Məhkəmə qərarları › İş №1(012)-825/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-825/2025

05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-825/2025 05.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X13 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Cəlilabad rayonu, Maşlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşöul olan, məhkum edlməmiş, Cəlilabad rayonu, Muğan ərazi dairəsi, Maşlıq kəndində qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, Z.Əliyeva küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə saat 19 radələrində əvvəllər tanıdığı, onunla zərərçəkmiş şəxs arasında yaş fərqi iki ildən çox olmaqla, xx.xx.2008-ci il tarixdə doğulmuş, həmin vaxt on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs Abşeron rayonu, Saray qəsəbəsi, X16 massivində yerləşən yarım tikilinin karxana daşı ilə hasara alınmış qapısız həyətinə gətirib, orada cinsi ehtirasını təmin etmək məqsədilə qarşılıqlı razılıq əsasında Zərərçəkmiş şəxs bədən üzvlərini öpüb əli ilə sığallamış, bundan sonra 21 avqust 2024-cü il tarixdən 11 sentyabr 2024-cü il tarixədək ayrı- ayrı vaxtlarda bir neçə dəfə Abşeron rayonu, Saray qəsəbəsi, X16 massivində yerləşən boş ərazidə olan vaqon tipli qoşqunun içərisində və həmin yaşayış massivində yerləşən yarımtikilidə qarşılıqlı razılıq əsasında öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız boşluğuna və arxa keçəcək nahiyəsinə daxil etməklə, eləcə də sonuncunun cinsiyyət orqanını sığallamaqla seksual xarakterli hərəkətlər etmişdir. Həmçinin, o, 21 avqust 2024-cü il tarixdən 11 sentyabr 2024-cü il tarixədək ayrı- ayrı vaxtlarda əvvəllər tanıdığı, onunla zərərçəkmiş şəxs arasında yaş fərqi iki ildən çox olmaqla, xx.xx.2008-ci il tarixdə doğulmuş, həmin vaxt on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs bir neçə dəfə Abşeron rayonu, Saray qəsəbəsi, X16 massivində yerləşən boş ərazidə olan vaqon tipli qoşqunun içərisinə və həmin yaşayış massivində yerləşən yarımtikiliyə gətirib qarşılıqlı razılıq əsasında öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil etməklə onunla cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Maşlıq kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Saray qəsəbəsi, X16 massivi, Z.Əliyeva küçəsi nömrəsiz fərdi yaşayış evində kirayə yaşayır. Yaşadığı evin yaxınlığında xırdabuynuzlu heyvan saxlayan Rakim adlı şəxsin heyvanlarını otarır, çobanlıq edir. 2024cü ilin avqust ayında heyvanları yemlədiyi yerdə açıq ərazidə Arzu adlı qız hər gün gəlmiş və heyvanları yemləməyinə baxmışdır. Orada özü ona yaxınlaşaraq tanışlıq vermişdi. 2024-cü ilin avqust ayının dəqiq xatırlamadığı günündə Arzu yanına gəlmiş, həmin vaxt ailədaxili problemləri olduğu üçün ondan getməsini, uzaqlaşmasını tələb etmişdi. Hətta qolundan tutaraq onu itələmişdir. Arzu təkidlə ondan xoşunun gəlməsini bildirmiş və getməyəcəyini demişdir. Həmin gün 4 saata yaxın onun yanında gözləmiş və onunla söhbət etmişdir. Ondan xahiş etmişdir ki, sevgili olsunlar. Həmin gün ona razılıq vermiş, bundan bir gün sonra Arzu yanına gələrək ona yaxınlıq etməyə başlamış, ona demişdir ki, əvvəllər cinsi əlaqədə olmuş və qız uşağı deyil. Bakirəliyi əvvəl başqa şəxs tərəfindən pozulmuşdur. Onu öpmüş və getmişdir. Bundan sonra 2024-cü ilin avqust ayının dəqiq xatırlamadığı günündə həmin ərazidə yarım tikilidə Arzu ilə görüşmüş, Arzu ilə öpüşmüşdür. Avqust ayının sonlarında saat 18 radələrində Arzu ilə təkrar görüşdükdə onunla birlikdə heyvanları yemlədiyi vaqon tipli qoşqunun üzərinə qalxmışlar. Həmin vaxt Arzu ilə əvvəlcə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, sonradan Arzu yenə təkidlə demişdir ki, bakirə deyil və təbii yolla cinsi əlaqədə olmaq istəyir. Onun təkidi ilə Arzu ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Sonradan Arzu çıxaraq yaşadığı evə getmiş, o isə heyvanlarını otarmağa getmişdir. Təxminən 1 həftə sonra Arzu təkrar yanına gəlmiş, ondan əl çəkməmişdir. Lakin Arzunu yaxınına buraxmamışdır. Sonuncu dəfə təxminən 10 gün bundan əvvəl Arzu yanına gəlmiş, o da ərazidə qoyun otarmışdır. Ona yaxınlıq eləmiş və ona cinsi əlaqədə olmağı təklif etmişdir. O da yaxınlıqda boş ərazidə olan yarım tikilidə Arzu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Sonra Arzu yenə çıxaraq yaşadıqları evə getmişdi. Arzu ilə zorla cinsi əlaqədə olmamış, təkidlə tələb edərək onu yoldan çıxarmışdır. Arzuya qarşı heç bir zorakı hərəkət etməmiş, hətta ilk dəfə onunla təbii yolla cinsi əlaqədə olarkən onun bakirəliyinin pozulmasının əlamətlərini də görməmişdir. Mən onunla ilk dəfə cinsi əlaqədə olarkən o bakirə olmamışdır. 2024-cü ilin avqust ayı olsada, dəqiq günü xatırlamır, Arzu ilə dediyi kimi həm təbii, həm də qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Onunla tik-tok sosial şəbəkəsində yazışmış, lakin onu hər hansı formada hədələməmiş, Arzunun özü ondan təkidlə tələb edərək münasibət yaratmışdır. Arzunun yaşının 18-dən azomasını bilməmişdir. Üç yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmədən nəzərə alınamsını xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndə X6 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 05 ay bundan əvvəl, yəni 20 avqust 2024-cü il tarixdə yaşadığı evin arxasında bir nəfər kişi xelyağı qoyun otaran zaman onu görüb ona yaxınlaşmış və salamlaşmışdı. Adını soruşmuş, o da adının Arzu olduğunu demiş, özünün də adının Əli olduğunu, şəxsiyyət vəsiqəsində isə adının Kənan olduğunu bildirmişdir. Əli həmin vaxt ona demişdir ki, ondan xoşu gəlir və təklif etmişdir ki, onunla sevgili olsun. O da təklifini qəbul etmiş, əvvəllər Əli ilə bir-birilərini görəndə eləcə baxışmışlar, lakin heç bir ünsiyyət yaratmamışlar. 20 avqust 2024-cü il tarixdə axşam saat 19 radələrində yaşadığı evdə olan zaman hasarları elədə hündür olmadığı üçün Əlinin orada qoyun otarmasını görüb ona yaxınlaşmış və salamlaşıb Əli ilə söhbət etmişlər. Sonra Əli onu bir qədər heç kəs olmayan yerə aparmış və ona demişdir ki, sözü var. Əli onu darvazası olmayan, hasarı olan həyətə aparmış, həmin yer bizim yaşadıqları evdən 200 metr aralıda yerləşir, həmin yerdə yaşayış yoxdur, boşdur. Onu hasarın künc yerinə aparmış, ondan nə demək istədiyini soruşmuş, bu zaman Əli onu qucaqlayıb dodağından, boynundan, sinəsini açıb sinəsindən öpmüşdür. Əli bədənini öpəndən, yanlarını, döşlərini əlləyəndən sonra özünü pis hiss etməyə başlamış. Əli əynində olan idman şalvarının içindən əlini salıb döşlərini əlləmişdi. Əli əynində olan köynəyi altdan qaldırıb qarnını, döşlərini öpmüş, lakin cinsiyyət üzvlərinə toxunmamışdı. Əliyə demişdir ki, getmək istəyir. Əli də demişdir ki, aralarında olanları heç kimə deməsin. Sonra ondan ayrılmış və əvvəlcə qaça-qaça, daha sonra isə asta yerişlə yaşadığı evə getmişdir. 21 avqust 2024-cü il tarixdə saat 20 radələrində havanın qaranlıq vaxtı Əlinin yenə çöldə qoyun otarmasını görüb evdən çıxaraq Əlinin yanına getmiş, Əli əlini atmış çiyninə, o da Əliyə demişdir ki, gecdi gedir evə, anası gələcək. Əli də ona təklif etmişdir ki, yaxınlıqda bir yer var, gedib orada söhbət etsinlər. Əli onu apararaq öz evlərini göstərmiş və evlərinin yaxınlığında olan içi boş vaqonun içərisinə daxil olmuşlar. Yerdə bir ədəd yorğan olmuşdu. Orada Əli onunla öpüşüb onu əlləməyə, cinsiyyət orqanını da əlləməyə başlamışdır. Həmin vaxt yenə əynində idman paltarı olmuş və onun əynində olan paltarları soyundurmuşdu. Bunun təsirindən şəhvət hissi keçirmiş, birinci dəfə idi ki, cinsi əlaqədə olurdu, bundan başqa heç bir vaxtı cinsi əlaqədə olmamışdı. Həmin vaxtı Əli cinsiyyət orqanını çıxarıb onu məcbur etmişdi ki, onun cinsiyyət orqanını əmsin. O da məcbur qalmış və onun cinsiyyət orqanını ağzına salıb əmmişdi. Əli cinsiyyət orqanını bir neç dəfə ağzına salıb çıxarmış, həmin vaxtı Əlinin cinsiyyət orqanından ağ maye gəlmiş, Əli kənara həmin ağ mayeni tökmüşdü. Əli ona təklif etmişdi ki, onunla cinsi əlaqədə olsun. Sonra Əli yerə uzanıb onu üstünə çıxarmış və öz cinsiyyət orqanını onun cinsiyyət orqanına salmağa başlamışdı. Həmin vaxt cinsiyyət orqanından qan gəlməyə başlamışdı. Həmin qanı da Əli altlarına saldığı yorğana silmişdi. Sonra onu kürəyi üstə uzadıb təkrar onunla təbii yolla cinsi əlaqədə olmuşdu. Ona getmək istədiyini dedikdə, ayaq üstü tutub öz ciniyyət orqanı onun arxa anus nahiyyəsinə daxil eləmişdi. Həmin vaxt bərk ağrılar hiss etmişdi. Bundan sonra əynini geyinərək yaşadığı evə getmişdi. Evdə əynində olan paltarları çıxarıb paltar yuyan maşınında yumuşdu. Həmin gündən bir neçə gün keçmiş, 24 avqust 2024-cü il tarixdə Əli onu çağırıb demişdi ki, yenə də həmin yerə getsinlər, əgər gəlməsə onunla cinsi əlaqədə olmağını anasına deyəcək. Həmin günü saat 15 radələrində Əli onu evlərinin qabağında olan yarımtikiliyə aparıb əvvəklə cinsiyyət orqanını ağzına salmış, sonra isə onunla təbii yolla cinsi əlaqədə olmuşdu. Həmin vaxt Əli ona öz tiktok hesabını vermişdi. Onun tiktok hesabı @ay..._ali idi. Əli ona demişdi ki, o hesab vasitəsi ilə onunla əlaqə saxlasın. O da həmin gün evə getmiş, anasının telefonu ilə tiktok sosial şəbəkəsində açdığı @privvv.o45 səhifəsi ilə Əliyə mesaj yazmışdı. Əli ona həmin səhifədən bir neçə dəfə yazışmış, sonradan evdə bilinməsin deyə mesajlarını pozmuşdu. Bundan sonra dəqiq xatırlamadığı günlərdə mütamadi olaraq Əli ilə görüşüb onunla hədə altında təbii yolla cinsi əlaqədə olmuşdu. Hər dəfəsində Əli öz cinsiyyət orqanını onun ağzına salıb çıxarmışdı. Əli özü də onun cinsiyyət orqanını öpmək istəmiş, lakin buna icazə verməmişdi. Sonuncu dəfə 29 yanvar 2025-ci il tarixdə Əli ilə yaşadığı evin yaxınlığında yerləşən yarımtikilinin yanındakı hasarın yanında onunla görüşüb Əli ilə təbii yolla cinsi əlaqədə olmuşdu. Əli ilə cinsi əlaqədə olmaq istəməyəndə ona hədə-qorxu gəlmişdi ki, onunla cinsi əlaqədə olmasa, gedib anasına deyəcək hər şeyi. O da Əlinin onu bezdirməyini görüb 04 fevral 2025-ci tarixdə yaşadığı evdə anasına Əlinin onu narahat etməsini demişdi. Anası da bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdi. Sonra anası ondan ətraflı soruşanda Əli ilə bir neçə dəfə arxadan və qabaqdan cinsi əlaqədə olmağını demişdi. Sonradan ona məlum olmuşdu ki, onunla ağız, arxa və qabaqdan cinsi əlaqədə olan Əli adlı şəxsin soyadı Təqsirləndirilən şəxsdur və polislər onu saxlamışlar. Əli onunla arxa, qabaq və ya ağız nahiyyəsindən cinsi əlaqədə olan zaman onu heç bir vaxtı döyməmiş və ya ona heç bir fiziki güc tətbiq etməmişdi. Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olan zaman hər dəfə onu soyundurmuş, sonradan isə geyindiyi paltarları evlərində yuyub qurutmuşdur. Təqsirləndirilən şəxs onunla axşamlar cinsi əlaqədə olan zaman içərisində spirtli içki olan GO içkisi, pivə zad içmişdi. Ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Abşeron Saray qəsəbəsində yerləşən həyət evinin tövləsində 70-80 baş xırdabuynuzlu heyvan saxlayır. Təxminən 8-9 ay bundan əvvəl Əli adlı şəxs ona müraciət edərək çobanlıq etmək istəməsini, iş axtardığını demişdir. O da onun ailə vəziyyəti ilə maraqlanmış, öyrənmişdir ki, evlidir. Əli ilə razılaşmışdır ki, aylıq ona 350 manat maaş verəcək. Əli ailəliklə onun fermasına köçmüş və yaşamağa başlamışdır. Lakin ondan əvvəlcədən pul istəmiş, o da işə başlamamışdan ona 400 manat pul vermiş, tapşırmışdır ki, işləyər, maaşından çıxar. Əli işlədiyi müddətdə onun maaşını vermişdir. Təxminən 05-xx.xx.2025-ci il tarixdə öyrənmişdir ki, Əli törətdiyi cinayət əməlinə görə saxlanılmışdır. Törətdiyi əməlinsə yetkinlik yaşma çatmayan şəxsə qarşı seksual xarakterli hərəkət etməsi olmuş, onun cinayət əməlləri barədə əvvəlcədən heç bir məlumatı olmamışdır. Hətta Əli ondan mütəmadi borc istəmiş, ona hissə-hissə olmaqla ümumilikdə 1800 manat borca pul vermişdir. Hazırda pulunu da geri qaytarmamışdır. Hazırda öyrənmişdir ki, Əli adlı şəxsin əsl şəxsiyyəti Təqsirləndirilən şəxsdur. Həmin təsərrüfat ona məxsusdur. Onu tibbi qeydiyyatdan keçirsə də sahibkarlıq subyekti kimi qeydiyyatdan keçirməmiş və VÖEN-ni yoxdur. Onunla əmək müqaviləsi bağlanmamış, həmçinin təsərrüfat subyekti rəsmi dövlət qeydiyyatına alınmamışdır. Əlirzanı məcburi işlətməmiş, hətta ona əvvəlcədən pul vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qəraradn görünür ki, X6 müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. Şübhəli şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində şübhəli şəxs qismində saxlanılmışdır. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X8 həmin iş üzrə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikaıs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təq sirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(012)-62/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 05 fevral 2025-ci il tarixdən, saat 21:45-dən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 53 nömrəli ekspert rəyindən görünür ki, 2008ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq və ilkin məlumatı nəzərə alıb, aşağıdakı nəticəyə gəlinir:

1. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi.

2. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır, qızlıq pərdəsində dogər xəsarət və ya xəsarət izi aşkar edilmədi.

3. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək dəliyi nahiyəsində xəsarət və ya xəsarət izi olmadıqda cinsi əlaqənin dəqiq müddətini bildirmək mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 385 saylı rəyindən görünür ki: Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s.sübut edir. Belə ki,Zərərçəkmiş şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs 2024-cü ilin avqust ayının əvvəlindən hazıradək olan müddət ərzində hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Zərərçəkmiş şəxs 2024-cü ilin avqust ayının əvvəlində öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətində olmuş, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəlik aşkar olunmur. Zərərçəkmiş şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Məhkəmə-psixoloji ekspertizası üzrə Zərərçəkmiş şəxs təlqinə qapılmağa və özündən uydurmağa meyillilik aşkar edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ifadəni yerində yoxlama protokolu, üzləşdirmə protokolu, məhkəmə-tibb ekspertizası rəyi, ambulator məhkəmə-psixioloji və məhkəmə-psixiatrik ekspertizası rəyi və digər istintaq hərəkəti protokolları onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələ olmadığından həmin cinayət işi üzrə sübut kimi qəbul edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X5 adlı yetkinlik yaşına çatmayan övladları vardır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan övladlarının olmasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – xx.xx.2025-ci il tarixdən hesablanmalı, həmçinin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iclaslarda iştirak etdiyi 14 saata görə 154 (bir yüz əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın və təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı bu müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iclaslarda iştirak etdiyi 14 saata görə 154 (bir yüz əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti ver ilə bilər.

X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar