Məhkəmə qərarları › İş №1(012)-800/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-800/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-800/2025 24.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkill Bürosunun vəkili Müdafiəçi, xx.xx.1982-ci ildə Gədəbəy rayonu, Qaradağ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmuş, Gədəbəy rayonu, Qaradağ ərazi dairəsi, Qaradağ kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksi, ev 63, mənzil 38-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cavabdeh kimi 21 iyun 2020-ci il tarixdən başlayaraq 31 may 2011 -ci il tarixdə anadan olmuş X2 və 02 avqust 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 120 (yüz iyirmi) manat, ümumilikdə cəmi 240 (iki yüz qırx) manat məbləğində alimenti Zərərçəkmiş şəxs ödənilməsinə dair Beyləqan rayon məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(020)-812/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddət ərzində icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gədəbəy rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 fevral 2024cü il tarixli, 3(042)-41/2024 saylı qərarla inzibati qaydada 10 (on) gün, Abşeron rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 16 iyul 2024-cü il tarixli, 3(012)- 1501/2024 saylı qərarla inzibati qaydada 25 (iyirmi beş) gün müddətinə həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 19 avqust 2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 06 fevral 2025-ci il tarixədək cəmi 12650 (on iki min altı yüz əlli) manat məbləğində borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, 2010-cu ilin yay aylarında Zərərçəkmiş şəxs ilə faktiki nikaha daxil olaraq ailə qurmuş və faktiki nikahlarından 2011 -ci ilin may ayının 31-də Lətif adlı və 2015-ci ilin avqust ayının 2-də Cavid adlı iki oğlan övladları dünyaya gəlmişdir. Sonradan nikahları 10 yanvar 2017-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Həbsdə olduğu müddət ərzində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ona xəyanət etdiyi üçün 2020- ci ilin yay aylarında aralarında bağlanmış nikah qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Beyləqan rayon məhkəməsinə müraciət etmiş və həmin vaxtı sonuncu qarşılıqlı olaraq aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beyləqan rayon məhkəməsi tərəfindən aralarında bağlanmış rəsmi nikahları ləğv olunaraq 21 iyun 2020-ci il tarixdən başlayaraq 31 may 2011 -ci il tarixdə anadan olmuş oğlu Lətifin və 02 avqust 2015-ci il tarixdə anadan olmuş Cavidin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 120 (yüz iyirmi) manat, ümumilikdə cəmi 240 (iki yüz qırx) manat məbləğində alimentin ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 24 iyul 2020-ci il tarixli, 2(020)-812/2020 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə həmin dövrdə cəza çəkdiyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssəsinə, cəzadan azad olunduqdan sonra isə pasport qeydiyyat yeri üzrə Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında Gədəbəy rayon məhkəməsi tərəfindən keçmiş həyat yoldaşı Flora Kərimovanın şikayətinə əsasən ölkədən çıxışına müvəqqəti olaraq məhdudiyyət qoyulması barədə qərar qəbul edilmişdir. Həmin qətnamə üzrə yaranmış aliment borcunu tam ödəmədiyinə görə icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmiş və Gədəbəy rayon məhkəməsinin 20 fevral 2024-cü il tarixli qərarı ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. Həmin icra işi sonradan İcra Şöbəsinə təqdim etdiyi ərizə əsasında faktiki yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs alimentə görə borclu olduğu məbləğdən işlədikcə hissə-hissə ödəniş etməyə başlamışdır. Məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcundan ödəniş etmədiyi üçün icra məmuru tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Abşeron rayon məhkəməsinin 16 iyul 2024-cü il tarixli qərarı ilə 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra o, icra dövründə Beyləqan rayon məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(020)-812/2020 saylı qətnaməsi üzrə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs alimentə görə ümumilikdə 550 (beş yüz əlli) manat ödəniş etmiş, lakin 06 fevral 2025-ci il tarixədək 12650 (on iki min altı yüz əlli) manat məbləğində qalıq borcu qalmışdır. O, aliment borcunu vaxtı-vaxtında ödəməməsinə səbəb keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ona xəyanət etdiyinə görə və iki azyaşlı uşaqları ilə onunla görüşə icazə vermədiyi üçün ödəniş etmədiyini bildirmişdir. Eyni zamanda ifadəsində göstərmişdir ki, Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddət ərzində ona müəssisə rəhbərliyi tərəfindən aliment borcunu ödəməsindən ötrü iş təklif olunmuş, lakin keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ona qarşı xəyanət etdiyi üçün və iki azyaşlı uşaqları ilə onunla görüşə icazə vermədiyinə görə cəza çəkdiyi müəssənin rəhbərliyi tərəfindən aliment borcunu ödəməməkdən ötrü ona təklif olunmuş işlərdən bilərəkdən imtina etmişdir. İstintaq dövründə isə aliment borcundan 160 (bir yüz altmış) manat ödəniş etdiyini bildirərək ödəmə qəbzlərini təqdim etmişdir. Borcu tam şəkildə ödəməyə indi imkanı yoxdur. Cəzaçəkmə müəsisəsindən 2021-ci ildə çıxmışdır. Məhkəmədən ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2010-cu ilin yay aylarında Təqsirləndirilən şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları yanvar 2017-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs ilə birgə yaşadıqları dövr ərzində faktiki nikahlarından 30 may 2011-ci il tarixdə Lətif adlı və 08 avqust 2015-ci il tarixdə Cavid adlı iki oğlan övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamalarına baxmayaraq keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs sonradan törətdiyi cinayət əməlinə görə 2015-ci ilin iyun ayının 14-də həbs olunaraq məhkəmənin qərarı ilə 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq cəzasını çəkməkdən ötrü Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Bundan sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində 2020-ci ilin yay aylarında cəza çəkdiyi müəssisədən ondan boşanmağa görə aidiyyəti üzrə Beyləqan rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin vaxtı o, məcburiyyət qarşısında qalaraq Təqsirləndirilən şəxs aliment pulunun alınmasından ötrü qeyd edilən rayon məhkəməsinə qarşılıqlı olaraq iddia ərizəsi ilə müraciət etmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs həbs olunandan sonra iki azyaşlı uşaqlarını götürərək gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. Beyləqan rayon məhkəməsi tərəfindən aralarında bağlanmış rəsmi nikahları ləğv olunaraq 21 iyun 2020-ci il tarixdən başlayaraq 30 may 2011-ci il tarixdə anadan olmuş X2 və 08 avqust 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 120 (yüz iyirmi) manat, ümumilikdə cəmi 240 (iki yüz qırx) manat məbləğində alimentin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 24 iyul 2020-ci il tarixli, 2(020)-812/2020 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsindən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs aliment pulunun alınmasından ötrü sonuncunun cəza çəkdiyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə müəssisəsinə gedərək müəssisənin rəhbərliyinə müraciət etmiş və müəssisə rəisi ona keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə alimentə görə ödəməli olduğu məbləğə görə işləməkdən ötrü müvafiq işlər təklif olunmuş, lakin sonuncu birmənalı olaraq təklif olunmuş işlərdə işləməkdən imtina etmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında azadlığa buraxılandan sonra məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi aidiyyəti üzrə Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləğə görə ödəniş etmədiyi üçün icra məmuru tərəfindən sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Təqsirləndirilən şəxs Gədəbəy rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 fevral 2024-cü il tarixli, 3(042)- 41/2024 saylı qərar ilə inzibati qaydada 10 (on) gün müddətinə həbs olunmuşdur. Sonradan keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs yaşayış yerini dəyişdiyi üçün 25 aprel 2024-cü il tarixdə icra işi Gədəbəy rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra olunmasından ötrü aidiyyəti olaraq Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən icra edilmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə icra məmurunun təqdimatı əsasında Abşeron rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 16 iyul 2024-cü il tarixli, 3(012)-1501/2024 saylı qərar ilə inzibati qaydada 25 (iyirmi beş) gün müddətinə həbs olunmuşdur. Bundan sonra icra məmurunun təqdimatı əsasında onun şikayətinə əsasən keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən çıxışına müvəqqəti olaraq məhdudiyyət qoyulması barədə qərar qəbul edilmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs icra dövründə Beyləqan rayon məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(020)-812/2020 saylı qətnaməsi üzrə alimentə görə 550 (beş yüz əlli) manat ödəniş etmiş və 16 fevral 2025-ci il tarixədək 12650 (on iki min altı yüz əlli) manat məbləğində qalıq borcu qaldığını və borclu qaldığı məbləğin alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir.Əks təqdirdə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, şöbəyə daxil olmuş Beyləqan rayon məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(020)-812/2020 saylı icra sənədinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 21 iyun 2020-ci il tarixdən başlayaraq 30 may 2011-ci ildə anadan olmuş Lətif Əsgərovun və 07 avqust 2015-ci ildə anadan olmuş Cavid Əsgərovun yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər bir uşağa görə hər ay 120 (yüz iyirmi) manat tutularaq iş üzrə tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd edilən icra vərəqəsi 07 avqust 2023-cü il tarixdə Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən alimentin ödənilməsi barədə “icraata başlamaq haqqında” qərar, “tələbin könülllü icrası haqqında” bildiriş iş üzrə borclu Təqsirləndirilən şəxs təqdim edilmişdir. İcra sənədinin icrası üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə 21 avqust 2023-cü il tarixli təqdimatla aidiyyəti üzrə məhkəməyə müraciət olunmuş və Gədəbəy rayon məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 8(042)-141/23 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs yerini müəyyən etmək mümkün olmadığından, həmçinin müxtəlif bəhanələrlə icra məmurunun çağırışlarından yayındığı üçün barəsində 17 yanvar 2024-cü il tarixdə “borclunun axtarılması haqqında” qərar qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə Gədəbəy rayon Polis Şöbəsinə göndərilmişdir. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs nəticə çıxarmadığından və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə 20 fevral 2024-cü il tarixdə barəsində Azərbaycan Respublikası İXM-in 528.1 -ci maddəsi ilə inzibati protokol tərtib olunaraq aidiyyəti üzrə məhkəməyə təqdim olunmuş və Gədəbəy rayon məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 3(042)-41/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1 -ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Borclu Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF Park” yaşayış massivi, A saylı küçə, 10 saylı bina, 3 saylı mənzildə qeydiyyatsız yaşaması barədə 08 aprel 2024-cü il tarixli arayışı şöbəyə təqdim etmişdir. Belə olan halda icra sənədi üzrə iş materialları 25 aprel 2024-cü il tarixli aidiyyət qərarı ilə Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Müvafiq icra işi 10 may 2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti və gəlirləri yoxlanılmış, borclunun adına heç bir əmlak aşkar edilməmiş, lakin "xxxx" MMC-də işləməsi qeyd olunmuşdur. Müvafiq olaraq əmək haqqından 70% tutulmaların həyata keçirilməsi üçün 25 iyun 2024-cü il tarixdə iş yerinə göndərilmişdir. Həmçinin borclunun yerini müəyyən etmək, əlaqə saxlamaq mümkün olmadığı üçün 27 iyun 2024-cü il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Abşeron rayon Polis Şöbəsinə göndərilmişdir. 15 iyul 2024-cü il tarixdə borclu Təqsirləndirilən şəxs şöbəyə gəlmiş, 528.1- ci maddəsinə əsasən məsuliyyətə cəlb olunması barədə xəbərdar olunaraq, izahatı alınmışdır. 16 iyul 2024-cü il tarixdə "xxxx" MMC-dən daxil olunan məlumata əsasən Təqsirləndirilən şəxs 02 iyul 2024-cü il tarixdə tutduğu vəzifədən azad olunmuşdur. Şərait dəyişdiyindən borclu ilə yenidən telefon vsitəsilə əlaqə saxlanılmış və 16 iyul 2024- cü il tarixdə şöbəyə dəvət olunmuşdur. İcra sənədini icra edə bilmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə məhkəməyə təqdim edilmiş və Abşeron rayon məhkəməsinin 16 iyul 2024-ci il tarixli, 3(012)- 1501/ 2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək borclu şəxs Təqsirləndirilən şəxs 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Daha sonra ona tələbi icra etməsi üçün yeni müddət verilmiş, lakin borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs bütün bu tədbirlərdən və dəfələrlə edilən xəbərdarlıqlardan qərəzli şəkildə heç bir nəticə çıxarmamış və icra sənədi üzrə borcun ödənilməsindən qəsdən yayınmışdır. Borclu icra sənədi üzrə alimentlə bağlı 550 (beş yüz əlli) manat ödəniş etmiş, nəticədə (55 ay x 240 manat = 13200 manat, 13200-550 manat) 12650 (on iki min beş yüz altmış) manat borcu yaranmışdır. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs rəsmi qaydada ərizə ilə şöbəyə müraciət edərək borclunun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və aliment borcunu ödəməkdən qərəzli şəkildə yayınmışdır. Yaranmış aliment borcunun ödənilməsi dəfələrlə borclu Təqsirləndirilən şəxs tələb edilmiş, lakin sonuncu borc öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən də, borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində bir neçə dəfə inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikasının CM-in 306.1 -ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-812/2020 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş, Təqsirləndirilən şəxs ilə cavabdeh Zərərçəkmiş şəxs arsında xx.xx.2017-ci ildə Nizami rayon Qeydiyyat Şöbəsində qeyd edilmiş nikahın pozulması, Təqsirləndirilən şəxs ilə cavabdeh Zərərçəkmiş şəxs birgə nikahlarından xx.xx.2011-ci ildə anadan olan Lətif və xx.xx.2015-ci ildə anadan olan Cavid adlı uşaqların anası Zərərçəkmiş şəxs yanında qalmasının müəyyən edilməsi, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 manat, iki uşaq üçün cəmi 240 manat sabit pul məbləğində alimentin alınıb xx.xx.2011-ci ildə anadan olan Lətif və xx.xx.2015-ci ildə anadan olan Cavid adlı uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanması üçün Beyləqan rayonunun Bünyadlı kəndində qeydiyyatda olan və yaşayan uşaqların anası Zərərçəkmiş şəxs verilməsi, Təqsirləndirilən şəxs 30 manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, qətnamənin aliment tutulmasına dair hissədə dərhal icra edilməsi qət edilmişdir; - Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir; - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(042)-41/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilmişdir. - Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-8(042)-141/2023 saylı qərarına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqətiməhkəmə qərarı icra olunanadək məhdudlaşdırılmışdır. - İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 24.1.2-ci maddəsinə əsasən Beyləqan Rayon Məhkəməsinin 2(020)-812/020 nömrəli, xx.xx.2020-ci il tarixli sənədi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)-1501/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və ona 25 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilmişdir. - Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Abşeron rayon İcra və Probasiya Şöbəsində toplanılmış material əsasında Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlamaqla, icraat qəbul edilmişdir; - “Zərərçəkmiş şəxs kimi tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır; - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, qərar təqsirləndirilən şəxsə elan olunmuş və elan edilən ittihamın mahiyyəti ona izah olunmaqla, qərarın surəti ona təqdim edilmişdir. - “Qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxs və şahid ifadələri, habelə icra işinin bütün icra sənədləri sübut növü kimi tanınmışdır. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağlr Cinayətlər üzrə Hərbi Məhkəmənin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29; 318.1; 320.1 və 66.2-ci maddələri ilə təqsirli bilinərək 2700 manat cərimə cəzası təyin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4; 67.1-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzası və 2700 manat cərimə cəzası təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3875 saylı “Əfv” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, xx.xx.2024-cü ildə cəzası bitmiş və qeydiyyatdan çıxarılmışdır. - Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavabından görünür ki, xx.xx.1982-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gədəbəy rayonu, Qaradağ kəndində qeydiyyatda olmaqla, Abşeron rayonunda yaşayan Təqsirləndirilən şəxs (AZE ********) Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 884/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrum etmə və 2700 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Məhkum barəsində olan hökmün azadlıqdan məhrum etmə cəzasına aid hissəsinin 07 il 11 ay müddətini çəkmiş və azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 3875 nömrəli sərəncamı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən azad edilmişdir. Hökm cərimə cəzasına aid hissədə icra olunması üçün Gədəbəy rayon icra və probasiya şöbəsinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə qeydiyyata məhkumun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün aidiyyəti orqana müraciət edilmişdir. Cərimə cəzasının icrası qaydası ona izah olunmuş, lakin, məhkum Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş müddətdə cərimə cəzasını çəkməmiş (ödəməmiş) və cərimənin ödənilməsinin təxirə satnması üçün məhkəməyə müraciə etməsini təsdiq edən ərizənin surətini təqdim etmişdir. Məhkumun ərizəsi Gədəbəy Rayon Məhkəməsi tərəfindən təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs tərəfindən cərimənin ödənilməsi 6 ay müddətə təxirə salınmışdır. Məhkəmə qərarı ilə müəyyən edilmiş təxirə salınma müddəti xx.xx.2024-cü il tarixdə başa çatsa o n u n tərəfindən heç bir ödəniş edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş müddətdə, həmçinin məhkəmə tərəfindən c ə r i m ə n i n t ə x i r ə salındığı 6 ay müddətində və ondan sonra cərimə cəzasını çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.4-cii maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs cərimə cəzasını çəkməkdən boyun qaçırması, cərimə cəzasının digər cəza ilə əvəz edilməsi üçün təqdimatla məhkəməyə müraciət etmək zərurəti yaratmışdır. xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon icra və probasiya şöbəsi tərəfindən cərimənin digər cəza növü ilə əvəz edilməsi məsələsinə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə təqdimatla müraciət edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 2700 manat məbləğində cərimə cəzası 240 saat içtimai işlər cəzası ilə əvəz edilmişdir. Cərimə cəzasının ictimai işlər cəzası ilə əvəz edilməsinə dair qərar icraata daxil olduqdan sonra A. Əsgərov ictimai işə göndərilmiş və xx.xx.2024- cü il tarixdən-xx.xx.2024--cü il tarixədək onun üçün müəyyən edilmiş ictimai yerdə cəzasını çəkmişdir. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-884/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs üzərində olan 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə əlavə cəzanın çəkilməsi (xx.xx.2023-cü il tarixdən olmaqla) davam edir. A .Əsgərov barəsində olan 04 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növünə əlavə cəzanın 02 il 18 gün hissəsini çəkilmiş, çəkilməmiş hissə 01 il 11 ay 12 gün təşkil edir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməsinə görə cinayət məsuliyyətini müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (hal-hazırda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə (hal-hazırda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi) müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin (hal-hazırda İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsi) tələbləri şamil edilmir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 manat, iki uşaq üçün cəmi 240 manat sabit pul məbləğində alimentin alınıb xx.xx.2011-ci ildə anadan olan Lətif və xx.xx.2015-ci ildə anadan olan Cavid adlı uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanması üçün Beyləqan rayonunun Bünyadlı kəndində qeydiyyatda olan və yaşayan uşaqların anası Zərərçəkmiş şəxs verilməsinə dair Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-812/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)-1501/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və ona 25 gün müddətinə inzibati həbs olunmasəna, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, qərəzli olaraq məhkəmə qətnaməsini icra etməmiş, nəticədə xx.xx.2025-ci il tarixədək 12650 manat məbləğində aliment borcu yaranmışdır. Bu hərəkətləri ilə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. ”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 25 iyun 2003-cü il tarixli qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsi əleyhinə olan cinayət törətməsini, alimentin ödənilməməsinin yetkinlik yaşına çatmayan şəxsin mənafeyinə ciddi zərər verməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, o cümlədən barəsində görülən bütün tədbirlərdən nəticə çıxarmayaraq aliment borcu üzrə indiyədək cüzi miqdarda ödəniş etməsini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasından xx.xx.2025-ci il tarixinədək çəkilməmiş qalan 01 il 11 ay 08 gün müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 67-ci maddəsinə əsasən ona təyin ediləcək cəza ilə toplanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə zalından həbs olunmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkməsinin əvvəli məhkəmə zalından həbs olunduğu vaxtdan yəni, xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən iclaslarda iştirak etdiyi 14 saata görə 154 (bir yüz əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasından çəkilməmiş qalan 01 il 11 ay 08 gün müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əsasən ona təyin edilmiş cəzaları toplamaq yolu ilə qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 01 (bir) il 11 (on bir) ay 08 (səkkiz) gün müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə zalından həbs olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən iclaslarda iştirak etdiyi 14 saata görə 154 (bir yüz əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar