Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-81/2023 21.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X6 iştirakları ilə, xx.xx.1992-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Sumqayıt şəhəri, X13 massivi B-237 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 07 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi X4 məxsus boz mavi metallik rəngli «Toyota Prius (Hibrid)» markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mehdiabad-Novxanı yolunda Novxanı qəsəbəsi istiqamətində 120 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, eləcə də qeyd edilən Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə əsasən yaşayış məntəqəsindən kənarda maksimum icazə verilən 90 km/saat sürətdən yüksək, yəni 120 km/saat sürətlə idarə edərək Qanunun həmin tələblərini pozub, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməməsi səbəbindən idarəetməni itirib yolun sağ kənarında torpaq yolda olan işıq dirəyinə vurmuş, nəticədə ehtiyatsızlıqdan avtomobildə qabaq yan oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, başın təpəgicgah nahiyələrinin əzilmiş yaraları, döş qəfəsinin küt travması, sağ tərəfli 2,4,5,6-cı qabırğaların qapalı sınıqları, sağ almacıq sümüyünün qapalı sınığı kimi sağlamlığın uzun müddətə pozulması ilə sağlamlığına Az Ağır zərər vurulmasına səbəb səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, subaydır, heç bir yerdə işləmir. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Qardaşı Şahid1 boz mavi rəngli “Toyota Prius” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında gündəlik icarəyə götürüb “Bolt” taksi şirkətinə qoşulmaqla taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs onlarla qonşuluqda yaşayır. Kirvə kimi qohumdurlar. Famil hər dəfə taksi lazım olanda qardaşı Ceyhuna onu aparmasını deyir. Münasibətləri həmişə yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 02 radələrində o, evdə yatmışdır. Həmin vaxt qardaşı Ceyhun onu yuxudan oyadaraq yorğun olduğunu, Famili Bakı şəhərinə aparmaq lazım olduğunu bildirmişdir. Bundan sonra o, yerindən duraraq Ceyhunla birlikdə evin həyətinə düşmüşdür. Familin evlərinin həyətinin giriş qapısının qarşısında küçədə qardaşı Ceyhunun avtomobilinin içərisində qabaq yan oturacaqda oturduğunu görmüşdür. O, Familin yanında qardaşı Ceyhuna idarə etdiyi avtomobili idarə etmək üçün etibarnaməsi olmadığını dedikdə, Ceyhun Familə yorğun olduğunu, onun Famili istədiyi yerə aparmağına etiraz edibetməməsini soruşduqda, Famil kimin onu aparmasından asılı olmayaraq Bakı şəhərinə gedib qayıtmaq istədiyini bildirmişdir. Bundan sonra o, Ceyhunun idarə etdiyi “Toyota Prius” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Famili Bakı şəhəri 3-cü mikrorayon dairəsinə aparmışdır. 3-cü mikrorayon dairəsində yerləşən yanacaqdoldurma məntəqəsinin içərisində olan kafedə Famil tanışları ilə bir neçə saat əyləşib pivə içmişlər. O, isə çöldə avtomobilin içərisində Famili gözləmişdir. Aradan bir neçə saat keçdikdən sonra səhərə yaxın saat təxminən 07 radələrində o, Famil ilə idarə etdiyi avtomobil ilə evə qayıdırmış. Mehdiabad- Novxanı yolunda Novxanı qəsəbəsi istiqamətində saatda təxminən 110-115 km sürətlə hərəkət edirmiş. Bir qədər getdikdən sonra döngə olan yerdə avtomobilin əyləcini sıxan zaman avtomobil sürüşdüyünü görmüş və avtomobili dayandırmağa çalışsa da idarəetməni itirərək avtomobilin sağ yan tərəfi yolun kənarında olan dirəyə dəymişdir. Zərbədən avtomobilin içərisində olan hava yastıqları açılmışdır. Həmin vaxt avtomobildə qabaq yan oturacaqda sərnişin qismində əyləşmiş Famil avtomobilin yan şüşəsində atılaraq yerə düşmüşdür. Bundan sonra avtomobil dayanmışdır. O, avtomobildən düşərək Familin yanına getmişdir. Famil huşsuz vəziyyətdə olmuşdur. Familin başından qan gəldiyini görüb təcili tibbi yardım xidmətinə zəng edərək məlumat vermişdir. Bir qədər sonra təcili tibbi yardım maşını gəldikdən sonra Famili Bakı şəhərində yerləşən X9 aparmışlar. Famili xəstəxanaya yerləşdirdikdən sonra evə qayıtmışdır. O, evə gəldikdən sonra Ceyhunu yuxudan oyadıb idarə etdiyi avtomobil ilə qəza törətdiyini demişdir. Ceyhun da bunu eşidən kimi dərhal yerindən qalxıb hadisənin necə baş verdiyini soruşmuşdur. O, Ceyhuna bir qədər əvvəl Famili Bakı şəhərindən evinə gətirərkən Mehdiabad-Novxanı yolunda Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib yolun kənarnda olan işıq dirəyin avtomobili vurduğunu və nəticədə Familin xəsarət aldığını və xəstəxanada olduğunu bildirmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra Abşeron rayon Polis idarəsinin Saray polis bölməsindən qardaşı Ceyhuna zəng gəlmiş və onu polis bölməsinə dəvət etmişlər. Aradan bir qədər keçdikdən sonra onu da Saray polis bölməsinə dəvət etdikləri üçün o, da polis bölməsinə getmişdir. Əlavə olaraq bildirmişdir ki, qardaşı Ceyhun “Toyota Prius” markalı **- OH-*** dövlət qeydiyyat nişanlı avtomobili ona idarə etmək üçün verərkən etibarnamə verməmiş, onun sürücülük vəsiqəsi olsa da, avtomobili etibarnaməsi olmadığı üçün idarə etmək hüququ olmamışdır. İdarə etdiyi avtomobilin sonradan Ceyhun ona dedikdən sonra əyləc sisteminin zəif olduğunu bilmiş, hadisə baş verən müddətədək bu barədə qardaşı Ceyhun ona heç bir məlumat verməmişdir. Hadisə baş verən zaman o, spirtli içki qəbul etməmiş, ümumiyyətlə spirtli içki qəbul etmədiyini, cərrahi əməliyyat olunduğu üçün uzun müddətdir ki, spirtli içki qəbul etmədiyini, qardaşı Ceyhunun ilk dəfədir ki, ona idarə etmək üçün avtomobilini vermişdir. Əməlindən peşmançılıq çəkir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, xahiş edir əməlinə düzgün qiymət verilsin və cəzadan azad edilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Fərdi qaydada iş olanda tikintidə fəhlə işləyir. Adətən ona taksi lazım olanda qonşuluqda yaşayan taksi fəaliyyəti ilə məşğul olan Ceyhuna müraciət edir. xx.xx.2022-ci il tarixdə saat təxminən 02 radələrində o, Ceyhuna zəng edərək Bakı şəhərinə getmək istədiyini bildirmişdir. Ceyhun ona yorğun olduğunu, lakin qardaşı Vüsalın onu apara biləcəyini demişdir. O, da Ceyhunla razılaşmışdır. Aradan bir neçə dəqiqə keçdikdən sonra Ceyhunun qardaşı Vüsal idarə etdiyi “Prius” markalı **-OH-*** dövlət qeydiyyat niişanlı avtomobil ilə onun yaşadığı evin qabağına gəlmişdir. O, Vüsal ilə birlikdə idarə etdiyi avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr ərazisinə getmişlər. Orada tanışları ilə kafedə oturub pivə içmişlər. Vüsal da yanında olmuşdur. Lakin Vüsal spirtli içki içməmişdir. Onlar bir qədər oturduqdan sonra tanışları ilə sağollaşıb ayrılmışlar. Saat təxminən 07 radələrində o, Vüsal ilə evə qayıdırmış. Mehdiabad-Novxanı yolunda Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olmuşlar. Vüsal maşını 120 km sürətlə idarə edirmiş. Həmin vaxt yorğun və yuxulu olmuşdur. Bir qədər getdikdən sonra avtomobilin sürüşdüyünü görmüş və bir anda avtomobil onun tərəfdən yolun kənarında olan dirəyə çırpılmışdır. O, avtomobilin qabaq yan şüşəsindən çölə atılmışdır. Bundan sonra avtomobil dayanmışdır. Vüsal avtomobildən düşərək onun yanına gəlmişdir. Vüsal təcili tibbi yardım xidmətinə zəng edərək məlumat vermişdir. Bir qədər sonra o, huşunu itirmişdir. Sonradan Bakı şəhərində yerləşən X10 ayılmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bədəninin müxtəlif yerlərindən xəsarət alması sonradan ona məlum olmuşdur. Əlavə olaraq bildirmişdir ki, hadisə baş verən zaman avtomobildə sükan arxasında Vüsal əyləşərək avtomobili idarə edirmiş, o, qabaq yan oturacaqda əyləşmiş, onlardan başqa avtomobildə heç kim olmamışdır. Vüsal avtomobili idarə edən zaman ayıq olduğunu, spirtli içki qəbul etməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Evlidir, bir övladı vardır. Fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə Əmir Tahirovdan boz mavi rəngli “Toyota Prius” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında gündəlik icarəyə götürüb “Bolt” taksi şirkətinə qoşulmaqla taksi fəaliyyəti ilə məşğul olurmuş. Zərərçəkmiş şəxs da onunla qonşuluqda yaşayır. Famil ilə qohumdur. Famil hər dəfə taksi lazım olanda ona deyir, o, da Famili istədiyi ünvana aparırmış. Münasibətləri həmişə yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 02 radələrində o, evdə uzanmışdır. Həmin vaxt Famil ona zəng edərək Bakı şəhərinə getmək istədiyini bildirmişdir. O, da Familə yorğun olduğunu, lakin qardaşı Vüsalın onu apara biləcəyini demişdir. Famil də onunla razılaşmışdır. O, da yerindən durub idarə etdiyi avtomobilin açarını qardaşı Vüsala verərək qohum Famili Bakı şəhərinə aparıb gətirməsini demişdir. Vüsal da açarı ondan alıb getmişdir. O, da evdə yatmışdır. xx.xx.2022ci il tarixdə səhər saatlarında qardaşı Vüsal onu yuxudan oyadıb idarə etdiyi avtomobil ilə qəza törətdiyini demişdir. O, dərhal yerindən qalxıb hadisənin necə baş verdiyini soruşduqda, Vüsal ona bir qədər əvvəl Famili Bakı şəhərindən evinə gətirərkən Mehdiabad- Novxanı yolunda Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib yolun kənarnda olan işıq dirəyinə avtomobili vurduğunu, hadisə nəticəsində isə Familin xəsarət aldığını və xəstəxanada olduğunu bildirmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra Abşeron rayon Polis idarəsinin Saray polis bölməsindən ona zəng gəlmiş və ona polis bölməsinə yaxınlaşmağını bildirmişlər. O, da Saray polis bölməsinə getmişdir. Orada ona bir daha qardaşı Təqsirləndirilən şəxs onun icarə əsasında götürdüyü “Toyota Prius” markalı **- OH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törətdiyi məlum olmuşdur. O, idarə etdiyi “Toyota Prius” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobili qardaşı Təqsirləndirilən şəxs idarə etməsi üçün verərkən ona etibarnamə verməmişdir. İdarə etdiyi avtomobilin əyləc sistemi zəif olmuşdur, bu barədə qardaşı Vüsala heç bir məlumat verməmişdir. Hadisə baş verən zaman qardaşı Vüsal spirtli içki qəbul etməmiş, Vüsal cərrahi əməliyyat olunduğu üçün uzun müddətdir ki, spirtli içki qəbul etmədiyini bildirmişdir. İlk dəfədir ki, etibarnamə olmadan qardaşına idarə etməsi üçün avtomobil vermişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə yaşayır. Qaz idarəsində podratçı işləyir. xx.xx.2021-ci il tarixdə özünə boz mavi rəngli “Toyota Prius (hibrid)” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. X1 11000 manata almışdır. Avtomobilin qeydiyyat şəhadətnaməsi Muradın adına olsa da, qeyd olunan tarixdən avtomobil ona məxsusdur. xx.xx.2022-ci il tarixdə sözügedən avtomobilini Şahid1 gündəlik icarə əsasında etibarnamə ilə vermişdir. Onların razılaşmalarına görə Ceyhun hər gün 25 manat ödəməklə avtomobili idarə edə bilərmiş və avtomobili digər hər hansı şəxs və ya şəxslərə verə bilməzmiş. Həmin tarixdən hadisə baş verən tarixədək avtomobili Ceyhun idarə edirmiş. Ceyhun fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olurmuş. xx.xx.2022-ci il tarixdə səhər saatlarında telefonunda olan proqram vasitəsi ilə avtomobilinin cərimə meydançasında olduğunu görüb Ceyhuna zəng etmişdir. Söhbət əsnasında Ceyhun ona avtomobilini qardaşı Təqsirləndirilən şəxs idarə etdiyini və xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Mehdiabad-Novxanı yolunda Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarında yerləşən işıq dirəyinə çırpılaraq yol nəqliyyat hadisəsi törətmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1359 nömrəli rəyində göstərilmişdir ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, başın təpə-gicgah nahiyələrinin əzilmiş yaraları, döş qəfəsinin küt travması, sağ tərəfli 2,4,5,6-cı qabırğaların qapalı sınıqları, sağ almacıq sümüyünün qapalı sınığı küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə salonda olduğu minik avtomaşınının maneəyə dəyməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/1846 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prius markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Yusifov avtomobilii yaşayış məntəqəsindən kənarda maksimum icazə verilən 90 km/saat sürətdən yüksək, 120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Abşeron RPİ-in xx.xx.2022-ci il tarixli, ********* nömrəli arayışda göstərilmişdir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin mərkəzləşdirilmiş bazasının məlumatına əsasən 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə “B” kateqoriyalı AC 222965 nömrəli sürücülük vəsiqəsi verilmiş və bu günədək sürücülük hüququ məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, maddi sübut kimi tanınmış X4 məxsus boz mavi metallik rəngli «Toyota Prius (Hibrid)» markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və avtomobil sahibi Şahid2 qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. Abşeron RPİ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Yusifov X8 RPİ-in əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saxlanılaraq, məhkəməyə təqdim edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Azərbaycan Respublikası Baş Prokurorluğun “X11” 107.15-ci bəndinə əsasən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin xaric edilməsini və dövlət ittihamının müdafiəsini Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə davam etdirilməsini, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə maddi köməklik etdiyinə və onunla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən edilir ki, ittiham aktında göstərildiyi kimi Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətməsi kimi hallar sübut edilməmişdir. Əksinə toplanmış sübutlar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Halbuki, məhkəmə istintaqı zamanı və işin faktiki vəziyyətindən bir daha müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 07 radələrində etibarnamə olmadan idarə etdiyi X4 məxsus boz mavi metallik rəngli «Toyota Prius (Hibrid)» markalı **- OH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mehdiabad-Novxanı yolunda Novxanı qəsəbəsi istiqamətində 120 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, eləcə də qeyd edilən Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə əsasən yaşayış məntəqəsindən kənarda maksimum icazə verilən 90 km/saat sürətdən yüksək, yəni 120 km/saat sürətlə idarə edərək Qanunun həmin tələblərini pozub, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməməsi səbəbindən idarəetməni itirib yolun sağ kənarında torpaq yolda olan işıq dirəyinə vurmuş, nəticədə ehtiyatsızlıqdan avtomobildə qabaq yan oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, başın təpəgicgah nahiyələrinin əzilmiş yaraları, döş qəfəsinin küt travması, sağ tərəfli 2,4,5,6-cı qabırğaların qapalı sınıqları, sağ almacıq sümüyünün qapalı sınığı kimi sağlamlığın uzun müddətə pozulması ilə sağlamlığına az ağır zərər vurulmasına səbəb səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Şərh olunanlarla əlaqədar, məhkəmə vurğulayır ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 263-1.1-ci maddəsində göstərilir ki, Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət qanunun bu normasının mənasına görə, şəxsə bu maddə ilə ittihamın irəli sürülməsi üçün toplanmış və araşdırılmış sübutlarla onun ilk növbədə şəxsin nəqliyyat vasitəsini sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə və ya istismar etməsi, bu zaman onun “Yol hərəkət haqqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması və onun bu hərəkətlərinin ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərərin vurulması müəyyən edilməldir. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Araşdırılmış sübutlardan görünür ki, təqsirləndirilən şəxsin “B” kateqoriyalı AC 222965 nömrəli sürücülük vəsiqəsi verilmiş və bu günədək sürücülük hüququ məhdudlaşdırılmamışdır. Eyni zamanda hadisə zamanı təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Bu əlamətlər isə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması əməlini istisna edir. Qeyd edilənlər məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/1846 nömrəli rəyində də öz əksini tapmır. Məhkəmə yuxarıda qeyd edilənlərə münasibətdə araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı ittiham üzrə təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması müəyyən edilməməklə mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İbtidai istintaq zamanı şəxsin təqsirləndirilən şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ olub-olmaması yoxlanılmamış, etibarnamənin olmamasına istinad edərək istintaqın yekunlaşdırılması ilə kifayətlənilmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, bəhs olunan əməl ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif olunmamışdır, baş vermiş yol nəqliyyat hadisə zamanı təqsirləndirilən şəxs ayıq olmuş və məhdudlaşdırılmamış “B” kateqoriyalı AC 222965 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Həmin hərəkətlərin faktiki əlamətləri yalnız Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkib əlamətləri ilə uyğun gəlir. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayətinin nəzərdə tutulduğu 263-1.1-ci maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə tövsif edilməlidir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “....Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasından sonra onun məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü məsələsidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələ həll edilərkən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, iki obyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır.”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsin əəsasən cinayət qanunu müddəalarının qüvvəsinə görəşəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinəəsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «Toyota Prius (Hibrid)» markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37, 321, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsindən CM-in 263.1-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış «Toyota Prius (Hibrid)» markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-81/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-81/2023
21.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver