Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-80/2023 30.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci ildə Ağdam rayonu, Quzanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki uşaq atası, əvvəllər məhkum olunmamış, işsiz, Quba rayonu, Vəlvələ kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 18 iyul 2022-ci ildə saat 09:47 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Shacman markalı **-DF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 22,7-ci kilometrliyində Şamaxı rayonu istiqamətində sağ hərəkət zolağında 40 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36- cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib etməyib, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəolunmasından ayırdığından qarşıda eyni istiqamətdə sağ hərəkət zolağında hərəkətdə olan Şahid1 idarə etdiyi Toyota Auris markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Toyota Auris markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs ağır kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əziyi, alm sümüyünün frontal cibə və sol orbitanm yuxarı divarına keçən sınığı, əsas sümüyün xətti sınığı, epidural hematoma, pinevmosefaliya (kəllə boşluğuna havanın toplanması), sol gözətrafı yumşaq toxumaların hematoması, soldan alm-gicgah nahiyəsinin sıyrımtıları kimi inasn həyatı üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 18 iyul 2022-ci il tarixdə saat 09:47 radlələrində etibarnamə əsasında idarə etdiyi Shacman markalı ** DF *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhərindən Quba rayonuna gedərkən Bakı-Şamaxı-Yevlax yolunun 22,7-ci kilometrliyində avtomobili sağ zolaqda 40 km/saat sürətlə hərəkət etdirmiş, avtomobildə tək olmuş, qarşısında eyni istiqamətdə tünd rəngli minik avtomobili çox asta sürətlə hərəkətdə olmuş, həmin avtomobilin sol yan tərəfindən ötüb keçmək istəyərkən avtomobilinin qabaq sağ tərəfi qarşısındakı həmin avtomobilin arxa sol hissəsi ilə toqquşmuş, avtomobillər irəliyə gedib, sağda dayanmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində o, xəsarət almamışh, avtomobili ilə toqquşduğu avtomobildə xəsarət alan sərnişinləri xəstəxanaya yola salmışlar, həmin sürücü və sərnişinləri tanımır, hadisədən əvvəl avtomobili saz vəziyyətdə olmuş, beş ton yük olmuşdur. Zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 18 iyul 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhərindən Abşeron rayonu Müşviqabad qəsəbəsinə gedərkən Toyota markalı avtomobildə sərnişin qismində arxada solda oturmuş, sağda iki azyaşlı uşağı və arvadı Rufanə əyləşmişdir. Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisində yaşadığı həyətin yaxınlığına çatdıqda əyləşdiyi avtomobilin arxa hissəsindən güclü zərbə olmuşdur. Zərbədən avtomobil irəliyə atılmış, o, uşaqları və arvadı Rufanə xəsarət almışlar. O, avtomobildən yerə düşdükdə görmüşdür ki, əyləşdiyi avtomobili arxadan Shacman markalı yük avtomobili vurmuşdur. Sürücü onun müalicə xərclərinin tam ödəmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı mülki iddiaçı X9 ifadəsində göstərmişdir ki, Toyota Puris markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobili yüksək səlahiyyət verən etibarnamə əsasında X2 tam pulunu ödəyərək almışdır. O, 18 iyul 2022-ci il tarixdə Bakı-Şamaxı avtomobili onun avtomobilini arxadan vurub əzərək yararsız vəziyyətə salmış, avtomobilinə 7772 (yeddi min yeddi yüz yetmiş iki) manat ziyan dəymişdir. Həmin ziyan təqsirkar sürücü tərəfindən ödənilmədiyindən şikayət ərizəsi yazmış və ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasnda şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 iyul 2022-ci il tarixdə saat 09:47 radələrində etibarnamə əsasında idarə etdiyi X11 markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Müşviqabad qəsəbəsinə girərkən Bakı-Şamaxı yolunun 22,7-ci kilometrliyində avtomobili sağ zolaqda 30 km/saat sürətlə hərəkət etdirmiş, avtomobildə arxada oturan sərnişinləri evlərinin yaxınlığında düşürtmək istəmiş, birdən avtomobilinin arxa hissəsindən zərbə olmuş, zərbədən avtomobil irəliyə atılmışdır. Həmin vaxtı avtomobildə arxa oturacaqda sərnişin qismində əyləşən bir kişi, bir qadın və iki uşaq xəsarət almışlar. O, avtomobildən düşdükdə avtomobilini arxa hissədən vuran Shacman markalı yük avtomobilinin qabaq hissəsini əzilmiş vəziyyətdə görmüşdür. Sürücü tək olmuş, xəsarət almamışdır. Yük avtomobilinin sürətini bilmir, amma zərbənin təsirindən sürətli olmağı bilinir. Hadisə zamanı xəsarət almış sərnişinlər xəstəxanaya yola salınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 18 iyul 2022-ci il tarixdə saat 10 radələrində əri Elşad və iki azyaşlı uşaqları ilə birlikdə Bakı şəhərindən Abşeron rayornu Müşviqabadqəsəbəsinə evinə gedərkən Toyota markalı avtomobildə sərnişin qismində arxada oturmuşlar. Həmin avtomobil Bakı-Şamaxı yolunda yaşadığı evin yaxınlığına çatmağa az qalmış yolun sağ tərəfi ilə hərəkətdə olan zaman birdən əyləşdiyi avtomobilin arxasından güclü zərbə olmuş, zərbədən əyləşdiyi avtomobil irəli atılmış və qabaqda yolun sağında dayanmışdır. O, avtomobildə olan əri Elşad, 2012-ci il təvəllüdlü qızı Zəhra və 2014-cü il təvəllüdlü oğlu Amil xəsarət almışlar. Avtomobildən yerə düşdükdə əyləşdiyi avtomobili Shacman markalı avtomobili lə toqquşduğunu görmüşdür. Onlar xəsarət aldıqları üçün xəstəxanaya çatdırılmışdır. O, sürücüləri tanımadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı qanuni nümayəndəsi Şahid2 iştirakı ilə şahid qismində dindirilmiş yetikinlik yaşma çatmayan 2014-cü il təvəllüdlü Şahid4 ifadəsində göstərmişdir ki, 18 iyul 2022-ci il tarixdə səhər vaxtı atası Elşad, anası Rufanə, bacısı Zəhra ilə birlikdə Bakı şəhərindən minik avtomobilində sərnişin kimi arxada oturub Bakı-Şamaxı yolu ilə evinə gələrkən əyləşdiyi avtomobilin arxa hissəsindən yük avtomobili vurmuş, o və ailə üzvləri xəsarət almışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı qanuni nümayəndəsi Şahid2 iştirakı ilə şahid qismində dindirilmiş yetikinlik yaşma çatmayan 2012-ci il təvəllüdlü Şahid3 ifadəsində göstərmişdir ki, 18 iyul 2022-ci il tarixdə səhər vaxtı atası Elşad, anası Rufanə, qardaşı Amil ilə birlikdə Bakı şəhərindən yaşadığı Abşeron rayonu Müşviqabad qəsəbəsinə gedərkən yaşadığı evə çatmağına az qalmış sərnişin kimi əyləşdiyi avtomobili arxa hissəsindən yük maşını vurmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 1739 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər ağır kəllə-beyin travması baş beyinin ağır dərəcəli əziyi, alm sümüyünün frontal cibə və sol orbitamn yuxarı divarına keçən sınığı, əsas sümüyün xətti sınığı, epidural hematoma, pinevmosefaliya (kəllə boşluğuna havanın toplanması), sol gözətrafı yumşaq toxumaların hematoması, soldan alm-gicgah nahiyəsinin sıyrmtıları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Məhkəmə baxışı iclasında DİN-nin X4 xidmətindən daxil olmuş bir ədəd diskə baxış keçirilmiş, Şamaxı istiqamətində hərəkət edən «Shacman» markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında eyni istiqamətdə hərəkət edən «Toyota Arius» markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə dəyrəkə toqquşması müəyyən edilmişdir. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 04 avqust 2022-ci il tarixli, 8/1902 nömrəli rəyindən məlum olur ki, Shacman markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur. Sərxoşluq vəziyyətinin tibbi düayinəsinin xx.xx.2022-ci il tarixli 2/23929 nömrəli aktından görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 016-110338-1222 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə (xx.xx.2025-ci il tarixədək etibarlı olan) AE 610634 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. "xxxx" MMC-dən alınmış aktdan məlum olur ki, Toyota Auris markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilə 7772 (yeddi min yeddi yüz yetmiş iki) manat ziyan dəymişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, Toyota Auris markalı, ** NP *** və Shacman markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobillər saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Abşeron Rayon Məhkəməsinə Zərərçəkmiş şəxs tərəfindən verilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyinə görə onunla barışıb və təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Abşeron Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və maddi tələbi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə maddi köməklik etdiyinə və onunla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “....Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasından sonra onun məhz həmin Məcəllənin 263.1 və 263.1-1ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü məsələsidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələ həll edilərkən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, iki obyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır.” Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Toyota Auris markalı, ** NP *** və Shacman markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobillər saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 128 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı X9 mülki iddiaçı qismində tanınsa da, eyni zamanda iş materiallarına ziyan aktı əlavə edilsə də mülki iddia əlavə edilməmişdir, həmçinin X9 tərəfindən məhkəmə istintaqı zamanı dəymiş ziyanla bağlı mülki iddia təqdim edilməmişdir. Ona görə də bu hal nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. X8 cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə 128 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Toyota Auris markalı, ** NP *** və Shacman markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobillər saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. X8 cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-80/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-80/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver