Məhkəmə qərarları › İş №1(012)-826/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-826/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-826/2025 17.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşqul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 avqust 2024-ci il tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs Quba rayonu, Pirvahid kəndinə aparması üçün Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF» yaşayış kompleksi, 19 saylı küçəyə taksi kimi idarə etdiyi OPEL ZAFİRA markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlib Zərərçəkmiş şəxs avtomobilin yük hissəsinə qoyduğu çantasında olan pul kisəsindən həmin vaxt mövcud olan milli manat məzənnəsinə nisbətdə 46.807,8 (qırx altı min səkkiz yüz yeddi manat səksən qəpik) manat təşkil edən 25.500 (iyirmi beş min beş yüz) avro və həmin vaxt mövcud olan milli manat məzənnəsinə nisbətdə 510 (beş yüz on) manat təşkil edən 300 (üç yüz) ABŞ dolları gizli talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 47317,8 (qırx yeddi min üç yüz on yeddi manat səksən qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, maddi vəziyyətilə əlaqədar olaraq uzun müddətdir ki, “Opel” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka dairəsində dayanır, tez-tez Bakı şəhərinin yaxın rayonlarına müştəri aparır. Zərərçəkmiş şəxs ailə üzüvləri ilə birlikdə bir dəfə Quba rayonuna apramışdır. Həmin vaxtı əlaqə üçün özünə məxsus mobil nömrəni Zərərçəkmiş şəxs vermişdir. 02 avqust 2024-cü il tarixdə axşam saatlarında Afaq onunla telefonla əlaqə saxlamış və ailə üzüvləri ilə birlikdə Quba rayonuna getmək istədiyini bildirmiş, o da 60 manat qarşılığında onu və ailə üzüvlərini Quba rayonuna apara biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs təklifilə razılaşmış və saat 22 radələrində onun yaşadığı Abşeron rayonu, AAAF park yaşayış kompleksinin gəlməyini bildirmişdir. Afaqın tapşırdığı kimi 02 avqust 2024-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, AAAF park yaşayış kompleksinin qarşısına gəlmişdir. Zərərçəkmiş şəxs həmin vaxtı tək özü ona yaxınlaşmış və əlində olan yol çantaları avtomobilinin yük yerinə yerləşdirmiş və ailə üzüvlərini çağırmaq üçün yenidən evinə qayıtmışdır. Həmin vaxtı o, avtomobilimin yük yerində olan çantaları səliqəli yerləşdirmək istəyən zaman orada olan çantaların, birinin içərisində qızılı rəngdə pul kisəsinin olduğunu görmüşdür. Həmin pul kissəsinə toxunan zaman içərisində pul vəsitlərinin olduğunu hiss eləmişdir. Bir qədər ətrafa baxmış Zərərçəkmiş şəxs gəlmədiyini gördükdən sonra pul kisəsini götürüb əynində olan şalvarın cibinə qoymuş və avtomobildən bir qədər uzaqlaşmışdır. Ətrafa baxmış heç kimin olmadığına əmin olduqdan sonra pul kisəsini açmış və içərisində çox sayda 200-100 avro pul əskinazlarının olduğunu aşkar etmişdir. Həmin vaxtı pul vəsaitlərini oğurlamaq qərarına gəlmiş və pul kisəsini aparıb avtomobilin salonunda sürücü üçün nəzərdə tutulmuş oturaçağın altında gizlətmişdir. Bir neçə dəqiqədən sonra Afaq və ailə üzüvləri gəlib avtomobilinə əyləşmişlər. 03 avqust 2024-cü il tarixdə 02 radələrində Zərərçəkmiş şəxs tapşırığı ilə Quba rayonu, Pirvahid kəndinə aparmışdır. Orada Zərərçəkmiş şəxs tapşırığı ilə nömrəsiz bir evin qarşısında avtomobilini saxlamışdır. Zərərçəkmiş şəxs və ailə üzüvləri ilə birlikdə avtomobilindən düşmüşlər. Afaq ailə üzüvləri ilə birlikdə avtomobilin yan hisəsində dayanmışlar və o da onlara köməklik olsun deyə avtomobilin yük hisəsini açmışdır. Çantaları avtomobildən götürüb, Afaqa təhvil vermiş və gediş haqqı olan 60 manatı Afaqdan götürmüşdür. Avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Yolda pul kisəsinin içərisini bir daha açmış və orada çox sayda 100-200 arvo əskisazları olduğunu aşkar eləmişdir. Həmçinin pul kisəsinin içərisində şəxsiyyət vəsiqəsi də olduğunu görmüşdür. Pul kisəsinin içərisindən pul əskizanlarını götürmüş, pul kisəsini şəxsiyyət vəsiqəsi ilə birlikdə yolun qırağına atmışdır. Bundan sonra avtomobili idarə eədrək evinə gəlmişdir. Evə gəldikdə ailə üzüvləri yatmış olduqların görmüşdür. Oğurladığı pulların üstündən saymadığı məbləqdə pul götürüb cibinə qoymuş, qalan pulları isə qonaq otağında divarda asılı olan saatın arxasında olan boşluq yerə gizlətmişdir. Bir neçə gün ərzində götürdüyü pulları şəxsi ehtiyaclarına və borclarına xərcləmişdir. 05 avqust 2024-cü il tarixdə səhər saatlarında Afaq onunla əlaqə saxlamış və ona məxsus pul kisəsinin onun avtomobilində qalıb-qalmadığını soruşmuş, o da ona yalandan avtomobilində yalnız onunla birlikdə Quba rayonuna gedən az yaşlı uşaqların ayaqqabılarının qaldığını bildirmişdir. Daha sonra onu, polis əməkdaşları polis idarəsinə dəvət etmişlər, orada pul kisəsi haqqında sorğu-sual olunmuşdur. İlkin olaraq etdiyi əməli boynuna almamış, daha sonra etdiyi əməldən səmimi peşman olaraq, pul kisəsini tərəfindən oğurlandığını bildirmiş və oğurladığı puları evdə gizlətdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmişlər və qonaq otağında divarda asılı olan saatın arxasında oğurladığı pul vəsitlərini çıxarıb polis əməkdaşlarına könüllü təhvil vermişdir. Polis əməkdaşları pul əskinaslarını saymışlar ümumilikdə 19100 (on doqquz min yüz) avro olduğu aşkar olunmuşdur. Bundan sonra protokol tərtib etmişlər o da imzalamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 02 avqust 2024-cü il tarixdə ailə üzüvləri ilə birlikdə Quba rayonuna getmək qərarına gəlmişlər. Həmin tarixdə saat 18:00 radələrində əvvələr tanıdığı taksi sürüçüsü Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və ailə üzüvlərilə birlikdə Quba rayonuna getmək qərarına gəldiklərini və onları Quba rayonuna neçəyə aparaçağını soruşmuşdur. Baləmi ona 60 manat qarşılığında Quba rayonuna onları apara biləcəyini söyləmiş və onun təklifi ilə razılaşmışdır. 02 avqust 2024-cü il tarixdə saat 22:30 radələrində yaşadığı evin qarşısına Təqsirləndirilən şəxs özünə məxsus “Opel” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlmişdir. Ailə üzüvlərilə birlikdə 2 günlük Quba rayonuna getdiklərinə görə bir qədər özləri ilə orada geyinmək üçün əşyalar götürmüşdür. Həmin əşyaları 04 ədəd əlçantası və 03 ədəd sellofan torbada özləri ilə götürmüşlər. Onun övladları xarici Almaniya Federativ Respublikasında yaşadığlarına görə, ona tez-tez pul göndərirmişlər. Həmin pulların bir qismini şəxsi ehtiyacları üçün xərcləmiş, bir qismini isə saxlamışdır. Ümumilikdə 27.600 (iyimi yeddi min altı yüz) evro və 300 (üç yüz) ABŞ dolları toplamışdır. Bir neçə günlük Quba rayonuna getdiyinə görə yaşadığı ev nəzarətsiz olduğundan, sözü gedən pul vəsaitlərini özünə məxsus qızılı rəngli pul kissəsinin içərisinə yerləşdirmiş və özülə Quba rayonuna aparaçağı qəhvəyi rəngli əl çantasının içərisinə yerləşdirmişdir. Həmin əl çantalarını və sellofan torbaları Baləminin avtomobilinin yük yerinə yerləşdirmişdir. Daha sonra onunla birlikdə Quba rayonuna gedən ailə üzüvlərini çağırmaq üçün mənzilinə qalxmışdır. Təxminən 15-20 dəqiqə sonra ailə üzüvləri ilə birlikdə mənzildən çıxmışlar və Quba rayonuna getmək üçün Baləminin avtomobilinə əyləşmişlər. Təqsirləndirilən şəxs özünə məxsus avtomobili idarə edərək onları Quba rayonu, Pirvahid kəndinə aparmışdır. xx.xx.2024-cü il tarixdə saat 03 radələrində Pivahid kəndində onun ailə üzüvlərinə məxsus nömrəsiz fərdi tikili evin qarşısında avtomobili saxlamış və onlar avtomobilin yük yerində olan əşyaları götürüb, evə aparmışlar. xx.xx.2024-cü il tarixdə 23 radələrində əmisi oğlu Turala birlikdə Quba rayonundan geri Bakı şəhərinə qayıtmışlar. Turalın avtomobilindən çantaları götürüb evə aparmışlar. Evdə pul vəsaitinin olduğu çantanı boşaldan zaman orada pul vəsaitlərin olduğu qızılı rəngli pul kisəsinin yerində olmadığını görmüşdür. İlkin olaraq əmisi oğlu Turala əlqə saxlamış və avtomobilinə baxmasını xahiş etmişdir. Tural avtomobilinə baxmış və avtomobilinin salonunda hər hansı bir pul kisəsini tapa bilmədiyini bildirmişdir. Pul kisəsinin olduğu çanta onlar Quba rayonunda olduqları müddət ərzində qapalı otaqda olduğuna görə sözü gedən çantaya ailə üzüvlərindən heçkimin əl vurmadığını bilirmiş. xx.xx.2024-cü il tarixdə 08 radələrində taksi sürüçüsü Baləmi ilə əlaqə saxlamış və onun avtomobilində özünə məxsus qızılı rəngli pul kisəsinin qalıbqalmadığını soruşmuşdur. Baləmi ona avtomobilin salonunda yalnız onlarla birlikdə Quba rayonuna gedən az yaşlı uşaqlardan birinin ayaqqabılarının qaldığını, hər hansı bir pul kisəsinin avtomobilin salonunda olmadığını bildirmişdir. Daha sonra Baləmi ona bir neçə saatdan sonra həmin ayyaqqabını gətirə biləcəyini bildirmişdir. Baləmi ilə danışdıqdan sonra şübhələnmiş və yaşadığı binanın ümumi həyətində quraşdırılmış müşahidə kamerasının arxiv görüntülərinə baxış keçirmişdir. Görüntülərə baxan zaman o, ailə üzüvlərini götürmək üçün mənzilinə qalxdıqdan sonra, Təqsirləndirilən şəxs avtomobilinin yük yerində onun çantalarının yanında dayandığı və bir neçə dəqiqədən sonra orada pul kisəsini götürüb, əynində olan şalvarın cibinə qoyduğunu aşkar etmişdir. Daha sonra görüntülərə baxış keçiriən zaman Baləmi götürmüş olduğu pul kisəsini avtomobilin salonunda sürüçü üçün nəzərdə tutulmuş oturacağın altına gizlətdiyini görmüşdür. Bundan sonra Baləminin onun pul kisəsini oğurladığını başa düşmüşdür. Bu səbəbdən DİN-nin 102 xidmətinə zəng edərək, baş vermiş hadisə ilə əlaqədar məlumat vermişdir. Həmin pul kisəsinin içərisində 27.600 (iyimi yeddi min altı yüz) avro və 300 (üç yüz) ABŞ dolları və oğlu X2 şəxsiyyətini təsdiq edən sənəd olmuşdur. İlkin vermiş olduğu ifadəni qismən təsdiq edir, belə ki, ilkin müraciətində ona məxsus pul kisəsinin oğurlanan zaman içərisində 27.600 (iyirmi yeddi min altı yüz) avro və 300(üç yüz) ABŞ dolları olduğunu bildirmişdir. Lakin daha sonra evdən təmizlik işləri aparan zaman paltar dolabının içərisində olan paltarların arasında ümumilikdə 2100 (iki min yüz) avro pul vəsaitini tapmışdır. Daha sonra xatırlamış ki, həmin pulları o, pul kisəsinin içərisinə qoymamış, yadından çıxıb paltar dolabında qış paltarlarının arasında gizlətmişdir. Xahiş edir müraciəti əsasında aparılan aradırma zamanı pul kisəsinin içərisində 25.500 avro və və 300 ABŞ dolları pul vəsatinin olduğunu nəzərə alınsın. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Əliağa Vahidküçəsi 48A ünvanında baxış keçirilən zaman Təqsirləndirilən şəxs divar saatının arxa hissəsinə gizlədilmiş 67 ədəd 200 avro əskinazları və 57 ədəd 100 avro əskinazları, ümumilikdə 19100(on doqquz min yüz) avronu təqdim etmişdir. Məhkəmə baxışı iclasında iki ədəd SD diskə baxış keçirilmiş, 1-ci videogörüntüdə Balami Hüseynovun avtomobilin yük hissəsində nə isə axtardığı, sonra yük hissəsində götürdüyü bir büküm şalvarının sağ yan cibinə qoyduğu, avtomobilin önündən keçib divarın yanında olan oturacağa oturduğu, əlində olan bir əşyaya baxdığı, oturacaqdan durduğu zaman əlində olan əşyanı şalvarının arxa sağ cibinə qoyduğu, yenidən avtomobilin yük yerinə yaxınlaşdığı görünür. 2-ci videogörüntüdə Balami Hüseynovun avtomobilin yük hissəsində nə isə axtardığı, şalvarının arxa sağ cibindən büküm çıxarıb avtomobilin qabaq sol qapısını açıb içəri qoyduğu görünür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Abşeron rayon polis idarəsinin xx.xx.2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi videogörünü özündə əks etdirən 02 ədəd SD disk cinayət işinə əlavə edilmiş, 67 ədəd 200 avro əskinazları və 57 ədəd 100 avro əskinazları, ümumilikdə 19100 (on doqquz min yüz) avro maddi sübut kimi tanınmaqla Zərərçəkmiş şəxs təhvil verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməklə aradan qaldırılması, zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 05 ay müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut kimi tanınmış 02 ədəd SD disk cinayət işində saxlanılmalı, 67 ədəd 200 avro əskinazları və 57 ədəd 100 avro əskinazları, ümumilikdə 19100 (on doqquz min yüz) avro ibtidai istintaq zamanı saxlanılması üçün qanuni sahibinə təhvil verilməsi nəzərə alınmalı, CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 05 ay müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 02 ədəd SD disk cinayət işində saxlanılsın və 67 ədəd 200 avro əskinazları və 57 ədəd 100 avro əskinazları, ümumilikdə 19100 (on doqquz min yüz) avro ibtidai istintaq zamanı saxlanılması üçün qanuni sahibinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar