Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-804/2024 27.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla,orada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, “Köhnə bazar” adlanan yerin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı1) daxil edilmiş, bir ədəd qara rəngli sellofan bükümdə, 235,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Rahat market” adlı ticarət obeyktinin yaxınlığına daşımış və üzərində saxlamış, 28 fevral 2024-cü il tarixdə saat 21 radələrində Abşeron rayon polis idarəsinin narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində “Rahat market” adlı ticarət obyektinin yaxınlığında piyada hərəkət edən zaman saxlanılıb Abşeron rayon polis idarəsinə gətirilmiş, həmin gün saat 22:40-dan 22:56-a kimi üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin altından həmin 235,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunan ittihamda özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Təxminən 3 ilə yaxındır ki, narkotik vasitə qurudulmuş marixuana istifadə edir. Öz istifadəsi üçün narkotik vasitəni müxtəlif yerlərdən və tanımadığı şəxslərdən alır. 28 fevral 2024-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Köhnə Bazar” adlanan yerin yaxınlığındakı məişət tullantıları atılan yerdə zibil atarkən qara rəngli sellofan büküm diqqətini cəlb etmişdir. Həmin sellofan bükümü götürüb açdıqda içərisində narkotik vasitə olan marixuana olduğunu görmüş və həmin bükülünü götürüb əynindəki qara rəngli gödəkçəsinin altına qoyaraq yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Rahat market” adlı ticarət obeyktinin yaxınlığındakı nömrəsiz fərdi yaşayış evi istiqamətində hərəkət etmişdir. Yaşadığı evin yaxınlığında iti yerişlərlə piyada gedərkən qarşıdan iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitə istifadə etməkdə şübhəli olduğunu bildirərək bu barədə onlarda əməliyyat məlumatlarının olduğunu, bu məqsədlə onlarla birlikdə Abşeron rayon polis idarəsinə getməli olduğunu demişlər. O da polis əməkdaşlarına narkotik vasitə istifadəçisi olduğunu etiraf etmiş, heç bir etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron rayon polis idarəsinə getmişdir. Polis idarəsinin inzibati binasında ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmişdir. Ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili gəldikdən sonra onunla arasında konfidensial görüş polis əməkdaşları tərəfindən təmin edilmişdir. Daha sonra video çəkiliş ilə və müdafiəçisin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. O, etirazının olmadığını bildirmişdir. İlk öncə ona hüquq və vəzifələri elan olunmuşdur. Daha sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuşdur. O, əynində olan qara rəngli gödəkçəsinin içərisində olan 01 ədəd bükülünü təqdim etmişdir. Həmin bükülü 01 ədəd qara rəngli sellofana bükülmüş vəziyyətdə olmuşdur. Bükülü polis əməkdaşları tərəfidən açılaraq baxış keçirilmiş və həmin bükümün içərisində bir ədəd üzəri şəffaf yapışqanlı lentlə sarılmış, şəfaf sellofan bükümün arasında narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı o, həmin narkotik vasitəni həmin gün saat 21 radələrində Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Köhnə Bazar” adlanan yerin yaxınlığındakı məişət tullantıları atılan yerdən tapdığını, narkotik vasitə istifadəçisi olduğu üçün şəxsi istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşı tərəfindən onun təqdim etdiyi bir ədəd bükülü kağız zərfə qoyulub qablaşdırılmışdır. Qablaşdırma üzərində o, və iştirakçılar imza edərək təsdiq etmişdir. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuşdur. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin X2 əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində kirayədə yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni üzərində daşıması, qəbulu və satışı ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə 28 fevral 2024-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, qrup rəhbəri, Abşeron RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 isə qrup üzvü təyin olunmuşlar. 28 fevral 2024-cü il tarixdə o və qrup üzvü Şahid2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Rahat marketin” yaxınlığında olan zaman orada piyada şəkildə hərəkət edən, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək həmin şəxsə özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə getmişdir. Abşeron RPİ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin içərisindən qara rəngli sellofan bükülünü çıxarıb təqdim etmişdir. Həmin qara rəngli sellafon bükülü açılaraq baxış keçirildikdə içərisindən bir bükümdə yaşıl rəngli, spesifik qoxuya malik bitki kütləsi, yəni narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümün içərisində olan kütlənin nə olması və onu haradan əldə etməsi soruşulduqda, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdəki yaşıl rəngli, spesifik iyə malik kütlə, narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2024-cü il tarixdə axşam saatlarında, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “köhnə bazar” adlanan yerin yaxınlığında, məişət tullantıları atılan ərazidən tapdığını bildirmişdir. Şahid1 həmçinin ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni üzərində daşıması, qəbulu və satışı ilə məşğul olması barədə Abşeron rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinə məlumatlar daxil olsa da, Təqsirləndirilən şəxs konkret olaraq kimə və ya kimlərə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamış, 28 fevral 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, daşıma və saxlama cinayətini törətməsi faktı üzrə saxlanılmışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Abşeron RPİ-nin X2 əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirdi ki, Abşeron rayon polis idarəsinin X2 əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində kirayədə yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni üzərində daşıması, qəbulu və satışı ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə 28 fevral 2024-cü il tarixdə əməliyyat qrupu yaradılmış, o, həmin qrupun üzvü, Abşeron RPİ-nin NMB-nün əməliyyat müvəkkili, polis mayoru Şahid1 isə qrup rəhbəri təyin olunmuşdur. 28 fevral 2024-cü il tarixdə o və qrup rəhbəri Şahid1la Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Rahat marketin” yaxınlığında olan zaman orada piyada şəkildə hərəkət edən, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək həmin şəxsə özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə getmişdir. Abşeron RPİ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin içərisindən qara rəngli sellofan bükülünü çıxarıb təqdim etmişdir. Həmin qara rəngli sellafon bükülü açılaraq baxış keçirildikdə içərisindən bir bükümdə yaşıl rəngli, spesifik qoxuya malik bitki kütləsi, yəni narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümün içərisində olan kütlənin nə olması və onu haradan əldə etməsi soruşulduqda, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdəki yaşıl rəngli, spesifik iyə malik kütlə, narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2024-cü il tarixdə axşam saatlarında, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “köhnə bazar” adlanan yerin yaxınlığında, məişət tullantıları atılan ərazidən tapdığını bildirmişdir. Şahid2 həmçinin ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni üzərində daşıması, qəbulu və satışı ilə məşğul olması barədə Abşeron rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinə məlumatlar daxil olsa da, Təqsirləndirilən şəxs konkret olaraq kimə və ya kimlərə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamış, 28 fevral 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, daşıma və saxlama cinayətini törətməsi faktı üzrə saxlanılmışdır. Şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli narkotik maddə olan heroinə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Məhkəmə tərəfindən DVD formatlı kompak diskə baxış zamanı müəyyən olunmuşdur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli gödəkçəsinin altından bir ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə qurudulmuş marixuana bükümü götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 29 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/336 saylı rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş üzərində "...... Vətəndaş Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut......" yazı və imzalar olan zərfdə bir ədəd qara rəngli polietilendə şəffaf sellofan bağlamada təmiz çəkisi 235,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qurudulmuş marixuana Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji 15 may 2024-cü il tarixli, 3299 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilmiş və xidməti otaqlardan birində üstünə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin altından bir əddə qara rəngli sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Daha sonra əməkdaşlar tərəfindən üzərinə baxış keçirilmiş hər hansı əşya və predmet tapılmamışdır. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhərində “Köhnə Bazar” adlandırılan yerin yaxınlığında, məişət tullantılarının atıldığı yerdən tapdığını, istifadə etmək üçün üzərində daşımış və öz şəxsi istifadəsi üçün üzərində saxlamış və satmaq niyyəti olmamışdır. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 235 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd DVD diski maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 234,95 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda, həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Seyidov X6 rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 01 il azadlıqdan məhrum edilmiş, xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 03-cü bəndi ilə 05 ay 21 gün vaxtından əvvəl azad olunmuşdur. 20 may 2016-cı il tarixli amnistiya aktının surəti cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-212/2024 saylı qərarına əsasən onun barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-212/2024 saylı qərarına əsasən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 234,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən DVD formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 70 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 234,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 70 (yetmiş) manat məbləğində pul vəsaiti dövlət nəfinə Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180(yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-804/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-804/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver