Məhkəmə qərarları › İş №1(012)-821/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-821/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-821/2024 10.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron rayon Vəkil bürosunun vəkili X1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Xırdalan şəhər vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1994-cü ildə Biləsuvar rayonunda anadan olmuş, subay, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxx 1995-ci ildə Biləsuvar rayonunda anadan olmuş, subay, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxxxxx 2000-ci ildə Abşeron rayonunda anadan olmuşdur, subaydır, orta təhsillidir, işsizdir, məhkumluğu yoxdur, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tamah məqsədi ilə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunları təşkil etmə və keçirmə barədə qardaşı Təqsirləndirilən şəxs2 və qohumu Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 15 yanvar 2023cü il tarixdə ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən idman mərc, loto və digər qumar oyunlarının şəxsiyyəti istintaqa məlum olmayan təşkilatçıları ilə əlaqə saxlayıb onlardan “1XBet.com”, "Fastloto.com” və digər internet saytlarında təşkil edilmiş qanunsuz idman mərc, loto və digər qumar oyunlarının oynanılması üçün istifadə edilə bilən kodlar alaraq öz adına həmin saytlarda istifadəçi hesabı və virtual kassalar yaratmış, aralarında olan razılığa əsasən “X8 11 Pro+5G” markalı, “21091116UG” modelli, **********18161, **********418179 “ımeı” kodlu, “X8 11 Pro+5G” markalı, “21091116UG” modelli, **********97282, **********97290 “ımeı” kodlu, “İphone 11Pro” markalı, “A2160” modelli, **********85751, **********16786 “ımeı” kodlu və “İphone 14 Pro Max” markalı, “A2896” modelli, **********64408. **********24659 “ımeı” kodlu mobil telefonlar vasitəsi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qeyd edilən saytlardakı hesab və virtual kassalardakı oyun kodlarının müştərilərə pul müqabilində satılmasını, Təqsirləndirilən şəxs2 «İnstagram» sosial şəbəkəsində qumar oyunları və oyun üçün kodlarının satışı ilə bağlı reklam yerləşdirilməsini, müraciət edən müştərilərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə əlaqələndirilməsini həyata keçirməklə həmin tarixdən 18 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində müraciət edən şəxslərə pul müqabilində, pul vəsaitlərinin istifadələrində olan "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169- 7385-5308- 2391, 4169-7388-2282-2635, 4169-7388-6486-6920 və 4169-7388-0041-0429 nömrəli, "xxxx" ASC tərəfindən emissiya edilmiş 5505-7850-2871-4152 və 5505- 7850-2877-8186 nömrəli, "xxxx" ASC tərəfindən emissiya edilmiş 5243-7544-4050-0955 və 5243-7544- 4016-9348 nömrəli, “Bank of Baku" ASC tərəfindən emissiya edilmiş 5315- 9921-4564- 8694 nömrəli bank kartlarının hesablarına köçürülməsi şərti ilə “1x.Bet.com”, “Fastloto.com” və digər istintaqla müəyyən edilməyən internet saytlarında istifadəçi hesabı və virtual kassadakı kodları ünvan 4 ünvanında vahid niyyətlə əhatə olunan qəsdlə sataraq onların həmin saytlarda internet informasiya ehtiyatlarından və informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə qumar oyunları oynamalarını təşkil edərək keçirmişdir. Təqsirləndirilən şəxs2 tamah məqsədi ilə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunları təşkil etmə və keçirmə barədə qardaşı Təqsirləndirilən şəxs1 və qohumu Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 15 yanvar 2023cü il tarixdə ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən idman mərc, loto və digər qumar oyunlarının şəxsiyyəti istintaqa məlum olmayan təşkilatçıları ilə əlaqə saxlayıb onlardan “1XBet.com”, “Fastloto.com” və digər internet saytlarında təşkil edilmiş qanunsuz idman mərc, loto və digər qumar oyunlarının oynanılması üçün istifadə edilə bilən kodlar alaraq öz adına həmin saytlarda istifadəçi hesabı və virtual kassalar yaratmış, aralarında olan razılığa əsasən “X8 11 Pro+5G” markalı, “21091116UG” modelli, **********18161, **********418179 “ımeı” kodlu, “X8 11 Pro+5G” markalı, “21091116UG" modelli, **********97282, **********97290 “ımeı” kodlu, “İphone 11Pro” markalı, “A2160” modelli, **********85751, **********16786 “ımeı” kodlu və “İphone 14 Pro Max” markalı, “A2896” modelli, **********64408. **********24659 “ımeı” kodlu mobil telefonlar vasitəsi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qeyd edilən saytlardakı hesab və virtual kassalardakı oyun kodlarının müştərilərə pul müqabilində satılmasını, Təqsirləndirilən şəxs2 «İnstagram» sosial şəbəkəsində qumar oyunları və oyun üçün kodlarının satışı ilə bağlı reklam yerləşdirilməsini, müraciət edən müştərilərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə əlaqələndirilməsini həyata keçirməklə həmin tarixdən 18 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində müraciət edən şəxslərə pul müqabilində, pul vəsaitlərinin istifadələrində olan "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169- 7385-5308- 2391, 4169-7388-2282-2635, 4169-7388-6486-6920 və 4169-7388-0041-0429 nömrəli, "xxxx" ASC tərəfindən emissiya edilmiş 5505-7850-2871-4152 və 5505- 7850-2877-8186 nömrəli, "xxxx" ASC tərəfindən emissiya edilmiş 5243-7544-4050-0955 və 5243-7544- 4016-9348 nömrəli, "xxxx" ASC tərəfindən emissiya edilmiş 5315- 9921-4564-8694 nömrəli bank kartlarının hesablarına köçürülməsi şərti ilə “1x.Bet.com”, “Fastloto.com” və digər istintaqla müəyyən edilməyən internet saytlarında istifadəçi hesabı və virtual kassadakı kodları ünvan 4 ünvanında vahid niyyətlə əhatə olunan qəsdlə sataraq onların həmin saytlarda internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə qumar oyunları oynamalarını təşkil edərək keçirmişdir. Təqsirləndirilən şəxs3 tamah məqsədi ilə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunları təşkil etmə və keçirmə barədə qohumları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 15 yanvar 2023cü il tarixdə ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən idman mərc, loto və digər qumar oyunlarının şəxsiyyəti istintaqa məlum olmayan təşkilatçıları ilə əlaqə saxlayıb onlardan “1XBet.com", “Fastloto.com” və digər internet saytlarında təşkil edilmiş qanunsuz idman mərc, loto və digər qumar oyunlarının oynanılması üçün istifadə edilə bilən kodlar alaraq öz adına həmin saytlarda istifadəçi hesabı və virtual kassalar yaratmış, aralarında olan razılığa əsasən “X8 11 Pro+5G” markalı, “21091116UG” modelli, **********18161, **********418179 “ımeı” kodlu. “X8 11 Pro+5G” markalı, “21091116UG" modelli, **********97282, **********97290 “ımeı” kodlu, “İphone 11Pro” markalı, “A2160” modelli, **********85751, **********16786 “ımeı” kodlu və “İphone 14 Pro Max” markalı, “A2896” modelli, **********64408, **********24659 “ımeı” kodlu mobil telefonlar vasitəsi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qeyd edilən saytlardakı hesab və virtual kassalardakı oyun kodlarının müştərilərə pul müqabilində satılmasını, Təqsirləndirilən şəxs2 «İnstagram» sosial şəbəkəsində qumar oyunları və oyun üçün kodlarının satışı ilə bağlı reklam yerləşdirilməsini, müraciət edən müştərilərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə əlaqələndirilməsini həyata keçirməklə həmin tarixdən18 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində müraciət edən şəxslərə pul müqabilində, pul vəsaitlərinin istifadələrində olan "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169- 7385-5308- 2391, 4169-7388-2282-2635, 4169-7388-6486-6920 və 4169-7388-0041-0429 nömrəli, "xxxx" ASC tərəfindən emissiya edilmiş 5505-7850-2871-4152 və 5505- 7850-2877-8186 nömrəli, "xxxx" ASC tərəfindən emissiya edilmiş 5243-7544-4050-0955 və 5243-7544- 4016-9348 nömrəli, "xxxx" ASC tərəfindən emissiya edilmiş 5315- 9921-4564-8694 nömrəli bank kartlarının hesablarına köçürülməsi şərti ilə “1x.Bet.com”, “Fastloto.com” və digər istintaqla müəyyən edilməyən internet saytlarında istifadəçi hesabı və virtual kassadakı kodları ünvan 4 ünvanında vahid niyyətlə əhatə olunan qəsdlə sataraq onların həmin saytlarda internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə qumar oyunları oynamalarını təşkil edərək keçirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bildi, əməlindən peşiman olduğunu bildirib, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş və bildirmişdir ki,törətdiyi əməlin məsuliyyətini dərk edir, cinayət sayıldığını bilir və buna görə də çox peşmandır. 2023-cü ilin yanvar ayının 15-dən 2023-cü ilin 18 sentyabr tarixinədək olan müddət ərzində “1 xbet” mərc oyunları saytında “agent”, yəni kassir olmaq və onlardan kassa əldə edərək onlayn kazino oyunları üçün "1xbet” və fastloto saytlarında şəxsi kabineti olan şəxslərə kod, yəni depozitdə olan pul satışı etməklə məşğul olmuşdur. O, gəlir qazanmaq və daha çox müştəri cəlb üçün həmin “Masazır” adlı “1xbet” kassanı reklam etməli imiş. Belə ki, qardaşı Təqsirləndirilən şəxs2 İnstagramda “bukmeykeroffAze” adlı səhifəsi var imiş. Həmin səhifənin izləyici sayı 33.000 nəfərə yaxın imiş. Elmar həmin səhifədə kassanı reklam edirmiş. Onlar daha çox müştəri cəlb etmək üçün müəyyən kompaniyalar təşkil edirmişlər. Bəzi günlərdə hər depozitə 5% bonus da verirmişlər ki, insanların marağını cəlb etsinlər. O, "1xbet” və fastloto onlayn kazino oyunlarını keçirdiyi “Masazır” adlı kassasının istifadəçi adını və şifrəsini Nurlana da vermişdir. Onlar həmin kassanı birlikdə növbəli şəkildə idarə edirmişlər. Belə ki, onlayn mərc oyunlarında iştirak etmək istəyən şəxs olanda Whatsapp proqramı vasitəsilə həmin onlara yazırmış. Daha sonra oyunçu onlara öz hesabının “İD” nömrəsini verirmiş. Onlar da idarə etdikləri “Masazır” adlı kassanın “depozit” adlı bölməsinə daxil olaraq həmin “İD” hesabına balans vururmuşlar. Kassanın idarə edilməsi, oyunçulara qaydaların izah edilməsi, ödənişlərin qəbul edilməsi və s. kimi işləri o və Nurlan icra etmiş, Elmar da kassanın reklam işləri ilə məşğul olmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bildi, əməlindən peşiman olduğunu bildirib, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş və bildirmişdir ki, törətdiyi əməlin məsuliyyətini dərk edir, cinayət sayıldığını bilir və buna görə də çox peşmandır. 2023-cü ilin yanvar ayının 15-dən etibarən qardaşı Təqsirləndirilən şəxs1 və xalası oğlu Təqsirləndirilən şəxs3 ilə birlikdə “1xbet” internet saytında onlayn qumar oyunlarını təşkil etməyə başlamışlar. Qardaşı Şahmar “1xbet” saytında agentlik əldə etmək üçün həmin sayta müraciət etmiş və agent kimi işləməyə başlamışdır. Bu məqsədlə Şahmara kassa verilmişdir. Kassanın adı "Masazır” olmuşdur. Şahmar bu işi görməyə başladığı andan o da həmin mərc oyunlarının instagram sosial şəbəkəsində reklamını həyata keçirməyə başlamışdır. Belə ki, o, instagram sosial şəbəkəsində "bookmakerofaze” və “gallardo totti” adlı səhifələr yaratmışdır. İnstagramda ona müraciət edən müştərilərə ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamalarını deyirmiş. Xalasıoğlu Təqsirləndirilən şəxs3 da bu işdə onlara köməklik edirmiş. ***-***-**-** saylı mobil nömrənin olduğu telefon Şahmar və Nurlanda olurmuş. Nurlan gün ərzində həmin mobil telefon vasitəsilə müştərilərlə əlaqə saxlayır və depozitə nəzarət edirmiş. Onlayn mərc oyunlarının mobil telefonlar vasitəsilə təşkil edilməsi və keçirilməsi bir adamın təkbaşına bacaracağı bir iş deyilmiş. Bunun üçün ilk öncə yaxşı reklam lazım imiş. Əvvəlcədən aralarında olan razılaşmaya əsasən rol bölgüsünə uyğun olaraq onun işi instagram sosial şəbəkəsində səhifələr açıb fəaliyyətlərini reklam etməkdən, ona müraciət etmiş şəxsləri Şahmar və Nurlana yönləndirməkdən ibarət olmuşdur. Onun idarə etdiyi səhifələrin 30.000 nəfərdən çox izləyicisi var imiş. Başa düşürmüş ki, o, güclü reklam etməsəydi, insanlar onları tanımayacaqdı və pul yatırıb onlayn mərc oyunlarında iştirak etməyəcəkdilər. Məhkəmə baxışında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bildi, əməlindən peşiman olduğunu bildirib, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş və bildirmişdir ki, törətdiyi əməlin məsuliyyətini dərk edir, cinayət sayıldığını bilir və buna görə də çox peşmandır. 2023-cü ilin yanvar ayının 15-dən xalasıoğlu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs1 ilə birlikdə “1xbet” və fastloto internet saytında onlayn qumar oyunlarını təşkil etməyə başlamışlar. Şahmar "1xbet” saytında kassa əldə etmək üçün həmin sayta müraciət etmişdir. Bu məqsədlə Şahmara kassa verilmişdir. Kassanın adı "Masazır”, login: “Mirsoev N”, şifrə: “456876”, kassa nömrəsi “1167531” imiş. O və Şahmar müştərilərlə əlaqə saxlayır, depozitə nəzarət edirmişlər, Şahmarın qardaşı Təqsirləndirilən şəxs2 isə instagram sosial şəbəkəsində olan səhifələrdə onlayn qumar oyunlarının reklamını həyata keçirir və ona müraciət edən şəxsləri onlara yönləndirirmiş. Bunun üçün Şahmar kassanın kodunu ona da vermişdir. Şahmarın işi olanda kassaya o nəzarət edir, Whatsappa yazan şəxslərə cavab verir, onlayn mərc oyunlarında iştirak etməyin qaydalarını izah edirmiş. “1xbet” və fastloto onlayn qumar oyunları məqsədi ilə müraciət edən müştərilərlə ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə əlaqə saxlayırmışlar. Elmar onlayn qumar oyunlarını reklam etmək üçün instagram sosial şəbəkəsində “bookmakerofaze” və “gallardo totti" adlı səhifələr yaratmışdır. Elmarın reklamları sayəsində onlar daha çox müştəri qazanmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, onun istifadəsində yalnız ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. Həmin mobil nömrə 2019-cu ildən onun istifadəsindədir. Həmçinin həmin nömrə ilə qeydiyyatdan keçmiş Whatsapp mesajlaşma tətbiqi də 2021-ci ildən onun istifadəsindədir.Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsən tanımır. Onların əlaqə nömrələri onun qarşına “İnstagram” sosial şəbəkələrdə çıxmışdır. +99***-***-**-** saylı mobil telefon nömrəsi ilə ilə onun istifadəsində olan +99450-506-90- 92 saylı mobil telefon nömrəsinin arasında “Whatsapp” mesajlaşma tətbiqində onlayn mərc oyunları ilə bağlı baş tutmuş yazışmalar ona təqdim edilmişdir. Həmin yazışmalar onun tərəfindən icra edilmişdir. Həmin şəxslər özünü oba onlayn mərc oyunlarını təşkil edən və keçirən şəxslər kimi təqdim etmişdilər. Azərbaycanda onlayn mərc oyunların keçirilməsi qadağan olduğundan bir çox saytlara daxil olub orada mərc oyunlarında iştirak etmək mümkün olmur. Lakin həmin şəxslər özləri həmin mərc oyunlarında iştirak etmək üçün kodlar təşkil edirmişlər. O, “1xbet” onlayn mərc oyunlarında iştirak etmək üçün dəfələrlə həmin nömrə ilə əlaqə saxlayan şəxslərin ona təqdim etdikləri müxtəlif bank kartlarının hesablarına 15-20 manat dəyərində pul köçürmüşdür. O, təxminən 2 ay ərzində dəfələrlə onlara müraciət edib balans alıb onlayn mərc oyunlarında iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, onun istifadəsində yalnız ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. Həmin mobil nömrə və 2023-cü ildən onun istifadəsindədir. Həmçinin həmin nömrə ilə qeydiyyatdan keçmiş Whatsapp mesajlaşma tətbiqi də 2023-cü ildən onun istifadəsindədir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsən tanımır. Onların əlaqə nömrələri onun qarşısına “İnstagram” sosial şəbəkəsindən çıxmışdır. +99***-***-**-** saylı mobil telefon nömrəsi ilə onun istifadəsində olan +99***-***-**-** saylı mobil telefon nömrəsinin arasında “Whatsapp” mesajlaşma tətbiqində onlayn mərc oyunları ilə bağlı baş tutmuş yazışmalar ona təqdim edilmişdir. Həmin yazışmalar onun tərəfindən icra edilmişdir. Həmin şəxslər özünü ona onlayn mərc oyunlarını təşkil edən və keçirən şəxslər kimi təqdim etmişdilər. Həmin şəxslər özləri mərc oyunlarında iştirak etmək üçün kodlar təşkil edirmişlər. O, “1xbet” onlayn mərc oyunlarında iştirak etmək üçün bir neçə dəfə həmin nömrə ilə əlaqə saxlayan şəxslərin təqdim etdikləri müxtəlif bank kartlarının hesablarına 15-20 manat dəyərində pul köçürmüş və mərc oyunlarında iştirak etmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, onun istifadəsində yalnız +99***-***-**-** saylı mobil telefon nömrəsi vardır. Həmin mobil nömrə 2018-ci ildən onun istifadəsindədir. Həmçinin həmin nömrə ilə qeydiyyatdan keçmiş Whatsapp mesajlaşma tətbiqi də 2018-ci ildən onun istifadəsindədir. Şahid1 ona verilmiş “şahid qismində dindirildiyiniz cinayət işinin istintaq materiallarından görünür ki, onlayn mərc oyunlarının təşkili və keçirilməsi ilə məşğul olan Təqsirləndirilən şəxs1 və qeyrilərinin istifadəsində olan +99***-***-**-** saylı mobil telefon nömrəsi ilə ilə sizin istifadənizdə olan +99***-***-**-** saylı mobil telefon nömrəsinin arasında “Whatsapp” mesajlaşma tətbiqində onlayn mərc oyunlarında iştirak etməyiniz məzmununda yazışmalar baş tutmuşdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsən tanımır. Onların əlaqə nömrələri onun qarşısına sosial şəbəkələrdən çıxmışdır. İnstagram sosial şəbəkəsində “Gallardo” adlı səhifədə həmin nömrələr reklam edilirmiş və həmin səhifənin adminin adının Elmar olduğu qeyd edilmişdir. +99***-***-**-** saylı mobil telefon nömrəsi ilə ilə onun istifadəsində olan +99***-***-**-** saylı mobil telefon nömrəsinin arasında “Whatsapp” mesajlaşma tətbiqində onlayn mərc oyunları ilə bağlı baş tutmuş yazışmalar ona təqdim edilmişdir. Həmin yazışmalar onun tərəfindən icra edilmişdir. Həmin şəxslər özünü ona onlayn mərc oyunlarını təşkil edən və keçirən şəxslər kimi təqdim etmişdilər. Azərbaycanda onlayn mərc oyunların keçirilməsi qadağan olduğundan bir çox saytlara daxil olub orada mərc oyunlarında iştirak etmək mümkün olmur. Lakin həmin şəxslər özləri həmin mərc oyunlarında iştirak etmək üçün kodlar təşkil edirmişlər. O, “1xbet”, "fastloto” onlayn mərc oyunlarında iştirak etmək üçün dəfələrlə həmin nömrə ilə əlaqə saxlayan şəxslərin təqdim etdikləri müxtəlif bank kartlarının hesablarına 15-20 manat göndərərək həmin eləyərdə kuponlar almış və həmin kuponlar əsasında mərc saytlarında keçirilən onlayn mərc oyunlarında iştirak etmişdir. Məhkəmə kompüter-texniki ekspertizasının 27 sentyabr 2023-cü il tarixli 5/1338 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “X8 11 Pro+5G” markalı “21091116UG” modelli, **********18161, **********418179 “ıemı” kodlu, “X8 11 Pro+5G” markalı “21091116UG” modelli, **********97282, **********97290 “ıemı” kodlu, “İphone 11Pro” markalı “A2160” modelli **********85751, **********16786 “ımeı” kodlu, “İphone 14 Pro Max” markalı “A2896” modelli, **********64408, **********24659 “ımeı” kodlu mobil telefonlar işlək vəziyyətdədirlər. “X8 11 Pro+5G” markalı “21091116UG” modelli, **********18161, **********418179 “ıemı” kodlu və “X8 11 Pro+5G” markalı “21091116UG” modelli, **********97282, **********97290 “ıemı” kodlu mobil smartfonların “foto/ekran görüntüləri(screen)” bölməsində və “WhatsApp Business” qovluğunda müxtəlif məbləğlərdə pul ödənişlərinə və “online” mərc oyunlarına aid fototəsvirlər və video fayllar müəyyən olunmuşdur. “X8 11 Pro+5G” markalı “21091116UG” modelli, **********18161, **********418179 “ıemı” kodlu mobil smartfonun yaddaşına yüklənmiş “Google Chrome” brauzerinin tarixçəsində “www.288sb.com”, “cmlxbet.mobi” və “www.soccerstand.com” adlı “online” mərc oyunları üçün nəzərdə tutulmuş linklər müəyyən olunmuşdur. “X8 11 Pro+5G” markalı “21091116UG” modelli, **********97282, **********97290 “ıemı" kodlu mobil smartfonun yaddaşına yüklənmiş “1xBet" adlı “online” mərc oyunları üçün nəzərdə tutulmuş proqram təminatı, həmçinin “Google Chrome” brauzerinin tarixçəsində “www.288sb.com”, “cmlxbet.mobi” və “www.soccerstand.com” adlı “online” mərc oyunları üçün nəzərdə tutulmuş linklər müəyyən olunmuşdur. “İphone 11 Pro” markalı “A2160” modelli mobil smartfonun “foto/ekran görüntüləri(screen)” bölməsində, “foto” bölməsində və “WhatsApp” qovluğunda müxtəlif məbləğlərdə pul ödənişlərinə və “online” mərc oyunlarına aid fototəsvirlər müəyyən olunmuşdur. “İphone 14 Pro Max” markalı “A2896” modelli mobil smartfonun “foto/ekran görüntüləri(screen)” bölməsində, “foto” bölməsində və “WhatsApp” qovluğunda “online” mərc oyunlarına aid fototəsvirlər müəyyən olunmuşdur. “İphone 11 Pro” markalı “A2160” modelli və “İphone 14 Pro Max” markalı “A2896” modelli mobil smartfonların yaddaşında yüklənmiş “1XBET” adlı “online” mərc oyunları üçün nəzərdə tutulmuş proqram təminatı müəyyən olunmuşdur. “X8 11 Pro+5G” markalı “21091116UG” modelli, **********18161, **********418179 “lemı” kodlu, “X8 11 Pro+5G” markalı “21091116UG" modelli, **********97282, **********97290 “ıemı” kodlu, “İphone 11Pro” markalı “A2160” modelli **********85751, **********16786 “ımeı” kodlu, “İphone 14 Pro Max" markalı “A2896” modelli, **********64408, **********24659 “ımeı” kodlu mobil smartfonlardan istifadə etməklə “online” mərc oyunlarının oynanılması üçün nəzərdə tutulmuş hər hansı bir proqram təminatları vasitəsilə qeyd olunan oyunların aparılması(təşkili, keçirilməsi) mümkündür. “Təqsirləndirilən şəxs2 məxsus “İphone 14 Pro Max” markalı “A2896” modelli mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin mobil telefonun “qalereya” bölməsində saxlanılan foto materialların içərisində müxtəlif məbləğlərlə pul ödənişlərinə dair qəbzlərin fotoşəkilləri və “online” mərc oyun saytlarına məxsus fotoşəkillər aşkar edilmişdir. Həmin mobil telefonun yaddaşında saxlanılan foto və video materialların əksər hissəsini Təqsirləndirilən şəxs2 şəxsi fotoşəkilləri və videoları təşkil edir. Qeyd edilən mobil telefonun yaddaşında olan “WhatsApp”, “WA Business” və “Telegram” mesajlaşma tətbiqlərinə keçirilmiş baxış zamanı orada “online” mərc oyunlarının təşkili və keçirilməsi ilə bağlı hər hansı yazışma aşkar edilməmişdir. “Təqsirləndirilən şəxs1 məxsus “İphone 11Pro” markalı “A2160” modelli **********85751, **********16786 “ımeı” kodlu mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin mobil telefonun “qalereya” bölməsində saxlanılan foto materialların içərisində müxtəlif məbləğlərlə pul ödənişlərinə dair qəbzlərin fotoşəkilləri və “online” mərc oyun saytlarına məxsus fotoşəkillər aşkar edildi. Həmin mobil telefonun yaddaşında saxlanılan foto və video materialların əksər hissəsini Təqsirləndirilən şəxs1 şəxsi fotoşəkilləri və videoları təşkil edilmişdir. Qeyd edilən mobil telefonun yaddaşında olan “WhatsApp” və “Telegram” mesajlaşma tətbiqlərinə keçirilmiş baxış zamanı orada “online” mərc oyunlarının təşkili və keçirilməsi ilə bağlı hər hansı yazışma aşkar edilməmişdir. “Təqsirləndirilən şəxs3 məxsus “X8 11 Pro+5G” markalı “21091116UG” modelli, “**********97282, **********97290” ıemı kodlu mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin mobil telefonun “qalereya” bölməsində saxlanılan foto materialların içərisində müxtəlif məbləğlərlə pul ödənişlərinə dair qəbzlərin fotoşəkilləri və “online” mərc oyun saytlarına məxsus fotoşəkillər aşkar edilmişdir. Həmin mobil telefonun yaddaşında saxlanılan foto və video materialların əksər hissəsini Təqsirləndirilən şəxs3 şəxsi fotoşəkilləri və videoları təşkil edir. Qeyd edilən mobil telefonun yaddaşında olan “WhatsApp” və “WA Business” mesajlaşma tətbiqlərinə keçirilmiş baxış zamanı orada “online” mərc oyunlarının təşkili və keçirilməsi ilə bağlı hər hansı yazışma aşkar edilməmişdir. “X8 11 Pro+5G” markalı “21091116UG” modelli, **********18161, **********418179 “ıemı” kodlu mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin mobil telefonun “qalereya” bölməsində saxlanılan foto materialların içərisində çoxlu sayda müxtəlif məbləğlərlə pul ödənişlərinə dair qəbzlərin fotoşəkilləri və “online” mərc oyun saytlarına məxsus fotoşəkillər aşkar edildi. Həmin mobil telefonun yaddaşında saxlanılan foto və video materialların hamısını “online” mərc oyunlarının keçirilməsi ilə bağlı foto və video materiallar təşkil etmişdir. Qeyd edilən mobil telefonun yaddaşında olan “WA Business" mesajlaşma tətbiqinə keçirilmiş baxış zamanı orada +99***-***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçildiyi və ayrı-ayrı şəxslərlə onlayn mərc oyunlarının təşkili və keçirilməsi ilə bağlı söhbətlərin edildiyi müəyyən edilmişdir. İş materiallarında olan “Bank məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan "xxxx" ASC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 001/007/0920/2024 nömrəli məktubdan və məktuba əlavə edilmiş 01 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs3 adına olan 5505-7850-2871-4652 nömrəli bank kartının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan ümumi dövriyyəsi 121682,09 manat və 5505-7850-2877-8186 nömrəli bank kartının 12.01 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan ümumi dövriyyəsi 199603,72 manat təşkil edir. Bundan başqa, "xxxx" ASC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 2024/111/6949 nömrəli məktubdan və məktuba əlavə edilmiş 02 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs3 adına olan 4169-7385-5308-2391 nömrəli bank kartının xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan ümumi dövriyyəsi 141494,25 manat, 4169-7388-2282-2635 nömrəli bank kartının xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan ümumi dövriyyəsi 267848,68 manat, 4169-7388-6486-6920 nömrəli bank kartının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan ümumi dövriyyəsi 215690,81 manat və 4169-7388- 0041-0429 nömrəli bank kartının 01,06.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan ümumi dövriyyəsi 60113,95 manat təşkil edir. Qeyd olunan məlumatları ilə yanaşı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən müxtəlif bankomatlardan pul vəsaitlərinin nağdlaşdırmaları ilə bağlı fotogörüntülər də "xxxx" ASC-dən daxil olmuş diskə əlavə edilmişdir.Həmçinin, "xxxx" ASC-dən daxil olmuş 31,03.2024-cü il tarixli 02365-2024 nömrəli məktubdan və məktuba əlavə edilmiş 01 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs3 adına olan 5243-7544-4050-0955 nömrəli bank kartının xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan ümumi dövriyyəsi 21723,72 manat, Təqsirləndirilən şəxs1 adına olan 5243-7544-4016-9348 nömrəli bank kartının 21,02.2023-cı il tarixdən xx.xx.2023-cü il tarixədək olan ümumi dövriyyəsi 14838 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan xəstəxanada müalicədə olmamışdır. Təqsirləndirilən şəxs3 arxiv məlumatlarına görə xx.xx.2018-xx.xx.2018-ci il tarixdə yuxarıda adı göstərilən xəstəxanada stasionar müayinədə olmuşdur. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 324 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs3 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir. Təqsirləndirilən şəxs3 hər hansı psixi xəstəlik, anlaqlılığı istisna etməyən psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs3 xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Həmçinin Təqsirləndirilən şəxs3 ittiham edildiyi maddə bərədə soruşulduqda internet vasitəsilə mərc oyunları təşkil etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən, cinayətin tamah məqsədi ilə törədilməsi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 244-1.2.2 və 244-1.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri onların etirafedici izahat və ifadələri, şahidlərin ifadələri, mobil telefonlara və bank məlumatlarına baxış keçirilməsi haqqında protokollar, məhkəmə kompüter-texniki ekspertizasının 27 sentyabr 2023-cü il tarixli 5/1338 nömrəli və ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 324 nömrəli rəyləri, maddi sübutlar və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onların əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.2 və 244-1.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, , təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 oğlu məhkum olunmamışdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilk dərəcəsini, təqsirlnədirilən şəxslərin şəxsiyyətini, onların cinayətdə iştirak dərəcələrini, təyin ediləcək cəzanın məhkumu islah etməsi, onun ailəsinin həyat şəraitini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hər birinə təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244- 1.2.2 və 244-1.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı və bununla da cəzanın məqsədlərinə nail olunması mümkündür. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində istintaq orqanı tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni ünvan 5 ünvanını saat 22:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Bakı şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni ünvan 5 ünvanını saat 22:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti X4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Bakı şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni ünvan 6 ünvanını saat 22:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə “X8 11 Pro+5G” markalı “21091116UG” modelli, **********18161, **********418179 “ımeı” kodlu, “İphone 14 Pro Max” markalı, “A2896” modelli, **********64408, **********24659 "ımeı” kodlu, “X8 11 Pro+5G” markalı “21091116UG” modelli “**********97282, **********97290” “ımeı” kodlu və “İphone 11 Pro" markalı “A2160” modelli **********85751, **********16786 “ımeı” kodlu DİN-in KMBİ-nin Maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş maddi sübut olan 4 ədəd mobil telefon hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hər birinin videoçəkiliş vasitəsilə verdiyi ifadələrin əks olunduğu 2 ədəd disk, həmçinin "xxxx" ASC-dən daxil olmuş 1 ədəd, "xxxx" ASC-dən daxil olmuş 02 ədəd və "xxxx" ASC-dən daxil olmuş 1 ədəd olmaqla, ümumilikdə, 6 ədəd maddi sübut hesab edilmiş, disklər cinayət işinin materiallarında saxlanmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hər birinə 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2, Xırdalan şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 Museyib oğluna hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə 80 manat məhkəmə ekspertizası xərci müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tutulmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə təqsirli bilinsin,ona 02(iki)il müddətə azadlığın məhdudlaşdırılması cəzasıtəyin edilsin.Cəzasını çəkdiyi müddətdə elektron nəzarət vasitəsi tətbiq edilsin, onun üzərinə yaşayış yeri üzrə, yəni ünvan 5 ünvanını saat 22:00dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə təqsirli bilinsin, ona 02 (iki)il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasını çəkdiyi müddətdə elektron nəzarət vasitəsi tətbiq edilsin, onun üzərinə yaşayış yeri üzrə, yəni ünvan 5 ünvanını saat 22:00dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Cəzanın icrası müddəti X4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə təqsirli bilinsin.ona02(iki)il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.Cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilsin, onun üzərinə yaşayış yeri üzrə, yəni ünvan 6 ünvanını saat 22:00dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş“başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə “X8 11 Pro+5G” markalı “21091116UG” modelli, **********18161, **********418179 “ımeı” kodlu, “İphone 14 Pro Max” markalı, “A2896” modelli, **********64408, **********24659 "ımeı” kodlu, “X8 11 Pro+5G” markalı “21091116UG” modelli “**********97282, **********97290” “ımeı” kodlu və “İphone 11 Pro" markalı “A2160” modelli **********85751, **********16786 “ımeı” kodlu DİN-in KMBİ-nin Maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş maddi sübut olan 4 ədəd mobil telefon hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hər birinin videoçəkiliş vasitəsilə verdiyi ifadələrin əks olunduğu 2 ədəd disk, həmçinin "xxxx" ASC-dən daxil olmuş 1 ədəd, "xxxx" ASC-dən daxil olmuş 02 ədəd və "xxxx" ASC-dən daxil olmuş 1 ədəd olmaqla, ümumilikdə, 6 ədəd maddi sübut hesab edilmiş, disklər cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hər birinə 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2, Xırdalan şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 Museyib oğluna hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq hər birinə 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə 80 manat məhkəmə ekspertizası xərci müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hər birinə 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2, Xırdalan şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 Museyib oğluna hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar