Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-80/2024 09.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs11 Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi Müdafiəçi2 Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1986-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvəllər məhkum olunmamış, YAP Abşeron rayon təşkilatında işləyən, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 20-ci məhəllə, ev 1, mənzil 65-də qeydiyyatda olmaqla ünvan 13-də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.2 və 131.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özünə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 20-ci məhəllə, bina 1 ünvanda yerləşən 31 nömrəli mənzildə “Qaz təsərrüfatında təhülkəsizlik qaydalarf’nm 8.44, 9.241, 9.233 bəndlərinin və “Qazdan istifadə qaydaları” nın 3.4.1 bəndinin tələbini pozaraq, həmin mənzildə qaz cihazlarının təhlükəsiz istismar edilməsinə və onların lazımi vəziyyətdə saxlanılmasına cavabdeh olan şəxs kimi mənzilin qapalı tipli eyvanına qaz xətti çəkib sonluğuna hər- hansı qaz cihazı qoşmamış, qaz borusunun sonluğuna tıxac qoyulmaqla bağlanmasını təmin etməmiş və bunun nəticəsi kimi diametri 15 mm olan polad qaz borusunun qaz kranının açıq vəziyyətində olan borunun sonluğundan mənzilin daxilinə təbii qaz sızmış, 03 avqust 2022-ci il tarixdə saat 21 radələrində tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə təmirdən sonrakı vəziyyətdə evdə təmizlik işləri aparıb mənzilin yataq otağında istirahət edərkən əlində tutduğu alışqandan istifadə etməklə siqaretini yandırmaq istədikdə otaqda qaz-hava qarışığının əmələ gəlməsi təsirindən alışıb partlayış baş vermiş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 bədən səthinin 60%-ni əhatə edən başın tüklü hissəsinin, hər iki qulağın, hər iki yuxarı ətrafların, gövdənin ön, arxa səthinin, hər iki aşağı ətrafların İİ-İİİ dərəcəli termiki yanıqları ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti almış, həmçinin Zərərçəkmiş şəxs2 mülkiyyətində olan binanın 33-cü mənzilinin qapıpəncərələrinin məhv olması və ətrafının zədələnməsi nəticəsində 5350 manat, Zərərçəkmiş şəxs3 mülkiyyətində olan binanın 27-ci mənzilinin qapı-pəncərələrinin məhv olması və ətrafının zədələnməsi nəticəsində 5500 manat, Zərərçəkmiş şəxs13 mülkiyyətində olan binanın 32-ci mənzilinin qapı- pəncərələrinin məhv olması və ətrafının zədələnməsi nəticəsində 5900 manat, Zərərçəkmiş şəxs15 mülkiyyətində olan binanın 18 saylı və 19 saylı mənzillərin qapı-pəncərələrinin məhv olması və ətrafının zədələnməsi, eyvanın dağılması nəticəsində 9000 manat, Zərərçəkmiş şəxs4 mülkiyyətində olan binanın 27-ci mənzilinin qapı-pəncərələrinin məhv olması və ətrafının zədələnməsi, eyvanının dağılması nəticəsində 6000 manat, Zərərçəkmiş şəxs6 mülkiyyətində olan binanın ümumi sahəsi 77.6 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsinin qapı- pəncərələrinin məhv olması və ətrafının zədələnməsi nəticəsində 5500 manat, Zərərçəkmiş şəxs7 mülkiyyətində olan binanın 29 saylı mənzilinin qapı- pəncərələrinin məhv olması və ətrafının zədələnməsi, tavanının çökməsi nəticəsində 8000 manat, həmçinin partlayış zamanı daş parçalarının və müxtəlif dağılmış əşyaların onun mülkiyyətində olmuş və binanın həyətində saxladığı «İnfıniti FX-45» markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə tökülməsi nəticəsində 3700 manat, Zərərçəkmiş şəxs9 mülkiyyətində olan binanın 37 saylı mənzilinin qapı- pəncərələrinin məhv olması və ətrafının zədələnməsi, divarların deformasiya olması nəticəsində 6800 manat, həmçinin partlayış zamanı daş parçalarının və müxtəlif dağılmış əşyaların onun mülkiyyətində olmuş və binanın həyətində saxladığı «Mercedes Benz C klass» markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə tökülməsi nəticəsində 1700 manat, Zərərçəkmiş şəxs14 mülkiyyətində olan binanın 18 saylı və 19 saylı mənzillərinin qapı-pəncərələrinin məhv olması və ətrafının zədələnməsi nəticəsində 7200 manat, Zərərçəkmiş şəxs16 mülkiyyətində olan binanın ümumi sahəsi 65.5 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsinin qapı-pəncərələrinin məhv olması və ətrafının zədələnməsi nəticəsində 5200 manat, həmçinin partlayış nəticəsində sınmış əşyaların binanın həyətində saxlanılmış avtomobillərin üzərinə tökülməsi nəticəsində Zərərçəkmiş şəxs5 məxsus «Hyundai Sonata» markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə 7922 manat, Zərərçəkmiş şəxs8 qızma məxsus «Hyundai İX 35» markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilə 4777 manat, Zərərçəkmiş şəxs10 məxsus «Chevrolet Malibu» markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilə 3020 manat, Zərərçəkmiş şəxs11 məxsus «Volksvagen Passat» markalı, ** GG *** dövlət qeydiyyat nişanlı avtomobilə 1010 manat, Zərərçəkmiş şəxs12 məxsus «Mercedes 220 CDİ» markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilə 1945 manat ziyan vuraraq, ümumilikdə 88.524 manat məbləğində külli miqdarda zərərçəkmiş şəxslərin əmlakı ehtiyatsızlıqdan məhv edilmiş və zədələnmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən 31 nömrəli mənzildə yaşayır. Mənzili 2022-ci ilin iyul ayında alqı-satqı müqaviləsi əsasında almışdır. Mənzil 2 otaq, 2 eyvan, hamam-tualet və mətbəx sahəsindən ibarətdir. Mənzil elektrik enerjisi və təbii qazla təchiz olunmuşdur. Qaz xətti qaz sayğacından mənzilin daxilinə çəkilərək divarın üst hissəsi ilə dəhlizə, oradan isə hamam-tualet otağının divarından keçirilərək mətbəx sahəsinə çəkilmiş və orada qaz plitəsinə quraşdırılmışdır. Qaz xəttinin üzərində 2 ədəd kran olmuş, kranlardan biri qaz xəttinin dəhlizdən keçən hissəsinin üzərinə quraşdırılmış, digər kran isə eyvanda olan qaz xəttinin sonluğuna quraşdırılmışdır. Mənzili təmir etdirmək istəmiş və bu məqsədlə orada olan əşyaların hamısını 2022-ci ilin iyul ayının ikinci yarısında çıxartmışdır. Həmin vaxt eyvanda olan qaz xəttinin sonluğuna quraşdırılmış qaz plitəsini xətdən ayıraraq mənzildən çıxartmış, xətti plitədən ayırdıqdan sonra sonluğunu açıq saxlamışdır. 2022-ci ilin iyul ayının sonlarında mənzildə təmir işlərinə başlamış və işlər ustalar, Zərərçəkmiş şəxs17 və Şahid7 tərəfindən görülmüşdür. 03 avqust 2022-ci il tarixdə saat 18:40-da mənzilinə getmiş, dəhlizdə yerləşdirilmiş elektrik lövhəsində olan avtomat açarları yandırmışdır. Mənzilə daxil olduqda bütün pəncərələr açıq vəziyyətdə olmuşdur. Saat 19:15-də evdən çıxaraq Xırdalan şəhərində olan çayxanaya getmişdir. Dostu Zərərçəkmiş şəxs1 ilə 03 avqust 2022-ci il tarixdə işdən sonra təmir işlərinin görüldüyü mənzildə təmizlik işləri aparacaqları barədə əvvəlcədən razılaşmışlar. Saat 21:15-də dostu Cavidlə mənzilinə daxil olmuş, qoruyucu avtomatları işə salaraq mənzilin elektrik enerjisinin verilişini bərpa etmiş və mənzil isti olduğu üçün bütün pəncərələri bağlayaraq dəhlizdə olan kondisioneri işə salmışdır. Təqribən 15-20 dəqiqə ərzində Cavidlə təmizlik işləri gördükdən sonra mənzilin yataq otağında oturmuşlar. Siqaret çəkmək üçün alışqanı yandırmaq istəmiş, lakin alışqan işə düşməmişdir. Bundan sonra yataq otağının eyvana olan qapısını açarkən qonaq otağında partlayış baş vermişdir. Partlayış nəticəsində mənzili dağıntının təsirinə məruz qalmış, özü və dostu Cavid yanıq xəsarətləri almışlar. Sonradan bilmişdir ki, partlayış nəticəsində qonşuluqda yerləşən çox sayda mənzillər, qeyri-yaşayış obyektləri və avtomobillər dağıntının təsirinə məruz qalaraq zədələnmişdirlər. Partlayış mənzilin daxilində olan qaz sızmasından baş vermişdir. 03 avqust 2022-ci il tarixdə yaşadığı binada saat 10 radələrində təbii qazın verilişi dayandırılmış və həmin gün saat 17 radələrində təbii qazın verilişi bərpa edilmişdir. 03 avqust 2022-ci il tarixdə gün ərzində ustalar İntiqam və Rəfayıl qonaq otağının eyvanında, qaz xəttinin yaxınlığında kafel-metlax sökərkən bilmədən xəttin üzərində olan krana toxunmuşdur. Ustalar saat 16:20-də mənzildən çıxmışlar və saat 17 radələrində təbii qazın verilişi bərpa edildikdən sonra təbii qaz mənzilə sızmış, lakin mənzilin bütün pəncərələri, eləcə də, qonaq otağının eyvanının pəncərələri, yəni qaz xəttinin yaxınlığında olan pəncərə açıq olduğu üçün qaz evə dolmamışdır. Bundan xəbərsiz saat 21:15-də dostu Cavidlə mənzilə daxil olarkən pəncərələri bağladıqdan sonra qaz mənzilə sızmış və hadisə ərəfəsində yataq otağının eyvana olan qapısını açarkən hava otağa dolmuş və elektrik qığılcımından partlayış baş vermişdir. Mülki iddianı qəbul etmir,belə ki, evlərə dəymiş ziyanlıq dövlət tərəfindən qarşılanmış və təmir edilmişdir. Samir ondan əlavə kimi xərc istəyir. Odur ki, mülki iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq məhkəməyə ərizə təqdim edərək cinayət işi üzrə cəlbetmə müddəti keçdiyi üçün işə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 20, ev 1 ünvanda yerləşən, özünə məxsus 35 nömrəli mənzildə yaşayır. Mənzil 2 otaqdan ibarətdir, ümumi sahəsi 53 kvadratmetrdir. Mənzil elektrik enerjisi, təbii qaz və su ilə təchiz olunmuşdur. 03 avqust 2022-ci il tarixdə axşam saatlarında evdə olarkən saat 21 radələrində binada möhkəm partlayış baş vermiş, nəticədə mənzilin pəncərələri yerindən çıxmış, evin demək olar ki, bütün pəncərələrinin şüşələri sınmışdır. Sonradan bilmişdir ki, binanın 3-cü mərtəbəsində yerləşən, qonşusu Təqsirləndirilən şəxs məxsus 31 nömrəli mənzilin daxilində qaz sızmasından partlayış baş vermiş, nəticədə binanın çox sayda mənzilləri dağıntının təsirinə məruz qalmış, eləcə də hadisə baş verən vaxt binanın ətrafında olan avtomaşınlar zədələnmişdir. Hadisəsinin baş verdiyi gün, yəni 03 avqust 2022-ci il tarixdə saat 10 radələrində binaya təbii qazın verilişi dayandırılmış və həmin gün axşam saatlarında təbii qazın verilişi bərpa edilmişdir. Qeyd olunan tarixdə təbii qazın verilişinin dayandırılacağı, eləcə də, axşam saatlarında təbii qazın verilişinin bərpa edilməsi barədə “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən məlumatlandırılmamışdır. Göstərmişdir ki, baş vermiş partlayış nəticəsində mənzilim dağıntıya məruz qalmış, mənzilin pəncərələri yerindən çıxmış və şüşəlri tamamilə sınıb məhv olmuşdur. Həmçinin mənzilin divarlarında geniş çatlar əmələ gəlmiş və mənzil yarasız hala düşmüşdür. Belə ki, mənzilin sınmış və məhv olmuş pəncərələrin bərpası, həmçinin təmir bərpa işləri üçün ümumilikdə 5500 manat maddi vəsait tələb olunur. Odur ki, baş vermiş partlayış nəticəsində ümumilikdə 5500 manat maddi ziyan dəymişdir. Şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, ünvan 2 ünvanda yaşayır. Yaşadığı mənzil özünə məxsusdur. Mənzil 2 otaqdan ibarət olmaqla ümumi sahəsi 50.1 kvadratmetrdir. Mənzil elektrik enerjisi, təbii qaz və su ilə təchiz olunub. 03 avqust 2022-ci il tarixdə günün 2-ci yarısı Bakı şəhərində qonaq olduğu zaman qonşuları ona zəng edərək yaşadıqları binada qaz sızmasından partlayış baş verdiyini bildirmişlər. Dərhal evə qayıtmış və mənzilinə daxil olduqda qapı və pəncərələrin yerindən çıxdığını, şüşələrin qırıldığını, mənzilin eyvanının isə tamamilə dağıldığını görmüşdür. Sonradan bilmişdir ki, binanın 3-cü mərtəbəsində yerləşən, qonşusu Təqsirləndirilən şəxs məxsus 31 nömrəli mənzilin daxilində qaz sızmasından partlayış baş vermiş, nəticədə binanın çox sayda mənzilləri dağıntının təsirinə məruz qalmışdır. Hadisənin baş verdiyi gün, yəni 03 avqust 2022-ci il tarixdə saat 10 radələrində binaya təbii qazın verilişi dayandırılmış və həmin gün axşam saatlarında təbii qazın verilişi bərpa edilmişdir. Qeyd olunan tarixdə təbii qazın verilişinin dayandırılacağı, eləcə də, axşam saatlarında təbii qazm verilişinin bərpa edilməsi barədə “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən məlumatlandırılmamışdır. Göstərmişdir ki, baş vermiş partlayış nəticəsində mənzili və həmçinin mənzilin eyvanı dağıntıya məruz qalmış, mənzilin pəncərələri yerindən çıxmış və şüşələri tamamilə sınıb məhv olmuşdur. Belə ki, mənzilin sınmış və məhv olmuş pəncərələrin bərpası, həmçinin eyvanın təmir bərpa işləri üçün ümumilikdə 6000 manat maddi vəsait tələb olunur. Odur ki, baş vermiş partlayış nəticəsində ümumilikdə 6000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, hazırda ünvan 3 ünvanda yaşayır, mənzil ona məxsusdur. Mənzil 3 otaqdan ibarət olmaqla ümumi sahəsi 69.48 kvadratmetrdir. Mənzil elektrik enerjisi, təbii qaz və su ilə təchiz olunmuşdur. Mənzil binanın 1-ci mərtəbəsində yerləşir. 03 avqust 2022-ci il tarixdə axşam saatlarında evdə olarkən güclü partlayış hiss etmişdir. Partlayış nəticəsində mənzilinin bütün pəncərələri yerindən çıxaraq şüşələri qırılmış, binanın həyətinə düşdükdə isə, yaxınlıqda saxladığı Mersedec-Benz E Class markalı, **-BV-*** dölət qeydiyyat nişanlı avtomobilinin dağıntının təsirinə məruz qaldığını görmüşdür. Sonradan bilmişdir ki, binanın 3-cü mərtəbəsində yerləşən, qonşusu Təqsirləndirilən şəxs məxsus 31 nömrəli mənzildə qaz sızmasından partlayış baş vermiş, nəticədə binanın çox sayda mənzilləri dağıntının təsirinə məruz qalmış, eləcə də hadisə baş verən vaxt binanın ətrafında olan avtomaşınlar zədələnmiş, Təqsirləndirilən şəxs və bir neçə nəfər xəsarət almışdır. Hadisədən sonra avtomobilinin “Ford Servis-X”-avto servisdə müayinəsi zamanı bərpa və təmir xərclərinin 1170 manat manat məbləğində olduğu müəyyən edilmişdir. Hadisəsinin baş verdiyi gün, yəni 03 avqust 2022-ci il tarixdə saat 10 radələrində binaya təbii qazm verilişi dayandırılmış və həmin gün axşam saatlarında təbii qazın verilişi bərpa edilmişdir. Qeyd olunan tarixdə təbii qazm verilişinin dayandırılacağı, eləcə də, axşam saatlarında təbii qazm verilişinin bərpa edilməsi barədə “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən məlumatlandırılmamışdır. Göstərmişdir ki, baş vermiş partlayış nəticəsində mənzilin bütün pəncələri yerindən çıxıb yararsız vəziyyətə düşmüş, həmçinin şüşələri tamamilə sınmışdır. Mənzilin qapıları zərbədən sınıb yarasız vəziyyətə düşmüş, otaqların divarları deformasiya olmuşdur. Mənzilin bərpa işləri ilə bağlı ümumilikdə 6800 manat pul tələb olunur, odur ki, mənzili ilə bağlı ona 6800 manat maddi ziyan dəymişdir. Həmçinin avtomobilinə dəymiş ziyanla bağlı alınmış aktda avtomobilə 1170 manat ziyan dəydiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, ünvan 4 ünvanında yaşayı, buraxılış ili 2004-cü il olan Volkswagen Passat markalı, ** GG *** dövlət qeydiyyat nömrəli avtomobil ona məxsusdur. Hər gün işdən sonra Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Heydər Əliyev adma parkda gəzərək istirahət edir. 03 avqust 2022-ci il tarixdə saat 21 radələrində adəti üzrə həmin parka getmiş və çatarkən avtomobilini Qalubiyyə küçəsi, 20-ci məhəllədə yerləşən 1 nömrəli binanın qarşı tərəfində, yolun kənarında saxlamışdır. 15-20 dəqiqə sonra parkda gəzərkən 1 nömrəli bina tərəfdən güclü partlayış səsi eşitmiş, qısa müddət ərzində binaya tərəf gedərkən avtomobilinin partlayış nəticəsində daxili və xarici görünüşünə ciddi ziyan dəydiyini görmüşdür. Sonradan bilmişdir ki, partlayış nəticəsində bir neçə nəfər adam xəsarət almış, binanın çoxsaylı mənzilləri və qeyri- yaşayış obyektləri, eləcə də binanın yaxınlığında olan çoxsaylı avtomobillər dağıntının təsirinə məruz qalaraq zədələnmişdir. Avtomobilinə "xxxx" MMC-də dəymiş ziyan qiymətləndirilmiş və təmirin 1010 manat təşkil etməsi barədə MMC tərəfindən qüsur aktı tərtib edilmişdir. Partlayış, binanın 31 nömrəli mənzilində olan qaz sızmasından baş vermişdir. Şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, ünvan 5 ünvanda yaşayır. Mənzil qızı X2 adına rəsmiləşdirilsə də, mənzilin sahibi özüdür və orada ailəsi ilə birlikdə yaşayır. Mənzil 3 otaqdan ibarətdir, ümumi sahəsi 60.8 kvadratmetrdir. Mənzil elektrik enerjisi və təbii qaz və su ilə təchiz olunub. 03 avqust 2022-ci il tarixdə axşam saatlarında Xırdalan şəhərində, evdən kənarda olarkən saat 21 radələrində qonşusu ona zəng edərək yaşadığı binada partlayış baş verdiyini bildirmişdir. Dərhal yaşadığı binaya getmiş və mənzilinin dağıntının təsirinə məruz qaldığının şahidi olmuşdur. Sonradan bilmişdir ki, binanın 3-cü mərtəbəsində yerləşən, qonşusu Təqsirləndirilən şəxs məxsus 31 nömrəli mənzilin daxilində qaz sızmasından partlayış baş vermiş, nəticədə binanın çox sayda mənzilləri dağıntının təsirinə məruz qalmış, eləcə də hadisə baş verən vaxt binanın ətrafında olan avtomaşınlar zədələnmişdir. Hadisənin baş verdiyi gün, yəni 03 avqust 2022-ci il tarixdə saat 10 radələrində binaya təbii qazın verilişi dayandırılmış və həmin gün axşam saatlarında təbii qazm verilişi bərpa edilmişdir. Qeyd olunan tarixdə təbii qazm verilişinin dayandırılacağı, eləcə də, axşam saatlarında təbii qazm verilişinin bərpa edilməsi barədə “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən məlumatlandırılmamışdır. Göstərmişdir ki, baş vermiş partlayış nəticəsində mənzilinin giriş qapısı yerindən çıxaraq yarasız hala düşmüş, qapının ətrafı tamamilə dağılmışdı. Həmçinin mənzilin pəncərələri yerindən çıxaraq yararsız hala düşmüş, şüşələrri isə sınıb məhv olmuşdur. Mənzilinin təmir bərpa işləri ilə bağlı ümumilikdə 5900 manat pul tələb olunur. Odur ki, baş vermiş partlayış nəticəsində ona həmin məbləğdə maddi ziyan dəymişdir. Şikayət və tələbinin olmadığını bildirimişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X7 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, ünvan 6 ünvanda ona məxsus qeyri-yaşayış sahəsi vardır. Həmin qeyri-yaşayış sahəsi 65.5 kvadrat metrdən ibarətdir. Qeyri-yaşayış sahəsinin faktiki sahibi özü olsa da, sənədlər anası X4 adma rəsmiləşdirilmiş və həmin qeyri-yaşayış sahəsinin anası Kamalənin mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli 05 noyabr 2021-ci il tarixli çıxarış verilmişdir. Bundan başqa anası Kamalə ona daşınmaz əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. barədə etibarnamə vermişdir. 03 avqust 2022-ci il tarixdə evində olarkən bilmişdir ki, ünvan 6 ünvanda yerləşən binada qaz sızmasından partlayış baş vermişdir. Hadisə yerinə çatdıqda ona məxsus qeyri-yaşayış sahəsinin dağıntının təsirinə məruz qaldığını görmüş və sonradan bilmişdir ki, binanın 3-cü mərtəbəsində yerləşən, Təqsirləndirilən şəxs məxsus 31 nömrəli mənzilin daxilində qaz sızmasından partlayış baş vermiş, nəticədə binanın çox sayda mənzilləri dağıntının təsirinə məruz qalmış, eləcə də hadisə baş verən vaxt binanın ətrafında olan avtomaşınlar zədələnmişdir. Göstərmişdir ki, baş vermiş partlayış nəticəsində ona məxsus qeyri yaşayış sahəsinin giriş qapısı yerindən çıxaraq yarasız hala düşmüş, qapının ətrafı tamamilə dağılmışdı. Həmçinin qeyri yaşayış sahəsinin pəncərələri yerindən çıxaraq yararsız hala düşmüş, şüşələri isə sınıb məhv olmuşdu. Həmin qeyri yaşayış sahəsinin təmir bərpa işləri ilə bağlı ümumilikdə 5200 manat pul tələb olunur. Odur ki, baş vermiş partlayış nəticəsində ona həmin məbləğdə maddi ziyan dəymişdir. Şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 nümayəndəsi Müdafiəçi2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, təqsiləndirilən şəxsin təqsiri nəticəsində hüquqlarını müdafiə etdiyi şəxsin mənzilinə ziyan dəymişdir. Hüquqlarını müdafiə etdiyi şəxs ibtidai istintaq zamanı verilmiş ittihamda göstərilən dəymiş ziyanın hesablanmış miqdarı ilə bağlı razı deyildir. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxsin özünün təşəbbüsü ilə müstəqil ekspertiza mərkəzi və Sığorta MMC tərəfindən aparılmış qiymətləndirmə zamanı, evə dəymiş maddi ziyan 14 000 manat olaraq qiymətləndirilməkdədir. Belə ki, verilmiş ittiham üzrə dəymiş maddi ziyan ümumi olaraq 5353 manat göstərilsə də, həmin məbləğ evə dəymiş zərərdən qat qat aşağıdır. Bunu onunla əsaslandırmışdır ki, partlayış baş verən zaman binanın özülünə, həmçinin beton örtüyünə ciddi ziyan dəymiş, həmin hissələrə ittihamda qiymət verilməmiş və ziyan həmin hissədə ittihamdan kənarda qalmışdır. Bu səbəbdən dəymiş ziyanın miqdarı düz qeyd edilməmişdir, Zərərçəkmiş şəxs2 mənzilinə aid olan döşəmələrin,konstruktiv beton örtüklərinin, partalıyış nəticəsində zədələnmiş beton blokların bərpası üzrə hesablanmış 5053 manat ziyanın, qazdan partlayışla bağlı baş vermiş sığota hadisəsi nəticəsində mənzilinə hesablanmış 14000 manat maddi ziyanın, ümumilikdə 19053 manat pulun təqsirləndirilən şəxsdən tutulmasını xahiş etdi, həmçinin cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədi. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 21-ci məhəllə "xxxx" MTK, blok E, mənzil 47 ünvanda yaşayır. Buraxılış ili 2015-cı il olan Hyundai Sonata markalı, **-CA-*** qeydiyyat nişanlı avtomobil ona məxsusdur Mütəmadi olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən, Heydər Əliyev adına parkda gəzərək istirahət edir. 03 avqust 2022-ci il tarixdə saat 21 radələrində adəti üzrə qeyd etdiyi parka getmiş və çatarkən “Hyundai Sonata” markalı avtomobilini Qalubiyyə küçəsi, 20-ci məhəllədə yerləşən 1 nömrəli binanın qarşı tərəfində, yolun kənarında saxlamışdır. Parkda gəzərkən 1 nömrəli bina tərəfdən güclü partlayış səsi eşitmiş və yaxınlaşdıqda avtomobilinə partlayış nəticəsində daxili və xarici görünüşünə ciddi ziyan dəydiyini görmüşdür. Sonradan bilmişdir ki, partlayış nəticəsində bir neçə nəfər adam xəsarət almış, binanın çoxsaylı mənzilləri və qeyri- yaşayış obyektləri, eləcə də binanın yaxınlığında olan avtomobillər dağıntının təsirinə məruz qalaraq zədələnmişdir. “Hyundai service”-də avtomobilinə dəymiş ziyan qiymətləndirilmiş və 8622 manat məbləğində təmir üçün qüsur aktı tərtib edilmişdir. Partlayış binanın 31 nömrəli mənzilində baş vermiş qaz sızmasından baş vermişdir. Göstərmişdir ki, baş vermiş partlayış nəticəsində avtomobilinə ciddi ziyan dəymiş və avtomobilim yararsız hala düşmüşdür. Belə ki, avtomobildə dəyişməli hissələrin ümumi dəyəri 6722 manat, xidmət haqqı isə 1900 manat müəyyən edilmiş, ümumilikdə dəymiş maddi ziyan 8622 manat təşkil edildiyi məlum olmuşdur. Servisdə avtomobilə dəymiş maddi ziyan müəyyən edilərkən bütün xərclər hesablanaraq 8622 manat olduğu müəyyən edilmişdir. Lakin ekspertin müvafiq rəyində göstərilən 7922 manat məbləğlə servisdə çıxarılmış məbləğ arasında ciddi fərq olmadığından ekspertin rəyində göstərilən məbləğlə razıdır və etirazı yoxdur. Məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda ona məxsus, ümumi sahəsi 77.6 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsi vardır. Qeyri-yaşayış sahəsinin mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli 15 aprel 2022-ci il tarixli çıxarış verilmişdir. 03 avqust 2022-ci il tarixdə evində olarkən ünvan 6 ünvanda yerləşən binada qaz sızmasından partlayış baş verdiyini bilmiş, dərhal hadisə yerinə getdikdə ona məxsus qeyri-yaşayış sahəsinin dağıntının təsirinə məruz qaldığını görmüşdür. Sonradan bilmişdir ki, binanın 3-cü mərtəbəsində yerləşən, Təqsirləndirilən şəxs məxsus 31 nömrəli mənzilin daxilində qaz sızmasından partlayış baş vermiş, nəticədə binanın çox sayda mənzilləri dağıntının təsirinə məruz qalmış, eləcə də hadisə baş verən vaxt binanın ətrafında olan avtomaşınlar zədələnmişdir. Göstərmişdir ki, baş vermiş partlayış nəticəsində ona məxsus qeyri yaşayış sahəsi dağıntıya məruz qalmış və vəkillik fəaliyyəti ilə məşğul olduğu həmin kabineti yararsız hala düşmüşdür. Həmin qeyri yaşayış sahəsinin tam bərpası üçün ona 5500 manat pul tələb olunur. Məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs7 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanda yaşayır və qeydiyyatdadır. Yaşadığı mənzil ona məxsusdur, 3 otaqdan ibarətdir, ümumi sahəsi 51.9 kvadrat metrdir. Mənzil elektrik enerjisi, təbii qaz və su ilə təchiz edilmişdir. 03 avqust 2022-ci il tarixdə axşam saatlarında evdə olarkən güclü partlayış səsi eşitmiş, partlayış nəticəsində mənzilinin tavanı çökmüş, divarlarında çat yaranmış, pəncərələr çərçivədən çıxaraq şüşələri qırılmış, mənzil demək olar ki, bütövlüklə dağıntının təsirinə məruz qalmışdır. Hadisədən əvvəl ona məxsus İnfınity FX35 markalı, **-DN-*** dölət qeydiyyat nişanlı avtomobilini binanın həyətində, girişə yaxın hissədə saxlamışdır. Hadisədən sonra həyətə düşdükdə digər maşınlar kimi onun da maşını partlayışın təsirindən zədələndiyini görmüşdür. Sonradan bilmişdir ki, binanın 3-cü mərtəbəsində yerləşən, qonşusu Təqsirləndirilən şəxs məxsus 31 nömrəli mənzilin daxilində qaz sızmasından partlayış baş vermiş, nəticədə binanın çox sayda mənzilləri dağıntının təsirinə məruz qalmış, eləcə də hadisə baş verən vaxt binanın ətrafında olan avtomaşınlar zədələnmişdir. Partlayış hadisəsi binanın 31 nömrəli mənzilinin daxilində qaz sızmasından baş vermişdir. Avtomobilinə 3700 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Hadisəsinin baş verdiyi gün, yəni 03 avqust 2022-ci il tarixdə saat 10 radələrində binaya təbii qazın verilişi dayandırılmış və həmin gün axşam saatlarında təbii qazın verilişi bərpa edilmişdir. Qeyd olunan tarixdə təbii qazın verilişinin dayandırılacağı, eləcə də, axşam saatlarında təbii qazın verilişinin bərpa edilməsi barədə “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən məlumatlandırılmamışdır. Göstərmişdir ki, baş vermiş partlayış nəticəsində mənzilin tavanı çökmüş, divarında çat yaranmış, pəncərələr çərçivədən çıxaraq şüşələri qırılmışdır. Mənzilin təmir bərpa işləri ilə bağlı ümumilikdə 8000 manat pul tələb olunur. Odur ki, baş vermiş partlayış nəticəsində ona həmin məbləğdə maddi ziyan dəymişdir. Bundan başqa avtomobilin təmir bərpa işləri ilə bağlı servisdən alınmış arayışla ümumilikdə 3700 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs8 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanda yaşayır. Buraxılış ili 2014-cü il olan HYUNDAİ İX-35 markalı ** BS *** dövlət qeydiyyat nömrəli avtomobil ona məxsusdur. Hər gün işdən sonra Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Heydər Əliyev adına parkda gəzərək istirahət edir. 03 avqust 2022-ci il tarixdə saat 21-də həmin parka çatarkən ona məxsus Hyundai İX-35 markalı avtomobili Qalubiyyə küçəsi, 20-ci məhəllədə yerləşən 1 nömrəli binanın qarşı tərəfində, yolun kənarında saxlamış və avtomobildən düşərək parka getmişdir. Saat 21:30-da parkda gəzərkən 1 nömrəli bina tərəfdən güclü partlayış səsi eşitmiş, qısa müddət ərzində həmin bina tərəfə gedərkən avtomobilinin daxili və xarici hissələrinə ciddi ziyan dəydiyinin şahidi olmuşdur. Sonradan bilmişdir ki, partlayış nəticəsində bir neçə nəfər xəsarət almış, binanın çoxsaylı mənzilləri və qeyri-yaşayış obyektləri, eləcə də binanın yaxınlığında olan çoxsaylı avtomobillər dağıntının təsirinə məruz qalaraq zədələnmişdir. Avtomobilinə “X10” MMC-də dəymiş ziyan qiymətləndirilmiş və avtomobilinə 4777 manat məbləğində ziyan dəyməsi barədə MMC tərəfindən qüsur aktı tərtib edilmişdir. Partlayış binanın 31 nömrəli mənzilində olan qaz sızmasından baş vermişdir. Göstərmişdir ki, baş vermiş partlayış nəticəsində avtomobilin həm daxili və həm də xarici görünüşü yarasız hala düşmüşdür. Belə ki, avtosmobil təmiri servisindən alınmış aktla müəyyən edilmiişdir ki, baş vermiş partlayış nəticəsində avtomobilimin dəyişməli hissələri və bərpa işləri ilə birlikdə ümumilikdə 4777 manat maddi ziyan dəymişdir. Məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs10 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Xəzinə Plaza 119 ünvanda yaşayır. Buraxılış ili 2016-cı il olan “Chevrolet Malibu” markalı, **-MH-*** qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Mütəmadi olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən, Heydər Əliyev adma parkda gəzərək istirahət edir. 03 avqust 2022-ci il tarixdə saat 21-də adəti üzrə qeyd etdiyi parka getmişdir. Parka çatarkən ona məxsus Chevrolet Malibu markalı avtomobili Qalubiyyə küçəsi, 20-ci məhəllədə yerləşən 1 nömrəli binanın qarşı tərəfində, yolun kənarında saxlamış, avtomobilindən düşərək parka getmişdir. Saat 21:30-da parkda gəzərkən 1 nömrəli bina tərəfdən güclü partlayış səsi eşitmiş və binaya tərəf gedərkən avtomobilinə partlayış nəticəsində daxili və xarici görünüşünə ciddi ziyan dəydiyini görmüşdür. Avtomobilinə dəymiş ziyan “Avto klub” servisdə qiymətləndirilmiş və avtomobilinin təmir olunması üçün 3270 manat ziyan dəyməsi barədə qüsur aktı tərtib edilmişdir. Partlayış, binanın 31 nömrəli mənzilində olan qaz sızmasından baş vermişdir. Göstərmişdir ki, baş vermiş partlayış nəticəsində avtomobilimə dəymiş ziyanla bağlı alınmış qüsur aktında avtomobilimə 3270 manat ziyan dəydiyi müəyyən edildiyi üçün avtomobilimlə bağlı mənə həmin məbləğdə maddi ziyan dəymişdir. Məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs12 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, daimi olaraq Ağdam rayonu, Zəngişalı kəndində yaşasa da, yay aylarında oğlu Ceyhun Alxanova məxsus Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Kristal Abşeron 2” 9-cu bina, 89-cu mənzildə yaşayır. Buraxılış ili 1999-cu il olan “Mercedes C class” markalı **-TN-*** qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Mütəmadi olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən, Heydər Əliyev adma parkda gəzərək istirahət edir. 03 avqust 2022-ci il tarixdə saat 21 radələrində qeyd etdiyi parkın qarşısından “Mercedes C class” markalı avtomobil ilə keçərkən Qalubiyyə küçəsi, 20-ci məhəllədə yerləşən 1 nömrəli binada güclü partlayış baş vermiş, qısa müddət ərzində özünə gəldikdən sonra avtomobili dərhal saxlayaraq aşağı düşmüş və partlayış nəticəsində avtomobilin daxili və xarici görünüşünə ciddi ziyan dəydiyini görmüşdür. “Avto klub” servisdə avtomobilinə dəymiş ziyan qiymətləndirilmiş və tam olaraq təmir üçün 1945 manat təşkil etməsinə dair qüsur aktı tərtib edilmişdir. Partlayış, binanın 31 nömrəli mənzilində olan qaz sızmasından baş vermişdir. Göstərmişdir ki, baş vermiş partlayış nəticəsində avtomobilinə ciddi ziyan dəymiş və avtomobili yararsız hala düşmüşdür. Belə ki, avtomobilində dəyişməli hissələrin ümumi dəyəri 685 manat, xidmət haqqı isə 1260 manat müəyyən edilmiş, ümumilikdə dəymiş maddi ziyan 1945 manat təşkil edildiyi məlum olmuşdur. Məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs14 Əbülfət qızı ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanda oğlu Elmar Əliyev və ailəsi ilə birlikdə yaşayır. Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, məhəllə 20, ev 1, mənzil 18 və 19 ona məxsusdur. Mənzillər ümumilikdə olaraq 7 otaqdan ibarətdir. 18 nömrəli mənzilin ümumi sahəsi 89.2, 19 nömrəli mənzilin ümumi sahəsi isə 50.2 kv.metrdir. Mənzillər elektrik enerjisi və təbii qaz və su ilə təchiz olunmuşdur. Hazırda işləmir, təqaüdçüdür. Mənzillər binanın 2-ci mərtəbəsində yerləşir. 03 avqust 2022-ci il tarixdə axşam saatlarında bilmişdir ki, ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, məhəllə 20-də yerləşən 1 nömrəli binada qaz sızmasından partlayış baş vermişdir. 04 avqust 2022-ci ildə hadisə yerinə getmiş və partlayış nəticəsində ona məxsus mənzillərin dağıntının təsirinə məruz qaldığının şahidi olmuşdur.Sonradan bilmişdir ki, binanın 3-cü mərtəbəsində yerləşən, qonşusu Təqsirləndirilən şəxs məxsus 31 nömrəli mənzilin daxilində qaz sızmasından partlayış baş vermiş, nəticədə binanın çox sayda mənzilləri dağıntının təsirinə məruz qalmışdır. Partlayış, binanın 31 nömrəli mənzilində olan qaz sızmasından baş vermişdir. Göstərmişdir ki, baş vermiş partlayış nəticəsində mənzili dağıntıya məruz qalmış, mənzilin pəncərələri yerindən çıxmış və şüşəlri tamamilə sınıb məhv olmuşdur. Həmçinin mənzilin divarlarında, pəncərələrin yerləşdiyi yerlərin ətraflarında geniş çatlar əmələ gəlmiş və mənzili yarasız hala düşmüşdür. Belə ki, mənzilin pəncərələri və qapıları sınmış və məhv olmuş, pəncərələrin və qapıların bərpası, həmçinin təmir bərpa işləri üçün ümumilikdə 7200 manat maddi vəsait tələb olunur. Odur ki, ona baş vermiş partlayış nəticəsində ümumilikdə 7200 manat maddi ziyan dəymişdir. Məhkəməyə teleqram ünvanlayaraq şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, hazırda ünvan 11 ünvanda yaşayır və Təqsirləndirilən şəxs tanıyır, uzun illərdir ki, yaxın dostluq münasibəti vardır. Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 20-ci məhəllə, bina 1 ünvanda yerləşən 31 nömrəli mənzil Orxana məxsusdur. Həmin mənzili Orxan 2022-ci ilin iyul ayında almışdır. Mənzil təmirsiz olduğu üçün Orxan mənzildə təmir işləri görmək istəmişdir. 2022-ci ilin iyul ayının axırlarından mənzildə ustalar təmir işlərinə başlamış, əvvəlcədən Orxanla razılaşmışlar ki, 03 avqust 2022-ci il tarixdə işdən sonra Orxana təmir olunan mənzildə səliqə- sahman işlərini görməkdə köməklik etsin. Bu məqsədlə 03 avqust 2022-ci il tarixdə axşam saatlarında Orxanla saat 21 radələrində Xırdalan şəhərində görüşüb Orxanın mənzilinə getmiş, Orxan mənzilin giriş qapısını açdıqdan sonra içəri daxil olmuş, bundan sonra Orxan mənzilin bütün pəncərələri bağlayıb kondisioneri işə salmış ki, mənzildə sərinlik yaransın. Təqribən 10-15 dəqiqə səliqə-sahman işləri gördükdən sonra ikisi də mənzilin yataq otağı kimi istifadə edilən yaşayış otağında oturmuşlar. Orxan siqaret çəkmək üçün alışqan yandırmaq istəmiş, lakin alışqan yanmamışdır. Bundan sonra Orxan yataq otağının eyvana açılan qapısını açdıqdan 1-2 saniyə sonra mənzilin qonaq otağı tərəfindən partlayış baş vermişdir. Partlayış nəticəsində alov hər ikisini bütüdüyü üçün hər ikisi xəsarət almışlar. Sonradan bilmişdir ki, baş vermiş partlayış hadisəsi nəticəsində binanın çox sayda mənzilləri, qeyri-yaşayış sahələri və yaxınlıqda saxlanılmış avtomaşınlar dağıntının təsirinə məruz qalaraq zədələnmişlər. Hadisədən dərhal sonra təcili tibbi yardım avtomobili ilə yanıq şöbəsinə gətirilmişlər. Əvvəlki məhkəmə iclasında məhkəməyə ərizə ilə müraciət edərək təqsiləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs15 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 12 ünvanda yaşayır. Yaşadığı mənzil özünə məxsusdur. Mənzil 2 otaqdan ibarətdir, ümumi sahəsi 51.40 kvadratmetrdir. Mənzil “paşa sığorta” sığorta şirkəti tərəfindən 22 oktyabr 2021- ci il tarixdə sığortalanmışdır. Mənzil elektrik enerjisi və təbii qaz və su ilə təchiz olunmuşdur. Mənzil binanın 1-ci mərtəbəsində yerləşir. 03 avqust 2022-ci il tarixdə axşam saatlarında Qusar rayonunda olduğu zaman qonşuları ona məxsus mənzilin yerləşdiyi 1 nömrəli binada partlayış olduğunu, binanın çox sayda mənzillərinin dağıntının təsirinə məruz qalması barədə məlumat vermişlər. 04 avqust 2022-ci il tarixdə mən Qusar rayonundan Xırdalan şəhərinə gəlmiş və 36 nömrəli mənzilinə daxil olduqda mənzilinin qapı və pəncərələrinin şüşələrinin sındığı, eyvanın tamamilə dağıldığını, tavanın suvaq qatının töküldüyünü görmüşdür. Sonradan bilmişdir ki, binanın 3-cü mərtəbəsində yerləşən, qonşusu Təqsirləndirilən şəxs məxsus 31 nömrəli mənzilin daxilində qaz sızmasından partlayış baş vermiş, nəticədə binanın çox sayda mənzilləri dağıntının təsirinə məruz qalmış, eləcə də hadisə baş verən vaxt binanın ətrafında olan avtomaşınlar zədələnmiş, Təqsirləndirilən şəxs və yanında olmuş şəxs xəsarət almışdır. Partlayış, binanın 31 nömrəli mənzilində olan qaz sızmasından baş vermişdir. Göstərmişdir ki, baş vermiş partlayış nəticəsində mənzilin giriş qapısı yerindən çıxaraq yarasız hala düşmüş, qapının ətrafı tamamilə dağılmışdır. Həmçinin mənzilin pəncərələri yerindən çıxaraq yararsız hala düşmüş, şüşələri isə sınıb məhv olmuş, tavanın suvağı yerə tökülmüşdü. Bundan başqa mənzioin eyvanı tamamilə dağılmışdır. Mənzilimin və eyvanımın təmir bərpa işləri ilə bağlı ümumilikdə 9000 manat pul tələb olunur. Odur ki, baş vermiş partlayış nəticəsində mənə həmin məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə iclasında Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismarı Təmir Sahəsinin rəisi vəzifəsində işləyir, baş vermiş partlayış hadisəsi barədə rayon icra hakimiyyətinin növbətçi hissəsindən 03 avqust 2022-ci il tarixdə saat 22 radələrində ona məlumat verilmişdir. Dərhal hadisənin baş verdiyi ünvana getmiş və çatdıqda 1 nömrəli binanın çox sayda mənzillərinin dağıntının təsirinə məruz qaldığını, eləcə də ərtafda saxlanılmış avtomaşınların dağıntının təsirindən zədələndiyini görmüşdür. Sonradan bilmişdir ki, binanın 31 nömrəli mənzilinin daxilində qaz sızmasından partlayış baş vermişdir. Həmin mənzil Təqsirləndirilən şəxs məxsusdur. Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 20-ci məhəllə ünvanında yerləşən, partlayış hadisəsinin baş verdiyi 1 nömrəli bina 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismarı Təmir Sahəsinin balansındadır. Yaşayış binası 1970-ci illərdə 5 mərtəbəli, 6 girişli, 60 mənzilli, texniki zirzəmili, planda düzbucaqlı şəkildə inşa edilmişdir. Binanın mənzillərin məxsusluğuna dair çıxarışlar və texniki pasportlar verilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 20ci məhəllə, bina 1 ünvanda yerləşən, “NF Parfum” dükanında satıcı işləyir. Dükan icarəyə götürülmüş, dükanın sahibi isə qardaşı X9r. 03 avqust 2022-ci il tarixdə saat 21:30-da dükandan çıxmaq istəyərkən binanın yaşayış mənzilləri olan hissəsindən güclü partlayış baş vermişdir. Partlayışın zərb dalğasından yerə yıxılaraq xəsarət almış və təcili tibbi yardım avtomobili ilə 1 Saylı Şəhər Kliniki Xəstəxanasına aparılmış, ilkin yardım göstəridikdən sonra evə buraxılmışdır. Sonradan bilmişdir ki, binanın 3-cü mərtəbəsində yerləşən, Təqsirləndirilən şəxs məxsus 31 nömrəli mənzilin daxilində qaz sızmasından partlayış baş vermiş, nəticədə binanın çox sayda mənzilləri dağıntının təsirinə məruz qalmış, eləcə də hadisə baş verən vaxt binanın ətrafında olan avtomaşınlar zədələnmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid3 Xudu oğlu ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, “Azəriqaz” İB Bakı regional qaz istismarı departamentinin Abşeron rayonu üzrə texniki istismar xidməti üzrə rəis müavini vəzifəsində işləyir. Baş vermiş partlayış hadisəsi barədə 03 avqust 2022-ci il tarixdə 22 radələrində ona məlumat verilmişdir. Dərhal hadisənin baş verdiyi ünvana getmiş və çatdıqda 1 nömrəli binanın çox sayda mənzillərin, eləcə də ərtafda saxlanılmış avtomaşınların dağıntının təsirindən zədələndiyini görmüş və bilmişdir ki, partlayışa səbəb binanın 31 nömrəli mənzilinin daxilində qaz sızması olmuşdur. Qaz xətlərinə və qaz avadanlıqlarına texniki baxış 2016-cı ilin aprel ayından “Azəriqaz” İB tərəfindən keçirilmədiyinə görə qeyd edilən ünvanda olan daxili qaz xətləri və qaz avadanlıqlarına baxış keçirilməmişdir. Texniki istismar xidməti yalnız qaz xətlərindən qaz tənzimləyici qurğuları və sayğaclara qədər təbii qazın normal ötürülməsini təmin edir. Əvvəlcədən təsdiq edilmiş qrafıkə əsasən qaz xətlərində kipliyin yoxlanılması məqsədi ilə 03 avqust 2022-ci il tarixdə D 273 mm- lik MEX-KOLON xətti üzrə təbii qazm verilişi dayandırılmış və həmin gün saat 17:00- da həmin xətt üzrə təbii qazm verilişi bərpa edilmişdir. Bununla bağlı “Azəriqaz'’ İB tərəfindən 02 avqust 2022-ci il tarixli SOCAR**********31671415x00028 nömrəli telefonoqramma verilmişdir. MEX-KOLON xətti orta təzyiqli olmaqla daşıyıcı qaz kəməridir, Abşeron rayonu, Xırdalan şəhərinin bir hissəsi, Sulutəpə qəsəbəsinin bir hissəsi, MEX-KOLON yaşayış sahəsi üzrə abonetləri təbii qazla təchiz edir. Təmir işləri və yaxud kipliyin yoxlanılması səbəbindən qaz xətti üzrə təbii qazm verilişinin dayandırılması barədə “Azəriqaz” İB tərəfindən texniki istismar xidmətinə telefonoqram daxil olur. Həmin telefonoqram eyni zamanda 104 və 185 qaynar xətlərinə ötürülür ki, fasilələr zamanı abonentlər zəng etdikdə onlar məlumatlandırılsın. Bundan başqa fasilələrin olacağı barədə “Azəriqaz” İB-nin mətbuat xidməti tərəfindən kütləvi informasiya vasitələrinə əvvəlcədən məlumatlar ötürülür. Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 9.58-ci maddəsinə əsasən yalnız qeyri-əhali istehlakçılarına sənaye mühəndisləri tərəfindən fərdi qaydada məlumatlar verillir. Əhali üzrə abonentlərin sayı çox olduğu və onlara fərdi qaydada məlumatların ötürülməsinin qeyri-mümkün olduğu üçün onlara qazm dayandırılması və yenidən bərpa edilməsi barədə əvvəlcədən “Azəriqaz” İB-nin mətbuat xidməti tərəfindən kütləvi informasiya vasitələrinə verilir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən şahidlər “Azəriqaz” İB Bakı RQİD Abşeron rayonu üzrə Texniki istismar xidmətinin rəisi Şahid4, “Azəriqaz” İB Bakı RQİD Abşeron rayonu üzrə Texniki istismar xidməti üzrə usta Şahid1 və “Azəriqaz” İB Bakı RQİD Abşeron rayonu üzrə Texniki istismar xidməti Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər Şahid2 Şahid3lə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən şahid Zərərçəkmiş şəxs17 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, usta kimi evlərin təmiri ilə məşğuldur. Təqsirləndirilən şəxs sifarişi ilə 27 iyul 2022-ci il tarixdən ünvan 13 ünvanda iş yoldaşı Şahid7 ilə təmir işləri görmüşlər. Həmin mənzil Təqsirləndirilən şəxs məxsusdur. Mənzil təqribən 50 kvadratmetrdir. Mənzil 2 yaşayış, 2 eyvan, hamam-tualet və mətbəx otaqlarından ibarətdir. Mənzilə daxil olduqda dəhliz yerləşir, həmin dəhliz sola tərəf təqribən 3 metr sahədə uzanır. Dəhlizlə irəlilədikdə sol tərəfdə qonaq otağı kimi istifadə olunan yaşayış otağı, dəhlizin sağ tərəfində isə hamam-tualet və mətbəx otaqları yerləşdirilmişdir. Qonaq və mətbəx otaqlarından eyvana giriş vardır. Qonaq otağından eyvana giriş bir başa (arka), mətbəxdən isə eyvana giriş qapı vasitəsi ilə olmuşdur. Həmin evyan ortadan kərpiclə hörülərək iki hissəyə bölünmüşdür. Mənzilin giriş hissəsindən daxil olduqda sağ tərəfdə yataq otağı kimi istifadə olunan yaşayış otağı yerləşmişdir. Həmin otaqdan da qapı vasitəsi ilə 2-ci eyvana çıxmaq mümkündür. Mənzildə demək olar ki, heç bir ev əşyası olmamış, yalnız hamam otağında, divara bərkidilmiş su qızdırıcısı olmuşdur. Başqa qaz və elektrik avadanlıqları evdə olmamışdır. Mənzilin döşəməsi laminat, tavanı və divarları beton olmuş, divarlarda divar kağızı olmuşdur. Mənzil elektrik enerjisi, təbii qaz və su ilə təchiz edilmişdir. Mənzilin elektrik xətləri divar içi çəkilmiş, qaz sayğacı giriş qapısından çöldə, yuxarı hissədə yerləşdirilmişdir. Qaz xətti sayğacdan çıxaraq mənzilə yuxarı divar hissə ilə daxil edilərək dəhlizə çəkilmiş, dəhlizdən, hamam-tualet və mətbəx otaqlarından keçirilərək eyvana çəkilmişdir. Qaz xəttinin sonluğu heç bir qaz cihazına qoşulmamış, xəttin sonluğunda tıxac olmamışdır. Xəttin üzərində 2 kran olmuş, kranın 1cisi dəhlizdə, digəri isə eyvanda olan qaz xəttinin sonluğunda olmuşdur. Təqsirləndirilən şəxsla şifahi razılığa əsasən, Rəfayılla evin divar kağızlarını sökərək divarı boya ilə boyayacaq, tavan hissəsini düzləşdirərək divarı sökəcək, elektrik xətlərinin birləşmə yerlərini dəyişəcək və evin girişində yerləşən dəhlizdə, sağ divarda elektrik löhvəsi qoyulacaqdır. 27 iyul 2022-ci il tarixdən bazar günü istisna olmaqla 03 avqust 2022-ci ilə qədər hər gün saat 09 radələrində mənzilə gələrək təmir işlərini görmüş və saat 17 radələrində mənzildən çıxmışlar. 03 avqust 2022-ci il tarixədək mənzilin yataq otağında təmir işləri bitirilmiş, arakəsmə divarı sökmüşlər, elektrik xətlərinin birləşmə yerlərini (karopka) yenisi ilə əvəz etmişlər, elektrik lövhsəsi yenisi ilə əvəz olunaraq avtomatlar quraşdırılmış, yalnız qonaq otağında boya işləri görülməmişdir. 03 avqust 2022-ci il tarixdə saat 09 radələrində mənzilə gəlmişlər, işıqları qoruyucu avtomatlardan yandıraraq yataq otağında işləri tamamlamışlar. Saat 16:20-də işıqları elektrik lövhəsində olan qoruyucu avtomatlar vasitəsi ilə söndürərək mənzildən çıxmışlar. Həmin vaxt ev sahibi Təqsirləndirilən şəxsla telefonla əlaqə saxlayaraq gəlib-gəlməyəcəklərini soruşmuş, o isə saat 18:00-da işdən çıxandan sonra mənzilə gələcəyini bildirmişdir. Bundan sonra onu gözləmədən mənzilin çöl qapısını bağlayaraq getmişlər. Saat 22 radələrində Xırdalanda yaşayan tanışı ona zəng edərək işlədikləri binada partlayış baş verdiyini bildirmişdir. Qısa müddətdən sonra həmin binaya getmiş və qonşularla söhbət zamanı bilmişdir ki, partlayış, təmir işləri apardıqları 31 nömrəli mənzilin daxilndə qaz sızmasından baş vermiş, hadisə zamanı mənzildə olan ev sahibi Təqsirləndirilən şəxs, ad soyadını bilmədiyi tanışı və digər şəxslər xəsarət alaraq xəstəxanaya aparılmışlar. Mənzildə işə başladıqları gündən qaz xəttinin üzərində olan 2 ədəd kran bağlı vəziyyətdə olmuş, işləri görərkən onlara təbii qaz lazım olmadığı üçün qazdan istifadə etməmişlər, kranları açıb-bağlamamışdır. Həmin mənzildə yemək hazırlamamışlar, çay içməmişlər. Çünki mənzildə qaz xəttinə hər hansı bir qaz cihazı və avadanlığı qoşulmamışdır. Mənzildə yemək bişirmək və çay hazırlamaq üçün şərait olmamışdır. Hamamda olan su qızdırıcısmdan istifadə etməmişlər. 03 avqust 2022-ci il tarixdə mənzildən çıxarkən boyanının iyinin çəkilməsi üçün hər iki eyvanın pəncərələri açıq vəziyyətdə qoymuşlar. Bundan başqa qonaq otağının qapısını çərçivədən çıxarılmış, yataq otağının isə qapısını açıq vəziyyətdə saxlamışlar. Hadisədən əvvəl mənzilin qonaq otağının eyvanında, qaz xəttinin yaxınlığında kafel-metlaxın söküntü işləri ilə məşğul olmuşdur. Ola bilər ki, onun tərəfindən qaz xəttinin üzərində olan krana toxunaraq açılmış və təbii qaz içəri dolmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid7 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ifadəsində Zərərçəkmiş şəxs17 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası FHN-in Əməliyyat İstintaq İdarəsi tərəfindən cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərar qəbul edilmişdir. -xx.xx.2022-ci il tarixdə cinayət işi icraata qəbul edilməsi barədə qərar qəbul edilərək istintaqın davam etdirilməsi üçün Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. -xx.xx.2022-ci il tarixli qərarla Azərbaycan Respublikası Baş Prokrurunun birinci müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən ibtidai istintaq müddəti uzadılmışdır. -xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə əməlin hüquqi tövsifi barədə qərar qəbul edilərək, əməl Azərbaycan Respublikası CM-nin 187.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 187.4-cü maddəsinə tövsif edilmişdir. -xx.xx.2022-ci il tarixli qərarla Azərbaycan Respublikası Baş Prokrurunun birinci müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən ibtidai istintaq müddəti uzadılmışdır. -xx.xx.2023-cü il tarixdə cinayət təqibi üzrə icraatın dayandırlıması barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə cinayət təqibi üzrə icraatın təzələnməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlun tövsif edilməsi haqqında qərar qəbul edilərək,əməl Azərbaycan Respublikası CMnin 187.4-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 131.2 və 187.2-ci maddələrinə tövsif olunmuşdur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qismində dindirilmiş və həmin tarixdə barəsində başqa yerə getməmə barədə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsinin Nərimanov rayon şöbəsinin 16 avqust 2022-ci il tarixli 842 nömrəli tibbi ekspertizası rəyinə əsasən Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - bədən səthinin 60%-ni əhatə edən başın tüklü hissəsinin, hər iki qulağın, hər iki yuxarı ətrafların, gövdənin ön, arxa səthinin, hər iki aşağı ətrafların İİ-İİİ dərəcəli termiki yanıqları yüksək hərarətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti 03 avqust 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş yanıq xəsarətlərindən başqa xəsarətlər aşkar edilməmişdir. -Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2022-ci il tarixli 10/5144 nömrəli məhkəmə yanğm-texniki ekspertizasının rəyinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 20-ci məhəllə, bina 1 ünvanında, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 31 nömrəli mənzildə partlayışın mənbəyi, mənzilin qonaq otağı və mətbəx sahəsinin yerləşdiyi zona olmuşdur. Partlayışa səbəb, mənzilin qapalı tipli eyvanına çəkilmiş, sonluğuna hər-hansı qaz cihazı qoşulmamış, diametri 15 mm olan polad qaz borusunun qaz kranının açıq vəziyyətində, borunun sonluğundan mənzilin daxilinə təbii qazın sızması, qaz hava qarışığının əmələ gəlməsi və həmin qarışığın hansısa alışdırıcı mənbənin təsirindən alışması olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Qaz təsərrüfatında təhülkəsizlik qaydaları”nın 8.44, 9.241, 9.233 bəndlərinin və “Qazdan istifadə qaydaları” nın 3.4.1 bəndinin tələbi pozulmuşdur. Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 20-ci məhəllə, bina 1 ünvanda, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 31 nömrəli mənzildə istifadə edilmiş “PQ- 4” tipli qaz plitəsini özbaşına olaraq qaz borusundan ayırmaqla ona çəkilmiş qaz borusunun sonluğu tıxac qoyulmaqla bağlanmasını təmin etməyərək mənzildə istifadəsiz qaz xətti saxladığına görə, “Qaz təsərrüfatında təhülkəsizlik qaydaları”nm 8.44, 9.241, 9.233 bəndlərinin və “Qazdan istifadə qaydaları” nın 3.4.1. bəndinin tələbi partlayış baş vermiş mənzildə qaz cihazlarının təhlükəsiz istismar edilməsinə və onların lazımi vəziyyətdə saxlanılmasına cavabdeh olan mənzilin sahibi Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli 9/5664 nömrəli məhkəmə yanğm-texniki ekspertizasının rəyinə əsasən: -Nəzəri hesablama yolu ilə təqdim olunmuş "xxxx" MMC-nin xx.xx.2022- ci il tarixli nöqsan aktına əsasən, «Volksvagen Passat» markalı, ** GG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1010 manat -Nəzəri hesablama yolu ilə təqdim olunmuş «Avto klub Servis» müəssisəsinin xx.xx.2022-ci il tarixli nöqsan aktına əsasən, «Chevrolet Malibu» markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3020 manat -Nəzəri hesablama yolu ilə təqdim olunmuş «Ford Servis-X» müəssisəsinin xx.xx.2022-ci il tarixli nöqsan aktına əsasən, «Mercedes Benz C klass» markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1170 manat -Nəzəri hesablama yolu ilə təqdim olunmuş «X11» müəssisəsinin xx.xx.2022-ci il tarixli nöqsan aktına əsasən, «Hyundai İX 35» markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4777 manat -Nəzəri hesablama yolu ilə təqdim olunmuş «Ford Servis-X» müəssisəsinin xx.xx.2022-ci il tarixli nöqsan aktına əsasən, «İnfmiti FX-45» markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3700 manat -Nəzəri hesablama yolu ilə təqdim olunmuş «Avto klub Servis» müəssisəsinin xx.xx.2022-ci il tarixli nöqsan aktına əsasən, «Mercedes 220 CDİ» markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1945 manat -Nəzəri hesablama yolu ilə təqdim olunmuş «X11» müəssisəsinin xx.xx.2022-ci il tarixli nöqsan aktına əsasən, «Hyundai Sonata» markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7922 manat müəyyən edilir. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4,Zərərçəkmiş şəxs1,Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8,Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs12 ərizələri və Zərərçəkmiş şəxs14 teleqramı tədqiq olunmuşdur. -X3 24 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus daşınmaz əmlaka partlayış nəticəsində dəymiş zərərin həcmi 14054 manat təşkil edir. -Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, özünü ona ittiham olunmuş cinayət əməlləri üzrə təqsirli bilmiş və müddət keçməsi əsası ilə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayat- Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (müddəa 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilinda tədqiq edilənədək sübut va digar materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versinlər. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 187.2 və 131.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, məhkəmə qeyd olunan maddələr üzrə əməlin hüquqi tövsifinin düzgünlüyünü həmin maddələrə ayrı ayrılıqda münasibətdə onunla əsaslandırır ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs özünə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 20-ci məhəllə, bina 1 ünvanda, beşmərətəbəli binanın 3-cü mərtəbəsində yerləşən 31 nömrəli mənzilə tanışı Zərərçəkmiş şəxs1 ilə daxil olmuş, həmin vaxt mənzil yeni təmir olunduğu üçün evin içərisində olan kəskin və spesifik iyə malik olan lak boyasının iyindən otağa daxil olan metan qazının iyini hiss etməmiş, otağın pəncərələrini bağlayıb kondisioneri elektrik yuvasına taxan zaman, otağa dolmuş qaz sızmasından partlayış baş vermişdir. Partlayış zamanı Təqsirləndirilən şəxs və onun tanışı Zərərçəkmiş şəxs1 ağır dərəcəli yanıq xəsarətləri almış, həmin xəsarətlərin dərəcəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsinin Nərimanov rayon şöbəsinin 16 avqust 2022-ci il tarixli 842 nömrəli tibbi ekspertizası rəyi ilə özü təsdiqini tapmışdır. Bu isə əməlin Azərbaycan Respublikası CMnin 131.2-ci maddəsinə münasibətdə düzgün tövsif olmasını göstərir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 187.2-ci maddəsinə münasibətdə də əməlin düzgün tövsif olması qənaətinə gəlir. Qeyd olunan tarixdə partlayış baş verən zaman həmin çoxmənzilli yaşayış binasına və ətrafda olan avtomobillərədə külli miqdarda maddi ziyan dəymişdir. İttiham elan olunan maddənin dispozisiyasında qeyd olunan külli miqdar anlayışı 7000(yeddi min) manatdan artıq olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsinə əsasən ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma— min iki yüz manatdan iki min dörd yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.2-ci maddəsinə əsasən əmlakı ehtiyyatsızlıqdan məhv etmə və ya zədələmə külli miqdarda ziyan vurmaqla törədildikdəiki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinin tələblərinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir(o cümlədən cinayət işi başlana bilməz başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən(şübhəli) şəxsin, habelə ölmüş təqsirləndirilən şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Cinayət Məcəlləsinin 75.2-ci maddəsində təsbit edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Qeyd olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək məhkəməyə ərizə ilə müraciət etmiş və barəsində olan cinayət işinə müddət keçməsi əsası ilə bəratverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmçinin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi Müdafiəçi2 məhkəməyə mülki iddia vermişdir. Mülki iddiada həm partalıyış nəticəsində zədələnmiş beton blokların bərpası üzrə hesablanmış 5053 manat ziyanın, qazdan partlayışla bağlı baş vermiş sığota hadisəsi nəticəsində mənzilinə hesablanmış 14000 manat maddi ziyanın, ümumilikdə 19053 manat pulun təqsirləndirilən şəxsdən tutulması xahiş edilmişdir, ittiham aktına nəzər yetirdikdə məlum olur ki, Zərərçəkmiş şəxs2 dəymiş ziyanlığın məbləği 5350 manat təşkil edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli15 №-li qərarında göstərilmişdir ki, Məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir.Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Belə olan halda mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən tələb edilən 5053 manat ziyanlıq məbləği təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham ilə bağlı olduğundan həmin məbləğdə mülki iddia təmin edilməli,müddi iddia digər hissədə ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadığı və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildiyi üçün mülki iddia digər hissədə baxılmamış saxlanılmalıdır. Mülki iddiaçının həmin hissədə iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Həmçinin dövlət rüsümu kimi Zərərçəkmiş şəxs2 tərəfindən ödənilən 149 manat pul da mülki cavabdeh olan Təqsirləndirilən şəxs tutulmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 202 manat pul təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.3, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 131.2 və 187.2-ci maddələri ilə təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Mülki iddia qismən təmin edilsin. İş üzrə mülki cavabdeh (təqsirləndirilən şəxs)Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 xeyrinə 5053 manat maddi ziyan və 149 manat dövlət rüsumu, cəmi 5202 (beş min iki yüz iki) manat tutulsun. Mülki iddia qalan hissədə baxılmamış saxlanılsın.Mülki iddianın baxılmamış saxlandığı hissədə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə ekspertiza xərcləri olan cəmi 202(iki yüz iki) manat pul Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. İş üzrə digər zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən:Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-80/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-80/2024
09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver