Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-815/2025 01.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü il tarixdə Şamaxı rayonu Həmyəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Həmyəli kəndində qeydiyyatda olmaqla Abşeron rayon, Masazır kəndində nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdə saat 23:00 radələrində "B1, B, C1, C" kateqoriyalı, BB 219151 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan ”Mercedes-benz” markalı “C240” modelli, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsi ilə Qarabağ küçəsi istiqamətində hərəkətdə olarkən “Manqal” restoranının qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bu qaydalara əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, həmin tələblərə əməl etməyib Qaçaq Nəbi küçəsi ilə hərəkət edərək yolu sağdan sola doğru keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sağ ön hissəsi ilə vurub ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyinin əzilməsi, baş beyin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik odemi, kəllə tağı sümüklərinin sınığı, təpə-ənsə nahiyəsinin əzilmiş yarası, bədəninin qançır və sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına və nəqliyyat travması nəticəsində baş beyinin əzilməsi, qişaları altına və maddəsinə qansızmalar və travmatik ödemi kimi xəsarətlər alaraq Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Məhkəmə baxışında dindirilmiş Təqsirləndirilən şəxs elan olunan ittihamda özünü qismən təqsirli bildi,bildirdi ki, piyada anidən yola çıxdığıüçün hadisənin qarşısını ala bilmədi.Əməlindən peşimandır,zərərçənkənin ailəsinə dəyən ziyanı tam ödəyib, aralarında barışıq əldə olunub,ona görə də bunların nəzərə alınmasını məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, etibarnamə ilə idarə etdiyi Mercedes markalı ** CG *** dövlət nömrə nişanlı boz metallik rəngli avtomobili (B,C) kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. Avtomobili idarə etməyə başladığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bir texniki nasazlığı olmamışdır.xx.xx.2024-cü il tarixdə saat təxminən 23:00 radələrində etibarnamə ilə idarə etdiyi Mercedes-benz markalı ** CG *** dövlət nömrə nişanlı avtomobil ilə Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi istiqamətindən Q.Nəbi küçəsi istiqamətinə 10-15 km sürət ilə 1 zolaqdan ibarət olan yol ilə hərəkətdə olan zaman yolun sağ tərəfindən yola çıxan piyadanı idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə vurmuş və bir neçə metr irəlidə avtomobili saxlayıb xəsarət alan piyadaya yaxınlaşmışdır. Hadisə yerinə çox sayda insanlar toplanmış, o, da həyəcanlandığı üçün nə edəcəyimi bilmirmiş. Orada olan tanımadığı şəxslər təcili tibbi yardıma və 102 xidmətinə zəng vurmuşlar. O, həmin piyadanın vəziyyətinin pisləşməsindən qorxub onu hərəkət etdirməmiş və təcili tibbi yardım yaxınlaşanadək digər şəxslərin də onu hərəkət etdirməməsi üçün orada gözləmişdir. Bir qədər sonra TTY yaxınlaşmış və həmin şəxsi Sumqayıt şəhərində olan xəstəxanalardan birinə aparmışlar O və ailə üzvləri də TTY avtomobilinin ardınca həmin xəstəxanaya getmişdir. O suallara cavab verərkən həmin vaxt sərxoşluq müayinəsindən keçməli olduğunu bilmədiyini, xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində Abşeron RPİ-dən ona zəng gələnədək xəstəxanada olduğunu, baş vermiş hadisə ilə bağlı onu RPİ-nə dəvət edildiyini və sərxoşluq müayinəsindən keçib RPİ-nə yaxınlaşdığını əlavə etmişdir. İbtidai istintaqda z ərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır.O, Abşeron rayonu, Masazır kəndində qardaşının oğlu X6gildə yaşayırmış. Qardaşı Zərərçəkmiş şəxs avtomobillə vurulmasının təfərrüatı ona aydındır. 10 oktyabr 2024-cü il tarixdə o, Masazırda olan zaman yolu keçmək istəyərkən Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə onu vurmuşdur. Bundan sonra o, Sumqayıtda xəstəxanaya aparılmış, Əli təxminən 1 həftə komada qalmış və 1 həftə sonra yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən orada da vəfat etmişdir. Qardaşının meyitini xəstəxanadan morqa gətirib müayinə etdikdən sonra onlara təhvil vermişlər və onu dəfn etmişlər. O, Təqsirləndirilən şəxs həmin hadisəni ehtiyatsızlıqdan törətmişdiyini, onu əvvəllər tanımamıdıqlarını, aralarında da heç bir ədavət olmadığını, ona görə də onun barəsində heç bir şikayətinin olmadığını qeyd etmişdir. İşin materiallarında olan z ərər çəkmiş şəxsin hüquqi varisi X1 notariat qaydada yazılmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti, tələbi yoxdur. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində “Manqal” restoranının yaxınlığında yolun asfaltbeton örtüklü hissəsində baş vermişdir. Hadisə yerində yol asfaltbeton örtüklü olmaqla quru və düzdür. Yol örtüyünün eni 5 metrdir. Yolun hərəkət hissəsinin hər iki tərəfi səkidir. Hadisə yerinə baxış keçirilən zaman şin və tormozlama izləri aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 2/56206 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 21 yanvar 2025-ci il tarixli, 8//3330 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 12 noyabr 2024-cü il tarixli, 149 nömrəli rəyində göstərilmişdir ki, 1959-cu ildə anadan olmuş Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsində, əlavə labarator müayinələrinin cavabına, qərarın təsviri hissəsində göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: 1.Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: - Baş beyin əzilməsi. Baş beyinin qişaları altına və maddəsinə qansızmalar. Baş beyinin travmatik ödemi. Kəllə tağı sümüklərinin sınığı. Təpə-ənsə nahiyəsinin əzilmiş yarası. Bədənin qançır və sıyrıqları. Qeyd edilən xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmlə gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə yəni, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs piyada qismində hərəktdə olan avtomaşınla vurulması nəticəsində əmlə gələ bilmələri mümkündür.
2. Zərərçəkmiş şəxs ölümünün səbəbi baş beyin əzilməsi. Baş beyinin qişaları altına və maddəsinə qansızmalar. Baş beyinin travmatik ödemi olmuşdur.
3. Zərərçəkmiş şəxs ölümü Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında xx.xx.2024-cü il tarixdə, saat 06:35-də baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur.
4. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Beləliklə, təqsirləndirilən şəxsin özünün ifadəsi, zərər çəkmiş şəxsin hüquqi varisi ifadəsi, məhkəmə-tibbi ekspertizasının, məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının rəyləri və iş üzrə toplanmış digər sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirildiyindən o, məhz həmin maddə üzrə məhkəmə məsuliyyətinə verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs loğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətini yüngülləşdirən hal onun zərərçəkənin hüquqi varisi ilə barışıq əldə etməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Sürücü Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamışdır. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun zərərçəkən tərəflə barışıq əldə etməsi kimi cəzasını yüngülləşdirən halı,cəzanı ağırlaşdıran halların olmamasını, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), müsbət xarakterizə olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən onun cəzasını yüngülləşdirən halı, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60-cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2025-ci il tarixli arayışla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs «BB» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi ”Mercedes-benz” markalı “C240” modelli, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02(iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs idarə etdiyi ”Mercedes-benz” markalı “C240” modelli, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün ona qaytarılması nəzərə alınsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron İcra Şöbəsinə və Azərbaycan Respublikası Baş X9 idarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Cəmilə Səfiyeva