtomat «Kalaşnikov», 05 ədəd patron və sandıqça ilə birlikdə qablaşdırılaraq götürülmüşdür. Həmçinin DTX-nin əməkdaşlarına Novruzun tutulması və üzərindən silah aşkar edilməsi barədə məlumat vermişdir. 19.03.2020-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, F.X.Xoyski küçəsində Təqsirləndirilən şəxs yaxınlaşarkən Novruz, heç bir müqavimət göstərməmiş, lakin 19.03.2020-ci il tarixdə DTXnın əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Novruz avtomobillə Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon idarəsinin rəisini ayağından vuraraq hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs hadisə yerindən qaçan zaman DTX-nin əməkdaşı tərəfindən bir dəfə havaya xəbərdarlıq atəşi açılmışdır. Novruz onları görəndə özünü itirmiş və avtomobili güclə idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Novruz, xaraktercə mehriban, səmimi lakin ətrafdakı şəxslərin təsirinə tez düşən bir insan olmuş, bu səbəbdən də bir neçə dəfə əvvəllər məhkum olunmuş, birinci məhkumluğu hərbi xidmətdə olan zaman yaranmış, cinayət işinə Gəncə Hərbi məhkəməsində baxılmış, ikinci dəfə isə 2017-ci ildə qonşu ilə arasında yaranmış mübahisə zamanı sonuncunu bıçaqlamış və Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə məhkum olunmuşdur. Novruz həmçinin epilepsiya xəstəliyindən əziyyət çəkmişdir. Hadisə barəsində bildirmişdir ki, oğlunun odlu silahı haradan əldə etməsi barədə heç bir məlumatı olmamış, 19 mart 2020-ci il tarixdə Mehdiabad PB-dən zəng edilərək oğlunun saxlanılması barədə məlumat verilmiş və orada Novruzun qanunsuz olaraq odlu silah gəzdirməyə görə saxlanıldığını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Novruz, xaraktercə mehriban, ailəsinin qədrini bilən bir insan olmuş, bir neçə dəfə əvvəllər məhkum olunmuş və həmçinin epilepsiya xəstəliyindən əziyyət çəkmişdir. Hadisə barəsində bildirmişdir ki “VAZ 2107” markalı **-TF- *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsus olmuş, həmin avtomobili Süleyman adlı bir şəxsdən almış, hər ay Süleymana 400 manat ödəniş etmişdir. Lakin qeyd etdiyi hallar barədə Süleymanla şifahi qaydada razılığa gəlmiş, Süleymana ödəniş etdikdə isə qəbz vermiş, faktiki olaraq maşının sahibi özü olmuşdur. Hadisə barəsində qeyd etmişdir ki, 19.03.2020-ci il tarixdə “VAZ 2107” markalı 90-TF -067 dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Təqsirləndirilən şəxs olmuş, özü isə həmin gün işdə olmuş, axşam saat 21 radələrində evə gələndə ailə üzvlərindən Novruzun X3 saxlanıldığını eşitmişdir. Novruza baş çəkmək üçün bölməyə gedəndə avtomobilin bölmənin yaxınlığında olduğunu görmüş, bölmədə Novruzun qanunsuz olaraq odlu silah gəzdirməyə görə tutulduğunu öyrənmişdir. Novruzun odlu silahı haradan əldə etməsi və ya əvvəllər odlu silah gəzdirməsi barədə heç bir məlumatı olmamışdır. Avtomobilin sol arxa qanadında olan deşik izinə və sağ arxa qanadındakı əzik izlərinə görə nə Novruzdan nədəki digər şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadığını bilmiş, lakin buna baxmayaraq qardaşı da o da həmin avtomobildən istifadə etmişlər. Qardaş olduqları üçün Novruz ondan avtomobili istəyəndə sürməsi üçün vermişdir. 19.03.2020-ci il tarixdə də avtomobili ondan istəmiş, o da Novruzun istifadə etməsinə razılıq vermişdir. Avtomobilin arxa sağ və sol qanadlarında olan xəsarətlərin necə və nə vaxt yaranması barədə heç bir məlumatı olmamış və bu barədə kimdənsə şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 07 iyul 2015-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində əməliyyat müvəkkili vəzifəsində, 2018-ci ildən isə hazırkı vəzifəsində işləyir. Hadisə barəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi və satması barədə əməliyyat məlumat daxil olmuş, daxil olmuş məlumatın düzgünlüyü müəyyən etmək üçün Təqsirləndirilən şəxs və əlaqələri ətrafında 6 ay ərzində texniki vasitələrdən istifadə etməklə telefon danışıqlarına qulaq asılması, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirilməsi, texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə mənzilin müşahidə edilməsi, insanların güdülməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri aparılması məqsədi ilə Səbail Rayon Məhkəməsinə müraciət edilmiş və Səbail Rayon Məhkəməsində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan “050739-00-22” saylı sim kartla aparılan danışıqlar və smslər nəzarətə götürüldükdən sonra daxil olmuş əməliyyat məlumatının həqiqəti əks etdirdiyi müəyyən edilmişdir. Bundan sonra 19.03.2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Şahid4 ilə birgə Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirlərə başlamış, 19.03.2020-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinə məxsus xüsusi texniki vasitələrlə Təqsirləndirilən şəxs ünvan 4 ünvanı yaxınlığında olduğu müəyyən edilmiş, Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat müvəkkili Şahid4, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon idarəsinin rəisi Zərərçəkmiş şəxsla birgə qeyd edilən ünvana getmiş, dəstək üçün Abşeron rayon polis İdarəsinin Mehdiabad rayon polis bölməsinin əməkdaşları da ora dəvət edilmişlər. Novruzun idarə etdiyi “VAZ 2107” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin fərdi yaşayış evinin yaxınlığında olmuş, Kənanla birgə avtomobil ilə “VAZ 2107” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısının kəsilməsi, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon idarəsinin rəisi Zərərçəkmiş şəxs və Abşeron rayon polis İdarəsinin Mehdiabad rayon polis bölməsinin əməkdaşları isə piyada şəkildə maşına arxadan yaxınlaşması qərar alınmışdır. Daha sonra dörd yol ayırıcısını keçərək istifadələrində olan “Hyundai grandeur” markalı “**-RK-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə “VAZ 2107” markalı avtomobilin qarşısını kəsmişlər. Kənan və o, maşından düşüb “VAZ 2107” markalı avtomobilə yaxınlaşanda Novruzun avtomobildə olduğunu müşahidə etmişlər. Maşına yaxınlaşanda Novruz onları görəndə “Dövlət Təhlükəsizlik Xidməti əməliyyat keçirir, maşından aşağı düşün deyə” müraciət etmişlər, lakin Novruz maşını sürətlə arxaya doğru idarə etməyə başlamışdır. Bu vaxt Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon idarəsinin rəisi Zərərçəkmiş şəxs və Abşeron RPİ-nin əməkdaşları dörd yol ayrıcında olmuşlar. Novruz avtomobili idarə etməkdə çətinlik çəkmiş, çünki qaçmağa çalışmışdır. Lakin əməkdaşlar dörd yol istiqamətini Novruz qaçmasın deyə bağlamışlar. Buna baxmayaraq Novruz avtomobili arxaya verən zaman avtomobilin arxa tərəfi Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon idarəsinin rəisi Zərərçəkmiş şəxs vurmuş və Zərərçəkmiş şəxs yerə yıxılmışdlr. Bundan sonra Novruz avtomobil ilə hadisə yerindən qaçmaq istəyəndə o, “Dayan” deyib havaya xəbərdarlıq atəşi açmış, lakin Novruz xəbərdarlıq atəşinə məhəl qoymayaraq avtomobil ilə hadisə yerindən qaçmışdır. Bundan sonra əməliyyat başa çatdırıb, Zərərçəkmiş şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hospitalına aparmış, həmçinin Novruzun yerinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirmişlər. Həmin gün axşam saat 22 radələrində Mehdiabad polis bölməsinin əməkdaşları ilə əlaqə saxlayan zaman Novruzun keçirilmiş əməliyyat nəticəsində tutulduğunu və üzərində silah aşkar edildiyini öyrənmiş, bundan sonra Kənanla birgə X4 getmiş, aldıqları məlumatın həqiqətə uyğun olduğunu öyrənmişlər. Həmçinin Novruzun hadisə yerindən qacan zaman Zərərçəkmiş şəxs avtomobil ilə xəsarət yetirməsi barədə rəsmin olaraq rəhbərliyə məlumat vermişlər. Yalnız bir dəfə xəbərdarlıq atəşi açmış və maşına doğru isə xəbərdarlıq atəşi açmamış, ümumiyyətlə həmin vaxt Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından yalnız özü atəş açmışdır. VAZ 2107” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa sol arxa qanadında deşik izləri və sağ arxa qanadındakı yanacaq çəninin qağında olan əziklər və qapağın ətrafındakı sürtünmə izlərinin olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon idarəsinin rəisi Zərərçəkmiş şəxs qəsdən xəsarət yetirməsi barədə suala dəqiq cavab verə bilmir. Lakin Novruz onları görəndə özünü itirmiş, hadisə yerindən qaçmağa çalışmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2017-ci ildən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində əməliyyat müvəkkili vəzisində, 2019-cu ildən isə hazırkı vəzifəsində işləyir. Hadisə barəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi və satması barədə əməliyyat məlumat daxil olmuş, daxil olmuş məlumatın düzgünlüyü müəyyən etmək üçün Təqsirləndirilən şəxs və əlaqələri ətrafında 6 ay ərzində texniki vasitələrdən istifadə etməklə telefon danışıqlarına qulaq asılması, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirilməsi, texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə mənzilin müşahidə edilməsi, insanların güdülməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri aparılması məqsədi ilə Səbail Rayon Məhkəməsinə müraciət edilmiş və Səbail Rayon Məhkəməsində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı sim kartla aparılan danışıqlar və smslər nəzarətə götürüldükdən sonra daxil olmuş əməliyyat məlumatının həqiqəti əks etdirdiyi müəyyən edilmişdir. Bundan sonra 19.03.2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Şahid3 ilə birgə Novruz Orduxanlının yerinin müəyyən edilməsi istiqamətində tədbirlərə başlamış, 19.03.2020-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinə məxsus xüsusi texniki vasitələrlə Təqsirləndirilən şəxs ünvan 4 ünvanı yaxınlığında olduğu müəyyən edilmiş, Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat müvəkkili Şahid3, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon idarəsinin rəisi Zərərçəkmiş şəxsla birgə qeyd edilən ünvana getmiş, dəstək üçün Abşeron rayon polis İdarəsinin Mehdiabad rayon polis bölməsinin əməkdaşları da ora dəvət edilmişlər. Novruzun idarə etdiyi “VAZ 2107” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin fərdi yaşayış evinin yaxınlığında olmuş, Valehlə birgə avtomobil ilə “VAZ 2107” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısının kəsilməsi, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon idarəsinin rəisi Zərərçəkmiş şəxs və Abşeron rayon polis İdarəsinin Mehdiabad rayon polis bölməsinin əməkdaşları isə piyada şəkildə maşına arxadan yaxınlaşması qərar alınmışdır. Daha sonra dörd yol ayırıcısını keçərək istifadələrində olan “Hyundai Grandeur” markalı “**-RK- ***” dövlət qeydiyyat nişanlı avtomobil ilə “VAZ 2107” markalı avtomobilin qarşısını kəsmişlər. Valeh və o, maşından düşüb “VAZ 2107” markalı avtomobilə yaxınlaşanda Novruzun avtomobildə görmüşdür. Maşına yaxınlaşanda Novruz onları görəndə Novruza “Dövlət Təhlükəsizlik Xidməti əməliyyat keçirir, maşından aşağı düşün deyə” müraciət etmişlər, lakin Novruz maşını sürətlə arxaya doğru idarə etməyə başlamışdır. Bu vaxt Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon idarəsinin rəisi Zərərçəkmiş şəxs və Abşeron RPİ-nin əməkdaşları dörd yol ayrıcında olmuşlar. Novruz avtomobili idarə etməkdə çətinlik çəkirmiş, çünki qaçmağa çalışırmış. Lakin əməkdaşlar dörd yol istiqamətini Novruz qaçmasın deyə bağlayıblarmış. Buna baxmayaraq Novruz avtomobili arxaya verən zaman avtomobilin arxa tərəfi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon idarəsinin rəisi Zərərçəkmiş şəxs vurmuş və Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Bundan sonra Novruz avtomobil ilə hadisə yerindən qaçmaq istəyəndə Valeh “Dayan” deyib havaya xəbərdarlıq atəşi açmış, lakin Novruz xəbərdarlığa məhəl qoymayaraq avtomobil ilə oradan qaçaraq getmişdir. Bundan sonra əməliyyat başa çatdırıb, Zərərçəkmiş şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hospitalına aparmış, həmçinin Novruzun yerinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirmişlər. Həmin gün axşam saat 22 radələrində Mehdiabad polis bölməsinin əməkdaşları ilə əlaqə saxlayan zaman Novruzun keçirilmiş əməliyyat nəticəsində tutulduğunu və üzərində silah aşkar edildiyini öyrənmiş, bundan sonra Valehlə birgə X4 getmiş, aldıqları məlumatın həqiqətə uyğun olduğunu öyrənmişlər. Həmçinin Novruzun hadisə yerindən qacan zaman Zərərçəkmiş şəxs avtomobil ilə xəsarət yetirməsi barədə rəsmi olaraq rəhbərliyə məlumat vermişlər. Təqsirləndirilən şəxs hadisə yerindən qacan zaman Şahid3 yalnız bir dəfə xəbərdarlıq atəşi açmış, maşına doğru isə atəş açmamış, özü isə ümumiyyətlə xəbərdarlıq atəşi də açmamışdır. VAZ 2107” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa sol arxa qanadında deşik izləri və sağ arxa qanadındakı yanacaq çəninin qağında olan əziklər və qapağın ətrafındakı sürtünmə izlərinin olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon idarəsinin rəisi Zərərçəkmiş şəxs qəsdən xəsarət yetirməsi barədə dəqiq cavab verə bilmir. Lakin Novruzun onları görəndə özünü itirmiş, hadisə yerindən qaçmağa çalışmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2013-cü ildən DİO-da xidmət aparır, tutduğu vəzifədə 2013-cu ilin fevral ayından xidmət edir. Hadisə barəsində bildirmişdir ki, 19.03.2020-ci il tarixdə xidmətdə olmuş, Təqsirləndirilən şəxs adlı bir şəxsin qanunsuz olaraq odlu silah gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən əməliyyat keçirilmiş, Abşeron RPİnin Mehdiabad PB-nin CA-üzrə əməliyyat müvvəkkili, polis baş leytenantı Şahid1 ilə birgə əməliyyata dəstək üçün cəlb edilmişdir. 19.03.2020-ci il tarixdə saat 16 radələrində Dövlət Təhlükəsizliyi Xidmətinə məxsus xüsusi texniki vasitələrlə Təqsirləndirilən şəxs ünvan 8 ünvanı yaxınlığında olduğu müəyyən edilmiş, Cavid, Dövlət Təhlükəsizliyi Xidmətinin adlarını bilmədiyi iki əməkdaşı, DTX-nin Abşeron rayon idarəsinin rəisi Zərərçəkmiş şəxsla birgə qeyd edilən ünvana getmiş, Novruzun idarə etdiyi “VAZ 2107” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin fərdi yaşayış evinin yaxınlığında olmuşdur. DTX-nin əməkdaşlarının avtomobil ilə “VAZ 2107” markalı **-TF-*** avtomobilin qarşısını kəsməsi, Cavid və Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon idarəsinin rəisi Zərərçəkmiş şəxs isə dörd yol istiqamətinə gedərək Novruzun qaçmasının qarşısını alması qərara alınmış, DTX-nin əməkdaşları avtomobillə “VAZ 2107” markalı avtomobilin qarşısını kəsən zaman Cavid və Zərərçəkmiş şəxsla birgə dörd yol ayrıcına çatmış, əməkdaşlar “VAZ 2107” markalı avtomobilə yaxınlaşmaq istəyəndə avtomobil birdən arxaarxaya idarə olunmağa başlamış, avtomobili Novruz idarə etmişdir. Novruz, sürətlə arxaya gələndə avtomobil ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon idarəsinin rəisi Zərərçəkmiş şəxs vurmuş, yerə yıxmış, bundan Sonra Novruz avtomobil ilə hadisə yerindən qaçmaq istəyəndə DTX-nın adını bilmədiyi əməkdaşı havaya xəbərdarlıq atəşi açmış, lakin Novruz xəbərdarlıq atəşinə məhəl qoymayaraq avtomobil ilə hadisə yerindən qaçmağa davam etmişdir. Bundan sonra DTX-nın əməkdaşları Zərərçəkmiş şəxs xəstəxanaya aparmış, Cavid ilə birgə X4 qayıtmış, işdə olan vaxt Novruzun F.X.Xoyski küçəsi yaxınlığında olduğu barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Cavid, təxirə salına bilmədiyi üçün dərhal əməliyyat qrupu yaratmışdır. 19.03.2020-ci il tarixdə saat 22 radələrində Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı küçədə yəni Abşeron rayonu, Mehdiabad qəsəbəsi F.X.Xoyski küçəsində olduğunu müəyyən edərək həmin ünvana getdikdə Təqsirləndirilən şəxs piyada əlində ağ polietilen kisədə nəsə apardığını görmüş, Novruza yaxınlaşaraq özlərini təqdim etmiş, Novruza X4 getməli olduğunu bildirilmiş, Təqsirləndirilən şəxs heç bir etiraz etmədən X4 getmişdir. Orada Təqsirləndirilən şəxs üzərinə və əlində olan ağ polietilen kisəyə vəkilin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs ağ polietilen kisədə avtomat “Kalaşnikov”-un olduğunu və həmin silahı Mehdiabad qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqdan tapdığını bildirmiş, avtomat «Kalaşnikov», 05 ədəd patron və sandıqça ilə birlikdə qablaşdırılaraq götürülmüşdür. Həmçinin DTX-nin əməkdaşlarına Novruzun tutulması və üzərindən silah aşkar edilməsi barədə məlumat vermişdir. 19.03.2020-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, F.X.Xoyski küçəsində Təqsirləndirilən şəxs yaxınlaşarkən Novruz, heç bir müqavimət göstərməmiş, lakin 19.03.2020-ci il tarixdə DTX-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Novruz avtomobillə Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon idarəsinin rəisini ayağından vuraraq hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs hadisə yerindən qaçan zaman DTX-nin əməkdaşı tərəfindən bir dəfə havaya xəbərdarlıq atəşi açılmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon idarəsinin rəisi Zərərçəkmiş şəxs qəsdən xəsarət yetirməsi barədə suala dəqiq cavablandıra bilmir. Lakin Novruz onları görəndə özünü itirmiş və avtomobili güclə idarə etmiş, hadisə yerindən qaçmağa çalışmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəxsi axtarış və götürmə keçirlməsi haqqında 20.03.2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində və əlindəki polietilen kisədə şəxsi axtarış və götürmə aparılarkən üzərində “4588535” rəqəmləri yazılmış AK-74 markalı avtomat, 5,45 mm kalibrli 5 (beş) ədəd patron və sandıqça aşkar edilmişdir. Şəxsi axtarış və götürmə video müşahidə ilə qeydə alınmışdır. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 08.04.2020-ci il tarixli 608 nömrəli rəydən görünür ki, 1994-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar olunmamışdır. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 20.04.2020-ci il tarixli 728 nömrəli rəydən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ qamış sümüyünün yuxarı ucunun sınığı; sağ diz oynağını əhatə edən qığırdağın zədələnməsi və qançır- şişkinlik halında əzilməsi bərk-küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 19.03.2020-ci il tarixdə piyada qismində hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir İş üzrə keçirilmiş məhkəmə-ballistik ekspertizasının 20.03.2020-ci il tarixli 3/155 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 5,45 mm kalibirli olmaqla, “Kalaşnikov” konstruksiyalı, “AK-74” modelli, “4588535” Ns-li, 1986-cı ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, döyüş təyinatlı yivli-odlu avtomat silahdır, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 5(beş) ədəd 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74”, "AKS-74”, “AKS-74U” modelli avtomatlarda “RPK-74”, əl pulemyotlarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yaralıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet “Kalaşnikov” konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibirli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır istifadəyə yararlıdır. Həmin rəydə həmçinin qeyd olunmuşdur ki, həmin patronlardan biri patrondan eksperimental atəşdə istifadə olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə-ballistik və trasoloji ekspertizasının 20.04.2020-ci il tarixli 3/295,3/413 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş “VAZ 2107” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qanadının aşağı hissəsində və yük yerinin ehtiyat təkəri saxlanan hissədə arakəsmənin üzərində zədələr vardır. Zədələrin ölçüsünə, morfoloji quruluşuna, material çatışmazlığına və bir-birinin davamı olmasına əsasən həmin zədələr giriş zədələri olmaqla odlu silahdan açılmış atəş nəticəsində soldan-sağa doğru istiqamətdə, diametri təxminin 9 mm kalibirli güllənin təsirindən yetirilməyə xarakterikdir, lakin zədələrə görə silahın növünü müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilən avtomobilin arxa sağ qanadının üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik iz və zədələr vardır, həmin iz və zədələr bərk küt predmetin təsirindən yaranmağa xarakterik sürtünmə və batıq zədələridir. İş üzrə keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 19.05.2020-ci il tarixli 915 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Nümayişkaranəlik, kobudluq, tez özündən çıxmaq, hövsələsizlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əməli törədərkən əqli və psixi inkişafı, intellektual imkanları nəzərə alınmaqla, öz hərəkətlərini idarə etmək, mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əməli törədərkən hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi- emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik (stress, psixi-emosional gərginlik, fizioljiaffketvəs.) yaranmamışdır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 29.06.2020-ci il tarixli 1786 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərzi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 13.04.2020-ci il tarixli tələbnamədən görünür ki, Gəncə Hərbi Məhkəməsinin 16 aprel 2014-cü il tarixli 1(095)- 085/2014 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2-ci maddələr ilə təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 7(yeddi) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 03 oktyabr 2013-cü il tarixdən hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli 1(101)- 896/2018 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5 (beş) il 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 fevral 2019-cu il tarixli 1(105)-69/2019cu il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli 1(101)-896/2018 nömrəli hökmü dəyişdirilmiş əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin məcəllənin 130.1-ci maddəsinə tövsif edilmiş, 9 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 22.02.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2019cu il tarixli 1(102)-932/2019-cu il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 fevral 2019-cu il tarixli 1(105)-69/2019-cu il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 19.03.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19.03.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 21.03.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 19.03.2020-ci il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, döyüş təyinatlı atəş açmaq üçün yararlı olan “4588535” N-li “Kalaşnikov” konstruksiyalı yivli-odlu avtomat silahını, habelə onun komplekt hissəsi olan 1 ədəd sandıqçanı və döyüş sursatı hesab edilən 4 ədəd patronAbşeron RPİ-nin saxlancına təhvil verilmiş və bir ədəd disk isə cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 228.1, 127.2.1 və 315-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 19.03.2020-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 616 manat 23 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, döyüş təyinatlı atəş açmaq üçün yararlı olan “4588535” N-li “Kalaşnikov” konstruksiyalı yivli-odlu avtomat silahını, habelə onun komplekt hissəsi olan 1 ədəd sandıqçanı və döyüş sursatı hesab edilən 4 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan vəkil bürosunun müdafiəçisi vəkil X2 60 saat göstərdiyi hüquqi yardıma görə 360 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19.03.2020-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 616 manat 23 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, döyüş təyinatlı atəş açmaq üçün yararlı olan “4588535” N-li “Kalaşnikov” konstruksiyalı yivli-odlu avtomat silahını, habelə onun komplekt hissəsi olan 1 ədəd sandıqçanı və döyüş sursatı hesab edilən 4 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan vəkil bürosunun müdafiəçisi vəkil X2 60 saat göstərdiyi hüquqi yardıma görə 360 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-80/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-80/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver