Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-80/2025 17.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(105)-61/2024 saylı Qərarı ilə 01 il müddətinə azadlıqdan məhrum edilmiş, hazırda barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayında Abşeron rayonu, Masazır kəndində istintaqa məlum olmayan mənbədən 01 ədəd nömrəsi silinmiş yivli odlu silah sayılan 7,62 mm kalibrli zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula zavodunda istehsal olunmuş Tokarev (TT) konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan tapançanı, 2 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62 x 25 mm kalibrli olmaqla həmin kalibirli döyüş sursatı olan atəş üçün yararlı Tokarev (TT) konstruksiyalı tapançaların, RPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronlarını, 01 ədəd 7,62x25 kalibirli 08 ədəd patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı həmin konstruksiyalı tapançanın komplekt hissəsi olan darağı qanunsuz olaraq əldə edib ünvan 3 ünvanında yerləşən evinə daşıyıb, saxlamış və üzərində gəzdirmiş, 26 oktyabr 2023-cü il tarixdə saat 11 radələrində Abşeron RPİ-nin X6 daxil olmuş məlumat əsasında polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Saray qəsəbəsi, Vaqif küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Abşeron RPİ-nin Saray polis bölməsinin inzibati binasına gətirilib həmin gün saat 12:40-dan 13:00-dək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının bel hissəsindən Tokarev (TT) konstruksiyalı tapança, tapançanın üzərindəki 2 ədəd 7,62x25 mm kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, RPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronları, 01 ədəd 7,62x25 kalibirli 08 ədəd patronları yerləşdirmək üçün nəzərdə tutulmuş darağ aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1 maddəsi ilə elan edilmiş olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, həmin silahın ona aid olmadığını, polisin təzyiqlərinə məruz qaldığını bildirib, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmazdan təxminən 3 ay əvvəl tarixi dəqiq yadında qalmayan gün Abşeron rayonu, Masazır qəsəbəsində Duz gölünün kənarı ilə piyada Saray qəsəbəsinə gələrkən yerdə bir ədəd tapança olduğunu görüb götürmüşdür. Həmin tapançanın darağı üzərində olmuşdur. Darağı çıxarıb baxdıqda 2 ədəd patron olduğunu görüb həmin tapançanı şalvarının belinə keçirib yaşadığı evə gətirib qarajda gizlətmişdir. Tapdığı tapança TT markalı tapança olmuşdur.Üzərindəki nömrə isə pozulmuş vəziyyətdə olmuş tapançanı tapmağı ilə bağlı heç kimə məlumat verməmiş, həmçinin ailə üzvlərinə də bu barədə məlumat verməmişdir. Silah həvəskarı olduğu üçün həmin tapançanı polisə təhvil verməmişdir. 26 oktyabr 2023cü il tarixdə evdə gizlətdiyi TT tapançanı maraq üçün götürüb, daraqdakı 2 ədəd patronları çıxarıb solfetə büküb şalvarının sağ yan cibinə qoymuşdur. Tapançanı isə şalvarının bel hissəsinə keçirmişdir. Saat təxminən 11 radələrində yaşadığı Saray qəsəbəsi Vaqif küçəsi ilə piyada gedərkən iki nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək Saray polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. O, isə polis əməkdaşlarını görüb özünü itirmiş və polis əməkdaşları ondan şübhələndikləri və ona qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli olmağı barədə bildirib onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişlər. O, isə polis əməkdaşlarına üzərində tapança olmasını etiraf etmiş və polis əməkdaşları ilə polis bölməsinə getməyə etiraz etməmişdir. Polis bölməsinə gətirildikdən sonra ona üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verilmiş və sonra Xırdalan şəhər vəkil bürosundan növbətçi vəkil Vüqar Əliyev dəvət olunaraq ona təqdim olunmuşdur. Bundan sonra, vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ona şübhəli şəxs qismində tutulmağım elan olunaraq hüquq və vəzifələri izah olunmuş, sonra isə üzərində qanunla qadağan olunmuş nə varsa təqdim etməyi təklif olunmuşdur. O, isə əynindəki qara rəngli cins şalvarının bel hissəsinə keçirdiyi bir ədəd TT markalı tapançanı və şalvarının sağ yan cibində olan solfetə bükülmüş 2 ədəd patronları təqdim etmişdir. Polis əməkdaşları üzərini axtarmış, başqa hər hansı bir qanunsuz əşya aşkarlanmamışdır. Üzərində aşkar olunmuş tapançanı hardan əldə etdiyi soruşulduqda təxminən 3 ay əvvəl Masazır kəndində Duz gölü yaxınlığında yerdən tapdığını, həmin tapançanı yaşadığı evin həyətindəki qarajda saxladığını və silah həvəskarı olduğu üçün üzərində gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları tapançaya baxış keçirib darağını çıxarmışlar. Bundan sonra onun üzərində aşkar olunaraq götürülmüş 1 ədəd TT tapança silahı, 1 ədəd həmin silahın darağı və 2 ədəd patronlar kağız zərfə qoyulub qablaşdırılmış və qablaşdırma üzərində o və axtarışda iştirak edən digər şəxslər imza etmişlər. Bundan sonra üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq həmin protokol ona ucadan oxunmuş və imzalarla təsdiqlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1985-ci ildə Abşeron rayonunda anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı üzərində saxlaması, gəzdirməsi barədə X6 əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs odlu silahın qanunsuz olaraq saxlamasında, gəzdirilməsində şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfimdən qərar çıxarılmış və Saray PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 26 oktyabr 2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı, Vaqif küçəsində zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinin Saray PB-nə dəvət edilmişdir. Polis Bölməsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə qanunsuz əşya və predmet olub-olmadığı soruşuldu və əgər vardırsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan qara rəngli şalvarın bel hissəsində saxladığı bir ədəd «TT» tipli tapançaya bənzər əşyanı, eləcə də sağ yan cibində salfetə bükülmüş 2 ədəd gülləni təqdim edərək bildirmişdir ki, həmin əşyaları 3 ay əvvəl Masazır qəsəbəsi, Duz gölünün yaxınlığında yerdən tapmış və üzərində saxlamışdır. Həvəskarı olduğu üçün həmin əşyaları üzərində gəzdirmiş və heç bir hadisə törətməmişdir. Bundan sonra aşkar edilmiş həmin «TT» markalı tapançaya oxşar əşyaya bapxış keçirilmiş və onun içərisində bir ədəd nömrəsi olmayan qara rəngli daraq müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildi, şəxsi axtarış zamanı onun başqa qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra aşkar edilmiş silaha bənzər əşya qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Abşeron rayon Saray PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində əməliyyat müvəkkili Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq etmiş və istintaqa analoji ifadələr vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir. Birgə nikahlarından üç uşaqları var. Qeyd edir ki, polislər əri Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdə evdən aparıblar, bir neçə saat sonra televiziyada göstəriblər ki, gölün kənarında silahla tutulub. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş üzrə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş «şəxsi axtarış və götürmə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdə Abşeron RPİnin Saray PB-nə daxil olmuş məlumat əsasında polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 11 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Vaqif küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Abşeron RPİ-nin Saray polis bölməsinin inzibati binasına gətirilib saat 12:40-dan 13:00-dək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının bel hissəsindən 01 ədəd nömrəsi silinmiş, odlu silah sayılan 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş Tokarev (TT) konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan tapança, onun üzərində 2 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, döyüş sursatı və atəş üçün yararlı olan, 7,62x25 mm kalibrli olmaqla həmin kalibirli Tokarev (TT) konstruksiyalı tapançaların, RPŞ- PPS konstruksiyalı tapança-pulemyotların ştat patronlar, 01 ədəd 7,62x25 kalibirli 08 ədəd patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan bir ədəd darağ aşkar edilərək götürülmüşdür. İstintaq zamanı xx.xx.2023-cü il tarixdə saat 12:40 radələrindən saat 13:00 radələrindək olan müddət ərzində Abşeron rayon Pİ-nin Saray PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diskinə məhkəmədə baxış keçirilmiş, baxış zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdə Abşeron RPİnin Saray PB-nin əməkdaşları tərəfindən saat 11 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Vaqif küçəsində saxlanılaraq Abşeron RPİ-nin Saray polis bölməsinin inzibati binasına gətirilib saat 12:40-dan 13:00-dək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının bel hissəsindən 01 ədəd nömrəsi silinmiş, odlu silah sayılan 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş Tokarev (TT) konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan tapança, onun üzərində 2 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, döyüş sursatı və atəş üçün yararlı olan, 7,62x25 mm kalibrli olmaqla həmin kalibirli Tokarev (TT) konstruksiyalı tapançaların, RPŞ-PPS konstruksiyalı tapançapulemyotların ştat patronlar, 01 ədəd 7,62x25 kalibirli 08 ədəd patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan bir ədəd darağ aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2023-cü il tarixli 23/784 № li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapançadır, yivli od silahıdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən kust ar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 02 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla həmin kalibirli Tokarev (TT) konstruksiyalı tapançaların, RPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronlarıdır və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibirli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların koplekt hissəsidir – darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Darağın hissələrinin üzərində sonradan kustar üsulla heç bir dəyişiklik edilməmişdir. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən «güllə-giliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Təqdim edilmiş 02 ədəd 7,62x25 mm kalibrli patronlardan 01 ədəd eksperimental atəşlər zamanı istifadə olundu. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd nömrəsi silinmiş, odlu silah sayılan 7.62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş Tokarev (TT) konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan tapança, 2 ədəd zavod üsulu ilə keçmiş SSSRİ dövlətində istehsal olunmuş, döyüş sursatı və atəş üçün yararlı olan, 7.62x25 mm kalibrli olmaqla həmin kalibirli Tokarev (TT) konstruksiyalı tapançaların, RPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronları, 01 ədəd 7.62x25 kalibirli 08 ədəd patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan bir ədəd darağ və Təqsirləndirilən şəxs üzərinə şəxsi keçirilmiş şəxsi axtarış prosesinin keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi subut kimi tanınmış, 1 ədəd 7,62x25 mm kalibrli patronu, 01 ədəd nömrəsi silinmiş, odlu silah sayılan 7.62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş Tokarev (TT) konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan tapança, 01 ədəd 7,62x25 kalibirli 08 ədəd patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan bir ədəd darağ məhkəmə baxışınadək saxlanılması üçün Abşeron rayon polis idarəsinin “maddi sübutların saxlanılması otağına” təhvil verilmiş, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə edilmİŞDİR. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi baxılması üçün Məhkəməyə göndərilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(105)-61/2024 saylı Qərarı ilə azadlıqdan məhrum etmə cəzası01 il müddətinə endirilmiş, istintaqda şübhəli şəxs qismində tutulduğu 02 gün təyin edilmiş cəzasından çıxılmış, üzərində 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsn polis tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı Abşeron rayon Prokurorluğuna sorgu verilmiş, müvafiq olaraq 1524-xid-25 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Prokurorluğuna işgəncələrə məruz qalması ilə bağlı hər hansı müraciət daxil olmamışdır. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə təqsirli özünü təqsirli bilməməsi iş materialları ilə təkzib olunur,özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal yoxdur. CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində 2018-ci il təvəllüdlü Mədinə, 2020-ci il təvəllüdlü Fidan və 2010-cu il təvəllüdlü Murad adlı azyaşlı uyşaqlarının olmasıdır. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən, qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən onun barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(105)-61/2024 saylı Qərarı ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(105)- 61/2024 saylı Qərarı ilə nəzərə alınan şübhəli şəxs qismində tutulduğu 02 gün və hazırkı çinayət işi üzrə 26 oktyabr 2023-cü il tarixdə tutulduğu 01 gün müddət cəmisi 03 gün ona tutma və 11 ay 28 gün hazırda çəkib qurtardığı azadlıqdan məhrum etmə cəzası ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarılnda olan Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 571 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2024-cü il tarixdə cəzasını çəkib qurtardığı üçün azad edilmişdir. İş materiallarından görünür ki, Abşeron rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə məhkəmə tərəfindən 16 oktyabr 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd nömrəsi silinmiş, odlu silah sayılan 7.62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş Tokarev (TT) konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan tapança, 2 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, döyüş sursatı və atəş üçün yararlı olan, 7.62x25 mm kalibrli olmaqla həmin kalibirli Tokarev (TT) konstruksiyalı tapançaların, RPŞ- PPS konstruksiyalı tapança-pulemyotların ştat patronları, 01 ədəd 7.62x25 kalibirli 08 ədəd patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan bir ədəd darağ və ekspertiza təqdiqatından qalıq qalmış 1 ədəd 7,62x25 mm kalibrli patronu, 01 ədəd nömrəsi silinmiş, odlu silah sayılan 7.62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş Tokarev (TT) konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan tapança, 01 ədəd 7.62x25 kalibirli 08 ədəd patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan bir ədəd darağ məhkəmə baxışınadək saxlanılması üçün Abşeron rayon polis idarəsinin “maddi sübutların saxlanılması otağına” təhvil verilmiş, hökm qanuni qüvvəyə minəndən sonra Azərbaycan Respublikasının DİN-ə təhvil verilməlidir. İş üzrə sübut bir ədəd DVD diskinin cinayət işinin materiallarında saxlanmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(105)- 61/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilən 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə onun üzərində 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkdiyi 11 ay 28 gün, həmin iş üzrə tutulduğu 02 gün müddət və hazırki iş üzrə tutulduğu 01 (bir) gün cəmi, 01 il 01 ay gün müddət ona təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbsə alınsın və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 1 ədəd 7,62x25 mm kalibrli patronu, 01 ədəd nömrəsi silinmiş, odlu silah sayılan 7.62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş Tokarev (TT) konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan tapança, 01 ədəd 7,62x25 kalibirli 08 ədəd patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan bir ədəd darağ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddələrinə əsasən xüsusi müsadirə olunmalı və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan Abşeron RPİ tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan DVD formatlı disk cinayət işində saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-80/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-80/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver