Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-82/2021 08.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, subay, işləməyən, Salyan rayonu, Qaraçala kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq yaşayış massivində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində bibisi oğlu Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vət. Zərərçəkmiş şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq yaşayış massivində yerləşən bağ evinə plastik materialdan olan pəncərəni sıxıb açma yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq qonaq otağından 1 ədəd 1800 manat dəyəri olan “Samsunq” markalı televizoru, həmin televizorun arxa hissəsində saxladığı hazırkı məzənnəsi ilə 5100 manat dəyərində olan 3000 ABŞ dollarını və 800 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 7700 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə Sabirabad rayonunda yaşayan bibisioğlu Şahid3 onlara gəlmişdir. Həmin gün o, evdə olmasa da Şahid3 onlarda gecələmişdir. Ertəsi gün evinə gəlmişdir və Ramanla bir qədər söhbət etdikdən sonra birlikdə oğurluq etmək qərarına gəlmişlər. Belə ki, Şahid3 ondan oğurluq etmələri üçün bir ev tanıyıb-tanımadığını soruşmuşdur. Həmin vaxt yaşadığı evdən təxminən 500 metr aralıda bir ev olduğunu, həmin evin sahibinin isə hazırda evdə olmadığını bildirmişdir. Ona görə də həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Ramanla birlikdə oğurluq etmək üçün nəzərində tutduğu evə tərəf getmişdilər. Ramanla bir qədər getdikdən sonra Ramana 3 mərtəbəli bir ev göstərib həmin evin sahibinin evdə olmadığını bildirmişdir. Həmin vaxt hər ikisi ətrafa göz gəzdirdikdən sonra, göstərdiyi evin hasarından aşaraq həyətə daxil olmuşdular. Sonra isə Raman evin birinci mərtəbəsinin plastik materialdan olan pəncərəsini sıxıb açmışdır və hər ikisi içəri daxil olmuşlar. Ramanla birlikdə evin bütün otaqlarına nəzər yetirdikdən sonra birinci mərtəbədə, qonaq otağında divardan asılmış oval formalı “Samsunq” markalı televizoru divardan açmış və Ramanla köməkləşib pəncərədən bayıra çıxarmışlar. Sonra isə yenə də Ramanla köməkləşib həmin televizoru hasardan bayıra çıxardıb oradan uzaqlaşmışlar. Raman televizoru özü sata biləcəyini bildirdiyinə görə öz aralarında razılığa gəlmişlər ki, oğurladıqları həmin televizor onda qalsın. Bundan sonra Raman televizoru aparmışdır və o da yaşadığı evə getmişdir. Ertəsi gün Ramana zəng edərək televizoru geri yerinə, yəni oğurladığı evə qaytarıb qoymalarını təklif emişdir, lakin Raman televizoru qaytarmaq fikrində olmadığını bildirmişdir. Bundan bir neçə gün sonra isə Ramanın polis əməkdaşları tərəfindən saxlandığını eşitmişdir. Ona görə də Ramanla birlikdə oğurluq etdiyinə görə əməlindən peşiman olsa da, tutulacağından qorxaraq polis idarəsinə gəlməmişdir və çağırışlardan yayınmışdır. Buna baxmayaraq xx.xx.2020-ci ildə isə könüllü olaraq təslim olmaq qərarına gəlib Abşeron rayon polis idarəsinə gəlmişdir. Sonda o, törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göztərmişdir ki, hava şəraiti ilə əlaqədar olaraq Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq yaşayış massivində yerləşən bağ evində mütəmadi olaraq yaşamır. Sonuncu dəfə xx.xx.2019cu il tarixdə həmin bağ evində olarkən hər şey öz qaydasında olmuşdur. xx.xx.2020-ci il tarixdə bağ evinə gəlib içəri daxil olan zaman qonaq otağında divardan asılmış vəziyyətdə olan 1 ədəd 4000 manat dəyərindəki, oval formalı televizorun yerində olmadığını görmüşdür. Həmçinin həmin televizorun arxa hissəsində saxladığı həmin dövrün məzənnəsi ilə 5100 manat dəyərində olan 3000 ABŞ dollarının və 800 manat pulun da yerində olmadığını görmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, evindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilmişdir. Ona görə də o, DİN-in “102” xidməti zəng mərkəzinə evindən oğurluq olması barədə məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 9900 AZN maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirmiş Şahid1, ifadəsində göstərmişdir ki, Salyan rayonu, Yeni Uluxanlı kəndində qeydiyyatdadır və faktiki olaraq təxminən 8 il olar ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə gözətçi işlədiyi yağ sexindəki gözətçi otağında yaşayır. xx.xx.2020-ci il tarixdə saat 23 radələrində yeznəsi Şahid3 işlədiyi həmin yağ sexinə gələrək özü ilə gətirdiyi “Samsunq” markalı televizorun 1-2 gün onun gözətçi işlədiyi sexdə qalmasını xahiş etmişdir. O, Ramandan televizoru hardan aldığını soruşanda bildirmişdir ki, həmin televizoru bibisi oğlu Fikrəddin ona vermişdir. Belə ki, Fikrəddinin ona 250 manat borcu olduğuna görə televizoru dayısı gildən götürərək ona borcunun əvəzində verdiyini söyləmişdir. Raman onun yeznəsi olduğuna görə televizorun 1-2 gün onun qaldığı yerdə saxlamasına razılıq vermişdir. Bundan 2 gün sonra Raman işlədiyi yerə gəlib ondan həmin “Samsunq” markalı televizoru evə aparıb saxlamağı xahiş etmişdir. O, səbəbini Ramandan soruşanda arvadının, yəni onun bacısının hazırda onlarda olduğuna görə Raman televizoru onlara aparmağı təklif etmişdir. O, Ramana televizoru onun evinə aparmağa razılıq vermədiyi üçün televizoru onun işlədiyi yerdən götürmüş və valideynlərinin yaşadığı Sabirabad rayonuna aparacağını söyləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Şirvan şəhəri Vidadi küçəsi ev 12-də qeydiyyatda olmaqla Sabirabad rayonu, Axtaçı-Muğan kəndində ailəsi ilə birlikdə yaşayır. Oğlu Şahid3 təxminən 2 aya yaxın müddət olar ki, ğz ailəsi ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində kirayədə yaşayır. Təxminən 15 gün əvvəl oğlu Raman yaşadığı Sabirabad rayonu, Axtaçı-Muğan kəndinə gəlmiş və özü ilə 1 ədəd “Samsunq” markalı televizor gətirmişdir. O, oğlu Ramandan həmin televizoru hardan aldığını soruşanda Raman bildirdir ki, qohumları Fikrəddin ona borcunun əvəzində vermişdir. Raman polis tərəfindən saxlanılan zaman həmin televizorun oğurluq yolla əldə edildiyini bilmişdir. Ona görə də hazirda həmin televizoru istintaqa təqdim edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından məhkəmə baxışında şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İstintaq materiallarına əlavə edilmiş baxış və götürmə protokolundan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində dayısı oğlu ilə birlikdə Zərərçəkmiş şəxs bağ evindən gizli olaraq talanmış 1 ədəd qara rəngli, “Samsunq” markalı televizor Şahid3 valideyni Şahid2 tərəfindən istintaqa təqdim edilmişdir. Qeyd olunan televizor zərərçəkmiş şəxs Rəvanə Aabbasova tərəfindən tanındıqdan sonra iş üçün əhəmiyyətli olduğundan tərəfimdən götürülərək qablaşdırılmış, məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alındıqdan sonra maddi sübut qismində tanınaraq işin məhkəmə baxışınadək saxlanmasından ötrü sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Мəhkəmə Еkspertizası Мərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4386 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd qara rəngli, Rusiyada istehsal edilmiş, “Samsunq” markalı, UE55J6500AU model, istifadə olunmuş, normal vəziyyətdə olan televizorun 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 1800 manat müəyyən olunur. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs Piriyev X5 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(012)-348/2020 saylı hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və üzərində qəti olaraq 07 (yeddi) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və habelə iş üzrə digər materiallarla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs tamah niyyətilə xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində qohumu Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vət. Zərərçəkmiş şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq yaşayış massivində yerləşən bağ evinin plastik materialdan olan pəncərəni sıxıb açma yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq qonaq otağından 1 ədəd 1800 manat dəyəri olan “Samsunq” markalı televizoru, həmin televizorun arxa hissəsində saxladığı hazırkı məzənnəsi ilə 5100 manat dəyərində olan 3000 ABŞ dollarını və 800 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 7700 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanıyüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdurki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixdə tərtib olunmuş məhkumluq barədə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək N ay İntizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Abşeron RİHB-nın Masazır kənd İƏD-si üzrə nümayəndliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır kəndi, Şamil Hüseynov küçəsi, ev 19-da yaşayır və və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsini, , zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına təsirini və ailə şəraitini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşıdırlması növündə cəza təyin olunmaldır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsna azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə faktiki yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayon ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxso ğlunun qeydiyyata alındığı probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 58 saat hüquqi yardıma görə 348 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına və eyni zamanda məhkəmə istintaqı zamanı Xırdaln şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan 1800 manat dəyərindəki 1 ədəd qara rəngli, “Samsunq” markalı, UE55J6500AU model, televizor işin məhkəmə baxışınadək zərərçəkmişə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 01 gün, nəzərə alınsın, azadlıqdan məhrum etmənin 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxsna azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 manat məhkəmə-ekspertiza mərkəzinin xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan 1800 manat dəyərindəki 1 ədəd qara rəngli, “Samsunq” markalı, UE55J6500AU model, televizor işin məhkəmə baxışınadək zərərçəkmişə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil X2 göstərdiyi 58 saat hüquqi yardıma görə 348 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına, məhkəmə istintaqı zamanı müdafiəçi vəkil Müdafiəçi göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs isə onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-82/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-82/2021
08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver