Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-81/2021 19.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, zərərçəkmiş şəxslər Seyidova Esmira Kərim qızının, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1981-ci ildə Masallı rayonu, Köçəkli kəndində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, evli, Abşeron Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 07 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və işsiz, Masallı rayonu, Köçəkli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Abşeron Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş (hazırkı iş üzrə) və hazırda Azərbayacan Respublikası Ədliyyə Nazirliyinin Penedinsiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanilan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 29.05.2020-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu Hökməli qəsəbəsi, M.Xanlarov küçəsində yerləşən fərdi evinin həyətinə qanunsuz daxil olaraq evin zirzəmisindən bir ədəd 150 manat dəyərində 26 ölçülü velosipedi oğurlayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 15.06.2020-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 yaşayış massivində yerləşən fərdi yaşayış evinin hasarını keçərək həyətinə qanunsuz daxil olmaqla, həyətdən 1 ədəd 300 manat dəyərində 28 ölçülü, üzərində “Ruada Bicycle” yazıları olan velosipedi oğurlayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evdə yaşayır. Əvvəllər CM-nin 177-ci maddəsi ilə məhkum olunmuşdur. Dərman almaq üçün oğurluq etmək istəmiş və bu məqsədlə 29.05.2020-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi yeni məhəllədə oğurluq etmək üçün gəzən zaman bir həyətin qapısının açıq olduğunu görmüş və oğurluq etmək üçün həyətə daxil olmuşdur. Həmin vaxtı evin zirzəmisinin açıq olduğunu gördmüş və zirzəmiyə baxdıqda 1 ədəd velosiped olduğunu görmüşdür. Velosipedi zirzəmidən çıxarıb Abşeron rayonu, Qobu qəsəbəsində yaşadığı evin həyətinə aparmışdır. 30.05.2020-ci il tarixdə axşam saatlarında oğurladığı velosipedi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev adına parka gətirmiş və orada velosipedi tanımadığı şəxsə 26 manata satmışdır. 26 manatın 18 manatına aptekdən dərman almış, qalan hissəinsə isə siqaret və yemək alıb yemişdir. 15.06.2020-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 yaşayış massivində yerləşən fərdi yaşayış evinin hasarını aşmaqla həyətə keçmiş və həmin vaxtı həyətdə olan 1 ədəd qırmızı rəngli velosipedi oğurlayıb Abşeron rayonu, Qobu qəsəbəsinə yaşadığı evə gətirmişdir. 17.06.2020-ci il tarixdə polis əməkdaşları onu saxlayan zaman həmin velosipedi polis əməkdaşlarına təqdim edib, oğurladığını bildirmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Xanlarov küçəsində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, 2020-ci ilin may ayının 26-da azyaşlı oğlu Ülvü üçün 200 manata velosiped almışlar. Velosipedi evin zirzəmisində saxlamışlar. 29.05.2020-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən işlədiyi çörək sexinə getmişdir. İşə gedən zaman velosiped zirzəmidə olmuşdur. Həmin gün saat 14:00 radələrində evə qayıtmış və bu zaman velosipedin zirzəmidə olmadığını aşkar etmişdir. Bu barədə 102 xidmətinə məlumat vermiş və Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları yaşadığı evə gəlib baxış keçirmişlər və bu barədə protokol tərtib etmişlər. Bildirmişdir ki, velosipedi oğurlandığı gündən 3 gün əvvəl 200 manata almış və oğurluq nəticəsində ona 200 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 yaşayış massivində yerləşən fərdi evdə yaşayır. Təxminən 3 ay bundan əvvəl dostu ona velosiped bağışlamışdır. Həmin velosipedi həyətdə evin arxasında saxlamışdır. 13.06.2020-ci il tarixdə ailə üzvüləri ilə birlikdə Füzuli rayonuna getmişlər. 16.06.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərinə evlərinə qayıtmışlar və həmin vaxtı velosipedinin həyətdə evin arxasında olmadığını aşkar etmişdir. Naməlum şəxs hasardan evinin həyətinə keçməklə ona məxsus olan velosipedi oğurlamışdır. Velosipedinin oğurlanması nəticəsində ona 700 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin cinayət axtarıçı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 29.05.2020-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Xanlarov küçəsində yerləşəşən fərdi evdə yaşayan adının Zərərçəkmiş şəxs1 bildiyi bir nəfər şəxs DİN-nin “102” xidmətinə məlumat verməklə Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə gəlib ərizə ilə müraciət edərək 29.05.2020-ci il tarixdə saat 11 radələrindən saat 16 radələrinək olan vaxt ərzində yaşadığı evinin zirzəmisindən bir ədəd 200 manat dəyərində velosipedinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirmişdir. Bölmə rəisi göstəriş vermişdir ki, həmin Zərərçəkmiş şəxs1 yaşadığı evinin zirzəmisindən bir ədəd 200 manat dəyərində velosipedini oğurlayan şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirsinlər. Keçirlilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1 yaşadığı evinin zirzəmisindən bir ədəd 200 manat dəyərində velosipedini oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və həmin şəxs 17.06.2020-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə gətirilmişdir. Bölmədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, 29.05.2020-ci il tarixdə təxminən saat 12 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşəşən fərdi evdən bir ədəd velosiped, 15.06.2020-ci il tarixdə saat 22:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri, MD-23 yaşayış massivində yerləşən fərdi evdən bir ədəd velosiped oğurlamışdır. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşəşən fərdi evdən oğurladığı bir ədəd velosipedi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev adına parkda tanımadığı şəxsə 26 manata satmışdır. Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 yaşayış massivində yerləşən fərdi evdən oğurladığı bir ədəd velosipedi isə yaşadığı evinin həyətində saxlamışdır. Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 yaşayış massivində yerləşən fərdi evdən oğurladığı bir ədəd velosipedi könüllü olaraq təhvil vermiş və o, həmin velosipedi protokolla götürərək raportla bir yerdə rəhbərliyə raportla müraciət etmiş və həmin raport əsasında Təqsirləndirilən şəxs dindirilməsindən ötrü Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 avqust 2020-ci il tarixli 9/2440 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd 26 ölçülü velosipedin 2020-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 150 manat və 1 ədəd qırmızı-göy rəngli 28 ölçülü üzərində “Ruada Bicycle” yazıları olan velosipedin 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 300 manat müəyyən olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 03.07.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 06.12.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 07 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş (Abşeron Rayon Məhkəməsinin 28.07.2020-ci il tarixli qərarı) və Abşeron Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Masallı rayon İcra və Probasiya Şöbəsinin 20.04.2021-ci il tarixli, 21/2019-62-10 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 07 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası cəzasını çəkməmişdir. 17.06.2020-ci il tarixli protokoludan görünür ki, Təqsirləndirilən şəxs 13.02.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. 19.06.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15.02.2020-ci il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin icraatı dayandırılmışdır. Abşeron Rayon Məhkəməsinin 28.07.2020-ci il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Abşeron Rayon Məhkəməsində istintaqı aparılan digər cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. 03.09.2020-ci il tarixli tutma protokolundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 28.07.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 03.09.2020-ci il tarixdə tutularaq, Abşeron rayon polis idarəsinin MSY-ə təhvil verilmiş və məhkəmə tərəfindən cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, bir ədəd Zərərçəkmiş şəxs2 məxsus velosiped maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Zərərçəkmiş şəxslər Seyidova Esmira Kərim qızı və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlara dəymiş ziyan tam ödənilmiş, ona görə də Təqsirləndirilən şəxs qarşı şikayətləri və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olmaları təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayət əməlinə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmaması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslər dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Abşeron Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 07 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirmək yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.06.2020-ci il tarixdən 19.06.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün və 12.02.2021-ci il tarixdən 19.04.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 02 ay 07 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir.. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş üzrə 100 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İbtidai istintaq zamanı maddi sübutkimi tanınmış bir ədəd Zərərçəkmiş şəxs2 məxsus velosiped saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai və məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X4 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul və məhkəmə istintaq zamanı müdafiəçi vəkil Müdafiəçi göstərdiyi 50 saat hüquqi yardıma görə 300 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Abşeron Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 07 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin və ona 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.06.2020-ci il tarixdən 19.06.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün və 12.02.2021-ci il tarixdən 19.04.2021-ci il tarixədək həbsdə və e dustaqlığında saxlanıldığı 02 ay 07 gün həbsdə saxlanılmanın 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər hesablamaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 01 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu, Bakı şəhərinin ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 100 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İbtidai istintaq zamanı maddi sübutkimi tanınmış bir ədəd Zərərçəkmiş şəxs2 məxsus velosiped saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai və məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X4 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul və məhkəmə istintaq zamanı müdafiəçi vəkil Müdafiəçi göstərdiyi 50 saat hüquqi yardıma görə 300 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-81/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-81/2021
19.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver