Məhkəmə qərarları › İş №1(012)-819/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-819/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-819/2025 21.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkən Zərərçəkmiş şəxs, Əməli törədən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi sıra 10, ev 21-də qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialları üzrə işə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 aprel 2025-ci il gecə saat 24 radələrində ünvan 1 ünvanında qeyri-rəsmi ər-arvad münasibətində olduğu tanışı Zərərçəkmiş şəxs evə gec gəlməsinə görə əsəbiləşərək irad bildirərkən tərəflər arasında həmin səbəbdən şəxsi münasibətlər zəmnində yaranmış narazılıq üstündə mübahisə baş verdikdə, həmin mübahisə əsnasında həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əl, yumruq zərbələri ilə sonuncunun sifət (çənə) nahiyəsinə vurub, əli ilə saçından tutaraq yerə yıxıb, artıq yerə yıxdığı Zərərçəkmiş şəxs alın, qol və bədəninin müxtəlif nahiyələrinə ayaqla (təpiklə) ardıcıl zərbələr vuraraq Zərərçəkmiş şəxs sağ yuxarı ətrafın sağ bazu və dirsək nahiyələrində hərəkət məhdudluğu ilə müşahidə olunan geniş sahəli qançır-şişkinliyi, alın nahiyəsinin sol yarısının hematoması (dərialtına qansızması) ilə müşaiyət olunan dərəcəsinə görə ayrı-ayrılıqda eləcədə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında əməli törədən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş yekun protokol üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həyat yoldaşı X5, Samirə İsmayılova ilə birgə nikahdan olan 3 azyaşlı övladları xx.xx.2012-ci il təvəllüdlü qızı Fatimə İsmayılova, xx.xx.2022-ci il təvəllüdlü Məlahət İsmayılova və xx.xx.2024-cü il təvəllüdlü oğlu Adil İsmayılov ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Eyni zamanda o, ünvan 3anında kirayə tutuduğu mənzildə yaşayan Zərərçəkmiş şəxs ilə 2024cü ilin yanvar ayından qeyri-rəsmi ər-arvad münasibətində yaşadığından onun yaşaması üçün kirayə tutduğu ünvana həftədə bir-iki dəfə gedib-gələrək, maddi ehtiyaclarını qarşılayır. Onun Məhluqə ilə heç bir nikahı və övladı yoxdur. Məhluqə ilə həmişə normal münasibəti olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Məhluqə Nəsimi rayonu “Şamaxinka” adlanan ərazidə çay evində ofisant işlədiyindən bəzi vaxtlarda iş ilə əlaqədar yaşadığı evə gec gəlir. 02 aprel 2025-ci il tarixdə saat 22 radələrində o, Məhluqənin yaşadığı evə gəldikdə Məhluqə evdə olmamış, həmin gün saat təxminən 24 radələrində Məhluqə evə gəldiyi üçün ona evə gec gəlməsinə görə əsəbləşdiyindən və söhbət zamanı ona cavab qaytarıb, “özüm bilərəm nə vaxt gələrəm!” dediyi üçün aralarında mübahisə baş vermiş, mübahisə zamanı Məhluqənin üzərinə gedib yumruqla sol çənə nahiyəsinə vurub, saçından tutub yerə yıxdıqdan sonra yerdə də sol alın nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə, eyni zamanda qoluna təpiklə bir neçə dəfə vuraraq onu qəsdən döydükdən sonra evdən çıxıb getmişdir. Baş vermiş mübahisənin təxminən 4-5 dəqiqə davam etdiyini, yanlarında başqa heç kimin olmadığını, mübahisə zamanı Məhluqənin onu vuraraq hər hansı bir xəsarət yetirmədiyini göstərmişdir. Eyni zamanda, əməli törədən şəxs ərizə ilə məhkəməyə müraciət edərək işə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, barəsində şikayət edilən Təqsirləndirilən şəxs təxminən 13-14 ildir ki, tanısa da 2024-cü ilin yanvar ayından onunla qeyri-rəsmi ər-arvad kimi kirayə tutduğu ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Onların rəsmi nikahı və övladı yoxdur. Onun İsmayıl ilə həmişə normal münasibəti olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, “Şamaxinka” adlanan ərazidə çay evində ofisant işlədiyindən bəzi vaxtlarda iş ilə əlaqədar evə gec gəlir. 02 aprel 2025-ci il tarixdə saat 24 radələrində yaşadığı ünvan 4 ünvanında yerləşən kirayə tutuduğu evə gecə gəldiyindən Təqsirləndirilən şəxs ona buna görə əsəbləşdiyindən o də, İsmayıla cavab qaytarıb mübahisə etməyə başlamışdır. Buna görə də, İsmayıl yumruqla onun sol çənə nahiyəsinə vurub, saçından tutub onu yerə yıxdıqdan sonra yerdədə sol alın nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə, eyni zamanda qoluna təpiklə bir neçə dəfə vuraraq onu döydükdən sonra evdən çıxıb harasa getmişdir. Bundan sonra o, bu barədə əvvəl DİN-in “102” xidmətinə və sonra isə Abşeron RPİ-nə müraciət etmişdir. Baş vermiş mübahisə zamanı yaşadığı evdə yalnız əvvəlki nikahından olan azyaşlı qızı olsa da, qızı həmin vaxt yatmış olduğundan hadisəni görməmişdir. Baş vermiş mübahisə təxminən 4-5 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, barışmışlar, işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizası ilə əlaqədar "MTE və PA ETT Birliyi" X7 Abşeron rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 771 nömrəli rəyindən görünür ki, 1993-cüil təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sağ yuxarı ətrafın sağ bazu və dirsək nahiyələrində hərəkət məhdudluğu ilə müşahidə olunan geniş sahəli qançır-şişkinliyi, alın nahiyəsinin sol yarısının hematoması (dərialtına qansızması) küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə vəşəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ayrı-ayrılıqda eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar