Məhkəmə qərarları › İş №1(012)-80/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-80/2022

05.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-80/2022 05.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Rəfiyеv Оqtаy Yusif oğlunun, Fətəliyеv Nаil Sаdıх oğlunun, İsаzаdə Аnаr Nаmiq oğlunun, təqsirləndirilən şəxs Qаsımоv Vüsаl Cаvid oğlunun və onun müdafiəçisi, vəkil Müdafiəçi2, təqsirləndirilən şəxs Məmmədоv Nicаt Əliхаn oğlunun və onun müdafiəçisi, vəkil X3 iştirakı ilə xx xxxx 1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu H.Əliyev prospekti, ev 89-da qeydiyyatda olan və Abşeron rayonu, Novxanı kəndi yeni məhəllədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Qаsımоv Vüsаl Cаvid oğlunun və xx xxxxxx 2002-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Qovlar şəhəri Vağzal küçəsi, ev 48, mənzil 2-də qeydiyyatda olan və Abşeron rayonu, Novxanı kəndi Z.Əliyeva küçəsində yerləçən fərdi evdə yaşayan, barəsində bаşqа yеrə gеtməmək hаqqındа iltizаm qətimkan tədbiri sеçilmiş Məmmədоv Nicаt Əliхаn oğlunun Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Qаsımоv Vüsаl Cаvid oğlu tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 22.02.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə, sonra isə həyətdə olan yarımçıq tikilinin dəmir qapısının üzərindəki asma qıfılı özləri ilə gətirdikləri dəmir linqlə sındırıb, saxlanc yerinə qanunsuz daxil olaraq, oradan 01 ədəd 900 manat dəyərində «Arçelik» markalı kondinsioner, 01 ədəd 1300 manat dəyərində «Mitsubishi» markalı kondisioner, 01 ədəd 350 manat dəyərində «Vilo» markalı elektrik su mühərriki, 01 ədəd 650 manat dəyərində hovuzun filtir sisteminin elektrik su mühərriki, 10 manat dəyərində 01 ədəd “Vitek” markalı, “VT-1940B” model ehtiyat hissəsi kimi soyuducunun üst qapağı, 01 ədəd 60 manat dəyərində “Euromax” markalı, 1600 W-luq taxta kəsən elektrik aparatı, hər birinin dəyəri 10 manat olmaqla, ümumilikdə 20 manat dəyərində 02 ədəd silah formalı alışqanlar, 01 ədəd 40 manat dəyərində “Arnica”, “Merlin” modelli, 1000 W-luq markalı tozsoran, 20 manat dəyərində bir ədəd taxta materialından olan, kvadrat formalı, orta ölçülü mücrü, 01 ədəd 1000 manat dəyərində sarı rəngli bürünc materialdan olan qədim odun samovarı, bundan sonra evin birinci mərtəbəsində yerləşən qonaq otağının plastik pəncərəsini dəmir linqlə açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq, qonaq otağından 120 manat dəyərində Koreya istehsalı olan “LG“ markalı “Flatron” M2362A-PT” model, 23 düym, 58 dioqanallı televizor, 40 manat dəyərində üzərində “Azerbaijan” yazıları olan, Azərbaycan xəritəsi əks olunmuş suvenir çərçivə, 01 ədəd 15 manat dəyərində “Wolf” markalı, “YPZ model” elektrik ütü, evin mətbəxindən 01 ədəd 80 manat dəyərində elektrik ət çəkən maşın, 01 ədəd 80 manat dəyərində elektrik samovarı və evin zirzəmisinin dəmir qapısının üzərində olan asma qıfılı dəmir linglə sındırıb, saxlanc yerinə qanunsuz daxil olaraq, oradan bir ədəd 70 manat dəyərində elektrik laqondanı gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 4755 (dörd min yeddi yüz əlli beş) manat məbləğində ziyan vurmaqla yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Bundan başqa Qаsımоv Vüsаl Cаvid oğlu tamah niyyəti ilə təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 14.03.2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi, Xəqani küçəsində yerləşən fərdi evinə nəfəslikdən girməklə qanunsuz içəri daxil olub evdən 1 ədəd 100 manat dəyərində internet modemini, 1 ədəd 75 manat dəyərində ütünü, 1 ədəd 80 manat dəyərində “EuroMerss” markalı elektrik ət çəkən maşını, 30 manat dəyərində 1 komplekt ağacları calaq etmək üçün nəzərdə tutulmuş bağ qayçısını, 1 ədəd 20 manat dəyərində bağ qayçısını, 1 ədəd 10 manat dəyərində bağ qayçısını, 1 ədəd 15 manat dəyərində bağ qayçısını, 1 ədəd 50 manat dəyərində açar dəstini, 2 ədəd hər biri 20 manat dəyərində ümumilikdə 40 manat dəyərində “VAZ” markalı qıfıl dəstini, 1 ədəd 20 manat dəyərində evin giriş darvazasının pultunu, 2 ədəd hər biri 50 manat dəyərində ümumilikdə 100 manat dəyərində saç qurudanları, 1 ədəd 30 manat dəyərində “Sokany” markalı elektrikli mikser aparatını, 1 ədəd 100 manat dəyərində şirə çəkən maşını gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 670 manat məbləğində ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Bundan başqa Qаsımоv Vüsаl Cаvid oğlu tamah niyyəti ilə təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 mart 2021-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Novxanı kəndi, yeni məhəllədə yerləşən fərdi bağ evinin ikinci mərtəbəsində hamam otağının plastik pəncərəsini vintaçanla açmaqla qanunsuz içəri daxil olaraq oradan sonuncuya məxsus 2000 manat dəyərində 02 ədəd palaz, 01 ədəd qırmızı rəngli 100 manat dəyərində “HP” markalı notebook kompyuter, 01 ədəd diplomatda 70 manat dəyərində çəngəl-bıçaq dəsti, 01 ədəd 100 manat dəyərində iki elementli blender aparatını, 01 ədəd 50 manat dəyərində rəqəmli qıfıllı diplomat (içərisində çoxlu təsbehlər və fotoaparat), 01 ədəd 50 manat dəyərində şüşə qəlyan, 50 manat dəyərində 01 ədəd süvenir qılınc, 30 manat dəyərində 01 ədəd suvenir xəncər, 60 manat dəyərində 01 ədəd qara rəngli kofe servisi, 44 ədəd 88 manat dəyərində boşqabları, 60 manat dəyərində iki ədəd qazan və bir ədəd tavanı, 01 ədəd 30 manat dəyərində çantanı, 01 ədəd 30 manat dəyərində şurup naborunu, 01 ədəd 70 manat dəyərində calaq alətini, 50 manat dəyərində çəkici, açar, otverkanı, 01 ədəd BASSO markalı 700 manat dəyərində velosipedi, 120 manat dəyərində 01 balon balı, beş şüşə 270 manat dəyərində spirtli içkiləri, 36 manat məbləğində 12 ədəd billur badə (bokal), 01 ədəd 120 manat dəyərində 8 litr tutumlu samovar və 01 ədəd 150 manat dəyərində üzərində “Yaquar” markalanma yazısı olan tikiş maşınını gizli talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 4234 (dörd min iki yüz otuz dörd) manat məbləğində ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Bundan başqa Qаsımоv Vüsаl Cаvid oğlu tamah niyyəti ilə təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 mart 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 Sadiq oğluna məxsus Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən fərdi evinin ikinci mərtəbəsində olan eyvanın qapısını vintaçanla açmaqla qanunsuz içəri daxil olaraq evin 3-cü mərtəbəsində hər birinin dəyəri 400 manat olan ümumi 800 manat dəyərində 2 ədəd 2x1 ölçüdə olan xalça, hər biri 250 manat olan ümumi 500 manat dəyərində 2 ədəd 2x1 ölçüdə olan ipək xalça, bir ədəd 50 manat dəyərində olan işıq fanarı, bir ədəd 300 manat dəyərində “Samsung” markalı planşeti, bir ədəd 140 manat dəyərində “Royal” markalı perefarator, bir ədəd 40 manat dəyərində vintaçan dəsti, bir ədəd 250 manat dəyərində qayçı, kəlbətin, bıçaq dəsti, bir ədəd 20 manat dəyərində balta, bir ədəd 500 manat dəyərində samovar, bir ədəd 100 manat dəyərində Fransız ətir dəsti, hər birini dəyəri 200 manat olan ümumi 1000 manat dəyərində 5 ədəd .750 qram olan viski, bir dəst 150 manat dəyərində suvenir qılınc, bir ədəd 150 manat dəyərində klaviaturalı musiqili alət, bir ədəd 70 manat dəyərində paltar qurudan, bir ədəd 150 manat dəyərində qazan dəstini, 40 manat dəyərində 1 ədəd 8 seksiyalı istilik radiatroru, 2 ədəd 200 manat dəyərinfə baqaj tipli çanta, 3 ədəd 150 manat dəyərində orta ölçülü qazan, 30 manat dəyərində bir ədəd 300 W-luq lampa, 25 manat dəyərində 1 ədəd uşaq oyuncağı (gitara), 120 manat dəyərinfə bir ədəd üzərində “Frutiolmica” markalanma yazısı olan elektrik kartof qızardan aparatı və 1400 manat dəyərində “Sony” markalı fotoaparatı gizli talayıb Zərərçəkmiş şəxs2 Sadiq oğluna ümumilikdə 6185 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Məmmədоv Nicаt Əliхаn oğlu tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 22.02.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə, sonra isə həyətdə olan yarımçıq tikilinin dəmir qapısının üzərindəki asma qıfılı özləri ilə gətirdikləri dəmir linqlə sındırıb, saxlanc yerinə qanunsuz daxil olaraq, oradan 01 ədəd 900 manat dəyərində «Arçelik» markalı kondinsioner, 01 ədəd 1300 manat dəyərində «Mitsubishi» markalı kondisioner, 01 ədəd 350 manat dəyərində «Vilo» markalı elektrik su mühərriki, 01 ədəd 650 manat dəyərində hovuzun filtir sisteminin elektrik su mühərriki, 10 manat dəyərində 01 ədəd “Vitek” markalı, “VT-1940B” model ehtiyat hissəsi kimi soyuducunun üst qapağı, 01 ədəd 60 manat dəyərində “Euromax” markalı, 1600 W-luq taxta kəsən elektrik aparatı, hər birinin dəyəri 10 manat olmaqla, ümumilikdə 20 manat dəyərində 02 ədəd silah formalı alışqanlar, 01 ədəd 40 manat dəyərində “Arnica”, “Merlin” modelli, 1000 W-luq markalı tozsoran, 20 manat dəyərində bir ədəd taxta materialından olan, kvadrat formalı, orta ölçülü mücrü, 01 ədəd 1000 manat dəyərində sarı rəngli bürünc materialdan olan qədim odun samovarı, bundan sonra evin birinci mərtəbəsində yerləşən qonaq otağının plastik pəncərəsini dəmir linqlə açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq, qonaq otağından 120 manat dəyərində Koreya istehsalı olan “LG“ markalı “Flatron” M2362A-PT” model, 23 düym, 58 dioqanallı televizor, 40 manat dəyərində üzərində “Azerbaijan” yazıları olan, Azərbaycan xəritəsi əks olunmuş suvenir çərçivə, 01 ədəd 15 manat dəyərində “Wolf” markalı, “YPZ model” elektrik ütü, evin mətbəxindən 01 ədəd 80 manat dəyərində elektrik ət çəkən maşın, 01 ədəd 80 manat dəyərində elektrik samovarı və evin zirzəmisinin dəmir qapısının üzərində olan asma qıfılı dəmir linglə sındırıb, saxlanc yerinə qanunsuz daxil olaraq, oradan bir ədəd 70 manat dəyərində elektrik laqondanı gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 4755 (dörd min yeddi yüz əlli beş) manat məbləğində ziyan vurmaqla yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Bundan başqa Məmmədоv Nicаt Əliхаn oğlu tamah niyyəti ilə təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Təqsirləndirilən şəxs2ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 14.03.2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi, Xəqani küçəsində yerləşən fərdi evinə nəfəslikdən girməklə qanunsuz içəri daxil olub evdən 1 ədəd 100 manat dəyərində internet modemini, 1 ədəd 75 manat dəyərində ütünü, 1 ədəd 80 manat dəyərində “EuroMerss” markalı elektrik ət çəkən maşını, 30 manat dəyərində 1 komplekt ağacları calaq etmək üçün nəzərdə tutulmuş bağ qayçısını, 1 ədəd 20 manat dəyərində bağ qayçısını, 1 ədəd 10 manat dəyərində bağ qayçısını, 1 ədəd 15 manat dəyərində bağ qayçısını, 1 ədəd 50 manat dəyərində açar dəstini, 2 ədəd hər biri 20 manat dəyərində ümumilikdə 40 manat dəyərində “VAZ” markalı qıfıl dəstini, 1 ədəd 20 manat dəyərində evin giriş darvazasının pultunu, 2 ədəd hər biri 50 manat dəyərində ümumilikdə 100 manat dəyərində saç qurudanları, 1 ədəd 30 manat dəyərində “Sokany” markalı elektrikli mikser aparatını, 1 ədəd 100 manat dəyərində şirə çəkən maşını gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 670 manat məbləğində ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Bundan başqa Məmmədоv Nicаt Əliхаn oğlu tamah niyyəti ilə təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 mart 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 Sadiq oğluna məxsus Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən fərdi evinin ikinci mərtəbəsində olan eyvanın qapısını vintaçanla açmaqla qanunsuz içəri daxil olaraq evin 3-cü mərtəbəsində hər birinin dəyəri 400 manat olan ümumi 800 manat dəyərində 2 ədəd 2x1 ölçüdə olan xalça, hər biri 250 manat olan ümumi 500 manat dəyərində 2 ədəd 2x1 ölçüdə olan ipək xalça, bir ədəd 50 manat dəyərində olan işıq fanarı, bir ədəd 300 manat dəyərində “Samsung” markalı planşeti, bir ədəd 140 manat dəyərində “Royal” markalı perefarator, bir ədəd 40 manat dəyərində vintaçan dəsti, bir ədəd 250 manat dəyərində qayçı, kəlbətin, bıçaq dəsti, bir ədəd 20 manat dəyərində balta, bir ədəd 500 manat dəyərində samovar, bir ədəd 100 manat dəyərində Fransız ətir dəsti, hər birini dəyəri 200 manat olan ümumi 1000 manat dəyərində 5 ədəd .750 qram olan viski, bir dəst 150 manat dəyərində suvenir qılınc, bir ədəd 150 manat dəyərində klaviaturalı musiqili alət, bir ədəd 70 manat dəyərində paltar qurudan, bir ədəd 150 manat dəyərində qazan dəstini, 40 manat dəyərində 1 ədəd 8 seksiyalı istilik radiatroru, 2 ədəd 200 manat dəyərinfə baqaj tipli çanta, 3 ədəd 150 manat dəyərində orta ölçülü qazan, 30 manat dəyərində bir ədəd 300 W-luq lampa, 25 manat dəyərində 1 ədəd uşaq oyuncağı (gitara), 120 manat dəyərinfə bir ədəd üzərində “Frutiolmica” markalanma yazısı olan elektrik kartof qızardan aparatı və 1400 manat dəyərində “Sony” markalı fotoaparatı gizli talayıb Zərərçəkmiş şəxs2 Sadiq oğluna ümumilikdə 6185 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Bundan başqa Məmmədоv Nicаt Əliхаn oğlu Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 mart 2021 -ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Novxanı kəndi, yeni məhəllədə yerləşən fərdi bağ evinin ikinci mərtəbəsində hamam otağının plastik pəncərəsini vintaçanla açmaqla qanunsuz içəri daxil olaraq oradan sonuncuya məxsus 2000 manat dəyərində 02 ədəd palaz, 01 ədəd qırmızı rəngli 100 manat dəyərində “İİP” markalı notebook kompyuter, 01 ədəd diplomatda 70 manat dəyərində çəngəl-bıçaq dəsti, 01 ədəd 100 manat dəyərində iki elementli blender aparatını, 01 ədəd 50 manat dəyərində rəqəmli qıfıllı diplomat (içərisində çoxlu təsbehlər və fotoaparat), 01 ədəd 50 manat dəyərində şüşə qəlyan, 50 manat dəyərində 01 ədəd süvenir qılınc, 30 manat dəyərində 01 ədəd suvenir xəncər, 60 manat dəyərində 01 ədəd qara rəngli kofe servisi, 44 ədəd 88 manat dəyərində boşqabları, 60 manat dəyərində iki ədəd qazan və bir ədəd tavanı, 01 ədəd 30 manat dəyərində çantanı, 01 ədəd 30 manat dəyərində şurup naborunu, 01 ədəd 70 manat dəyərində calaq alətini, 50 manat dəyərində çəkici, açar, otverkanı, 01 ədəd BASSO markalı 700 manat dəyərində velosipedi, 120 manat dəyərində 01 balon balı, beş şüşə 270 manat dəyərində spirtli içkiləri, 36 manat məbləğində 12 ədəd billur badə (bokal), 01 ədəd 120 manat dəyərində 8 litr tutumlu samovar və 01 ədəd 150 manat dəyərində üzərində “Yaquar” markalanma yazısı olan tikiş maşınını gizli talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 4234 (dörd min iki yüz otuz dörd) manat məbləğində miqdarda ziyan vurmaqla yaşavıç sahəsinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Qаsımоv Vüsаl Cаvid oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Novxanı kəndi yeni məhəllədə ailə üzvləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, bacısı Vüsalə ailəsi ilə birlikdə Abşeron rayonu, Novxanı kəndində ailəsi ilə birlikdə yaşayır. Vüsalənin əri İlhamın bacısı oğlu Təqsirləndirilən şəxs1 da bir neçə ildir İlhamgilnən birlikdə yaşayır. O, hərdən İlham gilə gedib-gəlmiş və Nicatla da qohum kimi münasibəti yaxşı olmuşdur. Nicat Abşeron rayonu, Novxanı kəndində Nail adlı şəxsin bağ evini mühafizə etmişdir. Bildirmişdir ki, onların maddi vəziyyəti yaxşı olmadığına görə Abşeron rayonu, Novxanı kəndində yerləşən evdən oğurluq etmək qərarında gəlmişlər. Bu səbəbdən onlar 22.02.2021-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsində yerləşən sonradan adını Zərərçəkmiş şəxs3 bildiyi şəxsə məxsus evin həyətinə hasardan tullanmaq yolu ilə keçmişlər. İlk öncə onlar həyətdə yerləşən yardımçı tikilinin dəmir qapısının üzərində olan asma qıfılı özləri ilə gətirdikləri dəmir linglə sındırmışlar, daha sonra həmin qapıdan oryaya daxil olmuşlar. Tikilidə divardan asılmış 01 ədəd işlənmiş «Arçelik» markalı kondisioneri, döşəmənin üzərində qutuda olan 01 ədəd təzə «Mitsubishi» markalı kondisioneri götürüb oradan həyətdə çıxardıb hasarın kənarına yığmışlar. Bundan sonra döşəmənin üzərindən 01 ədəd «Vilo» markalı su matorunu, 01 ədəd filtir sisteminin su matorunu, 01 ədəd “Vitek” markalı maşın üçün soyuducunun üst qapağını, 01 ədəd “Euromax” markalı taxta kəsən aparatı, 02 ədəd silah formalı alışqanları, 01 ədəd “Arnica” markalı tozsoranı, 01 ədəd taxta materialdan olan mücrünü və rəngli samovarı da götürüb, hasarın kənarına yığmışlar. Daha sonra evin birinci mərtəbəsində yerləşən qonaq otağının plastik pəncərəsini həmin linglə sıxıb açaraq, pəncərədən evə daxil olmuşlar. Evin qonaq otağından 01 ədəd “LG“ markalı televizoru, 01 ədəd “Wolf” markalı ütünü, divardan asılmış 01 ədəd Azərbaycan xəritəsini, evin mətbəxindən isə 01 ədəd ət çəkən maşını və 01 ədəd elektirik samovarı da götürüb hasarın kənarına yığmışlar. Bundan sonra onlar evin zirzəmisinə düşmüşlər. Zirzəminin dəmir qapısının üzərində olan asma qıfılı da sındırıb, həmin qapıdan içəri daxil olub oradan 01 ədəd laqondanı da götürmüşlər. Oğurladıqları əşyaları hamısını o, Vüsal ilə Novxanı kəndində yaşadığı evə aparmışlar. Daha sonra həmin əşayların bir qismini Abşeron rayonu, Xırdalan dairəsi deyilən yerdən tanımadıqları şəxsə 500 manat məbləğində satmışlar və əldə etdikləri pulu Nicatla aralarında bölərək, öz ehtiyaclarına xərcləmişlər. Qalan əşyalar isə, yəni 01 ədəd “Euromax” markalı taxta kəsən aparat, “Wolf” markalı ütü, 01 ədəd taxta mücrü, 01 ədəd “Vitek” markalı maşın üçün soyuducunun üst qapağı, 01 ədəd “LG“ markalı televizor, 01 ədəd Azərbaycan xəritəsini isə Nicat yaşadığı evinə aparmışdır. Bundan başqa təxminən 2021-ci ilin mart ayının əvvəllərində onlar Abşeron rayonu, Novxanı kəndində sahibsiz bağ evlərindən oğurluq etmək qərarına gəlmişlər. 14.03.2021-ci il tarixdə saat 01 radələrində Nicat ilə birlikdə Abşeron rayonu, Novxanı kəndində Nicatın evini mühafizə etdiyi Nail adlı şəxsin bağ evinin yaxınlığında yaşayan Muxtar adlı şəxsin bağ evinin həyətinə keçmişlər. Həmin vaxt o, Nicatın mühafizə etdiyi evin həyətindən nərdivan gətirmişdir. O, həmin nərdivanı Muxtarın evinin arxa hissəsində divara söykəyib yuxarı çıxmişdir. Bundan sonra evin nəfəsliyinin dəmir barmaqlığını dartaraq sındırıb Nicata vermişdir. Nicat da həmin barmaqlığı yerə atmışdır. Bundan sonra o, həmin nəfəsliyin pəncərəsini açaraq evə daxil olmuşdur. Nicat da onun arxasınca nərdivana çıxaraq nəfəslikdən evə daxil olmuşdur. onlar evin otaqlarını gəzməyə başlamışlar. Nicat evin ikinci mərtəbəsinə qalxmış, o, isə birinci mərtəbədə qiymətli əşya axtarmağa başlamışdır. Bir qədər sonra Nicat əlində internet modemi gətirmişdir. Bundan sonra onlar evin birinci mərtəbəsində olan mətbəxə daxil olmuşlar. Mətbəxdə olan 1 ədəd markası dəqiq yadında qalmayan ütünü, 1 ədəd “EuroMerss” markalı elektrikli ət çəkən maşını, 1 komplekt ağacları calaq etmək üçün nəzərdə tutulmuş bağ qayçısını, 3 ədəd bağ qayçılarını, 1 ədəd açar dəstini, 2 ədəd Vaz markalı qıfıl dəstini, 1 ədəd qapı üçün nəzərdə tutulmuş açar pultunu, 2 ədəd markasını xatırlamadığı saç qurudan fenləri, 1 ədəd “Sokany” markalı elektrikli mikser aparatını, 1 ədəd markasını xatırlamadığı şirə çəkən maşını götürmüşlər. Bundan sonra həmin əşyaları mətbəxdən götürdükləri sellofana yığmışlar. Daha sonra evin içərisində giriş qapısının yanında olan dolabın siyirməsini açmışlar. Həmin yerdə olan açarların içərisindən giriş qapısının açarını tapıb qapını açaraq evdən çıxmışlar. Bundan sonra oğurladıqları əşyaları Nicatın mühafizə etdiyi evə aparıb həmin evdə nəzərdə tutulmuş mühafizə otağına yığmışlar. Bundan sonra sağollaşıb ayrılmışlar. Səhəri gün, yəni 15.03.2021-ci il tarixdə Nicatla mühafizəçi işlədiyi evdə görüşmüşlər. Muxtarın evindən oğurladıqları əşyaları aralarında bölüşdürmüşlər. O, 1 ədəd “EuroMerss” markalı elektrikli ət çəkən maşını, 1 ədəd “Sokany” markalı elektrikli mikser aparatını və açar dəstini götürmüşdür. Qalan əşyaları isə Nicat götürmüşdür. O, payına düşən qeyd etdiyi əşyaları götürərək çıxıb getmişdir. Həmin əşyaların hissəsini Bakı şəhəri ərazisində tanımadığı şəxslərə satıb əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa 2021-ci ilin mart ayının əvvəllərində o, Nicatın işlədiyi bağ evinə gəlmiş və Nicat Nail adlı şəxsin evinin dəmir barmaqlığını qırıb evdən oğurluq etmək istədiyini bildirmişdir. O, Nicata kömək edib Nailin evinin pəncərəsinin dəmir barmaqlığını qırıb evə daxil olub oradan 4 ədəd xalça, 1 ədəd işıq fanarı, 1 ədəd planşet, 1 ədəd peraparator, qayçı, bıçaq, kəlbətin dəsti, balta dəsti, 1 ədəd samavar, 5 ədəd visqi, 1 ədəd klaviaturalı musiqili alətini oğurlayıb qaldığı evinə aparmışdır. Bundan bir neçə gün sonra Nicat Nailin evinin qonşuluğunda yerləşən Oqtay adlı şəxsin bağ evinə oğurluq etmək üçün daxil olmalarını təklif etmiş və o, Nicatın təklifi ilə razılaşmışdır. 19.03.2021-ci il tarixdə saat 03 radələrində Nicatla birlikdə Abşeron rayonu, Novxanı kəndində Nicatın həyətini mühafizə etdiyi Nail adlı şəxsin bağ evinin həyətindən Oqtay adlı şəxsin bağ evinin həyətinə keçmişlər. Həmin vaxtı Oqtayın evinin arxasındakı hovuzun üstünə qalxmışlar və orada hamam otağının plastik pəncərəsini o, özü ilə götürdüyü vint açanla açmış və onlar oradan evə daxil olmuşlar. Evin 2-ci mərtəbəsində olan otaqlardan birindən 2 ədəd palaz, 01 ədəd qılınc, 01 ədəd xəncər, 01 ədəd foto aparat, mətbəxdən çəngəl-qaşıq naboru, qazan dəsti, boşqablar, çay dəsgahı avadanlığı, 01 ədəd samovar, 01 ədəd blender sok çəkən aparatını, dəlizdən notbuuk kompyuteri, qonaq otağından 01 ədəd qəlyan dəsgahını, şkafdan 01 şüşə konyak, iki şüşə viski, 01 şüşə arağı və dəhlizdən 01 ədəd velosipedi götürüb evin ikinci mərtəbəsinə qaldırmışlar və eyvana çıxan açarı üstündə olan plastik qapını açmışdır. Sonra orada güzgülü dolabın qarşısında olan açarı götürüb eyvana açılan dəmir dəmir barmaqlıq qapının qıfılını açmışdır. Oğurladığı malları oradan eyvana yığmışlar və o, qapının qıfıllarını bağlamışdır. Onlar oğurladıqları əşyaları kəndirlə 2-ci mərtəbədən aşağı düşürmüşlər və həyətə daxil olduqları yerdən malları küçəyə çxarıb taksi sifariş etmişlər. Nicat velosipedi, notbuuk kompyuterini və əşyalardan bir neçəsini götürmüşdür. Qalan əşyaları o, taksi ilə Abşeron rayonu, Novxanı kəndində kirayə yaşadığı evə aparıb yığmışdır. Nicat sonradan velosipedi satdığını bildirmişdir. O da öz payına düşən əşyaların hissəsini isə Bakı şəhəri ərazisində tanımadığı şəxslərə satıb əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa təxminən 22 mart 2021-ci il tarixdə o, Nicatın gözətçi işlədiyi Nailin bağına gedərkən orada bir ədəd araq və silah görmüşdür. Nicatdan soruşmuşdur ki, “bu silahı haradan götürmüsən”. Nicat ona bildirmişdir ki, “dünən Şamxalla birgə Nailin evinə girib oğurlamışıq”. O, Nicata bildirmişdir ki, “silah sənə problem yaradar”. Sonra isə silahı götürüb aparıb öz yerinə qoymuş arağı götürüb özü ilə öz evinə aparmışdır.Sonra Nicat ona zəng vurub bildirmişdir ki, “Şamxal arağı özü oğurlayıb bəs nə üçün Vüsal arağı özü ilə aparıb”. O, isə Nicata bildirmişdir ki, arağı özü içmişdir. Evində olan oğurladığı əşyaları polis əməkdaşlarına təhvil vermişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məmmədоv Nicаt Əliхаn oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Novxanı kəndi, Z.Əliyeva küçəsində yaşayan dayısı X5 evində qalmışdır. Dayısı İlhamın qayını Təqsirləndirilən şəxs2 da Abşeron rayonu, Novxanı kəndində kirayədə yaşayır. Vüsal dayısı gilə gəlib-getmişdir. Qohu kimi Vüsalla münasibəti yaxşı olmuş və Vüsalla birlikdə yoldaşlıq etmişlər. Həmçinin Abşeron rayonu, Novxanı kəndində onlarla qonşuluqda yaşayan X6 da onlarla dostluq edib birlikdə gəzmişdir. Bildirmişdir ki, onların maddi vəziyyəti yaxşı olmadığına görə yaşadığı Abşeron rayonu, Novxanı kəndində yerləşən evdən oğurluq etmək qərarında gəlmişlər. Bu səbəbdən onlar 22.02.2021-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsində yerləşən sonradan adını Zərərçəkmiş şəxs3 bildiyi şəxsə məxsus evin həyətinə hasardan tullanmaq yolu ilə keçmişlər. İlk öncə onlar həyətdə yerləşən yardımçı tikilinin dəmir qapısının üzərində olan asma qıfılı özləri ilə gətirdiyi dəmir linglə sındırmışlar, daha sonra həmin qapıdan oryaya daxil olmuşlar. Tikilidə divardan asılmış 01 ədəd işlənmiş «Arçelik» markalı kondisioneri, döşəmənin üzərində qutuda olan 01 ədəd təzə «Mitsubishi» markalı kondisioneri götürüb, oradan həyətdə çıxardıb hasarın kənarına yığmışlar. Bundan sonra döşəmənin üzərindən 01 ədəd «Vilo» markalı su matorunu, 01 ədəd filtir sisteminin su matorunu, 01 ədəd “Vitek” markalı maşın üçün soyuducunun üst qapağını, 01 ədəd “Euromax” markalı taxta kəsən aparatı, 02 ədəd silah formalı alışqanları, 01 ədəd “Arnica” markalı tozsoranı, 01 ədəd taxta materialdan olan mücrünü və rəngli samovarı da götürüb, hasarın kənarına yığmışlar. Daha sonra evin birinci mərtəbəsində yerləşən qonaq otağının plastik pəncərəsini həmin linglə sıxıb açaraq, pəncərədən evə daxil olmuşlar. Evin qonaq otağından 01 ədəd “LG“ markalı televizoru, 01 ədəd “Wolf” markalı ütünü, divardan asılmış 01 ədəd Azərbaycan xəritəsini, evin mətbəxindən isə 01 ədəd ət çəkən maşını və 01 ədəd elektirik samovarı da götürüb hasarın kənarına yığmışlar. Bundan sonra onlar evin zirzəmisinə düşmüşlər, zirzəminin dəmir qapısının üzərində olan asma qıfılı da sındırıb, həmin qapıdan içəri daxil olmuşlar və oradan 01 ədəd laqondanı da götürmüşlər. Oğurladıqları əşyaların hamısını o, Vüsalla bir yerdə Abşeron rayonu, Novxanı kəndində yaşadığı evə aparmışlar, daha sonra həmin əşayların bir qismini Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi deyilən yerdə tanımadığı şəxsə 500 manat məbləğində satmışlar və əldə etdikləri pulu Vüsalla öz aralarında bölərək, öz ehtiyaclarına xərcləmişlər. Qalan əşyalar isə, yəni 01 ədəd “Euromax” markalı taxta kəsən aparat, 02 ədəd silah formalı alışqanlar, 01 ədəd “Arnica” markalı tozsoran, 01 ədəd “Wolf” markalı ütü, 01 ədəd taxta mücrü, 01 ədəd “Vitek” markalı maşın üçün soyuducunun üst qapağı, 01 ədəd “LG“ markalı televizor, 01 ədəd Azərbaycan xəritəsini isə öz evində saxlamışdır. Bundan başqa təxminən 2021-ci ilin mart ayının əvvəllərində Vüsal Abşeron rayonu, Novxanı kəndində sahibsiz bağ evlərindən oğurluq etməyini ona təklif etmiş və o, Vüsalın təklifi ilə razılaşmışdır. 14.03.2021-ci il tarixdə saat 01 radələrində Vüsal ilə birlikdə o, Abşeron rayonu, Novxanı kəndində həyətini mühafizə etdiyi Nail adlı şəxsin bağ evinin yaxınlığında yaşayan Muxtar adlı şəxsin bağ evinin həyətinə keçmişlər. Həmin vaxt Vüsal onun mühafizə etdiyi evin həyətindən nərdivan gətirmişdir. Vüsal həmin nərdivanı Muxtarın evinin arxa hissəsində divara söykəyib yuxarı çıxmışdır. Vüsal evin nəfəsliyinin dəmir barmaqlığını dartaraq sındırıb ona vermişdir. O da həmin barmaqlığı yerə atmışdır. Bundan sonra Vüsal həmin nəfəsliyin pəncərəsini açaraq evə daxil olmuşdur. O da Vüsalın arxası ilə nərdivana çıxaraq nəfəslikdən evə daxil olmuşdur. Onlar evin otaqlarını gəzməyə başlamışlar. O, evin ikinci mərtəbəsinə qalxmışdır. Evin ikinci mərtəbəsində otağın pəncərəsinin altlığının üzərində olan internet modemini götürmüşdür. Bundan sonra o, aşağı birinci mərtəbəyə düşmüşdür. Onlar evin birinci mərtəbəsində olan mətbəxə daxil olmuşlar. Mətbəxdə olan 1 ədəd markası dəqiq yadında qalmayan ütünü, 1 ədəd “EuroMerss” markalı elektrikli ət çəkən maşını, 1 komplekt ağacları calaq etmək üçün nəzərdə tutulmuş bağ qayçısını, 3 ədəd bağ qayçılarını, 1 ədəd açar dəstini, 2 ədəd Vaz markalı qıfıl dəstini, 1 ədəd qapı üçün nəzərdə tutulmuş açar pultunu, 2 ədəd markasını xatırlamadığı saç qurudan fenləri, 1 ədəd “Sokany” markalı elektrikli mikser aparatını, 1 ədəd markasını xatırlamadığı şirə çəkən maşını götürmüşlər. Bundan sonra həmin əşyaları mətbəxdən götürdükləri selofana yığmışlar. Daha sonra evin içərisində giriş qapısının yanında olan dolabın siyirməsini açmışlar. Həmin yerdə olan açarların içərisindən giriş qapısının açarını tapıb qapını açaraq evdən çıxmışlar. Bundan sonra oğurladıqları əşyaları onun mühafizə etdiyi evə aparıb həmin evdə nəzərdə tutulmuş mühafizə otağına yığmışlar. Bundan sonra sağollaşıb ayrılmışlar. Səhəri gün, yəni 15.03.2021-ci il tarixdə Vüsal ilə mühafizəçi işlədiyi evdə görüşmüşlər. Muxtarın evindən oğurladığı əşyaları aralarında bölüşdürmüşlər. Vüsal 1 ədəd “EuroMerss” markalı elektrikli ət çəkən maşını, 1 ədəd “Sokany” markalı elektrikli mikser aparatını və açar dəstini götürmüşdür. Qalan əşyaları isə o, götürmüşdür. Vüsal payına düşən qeyd etdiyi əşyaları götürərək çıxıb getmişdir. O da həmin əşyaları atasının avtomobili ilə Tovuz rayonuna göndərmişdir. Bundan başqa 19.03.2021-ci il tarixdə saat 03 radələrində Vüsalla birlikdə o, Abşeron rayonu, Novxanı kəndində həyətini mühafizə etdiyi Nail adlı şəxsin bağ evinin həyətindən Oqtay adlı şəxsin bağ evinin həyətinə keçmişlət. Həmin vaxtı Oqtayın evinin arxasındakı hovuzun üstünə qalxmışlarq və orada hama otağının plastik pəncərəsini Vüsal özü ilə götürdüyü otverka ilə açmış və onlar oradan evə daxil olmuşlar. Evin 2-ci mərtəbəsində olan otaqlardan birindən 2 ədəd palaz, 01 ədəd qılınc, 01 ədəd xəncər, 01 ədəd foto aparat, mətbəxdən çəngəlqaşıq naboru, qazan dəsti, boşqablar, çay dəsgahı avadanlığı, 01 ədəd samovar, 01 ədəd blender sok çəkən aparatını, dəlizdən notbuk kompyuteri, qonaq otağından 01 ədəd qəlyan dəsgahını, şkafdan 01 şüşə konyak, iki şüşə viski spirtli içkisini və dəhlizdən 01 ədəd velosipedi götürüb evin ikinci mərtəbəsinə qaldırmışlar və Vüsal otveka ilə eyvana çıxan plastik qapını açmışdır. Sonra orada güzgü servantın qarşısında olan açarı götürüb eyvaana açılan dəmir dəmir barmaqlıq qapının qıfılını açmışlar. Oğurladığı malları oradan eyvana yığmışlar və Vüsal qapının qıfıllarını bağlamışdır. Onlar oğurladığı əşyaları kəndirlə 2-ci mərtəbədən aşağı düşürmüşlər və həyətə daxil olduğu yerdən malları küçəyə çxarıb taksi sifariş etmişlər. Takis ilə oğurladığı əşyaları Vüsalın Novxanı kəndində kirayə yaşadığı evə gətirib yığmışlar. Yalnız velosipedi Abbşeron rayonu, Novxanı kəndində mühafizə etdiyi evin həyətində saxlamış və 3 gün sonra Abşeron rayonu, Novxanı kəndində yaşayan tanışı Təralana həmin velosipedi 450 manat satmasını xahiş etmişdir. Satdıqdan sonra 40 manat Tərlana verəcəkdir. Tərlan velosipedi 440 manata satıb, 400 manatı ona vermişdir. O, pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa təxminən 22 mart 2021-ci il tarixdə Nail kişinin bağında oturub telefonla oynayan zaman stolun üstündə Vüsalla oğurladığı Nail müəllimə məxsus viski var idi. Bu vaxtı Şamxal telefon vasitəsilə ona zəng etmişdir. Ondan harada olduğunu soruşmuşdur. O, bağda olduğunu deyəndə Şamxal demişdir ki, “gəl bağa sənin yanına gəlirəm”. Şamxal bağa gəlmiş stolun üstündə viskini görüb haradan aldığını soruşmuşdur. O Şamxala bildirmişdir ki, “bir nəfərdən almışam”. Şamxal ona inanmamış və bildirmişdir ki, “yalandan danışırsan, viskini bu evdən oğurlamısan”. Şamxal ona bildirmişdir ki, “gəl gedək evə baxaq görək başqa nə var”. O, Şamxala evdə heç nə olmadığını bildirmişdir. Sonra Şamxalın təkidi ilə Şamxakla birlikdə evin pəncərəsindən dəmir barmaqlığı qırıb içəri girmişlər. Birinci evə Şamxal girmişdir. Sonra Şamxalın ardınca o, içəri girmişdir. O, Şamxala bildirmişdir ki, “səndən əvvəl Vüsalla birlikdə bu evə girib oradan bir neçə qab-qacaq, xalça, viski və 2 ədəd araq oğurlamışıq”. Oğurladıqları malları Vüsal öz evinə aparmışdır. Şamxal həmin evdən bir ədəd “Beluqa” adlı araq götürmüşdür. Sonra isə Şamxal otağa baxıb oradan dolabın içərisindən tüfəng götürüb ona vermişdir. Onlar birlikdə həyətə düşmüşlər. Götürdükləri malları gözətçi otağına qoymuşlar. Sonra Şamxalı atası çağırdığı üçün Şamxal çıxıb getmişdir. Oğurladıqları araq və tüfəng gözətçi otağında qalmışdır. Sonra o da Şamxalın arxasınca çıxıb getmişdir. Həmin əşyalar isə bağda gözətçi otağında qalmışdır. O, dayısıgildə olarkən Vüsal ona zəng vuraraq harada olduğumu soruşmuşdur. O, Vüsala dayısıgildə olduğunu bildirmişdir. Vüsal ona demişdir ki, “bağa gəl, məndə gəlim bir yerdə çay içək”. O, bağa getmişdir. Vüsal da bağa gəlmişdir. Bağda Vüsal gözətçi otağında silahı görüb ondan soruşmuşdur ki, “bu silahı niyə evdən götürmüsən, aparıb yerinə qoy, yoxsa sənin üçün problem olar”.Vüsalda silahı aparıb öz yerinə yerinə qoymuş, arağı götürüb özü içmək üçün evinə aparmışdır. Sonra oraya şamxal gəlib arağın orada olmadığını görüb harada olduğunu soruşduqda o, Şamxala arağı Vüsalın apardığını demişdir. Həmin vaxt Şamxal qışqır-bağır salmışdır ki, “bəs arağı mən oğurlamışdım, nə üçün Vüsal özü ilə aparıb”. O, isə Şamxala bildirmişdir ki, “əsəbləşmə sənə pul ilə araq alıb verərəm”. Bundan sonra o, Şamxalın yanında Vüsala zəng edib bildirmişdir ki, “Şamxal bağa gəlib burada səs-küy salır ki, Vüsal nə üçün mənim arağımı özü ilə aparıb”. Vüsal telefonda ona demişdir ki, “arağı içmişəm”. Şamxal deyinərək bağdan çıxıb getmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsində onların ailəsinə məxsus bağ evi vardır. Həmin bağ evi dörd tərəfdən divar hasarla əhatə olunmuşdur. Həmin bağ evində onlar yay ayları gedib orada qalmışlar. Qalan müddətdə isə həmin evin qapı-pəncərələrini, həyətin giriş darvazasını bağlayıb gəlib Bakı şəhərindəki evlərində qalmışlar. Həmin bağ evinin gözətçisi yoxdur. Arada isə gedib həmin evə nəzarət etmişdir. Təxminən bir həftə bundan əvvəl də nəzarət etmək üçün həmin bağ evinə baxmağa getmişdir. Bağ evinə baxdıqda hər şeyin öz qaydasında olduğunu yəni həyətin giriş və evin giriş qapısının, evin pəncərələrinin normal vəziyyətdə yerində olduğunu görmüşdür. Evin və həyətdə olan yardımçı tikilinin normal vəziyyətdə olduğunu görüb qayıdb Bakı şəhərinə evimə gəlmişdir. Yenə də həmin bağ evinə nəzarət etmək üçün 28 fevral 2021-ci il tarixdə, təxminən saat 14-15 radələrində Abşeron rayonu, Novxanı kəndinə getmişdir. Həyət darvazasının qapsını aiçib həyətə girmiş və həyətə nəzarət üçün baxdıqda yaşayış evi ilə üzbə-üz olan yardımçı binanın giriş qapısının açıq olduğunu görüb oraya yaxınlaşdıqa görmüşdür ki, həmin qapının kilid hissəsi yarı qırılmış, qapıda yarı açıq vəziyyətdədir. Bundan sonra həmin yerə daxil olub baxdıqda görmüşdür ki, orada qoyduğumuz əşyalar dağılmış vəziyyətdədir. Həmin otaqda divara vurulumş 1 ədəd 900 manat dəyərində Türkiyə istehsalfı olan, 100 kvadratlıq «ARÇELİK», 1 ədəd 1300 manat dəyərində YAPONİYA istehsalı olan, 100 kvadratlıq «MİTSUBİŞİ» markalı Kondisionerlər divardan sökülüb götürüb oğurlanmışdır. Həmin otaqda döşəmnin üstünə qoyduğu 1 ədəd 350 manat dəyərində «VİLO» markalı su matoru, 1 ədəd 650 manat dəyərində markalı su matoru, 1 ədəd, 1000 dəyərində qədimi, sarı rəngli bürünc materialdan olan odun samovarı, 1 ədəd, 250 manat dəyərində 2 m x 2 m ölçüdə xüsusi formada hazırlanmış çadır yerində yoxdur. Bundan sonra bilmişdir ki, onların həmin evdə olmadıqlarından istifadə edərək evdən kimsə oğurluq etmişdir. Daha sonra həyətdə olan yaşayış evinin giriş qapsını açarla açıb içəriyə daxil olduqda görmüşdür ki, evin 1-ci mərtəbəsində «Zal» deyilən otaqda qoyduğu 1 ədəd, 900 manat dəyərində 115 sm diokanallı, KOREYA istehsalı olan «SAMSUNQ» markalı Plazma televizor, həmin otaqda olan dolabın üstünə qoymuş olduğu 1 ədəd, 70 manat dəyərində xüsusi bəzəkli şirniyyat qabı, həmin zal otağa bitişk mətbəxdə stolun üstünə qoyduğu qoşulmamış 1 ədəd, 700 manat dəyərində, 80 diokanallı, KOREYA istehsalı olan, LC markalı PLAZMA televizru, 1 ədəd, 500 manat dəyərində, KOREYA istehsalı olan 60 diokanallı LC markalı PLAZMA televizoru, divara vurulumuş mətbəx mebelinin dolabının sağ və sol tərəflərinin üstünə qoyulmuş hər birinin dəyəri 40 manat olmaqla qara rəngli, bəzəkli formada dəmir güldanlar və 1 ədəd, 700 manat dəyərində qədimi farforlu çoban formasında kişi suvenir-heykəlcik, həmin mətbəx mebelinin dolabının içərisinə qoyulmuş 1 ədəd, 80 manat dəyərində elektirik samovarı, həmin mebelin alt gözündə isə 1 ədəd, 80 manat dəyərində ət çəkən maşın oğurlanmışdır. Evin ikinci mərtəbəsinə qalxdıqda görmüşdür ki, yataq otağına qoyduğu 1 ədəd, 500 manat dəyərində, KOREYA istehsalı olan 60 diokanallı “LC” markal PLAZMA televizoru da yerində yoxdur. Bundan sonra bilmişdir ki, onun evindən naməlum şəxslər oğurluq edərək qeyd olunan əşyaları oğurlayıb aparmışlar. Bundan sonra evin zirzəmisinə baxdıqda görmüşdür ki, zirzəminin də qapısının açar hissəsini eyni qaydada sınıdırmışlar, Lakin həmin zirzəmindən heç nə aparmmışlar. Daha sonra həyətə çıxıb evin ətrafına baxdıqda görmüşdür ki, evin gün çıxan hissəsində yerləşən otağının plasmas pəncərəsi açıq vəziyyətdədir. Bundan sonra bilmişdir ki, onun evinə həmin pəncərədən daxil olmuşlar. Həyətə baxdıqda isə görmüşdür ki, həyətdə olan dəmir nərdivan qoyduğu yerdən kimsə götürüb divar hasarına söykənmiş vəziyyətdə qoyub və həmin nərdivanın da yanında taxta stul qoyulmuşdur. Yenədə bilmişdir ki, onun həyətinə həmin yerdən daxil olub və oradan da evindən oğurlanmış əşyaları daşıyıb aparmışlar. Bundan sonra o, bu barədə Abşeron rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Digər 1000 manat dəyərində olan samovar maddi sübut qismində Abşeron rayon Polis İdarəsindədir. Ona görə də hazırda onlara qarşı heç bir şikayəti və tələbim yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi ev 50, mənzil 112-də yaşayır. 2007-ci ildən Respublikanın patent müvəkkili vəzifəsində işləyir. Abşeron rayonu, Novxanı qəsəbəsi, Xəqani küçəsində 0,20 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsində özü üçün iki mərtəbəli fərdi bağ evi tikdirmişdir. İlin yay fəslində bağ evində qalmış, digər vaxtlarda isə mütəmadi olaraq gəlib evə baş çəkmişdir. Sonuncu dəfə 08 mart 2021-ci il tarixdə evə baş çəkən zaman hər şey qaydasında olmuşdur. 19 mart 2021-ci il tarixdə o, Abşeron rayonu, Novxanı qəsəbəsi, Xəqani küçəsində yerləşən evinə getmişdir. Evə daxil olduqda ev əşyalarının bəzilərinin yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, evin otaqlarına baxdıqda evin ikinci mərtəbəsinə qalxmaq üçün düzəldilmiş pilləkənin üzərində olan nəfəsliyin dəmir barmaqlığının kəsildiyini görmüşdür. Bundan sonra o, başa düşmüşdür ki, evindən oğurluq hadisəsi baş vermişdir. Daha sonra o, evə baxdıqda evdə ikinci mərtəbədə yataq otağının pəncərəsinin altlığının üzərində olan 1 ədəd 100 manat dəyərində markası dəqiq yadında qalmayan internet modeminin, bundan başqa evin birinci mərtəbəsində mətbəxdə olan 1 ədəd 75 manat dəyərində markası dəqiq yadında qalmayan ütünün, 1 ədəd 100 manat dəyərində markası dəqiq yadında qalmayan elektrikli ət çəkən maşının, 1 komplekt 30 manat dəyərində ağacları calaq etmək üçün nəzərdə tutulmuş bağ qayçısının, 1 ədəd 20 manat dəyərində bağ qayçısının, 1 ədəd 10 manat dəyərində bağ qayçısının, 1 ədəd 15 manat dəyərində bağ qayçısının, 50 manat dəyərində açar dəstinin, 2 ədəd hər biri 20 manat dəyərində ümumilikdə 40 manat dəyərində “VAZ” markalı qıfıl dəstinin, 1 ədəd 20 manat dəyərində evin giriş darvazasının pultunun, 2 ədəd hər biri 50 manat dəyərində ümumilikdə 100 manat dəyərində saç quruda fenin, 1 ədəd 70 manat dəyərində elektrikli mikser aparatı, 1 ədəd 80 manat dəyərində şirə çəkən maşının oğurlandığını görmüşdür. O, işləri çox olduğu üçün sonradan polisə məlumat verməyi düşünmüşdür. Aradan bir neçə gün keçdikdən sonra 08.04.2021-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə gedərək ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, o,ailəsi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu Atatürk prospekti, ev 39, mənzil 26-da yaşayır. 2003-cü ildən Abşeron rayonu, Novxanı kəndi yeni məhəllədə yerləşən bağ evi vardır. Hər ilin yay və payız fəsillərini ailəsi ilə birlikdə bağda yaşayır. Bağdan köçdükdən sonrada bağa gəlib baş çəkmişdir. Sonuncu dəfə 26 mart 2021-ci il tarixdə bağa gəlib baş çəkmiş və həmin vaxtı hər şey qaydasında olmuşdur. 04.04.2021-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu, Novxanı kəndinə bağ evimə gəlmiş və həmin vaxtı evin 2-ci mərtəbəsində eyvana açılan plastik qapının açıq olduğunu görmüşdür. Lakin plastik qapıdan əvvəl olan dəmir barmaqlıqlı qapının kilidləri bağlı vəziyyətdə olmuşdur. Evə baxdıqda 2-ci mərtəbədə qonaq otağından üzərinə “toxunuşla “OKTAY 1961” yazılmış 1500 manat dəyərində palazın, 01 ədəd 600 manat dəyərində palazın, evin 1-ci mərtəbəsində qonaq otağından 01 ədəd qırmızı rəngli 440 manat dəyərində notebook kompyuterinin, 01 ədəd diplomatda 170 manat dəyərində qaşıq-çəngəl dəstinin, 01 ədəd 100 manat dəyərində iki elementli blender aparatı, 01 ədəd 150 manat dəyərində rəqəmli qıfıllı diplomat (içərisində çoxlu təsbehlər və fotoaparat) 01 ədəd 100 manat dəyərində şüşə qəlaynın, 01 ədəd 200 manat dəyərində süvinir qılıncın, 01 ədəd 150 manat dəyərində süvenir xəncərin, 01 ədəd qara rəngli 250 manat dəyərində kofe servisinin, 44 ədəd 400 manat dəyərində boşqabların, 200 manat dəyərində iki ədəd qazanın, bir ədəd tavanın, 01 ədəd 100 manat dəyərində çantanın, 01 ədəd 30 manat dəyərində şurup naborunun, 01 ədəd 70 manat dəyərində calaq alətinin, 50 manat dəyərində çəkic, açar, otverkanın, 01 ədəd BASSO markalı 1600 manat dəyərində velosipedin, 120 manat dəyərində 01 balon balın, beş şüşə 270 manat dəyərində spirtli içkilərin, 01 ədəd 200 manat dəyərində tikiş maşınının və 01 ədəd 100 manat dəyərində samovarın naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bildirmişdir ki, oğurluq nəticəsində ona ümumilikdə 6800 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 13.01.2022-ci il tarixdə məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 C, ev 10-da yaşayır. Onun Abşeron rayonu, Novxanı qəsəbəsində 3 mərtəbəli fərdi yaşayış evi vardır. Həmin evdə mütəmadi yaşamasada yay aylarında gəlib həmin evdə yaşayır. Həmin evdə isə yaşamaq üçün bütün şəraiti vardır. Eyni zamanda evinin həyətinə nəzarət etmək üçün gözətçisi var və ona aylıq maaş vermişdir. Həmin şəxs onun həyətini, bağını- bağçasını sulayır, ağaclarına qulluq etmişdir. Bildirmişdir ki, həmin şəxsin adı Nicatdır o, özüdə Abşeron rayonu, Novxanı qəsəbəsində yaşayır. Nicat təxminən 1 ildirki, onun bağında işləmişdir. O da ailəsi ilə birlikdə tez tez gəlib bağında qalmışdır. Qalan vaxtlarda isə tez-tez nəzarət üçün gəlib getmişdir. O, sonuncu dəfə 02.04.2021-ci il tarixdə nəzarət üçün evinə getmişdir. Həyətdə hər şey normal olmuşdur. Evimin 1-ci mərtəbəsinə qalxmış evində oğurluq hadisəsinin baş verdiyini aşkar etməmişdir. Sonra isə o, öz yaşadığı evə qayıdıb gəlmişdir. Təxminən 04.04.2021-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən evinin qonşuluğunda evi olan Zərərçəkmiş şəxs1 onun mobil telefonuna zəng vuraraq demişdi ki, “mənim bağımdan oğurluq hadisəsi olmuşdur. Səndə gəl bağına bax”. Bundan sonra o, sürücüsü Faiq adlı şəxsə zəng vurub demişdir ki, “sən mənim bağıma bax gör oğurluq hadisəsi olmayıb”. Faiq isə bağa baxıb ona yenidən zəng vuraraq evindən heç bir oğurluq hadisəsinin olmadığını bildirmişdir. O, 05.04.2021-ci il tarixdə səhər saatlarında evdən çıxıb bağına nəzarət üçün getmişdir. O, bağa çatdıqda evinin 1-ci mərtəbəsinə sonra isə 2-ci və 3-cü mərtəbələrə qalxıb baxmışdır. Həmin vaxtı görmüşdür ki, evinin 2-ci mərtəbəsindəki balkonun qapısı açıqdır. Az sonra isə öz yataq otağına daxil olub dolabı açmış görmüşdür ki, dolabda ona məxsus İJ-43 markalı ov tüfəngi yoxdur. Bundan sonra o, evin 3-cü mərtəbəsinə qalxmış və görmüşdür ki, evdə saxladığı qədimi 4 ədəd xalça orada yoxdur. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hazırda ona dəymiş ziyan tamamilə ödənilmişdir, onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən fərdi evdə yaşayır. Zərərçəkmiş şəxs2 tanıyır, Naillə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ı isə təxminən 1 ilə yaxındır ki, tanıyır Nicagilnən heç bir ədavəti və düşmənçiliyi yoxdur. Qeyd etmişdir ki, Nicat və Vüsal onunla eyni qəsəbədə yəni Novxanıda yaşamışlar. Nicat Zərərçəkmiş şəxs2 bağında bağban işləmişdir. Nail müəllim Nicatı çıxartdıqdan sonra onu bağban götürmüşdür. O da təxminən 7 gün orada işləmiş daha sonra Nail onu da bağdan çıxarmışdır. Nicat Nail müəllimin evində bağban işləmişdir. Təxminən mart ayının ortalarında o, Abşeron rayonu, Novxanı kəndində Nicatın bağban işlədiyi bağa gəlmiş və həmin vaxtı Nicat bağda olan gözətçi otağında olmuşdur. Otağa girəndə Nicatın yanında bir neçə viski olmuşdur. Viskinin hardan aldığını Nicatdan soruşduqda Nicat həmin Viskilərin Vüsalla birlikdə Nailin evindən götürdüklərini demişdir. Nicat həmin vaxtı ona demişdir ki, “ev yiyəsi Nail onun pulunu vermədiyini görə o, da qisas almaqdan ötrü həmin evdən oğurluq etmişdir”. Bundan sonra o, Nicata təklif etmişdir ki, “yenə də Naildən qisas almaqdan ötrü Nailin evinə yenidən girib oğurluq edək”. Nicat da onun təklifi ilə razılaşmış, lakin o, Nicata evin yuxarı mərtəbələrinə qalxmayacağını demişdir. Bundan sonra Nicatla o, evin birinci mərtəbəsində olan pəncərədən evin mətbəxinə daxil olmuşlar və o, evin pilləkənlərinə tərəf gedərək orada durmuşdur. Pilləkənlərin yanında olarkən görmüşdür ki, Nicat kürəyində çanta aşağı düşür. Sonra o, qonaq otağına girib orada dolabı açıb 3-4 ədəd çaxır götürüb onunla birlikdə gözətçi otağına qayıtmışlar. Qapını isə bağlamışdır. Həmin vaxtı atası ona zəng vurmuşdur ki, “hardasan” O da atasına demişdir ki, “Nicatla bağdayam”. Bundan sonra o, çıxıb öz evinə getmişdir. Nicatın orda qalıb nə etdiyi bilməmişdir. Daha sonra Nicat ona demişdir ki, “mən rayona gedirəm Nail müəllimə də demişəm səni öz yerimə qoyacam”. Təxminən 2 gün sonra Nail müəllim gəlmiş bağa Nicatın yanında ona demişdir ki, “Nicat gedir rayona mən bağın açarını sənə verirəm sən bağa baxarsan”. O da həmin vaxtı Naillə razılaşmışdır. Nail müəllim demişdir ki, “sənə 200 manat aylıq pul verəcəm”. Təxminən 30 dəqiqə sonra Nail müəllim getmişdir. Nicat isə çıxıb dayısı gilə getmişdir. O da ağacları suvarıb çıxıb öz evinə getmişdir. O, səhəri günü bağa gəlmiş və görmüşdür ki, “bağda velosipet var”. O, Nicata zəng edərək demişdir ki, “bağda velosipet var bu kimindir”. Nicat isə demişdir ki, “mənimdi ev yiyəsi verib”. O, isə velosipedi sürə biləcəyini soruşmuş, Nicat isə demişdir ki, “sür sonra qoy bağa”. O da sonra velosipedi məhlədə sürüb sonra gətirib bağa qoymuşdur. Axşam isə çıxıb evə getmişdir. Səhəri günü yenidən bərbər Tərlan ona zəng vuraraq demişdir ki, “Nicat mənə şəkil atıb deyir ki, velosiped bağdadır satır mən deyəndə freskonun qarşısına çıxardarsan”. Ona yenidən zəng vuraraq demişdir ki, “velospiedi “Freskonun” qarşısına çıxart” O da velosipedi ora çıxarmış və Tərlanla görüşmüşdür. Orada bir nəfər Tərlana zəng vurmuş, yanlarına gələrək velosipedə baxmış və velosipeddən xoşu gəlmişdir. Tərlan isə şəhərə tələsdiyi üçün ona demişdir ki, “velosipedi qoy baxsın bəyənib alsa pulu sənə verər səndə mənə verərsən”. Həmin vaxtı tanımadığı oğlan velosipedi bəyəndiyi üçün almış və ona 440 manat pul vermişdir. O, çıxıb bağa gəlmişdir. Təxminən 1 saat sonra Tərlan onun yanına gəlmiş 440 manat pulu ondan almış və ona da 5 manat pul vermişdir ki, “bu da sənin şirinliyin”. Sonra da Tərlandan hara getdiyini soruşmuş Tərlan isə bildirmişdir ki, “Oskarın qarşısında Nicatla görüşüb pulu ona verəcək”. O, Tərlana demişdir ki, “mənidə özünlə apar” Tərlan demişdir ki, “maşında yer yoxdur”. O, isə piyada qaça qaça getmiş Tərlan Nicata pul verən zaman ora çatmışdır. Sonra isə Tərlan maşına minib çıxıb getmişdir. Sonra isə o, Nicatla Abşeron rayonu, Novxanı qəsəbəsində yaşayan dayısı gilə getmişdir. O, orada görmüşdür ki, Nicatın dayısıgil gübrə daşıyır sonra isə çıxıb bağa getmişdir. O, orda olan zaman görmüşdür ki, Nail müəllim sürücüsü ilə gəlmiş bağa demişdir ki, “qonşudan oğurluq olub bizdə gedək evə baxaq”. Nailgil evə baxmışlar və görmüşlər ki, evdə tüfəng, xalça, çaxır və digər əşyalar yoxdur. Bundan sonra polislər gəlmişlər sonra isə çıxıb getmişlər. Sonra isə Nail müəllimdə getmişdir. Bildirmişdir ki, Nicat ona həmin vaxtı demişdir ki, Vüsal ilə birlikdə o, Nail müəllimin evindən xalça, visqi, moped maşın və açar dəsti oğurlamışlar. O da evə getmiş səhəri günü sahə inspektoru zəng edərək demişdir ki, “qapıya çıx”, o da qapıya çıxmış sahə inspektoru ona demişdir ki, “Nicat velosipedi bağdan oğurlayıb eyni zamanda Nail müəllimində evinə giriblər”. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, 4-cü mikrorayon, Mircəlal küçəsi bina 6 mənzil 18-də ailəsi ilə birlikdə yaşayır. Bildirmişdir ki, təxminən 2 ilə yaxındır ki, dişi cinsli Pitbul iti saxlayır. Həmin iti cütləşdirmək üçün erkək pitbull iti tapmaq məqsədilə internetin Tap.az saytına elan vermişdir. Orada Vüsal adlı oğlanla tanış olmuşdur. Vüsalın erkək cinsli Pitbull iti var idi və Vüsal itlərin cütləşməsinə razılaşmışdır. O, Vüsalla görüşmüş və onlar itləri cütləşdirmişlər. O, Vüsalla görüşəndə Vüsala taksi sürücüsü kimi fəaliyyət göstərdiyini, əgər taksiyə ehtiyac olarsa onunla əlaqə saxlamasını bildirmişdir. Vüsal onunla razılaşmışdır. Bundan sonra Vüsalı arvadı ilə birgə dediyi ünvana aparmış və buna görə Vüsal bir dəfə ona 10 manat, iki dəfə isə 5 manat pul vermişdir. Növbəti dəfə 2021-ci ilin mart ayının əvvəllərində gecə saat 01 radələrində Abşeron rayonu, Novxanı kəndində olarkən Vüsal telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq qohumugildə olan əşyaları aparmaq istədiyini bildirmişdir. Buna görə zəhmət haqqı olaraq ona 30 manat pul verəcəkdir. O, razılaşmış və idarə etdiyi “Mercedes Benz” markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı kəndinə dediyi ünvana getmişdir. Orada Vüsal onu qarşılamış və avtomobilə əyləşmişdir. Onlar yola çıxıb Abşeron rayonu, Novxanı qəsəbəsində dənizə tərəf hərəkət etməyə başlamışlar. Bir qədər aşağıya doğru hərəkət etdikdən sqonra sola dönmüş, həyət evlərinin arasına girmişlər. O, orada maşını saxlamış və Vüsal maşından düşüb getmişdir. Təxminən 10-15 dəqiqədən sonra əlində böyük ölçüdə qutu geri dönmüşdür. O, həmin qutunun içərisində nə olduğun bilməmişdir. Vüsal həmin qutunu avtomobilin yük yerinə qoymuş, sonra yenidən çıxıb getmişdir. Bir azdan əlində kondisionerin çöl tərəfdə quraşdırılan hissəsini və 3-4 ədəd içi dolu sellofan torba gətirmişdir. Vüsal qabaq sağ oturacaqda əyləşmiş və özü ilə gətirdiyi əşyaları ayaqaltına qoymuşdur. O, idarə etdiyi avtomobillə Vüsalın yaşadığı ünvan 2 ünvana getmişdir. O, əvvəllər Vüsalı taksi kimi evinə apardığına görə həmin ünvanı tanımış və evin qarşısında maşını saxlamışdır. Vüsal avtomobildən düşüb sellofan torbaları evinə aparmışdır. Geri qayıdanda O, Vüsaldan 30 manat pul verməsini bildirmişdir. Vüsal ona bildirmişdir ki, “hazırda üstündə pul yoxdur, sabah 30 manat mənə verəcəkdir”. O, Vüsalla mübahisə edib bildirmişdir ki, “pulu mənə verməsən kondisioneri sənə verməyəcəm”. Vüsal avtomobilin arxa hissəsindən böyük ölçüdə olan qutunu aparmaq istərkən görmüşdür ki, həmin qutuda kondisionerin evin içərisində quraşdırılması hissəsidir. Ona görə də Vüsala bildirmişdir ki, “pulumu ödədikdən sonra kondisioneri sənə qaytaracağam”. Ona görə də həmin qutu və kondisionerin çöl hissədə quraşdırılması üçün nəzərdə tutulan hissəsi onun avtomobilndə qalmışdır. O, oradan çıxıb evinə getmişdir. Kondisioneri evindəki eyvana qoymuşdur. Lakin qutunu açmamışdır. Vüsaldan telefon zəngi gözləmişdir. Lakin Vüsal ona cavab verməmişdir. Bir neçə dəfə Vüsaldan pulunu istəmiş, Vüsal ona pulu qaytarmadığına görə Vüsala hətta kondisioneri satıb onun pulunu qaytarmasını da təklif etmişdir. Vüsal ona demişdir ki, “müştəri tapan kimi sənə xəbər edərəm”. Lakin Vüsal müştəri tapmadığından kondisioner onun evində eyvanda qalmışdır. 11 iyun 2021-ci il tarixdə onun mobil telefonuna zəng edərək özünü polis əməkdaşı kimi təqdim edən şəxs onu Abşeron rayon polis idarəsinə dəvət etmişdir. Lakin işi olduğuna görə o, 12 iyun 2021-ci il tarixdə polis idarəsinə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə bir yerdə Abşeron rayonu Novxanı kəndində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, yaşadığı Abşeron rayonu, Novxanı kəndində saç üstası kimi işləyir. Nicat adlı şəxs təxminən 3 ilə yaxındır ki, mütəmadi olaraq saçını kəsdirmək məqsədilə onun yanına gəlib-getmişdir. Bu səbəbdən də Nicat istifadəsində olan mobil telefon nömrəsini ona vermişdir. Nicat saçını kəsdirmək məqsədilə onun yanına gəlməmişdən əvvəl onunla telefon vasitəsilə əlaqə saxlamışdır. O, Nicata vaxtı bildirdikdən sonra dediyi vaxtda işlədiyi kişi salonuna gəlmişdir. Adətən Nicatla vatsap vasitəsilə əlaqə saxlamışdır. Aralarında normal münasibətlər olmuşdur. 2021-ci ilin mart ayının ortalarında Nicat onun mobil telefonuna vatsap vasitəsilə zəng edərək demişdir ki, “mənim özümə məxsus velosipedim var, satmaq istəyirəm”, lakin internetdən anlayışı olmadığı üçün həmin velosipedin internet vasitəsilə satılmasından Nicata köməklik göstərməsini ondan xahiş etmişdir. O, əvvəlcə narazılıq etmiş, Nicata bildirmişdir ki, “birdən velosipedi oğurluq yolu ilə əldə etmiş olar”. Lakin Nicat and-aman etmişdir ki, “öz şəxsi velosipedidir, satmaq istəyir”. Nicat bunu da əlavə etmişdir ki, “bağ sahibi ona əmək haqqı müqabilində velosiped vermişdir”. O, Nicata inanmışdır. Həmin günü gecə Nicatın veolispedin satılması üçün Tap.az saytına reklam yerləşdirmişdir. Səhər bir nəfər müştəri onunla əlaqə saxlamışdır. O da Nicatın dostu Şamxal adlı şəxsin mobil telefon nömrəsini həmin müştəriyə vermiş və bildirmişdir ki, “velosiped Şamxaldadır, onunla əlaqə saxlasın”. Bundan sonra müştəri gəlib Şamxaldan velosipedi almış və 440 manat pulu da Şamxala ödəmişdir. Şamxal azyaşlı olduğundan o, pulu Şamxaldan alıb Nicata vermişdir. Nicat da ona velosipedin satılmasında köməklik etdiyi üçün 40 manat pul vermişdir. O da həmin puldan 5 manatı Şamxala vermişdir. Həmin günün axşamı sahə rəisi onunla telefon vasitəsilə əlaqə saxlayaraq onu Abşeron rayon polis idarəsinə dəvət etmişdir. İdarədə ona məlum olmuşdur ki, yuxarıda qeyd olunan velosiped oğurluq yolu ilə əldə olunmuşdur. Lakin ifadəsində də qeyd etdiyi kimi onun həmin velosipedin oğurluq olması barədə əvvəlcədən məlumatı olmamışdır. Nicat ona həmin velosipedin özünə məxsus olduğunu, bağ sahibinin əməkhaqqı əvəzinə ona velosiped verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsi ev 48, mənzil 2-də ailəsi ilə bir yerdə yaşayır. Bildirmişdir ki, tanışına məxsus “Mersedes–Sprinter” markalı ** RC *** dövlət qeydiyyat nişanlı mikroavtobusu icarəyə götürərək Tovuz-Bakı marşurut xətti ilə sərnişin daşaımaqla məşğul olur. Təqsirləndirilən şəxs1 onun oğludur, Nicatla münasibəti hər zaman yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs2 tanıyır, qaynı İlhamın qaynıdır. Vüsalla heç bir münasibəti olmamış, aralarında heç bir düşmənçilik və ədavəti olmamışdır. X2 tanımır. Təxminən 4 il olar ki, oğlu Nicat Abşeron rayonu, Novxanı kəndində Zərərçəkmiş şəxs2 adlı şəxsə məxsus bağda gözətçi qalaraq həmin bağda bağbanlıq etmişdir. Həmin müddət ərzində oğlu Nicat qaynı İlhamın evində qalmışdır. Təxminən 3 ay bundan öncə tarix dəqiq yadında qalmayan vaxtda oğlu Nicat onun mobil telefonuna zəng edərək bildirmişdir ki, “ata mən işdən çıxıram kənddəki evə gedəcəm kəndə gedəndə məni də apar yüküm var onları maşına qoymaq lazımdır ”. O da oğlu Nicata demişdir ki, “yükünü hazırla maşınla gəlib götürərəm”. Nicat mənə demişdir ki, “yaxşı mən yükümü hazırlayaram”. Sonra o, idarə etdiyi “Mersedes–Sprinter” markalı ** RC *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Abşeron rayonu, Novxanı kəndində Nicatın gözətçi işlədiyi evin qarşısına getmişdir. Nicat gözətçi qaldığı evdən 3 ədəd ağzı iplə bağlı ağ kisələri gətirərək maşına qoymuş və ona demişdir ki, “sən get mən də bir günə gələrəm”. O, oradan çıxıb Tovuz rayonua getmişdir. Nicatın verdiyi 3 ədəd ağzı bağlı kisəni həyətində olan maşın qarajına qoymuşdur. Həmin gündən təxminən 4-5 gün sonra onun mobil telefonuna polis əməkdaşları zəng edərək ona bildirmişlər ki, “siz idarə etdiyiniz avtomobillə 4-5 gün bundan qabaq Tovuz rayonuna yük aparmısınız həmin yükü geri qaytarmalısınız”. O, polis əməkdaşlarına demişdir ki, “Tovuz rayonuna 3 ədəd ağ kisədə yük aparmışam lakin həmin kisənin içərisində nə olduğunu bilmirəm açıb içərisində olanların şəklini sizə çəkib göndərəm siz baxarsınız”. Sonra o, həmin kisələrin ağzını açdıqda kisələrin içərisində iki ədəd ayaqaltı kilim, suvenir xəncər, suvenir alışqa, suvenir musiqi aləti olan gitara, köhnə elektrik naqilləri, bir ədəd ətçəkən maşanı və bir ədəd blinder olmuşdur. O, həmin əşyaların şəklini çəkib votsap vasitəsi ilə ona zəng edən şəxsə göndərmişdir. Həmin şəxs ona zəng edərək həmin əşyaların ona məxsus olmasını və geri qaytarmasını bildirmişdir. Həmin əşyaları kisələrə yığıb maşına qoyaraq Abşeron rayon, Novxanı qəsəbəsində yerləşən polis məntəqəsinə gətirib həmin yerə təhvil vermişdir. Həmin vaxt o, bildim ki, oğlu Nicatın ona verdiyi 3 ədəd kisədə olan əşyaları oğurlamışdır. Həmin vaxta qədər oğlu Nicatın qohumu Vüsalla bir yerdə oğurluq etməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Tаğıyеvа Əminə Əziz qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, əri Vüsalın yeznəsi İlhamın bacısı oğludur. X2 tanıyır, Abşeron rayonu, Novxanı kəndində yaşayır, аncaq Şamxalla heç bir münasibəti olmamışdır. X16 Fətəliyev adlı şəxsə məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi bağ evində gözətçi işləyən Nicatla dostluq еtmişdir. Təxminən 3-4 ay bundan əvvəl Vüsal yaşadıqlаrı evə bir neçə ev əşyaları gətirək bildirmişdir ki, “Novxanı kəndində yerləşən vilların sahibləri həmin əşyaların onlara lazım olmadığı üçün ona pay vermişdir”. О, dа inanıb Vüsala bir söz deməmişdir. Həmin söhbətdən bir neçə gün sonra yaşadığı evə polis əməkdaşları Vüsalla bir yerdə gələrək bildirmişlər ki, “Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la bir yerdə Abşeron rayonu, Novxanı qəsəbəsində olan bir neçə evdən oğrluq edərək əldə etdiyi əşyalardan yaşadığınız evdə saxlamışdır”. О, dа Vüsalın evə gətirdikləri əşyaları göstərmiş və polis əməkdaşları həmin əşyaları evdən götürmüşlər. Оnun Vüsalın oğurluq etməsindən xəbəri olmamış, Abşeron rayon polis idarəsinə dəvət olunan zaman bilmişdir ki, əri Vüsal və Nicat oğurluq etmişdir. Həmin vaxta qədər Vüsalla Nicatın oğurluq etməsindən xəbərim olmamışdır. Əri Təqsirləndirilən şəxs2 evə gətirdiyi əşyaların içərisində tüfəng olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi evdə ailəsi ilə bir yerdə yaşayır. Təqsirləndirilən şəxs1 tanıyır, onun bacısı oğludur. Nicat təxminən 4 il olar ki, onun evində yaşayır. Təqsirləndirilən şəxs2 onun qaynıdır. Nicat və Vüsalla aralarında olan münasibətləri bir qohu kimi həmişə yaxşı olmuş və aralarında heç bir düşmənçilik və ədavət olmamışdr. X2 tanıyır, Abşeron rayonu, Novxanı kəndində yaşayır, Şamxalla heç bir münasibəti olmamışdır. X11 Fətəliyev adlı şəxsə məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi bağ evində gözətçi işləmiş və Zərərçəkmiş şəxs2 bağında bağbanlıq etmişdir. Nicat hər gün səhər işə gedib axşam evə gəlmişçdir. Nailin bağ evində iş olanda Nicat həmin bağda gecə qalmışdır. Onun Nicatın oğurluq etməsindən xəbəri olmamış, Abşeron rayon polis idarəsinə dəvət olunan zaman o, bilmişdir ki, bacısıoğlu Nicat və Vüsal oğurluq etmişdir. Həmin vaxta qədər Nicatla Vüsalın oğurluq etməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məmmədоv Tеlmаn Məmməd оğlu ifadəsində göstərmişdir ki, 04 aprel 2021-ci il tarixdə işdə növbədə olduğu zaman Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 39, mənzil 26-da yaşayan Zərərçəkmiş şəxs1 bildiyi bir nəfər şəxs DİN-nin “102” xidmətinə məlumat verməklə Abşeron rayon Polis İdarəsinə gəlib ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus Abşeron rayonu, Novxanı kəndi, yeni məhəllədə yerləşən bağ evinin plastik qapısını açaraq evdən iki ədəd palazın palazın, evin 1-ci mərtəbəsində qonaq otağından 01 ədəd qırmızı rəngli notebook kompyuterinin, 01 ədəd diplomatda qaşıq-çəngəl dəstinin, 01 ədəd iki elementli blender aparatı, 01 ədəd rəqəmli qıfıllı diplomat (içərisində çoxlu təsbehlər və fotoaparat), 01 ədəd şüşə qəlyan, 01 ədəd süvenir qılınc, 01 ədəd süvenir xəncər, 01 ədəd qara rəngli kofe servisi, 44 ədəd boşqabların, iki ədəd qazan, bir ədəd tava, 01 ədəd çanta, 01 ədəd şurup naboru, 01 ədəd calaq aləti, çəkic, açar, otverka, 01 ədəd BASSO markalı velosiped, 01 balon bal, beş şüşə spirtli içkilər, 01 ədəd samovar və 01 ədəd tikiş maşınının oğurlanması ilə bağlı təxminən 5000 manat məbləğində maddi ziyan vurulmasını bildirmişdir. Həmin şəxsin müraciəti ilə bağlı Abşeron rayon polis idarəsinin istintaq şöbəsində müstəntiq tərəfindən cinayət işi başlanmış və idarə rəhbərliyi оnlаrа göstəriş vermişdir ki, həmin şəxsin evindən yuxarıda qeyd olunan əşyaları oğurlyan şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirsinlər. Bununla bağlı о, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra оnlаr əməliyyat-axtarış tədbirlərinin keçirməyə başlamışlаr. Keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Novxanı kəndi, yeni məhəllədə yerləşən bağ evinin plastik qapısını açaraq evdən oğurluq edən şəxslərin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmiş və həmin şəxslər Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində saxlanılaraq Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. İdarədə onlar etiraf edərək bildirmişlər ki, 19 mart 2021-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Novxanı kəndi, yeni məhəllədə yerləşən fərdi bağ evinin ikinci mərtəbəsində hamam otağının plastik pəncərəsini vintaçanla açmaqla qanunsuz içəri daxil olaraq oradan 02 ədəd palaz, 01 ədəd qırmızı rəngli notebook kompyuteri, 01 ədəd diplomatda qaşıq-çəngəl dəsti, 01 ədəd iki elementli blender aparatı, 01 ədəd rəqəmli qıfıllı diplomat (içərisində çoxlu təsbehlər və fotoaparat) 01 ədəd şüşə qəlyan, 01 ədəd süvenir qılınc, 01 ədəd süvenir xəncər, 01 ədəd qara rəngli kofe servisi, 44 ədəd boşqablar, iki ədəd qazan, bir ədəd tava, 01 ədəd çanta, 01 ədəd şurup naboru, 22.02.2021-ci il tarixdə saat 23 radələrində bir yerdə Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə keçərək, həyətdə olan yarımçıq tikilinin dəmir qapısının üzərindəki asma qıfılı özləri ilə gətirdikləri dəmir linqlə sındırıb oradan 01 ədəd «Arçelik» markalı kondinsioner, 01 ədəd «Mitsubishi» markalı kondisioner, 01 ədəd «Vilo» markalı elektrik su mühərriki, 01 ədəd hovuzun filtir sisteminin elektrik su mühərriki, 01 ədəd “Vitek” markalı, “VT-1940B” model ehtiyah hissəsi kimi soyuducunun üst qapağı, 01 ədəd “Euromax” markalı, 1600 W-luq taxta kəsən elektrik aparatı, 02 ədəd silah formalı alışqanlar, 01 ədəd “Arnica”, “Merlin” modelli, 1000 W-luq markalı tozsoran, bir ədəd taxta materialından olan, kvadrat formalı, orta ölçülü mücrü, 01 ədəd sarı rəngli bürünc materialdan olan qədim odun samovarı, bundan sonra evin birinci mərtəbəsində yerləşən qonaq otağının plastik pəncərəsini dəmir linqlə açmaq yolu ilə yaşayış sahəsində qanunsuz daxil olaraq, qonaq otağından Koreya istehsalı olan “LG“ markalı “Flatron” M2362A-PT” model, 23 düym, 58 dioqanallı televizor, üzərində “Azerbaijan” yazıları olan, Azərbaycan xəritəsi əks olunmuş suvenir çərçivə, 01 ədəd “Wolf” markalı, “YPZ model” elektrik ütü, evin mətbəxindən 01 ədəd elektrik ət çəkən maşın, 01 ədəd elektrik samovarı və evin zirzəmisinin dəmir qapısının üzərində olan asma qıfılı dəmir linglə sındırıb, saxlanc yerinə qanunsuz daxil olaraq, oradan bir ədəd elektrik laqondanı, 14.03.2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi, Xəqani küçəsində yerləşən fərdi evinə nəfəslikdən girməklə qanunsuz içəri daxil olub evdən 1 ədəd internet modemi, 1 ədəd ütü, 1 ədəd “EuroMerss” markalı elektrik ət çəkən maşın, 1 komplekt ağacları calaq etmək üçün nəzərdə tutulmuş bağ qayçısı, 3 ədəd bağ qayçısı, 1 ədəd açar dəsti, 2 ədəd “VAZ” markalı qıfıl dəsti, 1 ədəd evin giriş darvazasının pultu, 2 ədəd saç qurudan, 1 ədəd “Sokany” markalı elektrikli mikser aparatı, 1 ədəd şirə çəkən maşını, 22 mart 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 Sadiq oğluna məxsus Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən fərdi evinin ikinci mərtəbəsində olan eyvanın qapısını vintaçanla açmaqla qanunsuz içəri daxil olaraq evin 3-cü mərtəbəsində 2 ədəd xalça, 2 ədəd ipək xalça, bir ədəd işıq fanarı, bir ədəd “Samsung” markalı planşeti, bir ədəd “Royal” markalı perofarator, bir ədəd vintaçan dəsti, bir ədəd qayçı, kəlbətin, bıçaq dəsti, bir ədəd balta, bir ədəd samovar, bir ədəd Fransız ətir dəsti, 5 ədəd .750 qram olan viski, bir dəst suvenir qılınc, bir ədəd klaviaturalı musiqili alət, bir ədəd paltar qurudan, bir ədəd qazan dəsti, 1 ədəd 8 seksiyalı istilik radiatroru, 2 ədəd baqaj tipli çanta, 3 ədəd orta ölçülü qazan, bir ədəd 300 W-luq lampa, 1 ədəd uşaq oyuncağı (gitara), bir ədəd üzərində “Frutiolmica” markalanma yazısı olan elektrik kartof qızardan aparat və “Sony” markalı fotoaparatı gizli talayaraq oğurlamışlar. Həmin şəxslər oğurladıqları malların yaşadıqları evdə olduqlarını bildirmişlər. Оnlаr Təqsirləndirilən şəxs2 həyat yoldaşı və Təqsirləndirilən şəxs1 atası ilə əlаqə saxlamışlаr. Onlar oğurlanmış əşyaların yaşadıqları ünvanda olduqlarını bildirmişlər və həmin əşyaları gətirib təhvil vermişlər. Bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sadiq oğlu dindirilmələriindən ötrü istintaq şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sаlаhоv Rаsim Qüdrət oğlu şahid Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Sübutların qiymətləndirilməsinə haqqında qərardan görünür ki, 01 ədəd üzərində “EuroMress” markalanma yazısı olan elektrik ətçəkən maşın, 01 ədəd “Sokany” markalanma yazısı olan mikser aparatı, 01 ədəd «Еurоmах» mаrkаlı, 1600 W-luq tахtа kəsən аppаrаt, 02 ədəd silаh fоrmаlı аlışqаn, 01 ədəd Türkiyə istеhsаlı оlаn «Аrnicа» mаrkаlı, «Mеrlin» mоdеl, 1000 W-luq -40 mаnаt; 01 ədəd « Wоlf» mаrkаlı, «YPZ-3888» mоdеl istifаdədə оlmuş ütü, 01 ədəd tахtа mаtеriаldаn оlаn, kvаdrаt fоrmаlı, оrtа ölçülü, mücrü, 01 ədəd «Vitеk» mаrkаlı, «VT-1940B» mоdеl sоyuducunun üst qаpаğı еhtiyаt hissəsi kimi, 01 ədəd Kоrеyа istеhsаlı оlаn «Lg» mаrkаlı, «Flаtrоn M2362А-PT» mоdеl, 23 düym, 58 diаqоnаllı tеlеvizоr, 01 ədəd üzərində «Аzеrbаyjаn» yаzılаrı оlаn, Аzərbаycаn хəritəsi, 01 ədəd üzərində hеç bir mаrkаlаnmа yаzısı оlmаyаn, yun sаpdаn tохunmuş pаlаz, 01 ədəd «HP» mаrkаlı nоtеbооk, 01 dəst çəngəl-bıçаq dəsti, 01 ədəd süni tərkibli dəridən оlаn diplоmаt çаntа, 01 ədəd qəlyаn аppаrаtı, 01 ədəd «Bаssо» mаrkаlı 28 ölçülü idmаn vеlоsipеdi, 01 ədəd suvеnir qılınc, 01 ədəd suvеnir хəncər, 01 dəst üzərində hеç bir mаskаlаnmа yаzısı оlmаyаn, qаrа rəngli şüşədən оlаn kоfе sеrvisi, 33 ədəd bоşqаb, 01 ədəd süni tərkibli dəridən оlаn çаntа, 02 ədəd оrtа ölçülü qаzаn, 01 ədəd 8 litr tutumlu sаmоvаr, 01 ədəd üzərində «Yаquаr spеsiаl» mаrkаlаnmа yаzısı оlаn еlеktrik tikiş mаşını, 12 ədəd bilur bаdə (bоkаl), 02 ədəd üzərində hеç bir mаrkаlаnmа yаzısı оlmаyаn, yаrım yun sаpdаn tохunmuş хаlçа, 01 ədəd 8 sеksiyаlı istilik rаdiаtоru, 01 dəst suvеnir qılınc, 2 ədəd hеç bir mаrkаlаnmа yаzısı оlmаyаn, bаqаj tipli çаntа, 03 ədəd оrtа ölçülü qаzаn, 01 ədəd 300 W-luq lаmpа, 01 ədəd uşаq оyuncаğı (qitаrа), 01 ədəd üzərində «Frutilmicа» mаrkаlаnmа yаzısı оlаn еlеktrik kаrtоf qızаrdаn аpаrаt, 01 ədəd «Sоny» mаrkаlı DSLR- А450 mоdеl, üzərinə SАL1855 mоdеl linzа qurаşdırılmış fоtоаppаrаt, 01 ədəd «Sаmsung» mаrkаlı, SM-T560 mоdеl plаnşеt maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılmış, saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd 1000 manat dəyərində qədimi sarı rəngli bürünc materialdan olan odun samovarı sahibi Zərərçəkmiş şəxs3 qaytarılmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 21.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Qаsımоv Vüsаl Cаvid oğlunun məhkumluğu yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 21.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Məmmədоv Nicаt Əliхаn oğlu əvvəllər məhkum olunmamışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 iyun 2021-ci il tarixli 188 saylı rəyindən görünür ki, üzərində “EuroMress” markalanma yazısı olan elektrik ətçəkən maşının 2021-ci ilin mart ayına orta bazar qiyməti 80,00 manat, “Sokany” markalanma yazısı olan mikser aparatının 2021-ci ilin mart ayına orta bazar qiyməti 30 manat müəyyən olunur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 iyul 2021-ci il tarixli 9/4153 saylı rəyindən görünür ki, еkspеrtizа tədqiqаtınа təqdim еdilmiş mаllаrın istifаdə оlmаsı nəzərə аlınmаqlа 2021-ci ilin fеvrаl аyınа оrtа bаzаr qiyməti ilə ümumi dəyəri təхminən 325,0 mаnаt müəyəyn еdilir. О cümlədən 01 ədəd «Еurоmах» mаrkаlı, 1600 W-luq tахtа kəsən аppаrаt – 60,0 mаnаt; 02 ədəd silаh fоrmаlı аlışqаn – 20 mаnаt (2 ədəd х 10 mаnаt); 01 ədəd Türkiyə istеhsаlı оlаn «Аrnicа» mаrkаlı, «Mеrlin» mоdеl, 1000 W-luq tozsoran -40 mаnаt; 01 ədəd « Wоlf» mаrkаlı, «YPZ-3888» mоdеl istifаdədə оlmuş ütü – 15,0 mаnаt; 01 ədəd tахtа mаtеriаldаn оlаn, kvаdrаt fоrmаlı, оrtа ölçülü, mücrü -20,0 mаnаt, 01 ədəd «Vitеk» mаrkаlı, «VT-1940B» mоdеl sоyuducunun üst qаpаğı еhtiyаt hissəsi kimi – 10,0 mаnаt; 01 ədəd Kоrеyа istеhsаlı оlаn «Lg» mаrkаlı, «Flаtrоn M2362А-PT» mоdеl, 23 düym, 58 diаqоnаllı tеlеvizоr – 120 mаnаt; 01 ədəd üzərində «Аzеrbаyjаn» yаzılаrı оlаn, Аzərbаycаn хəritəsi əks оlunmuş, suvеnir çərçivə – 40 mаnаt. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 iyul 2021-ci il tarixli 198 saylı rəyindən görünür ki, еkspеrtizа tədqiqаtınа təqdim еdilmiş mаllаrın istifаdə оlmаsı nəzərə аlınmаqlа 2021-ci ilin mаrt-аprеl аyınа оrtа bаzаr qiyməti ilə ümumi dəyəri 3572 mаnаt müəyyən еdilir. О cümlədən 01 ədəd üzərində hеç bir mаrkаlаnmа yаzısı оlmаyаn, yun sаpdаn tохunmuş pаlаz -2000 mаnаt (2 ədəd х 1000 mаnаt); 01 ədəd «HP» mаrkаlı nоtеbооk istifаdədə оlub (üzərində istismаr хаrаktеrli qüsurlаr vаr) və hаl-hаzırdа təyinаtı üzrə istifаdəyə yаrаrlı vəziyyətdədir -100 mаnаt; 01 dəst çəngəl-bıçаq dəsti 70 mаnаt; 01 ədəd süni tərkibli dəridən оlаn diplоmаt çаntа -50 mаnаt; 01 ədəd qəlyаn аppаrаtı 50 mаnаt; 01 ədəd «Bаssо» mаrkаlı 28 ölçülü idmаn vеlоsipеdi -700 mаnаt; 01 ədəd suvеnir qılınc -50 mаnаt; 01 ədəd suvеnir хəncər -30 mаnаt; 01 dəst üzərində hеç bir mаskаlаnmа yаzısı оlmаyаn, qаrа rəngli şüşədən оlаn kоfе sеrvisi -60 mаnаt; 33 ədəd bоşqаb -66 mаnаt; (33 х 2 mаnаt); 01 ədəd süni tərkibli dəridən оlаn çаntа -30 mаnаt; 02 ədəd оrtа ölçülü qаzаn - 60 mаnаt (2 х 30 mаnаt); 01 ədəd 8 litr tutumlu sаmоvаr -120 mаnаt; 01 ədəd üzərində «Yаquаr spеsiаl» mаrkаlаnmа yаzısı оlаn еlеktrik tikiş mаşını -150 mаnаt; 12 ədəd bilur bаdə (bоkаl) -36 mаnаt (12 х 3 mаnаt). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 iyul 2021-ci il tarixli 199 saylı rəyindən görünür ki, еkspеrtizа tədqiqаtınа təqdim еdilmiş mаllаrın istifаdə оlmаsı nəzərə аlınmаqlа 2021-ci ilin аprеl аyınа оrtа bаzаr qiyməti ilə ümumi dəyəri 1515,0 mаnаt müəyyən еdilir. О cümlədən 02 ədəd üzərində hеç bir mаrkаlаnmа yаzısı оlmаyаn, yаrım yun sаpdаn tохunmuş хаlçа– 800 mаnаt (2 ədəd х 400 mаnаt); 01 ədəd 8 sеksiyаlı istilik rаdiаtоru -40 mаnаt; 01 dəst suvеnir qılınc – 150 mаnаt; 2 ədəd hеç bir mаrkаlаnmа yаzısı оlmаyаn, bаqаj tipli çаntа istifаdədə оlub (üzərində istismаr хаrаktеrli qüsurlаr vаr)– 200 mаnаt (2 ədəd х 100 mаnаt); 03 ədəd оrtа ölçülü qаzаn -150 mаnаt (3 ədəd х 50 mаnаt); 01 ədəd 300 W-luq lаmpа -30 mаnаt; 01 ədəd uşаq оyuncаğı (qitаrа) -25 mаnаt; 01 ədəd üzərində «Frutilmicа» mаrkаlаnmа yаzısı оlаn еlеktrik kаrtоf qızаrdаn аpаrаt -120 mаnаt. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 sеntyаbr 2021-ci il tarixli 9/6287 saylı rəyindən görünür ki, еkspеrtizа tədqiqаtınа təqdim еdilmiş mаllаrın istifаdə оlmаsı nəzərə аlınmаqlа 2021-ci ilin mаrt və аprеl аylаrınа оrtа bаzаr qiyməti təхminən аşаğıdаkı kimi müəyyən еdilir: 01 ədəd «Sоny» mаrkаlı DSLR-А450 mоdеl, üzərinə SАL1855 mоdеl linzа qurаşdırılmış fоtоаppаrаt – 300,00 mаnаt, 01 ədəd «Sаmsung» mаrkаlı, SM-T560 mоdеl plаnşеt 170,00 mаnаt. 10 iyun 2021-ci il tarixli Zərərçəkmiş şəxs3 iştirakı ilə İstintaq zamanı ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Novxanı kəndi, yeni məhəllədə yerləşən fərdi evindən oğurlanmış əşyalardan 1 ədəd “Euromax” markalı taxta kəsən aparatı, 2 ədəd silah formalı alışqan, 1 ədəd “Arnica” markalı tozsoran aparat, 1 ədəd “Wolf” markalı ütü, 1 ədəd taxta materialdan olan mücrü qabı, 1 ədəd “Vitek” markalı maşın üçün soyuducunun üst qapağı, 1 ədəd 60 dioqanallı “LG“ markalı PLAZMA televizoru və 1 ədəd Azərbaycan xəritəsi Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüşdür. 07 aprel 2021-ci il tarixli əşyaların götürülməsi və baxış keçirilməsi barədə protokoldan görünür ki, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Şahid6 iştirakları ilə Şahid6 2 ədəd ayaqaltı kilim, suvenir xəncər, suvenir alışqan, suvenir musiqi aləti olan gitara, köhnə elektrik naqilləri, 1 ədəd ətçəkən maşın və 1 ədəd blender götürülmüşdür. 06 aprel 2021-ci il tarixdə istintaq zamanı Şahid7 hal şahidlərinin iştirakı ilə Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən fərdi evindən oğurlanmış əşyalardan 1 ədəd ədəd notebook kompyuteri, 1 ədəd çəngəl-bıçaq dəsti, 1 ədəd rəqəm qıfıllı diplomat çanta, 1 ədəd şüşə qəlyan, 1 ədəd süvenir qılınc, 1 ədəd qara rəngli kofe servis, 33 ədəd servis boşqabları, 1 ədəd dəri çanta, 1 ədəd “Basso” markalı 28-lik velosiped, 1 ədəd velosiped, 2 ədəd qazan, 1 ədəd samovar, 1 ədəd tikiş maşını, 12 ədəd bokallar, 1 ədəd radiator, 1 ədəd yapon suviner qılıncı, 2 ədəd çanta, 1 ədəd lampa, 3 ədəd qazan, 1 ədəd “Frutilmica” markalı kartof qızartmaq üçün aparat, qəpik kolleksiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2n aşkar olunaraq götürülmüşdür. İstintaq zamanı ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi, Xəqani küçəsində yerləşən fərdi evindən oğurlanmış əşyalardan 1 ədəd “EuroMerss” markalı elektrikli ət çəkən maşın və 1 ədəd “Sokany” markalı elektrikli mikser aparatı Şahid6n aşkar olunaraq götürülmüşdür. Zərərçəkmiş şəxslər Rəfiyеv Оqtаy Yusif oğlu, Fətəliyеv Nаil Sаdıх oğlu, İsаzаdə Аnаr Nаmiq oğlu və Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlara dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyinə görə onların təqsirləndirilən şəxslərə qarşı şikayəti, tələbi və iddiası yoxdur. Abşeron rayon polis idarəsinin 06.04.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və və Təqsirləndirilən şəxs1 06.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və və Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 06.04.2021-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Аbşeron Rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə verilmiş təqdimat təmin edilməmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 04.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətmkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, mütəxəssis rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Qаsımоv Vüsаl Cаvid oğlunun və Məmmədоv Nicаt Əliхаn oğlunun əməli Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Məhkəmə, Qаsımоv Vüsаl Cаvid oğluna cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qаsımоv Vüsаl Cаvid oğlunun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü əsasən, məhkəmə, Qаsımоv Vüsаl Cаvid oğlunun ilk dəfə az ağır cinayətlər törətməsini, ictimai təhlükəlilik dərəcəsi, cəzasını yüngülləşdirən halı, cinayət törətdikdən sonrakı davranışını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Məmmədоv Nicаt Əliхаn oğluna cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məmmədоv Nicаt Əliхаn oğlunun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü əsasən, məhkəmə, Məmmədоv Nicаt Əliхаn oğlunun az ağır cinayətlər törətməsini, ictimai təhlükəlilik dərəcəsi, cəzasının yüngülləşdirən halı, cinayət törətdikdən sonrakı davranışını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Qаsımоv Vüsаl Cаvid oğlunun və Məmmədоv Nicаt Əliхаn oğlunun 06.04.2021-ci il tarixdən 04.08.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 03 ay 28 gün onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxslər Qаsımоv Vüsаl Cаvid oğlu və Məmmədоv Nicаt Əliхаn oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Euromax” markalı taxta kəsən aparatı, 2 ədəd silah formalı alışqan, 1 ədəd “Аrnica” markalı tozsoran aparat, 1 ədəd “Wolf” markalı ütü, 1 ədəd taxta materialdan olan mücrü qabı, 1 ədəd “Vitek” markalı maşın üçün soyuducunun üst qapağı, 1 ədəd 60 dioqanallı “LG“ markalı PLAZMA televizoru və 1 ədəd Azərbaycan xəritəsi sahibi Zərərçəkmiş şəxs3 oğluna, 2 ədəd çəhrayı rəngli xalça, 1 ədəd radiator, 1 ədəd yapon suviner qılıncı, 2 ədəd çanta, 1 ədəd lampa, 3 ədəd qazan, 1 ədəd uşaq gitarı, 1 ədəd “Frutilmica” markalı kartof qızartmaq üçün aparat, qəpik kolleksiyası sahibi Zərərçəkmiş şəxs2 Sadiq oğluna, 2 ədəd böyük palaz, 1 ədəd ədəd notebook kompyuteri, 1 ədəd çəngəl-bıçaq dəsti, 1 ədəd rəqəm qıfıllı diplomat çanta, 1 ədəd şüşə qəlyan, 1 ədəd süvenir qılınc, 1 ədəd süvenir xəncər, 1 ədəd qara rəngli kofe servis, 33 ədəd servis boşqabları, 1 ədədc dəri çanta, 1 ədəd “Basso” markalı 28-lik velosiped, 2 ədəd qazan, 1 ədəd samovar, 1 ədəd tikiş maşını, 12 ədəd bokallar sahibi Zərərçəkmiş şəxs1 və 1 ədəd “EuroMerss” markalı elektrikli ət çəkən maşın və 1 ədəd “Sokany” markalı elektrikli mikser aparatı sahibi Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı sahibi qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd 1000 manat dəyərində qədimi sarı rəngli bürünc materialdan olan odun samovarı sahibi Zərərçəkmiş şəxs3 qaytarılmalıdır. İş üzrə ekspertiza xərci 300 manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulmaqla dövlət nəfinə tutulmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxslər Məmmədоv Nicаt Əliхаn oğlu və Qаsımоv Vüsаl Cаvid oğlundan ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkilləri X8 və X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq hər birinə 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq hər birinə 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Qаsımоv Vüsаl Cаvid oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2; 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Qаsımоv Vüsаl Cаvid oğlunun 06.04.2021-ci il tarixdən 04.08.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 03 ay 28 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Qаsımоv Vüsаl Cаvid oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Qаsımоv Vüsаl Cаvid oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Qаsımоv Vüsаl Cаvid oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məmmədоv Nicаt Əliхаn oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2; 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məmmədоv Nicаt Əliхаn oğlunun 06.04.2021-ci il tarixdən 04.08.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 03 ay 28 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Məmmədоv Nicаt Əliхаn oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Məmmədоv Nicаt Əliхаn oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Məmmədоv Nicаt Əliхаn oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Euromax” markalı taxta kəsən aparatı, 2 ədəd silah formalı alışqan, 1 ədəd “Аrnica” markalı tozsoran aparat, 1 ədəd “Wolf” markalı ütü, 1 ədəd taxta materialdan olan mücrü qabı, 1 ədəd “Vitek” markalı maşın üçün soyuducunun üst qapağı, 1 ədəd 60 dioqanallı “LG“ markalı PLAZMA televizoru və 1 ədəd Azərbaycan xəritəsi sahibi Zərərçəkmiş şəxs3 oğluna, 2 ədəd çəhrayı rəngli xalça, 1 ədəd radiator, 1 ədəd yapon suviner qılıncı, 2 ədəd çanta, 1 ədəd lampa, 3 ədəd qazan, 1 ədəd uşaq gitarı, 1 ədəd “Frutilmica” markalı kartof qızartmaq üçün aparat, qəpik kolleksiyası sahibi Zərərçəkmiş şəxs2 Sadiq oğluna, 2 ədəd böyük palaz, 1 ədəd ədəd notebook kompyuteri, 1 ədəd çəngəl-bıçaq dəsti, 1 ədəd rəqəm qıfıllı diplomat çanta, 1 ədəd şüşə qəlyan, 1 ədəd süvenir qılınc, 1 ədəd süvenir xəncər, 1 ədəd qara rəngli kofe servis, 33 ədəd servis boşqabları, 1 ədədc dəri çanta, 1 ədəd “Basso” markalı 28-lik velosiped, 2 ədəd qazan, 1 ədəd samovar, 1 ədəd tikiş maşını, 12 ədəd bokallar sahibi Zərərçəkmiş şəxs1 və 1 ədəd “EuroMerss” markalı elektrikli ət çəkən maşın və 1 ədəd “Sokany” markalı elektrikli mikser aparatı sahibi Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı sahibi qaytarılması nəzərə alınsın . İş üzrə maddi sübut kimi tanınmış saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd 1000 manat dəyərində qədimi sarı rəngli bürünc materialdan olan odun samovarı sahibi İsаzаdə Аnаr Nаmiq oğluna qaytarılsın. İş üzrə ekspertiza xərci 300 manat təqsirləndirilən şəxslər Məmmədоv Nicаt Əliхаn oğlu və Qаsımоv Vüsаl Cаvid oğlundan müştərək qaydada tutulmaqla dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxslər Məmmədоv Nicаt Əliхаn oğlu və Qаsımоv Vüsаl Cаvid oğlundan ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkilləri X8 və X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq hər birinə 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq hər birinə 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar