Məhkəmə qərarları › İş №1(012)-827/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-827/2023

09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-827/2023 09.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Şikayət verən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1994-cü il tarixdə Lənkəran rayonu, Aşağı Nüvədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Aşağı Nüvədi kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhərində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair Məhkəməyədək sadələşdirilmiş icraat işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 25 avqust 2023-cü il tarixdə saat 12:30 radələrində qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, “Köhnə Bazar”ın içərisində yerləşən kafeyə sərxoş vəziyyətdə gələrək Zərərçəkmiş şəxs sosial şəbəkə ilə başqa kişilərlə ünsiyyətdə olması ilə bağlı irad bildirən zaman aralarında şəxs münasibətlər zəmnində yaranmış narazılıq üstündə mübahisə edib həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən sonuncunun boğaz nahiyəsindən əli ilə tutub sıxaraq onun baş, bədən nahiyələrindən yumruq və təpiklərlə zərbələr vuraraq sonuncuya sağ diz oynağında hərəkət məhdudluğu ilə müşahidə olunan sağ diz oynağı nahiyəsinin iri ölçülü qançır-şişkinliyi, sıyrığı, boyun, sağ said, sol diz oynağı nahiyələrinin sıyrıqları, boyun, hər iki baldır nahiyələrinin qançırları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü CM-in 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 7 aydır ki, “Köhnə Bazar” adlanan yerdə yerləşən kafeni işlədən Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Həmin vaxtdan aralarında səmimi münasibətlər yaranmağa başladığından sevgili kimi görüşməyə başlayıb qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamışlar. 25 avqust 2023-cü il tarixdə saat 12:30 radələrində Sahibə kafedə olduğu vaxtı sərxoş vəziyyətdə sosial şəbəkələrdə başqa kişilərlə danışması ilə bağlı ona irad bildirmişdir. Bu zaman aralarında mübahisə baş vermişdir və mübahisə zamanı Sahibənin boğazından tutub boğmuş, sonra təpik və yumruq zərbələri ilə bədənin müxtəlif nahiyələrindən vuraraq xəsarətlər yetirmişdir. Münaqişə kafenin içərisində baş vermiş və həmin kafedə onlardan başqa heç kim olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır və Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdığını və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən altı aydır ki, icarə əsasında Xırdalan şəhəri, “Köhnə bazar”ın içərisində yerləşən adsız kafeni işlədir. Təxminən 2023-cü ilin mart ayından Təqsirləndirilən şəxs ilə qeyrirəsmi ər-arvad kimi yaşamağa başlamışlar. Dəfələrlə Razimlə aralarında qısqanclıq zəminində sözlə mübahisələr olmuşdur. 25 avqust 2023-cü il tarixdə, saat 12:30 radələrində işlədiyi kafedə olarkən Razim sərxoş vəziyyətdə onun yanına gəlmiş və onunla mübahisə etməyə başlamşdır. Belə ki, Razim ona sosial şəbəkələrdə başqa kişilərlə tanış olaraq onlarla danışdığını demiş və o, buna irad bildirərkən Razim bundan əsəbiləşib onun üzərinə hücüm edərək boğazından tutub boğmağa başlamş və sonradan təpik və yumruq zərbələri ilə bədənin müxtəlif nahiyələrindən vurmuşdur. Münaqişə işlədiyi kafenin içərisində baş vermiş və ümumilikdə 5 dəqiqə davam etmişdir. Həmin vaxt kafedə onlardan başqa heç kim olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və hazırda ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü i il tarixli qərardan görünür ki, fakta görə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır. xx.xx.2023-cü il tarixli, 1804 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 rəyindən görünür ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-sağ diz oynağında hərəkət məhdudluğu ilə müşahidə olunan sağ diz oynağı nahiyəsinin iri ölçülü qançır-şişkinliyi, sıyrığı, boyun, sağ said, sol diz oynağı nahiyələrinin sıyrıqları, boyun, hər iki baldır nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Lerik rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(012)-11/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona 01 (bir) il müddətinə qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 (bir) gün həbsdə saxlamanın müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hazırki cinayət üzrə təyin olunmuş 01 (bir) il müddətə islah işləri cəzasının həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə bərabər tutulmaqla cəmi 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları birləşdirmək yolu ilə ona qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə aylıq gəlirinin 20 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzası və 1500 manat cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il taixli “Amnistiya” Qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edimişdir. xx.xx.2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarın surətindən görünür ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Qərarın 2.8-ci və 2.11-ci bəndlərinə əsasən məhkum Təqsirləndirilən şəxs islah işləri və cərimə cəzasından azad edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materilaı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törtəmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışmışdır və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 30 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin iş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar