Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-818/2024 09.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1970-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 üvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumat verib sonuncunun inam və etibarını qazanaraq oğlu Əlmövsüm Əliyevi Azərbaycan Respublikası Dövlət Təhlükəsilik Xidmətinə işə düzəldəcəyini yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs 13 dekabr 2020-ci ildə saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cu mikrayon dairəsində 1000 manat, həmin günü saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu 37-ci polis bölməsinin yaxınlığında 1000 manat, 24 dekabr 2020-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhəri “Kristal 2” yaşayış kompleksində 500 manat pulunu vahid niyyətlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 2500 manat ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxslə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Qamət orta məktəbdə onun sinif yoldaşı olmuşdur. O, uzun müddətdir ki, Bakı şəhərində yaşayır. 2020-ci ilin noyabr ayında onun sinif yoldaşları “Whatsaap” sosial şəbəkəsində qrup yaratmışlar və orada yazışmışlar. Həmin vaxt sinif yoldaşı olmuş Zərərçəkmiş şəxs ilə söhbət edən zaman Qamətin oğlu Əlimövsümə iş axtardığını öyrənmişdir. O, Qamətə demişdir ki, “maraqlanıb sənə xəbər verərəm”. Sonra bununla bağlı tanışları ilə maraqlandıqda bir şey tapa bilməmişdir. Həmin vaxtlar pula ehtiyacı olduğundan pul əldə etmək məqsədi ilə Qamətə zəng etmiş, oğlu X2 Xidmətinə işə düzəldə biləcəyini demiş, “Whatsaap” sosial şəbəkəsində yazaraq və səs ataraq Qamətə sənədləri toplayıb göndərməsini demişdir. Qamət də oğlu Əlimovsümə aid olan bir sıra sənədləri (şəxsiyyət əsiqəsinin surəti, yaşayış yerindən arayış, fotoşəkil, diplomun surəti, attestatın surəti, hərbi biletin surəti və s.) toplayaraq 2020-ci ilin dekbar ayının əvvəllərində ona göndərmişdir. O, Qamətə demişdir ki, oğlu Əlimövsümü işə düzəldəcək və işə düzəlmək üçün ilkin olaraq 5000 manat pul verməli olduğunu Qamətə demişdir. Qamət də ona oğlu Əlimövsümü işə düzəltmək üçün həmin pulun bir qismini tapa biləcəyini demişdir. Qəmət xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, 3-cü mikrorayon dairəsində onunla görüşərək ona 1000 manat pul vermişdir. Həmin günün axşamı saat 21 radələrində Qamət onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq Bakı şəhərində 34-cü Polis Şöbəsinin yanında görüşüb ona əlavə olaraq 1000 manat pul vermişdir. 24 dekabr 2020-ci il tarixində səhər saatlarında o, Qamətə zəng edərək bildirmişdir ki, “oğlunun işə qəbulu ilə bağlı komissiyadan keçməsi üçün boyunda problem var. Lakin bu problemi 500 manata həll edəcəm”. Həmin günü saat 16 radələrində Qamət onunla Abşeron rayonu, Xırdalan şəhəri “Kristal 2” yaşayış kompleksində görüşüb ona 500 (beş yüz) manat pul vermişdir. O, Qamətdən pulu aldıqdan sonra telefonunu söndürmüş və Qamətin telefon zənglərinə cavab verməmişdir. Qamətdən aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda ziyanlığı tam olaraq ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin 27 iyun 2024-cü il tarixdə keçirilən baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Bildirmişdir ki, oğlu X5 1996-cı il təvəllüdlüdür, Neft Akademiyasında ali təhsil almışdır, Hazırda heç bir yerdə işləmir. O, oğlu Əlimövsümü işə qoymaq istəmişdir. 2020-ci ilin noyabr ayında onun sinif yoldaşları “Whatsaap” sosial şəbəkəsində qrup yaratmışlar və orada yazışmışlar. Həmin vaxt sinif yoldaşı olmuş Təqsirləndirilən şəxs onun oğlu Əlimövsümə iş axtardığını öyrənmişdir. Sonrada Afaq özü ona zəng etmiş və oğlu X2 Xidmətinə işə düzəldə biləcəyini qeyd etmişdir. Afaq ona “Whatsaap” sosial şəbəkəsində yazaraq və səs ataraq səndləri toplayıb ona göndərməsini demişdir. O da oğlu Əlimovsümə aid olan bir sıra sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, yaşayış yerindən arayış, fotoşəkil, diplomun surəti, attestatın surəti, hərbi biletin surəti və s.) toplayaraq 2020-ci ilin dekbar ayının əvvəllərində Afaqa göndərmişdir. Afaq ona bildirmişdir ki, “oğlu Əlimövsümü işə düzəldəcəkdir”. Afaq işə düzəlmək üçün ilkin olaraq 5000 manat pul verməli olduğunu qeyd etmişdir. O da Afaqın sözünə inanmış və oğlu Əlimövsümü işə düzəltmək üçün həmin pulun bir qismini tapa biləcəyini demişdir. O, xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, 3-cü mikrorayon dairəsində Afaqla görüşərək Afaqa 1000 manat pul vermişdir. Həmin günün axşamı qaynından 1000 manat pul alıb saat 21 radələrində Afaqla Bakı şəhərində 34-cü Polis Şöbəsinin yanında görüşüb həmin 1000 manat pulu Afaqa vermişdir. Beləliklə, o, Afaq 2000 manat pul vermiş olmuşdur. Afaq həmin pulu guya hansısa tanışına verdiyini, həmin şəxsin də oğlu Əlimövsümü həkim komissiyasından keçmək üçün çağıracağını demişdir. 24 dekabr 2020-ci il tarixində səhər saatlarında Afaq ona zəng edərək bildirmişdir ki, “oğlumun işə qəbulu ilə bağlı komissiyadan keçməsi üçün boyunda problem var. Lakin bu problemi 500 manata həll edəcəm”. Həmin günü saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhəri “Kristal 2” yaşayış kompleksində Afaqla görüb Afaqa 500 (beş yüz) manat pul vermişdir. Həmin tarixdən etibarən Afaqın telefon nömrələrinə zəng çatmadığından Afaqla ilə əlaqə saxlaya bilməmişdir. Təqsirləndirilən şəxs ilə sonra danışanda isə Afaq ona yalan vədlər verərək gözləməsini xahiş etmişdir. Daha sonra isə Afaq ona oğlu Əlimövsümü “Azərişıq”a işə düzəldə biləcəyini, pulu özü verəcəyini demişdir. Lakin o, tələb etmişdir ki, onun 2500 manat pulunu geri qaytarsın. Afaq isə müxtəlif bəhanələrlə onu aldatmış, pulunu geri verməmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanlığı tamamilə ödəmişdir, aralarında barışıq əldə olunmuşdur. Təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 03 aprel 2014cü il tarixli hökmü ilə 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhremetmə cəzasına məhkum edilmişdir, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəza dəyişdirilərək 1000 manat cərimə cəzası saxlanılmışdır, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri, Nərimanov rayon Məhkəsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1, 67.1 və 68.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə aylıq gəlirinin 15 faizini dövlət nəfinə keçirilməklə islah işləri və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.8 və 2.11-cü bəndlərinə əsasən islah işləri və cərimə cəzasından azad edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarına əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş sayılır. xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs istintaqdan qaçıb yayındığından və ona həmin maddə ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin tarixdə axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, zərurət aradan qalxdığı üçün cinayət işi üzrə icraat təzələnmiş və istintaq davam etdirilmişdir. 07 iyun 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı X4 vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayonun prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımovun təqdimatı əsasında Abşeron rayon Məhkəməsinin hakimi X3 07 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni 02 ay müddətinə qiyabi həbs qətimkan tədbiri seçilmişdir. 07 iyun 2023-cü il tarixdə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı X6 tərəfindən ********* nömrəli cinayət işi üzrə icraatın Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılması haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs 04 aprel 2024-cü il tarixdə Abşeron rayon polis idarəsinin cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən tutularaq Abşeron rayon polis idarəsinin müvəqqəti saxlama yerinə təhvil verildiyindən tərəfindən ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək icratına qəbul edilməklə istintaqı aparılır. 04 aprel 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. Abşeron Məhkəməsinin hakimi X3 xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilək 01 ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. 04 may 2024-cü il tarixdə tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-818/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-818/2024
09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver