Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-81/2025 02.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, H,Əliyev prospekti 6-da qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29, 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 sentyabr 2023-cü tarixdə saat 20 radələrində tamah niyyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan başqa şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, “Nübar” yaşayış massivində yerləşən evin hasardan keçməklə həyətinə, sonra isə pəncərədən evə birlikdə qanunsuz daxil olub, oradan 500 manat dəyərində briliant qaşlı qızıl üzüyü, 650 manat dəyərində briliant qaşlı qızıl üzüyü, 800 manat dəyərində briliant qaşlı qızıl üzüyü, 300 manat dəyərində firuzə qaşlı qızıl üzüyü, 1100 manat dəyərində briliant qaşlı 01 cüt qızıl sırğanı, 700 manat dəyərində qızıl boyunbağını, 50 manat dəyərində 01 ədəd 925 əyarlı gümüş üzüyü, 30 manat dəyərində 01 ədəd gümüşü rəngli kulonlu boyunbağını, 20 manat dəyərində 01 ədəd şəffaf qaşlı gümüşü rəngli qolbağı, 20 manat dəyərində 01 ədəd şəffaf qaşlı sarı rəngli qolbağı, 25 manat dəyərində 01 cüt gümüşü rəngli sırğanı, ümumilikdə 50 manat dəyərində şəffaf qaşlı gümüşü rəngli 01 ədəd kulonu, gümüşü rəngli 01 cüt qol düyməsini, sarı rəngli 01 ədəd qol düyməsini, bəzilərinin üzərlərində qaşlar olan 13 ədəd məmulat hissələrini, kürə formalı, qara rəngli daş muncuğu, evin həyətində olan 01 ədəd 65 manat dəyərində “Marquıs” markalı su nasosunun və 01 ədəd 125 manat dəyərində “Damla” markalı su qızdırıcısını, cəmi 4435 manat dəyərində əmlakını gizli olaraq talamaq istəyərkən, ev sahibi Zərərçəkmiş şəxs evə gəlib onu saxladığından və onunla birlikdə oğurluqda iştirak edən naməlum şəxs isə hadisə yerindən qaçdığından, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbə görə başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib qismən etirafedici ifadəsində göstərmişdir ki, 30 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində Hökməli qəsəbəsi Nübar yaşayış massivində yeni tikililərin arası ilə gedərkən bir məhəllədə toy çadırı olduğunu görmüş və yaxınlığındakı evin qapısının qıfılla bağlı olduğunu görüb ev sahiblərinin toyda olmasını ehtimal edib həmin evin həyətindən oğurluq etmək qərarına gəlmişdir. Adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs evinin hasarından aşaraq evin həyətinə daxil olmuş, sonra həyət qapısının cəftəsini arxadan bağlamış, həyəti axtardıqda həyətdə su matoru və su qızdırıcı olduğunu görüb oğurlamaq istəmiş, bir neçə dəqiqə həyəti axtarmışdır ki, açar tapıb həmin əşyaları sökə bilsin, ancaq təxminən 10 dəqiqə sonra ev sahibi Zərərçəkmiş şəxs hasardan aşaraq həyətə girmiş və onu görüb üzərinə gəlmiş, bu vaxt yaxalaşmışlar, Fərhad qonşuları səsləyib çağırmış və gələnlər onun üzərinə düşüb saxlamışlar. Həmin vaxt həyətə hasardan düşərkən sol ayağı burxularaq xəsarət aldığı üçün qaça bilməmişdir. Köməyə gələnlərdən eynəkli olan uşaq yerdən hansısa bəzək əşyalarını tapıb guya həmin əşyaları onun evdən oğurladığını bildirmiş, həmin əşyaları cibinə qoymuşlar. Daha sonra ora gələn polis əməkdaşları onu Qobu Polis bölməsinə aparmışlar, bölmədə onun cibindən onu tutan ev sahibin yaxınları tərəfindən cibinə qoyduğu bijuteriya əşyalar aşkar edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30 sentyabr 2023-cü ildə işdən çıxıb məhəlləyə gəlmiş, həmin gün məhəllədə toy çadırı qurulmuşdur. Onarın evində kimsə olmadığından qonşuluqda yaşayan bacısıgilə getmiş, orada bir qədər qalıb yemək yedikdən sonra təxminən saat 20 radələrində öz evinə getmiş, həyətin qapısını kilidlə bağladığından, qapını açmaq istədikdə qapının içəridən olan cəftəsinin bağlı olduğunu görmüş, şübhələnmiş və hasardan aşıb evin həyətinə daxil olmuşdur və evin pəncərələrinə baxmış hər hansı bir şübhəli məqam hiss etməmiş, qapının arxadan bacısı oğlu Kənan tərəfindən bağlanıldığını fikirləşib, Kənana zəng edib soruşmuş, Kənan qapını arxadan bağlamadığını demiş, evin giriş qapısını açıb evə daxil olduqda əvvəllər tanımadığı adı sonradan ona məlum olan Elşən və digər şəxs evin içərisində ona tərəf qaçmış, onların birinin əlində bıçaq olmuş, ancaq həmin vaxt o şoka düşdüyündən hansının əlində olduğunu görməmişdir. Onlar hər ikisi qapıya tərəf qaçıb onu itələyib evdən həyətə çıxmışlar, o da həmin şəxslərin arxası ilə qaçmış, onlar qaçarkən ciblərindən nələrsə evin içinə tökülmüş (sonradan evə baxdıqda tökülən əşyaların qızıllar olduğunu başa düşmüşdür) həyətdə evin arxasında olan qapını açıb qaçmağa davam etmişlər, həyətin qurtaracağında adı sonradan ona məlum olan Elşənin ayağı daşa ilişib yerə yıxılmış, digər şəxs isə qaçıb getmişdir, o, qonşu Nahidi səsləmiş, Nahid və bacısı oğlu Kənan köməyə gəlmiş, Elşəni tutub saxlamışlar, Kənan 102 xidmətinə zəng vurub məlumat vermiş, Elşən cibində olan əşyaları yerə atmaq istəmiş, ancaq onlar buna imkan verməmişlər. Polis əməkdaşları gəlib çatdıqdan sonra evin içərisinə girib baxış keçirmişlər, evin içi dağınıq vəziyyətdə olmuş, bıçaq və qızıl əşyalar yerə düşmüşdür. X4 Polis bölməsinə aparmışlar. Bölmədə Elşənin cibindən onun evindən oğurladığı bijuteriya və gümüş əşyalar aşkar edilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs əlavə ifadəsində Elşənin arxası ilə qaçarkən Elşənin ayağı daşa ilişib yerə yıxıldığını, məhkəmə-tibbi ekspert rəyində göstərilən xəsarətlərin ola bilsin ki, həmin vaxt yarandığını, Elşəni vurmadıqlarını ona heç bir xəsarət yetirmədiklərini, məhkəmə-əmtəəşünaslıq ekspert rəyi ilə razı olmadığını, gümüş üzüyü 50 manata, boyunbağını 30 manata, qolbaqların hər birini 20 manata, sırğanı 25 manata, qol düymələri, muncuq və digər əşyaları ümumilikdə 50 manata aldığını, Ümumilikdə 195 manat dəyərində bəzək əşyalarının oğurlandığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır. 30 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində evdə olarkən Fərhadın evinin arxa hissəsindən səs-küy gəldiyini, Fərhadın onu səslədiyini eşitmiş, tez evdən çıxıb Fərhadın həyətinin giriş qapısına tərəf gəlmiş, həmin vaxt Fərhadın bacısı oğlu Kənanın arxadan qapını açdığını görmüş, Kənanla birlikdə evin arxasına tərəf keçmişlər, ora çatdıqda Fərhadın bir nəfər oğlanı tutub saxladığını görmüşlər, Fərhad həmin şəxsin evdən oğurluq etmək istəyərkən tutduğunu, yanında bir nəfərdə olduğunu həmin şəxsin qaçdığını bildirmişdir. Kənan 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, daha sonra polis əməkdaşları gəlib evə baxış keçirib oğurluq edən şəxsi aparmışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısıdır. Onların evi dayısının evinin yaxınlığında yerləşir. 30 sentyabr 2023-cü il tarixdə saat 19 radələridə dayısının evində kimsə olmadığından toyuqlara yem vermək üçün dayısının evinə getmiş, sonra həyətin qapısını bağlayıb öz evlərinə qayıtmışdır, bir qədər sonra dayısı Fərhad onlara gəlmiş, yemək yedikdən sonra evinə getmişdir. Bir qədər sonra Fərhad ona zəng edib, həyətin qapısını arxadan onun bağlayıb-bağlamadığını soruşmuş, o, isə qıfılı bağladığını demiş və narahat olub dayısıgilə getmişdir, həyətin qapısının bağlı olduğunu dayısının isə orada olmadığını görmüş, hasardan aşaraq həyətə girib qapını açmış, elə bu vaxt qonşu Nahid gəlmiş, evin arxasından dayısının səsinin gəldiyini eşidib ora getmişlər, ora çatdıqda dayısının bir nəfəri oğlanı tutub saxladığını görmüş, dayısı həmin şəxsi evdən oğurluq etmək istəyərkən tutduğunu, yanında bir nəfərdə olduğunu həmin şəxsin qaçdığını bildirmişdir. O, 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş. Daha sonra polis əməkdaşları gəlib evə baxış keçirib oğurluq edən şəxsi aparmışlar. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/7766 saylı kompleks məhkəmə-fiziki-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş -9.73 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd üzük 925 əyarlı gümüşdən hazırlanmışdır. Üzərində olan qaşlar qiymətli daşlara aid deyildir; -6.56 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, qaş hissəsi sarı, digər hissələri gümüşü rəngli 1 ədəd kulon qiymətsiz metal ərintisindən (mis, sink və.s) hazırlanmışdır. Üzərində olan qaşlar qiymətli daşlara aid deyildir; -15.75 qram kütləli əsas elementi ağ rəngli muncuqdan olan, gümüşü rəngli 1 cüt sırğa qiymətsiz metal ərintisindən (mis, sink, xrom, dəmir və.s) hazırlanmışdır. Sırğa cütünün əsas elementi qiymətli daşlara aid deyildir. -6.60 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd kulonlu boyunbağı qiymətsiz metal ərintisindən (mis, sink, xrom, dəmir və.s) hazırlanmışdır. Üzərində olan qaşlar qiymətli daşlara aid deyildir; -11.93 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq qiymətsiz metal ərintisindən (mis, sink, xrom, dəmir və s) hazırlanmışdır. Üzərində olan qaşlar qiymətli daşlara aid deyildir; -6.65 qram kütləli üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd qolbaq qiymətsiz metal ərintisindən (mis, sink, xrom, dəmir və.s) hazırlanmışdır. Üzərində olan qaşlar qiymətli daşlara aid deyildir; -9.90 qram kütləli üzərində qara rəngli minalı hissə olan, gümüşü rəngli 1 cüt qol düyməsi qiymətsiz metal ərintisindən (mis, dəmir və.s) hazırlanmışdır; -5.62 qram kütləli üzərində qara rəngli minalı hissə olan, sarı rəngli 1 ədəd qol düyməsi qiymətsiz metal ərintisindən hazırlanmışdır; -54.60 qram kütləli, müxtəlif rəngli və müxtəlif formalı, bəzilərinin üzərlərində qaşlar olan 13 ədəd məmulat hissələri (qırıntı) qiymətsiz metal ərintisindən (mis, sink, xrom, dəmir və.s) hazırlanmışdır. Üzərində olan qaşlar qiymətli daşlara aid deyildir; -1.17 qram kütləli kürə formalı, qara rəngli 1 ədəd daş (muncuq) qiymətli daşlara aid deyildir. Tədqiqata təqdim edilən məmulatların modeli, əyarı və digər göstəriciləri nəzərə alınmaqla 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 71.70 manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Əşyanın maddi sübut kimi tanıma haqqında 18 dekabr 2023-cü il tarixli qərarından görünür ki, 01 ədəd 925 əyarlı gümüş üzük, gümüşü rəngli 1 ədəd kulonlu boyunbağı, şəffaf qaşlı, gümüşü rəngli 1 ədəd qolbaq, şəffaf qaşlı, sarı rəngli 1 ədəd qolbaq, gümüşü rəngli 1 cüt sırğa, şəffaf qaşlı gümüşü rəngli 1 ədəd kulon, gümüşü rəngli 1 cüt qol düyməsi, sarı rəngli 1 ədəd qol düyməsi, bəzilərinin üzərlərində qaşlar olan 13 ədəd məmulat hissələri, kürə formalı, qara rəngli 1 ədəd daş muncuq ********* №-li cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmə-baxışınadək saxlanılması üçün Abşeron RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 23 dekabr 2023-cü il tarixli qərardan görünür ki, etdiyi 03 ədəd briliant qaşlı qızıl üzük, 01 ədəd firuzə qaşlı qızıl üzük, 01 cüt qızıl sırğa, 01 ədəd qızıl boyunbağı, “Marquıs” markalı su nasosu və “Damla” markalı su qızdırıcı cinayət işi üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmışdır. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Şübhəli şəxsin tutulması haqqında 01 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidin ifadələrinin, ekspertiza rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 29,177.2.1 və 29, 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə razılıq əldə etməsi nəticəsində ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) məhkumluğu ödənilmədən yeni cinayət törətməsi nəticəsində cinayətlərin residivi, onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin saxlanc ambarında saxlanılan 01 ədəd 925 əyarlı gümüş üzük, gümüşü rəngli 1 ədəd kulonlu boyunbağı, şəffaf qaşlı, gümüşü rəngli 1 ədəd qolbaq, şəffaf qaşlı, sarı rəngli 1 ədəd qolbaq, gümüşü rəngli 1 cüt sırğa, şəffaf qaşlı gümüşü rəngli 1 ədəd kulon, gümüşü rəngli 1 cüt qol düyməsi, sarı rəngli 1 ədəd qol düyməsi, bəzilərinin üzərlərində qaşlar olan 13 ədəd məmulat hissələri, kürə formalı, qara rəngli 1 ədəd daş muncuq Zərərçəkmiş şəxs hökm qanuni qüvvəyə mindikdən sonra qaytarılmalıdır. İş üzrə maddi sübut kimi 03 ədəd briliant qaşlı qızıl üzük, 01 ədəd firuzə qaşlı qızıl üzük, 01 cüt qızıl sırğa, 01 ədəd qızıl boyunbağı, “Marquıs” markalı su nasosu və “Damla” markalı su qızdırıcı cinayət işi üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmalıdır. İş üzrə 140 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29, 177.2.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut tanınmış Abşeron RPİ-nin saxlanc ambarında saxlanılan 01 ədəd 925 əyarlı gümüş üzük, gümüşü rəngli 1 ədəd kulonlu boyunbağı, şəffaf qaşlı, gümüşü rəngli 1 ədəd qolbaq, şəffaf qaşlı, sarı rəngli 1 ədəd qolbaq, gümüşü rəngli 1 cüt sırğa, şəffaf qaşlı gümüşü rəngli 1 ədəd kulon, gümüşü rəngli 1 cüt qol düyməsi, sarı rəngli 1 ədəd qol düyməsi, bəzilərinin üzərlərində qaşlar olan 13 ədəd məmulat hissələri, kürə formalı, qara rəngli 1 ədəd daş muncuq Zərərçəkmiş şəxs hökm qanuni qüvvəyə mindikdən sonra qaytarılsın. İş üzrə maddi sübut kimi 03 ədəd briliant qaşlı qızıl üzük, 01 ədəd firuzə qaşlı qızıl üzük, 01 cüt qızıl sırğa, 01 ədəd qızıl boyunbağı, “Marquıs” markalı su nasosu və “Damla” markalı su qızdırıcı cinayət işi üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınsın. İş üzrə 140 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxsə, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-81/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-81/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver