Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-803/2023 26.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1987-ci ildə Cəlilabad rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olmamış, Cəlilabad rayonu, Cəlilabad şəhəri, Səməd Vurğun küçəsi, ev 73-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, “ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 iyul 2023-cü il tarixdə saat 20 radələrində qeyri rəsmi ərarvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “ünvan 2 ünvanda yerləşən evdə Zərərçəkmiş şəxs ona artıq münasibətlərinə son qoyub ayrı yaşamaq istəməsi ilə bağlı fikirlər bildirməsi səbəbindən şəxsi münasibətlər zəmnində aralarında yaranmış narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən sonuncunun sifət, baş nahiyyələrindən başının alın (kəllə) hissəsi ilə, habelə sifət və bədən nahiyələrindən yumruq, əl, ayaq zərbələri ilə vuraraq Zərərçəkmiş şəxs sağ gözün göz qapaqlarının və sağ gözaltı-almacıq nahiyəsinin həmin gözün ağlı qişasına qansızma ilə müşamət olunan qançır şiçkinliyi, sol gözün göz qapaqlarının və sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi, sağ bazu nahiyəsinin qançırı, sağ baldır nahiyəsinin sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs şikayəti ilə tanış olmuşdur. O, X6 ilə ailə həyatı qurmuş və birgə nigahlarından 2014 və 2106-cı il təvəllüdlü iki az yaşlı övladları var. Nigar Abasovadan ayrılmamış, hərdənbir uşaqlarına gedib baş çəkir, onlar Cəlilabad rayonunda yaşayır. Zərərçəkmiş şəxs ilə 6 il olar ki, qeyri-reyri rəsmi ər-arvad münasibətində yaşayır, övladları yoxdur. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadıqları evdə olarkən Vüsalə artıq münasibətlərinə son qoymaqla ayrılmaq istədiyini ona demiş, o da ayrılmaq istəmədiyini və ayrılmayacağı cavabını ona vermişdir. Bu səbəbə görə aralarında sözlə mübahisələri baş vermişdir. Mübahisə zamanı əsəbləşərək Vüsalənin üstünə gedib kəllə zərbəsi ilə alın nahiyəsinə, sifət və bədən nahiyələrindən yumruq, əl, ayaq zərbələri ilə vuraraq onu döyüb xəsarət yetirmişdir. Bundan sonra isə evdən çıxıb getmişdir. Baş vermiş mübahisənin 5-10 dəqiqə davam etdiyini, mübahisə evdə olduğu üçün bunu kənar şəxsin görmədiyini, əvvəllər Vüsalə ilə aralarında mübahisənin baş vermədiyini göstərmişdir. Hazırda barışmışdır, zərəçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hazırda Abşeron rayonu, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 1, blok 18, mənzil 52-də Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətində birlikdə yaşayır. Onunla təxminən 6 ildir ki, münasibətdədir. 30 iyul 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evdə olarkən Elnura artıq onunla münasibətlərinə son qoymaq istədiyini və birlikdə yaşamaq istəmədiyini söyləmiş, Elnur isə ondan ayrılmayacağını deyib onunla mübahisə etməyə başlamışdır. Baş vermiş mübahisə zamanı Elnur onu söyüb təhiqr etmiş, sonra üzərinə hücum edib kəllə zərbəsi ilə alnına, yumruqla isə sifətinə, başına və bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döyərək xəsarət yetirmişdir. Daha sonra isə Elnur evdən çıxıb getmişdir. Baş vermiş mübahisənin 5-10 dəqiqə davam etdiyini, mübahisəni kənar şəxsin görmədiyini, əvvəllər Elnurla aralarında mübahisənin baş vermədiyini göstərmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizası ilə əlaqədar "MTE və PA ETT Birliyi" X9 Abşeron rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 1629 nömrəli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ gözün göz qapaqlarının və sağ gözaltı-almacıq nahiyəsinin həmin gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan qançır şiçkinliyi, sol gözün göz qapaqlarının və sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi, sağ bazu nahiyəsinin qançırı, sağ baldır nahiyəssinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin (əl, baş, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSlİ-dən daxil olmuş arayışda göstərilir ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixdə ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən X2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-803/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-803/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver