Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-82/2022 21.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, xüsusi ittihamçının X7, vəkili Müdafiəçi2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi vəkil Müdafiəçi1 iştirakı ilə, 02.06.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 xüsusi ittihamçı X11 tərəfindən ondan ötrü ittiham olunmuşdur ki, X9 24.09.2021-ci il tarixdən 27.09.2021-ci il tarixlərində “İnstaqram” sosial şəbəkəsində özünə məxsus olan səhifədən xüsusi ittihamçının şəkilinin üzərinə “Şərəfsiz, Peyser, Biqeyrət, binamus varyoxsuz” sözü yazıb paylaşmış, yalan olduğunu bilə-bilə fotoşəkilin başlığı olaraq, “Sənin kimi şərəfsizlər Dini təbliğat aparır! Dövlətə qarşı gəlir!!! Sən terroristsən səni araşdırmalıdır bu hökümət, səni kim qoyub axranların rəisi, kim sənin arxandadı, bütün DİN müraciət edəcəyəm bu əlində belində silah nəyə görə cəmiyyətdə rahat gəzib insanları öldürməyə çağırır! Təhtit şantaj qruplaşma!!!” sözləri yazılmaqla Rauf Salehovun barəsində böhtan xarakterli məlumatları kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirdiyi internet informasiya ehtiyatında yaymaqla xüsusi ittihamçını ağır və xüsusi ilə ağır cinayətdə ittiham etməklə sonuncuya böhtan atmışdır, həmin fotoşəkillərə rəy bildirərək, sonuncunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, profil adı Zəhra İsayeva- X9 tərəfindən öz səhifəsində 24.09.2021-ci il tarixdən 27.09.2021-ci il tarixlərində paylaşılaraq onun barəsində təhqiramiz və böhtan xarakterli ifadələr yazaraq Zəhra İsayeva adlı instaqram səhifəsində sosial şəbəkə vasitəsilə kütləvi şəkildə yaymışdır. Barəsində yazılan böhtan və təhqiramiz ifadələr ona qarşı şər-böhtan xarakterli olmuş, şərəf və ləyaqətini alçatmaq və nüfuzdan salaraq ona mənəvi və digər xatakterli zərər vurulması məqsədi daşımış, onu işlədiyi sahədə nizam-intizamlı işçi olduğuna qəsdən ləkə salmaq məqsədi daşımışdır. Qeyd edir ki, o, Fatimə İsayevanı əvvəllər tanımamış, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. O, barəsində bu böhtan, təhqiramiz və alçaldıcı ifadələrin yazıldığını, kütləvi şəkildə sosial şəbəkə vasitəsilə yayıldığını və şəkillərinin paylaşıldığını öyrəndiyi zaman ağır mənəvi sarsıntı və iztirablar keçirtmişdir. Belə ki, profil adı Zəhra İsayeva - X9 tərəfindən öz "İnstagram” səhifəsində 24.09.2021-ci il tarixdən 27.09.2021-ci il tarixlərində paylaşaraq onun barəsində öz Zəhra İsayeva adlı profilində böhtan xarakterli ifadələr yazaraq, yəni; sənin kimi şərəfsizlər Dini təbliğat aparır! Dövlətə qarşı gəlir!!! Sən terroristsən səni araşdırmalıdır bu hökümət, səni kim qoyub axranların rəisi, kim sənin arxandadı, bütün DİN müraciət edəcəyəm bu əlində belində silah nəyə görə cəmiyyətdə rahat gəzib insanları öldürməyə çağırır! Təhtit şantaj qruplaşma!!! ifadələri ilə onu terrorçuluqda, dövlətə qarşı gəlməklə dini təbliğat aparmaqda, onu öldürməklə hədələməkdə, qanunsuz silah saxlamaqda və bu kimi digər ağır cinayətləri törətməkdə cinayətkar qruplaşma yaratmaq kimi ağır ittihamlar edərək, Azərbaycan - Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddədə nəzərdə tutulan cinayət əməllərini, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayətini törətmiş, habelə, həmin maddənin ikinci hissəsində nəzərdə tutulan ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma atma cinayətlərini törətmişdir. Bundan başqa profil adı Zəhra İsayeva - X9 tərəfindən öz "İnstagram” səhifəsində 24.09.2021-ci il tarixdən 27.09.2021-ci il tarixlərində paylaşaraq onu nalayiq və alçaldıcı söyüşlərlə təhqir edərək, öz Zəhra İsayeva adlı instagram səhifəsində onun foto şəkillərinin üzərinə təhqir ifadələri, yəni: deməli bu qırmızı şortikli peyser biqeyret binamus varyoxsuz serefsiz özünü nə hesab edir ki yanıb tökülür biri çıxıb buna başa salsın ki peyser siryoznu oğlansan get 10 milyonun qabağında şeyivi çölə qoyub çıxma binamus sənin işin hələ qabaqdadı darıxma, kimi sözlərini yazmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddədə nəzərdə tutulan yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət əməlini törətmişdir. Bundan başqa profil adı Zəhra İsayeva - X9 tərəfindən öz "İnstagram” səhifəsində 24.09.2021-ci il tarixdən 27.09.2021-ci il tarixlərində paylaşaraq onu nalayiq və alçaldıcı söyüşlərlə təhqir edərək, öz instagram səhifəsində onun digər bir foto şəklinin üzərinə təhqir ifadələri, yəni: hələ bu peysərin papağına baxın biqeyrət binamus gedib öz qeyretini namusunu çəkməkdən mənə ilişir, varyoxu qəhbə darıxma sabah sənə mən qanunan başa salacam həyatı peysər, kimi sözlərini yazmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddədə nəzərdə tutulan yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi İnformasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət əməlini törətmişdir. Bundan başqa profil adı Zəhra İsayeva - X9 tərəfindən öz “İnstagram” səhifəsində 24.09.2021-ci il tarixdən 27.09.2021-ci il tarixlərində paylaşaraq onu nalayiq və alçaldıcı söyüşlərlə təhqir edərək, öz instagram səhifəsində onun digər bir foto şəklinin üzərinə təhqir ifadələri, yəni: yaşadığı ünvanı sən kimsən öyrənirsən nə pox yeyəcəksən? Vəzifədə işləyir bu peysər kim hansı haqnan bunu vəzifəyə qoyub çıxsın sivyasa cavabını verim!!!!, kimi sözlərini yazmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddədə nəzərdə tutulanyəni kütləvi çıxışlarda, kütləvin nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmacinayət əməlini törətmişdir. Bundan başqa profil adı Zəhra İsayeva - X9 tərəfindən öz "İnstagram” səhifəsində 24.09.2021-ci il tarixdən 27.09.2021-ci il tarixlərində paylaşaraq məni nalayiq və alçaldıcı söyüşlərlə təhqir edərək, öz instagram səhifəsində onun digər bir foto şəklinin üzərinə təhqir ifadələri, yəni: günü peysəri sən məni nəinki iş yerimdə məni görəndə 200 km uzaqdan gedəcəksən dayan boynu yoğun «peysər senin kimi biqeyrət hələ görməmişəm, kimi sözlərini yazmaqla Azərbaycan Respublikası Ciftayət Məcəlləsinin 148-ci maddədə nəzərdə tutulan yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin sərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət əməlini törətmişdir. Habelə məhkəmənin nəzərinə çatdırır ki, Fatimə İsayevə bu kimi hərəkətlərlə nəinki onu, bir çox insanı təhqir edərək böhtan atmış, onu da fotoşəklinin üzərində ifadələr yazmaqla hədələyərək Elvinin yanına göndərəcəyini yazmışdır. Qeyd edir ki, Elvin adlı şəxs də Fatimə İsayevanın hərəkətləri zərər çəkmiş, əsassız yerə hüquq mühafizə orqanına çağırılmış, əsassız təyziqlərə məruz qalmışdır. Yəni bildirir ki, Fatimə İsayevə bu işlə məşğul olaraq hər kəsi şərləyir və hədələyir. Bundan başqa Fatimə İsayeva yaxın ətrafıma, sosial şəbəkədə olan dostlarına bu böhtan xarakterli məlumatları göndərməklə onu yaxın ətrafının yanında nüfuzdan salmış barəsində həqiqətə uyğun olmayan əsassız şikayətlə onu cinayət törətməkdə ittiham etmişdir. Qeyd edir ki, özü vicdanla işləyərək dövlətinə və cəmiyyətə layiqli vətəndaş olmaq üçün bu günə qədər əlindən gələni etmişdir. Əqidəsi və vicdanı sağlam və düzgün olmaqla heç kəslə işi olmamış, heç kəsin işinə qarışmamışdır. Ona qarşı olan haqsızlığa isə heç vaxt göz yummamış və Azərbaycan Respublikası qanunları çərçivəsində haqqın və ədalətin yerini tapması üçün əlindən gələni qanun və qayda ilə etmişdir. Fatimə İsayevanın qanunsuz hərəkətləri bir-başa ona ailəsində, qohumları, dostları, iş yerində nüfuzdan salmaq məqsədi daşımış və bu hərəkətlər ona çox pis təsir edərək həddindən çox arzu olunmaz vəziyyətə salmışdır. Hətta artıq tanımadığı, şəxslər belə ondan bu barədə soruşmuş və məyus olduqlarını bildirmiş, öz qohumları arasında şəhid ailələri olduğundan onlar da bərk sarsıntı keçirtmişlər. Məhkəmənin nəzərinə çatdırır ki, 28 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Nərimanov rayon RPİ-nin qərarında qeyd olunur ki, vətəndaş X4 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, həmin qərarda bütün xüsusatlar araşdırılmış, şahidlərin izahatı alınmış, Fatima İsayevanın istinad etdiyi heç bir hal öz təsdiqini tapmamışdır. Əksinə F.İsayeva özü onu barəsində yalan məlumatlar verərək, kütləvi yayılan sosial şəbəkədə onu ağır cinayətlər törətməkdə qanunsuz və əsassız olaraq ittiham edərək böhtan xarakterli məlumatlar yaymışdır. Bu birbaşa onun şəxsi və ailə həyatına müdaxilə, işgüzar nüfuzunu ləkələmək məqsədi daşımışdır. Ona görə də məhkəmədən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununda göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də xüsusi ittihamçının ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X11 və vəkili şikayəti müdafiə edərək, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək onun barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 oğlu xüsusi ittihamçının onun barəsində verdiyi şikayətlə razılaşmayaraq bildirmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi tamamilə əsassızdır, ona görə də təmin edilməməlidir. Belə ki, X8 xüsusi ittiham qavdasındakı şikayət ərizəsinə qeyd edildiyi kimi profil adı Zəhra İsayeva “İnstaqram” səhifəsinə baxış keçirdikdə, habelə əvvəlki məhkəmə iclaslarında şikayət verən şəxsin-xüsusi ittihamçının özünün də qeyd etdiyi kimi sosial internet şəbəkəsində belə foto səkillərin mövcud deyildir. Yəni faktlar mövcud deyildir, səslənən fikirlər faktlara əsaslanmır. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndəsi vəkil Müdafiəçi1 şikayətlə razılaşmayaraq X4 AR Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan əsaslara görə onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadığı və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdiyi üçün X9 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Fotoşəkillərdən görünür ki, X5 məxsus “İnstagram” sosial şəbəkəsində olan səhifədən 24.09.2021-ci il tarixdən 27.09.2021-ci il tarixlərində xüsusi ittihamçının şəkilinin üzərinə “Şərəfsiz, Peyser, Biqeyrət, binamus varyoxsuz” sözləri yazılaraq paylaşılmış, fotoşəkilin başlığı olaraq, “Sənin kimi şərəfsizlər Dini təbliğat aparır! Dövlətə qarşı gəlir!!! Sən terroristsən səni araşdırmalıdır bu hökümət, səni kim qoyub axranların rəisi, kim sənin arxandadı, bütün DİN müraciət edəcəyəm bu əlində belində silah nəyə görə cəmiyyətdə rahat gəzib insanları öldürməyə çağırır! Təhtit şantaj qruplaşma!!!”, : yaşadığı ünvanı sən kimsən öyrənirsən nə pox yeyəcəksən? Vəzifədə işləyir bu peysər kim hansı haqnan bunu vəzifəyə qoyub çıxsın sivyasa cavabını verim!!!!, sözləri işlədilməklə həmin fotoşəkillərə rəy bildirərək, sonuncunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla o təhqir edilmiş, o ağır cinayət əməlini törətməkdə ittiham edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, X9 əvvəllər məhkum edilməmişdir. Cinayət işinin başlanması rədd edilməsi barədə 28.10.2021-ci il tarixli qərardan görünür ki, X4 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs X9 özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli olması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, iş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş fotoşəkillər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, təqsirləndirilən şəxs X4 törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, fotoşəkillər və digər iş materialları ilə X1 nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında X7 barəsində böhtan xarakterli yalan məlumatlar yaymaqla şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etməsi, onu ağır cinayət və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Bununla da, X4 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi aşağıdakılarla təsdiq edilir: Məhkəmə iclasında müəyyən olunmuşdur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 24.09.2021-ci il tarixdən 27.09.2021-ci il tarixlərində “İnstaqram” sosial şəbəkəsində özünə məxsus olan səhifədən xüsusi ittihamçının şəkilinin üzərinə “Şərəfsiz, Peyser, Biqeyrət, binamus varyoxsuz” sözü yazıb paylaşmış, yalan olduğunu bilə-bilə fotoşəkilin başlığı olaraq, “Sənin kimi şərəfsizlər Dini təbliğat aparır! Dövlətə qarşı gəlir!!! Sən terroristsən səni araşdırmalıdır bu hökümət, səni kim qoyub axranların rəisi, kim sənin arxandadı, bütün DİN müraciət edəcəyəm bu əlində belində silah nəyə görə cəmiyyətdə rahat gəzib insanları öldürməyə çağırır! Təhtit şantaj qruplaşma!!!” sözləri yazılmaqla Rauf Salehovun barəsində böhtan xarakterli məlumatları kütləvi nümayiş etdirdiyi internet informasiya ehtiyatında yaymaqla xüsusi ittihamçını ağır və xüsusi ilə ağır cinayətdə ittiham etməklə sonuncuya böhtan atmışdır, həmin fotoşəkillərə rəy bildirərək, sonuncunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir. Təqsirləndirilən şəxs X9 məhkəmə iclasında zidiyyətli ifadələr verərək, əvvəl təqsirli olduğunu etiraf etmiş, sonra isə fərqli ifadələr verərək, profil adı Zəhra İsayeva “İnstaqram” səhifəsində sosial internet şəbəkəsində belə foto səkillərin mövcud olmadıqını bildirərək, təhqiredici sözlərin nalayiq olmasının qiymətləndirilməsinin subyektiv xarakter daşıdığını və buna görə də, yazılan sözlərin başqaları tərəfindən təhqir kimi qəbul edilməsinin heç də digər şəxsi təhqir etməsi mənasına gəlmədiyini irəli sürmüşdür. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, şəxsin şərəf və ləyaqəti onun fundamental dəyəridir. Bu səbəbdən, şərəf və ləyaqət milli və beynəlxalq hüquqla qorunur və şərəf və ləyaqətə qəsd cinayət və ya mülki məsuliyyətə səbəb olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 12-ci maddəsində qeyd olunmuşdur ki, heç kim şərəf və nüfuzuna özbaşına qəsdə məruz qala bilməz. İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. «Mülki və Siyası Hüquqlar haqqında» Beynəlxalq Paktın müqəddiməsinə əsasən bu hüquqlar insan şəxsiyyətinə xas olan ləyaqətdən irəli gəlir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının tövsiyyəsinə əsasən şəxsi həyat sirrinin qorunması hüququ ailədə, qohumlar, dostlar arasında əlaqələrdə, insanlar arasında azadlıqda ifadəsini tapır. Düşüncə tərzi, siyasi və sosial dünyagörüş, məşğuliyyət və yaradıcılıq da şəxsi həyatın təzahürlərinə aiddir. İnsanın şəxsi həyatı, şəxsi və ailə sirri, şərəf və təmiz adı qanunun müdafiəsi altındadır. Qanunda nəzərdə tutulduğu hallardan başqa insanın hüquqlarından istifadəsinə müdaxilə edilməsinə yol verilmir. «X3» Haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə görə «rəsmi, mötəbər olmayan mənbə adı altında şayələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq yaxud digər qanunsuz əməllər törətmək məqsədi ilə X3ndə istifadə olunmasına yol verilmir». İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bodroşıçin Serbiyaya qarşı işi üzrə” 23 iyun 2009-cu il tarixli 32550/05 saylı qərarında qeyd edilmişdir ki, məhkəmə demokratik cəmiyyətdə mətbuatın yerinə yetirdiyi mühüm funksiyanı xüsusi olaraq qeyd edir. Baxmayaraq ki, mətbuat üçün də müəyyən sərhədlər vardır. Xüsusilə, başqalarının reputasiyası və hüquqlarına münasibətdə, mətbuat həmin sərhədləri aşmamalıdır. Mətbuatın vəzifəsi hər bir halda ictimai maraq kəsb edən bütün məlumatları özünün hüquq və vəzifələri ilə bir araya sığan tərzdə ötürməkdir. Jurnalist azadlığı həmçinin şişirtmə və ya təxribatın da müəyyən həddə mümkünlüyünü əhatə edir. Yəni, təqsirləndirilən şəxs X4 24.09.2021-ci il tarixdən 27.09.2021-ci il tarixlərində “İnstagram” sosial şəbəkəsindəki özünə məxsus səhfəsində xüsusi ittihamçı barəsində yazdığı sözlər sonuncunun özünün iddia etdiyi kimi tənqid deyil, birbaşa təhqir xarakterli olmuş, yəni ünvanlandığı şəxsin şərəf və ləyaqətini alçaltmaq, işgüzar nüfuzunu ləkələmək, onu nüfuzdan salan böhtan xarakterli yalan məlumatlar yaymaqla xüsusi ittihamçını ağır və xüsusi ilə ağır cinayətdə ittiham etməklə sonuncuya böhtan atmışdır. Təqsirləndirilən şəxs X9 böhtan xarakterli yalan məlumatlar yaymaqla onun aid olduğu şəxsin cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi, mədəni keyfiyyətlərini alçaltmış, onun cəmiyyətdə tutduğu mövqeyini ləkələmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X9 xüsusi ittihamçı barəsində böhtan və təhqir xarakterli həmin sözlər “İnstagram” sosial şəbəkəsinin özünə məxsus səhifəsində paylaşmış, onlarla “İnstagram” istifadəçisinin həmin paylaşımı izləmiş və bunu kütləvi şəkildə nümayiş etdirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndinin 5-ci abzasına əsasən kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Göründüyü kimi təqsirləndirilən şəxs X9 tərəfindən xüsusi ittihamçı barəsində təhqir xarakterli söz və ifadələr sosial şəbəkə hesab edilən “İnstagram”-da kütləvi şəkildə yayılmışdır. Sosial internet şəbəkəsi Ali Məhkəmənin yuxarıda qeyd olunmuş Plenum qərarından göründüyü kimi internet informasiya ehtiyatı hesab edilir və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında böhtan xarakterli yalan məlumatlar yaymaqla şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma, həmçinin xüsusi ittihamçını ağır və xüsusi ilə ağır cinayətdə ittiham etməklə sonuncuya böhtan atması isə birbaşa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinin tərkibini yaradır. Yəni, təqsirləndirilən şəxs X9 xüsusi ittihamçı barəsində təhqir xarakterli söz və ifadələri, həmçinin xüsusi ittihamçını ağır və xüsusi ilə ağır cinayətdə ittihamı internet informasiya ehtiyatı hesab edilən “İnstagram” sosial internet şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda paylaşım edən zamanı qəsdən bildirməklə, Azərbaycan Respublikasının CM-nin 147.1, 147.2 və 148-ci maddələrinin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlini törətmiş, yəni, cəmiyyətdə əxlaqi və mənəvi baxımdan sonuncu barəsində mənfi rəy yaradan, onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatları, həmçinin xüsusi ittihamçını ağır və xüsusi ilə ağır cinayətdə ittiham etməsi kütləvi şəkildə yaymışdır. Bundan əlavə, sözügüdən fotoşəkillərdə sözlərin birbaşa olaraq xüsusi ittihamçı X10 ünvanlanmış olması və ünvan sahibinə dair konkret ad çəkilməsi faktı təqsirləndirilən şəxs X9 tərəfindən danılsa da, sonuncu tərəfindən “İnstagram” sosial şəbəkəsində özünə məxsus səhifəsində xüsusi ittihamçı barəsində yazdığı rəyləri paylaşması təqsirləndirilən şəxs X4 irəli sürdüyü arqumenti tamamilə təkzib edir. Belə ki, təqsirləndirilən şəxs X9 “İnstagram” sosial şəbəkəsində 24.09.2021-ci il tarixdən 27.09.2021-ci il tarixlərində özünə məxsus olan səhfəsində xüsusi ittihamçının şəkilinin üzərinə “Şərəfsiz, Peyser, Biqeyrət, binamus varyoxsuz” sözləri yazılaraq paylaşılmış, fotoşəkilin başlığı olaraq, “Sənin kimi şərəfsizlər Dini təbliğat aparır! Dövlətə qarşı gəlir!!! Sən terroristsən səni araşdırmalıdır bu hökümət, səni kim qoyub axranların rəisi, kim sənin arxandadı, bütün DİN müraciət edəcəyəm bu əlində belində silah nəyə görə cəmiyyətdə rahat gəzib insanları öldürməyə çağırır! Təhtit şantaj qruplaşma!!!” sözləri işlətməklə həmin fotoşəkillərə rəy bildirmişdir. Cinayət işinin başlanması rədd edilməsi barədə 28.10.2021-ci il tarixli qərardan görünür ki, 27.09.2021-ci il tarixdə saat 23:06-da X9 055- ***-**-** nömrədən DİN-nin 102 xidmətinə zəng edərək “See Breeze!” şirkətinin mühafizə xidmətinin rəisi Rauf adlı şəxslə insteqramda bir-birlərini təhqir etməsi səbəbindən sonuncu bir neçə nəfərlə birgə mütəmadi olaraq onu axtarması, zəng edərək öldürməklə hədələməsi və sonuncu dəfə dünən Dəməgüldə yerləən “Ədalət” restoranın həyətində onu silahla öldürəcəyi ilə hədələməsi barədə verdiyi məlumat əsasında Bakı şəhəri, Nərimanov RPİ-də araşdırma aparılmış və X9 tərəfindən verilmiş məlumat öz əksini tapmamışdır. Həmin qərarda qeyd olunan X4 verdiyi şikayət və izahatlarının məzmununda ““See Breeze!” şirkətinin mühafizə xidmətinin rəisi Rauf adlı şəxslə insteqramda bir-birlərini təhqir etməsi səbəbindən sonuncu bir neçə nəfərlə birgə mütəmadi olaraq onu axtarması, zəng edərək onu öldürməklə hədələməsi və sonuncu dəfə dünən Dəməgüldə yerləşən “Ədalət” restoranın həyətində onu silahla öldürəcəyi ilə hədələməsi barədə məlumat verməsi və həmin məlumat araşdırılarkən öz əksini tapmaması ona dəlalət verir ki, 24.09.2021-ci il tarixdən 27.09.2021-ci il tarixlərində “İnstaqram” sosial şəbəkəsində xüsusi ittihamçının şəkilinin üzərinə “Şərəfsiz, Peyser, Biqeyrət, binamus varyoxsuz” sözü yazıb paylaşılması, yalan olduğunu bilə-bilə fotoşəkilin başlığı olaraq, “Sənin kimi şərəfsizlər Dini təbliğat aparır! Dövlətə qarşı gəlir!!! Sən terroristsən səni araşdırmalıdır bu hökümət, səni kim qoyub axranların rəisi, kim sənin arxandadı, bütün DİN müraciət edəcəyəm bu əlində belində silah nəyə görə cəmiyyətdə rahat gəzib insanları öldürməyə çağırır! Təhtit şantaj qruplaşma!!!” sözləri yazılmaqla Rauf Salehovun barəsində böhtan xarakterli məlumatları kütləvi nümayiş etdirdiyi internet informasiya ehtiyatında yaymaqla xüsusi ittihamçını ağır və xüsusi ilə ağır cinayətdə ittiham etməklə sonuncuya böhtan xarakterli məlumatların yayılması məhz X9 tərəfindən törədilmişdir. Eyni zamanda təqsirləndirilən şəxs X2 internet resurslarında xüsusi ittihamçı X7 ağır və xüsusilə ağır ittiham etsə də yaydığı məlumatların doğru olmasını məhkəmə iclasında sübut edə bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X9 tərəfindən məhkəmə iclasında verilmiş ifadələrə qiymət verərək hesab edir ki, həmin ifadələr mötəbər hesab edilə bilməz, özünü müdafiə xarakteri daşıyır, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmiş və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X9 xüsusi ittiham qaydasında şikayətdə qeyd olunan əməlin törədilməsində təqsirini boynuna almasa da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş “böhtan” və “təhqir” cinayət hadisələrinin baş verməsi faktı özü-özlüyündə mübahisə doğurmamaqla yanaşı, həmin əməllərin məhz X9 tərəfindən törədilməsi iş üzrə yekun nəticəyə gəlməyə imkan verən internet informasiya ehtiyatından götürülmüş məlumatlar, iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma – yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma – üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin V hissəsinə əsasən Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «X3 haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cu maddəsinə əsasən, X3dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Həmin Qanunun «Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi»ndən bəhs edən 10-cu maddəsində deyilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə X3ndən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, «…mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, …qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series A no. 103, p. 28/46). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs X9 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya, həmçinin ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmağa görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etmək xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə X4 ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qadın olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X4 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə X5 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır və belə hesab edir ki, X6 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9 oğluya tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq X5 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. İş üzrə maddi sübut yoxdur. Təqsirləndirilən təqsirləndirilən şəxs X5 məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla, 06 (altı) ay müddətinə islah işləri cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla, 09 (doqquz) ay müddətinə islah işləri cəzasına, Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla, 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq X9 qəti olaraq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə maddi sübut yoxdur. Təqsirləndirilən təqsirləndirilən şəxs X5 məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökm ondan apellyasiya şikayəti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-82/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-82/2022
21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver