Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-81/2022 11.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil X2 iştirakları ilə, xx.xx.1995-ci ildə Masallı şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Rеspubliкаsının vətəndаşı, ali təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda геydiyyаtdа оlmaqla, ünvan 2 ünvanda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə Türkiyə Respublikasında 6 günlük istirahət etmək üçün tur paket hazırlayacağını yalandan vəd verib aldadaraq 14.08.2021-ci il tarixdə saat 20 radələrində 1500 manat pulu “BirBank” proqramı vasitəsi ilə öz hesab kartına köçürtdürərək, 15.08.2021-ci il tarixdə isə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 5 nömrəli tam orta məktəbin yaxınlığında 2165 manat pulu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə 3665 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq, ona dəymiş maddi zərərin əvəzinə mülki cavabdeh Təqsirləndirilən şəxs 3665 manat pulun tutulub ona verilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş(mülki cavabdeh) Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. 2015-ci ildən 2021-ci ilin sentyabr ayınadək olan müddət ərzində turizm sahəsində fərdi qaydada işləmişdir. İşlədiyi müddətdə onun işi müştərilərə xarici ölkələrdə və respublika daxilində olan istirahət mərkəzlərində istirahət etmələri üçün tur paket hazırlamaq olmuşdur. 14.08.2021-ci il tarixdə müştərisi Əpruzə xanım ona zəng edərək dayısı Bəxtiyarın Türkiyə Respublikasında istirahət etmək üçün tur paket almaq istədiyini demişdir. O, da Əpruzəyə dayısına mobil nömrəsini verməsini və dayısının ona zəng etməsini bildirmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra sonradan adını bildiyi Zərərçəkmiş şəxs ona zəng edərək söhbət əsnasında ailəsi ilə birlikdə Türkiyə Respublikasında istirahət etmək üçün tur paket almaq istədiyini bildirmişdir. O, da Bəxtiyara bu işlə məşğul olduğunu və kömək edə biləcəyini bildirmişdir. Bəxtiyar Türkiyə Respublikasında olan bəzi otellərin siyahısını və şəkillərini baxıb seçdikdən sonra ona göndərmiş, o, da həmin otellərin qiymətlərini vatsap proqramı vasitəsi ilə Bəxtiyara göndərmişdir. Bəxtiyar Türkiyə Respublikasının Antalya şəhərində seçdiyi oteldə 6 günlük istirahət etmək üçün həyat yoldaşı, özü və azyaşlı övladı ilə birlikdə getmək istədiyini bildirmişdir. O, da qiymətləri hesablayıb Bəxtiyara ailəsi ilə birlikdə seçdiyi oteldə 6 günlük istirahət etmələri üçün tur paketi ümumilikdə 3665 manata hazırlaya biləcəyini demişdir. Bəxtiyar da onunla razılaşmışdır. O, Bəxtiyara kart hesabının nömrəsini vatsap proqramı vasitəsi ilə göndərmiş ki, kartına ilkin olaraq 1500 manat pul göndərsin. Bəxtiyar da aradan bir qədər keçdikdən sonra həmin gün onun hesab nömrəsinə 1500 manat pul göndərmişdir. Bu barədə Bəxtiyar ona zəng edərək soruşduqda, o, həmin məbləğin onun kartına yükləndiyini bildirmişdir. Razılaşmalarına əsasən qalan məbləği isə Bəxtiyar səhəri gün ödəməli olmuşdur. Bundan sonra səhəri gün, yəni 15.08.2021-ci il tarixdə saat 11 radələrində o, Bəxtiyarla Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 5 nömrəli tam orta məktəbin yaxınlığında görüşmüşlər. Həmin yerdə o, Bəxtiyarın “Lexus” markalı nömrə nişanını xatırlamadığı avtomobilində qabaq yan oturacaqda əyləşmişdir. Bəxtiyar qalan 2165 manat pulu sayaraq ona vermişdir. O, pulu aldıqdan sonra Bəxtiyara 19.08.2021-ci il tarixədək onun üçün düzəldəcəyi tur paketin təsdiq olacağını, 21.08.2021-ci il tarixdə isə hazırlayacağı tur paket üzrə ailəsi ilə birlikdə seçdiyi yerə gedə biləcəyini bildirmişdir. Bəxtiyara isə həmin tarixə hazırlaşmağını bildirmişdir. Bundan sonra Bəxtiyarla sağollaşıb ayrılmışlar. 16.08.2021-ci il tarixdə Bəxtiyar ona zəng edərək məsələnin nə yerdə olduğunu soruşduqda, o, Bəxtiyara narahat olmamağını, sənədlərin 19.08.2021-ci il tarixədək hazır olacağını bildirmişdir. 18.08.2021ci il tarixdə səhər saatlarında Bəxtiyar ona zəng edərək tur paketin hazır olub-olmamasını soruşduqda, o, Bəxtiyara seçdiyi oteldə yer olmadığını, avqust ayının 25-dən sonra həmin oteldə yer olacağını demişdir. Bundan sonra Bəxtiyar ona verdiyi 3665 manat pulu geri qaytarmağını demişdir. O, da Bəxtiyara sistemimdə problem yarandığını, müəyyən məbləğdə cərimə olunduğunu, lazım gələrsə görüşüb izah edə biləcəyini bildirmişdir. Həmin gün Bəxtiyarla Bakı şəhərində Şamaxinka deyilən yerdə görüşmüşlər. O, Bəxtiyara ona verdiyi pulu 23.08.2021-ci il tarixədək bankdan kredit götürüb çatdıracağını demişdir. Bəxtiyar da ondan sənədini götürüb özündə saxlamışdır. 23.08.2021-ci il tarixdə Bəxtiyarla Xırdalan şəhərində yerləşən “Unibank”ın qarşısında görüşmüşlər. O, həmin bankdan kredit götürə bilmədiyi üçün atası Vurğunu həmin yerə çağırmışdır. Atası Vurğun məsələni bildikdən sonra həmin məbləği Bəxtiyara 2021-ci ilin sentyabr ayının sonunadək ödəyəcəyini bildirmişdir. Bəxtiyar da atası Vurğunla razılaşmayaraq 06.09.2021-ci il tarixədək pulu ödəməsini demişdir. Atası da Bəxtiyara ona verdiyi pulun ilk olaraq dediyi tarixədək müəyyən hissəsini, qalan məbləği isə sonradan ödəyəcəyini demişdir. Bundan sonra Bəxtiyar onun sənədini də özünə qaytarmışdır. Daha sonra sağollaşıb ayrılmışlar. Əlavə olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs 14.08.2021-ci il tarixdə saat 20 radələrində hesab nömrəsinə 1500 manat köçürtməklə, 15.08.2021-ci il tarixdə saat təxminən 12 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 5 nömrəli tam orta məktəbin yaxınlığında Bəxtiyarın avtomobilinin içərisində 2165 manat, ümumilikdə 3665 manat pulu Bəxtiyar üçün ailəsi ilə birlikdə Türkiyə Respublikasında 6 günlük istirahət etmək üçün tur paket hazırlamaq məqsədi ilə almış, pulu alan zaman yanında heç kim olmamışdır. O, Zərərçəkmiş şəxs aldığı 3665 manat puldan sonradan hər hansı məbləğdə pul qaytarmamışdır. O, Zərərçəkmiş şəxsla əvvəllər hər hansı bir işi görmədiyini bildirmişdir. Əldə etdiyi puldan Zərərçəkmiş şəxs 1000 manat pul qaytarmışdır.Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddianı müdafiə edərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. “SPERO” hospitalda anestezioloq həkim işləyir. Adətən ilin yay aylarında ailəsi ilə birlikdə ölkə xaricində istirahət etmək üçün tur paket alır. Qohumu vasitəsi ilə Təqsirləndirilən şəxs ilə 14.08.2021-ci il tarixdə telefon əlaqəsi saxlayıb söhbət əsnasında ona ailəsi ilə birlikdə Türkiyə Respublikasına istirahət etmək üçün tur paket almaq istədiyini bildirmişdir. Fərid ona bu işlə məşğul olduğunu demişdir. Fərid hətta Türkiyə Respublikasında olan bəzi otellərin siyahısını və şəkillərini baxıb seçim etmək üçün vatsap proqramı vasitəsi ilə ona göndərmişdir. O, da Fəridin göndərdiyi otellərə baxdıqdan sonra seçim edərək Fəridə bildirmişdir. Fərid də ona seçdiyi oteldə 6 günlük istirahət etmək məqsədi ilə həyat yoldaşı, o və azyaşlı övladı üçün ümumilikdə 3665 manata tur paket hazırlaya biləcəyini demişdir. O, da Fəridlə razılaşmışdır. Fərid ona kart hesabının nömrəsini vatsap proqramı vasitəsi ilə göndərmiş ki, kartına ilkin olaraq 1500 manat pul göndərsin. O, da Fəridə heç bir söz deməmişdir. Həmin gün o, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evində olan zaman telefonunda olan “BirBank” proqramı vasitəsi ilə öz hesab nömrəsindən Fəridin ona göndərdiyi hesab nömrəsinə 1500 manat pul göndərmişdir. Bu barədə Fəridə zəng edərək soruşduqda, Fərid həmin məbləğin kartına yükləndiyini bildirmişdir. Razılaşmalarına əsasən qalan məbləği isə səhəri gün verməli olmuşdur. Bundan sonra səhəri gün, yəni 15.08.2021-ci il tarixdə saat 11 radələrində o, Fəridlə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 5 nömrəli tam orta məktəbin yaxınlığında görüşmüşlər. Həmin yerdə Fərid ona məxsus “Lexus” markalı **- DH-*** dövlət nömrə nişanlı avtomobilində qabaq yan oturacaqda əyləşmişdir. O, qalan 2165 manat pulu sayaraq Fəridə vermişdir. Fərid pulu aldıqdan sonra ona 19.08.2021-ci il tarixdə düzəldəcəyi tur paketlə o, yoldaşı və azyaşlı övladının Türkiyə respublikasında seçdiyi otelə getmək üçün hazırlaşmağını bildirmişdir. O, da Fəridlə sağollaşıb ayrılmışdır. 16.08.2021-ci il tarixdə o, Fəridə zəng edərək məsələnin nə yerdə olduğunu soruşduqda, Fərid ona narahat olmamağını, sənədlərin hazır olacağını bildirmişdir. 18.08.2021-ci il tarixdə səhər saatlarında o, Fəridə zəng edərək tur paketin hazır olub-olmamasını soruşduqda, Fərid ona seçdiyi oteldə yer olmadığını, avqust ayının 25-dən sonra həmin oteldə yer olacağını demişdir. O, da Fəridə verdiyi 3665 manat pulu geri qaytarmasını demişdir. Fərid də ona həmin gün görüşüb pulu qaytaracağını bildirmişdir. Həmin gün Fəridlə Bakı şəhərində Şamaxinka deyilən yerdə görüşmüşlər. Fərid ona verdiyi pulu 23.08.2021-ci il tarixədək çatdıracağını demişdir. O, da Fəridə bir söz deməyib razılaşmışdır. 23.08.2021-ci il tarixdə Fəridlə Xırdalan şəhərində yerləşən “Unibank”ın qarşısında görüşmüşlər. Fərid sonradan həmin yerə atası Vurğunu çağırmışdır. Atası məsələni bildikdən sonra həmin məbləği 2021-ci ilin sentyabr ayının sonunadək ödəyəcəyini bildirmişdir. O, da Fəridin atası ilə razılaşmayaraq 06.09.2021-ci il tarixədək pulu ödəməsini demişdir. Vurğun da ona oğlu Fəridə verdiyi pulun ilk olaraq dediyi tarixədək müəyyən hissəsini, qalan məbləği isə sonradan ödəyəcəyini demişdir. Daha sonra sağollaşıb ayrılmışlar. Bundan sonra o, Fəridin onu aldatdığını başa düşüb bu barədə Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 14.08.2021-ci il tarixdə saat 20 radələrində “BirBank” proqramı vasitəsi ilə öz hesabından Fəridin hesab nömrəsinə 1500 manat, 15.08.2021-ci il tarixdə isə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 5 nömrəli tam orta məktəbin yaxınlığında avtomobilinin içərisində 2165 manat, ümumilikdə 3665 manat pulu onun üçün ailəsi ilə birlikdə Türkiyə Respublikasında 6 günlük istirahət etmək üçün tur paket hazırlaması məqsədi ilə vermiş, pulu Fəridə verən zaman yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs verdiyi 3665 manat puldan ona 1000 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs şikayətçidir. Qalan məbləğin qaytarılmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Hеç bir yеrdə işləmir. İki oğlu vardır. Təqsirləndirilən şəxs onun doğma oğludur. Fərid onunla birlikdə yaşayır, subaydır. Tam təfərrüatı ilə bilməsə də, oğlu Fəridin təxminən 5 il müddətdir ki, turizm sahəsində fərdi qaydada işlədiyini bilir. Son zamanlar ölkədə elan edilmiş pandemiya ilə əlaqədar oğlu Fəridin işləri də dayanmışdır. Bildirmişdir ki, 23.08.2021-ci il tarixdə saat 13 radələrində oğlu Fərid ona zəng edərək onu Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Unibank”ın qarşısına çağırmışdır. O, da həmin yerə getmişdir. Həmin yerə çatanda oğlu Fəridin yanında bir nəfər tanımadığı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs görmüşdür. Söhbət əsnasında Bəxtiyar ona oğlu Fəridə ailəsi ilə birlikdə Türkiyə Respublikasına istirahət etmək üçün tur paket düzəltməsi üçün ümumilikdə 3665 manat pul verdiyini, lakin Fəridin onun tur paketini hazırlamadığını və Fəridə verdiyi 3665 manat pulu geri qaytarmadığını bildirmişdir. O, da Bəxtiyara 2021-ci ilin sentyabr ayının sonunadək həmin pulu ödəyəcəyini bildirmişdir. Bəxtiyar əvvəlcə onunla razılaşsa da, sonradan həmin müddətin çox olduğunu, 06.09.2021-ci il tarixədək həmin pulu ödəməyini demişdir. O, da Bəxtiyara həmin pulu tam ödəməsə də, müəyyən hissəsini ödəyəcəyini, qalan hissəsini də sonradan ödəyəcəyini bildirmişdir. Bundan sonra razılaşıb sağollaşmışlar. Sonradan ona məlum olmuş ki, Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi yazmışdır. Əlavə olaraq bildirmişdir ki, Fəridin Bəxtiyara tur paket düzəltməsi və pul alması barədə heç bir məlumatı olmamışdır, 23.08.2021-ci il tarixdə Bəxtiyar və oğlu Fəridlə görüşdükdən sonra bu barədə məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Xətai rayonunda yerləşən “Mediland” hospitalda fizioterapevt reablitoloq işləyir. Zərərçəkmiş şəxs doğma dayısıdır. İşi ilə əlaqədar olaraq xarici ölkələrə səfər etmək məqsədi ilə tur paket hazırlatdıran zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Bir neçə dəfə Fərid onun üçün tur paketlər hazırlamışdır. Dayısı Bəxtiyar 14.08.2021-ci il tarixdə ona telefonla zəng edərək ailəsi ilə birlikdə Türkiyə Respublikasına istirahət etmək üçün getmək istədiklərini və bunun üçün tur paket hazırlatdırmaq istədiyini bildirmişdir. Bəxtiyar ondan bu barədə ona kömək edə biləcək tanışının olub-olmamasını soruşmuşdur. O, da Fərid adlı tanışının olduğunu və bir neçə dəfə ona tur paket hazırladığını bildirmişdir. Bundan sonra o, Fəridin nömrəsini dayısı Bəxtiyarın mobil nömrəsinə vatsap proqramı vasitəsi ilə göndərmişdir. Özü də Fəridə zəng edərək dayısı Bəxtiyarın onunla əlaqə saxlayacağını, ona tur paket almasında köməklik göstərməsini xahiş etmişdir. Sonradan ona məlum olmuş ki, Fərid dayısı Bəxtiyarı aldadaraq ona tur paket hazırlamamışdır. O, da bu barədə Fəridə zəng edərək iradını bildirdikdə Fərid ona başqa tarix üçün dayısı Bəxtiyara tur paket hazırlaya biləcəyini bildirmişdir. O, da Fəridə dayısı Bəxtiyarın ona verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, dayısı Bəxtiyarın nə vaxt, harada Təqsirləndirilən şəxs nə qədər pul verməsi barədə məlumatı olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Zərərçəkmiş şəxs tərəfindən 12.01.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi mülki iddia ərizədən görünür ki, ona dəymiş 3665 manat maddi ziyanı Təqsirləndirilən şəxs alınaraq, ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 04.10.2021-ci iltarixli tələbnamədəngörünürki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəxsin ittiham elan olunması üçün tutulması və barəsində axtarış elan edilməsi haqqında 05.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan edilməsi üçün, barəsində müstəntiq tərəfindən axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işi üzrə icraatın dayandırılması haqqında 05.10.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında 17.10.2021-ci il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 18.10.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 18.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilərək, tutulduğu Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq qismənödənilməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cinayət törətdikdən sonrakı davranışına, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.10.2021-ci il tarixdən 18.10.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Aşagıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxsnın mülki iddiası qismən təmin edilməlidir. Beləki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq, ona dəymiş maddi ziyanın əvəzinə mülki cavabdeh Təqsirləndirilən şəxs 3665 manat pulun tutulub ona verilməsi barədə mülki iddia ərizəsi vermişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmədə mülki cavabdehin hüquqazidd hərəkətləri nəticəsində mülki iddiaçıya maddi ziyan vurulması sübuta yetirilmişdir. Cinayət işi üzrə maddi ziyan 3665 manat təşkil edir, maddi ziyanın 1000 manat hissəsi ödənilmişdir. Mülki iddianı müzakirə edən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 3665 manat puldan 1000 manat hissəsi ödənildiyindən mülki iddiaçı Zərərçəkmiş şəxsmülki iddiası qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 2665 manat pul tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs verilməli, mülki iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdlan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 216 manat məbləğində pul, məhkəmə baxışı zamanı 36 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 357, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlibilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.10.2021-ci il tarixdən 18.10.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 2665 (iki min altı yüz altmış beş)manat pul alınaraq, mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin.Mülki iddia qalan hissədə rədd edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdlan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 216 manat məbləğində pul, məhkəmə baxışı zamanı 36 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. . İşüzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-81/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-81/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver