Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-81/2024 29.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr. 6 RPİ- də qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyinin yaxınlığında yerləşən fərdi yaşayış evində yaşamış, Abşeron Rayon Məhkəməsinn xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4, 234.1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: XXX Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 iyul 2022-ci il tarixdə saat 03 radələrindən 15 iyul 2022-ci il tarixədək Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 7 və 9 saylı yaşayış binalarının zirzəmisinə qanunsuz daxil olaraq oradan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid aşağı paylama istilik xətlərinin üzərində quraşdırılmış latun materialından olan 85 ədəd ventil, 3 ədəd siyirtmə, 80 ədəd amerikanka deyilən boruları və 60 metr metal boru kəsilib götürüb gizli olaraq talamaqla, vahid niyyətlə əhatə olunan qəsdlə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 1780 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa XXX Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 avqust 2022-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Kəlbəcər tam orta məktəbi binasının yaxınlığında yerləşən şəxsiyyəti istintaqa məlum olmayan şəxsə məxsus yeni tikili evə qanunsuz daxil olaraq həmin evdə təmir işləri aparan Zərərçəkmiş şəxs6 otaqda asılmış şalvarının cibində olan pul kisəsinin içərisindən sonuncuya aid şəxsiyyət vəsiqəsini, digər mühüm sənəd olan sürücülük vəsiqəsini, təqaüd kartını 12 manat dəyərində pul kisəsi ilə birlikdə götürüb talamışdır. Bundan başqa XXX Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs10 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Məhəllədə bir həyətdə yerləşən iki fərdi yaşayış evlərinin dəmir qapılarını sındırmaqla qanunsuz evlərə daxil olaraq birinci evdə otağa yığılmış bir ədəd 270 manat dəyərində lazer aparatını, 02 ədəd 300 manat dəyərində dreli, 01 ədəd 200 manat dəyərində preparatoru, 04 komplekt 260 manat dəyərində qapı kilidlərini, 100 manat dəyərində 100 metr uzunluğunda elektrik kabelini, digər təmirsiz evdən 02 top 400 manat dəyərində elektrik naqilini və 200 manat dəyərində samovarı götürüb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs10 ümumilikdə 1730 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa XXX Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə 14 oktyabr 2022ci il tarixədə, saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, 13A saylı binanın arxa hissəsində saxlanılmış Zərərçəkmiş şəxs13 məxsus “JCB 3CX” markalı, traktorun 1 ədəd 800 manat dəyərində çalovunu götürüb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs13 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa XXX Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 oktyabr 2022-ci il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, A.Quliyev küçəsində yerləşən yeni inşa edilmiş fərdi evin həyətinə hasardan keçməklə sonra isə evin pəncərəsini sıxıb açmaqla evə qanunsuz daxil olaraq, qapının yanındakı divarda quraşdırılmış şit aparatın içindən 220 manat dəyərində detalları, evin divarlarına çəkilmiş 380 manat dəyərində 400 metr uzunluğunda elektrik naqillərini və 300 manat dəyərində kombi istilik sistemini nizamlayan aparatı götürüb gizli olaraq talamaqla, zərərçəkmiş şəxs Fizuli Məhərrəmova ümumilikdə 900 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa XXX Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs14 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi “Vulkan dağı” adlanan ərazidə yerləşən fermasından 1 ədəd 7000 manat dəyərində “Boyler” markalı su qızdırıcısını götürüb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs14 xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa XXX Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 noyabr 2022-ci il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi 6 saylı məktəb binasının yaxınlığında yerləşən tikilməkdə olan nömrəsiz fərdi yaşayış evinə plastik pəncərəni sıxıb açmaqla qanunsuz daxil olaraq, oradan hər biri 100 manat olan ümumilikdə 400 manat dəyərində 4 top elektrik naqillərini, hər biri 13 manat olan ümumilikdə 260 manat dəyərində 20 ədəd elektrik yuvalarını, hər biri 13 manat olan ümumilikdə 156 manat dəyərində 12 ədəd kiçik elektrik açarlarını, hər biri 12 manat olan ümumilikdə 300 manat dəyərində 25 ədəd böyük elektrik açarlarını, 1 metri 3 manat olan 300 manat dəyərində isti pol üçün nəzərdə tutulmuş 100 metr borunu, 1 ədəd 700 manat dəyərində kombi aparatı üçün nəzərdə tutulmuş kollektoru götürüb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs7 ümumilikdə 2116 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa XXX Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 noyabr 2022-ci il tarixdə, saat 06:30 radələrində Zərərçəkmiş şəxs16 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə inşa etdirdiyi, tikintisi başa çatmamış, hazırda yaşayış olmayan evinin pəncərə və qapılarının olmamasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan ümumilikdə 2 kub tikinti materialları olan taxtaları götürüb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs16 700 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa XXX Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 2022-ci ilin noyabr ayının sonlarında saat 22:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi H.Z.Tağıyev küçəsində yerləşən X3 məxsus fərdi yaşayış evinin hasarından evin həyətyanı sahəsinə qanunsuz daxil olaraq, həmin həyətyanı sahədə olan 1 ədəd 220 manat dəyərində 1500 litr həcmdə su çənini götürüb gizli olaraq talamaqla, zərərçəkmiş şəxs Bənövşə Hüseynquliyevaya həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa XXX Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, A.Quliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs2 Gülşad oğluna məxsus natamam tikilmiş fərdi yaşayış evinin yan tərəfində olan plastik pəncərəni özü ilə gətirdiyi mismarçıxaran alətlə açıb içəriyə qanunsuz daxil olmaqla oradan 360 manat dəyərində 8 ədəd divar kağızlarını götürüb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa XXX Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 06 dekabr 2022-ci il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə deyilən ərazidə tikilməkdə olan nömrəsiz fərdi yaşayış evindən betonları saxlamaq üçün nəzərdə tutulmuş 1200 manat dəyərində 25 metr uzunluqda 55 ədəd dəmir boruları götürüb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs5 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa XXX Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 dekabr 2022-ci il tarixdə saat 05 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs12 məxsus iki mərtəbəli yarımtikili evə qanunsuz daxil olaraq evin birinci mərtəbəsində yerləşən saxlanc otağından 310 manat dəyərində 320 metr uzunluğunda elektrik naqillərini götürüb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs12 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa XXX Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakım gizli olaraq talama məqsədilə 01 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Əli Vəliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus natamam tikilmiş fərdi yaşayış evinin arxa hissəsində olan nəfəsliyin dəmir barmaqlıqlarını aralayıb, evin içərisinə qanunsuz daxil olmaqla oradan 600 manat dəyərində bir ədəd elektrik gücləndiricisini, 70 manat və 100 manat dəyərlərində olan iki ədəd direlləri, 100 manat dəyərində bir ədəd laqondanı və 40 manat dəyərində laqondaya aid ehtiyyat hissələrini götürüb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs3 ümumilikdə 910 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa XXX Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs11 məxsus ünvan 4nvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq pəncərənin dəmir barmaqlıqlarını kənar alət vasitəsi ilə dağıtmaqla pəncərəni gərmə yolu ilə açıb, qanunsuz içəri daxil olaraq həmin evdən elektrik naqilləri, divar kağızları və misşıtırı götürüb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs11 ümumilikdə 2000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa XXX Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 18 yanvar 2023-cü il tarixdə saat 23:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Söyüdlər məhəlləsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus natamam tikilmiş fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olmaqla oradan 300 manat dəyərində 120 metr uzunluqda, 40-25 diametirlik dəmir borularını, 200 manat dəyərində 72 metr uzunluqda 16 diametirlik armaturları götürüb gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa XXX Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 yanvar 2023-cü il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 2da yerləşən evin həyətinə qanunsuz daxil olmaqla 180 manat dəyərində 1 cüt kişi çəkməsi və 90 manat dəyərində 1 cüt kişi ayaqqabısını götürüb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 270 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa XXX Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 30 yanvar 2023-cü il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs15 yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətinə qanunsuz daxil olmaqla, həyətdə olan hindən 1 ədədi 75 manat olan 2 ədəd hind quşunu, 50 manat dəyərində 1 ədəd öı-əyi götürüb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs15 ümumilikdə 200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa XXX Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş bir ədəd sellofan bükümündə çəkisi 0,338 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda 10 manat müqabilində əldə edib, Abşeron rayonu, Masazır qəsəbəsinə daşımaqla üzərində saxlamış, 14 fevral 2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, Abşeron rayonu, Masazır qəsəbəsi, “Əliağa Vahidin abidəsinin” yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış, Abşeron rayon Polis İdarəsinə gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindəki balaca cibdən 1 ədəd sellofan bükümdə həmin 0,338 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4, 234.1 və 326.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş XXX Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 14 fevral 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının yaxınlığında olan zaman tanımadığı şəxslə söhbət zamanı narkotik vasitə heroindən istifadə etdiyini bildirmişdir. Həmin şəxs isə ona narkotik vasitə heroin təşkil edə biləcəyini bildirmişdir. O da həmin şəxsə bir büküm narkotik vasitə gətirməsini xahiş etmişdir. Həmin şəxs bir bükümü 10 manata satacağını ona demişdir. Həmin şəxs gedib təxminən 20 dəqiqə sonra onun yanma gələrək, 1 ədəd sellofan bükümdə narkotik vasitə heroini gətirib ona vermişdir. O, bükülünü açıb baxmış və içərisində həqiqətən də heroin olduğunu görmüşdür. Bundan sonra həmin şəxsə 10 manat pul verib bükülünü alıb əyninmdəki cins şalvarının sağ yan kiçik cibinə qoymuşdur. O, oradan çıxıb, Abşeron rayonu, Masazır qəsəbəsinə evinə gəlmişdir. Saat təxminən 18 radələrində evdən çıxıb Masazır qəsəbəsində yerləşən “Əliağa Vahidin heykəlinin” yanında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirmişdilər. Həmin şəxslər ona narkotik vasitədən istifadə etməkdə şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış aparılması üçün polis idarəsinə getməli olduğunu bildirmişdilər. O, polis əməkdaşlarına etiraz etməyib polislərlə birlikdə Abşeron rayon polis idarəsinə gəlmişdir. Bundan sonra Abşeron rayon vəkil bürosundan növbətçi vəkil Gülnar Mirzəməmmədova polis idarəsinə dəvət olunmuş və vəkilin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri barədə məlumat verilmişdir. Özündə olan qanunla dövriyyəsi qadağan edilmiş əşya və kütləni təqdim etməyi təklif olunmuşdur. O isə günorta Yasamaldan tanımadığı şəxsdən 10 manata aldığı 1 ədəd sellofan bükümdəki narkotik vasitə heroini təqdim etmişdir. Bundan başqa üzərində hər hansı bir qanunsuz əşya olmadığını bildirmişdir. Polis əməkdaşları üstünü axtarmış və başqa hər hansı bir əşya aşkarlanmamışdır. Bundan sonra polis əməkdaşları təqdim etdiyi sellofan bükülünü açıb içərisindəki kütləni yoxlamışdılar və narkotik vasitəyə bənzər kütlə olduğunu bildirib kağız zərfə qoyularaq qablaşdırılmışdır. Həmin qablaşdırma üzərində imza edərək təsdiq etmişdir. Sonra axtarış aparılması başa çatdırılmışdır. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, protokol onlara ucadan oxunmuş və imzaları ilə təsdiq etmişdir. Ona qarşı elan edilmiş ittihamla razı deyildir, qeyd olunan oğurluq cinayətlərini törətməmişdir. Özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onun Atyalı adlanan ərazidə Əli Vəliyev küçəsində iki mərtəbəli fərdi evi vardır. Ev təmirsizdir. Lakin, əlinə pul gəldikcə oranı təmir edirmiş və bu məqsədlə təmir etmək üçün nəzərdə tutulmuş alətləri həmin binanın birinci mərtəbəsində giriş qapısının sağ və sol tərəflərində qutunun içərisinə qoymuşdur. Həmin evi 2-3 gündən bir yoxlamışdır. 27 dekabr 2022-ci il tarixdə saat 12 radələrində gedib həmin mənzili yoxlamışdır. Həmin vaxt mənzildə hər şey qaydasında olmuşdur. Sonradan yəni, 03 yanvar 2023-cü il tarixdə saat 10 radələrində o, yenə həmin yerə getmiş və evdə bəzi təmir işləri görmüşdür. O, evin arxa hissəsinə baxdıqda evin nəfəslik hissəsinə bərkitdiyi dəmir barmaqlıqların əyilib aralandığını görmüşdür. O, evdən oğurluq olmasından şübhələnib, mənzili açarla açıb içəri daxil olmuşdur. Orada saxladığı bir ədəd Rusiya istehsalı olan və təxminən 1990-cı ildə aldığı qiymətin xatırlamadığı lakin, hazırkı vəziyyətdə 600 manat qiyməti olan, boz metalik rəngli, elektrik gücləndiricisini, bir ədəd göy rəngli və 2012-ci ildə aldığı və hazırkı qiyməti 70 manat olan elektriklə işləyən direli, sarı rəngli 2012-ci ildə aldığı və hazırkı qiyməti 140 manat olan laqonda, 100 manat dəyərində olan direl və laqondaya aid ehtiyyat hissələri oğurlanmışdır. Bununla da ona ümumilikdə 910 manat ziyan dəymişdir.. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 2da yaşayır. Ona məxsus ünvan 2da həyət evi vardır. O, həmin evdə yaşayır. 24 yanvar 2023-cü il tarixdə axşam saat 22 radələrində özü və ailə üzvləri evdə olmuşdular. Səhəri gün yəni ki, 25 yanvar 2023-cü il tarixdə saat 13 radələrində evdən çölə çıxanda evin girişin çöl tərəfdə olan plastik qapı və pəncərə ilə əhatə olunmuş hissəsində saxladığı iki cüt ayaqqabı, yəni ki, 2022-ci ilin oktyabr ayında 180 manata aldığı 1 cüt kişi çəkmələri və 2023-cü ilin yanvar ayında 90 manata aldığı 1 cüt kişi ayaqqabıları yerində yoxdur. O, dərhal başa düşmüşdür ki, onun ayaqqabılarını kimsə oğurlamışdır. O, bir gün ərzində ətrafda olan obyektlərin kameralarında oğrunu axtarsa da tapa bilməmişdir. Ona görə də 1 gün ləngimişdir. 26 yanvar 2023-cü il tarixdə isə 102-yə zəng edib oğurluq olması barədə şikayət etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 48, mənzil 135-də yaşayır. O, Bakı şəhərində yaşasa da, Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə deyilən ərazidən torpaq almış və özünə ev tikdirmişdir. Təxminən 1 ilə yaxın olar ki, həmin torpaq sahəsində evin tikinti işləri gedir. Evin birinci mərtəbəsinin betonu vurulmuşdur. 28 noyabr 2022-ci il tarixdə isə birinci mərtəbə ilə ikinci mərtəbə arasında olan arakəsməyə beton vurulmuşdur. Həmin betonu quruyana kimi saxlamaq üçün 1200 manat dəyərində olan 55 ədəd hər birinin uzunluğu 1,5 metr olan dəmir dirəkləri icarəyə götürmüşdür. Sonuncu dəfə 02 dekabr 2022-ci il tarixdə həmin torpaq sahəsində gedib baxış keçirmişdir və hər şey də qaydasında olmuşdur. Bundan sonra 10 dekabr 2022-ci il tarixdə həmin torpaq sahəsinə getmişdir. Tikintiyə baxış keçirəndə görmüşdür ki, betonları saxlamaq üçün quraşdırılan dəmir dirəklər yerində yoxdur. O, başa düşmüşdür ki, dəmir dirəklər naməlum şəxs və yax şəxslər tərəfindən oğurlanmışdır. O, qonşulara soraq etmiş və ona bir neçə gün əvvələ tikinti yerinə ağ rəngdə Qazel markalı avtomobil gəlib dəmir dirəkləri yığıb getdiyini bildirmişdir. Qonşular ona həmin dəmir dirəklərin onun özü tərəfindən yığdırılaraq aparıldığını, ona görə də bu barədə ona məlumat vermədiklərini bildirmişdilrər. O, oğurluq olduğunu yəqin etdikdən sonra 102-yə zəng edib oğurluq barədə məlumat vermişdir. Əlavə olaraq həmin dəmir dirəkləri bir nəfər şəxs oğurlaya bilməz. Çox güman ki, onu bir neçə nəfər şəxs qonşuların həmin ağ rəngli Qazel markalı avtomobil ilə oğurlamışlar. O, həmin 1200 manat pulu da dəmir dirəkləri icarəyə götürdüyü şəxsə vermiş, ona görə də oğurluq nəticəsində ona 1200 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göetərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Ona məxsus ünvan 4nvanında yerləşən fərdi yaşayış evi var. Həmin evdə daimi yaşamasa da, mütəmadi olaraq həmin evə baş çəkmişdir. Təxminən dekabr ayının əvvəllərində sonuncu dəfə gəlib həmin evə baş çəkmişdir. Həmin vaxt hər şey qaydasında olmuş və hər hansı oğurluq əlaməti olmamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə həmin evə gəlmişdir. Həmin evə daxil olub ikinci mərtəbəyə çıxanda naqil darağının yerdə olduğunu görmüşdür. Ona məxsus evə naməlum şəxs və ya şəxslər daxil olaraq oğurluq etmişlər. Bundan sonra elektrik avtomatlarının da yerində olmadığını görmüşdür. Evə ətraflı baxış keçirtmiş, bundan başqa ona məxsus fərdi yaşayış evindən elektrik naqilləri, divar kağızı, misşıtırın oğurlandığını görmüşdür. O, həmin evdə tam təmir işlərini yekunlaşdırmadığı üçün başqa hər hansı əmlak orada olmamışdır. Bundan sonra həmin evə naməlum şəxs və ya şəxslərin haradan daxil olmağını bilmək üçün həyətə düşmüşdür. Evin ətrafında baxdıqdan sonra naməlum şəxs və ya şəxslər evin 1-ci mərtəbəsinin sol yan pəncərəsindən olan dəmir barmaqlıqları dağıdaraq ona məxsus fərdi yaşayış evinə daxil olmasını görmüşdür. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə oğurlanan əşyalar təxminən 1000 manatdan çox, aparılacaq təmir xərcləri nəzərə alınmaqla vurulmuş ziyan isə 1000 manat olmuşdur. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olan Abşeron rayonu Xırdalan şəhəri Kənd Xırdalan fərdi evdə ailəsi ilə birlikdə yaşayır. O, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi ev tikdirir. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində evin qapısını bağlayıb evdən çıxmışdır. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində evə təmir işlərinə davam etmək üçün qayıdan zaman evin plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Evə daxil olan zaman evdən oğurluq hadisəsi baş verdiyini bilmiş və bu barədə DİN-nin 102 xidmətinə müraciət etmişdir. Polis əməkdaşları evə gələn zaman onlarla birlikdə evə baxan zaman evə daxil olan naməlum şəxs və ya şəxslərin evdən 4 top hər biri 100 manat olan ümumilikdə 400 manat dəyərində elektrik naqillərinin, 20 ədəd hər biri 13 manat olan ümumilikdə 260 manat dəyərində elektrik yuvalarının, 12 ədəd hər biri 13 manat olan ümumilikdə 156 manat dəyərində kiçik elektrik açarlarının, 25 ədəd hər biri 12 manat olan ümumilikdə 300 manat dəyərində böyük elektrik açarlarının, 100 metr hər metrəsi 3 manat olan 300 manat dəyərində isti pol üçün nəzərdə tutulmuş boruların, 01 ədəd 700 manat dəyərində kombi üçün nəzərdə tutulmuş kollektoru oğurlayaraq ona ümumilikdə 2116 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, H.Aslanov küçəsi, ev 65-də eydiyyatda olmaqla yaşayır. Hazırda rəsmi olaraq işləmir. 30 yanvar 2023-cü il tarixdə Abşeron RPİ-nə ərizəni yazmış, bildirmişdir ki, onun evinin həyətində ev quşları vardır, onların saxlanılması ilə məşğul olur. Belə ki, bir neçə ay əvvəl hər biri 75 manat olan 2 ədəd hind quşu və 50 manat olan bir ədəd ördək almışdır. Ümumilikdə həmin ev quşlarının qiyməti 200 manat təşkil etmişdir. O, 29 yanvar 2023-cü il tarixdə saat 18 radələrində ev quşlarını hinə doldurub, evə getmişdir. 30 yanvar 2023-cü il tarixdə saat 09 radələrində hinə baxan zaman həmin ev quşalrınm olmadığını və oğurlandığının şahidi olmuşdur. Həmin oğurluq hadisəsi zamanı ona 200 manat dəyərində ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 14 saylı X10 şöbəsinin rəisi vəzifəsində çalışır. İşlədiyi 14 saylı X10 şöbəsi Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 7 və 9 saylı yaşayış binalarının istilik sistemlərinə baxır və həmin sistemlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. 15 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 7 və 9 saylı yaşayış binalarının zirzəmisinə baxış keçirilən zaman aşağı paylama istilik xətlərinin üzərində quraşdırılmış latun materialından olan ventil (80 ədəd-dl5mm; 3 ədəd-d25mm; 2 ədədd50mm), siyirtmə (3 ədəd-d50mm), amerikanka (80 ədəd-15mm) və metal boru (60 metrd25mm) kəsilib oğurlanması müəyyən edilmişdir. Bu barədə rəhbərliyə dərhal məlumat verilmiş və rəhbərlik tərəfindən aidiyyəti üzrə polisə müraciət olunmuşdur. Baş vermiş hadisə nəticəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1780 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu, Masazır qəsəbəsində Sovetlər məhəlləsi adlanan yerdə fərdi yaşayış evi vardır. Həmin ev tam təmir olunmamışdır. Ona görə də təmir ilə əlaqədar 120 metr uzunluqda dəmir borular almışdır. Həmin boruların 20 metrəsi 40-lıq, 10 metr isə 25 diametrlidir. Həmin boruları bir ay əvvəl 300 manata almışdır. İşlənmiş borular olmuşdur. Bundan başqa, 200 manata aldığı 72 metr uzunluqda olan 16- lıq armaturlar almış və həyətə yığmışdır. Həmçinin, həyəti hasara alınmışdır. Həmin evdən axırıncı dəfə 17 yanvar 2023-cü ildə çıxmış və 18 yanvar 2023-cü il tarixdə saat 18 radələrində həmin evə getmişdir. O, həyətdə olan boruların oğurlandığını görmüşdür. Kiminsə ehtiyacı olduğuna görə aparmasını fikirləşmişdir. Lakin, 19 yanvar 2023-cü il tarixdə qeyd etdiyi boru və armaturların hamısının oğurlandığını görmüşdür. Ona görə də DİN-nin 102 xidmətinə zəng etmiş, ümumilikdə ona 500 manat maddi ziyan dəymişdir. Həmin dəmirlərin kim tərəfindən oğurlanmasını bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu, Masazır kəndi, A.Quliyev küçəsində, nömrəsiz fərdi evi vardır. Həmin mənzilin təmir işləri baş çatmaq üzərədir. Bu məqsədlə o, həmin evin təmiri ilə əlaqədar olaraq divar kağızları alıb həmin mənzilə yığmışdır. Materialları hissə-hissə alıb sonradan təmirə başlamağı nəzərdə tutmuşdur. Bütün materialları almağa imkanı olmamışdır. O, 01 dekabr 2022-ci il tarixdə həmin divar kağızlarını mənzilinə qoymuşdur. 03 dekabr 2022-ci il tarixdə gedib mənzilinə baxan zaman mənzilindən 8 ədəd ümumi 360 manat dəyərində olan divar kağızlarının oğurlandığını görmüşdür. Ona görə də məcbur olub bu barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Evindən oğurluq olması barədə heç kimdən şübhələnmir və ona ümumilikdə 360 manat ziyan dəymişdir. Bundan başqa, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Tərtər rayonu, Əskipara kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mik. H.Babaşov küçəsi, ev 11, mənzil 23-də ailəsi ilə birlikdə yaşayır. Abşeron rayonu, Masazır qəsəbəsi, A.Quliyev küçəsində yerləşən yeni yaşayış massivində özünə 2 mərtəbəli yeni ev inşa etdirmişdir. Lakin, ev təmir olunmadığına görə, orada yaşayış yoxdur. Evin təmiri ilə əlaqədar olaraq müxtəlif əşyalar alıb evə qoymuşdur. Özü müxtəlif vaxtlarda evinə gedib baxmaqla, nəzarət edir. 23 oktyabr 2022-ci il tarixdə həmin evinə gedib baxdıqda evdəki əşyalarının hamısının yerində olduğunu görmüş, sabahı günü yəni, 24 oktyabr 2022-ci il tarixdə, saat 11 radələrində nəzarət etmək üçün gedib evinin qapısını açıb içəri daxil olduqda, evin plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Evdəki əşyalarını yoxladıqda evin giriş qapısın yaxınlığında yəni, evin içində divarda olan şit aparatın içindəki 220 manat dəyərində detalların, 380 manat dəyərində olan 400 metr uzunluğunda evin divarlarına çəkilmiş elektrik naqillərin, 300 manat dəyərində kombi istilik sistemini nizamlayan aparatın yerində olmadığını, yəni oğurlandığını aşkar etmişdir. Bu oğurluq nəticəsində ona ümumilikdə 900 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli küçəsində yaşayır. Onun Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə fərdi torpaq sahəsində iki ev tikdirmişdir. Evləri tikdirdikdən sonra hasara aldırmış və hal-hazırda hər bir ev ayrı hasara alınmış həyətdə yerləşir. Evləri tikdirib dam örtüyünü vurdursa da daxilini təmir etdirməmişdir. Təxminən iki ay bundan əvvəl evlərdən birini təmir etdirmişdir. Buna görə həmin evdə təmir alətləri tikinti materialları yığmışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Masazır qəsəbəsində tikdirdiyi evə gəlib baş çəkmiş və həmin vaxtı hər şey qaydasında olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində həmin evlərə gəlib baş çəkmiş və həmin vaxtı evlərin dəmir qapılarının kilidinin qırılaraq açıldığını aşkar etmişdir. Bundan sonra evə daxil olmuş və həmin vaxtı təmir etdirdiyi evdə olan bir ədəd 270 manat dəyərində lazer aparatının, 02 ədəd 300 manat dəyərində drelin, 01 ədəd 200 manat dəyərində preparatorun, 04 komplekt 260 manat dəyərində qapı kilidlərinin, 100 manat dəyərində 100 metr uzunluğunda elektrik kabelinin oğurlandığını aşkar etmişdir. Həmçinin, təmir etdirmədiyi digər evdən 02 topa 400 manat dəyərində elektrik naqilinin və 200 manat dəyərində samovarın oğurlandığını aşkar etmiş və oğurluq nəticəsində ona 1730 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, 2000-ci il tarixdən ailə üzvləri ilə birlikdə Abşeron rayonu Masazır kəndi Qurtuluş 93 yaşayış massivi istiqlaliyət küçəsi ev 38, mənzil 59-da yaşayır. Lakin, qediyyatı Naxçvan MR-nın Culfa rayonu Dizə kəndindədir. O, ailəsini dolandırmaq üçün fərdi işə məşğuldur. Yəni, fərdi mənzillərdə təmir işləri aparır. Belə ki, Masazır kəndi ərazsində yerləşən Kəlbəcər orta təhsil məktəbinin yaxınlığında yerləşən ünvanın nömrəsi olmayan fərdi tikili sahədə iki mərtəbəli yeni tikilən ünvanda təmir işləri görmüşdür. Belə ki, 29 avqust 2022-ci il tarixdə səhər saat 10 radələrində həmin ünvana gedib paltarlarını dəyişmişdir. O, şəxsiyət vəsiqəsini təstiq edən sənədini, sürücülük vəsiqəsini və təqaüd kartını pul kisəsinin içərsində cibində saxlamışdır. İşlədiyi yerdə ondan başqa kənar heç kəs olmamış, eyni zamanda qapılar da açıq olmuşdur. O, həmin günü saat 14 radələrində yemək yemək üçün paltarlarını soyunduğu otağa paltarımın cibinə baxdıqda ona məxsus şəxsiyət vəsiqəsini təstiq edən sənədi, sürücülük vəsiqəsi və təqaüd kartı olan pul kisəmin yerində olmadığını aşkar etmişdir. Bundan sonra polisin 102 məlumat mərkəzinə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Abşeron rayonu, Masazır qəsəbəsində özü üçün iki mərtəbəli fərdi yaşayış evi tikdirir. Hazırda həmin evdə təmir tikinti işləri təxminən bir il ki, dayandırılmışdır. Lakin, ayda təxminən iki-üç dəfə həmin evə baş çəkmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həmin evə baş çəkərkən hər şey yerində və qaydasında olmuşdur. xx.xx.2022-ci il tarixdə təkrarən evə baş çəkməyə getdiyi zaman birinci mərtəbədə yerləşən saxlanc otağının pəncərəsinə qoyduğu dəmirin yerində olmadığını görmüşdür. Qapını açıb içəri daxil olduqda oradan 310 manat dəyərində təxminən 320 metr uzunluğunda elektrik naqillərinin oğurlandığını aşkar etmiş və baş vermiş hadisə barədə DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə və Abşeron rayon polis idarəsinə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” ev 13A, mənzil 4-də qeydiyyatda olan ailəsi ilə birlikdə yaşayır. Təxminən 2 aydır ki, yaşadığı binanın arxasında ona məxsus JCB 3CX markalı traktorun arxa 40 santimetrlik çalovun saxlamışdır. Lakin, 13 oktyabr 2022-ci il tarixdən 17 oktyabr 2022-ci il tarixinədək olan müddət ərzində həmin çalov oğurlanmışdır. Həmin çalovun 800 manat dəyərində qiyməti vardır. Həmin oğurluq hadisəsi nəticəsində heç kimdən şübhələnməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Xatınlı kəndində qeydiyyatdadır və Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron 2”, ev 5, mənzil 42-də yaşayır. 18 noyabr 2022-ci il tarixdən 20 noyabr 2022-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən, yaşayış olmayan evin həyətinə qanunsuz daxil olaraq oradan 220 (iki yüz iyirmi) manat dəyərində su çənini oğurlamışdır. O, bunu 20 noyabr 2022-ci il tarixdə saat 13 radələrində ona məxsus həmin fərdi evə baş çəkməyə gedərkən aşkar etmiş və bu barədə əvvəlcə Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə, daha sonra Abşeron rayon Polis İdarəsinə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Tbilisi pr. 3007-ci məhəllə ev 44C, mənzil 263-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. 30 oktyabr 2022-ci il tarixdə atası X8 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə verdiyi məlumat və onun Abşeron RPİ-nə yazdığı ərizə ilə bağlı bildirmək istəmişdir ki, Abşeron rayonu, Masazır kəndi ərazisində “Vulkan dağı” adlandırılan yerin yaxınlığında iribuynuzlu heyvanlar saxlamaq üçün ferması vardır. Həmin fermanı istiliklə təmin etmək üçün “Boyler” qızdırcı aparatı alaraq fermanın istixanasına quraşdırmışdır. 30 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində fermaya gedib baş çəkdiyi zaman istixanaya baxdıqda dəyəri 7000 manat olan Boyler qızdırcı aparatının yerində olmadığını və naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Onun tələbi ona məxsus əşyaları oğurlayan şəxs və ya şəxslərin tapılaraq barələrində qanuni tədbir görülməsindən və ona dəymiş maddi ziyanın ödənilməsindən ibarətdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi ev 7, mənzil 44-də qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə torpaq sahəsi alaraq həmin torpaq sahəsində 2 mərtəbədən ibarət ev inşa etdirir. Lakin, maddi vəziyyəti yaxşı olmadığına görə evinin tikintisini və təmir işlərini başa çatdıra bilməmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə evinə nəzarət edən zaman hər şey öz qaydasında olmuş, lakin xx.xx.2022-ci il tarixdə səhər saatlarında evinə gəlib baxan zaman tikintisi başa çatmamış həmin evində döşəməyə, həmçinin 1-ci və 2-ci mərtəbələrin arasına vurduğu müxtəlif ölçülü taxtalardan təxminən 2 kubunun yerində olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını görmüşdür. Həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 700 manat ziyan dəymişdir. Ona görə də həmin vaxt DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, DİO-da 2013-ci ildən xidmət edir. 2018-ci ildən Abşeron RPİ-də CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir və polis baş leytenantı rütbəsindədir. Bakı şəhəri, Xətai rayonu, Kislotnaya küçəsi ev 5/3-də qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ev 8-də yaşayan XXX Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, 14 fevral 2023-cü il tarixdə XXX Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadəsi və üzərində daşıması ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin rəisi, Musa Musayev tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş, o da qrupun üzvü olmuşdur. Bundan sonra həmin günü yəni, 14 fevral 2023-cü il tarixdə saat 18 radələrində məlumat əsasında, onlar birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Əliağa Vahid” heykəlinin yanında Təqsirləndirilən şəxs dayandığını görmüşdür. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini polis əməkdaşı olduqlarını bildirmiş və Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, üzərində daşınmasında və satışında şübhəli olduğunu bildirib əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişdilər. Sonra Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinə dəvət etmiş, orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün hüquq və vəzifələri izah edilməklə vəkil dəvət olunmuşdur. Üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 1 ədəd sellofan rəngli bükülü aşkar olunmuşdur. Həmin bükümün içərisinə açılıb baxıldıqda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Daha sonra protokol oxunduqdan sonra iştirakçılar zərfə və protokola imza edərək doğruluğunu təsdiq etmişdilər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 15 fevral 2023-cü il tarixli 6/917 nömrəli rəyindən görünür ki, təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün 56» dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,338 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(qalıq 0,288 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 06 may 2023-cü il tarixli 2698 nömrəli rəyindən görünür ki, XXX Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şübhəli şəxsi tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, XXX Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinn xx.xx.2023-cü il tarixli qərarından görünür ki, XXX Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, maddi sübut kimi tanınmış, XXX Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış zamanı qeydə alınmış DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,288 qram narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə baxışı iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə XXX Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindəki balaca cibdən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs11 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu ona qarşı dəymiş ziyanı ödədiyindən ona qarşı şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası Medalının 1-555 və 1-71193 nömrəli vəsiqənin surətindən görünür ki, XXX Təqsirləndirilən şəxs qardaşı X2 azad olunmasına görə və Vətən müharibasi iştirakçısı olduğuna görə medallarla təltif edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, XXX Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.2-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 08 noyabr Zəfər Günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılıb və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə irəli sürülmüş ittiham aktında qeyd edilən əməl üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında ilkin ifadəsində verilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, sonradan əməlini tam etiraf etmişdir, ona görə bununla bağlı əlavə hüquqi qiymətləndirmə aparılması zərurəti qalmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müdafiə tərəfinin işin faktiki hallarını və təqsirlilik məsələsini mübahisələndirməsinə baxmayaraq, məhkəmə iclasında müəyyən edilmişdir ki, XXX Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə, binaya və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş, vətəndaşın şəxsiyyət vəsiqəsini və digər mühüm şəxsi sənədini talama və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlama cinayətlərini törətmişdir. Təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödənilməmiş və zərərçəkmiş şəxslər məhkəmə iclasında cinayət nəticəsində vurulmuş maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən onlara ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan etmişlər. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin təkrarən tamah niyyəti ilə yaşayış sahəsinə, qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb ziyan vurmaqla oğurluq əməli Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 234.1 və 326.2-ci ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X11 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətlərin residivini yaradır. Məhkəmədə, XXX Təqsirləndirilən şəxs cəza təyini zamanı bir zərərçəkmiş şəxslə barışıq əldə etməsini, bir zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını, o cümlədən qardaşı X12 Vətən Müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. XXX Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş XXX Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,288 qram narkotik vasitə heroin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, XXX Təqsirləndirilən şəxs 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 92 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,288 qram narkotik vasitə heroin məhv edilsin. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-81/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-81/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver