Məhkəmə qərarları › İş №1(012)-826/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-826/2023

02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-826/2023 02.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1993-cü il tarixdə Bərdə rayonu, 2-ci Nazırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, 2-ci Nazırlı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Təzə bazarın yaxınlığında yerləşən yataqxanada yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhəməyədək sadələşdirilmiş icraat işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: slanov Əziz Ramiz oğlu 25 avqust 2023-cü il tarixdə saat 21 radələrində alkoqol sərxoşluğunda olarkən Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-1” yaşayış kompleksi ərazisində yerləşən dayanacağın yaxınlığında əvvəllər qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu, sonradan ayrı qaldığı Zərərçəkmiş şəxs ilə təsadüfən görüşdükdə ona yaxınlaşaraq söhbət əsnasında onunla yenidən birlikdə yaşamaq istədiyini söylərkən sonuncu buna razı olmadığını bildirdikdə o, Zərərçəkmiş şəxs şəxsi mövqeyinə məhəl qoymadan küçədə, ictimai yerdə, ətrafda xeyli sayda şəxslərin olmasını nəzərə almadan, ətrafdakıların diqqətini cəlb edib həmin cüzi səbəbi bəhanə etməklə Zərərçəkmiş şəxs ilə mübahisə edib ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və belə zorun tədbiq edilməsi hədəsilə müşaiyət edilən qərəzli hərəkətlər edərək əsaslı səbəb olmadan ictimai maraqlara laqeyidlik və etinasızlıq göstərməklə öz şəxsiyyətini digər şəxslərin fövqündə qoyaraq Zərərçəkmiş şəxs üzərinə hücum edib əvvəlcə qəsdən sonuncunun sifət, baş nahiyələrindən yumruqla zərbələr vuraraq onu əlləri ilə arxaya itələyib arxada olan dəmir maneəyə bərk çırpılıb dəyməsinə səbəb olmaqla, bununla kifayətlənməyib ardınca ayaq, bədən nahiyələrindən təpiklə zərbələr vurmaqda Zərərçəkmiş şəxs başın sağ təpə nahiyəsinin dərialtı hematoması, üzün sağ gözaltı və yanaq nahiyələrinin, alt göz qapağının şişkinlikli qançırı, sağ gözün ağlı qişasına qansızma, sol said nahiyəsinin şişkinlikli qançırı və sıyrıqları, sol bud nahiyəsinin qançırı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir il olar ki, Zərərçəkmiş şəxs ilə qeyri rəsmi ər-arvad münasibətində yaşayır. Təxminən 3 ay əvvəl aralarında olan narazılıqlardan sonra Nilgün ondan ayrılmışdır. Bundan sonra, Nilgünlə dəfələrlə barışmağı cəht etsə də, lakin Nilgün buna etiraz etmişdir. Nilgün əsasən onun ailəli olduğunu bilib onunla barışmaq istəmir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 21 radələrində təsadüfən Xırdalan şəhəri, “Kristal Abşeron-1’’ yaşayış kompleksininin girişində dayanacaqda təsadüfən Nilgünlə rastlaşmışdır. Nilgünə yaxınlaşıb onunla barışmaq istədiyini demişdir. Nilgündən onunla barışmağını tələb edərək gələcəkdə onunla nikaha daxil olacağını bildirmişdir. Lakin, Nilgün onunla razılaşmadığı üçün əsəbləşərək onun sifət nahiyyəsindən bir dəfə sillə ilə zərbə vurmuşdur. Ətrafda olan tanımadığı şəxslərin yaxınlaşıb onları aralaşdırmaq istədiyini görüb özü aralaşaraq çıxıb getmişdir. Sonradan bilmişdir ki, Nilgün ondan şikayət etmişdir. Baş verənlər təxminən 10-15 dəqiqə davam etmiş və həmin vaxtı dayanacaqda təxminən 2-3 nəfər tanımadığı şəxslər olmuşdur. Hazırda törətdiyi əməldən səmimi olaraq peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir il olar ki, tanıyır. Əzizlə tanış olandan sonra qeyri-rəsmi ər-arvad münaisətində yaşamağa başlamışdır. Təxminən üç ay əvvəl Əzizin ailəli olduğunu bilmiş və ondan ayrılmışdır. Bundan sonra, Əziz dəfələrlə ona zəng edərək barışmaq istədiyini desə də, o Əzizlə razılaşmayaraq, qəti surətdə imtina etmişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Xırdalan şəhərində “Kristal Abşeron 1” yaşayış kompleksinin dayanacağının yaxınlığında dayanacağa tərəfə gedərəkən təsadüfən Əzizlə rastlaşmışdır və həmin vaxt Əziz sərxoş vəziyyətdə olmuşdur. Gecə yataqxanada qalmaq üçün 5 manat ondan pul istəmişdir. O, yaxınlıqda olan “Bravo” marketdən 5 manat pul kartından çıxarıb geri qayıdanda Əzizin dayanacaqdan bir qədər aralıda yolun kənarında dayandığını görüb ona yaxınlaşmış və 5 manat pulu ona verib getmək istəmişdir. Əziz pulu ondan alandan sonra onunla uca səslə mübahisə etməyə başlamış və nəyə görə ondan ayrıldığını soruşmuşdur. Əzizin sərxoş olduğunu görüb ondan aralaşmaq istəmişdir. Lakin Əziz buna imkan verməmişdir. Əziz onunla mübahisə etdiyi vaxt ətrafda olan tanımadığı şəxslər onlara yaxınlaşıb mübahisəyə müdaxilə etmək istəmişlər. Bu zaman Əziz 3 dəfə yumruqla onun sağ göz nahiyyəsindən, təpiklə sol ayaq nahiyyəsindən zərbələr vurmuşdur. Zərbənin təsirindən kürəyi və sol qolu yolun kənarında olan dəmirə dəymişdir. Bu zaman dayanacaqda olan tanımadığı şəxslər onu Əzizin əlindən almış və onu döydüyünə görə ona öz iradını bildirmişlər. Halı pisləşdiyi üçün tanımadığı şəxs köşkdən su alıb ona vermiş, Əziz öz aqressiv hərəkətləri ilə yenədə onun üstünə hücüm çəkib vurmaq istəmişdir. Lakin ətrafda olan tanımadığı şəxslər onu kənarlaşdırmışlar. Əziz gedəndən sonra dayısı oğlu Şahid zəng edərək Əzizin onu döydüyünü bildirmiş və halı pis olduğundan ona köməkilk etməyini xahiş etmişdir. Bir neçə dəqiqə sonra Sadiq yanına yaxınlaşmış və onun döyülmüş vəziyyətdə olduğunu görmüşdür. Bir qədər sonra özünə gələndən sonra polis idarəsinə yaxınlaşıb bu barədə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxsla aralarında baş verən dava-dalaş təxminən 15-20 dəqiqə davam etmişdir. Həmin vaxtı dayanacaqda xeyli sayda tanımadığı şəxslər olmuşdur. Hadisənin kənar şahidlərini tanımır. Məhkəmə baxışı zamanı dindirilmiş iş üzrə Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bibisi qızıdır. Təxminən bilir ki, Nilgün Əziz adlı şəxslə qeyri-rəsmi ər-arvad münasibətində yaşamış, bir müddət əvvəl isə ayrılmışdır. Lakin Əziz tez-tez onunla barışmağa cəhd edir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Nilgün ona zəng edərək Əzizin Xırdalan şəhərində “Kristal Abşeron” yaşayış kompleksininin avtobus dayanacağının yaxınlığında onu döydüyünü və halı pisləşdiyini bildirmişdir. O, həmin vaxtı “20 Yanvar” metrostansiyasınınn yaxınlığında olduğu üçün dərhal taksi ilə Xırdalan şəhərinə “Kristal Abşeron” yaşayış kompleksininin yaxınlığına gəlmişdir. Xeyli sayda tanımadığı şəxslərin Nilgünün ətarına toplaşdığını, Nilgünün sağ göz nahiyyəsinin qızardığını və sol ayağından axsadığını görmüşdür. Nilgündən nə baş verdiyini soruşmuşdur. Nilgün Əzizin küçədə camaatın gözü qarşısında yumruq və təpiklə onu vurduğunu və çıxıb getdiyini demişdir. Nilgünə köməklik edərək onu “Kristal Abşeron” yaşayış kompleksinə kirayədə yaşadığı ünvana aparmışdır. Nilgünün Əziz tərəfindən döyülməyini görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü i il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı açılmışdır. xx.xx.2023-cü il tarixli, 1820 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-başın sağ təpə nahiyəsinin dərialtı hematoması, üzün sağ gözaltı və yanaq nahiyələrinin, alt göz qapağının şişkinlikli qançırı, sağ gözün ağlı qişasına qansızma, sol said nahiyəsinin şişkinlikli qançırı və sıyrıqları, sol bud nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən əllə, yumruqla və təpiklə vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Vət. N.N.Ababsovanın bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterinə və yerləşmə yerlərinə görə belə demək olar ki, onların Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılaraq küt əşyaya (əşyalara) dəyməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(007)-112/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair iş üzrə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verilmişdir. Bərdə rayonu, Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, 2-ci Nazırlı kəndində qeydiyyatdadır. Bədə rayonu, Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 221.1-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halllar müəyyən edimədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünu və həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini və əməlindən səmimi peşmançılığını nəzərə alaraq, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması qənaətinə gəlir və Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 120 manat ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar